Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə75/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   71   72   73   74   75   76   77   78   ...   95
heyvan qisaldmis

1. Hidroidlər— Hydrozoa

2. Ssifoidlər—Scyphozoa

3. Mərcan polipləri—Anthozoa

Bağırsaqboşluqluların 9000-ə qədər növü vardır. Onlar 3 sinfə ayrılırlar:



1. Hidroidlər— Hydrozoa

2. Ssifoidlər—Scyphozoa

3. Mərcan polipləri—Anthozoa
  1. Qığırdaqlı balıqlar sinfi, təyin olunma metodları

  2. Quşlar sinfi, morfologiyası


QUŞLAR SİNFİ – AVES

Quşlar - ali onurğalıların uçmağa uyğunlaşmış sinfidir. Quşlar genetik cə­hətdən sürü­nən­lərə yaxın olub, onlara sürünənlərin ixtisaslaşmış, proqressiv bu­dağı kimi baxmaq olar. Quşlarda maddələr mübadiləsinin intensiv getməsi ilə əlaqədar bədən temperaturu sabit və daimi olub, ətraf mühitin temperatu­rundan asılı deyildir. Quşların bədəni lələklərlə örtülüdür, ön ətraflar qanadlara çev­rilmişdir. Uç­mağa uyğunlaşma quşların əsas səciyyəvi xüsusiyyətidir. Uç­ma­yan quşlarda (dəvəquşuları, pinqvinlər və s.) bu əlamət ikinci dəfə qazanıl­mış­dır.

Müasir quşlarda dişlər reduksiya etmiş, çənələr qərni maddədən əmələ gəlmiş dimdik ilə əhatə olunmuşdur. Böyük peysər dəliyinə və bir peysər çı­xın­tısına malikdir. Əksər quşlarda döş sümüyü üzərində döş tili yerləşir, ətraf­larında ayrı-ayrı sümüklər bir-birilə birləşmişdir. Quşlarda boruşəkilli sümüklər pnevmatikdir. Uçma ilə əlaqədar olaraq hava kisələrinə malikdir. Su quşlarında büz­­düm vəzi yaxşı inkişaf edərək, lələkləri islanmaqdan mühafizə edir, əksər quru quşlarında (dəvəquşu, doydaq və s.) büzdüm vəzisi inkişaf et­mir. Ürək dörd kameralı olub, yalnız sağ aorta qövsü qalmış və sürünənlərdən fərqli ola­raq, böyük və kiçik qan dövranı bir-birindən tamamilə ayrılmışdır. Quşların sinir sistemi həyat tərzi ilə əlaqədar daha mürəkkəb quruluşa malikdir. Quşların əksəriyyətində sol yumurtalıq və yumurta borusu inkişaf etmişdir. Bütün quşlar yumurta qoymaqla çoxalırlar.

Quşların sistematikası barədə ilk məlumatlar Aristotel dövründən başla­mış­dır. Bu sistematikaya əsasən quşlar 8 təbii qrupa bölünmüşdür. Linney sis­tema­tikasında quşlar 6 dəstəyə bölünürdü. Sonralar quşların sistemləşdirilm­əsi “təsvir sistematikası”na əsaslanmışdır. Bu sistematikanın əsası J.Küvye və Pal­las tərəfindən qoyulmuşdur. “Təsvir sistematikası” xarici morfoloji əlamətlərə əsa­­sən tərtib olunurdu. Xarici morfoloji əlamətlərə əsasən K.İlliger bir çox quş­ları sistematikaya daxil etmişdir.

Quşlar sinfinin sistematikasının 80-100 milyon il tarixi vardır. Yura döv­rün­də qə­dim sürünənlərdən əmələ gəlmələri barədə ədəbiyyat məlumatları möv­­cuddur. Müasir dövrdə Yer kürəsində quşlar sinfinin 27-dən artıq dəstəsi, 171 fəsiləsi, 2400 cinsi və 9000-ə qədər növü məlumdur.

Quş növlərinin təsnifatda yerini təyin etmək üçün müxtəlif ölçülərdən is­ti­­fadə olunur (şəkil 190,191). Bu ölçülərdən qanadın, quyruğun, dimdiyin və pəncə lüləsinin uzunluğu əsas götürülür. Qanad bükülmüş halda ölçülməlidir. Qa­na­dın uzunluğu pəncə əyrisindən (oynaqdan) düz xətt istiqamətində ən uzun çalma lələyinin ucuna qədər götürülür. Quyruğun uzunluğu mərkəzi sükan lə­lək­­lərinin əsasından ən uzun olanının ucuna qədərdir. Dimdiyin uzunluğu qu­şun alnında lələk örtüyü başlayan yerdən və ya burun dəliyinin ön kəna­rın­dan dimdiyin ucuna qədər ölçülür. Pəncə lüləsinin uzunluğu ayaq darağı oyna­ğı üzərindəki çökəkdən orta barmağın dibinə qədərdir.

Bəzən quşları təyin etmək üçün barmağın caynaqla və ya caynaqsız uzun­­­luğu, dimdiyin eni, hündürlüyü və s. ölçülər də götürülür. Təyinat cədvəl­lə­rində hər bir lələyin normal uzunluğu nəzərdə tutulur. Çox vaxt lələyin uzun­luğunun eninə nisbətindən istifadə olunur.

Quyruğun forması da müxtəlifdir, sükan lələklərinin yerləşməsindən asılı ola­raq düz quyruq, ucu dəyirmi quyruq, pilləkənvari və ucdan oyuq quyruq for­ma­ları vardır. Quyruğun uzunluğu da müxtəlif olub, quşun təyinində mühüm əhəmiyyətə malikdir (şəkil 192).

Müxtəlif hərəkət formalarına baxmayaraq, hərəkətin əsasını uçuş təşkil edir. Quş havada olarkən lələklərinin vəziyyəti və qanadının sahəsi çox dəyişir. Qanad üstdən qabarıq, altdan batıq olur, ön kənarı qalın, arxa kənarı nazik və elastikidir. Quşun həyat tərzi və uçuş qaydasından asılı olaraq qanadın forması müxtəlif olur: ensiz və uzun, küt və enli qanadlar vardır.

Birinci dərəcəli çalma lələkləri qanadın kənar tərəfindən oynağa tərəf, ikinci dərəcəli çalma lələkləri isə oynaqdan dibə tərəf nömrələnir. Quşun bel və çiyin lələkləri mantiya adlanır. Təyinetmə cədvəlləri adətən, erkək fərdlərin əla­­mət­lərinə əsasən tərtib olunur. Xırda quşları ölçmək üçün ştangen-pərgar, or­­ta boylu və iri quşları ölçmək üçün xətkeş və santimetrdən istifadə olunur. Dim­­dik və pəncə lüləsi bir qayda olaraq, ştangen-pərgarla ölçülür. Təyinat cəd­vəl­lə­ri ümumi qaydalar üzrə tərtib olunur. Göstərilən əlamətlər qoşa nömrə­lə­nir, əla­mə­tin biri açıq, digəri mötərizədə verilir. Açıq nömrələr tezis, mötəri­zə­dəki nöm­rələr antitezisi göstərir. Məsələn, tezis – qanadı uzundur, antitezis – qanadı qı­sa­dır. Dəstələr, fəsilələr və növlər bu qaydalara əsasən təyin olunur.

Quşlar qiymətli kolleksiya materialıdır və elmi tədqiqat işinin aparılması üçün istifadə olunur. Kolleksiya toplamaq üçün quşları müvafiq ov alətlərindən istifadə edərək vurmaq lazımdır ki, onların lələkləri zədələnməsin. Ovlanmış quşun dərisi soyulub təmizlənir, yerinə pambıq doldurulur. Yayda quş öldükdən 2-3 saat sonra xarab olur, lələkləri tökülür, təyinat üçün tam ya­rarlı olmur. Quş yarılıb təmizləndikdən sonra onurğasının yerinə ağac çöplər qoyulur, lələkləri təmizlənib, kartof unu səpilərək qurudulur, qanadları dartılıb düzəldilir, qarın və döş lələkləri sağa və sola ayrılır. Dəri döş tilinin aşağı his­sə­sindən quşun kloakasına qədər uzununa kəsilir. Dəri soyulub quşun buduna çatdıqda, bud baldırdan ayrılır, bud baldır oynağından (dizdən) kəsilir. Quşun budları bədən üzərində, baldırları isə dəri üzərində qalır. Dəri quyruğa tərəf soyulur, sonuncu fəqərə qalmaq şərtilə, quyruğu qayçı ilə kəsilir və onurğadan ayrılır. Sonra quş başıaşağı tutulub, dəri tərsinə çevrilir və qanadlarına qədər soyu­lur. Quşun kəlləsi, göz çuxurları, dimdik, qanad və ayaq sümükləri təmiz­lənib işlənir. Dəri korlanmasın deyə, dəriyə mərgümüş məhlulu çəkilir (mərgü­müş zəhərlidir). Quşun cinsi vəzilərinin ölçüləri götürülür. Quşun görünüşü dü­zəl­­dikdən sonra erkək və ya dişi fərd olduğu, tapıldığı yer, ilin mövsümü etiket üzərində qeyd olunur. Quş quruyana qədər kağız torbada, arxası üstə saxlanılır.

Quşların sistematikasını tərtib edərkən, onların yuva və yumurtalarından nü­mu­nələr götürülməlidir. Götürülmüş yuvanın ölçüləri və təbii forması pozul­ma­malıdır. Yuvanın nəyin üzərində və yerdən hansı hündürlükdə yer­ləş­diyi gös­tərilməlidir. Yumurta iynə ilə deşilib içərisi boşaldılmalı, qabığı sax­lan­ma­lıdır.



  1. Yüklə 248,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin