Kateqoriyaların ierarxiyası, ali taksonlar


Həşərat sinfi, daxili orqanlarının topoqrafiyası



Yüklə 248,72 Kb.
səhifə82/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   78   79   80   81   82   83   84   85   ...   95
heyvan qisaldmis

Həşərat sinfi, daxili orqanlarının topoqrafiyası


HƏŞƏRAT SİNFİ — INSECTA

Heyvanat aləmi içərisində həşərat ən geniş yayılan qrupdur. Buğumayaqlılar içərisində həşərat daha yüksək quruluşlu for­ma­­­lar hesab olunur. Doğrudur, onların içərisində ilk qanadsızlar, gün­də­cə, iynəcə və s. kimi primitiv quruluşlu formalar olsa da, tə­ka­mül prosesində yüksək quruluşa çatan böcəklər, kəpənəklər, pərdə­qa­­nadlılar, ikiqanadlılar kimi formaları da vardır.

Həşəratın bədən ölçüləri müxtəlifdir. Onların 0,2 mm ölçü­də olan kiçik for­­ma­ları ilə yanaşı 30 sm-ə qədər ölçüdə olan iri formaları da vardır.

Bütün buğumayaqlılardan fərqli olaraq həşəratda bədən bir-birindən ay­dın şə­kildə seçilən üç hissədən ibarətdir: baş, döş, qarın­cıq. Hər bir hissə müx­tə­lif miqdarda buğumlardan təşkil olunmuşdur ki, onlar da müxtəlif ətraf və çı­xın­tılara malikdir.

Baş hissə (cephalon) 5 buğumun (bəzi tədqiqatçıların fikrincə 6-8 bu­ğu­mun) bir­ləş­məsindən əmələ gəlmişdir. Döş hissə (thorax) 3, qarıncıq hissə (ab­do­­men) isə ən çoxu 12 buğumdan təşkil olunmuşdur. Ümumiyyətlə, həşəratın bə­də­nində 20-yə qədər buğum vardır. Lakin bütün həşəratda bədən buğum­la­rının sayı eyni deyildir. Beləki, təkamül prosesi nəticəsində daha yüksək in­ki­şaf etmiş formalarda (iki­qanadlılar və s.) qarın buğumlarının sayı xeyli azal­mış­dır.

Həşəratın baş, döş və qarıncıq hissələrinin hər biri müəyyən funksiyanı ye­rinə yetirir. Həşəratın bədənini xaricdən örtən kutikula qatı xitinləşmişdir. Xitinləşmiş kutikula qatı həşəratın həyatında mühüm rol oynayır. Hissələr və bu­ğumlar arasında xitin nazik, yumşaq və elastikidir. Bu qat həşəratı xarici mü­hi­tin təsirindən qoruyur və ona müqavimət göstərir.




Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin