Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə83/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   79   80   81   82   83   84   85   86   ...   95
heyvan qisaldmis

Baş hissə (caput) buğumların möhkəm birləşməsindən əmələ gələn kəllə qutusundan (epicranium) və ya baş kapsulundan ibarət olub, ağız orqanlarına və bığcıqlara malikdir. Kəllə qutusu başın xarici skeletini təşkil edir, bir cüt mürəkkəb və ya fasetli gözə və gözcüklərə malikdir. Başın səthi ayrı-ayrı hissə­lərə ayrılır, bəzən də bu hissələr arasında tikişlər olur. Tarakan və başqa ibtidai qu­ruluşlu həşəratda başın ön hissəsində gözlərin arasında V şəkilli tikiş vardır ki, bu epikranial tikiş adlanır.

Başın ön səthində alın (frons), ondan yuxarıda əmgək (vertex), arxada isə peysər (occiput) yerləşir. Alından aşağı və ya öndə üzlük lövhə və ya klipeus (clypeus), ondan aşağıda isə ağız orqanlarını üst hissədən örtən hərəkətli löv­həcik şəklində olan üst dodaq (labrum) yerləşir. Başın yanlarında gözün alt və dal hissəsində yanaq (genae), onlardan arxada isə yanaqdalı (postgenae) vardır.



Bığcıqlar. Baş hissədə həşərat üçün xarakterik olan bir cüt bığ­cıq və ya antenna (antennae) vardır. Həşərat sinfində bığcıqsızlar dəs­­­təsi (Protura) müs­təsna olmaqla, həşəratın hamısında bığcıq inkişaf etmişdir. Bığcıqsızlarda isə bığ­cıq olmasa da onların itirilmiş izi qal­mışdır. Bığcıqlar alının yanlarında, göz­­lərin arasında yerləşir. Adətən, bığcıqlar çoxlu miqdarda buğumlardan təş­kil olunmuşdur. Bədənə birləşən birinci buğum saplaq və ya skapus (sca­­pus), ikinci buğum ayaqcıq (pedicellus), qalan buğumlar isə qamçı (flagellum) ad­la­nır.

Bəzən bığcıqlar qısa və buğumları az olur. Məsələn, milçək və iynəcə­lər­də bığ­cıq 3 buğumdan ibarətdir. Böcəklərdə bığcıqlar adətən 11, pərdəqanadlı­larda 12-13 buğumlu olur. Bəzi həşəratda isə bığcıqlar uzun və çox buğumlu olub, bədənlərindən uzun olur (şalalar, uzunbığ böcəklər).

Bığcıqlar lamisə və iybilmə orqan­ları­dır. Bığcıqlar hərəkətlidir və onların hərəkət etməsinə səbəb xüsusi əzələlərdir.

Quruluşlarına görə aşağıdakı bığcıq tipləri vardır: qılşəkilli, sapşəkilli, san­­caq­şəkilli, mişar­şəkil­li, daraqşəkilli, dirsəkli, löv­­həşəkilli, qılıncşəkilli, lə­lək­­şəkilli və s. Bəzən eyni növə aid olan dişi və erkək fərdlərdə bığ­cıq­lar müx­təlif olur.




Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin