Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə95/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   87   88   89   90   91   92   93   94   95
heyvan qisaldmis

idioadaptasiya prosesi – təkamülün req­res­siv xətti ilə məhdud mühit şəraitinə uyğunlaşmalar prosesi olub, parazit və otu­raq həyat tərzi keçirən heyvanlarda baş verir. Belə heyvanlar başqa mühitdə ya­şamaq qa­bi­liyyətindən məhrum olur, bu cür uyğunlaşmalar orqanizmin son­ra­kı proq­ressiv təkamül imkanını məhdudlaşdırır.

Müasir parazitologiya elminin parazitosenoz adlanan sahəsi patoloji xü­su­­siy­yətindən asılı olmayaraq heyvanlar aləminə mənsub olan parazitlərin (ibti­dailər, qurdlar, gənələr, həşəratlar) növ tərkibini öyrənir. Parazitosenoza daxil olan parazitlərdə antoqonist və sinergik xüsusiyyətlər vardır, məsələn, askaridlə yoluxmuş insan lyambliya ilə nadir hallarda yoluxur.

Simbioz həyat tərzi keçirən heyvanların birgəyaşayışının taksonomik əhə­­miyyəti vardır. Simbioz – (yunanca symbiosis – birgə yaşayış deməkdir) iki növ­­dən olan fərdlərin birgə yaşamasının elə bir formasıdır ki, bu zaman hər iki fərd xarici mühitlə qarşılıqlı əlaqədə olur, xarici mühitlə münasibətlərin tən­zimi hər iki orqanizmin fəaliyyəti ilə uyğunlaşır. Parazitizm də daxil olmaqla birgəyaşayışın bütün əlverişli formaları simbioz adlanır. Aktiniya və abdal xər­çəngin simbioz həyat tərzi keçirməsi, infuzorların gövşəyən heyvanların işgən­bəsində yaşaması simbioza misaldır. V.A.Dogelin tədqiqatlarına əsasən bir göv­­­­şəyən heyvanın bağırsağında 3 kq-a qədər infuzor zərər vermədən simbioz hə­yat tərzi keçirir. İnfuzorlar heyvanın qidasının həzm olunub sorulmasında iş­tirak edir.



Coğrafi əlamətlər də əsas taksonomik əlamətlər hesab olunur. Bu əlamət­ləri bilmədən taksonomik əlamətlər və taksonomik hipotezləri öyrənmək müm­kün deyil. Bu əlamətlər iki tipdə rast gəlinir: 1)ali taksonların sistematikasında coğ­rafi yayılmaların ümumi xarakteristikası, 2)populyasiya daxilində allo­patrik və simpatrik növlərin yayılma nisbəti.

Heyvanların coğrafi yayılmasının öyrənilməsi üçün təkamül faktorlarını bil­­mək lazımdır. Ekoloji-faunistik tədqiqat aparan sistematik zoocoğrafi vila­yət­­lərin sərhədləri, onların keçmiş və müasir faunası barədə elmi məlumatları bil­məli, hər bir taksonun filogenezinə aid təsnifat biliyinə sahib olmalıdır. Eyni növə aid olub müxtəlif populyasiyalarda yaşayan növlər allopatrik növlər ad­la­nır, bu növlərin cütləşməsi onların arasındakı məsafədən asılıdır, eyni növə aid olan iki və daha çox populyasiya eyni ərazidə yaşayıb bir-biri ilə cütləş­mirsə bu növlər simpatrik növlər adlanır.
Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin