Kateqoriyaların ierarxiyası, ali taksonlar


Yırtıcılar dəstəsi, təyin olunma metodları



Yüklə 248,72 Kb.
səhifə71/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   67   68   69   70   71   72   73   74   ...   95
heyvan qisaldmis

Yırtıcılar dəstəsi, təyin olunma metodları


Dəstə Yırtıcılar – Carnivora

Dəstəyə az və ya çox dərəcədə heyvani qida ilə qidalanan heyvanlar daxil­dir. Əksər növləri diri heyvanlarla, bir çox halda isə cəmdəklə qidalanır­lar. Bədən formasına və ölçülərinə görə müxtəlifdir (uzunluğu 14 sm-dən 3 m-ə, kütləsi 100 q-dan 1 t-a qədər). Kəsici dişləri xırda, köpək dişləri güclü, azı diş­­lərinin kənarı iti, çeynəmə səthi qabarıqdır. Üst çənədə yalançı azı dişlərinin axırıncısı, alt çənədə isə birincisi yırtıcı diş adlanır (şəkil 239).

Yırtıcılarda növdaxili əlaqələrin mürəkkəbləşməsi fərdlərin bir-biri ilə əlaqə və davranışlarına əsaslanan müvəqqəti və daimi qrupların və ya ailələrin əmələ gəlməsinə səbəb olur (şəkil 240).

Bu heyvanlarda eşitmə və qoxu orqanları daha yaxşı inkişaf etmişdir. Qo­xu orqanının yaxşı inkişaf etməsi qidaaxtarma, növdaxili və növarası əlaqələrin tən­zimlənməsində xüsusi əhəmiyyətə malikdir. Dəstəyə 240 növ daxildir.



İtlər fəsiləsi (Canidae). Orta böyüklükdə, inkişaf etmiş, qaçmağa uyğun­laşmış və ətraflarında içəriyə çəkilməyən caynaqları olan heyvanlardır. Bütün növlər barmaq üzərində sürətlə qaçmağa uyğunlaşmışlar. Gövdənin yarısına bə­ra­bər olan sallanmış quyruğa malikdirlər. Yırtıcı dişlər yaxşı inkişaf etmiş­dir. Əksəriyyəti heyvani qida ilə qidalanır və öz şikarını uzun müddət təqib edir­­­­lər. Vəhşi növlər ildə bir dəfə çoxalır, əsasən yuvalarda yaşayır və hər yer­də yayılmışlar.

Canavarlar hər yerdə yayılmış yırtıcılardır (şəkil 240). Canavar (Canis lu­pus) yuva qurmur, gizli yerlərdə bala doğurlar. Maldarlığa ziyan vururlar. Rəngləri adə­tən, boz­dur, belin ortası ilə öndən arxaya doğru qaramtıl zolaq uza­­nır. Kəllə uzunsovdur, üz hissəsi daralmışdır. Canavarın diş düsturu aşağı­da­kı kimidir:

Tülkülər cinsi (Vulpes) orta ölçülü, uzun gövdəli, nisbətən qısa ətrafları olan heyvanlardır. Adi tülkü (Vulpes vulpes) demək olar ki, hər yerdə yayıl­mış­dır (şəkil 241). Ölçüləri, rəngi və xəz dərisi coğrafi yayılmalarına görə müx­tə-lifdir. Yırtıcı dişlər yaxşı inkişaf etmişdir. Köpək dişləri xüsusilə seçilir (şəkil 242). Yu­vada 4-8 bala doğurlar. Qidasını siçankimilər, nadir hal­larda quş və baş­­qa hey­vanlar təşkil edir. Ümumiyyətlə, tülkülər xeyirli heyvan­lardır. Quş fer­­­maları olan sahə­lərdə zərər verirlər. Xəz dərisinə görə birinci yer­lərdən biri­ni tutur.

Çaqqal (Canis aureus) Qafqazda və Orta Asiyanın bəzi yerlərində yayıl­mışdır. Güclü dişi fərd dominant olub ailəyə başçılıq edir. Yırtıcılar arasında nəsil qay­ğısı bu heyvanlarda özünü kəskin büruzə verir. Canavarlardan fərqli olaraq bu heyvanların balaları iti caynaqlar, güclü dişlər və açıq gözlərlə do­ğulur.

Yenotabənzər it (Nyctereutes procyonoides) bioloji cə­hətdən başqa növ­lər­dən qış yuxusuna getməsilə fərqlənir. Bu növün vətəni Uzaq Şərqin cənub vilayətləri hesab olunur. Avropada müvəffə­qiyyətlə iqlimə uy­ğun­laşdırıl­mışlar.


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin