938) Ağciyərlərin ödemi zamanı eufillinin təyini nəyin fonunda göstərişdir?
A) hipertenziya
B) hipotenziya
C) bronxospazm
D) taxikardiya
E) miokard infarktı
Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.
939) Bronxospazm və bradikardiya ilə birgə müşayiət olunan ağciyər ödemində hansı preparatın işlədilməsi məqsədəuyğundur?
A) adrenalin
B) eufillin
C) atropin
D) efedrin
E) izadrin
Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.
940) Aterosklerozun konservativ müalicəsinin və ikincili profilaktikasının əsas məqsədi aterosklerotik piləyin destabilləşməsinin, onun dağılmasının və damardivarı tromblaşmanın başlamasının qarşısının alınmasıdır. Bunun üçün nələrin istifadəsi vacıb deyil?
A) antioksidant müdafiəli fermentlərin
B) anqiotenzinçevirici ferment inhibitorlarının
C) β - adrenoblokatorların
D) antianqinal preparatların
E) antiaqreqant terapiyanın
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
941) Aterosklerozlu xəstələrdə hidroksi - metilqlütaril (HMQ) - КоА - reduktazanın inhibitorlarının (statinlərin) müsbət effektinə nə aid deyil? (XS - xolesterin, ASL - aşağı sıxlıqlı lipoproteinlər, YSL – yüksək sıxlıqlı lipoproteinlər).
A) Qan dövranında aşağı sıxlıqlı lipoproteinlərin tutulması
B) Xolesterinin sintezinin azalması nəticəsində YSL XS həddinin əhəmiyyətli enməsi
C) Xolesterinin sintezinin azalması nəticəsində ASL XS həddinin əhəmiyyətli enməsi
D) Qan dövranında aşağı sıxlıqlı lipoproteinlərin utilizasiyası
E) ASL - reseptorların aktivliyinin artması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 360
Dostları ilə paylaş: |