Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə37/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   33   34   35   36   37   38   39   40   ...   95
heyvan qisaldmis

İfrazat sistemi metanefridilərdən ibarətdir. Metanefridilər me­­tamer quru­luş­lu olub, hər bir buğumda yerləşmişdir.

Tənəffüsü bədən səthi vasitəsilədir. Bir çox növlərində, xüsusilə də­niz­də yaşayan formalarda şaxəli çıxıntılar vardır ki, onlar qəlsəmə funksiyasını ye­rinə yetirir.

Həlqəvi qurdlarda yaxşı inkişaf etmiş qapalı qan-damar sistemi vardır. Qan-da­mar sisteminə əsas iki damar – bel və qarın damarları daxil­dir. Bel qan-damarı ba­ğırsağın üstündə, qarın damarı isə altında yerləş­miş­dir. Hər iki da­marlar bir-birilə daha kiçik həlqəvi damarlarla bir­ləş­mişdir.



Sinir sistemi baş hissənin bel tərəfində yerləşən cüt udlaqüstü si­nir dü­yünün­dən, udlaqətrafı sinir həlqəsindən və qarın sinir zənci­rindən ibarətdir. Qarın sinir zənciri hər bir buğumda təkrar olunan si­nir düyün­lərindən əmələ gəl­mişdir. Həlqəvi qurd­larda hiss orqanları nisbətən yaxşı in­ki­şaf etmişdir. Hiss hüceyrə­ləri bütün bədən səthində yerləşmişdir. Onlarda iybilmə, bir ço­xun­da isə müvazinət orqanı olan statosist, bir və ya iki cüt göz də olur.

Həlqəvi qurdlar qeyri-cinsi cinsi yolla çoxalırlar. Qeyri-cinsi ço­xal­ma­sında bədən bir neçə hissəyə parçalanır və onla­rın hər biri inkişaf edərək baş və quyruq hissələrini bərpa edir. Cinsi çoxalma­larına görə həm ayrıcinsli, həm də hermafrodit olurlar.

Həlqəvi qurdlar bir neçə sinfə ayrılır. Əsas sinifləri aşağıdakı­lardır:


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin