Kateqoriyaların ierarxiyası, ali taksonlar


Başıxordalılar sinfi, morfologiyası



Yüklə 248,72 Kb.
səhifə39/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   35   36   37   38   39   40   41   42   ...   95
heyvan qisaldmis

Başıxordalılar sinfi, morfologiyası


Xordalılar tipinin – Chordata Kəlləsizlər yarımtipinin – Acrania Başıxordalılar sinfi – Cephalochordata

Kəlləsizlər – sırf dəniz heyvanları olub, primitiv quruluşlu xordalılardır. Bu heyvanlar morfoloji xüsusiyyətlərinə görə tipik xor­da­lılardır. Digər primitiv xordalılardan bədənin metamer quruluşlu olması, pri­mi­tiv xüsusiyyətlərinin ömür boyu qalması, xordanın bədənin ön hissəsinə qədər uzanaraq sinir boru­sundan önə çıxması, sinir borusu ətrafında qığırdaq və ya sümük skeletin və ürəyin olmaması ilə fərqlənir.

Kəlləsizlər yarımtipinin 30-35 növün daxil olduğu bir sinfi vardır – Başı­xor­dalılar (Cephalochordata). Tipik nümayəndəsi neştərçədir (Bran­­chiostoma lanceolatum). Neştər­çə bədəni yanlardan basıq, hər iki ucu sivriləşmiş uzun­sov bədən formasına malik olan, 5-8 sm ölçüdə, yarımşəffaf kiçik heyvandır (şəkil 149). Neştərçənin baş hissəsi bədəndən seçilmir, cüt ətraflardan məhrumdur, ay­dın nəzərə çarpan metamer bədən quruluşuna malikdir. Bel tərəfi ilə uzanan bel üz­gəci, quyruq şöbəsini büküş şəklində əhatə edərək neştərşəkilli quyruq üz­­gə­cini əmələ gətirir (buna görə neştərçə adı verilmişdir). Bədənin ön tərə­fin­də lamisə çıxıntıları ilə əhatə olunmuş iri ağızönü dəliyi yerləşir. Ondan ar­xa­da bədə­nin aşa­ğı yan tərəfində bir-birinə paralel olan iki metaplevral büküş uzanır ki, bu bü­küşlər bədənin sonuna çatmamış birləşirlər. Onların birləşdiyi na­hi­yədə atri­al dəliyi və ya atriopor yerləşir. Bundan arxada anal dəliyi yerləşir.

Dəri örtüyü. Neştərçənin dəri örtüyü iki qatdan ibarətdir: xarici – epider­mis, daxili – kutis və ya korium. Neştərçənin epidermisi xordalılardan fərqli ola­­raq, onurğasızlarda olduğu kimi birqatlı epiteli və nazik kutikula qatı ilə ör­tül­­müşdür. Epidermis hüceyrələrinin əksəriyyəti silindrşəkillidir, bəzi hü­cey­rə­ləri isə hissi tükcüklərə malikdir. Epidermisdə olan vəzili qədəhşəkilli hüceyrə­lə­rin ifraz etdiyi maddə kutikulanın üzərini örtür, bu da neştərçənin nazik dəri­si­ni xarici təsirlərdən qoruyur. Kutis zəif və həlməşikşəkilli birləşdirici toxu­ma­dan ibarətdir.

Əzələ sistemi bədəndə bərabər paylanmamışdır, az diferensasiya etdiyi üçün, üzərkən və quma soxularkən sadə hərəkətləri təmin edir. Əzələlərin miq­da­rı bel tərəfdə daha çoxdur. Burada əzələ qatı iki uzununa paylardan ibarət olan seqmentlərdən ­– mi­o­­merlərdən (50-80) təşkil olunmuşdur. Seqmentlər eni­­nə­­zolaqlı əzələlərdən ibarətdir. Onlar birləşdirici toxuma pərdələrindən iba­rət mioseptalarla bir-birindən ayrı­lır.

Skeleti bədən boyu uzanan xordadan ibarətdir. Xorda və onun üzərində yerləşən sinir borusunu qalın birləşdirici toxuma qatı əhatə edir. Bu pərdənin çı­xıntıları miosepta və dərialtı birləşdirici toxumalarla bağlıdır.

Qəlsəmə aparatı sahəsində lifli hüceyrəsiz maddədən əmələ gəlmiş, mü­rəkkəb tor, dayaq atmalar yerləşir. Üzgəclər üçün dayaq funksiyasını həlməşik toxumadan əmələ gəlmiş sıx oxlar yerinə yetirir. Lamisə çıxıntılarının və ağız­ö­nü qıfın da skeleti bu cür törəmələrdən əmələ gəlmişdir.




Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin