Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə87/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   83   84   85   86   87   88   89   90   ...   95
heyvan qisaldmis

Tənəffüs sistemi. Həşəratın tənəffüs sistemi bədənin yanlarından keçən və daxildə şaxələnən boruşəkilli traxeyalardan ibarətdir. Traxeyalar xa­ricə xüsusi stiqma adlanan dəliklə (nəfəsgah) açı­lır. Daxildə bu traxeyalar dia­metri bir mikron olan traxeollara şaxələnir­lər. Bəzi hə­şəratda iri traxeya boruları güclü ge­nişlənərək, hava kisələri əmələ gə­tirirlər. Belə hava kisələri adətən yaxşı uçan həşəratda (arılarda, ikiqanadlılarda, çəyirtkəkimilərdə, bö­­cək­lərdə və s.) inkişaf etmişdir.

Traxeyalar ektodermal mənşə­lidir, daxildən xitinlidir və dərinin kutiku­lasına oxşardır. Traxeyalar stiqma ilə başlayır və çoxlu miq­darda şaxələnərək həşə­ratın bütün daxili hissəsini tutur. Hətta traxeollar ayrı-ayrı hüceyrələrin da­xilinə də keçir. Stiqmalar bədənin yan his­səsində yerləşir və adətən sayı 10 cüt olur. Onlardan 2 cütü döş, 8 cütü isə qarın hissədə yerləşir. Bə­zi həşəratda stiq­ma­nın sayı az olur. İlkqanadsızlarda, parazitlik edən və suda yaşayan həşərat sür­fələ­rin­də isə stiqma tamamilə olmur.



İfrazat sistemi. Həşəratda əsas ifrazat funksiyasını malpigi boruları yeri­nə yetirir. Malpigi boruları kor qurtaracaqlı olub, orta və dal bağır­sa­ğın sərhəd­dində bağırsağa açılır. Boruların divarı iç tərəfdən epiteli hücey­rə­lə­rin­dən iba­rətdir, əzələli və hə­rəkətlidir.

Müxtəlif həşəratda malpigi borularının sayı 2-dən 200-ə qədər və da­ha çox olur. İynəcə və düzqanadlılarda bu boruların sayı 30-200, tax­tabiti, ikiqa­nad­lılar, bit və birələrdə 4, böcəklərdə 4-6, kəpə­nəklərdə 6, termitlərdə 8-20, neş­təri olan pərdəqanadlılarda isə 100-dən çox­dur. Bir qisim həşə­rat­da malpigi boru­ları olmur (mənənələrdə, bəzi ilkqanad­sız­larda).

Həşəratın həyatında piy cisimciyi qida­lı maddələrin toplanmasında iştirak edir və maddələr mübadiləsinin məhsullarını ud­maq­­­la böyük fizioloji funk­si­yanı yerinə ye­tirir.



Sinir sistemi. Həşəratın orqanlarının fəaliyyəti və onlar ara­sındakı qar­şı­lıqlı mü­nasibət sinir sistemi vasitəsilə idarə olunur. Sinir sistemi mürəkkəb qu­ruluşa malik olub, hə­şəratda mər­kə­zi, periferik və simpatik si­nir siste­min­dən ibarətdir.

Sinir sistemi qida borusunun üstündə yerləşən yaxşı inkişaf etmiş iri ud­laq­­üstü si­nir düyünündən və nisbətən zəif inkişaf et­miş udlaqaltı sinir düyü­nündən ibarətdir. Hər iki sinir düyünü bir-birilə sinir teli va­sitəsilə birləşərək, ud­laq­ət­rafı həlqəni əmələ gətirir. Qarın hıssədə bağırsağın altında yer­ləşən bir neçə sinir düyünləri qarın sinir zən­cirini əmə­lə gətirir.

Primitiv quruluşlu bəzi həşəratda (ta­ra­kanlar, düzqanadlılar və s.) qarın sinir zən­ciri 3 döş və 8 qarın sinir düyünündən ibarətdir. Yüksək inkişaf etmiş for­ma­larda qarın sinir düyünləri birləşərək, onların sayı azalmış olur


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin