Aromorfoz, idioadaptasiya və simbioz.
Aromorfoz -orqanizmdə mühitə uyğunlaşma nəticəsində baş verən morfofizioloji tərəqqi olub, orqanizmin həyat fəaliyyətini, mühit dəyişmələri zamanı davamiyyət intensivliyini artırır. Aromorfoz növün quruluş səviyyəsinin, mühit dəyişmələrinə davamlılığının artması nəticəsində digər areallara yayılmasına səbəb olan keyfiyyət dəyişkənliyidir. Növün klinial dəyişkənliyi aromorfozun təzahürüdür, klinial dəyişkənlik (klin-əyilmə) mühit amillərinin tasirilə fasiləsiz, tədricən baş verən dəyişkənlikdir. Klinial dəyişkənlik növdaxili dəyişkənlikdir, klinial dəyişkənlik populyasiya sistematikasında əlamətin ya böyüməsi, ya da kiçilməsi ilə müşahidə olunur. Məsələn, cənubdan şimala tərəf getdikcə bal arılarında xortumun kiçilməsi klinial dəyişkənlikdir.
Aromorfoz bir sistematik kateqoriyadan digərinə keçid üçün yol açılır. Dəyişkənliyi əmələ götürən amillər mikrotokamül prosesinə baglanğıc verir. Növün divergensiyası dəyişkənliyə, növün yeni coğrafi və ekoloji ərazilərə yayılmasına, eyni zamanda növmüxtəlifliyinə gətirib çıxarır. Növlər arasında divergensiya təbii seçmə noticosində cinslərə, cinsləri isə öz növbəsində daha ali taksonlara başlangıc verir.
A.N.Severtsov onurğalarda qan-damar sisteminin mürəkkəbləşməsi dörd kameralı ürəyin əmələ gəlməsini aromorfoz prosesi ilə izah edir, böyük və kiçik qan dövranım idioadaptasiya uygunlaşması oldugunu qeyd edir.
İdioadaptasiya- proqressiv təkamül dəyişkənliyidir, xüsusi uygunlaşmalarla müşahidə olunur. Orqanizmlərdə mühit şəraitina uyğunlaşmaqla əmələ gələn qoruyucu rənglər, dibdə yaşayan heyvanların qrunt rəngi alması, uçmağa uyğunlaşmış məməlilərdə (yarasalar, uçan sincablar va s.) əmələ gələn morfoloji dəyişkənliklor idioadaptasiyanın nəticəsidir. Məhz idioadaptasiya nəticəsində heyvanlar Arktikadan Afrikaya qədər yayıla bilirlər, növlərin arealı genişlənir, sayı artır, bioloji proqres baş verir . Quşların dimdiyinin forması, səhrada yaşayan kərtənkələlərdə qoruyucu rəngin əmələ gəlməsi, burun dəliklərinin başın üst tərəfində yerləşməsi, barmaqlarda daraqşəkilli pulcuqların əmələ gəlməsi idioadaptasiya nəticəsində əmələ gələn morfoloji uyğunlaşmadır.
Simbioz həyat tərzi keçirən heyvanların birgəyaşayışının taksonomik əhəmiyyəti vardır. Simbioz – (yunanca symbiosis – birgə yaşayış deməkdir) iki növdən olan fərdlərin birgə yaşamasının elə bir formasıdır ki, bu zaman hər iki fərd xarici mühitlə qarşılıqlı əlaqədə olur, xarici mühitlə münasibətlərin tənzimi hər iki orqanizmin fəaliyyəti ilə uyğunlaşır. Parazitizm də daxil olmaqla birgəyaşayışın bütün əlverişli formaları simbioz adlanır. Aktiniya və abdal xərçəngin simbioz həyat tərzi keçirməsi, infuzorların gövşəyən heyvanların işgənbəsində yaşaması simbioza misaldır. V.A.Dogelin tədqiqatlarına əsasən bir gövşəyən heyvanın bağırsağında 3 kq-a qədər infuzor zərər vermədən simbioz həyat tərzi keçirir. İnfuzorlar heyvanın qidasının həzm olunub sorulmasında iştirak edir.
Dostları ilə paylaş: |