Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə77/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   73   74   75   76   77   78   79   80   ...   95
heyvan qisaldmis

Tənəffüs sistemi

Hörümçəkkimilər quru həyat tərzi ilə əlaqədar olaraq, atmosfer havası ilə tənəffüs edirlər. Onlarda tənəffüs sistemi ağciyər və traxeyalar vasitəsilədir. Əqrəblərdə ön qarıncığın 3-6-cı buğumları cüt ağciyərlə təchiz olunmuşdur. Ağciyər qarın tərəfdə yerləşən stiqma adlanan dörd nəfəsgahla xarici mühitlə əlaqələnir. Hörümçəklərdə ağciyər yarpaqşəkilli olub, bir cütdür və qarının əsasında yerləşmişdir. Onun stiqma adlanan iki yarığı vardır. Stiqma ağciyər boşluğuna açılır. Ağciyər boşluğunun divarı yelpikşəkilli kutikulyar cibciklərlə təchiz olunmuşdur. Buraya həm hava daxil olur, həm də qan dövr edərək qazlar mübadiləsi baş verir. Traxeya sistemi şaxələnməmiş iki borudan ibarətdir. Traxeya boruları tor ziyilinin ön hissəsində yerləşən yarıqla başlayır. Hörümçək atmosfer havası ilə tənəffüs edir. Bəzi kiçik hörümçəkkimilərdə isə tənəffüs orqanları ixtisar etmişdir və onlar bədən səthi ilə tənəffüs edirlər.




Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin