taksonomik əlamət uzun zaman ərzində gedən təbii seçmənin məhsuludur. Taksonomik əlamətlərin 5 tipi mövcuddur; I-morfoloji əlamətlər, II-maddələr mübadiləsi xüsusiyyətləri və ya fizioloji əlamətlər, III-ekoloji əlamətlər, IV-etoloji əlamətlər, V-coğrafi əlamətlər. Bu əlamətlərin əhəmiyyəti müxtəlifdir. Onlardan bəziləri qohumluğun davamlı əlamətləridir, digər əlamətlər nisbətən davamsızdır. Hər bir əlamətin qiyməti onun informasiya məzmunundan asılıdır. Buna görə təsnifatda bir əlamətə çox, digərinə az qiymət verilir. Məsələn, xordalılar tipi, məməlilər sinfi, yırtıcılar dəstəsi əsas təsnifat əlamətlərini adında əks etdirir. Təsnifat üçün yararlı əlamətlər stabil və dəyişən əlamətlərin müəyyənləşdirilməsi ilə xarakterizə olunur. Bir çox taksonomik əlamətlər: kimyəvi, xromosom, fizioloji, etoloji və s. təsnifat üçün xüsusi əhəmiyyətlidir. Heyvanlar aləmində daim təkamül və dəyişkənlik baş verdiyi üçün hər bir kateqoriya üçün universal əlamət yoxdur.