Qan-damar sistemi
Hörümçəkkimilərin qan-damar sistemi metamer quruluşdadır. Əqrəblərdə və əksər qamçıayaqlılarda ürək boruşəkillidir və yeddi cüt ostiyə malikdir. Hörümçəklərdə isə ostiy dəliklərinin sayı 5 və ya 2 cütdür. Gənələrdə qan-damar sistemi çox zəif inkişaf etmişdir. Ürək kiçikdir, ovalşəkillidir, iki ostiy dəliyinə malik olub, bel tərəfdə yerləşmişdir. Ürəkdən önə doğru ön, arxa tərəfə doğru arxa aorta damarları çıxır. Aorta da öz növbəsində şaxələnərək bir neçə arteriya damarlarına ayrılır. Arterial damarların inkişaf dərəcəsi və şaxələnməsi tənəffüs orqanlarının quruluşundan asılıdır. Bövlərdə və otbiçənlərdə isə arterial damarlar güclü şaxələndiyi üçün qan damarları zəif inkişaf etmişdir və ya heç olmur. Gənələrdə ürəkdən önə doğru aorta uzanır. Aorta nazik damar olub, sinir düyünü ətrafında genişlənir və sinir sinusunu əmələ gətirir. Buradan qan bədən boşluğuna tökülür. Bu qan sonradan ostiy vasitəsilə ürəyə daxil olur.
Dostları ilə paylaş: |