Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə94/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   87   88   89   90   91   92   93   94   95
heyvan qisaldmis

monoqam adlanır.Poliqam quşlar cütlərə ayrıl­mır, erkək və dişi fərdlər yalnız çoxalma dövründə bir yerdə olurlar.

Quşların çoxalması cinsiyyət oyunları (nikah davranışları) və səsləşmə­lər­lə başlanır, sərçəkimilər ritmik oxuyur, durnalar və ququşları nəvazişli rəqs edir, ağac­dələnlər dimdiklərini quru ağaca döyməklə təbil çalır, bayquşlar yük­sək səslə çığırır, qartallar havada süzür. Hər növün səciyyəvi oyunları və səs­ləş­­mələri cütlərin düzgün seçilməsinə səbəb olur, başqa növlərlə cütləşməsini tam ol­masa da, tənzim edir. Monoqam quşların yuvasını dişi fərd və ya hər ikisi, po­liqam quşların yuvasını isə dişi fərd qurur. Bəzi quşlarda yuva qurmaq ins­tinkti yoxdur (kayra, bəzi cüllütlər, keçisağan). Bəzi quşlar isə öz lələklərini yolub yuvasına döşəyir (qaz, ördək). Kənd qaranquşları və qayalıqlarda yaşa­yan qaranquşlar özlərinə yuva düzəldərkən palçıqdan istifadə edirlər. Quşların yuvası qorunmaq xüsusiyyəti daşıyır və yuvada mikroiqlim az dəyişkən olduğu üçün yumurtanın inkişafı normal gedir.Zibillik toyuqlarından başqa bü­­­tün quşlar kürt yatır, poliqam quşların ancaq dişi fərdi, monoqamların dişi fər­di və ya dişi ilə erkək fərd növbə ilə kürt yatır.

Yuva quran quşlardan başqa yuva parazitliyi edən quşlar da mövcuddur.

On­lar başqa quşların yuvasında yumurtlayır, onların yumurtası yuvasın­da yu­mur­ta qoyduqları quşların yumurtasına bənzəyir.

Taksonomik əlamətlər sırasında hörümçəklərin torlarında müşahidə olu­nan naxışlar da mühüm təsnifat elementidir (şəkil 8). Hörümçəklərdə tor vəzi­lə­ri müx­təlif formada olur: boruşəkilli, ampulaşəkilli, armudşəkilli, ağacşəkilli və s. Tor vəziləri ancaq dişi fərdlərdə olur, hörümçəyin görəcəyi işdən asılı ola­raq yumurta baraması üçün boruşəkilli vəz, ov üçün ampulaşəkilli və ya ağac­şəkilli vəz şirə ifraz edir.

Onurğalı heyvanlar arasında məməlilər yüksək inkişaf səviyyəsi ilə xa­rak­­terizə olunur. Məməlilər üçün nəsil qayğısı daha mükəmməl şəkildə həyata ke­çi­rilir. Rüşeymin ana bətnində inkişafı, ana hesabına qidalanması, plasenta­nın əmələ gəlməsi nəsil qayğısına qalmanın təkamül xüsusiyyətidir. Məməlilər doğ­duqları balanı südlə bəsləyir, öz həyat tərzlərini balalarına öyrədirlər. Hey­van­­ların bu xüsusiyyəti siqnal irsiliyi adlanır və quşlarda da yüksək inkişaf et­miş­dir. Məməlilərdə beyin yarımkürələrinin boz maddədən ibarət qabıq təbəqə­si əmələ gəlir (neopallium) və bu şöbənin inkişafı orqanizmin mürəkkəb davra­nı­şını təmin edir.

Yumurtadiridoğanlar müstəsna olmaqla məməlilər diri bala doğur. Bəzi mə­­mə­lilər nəsil vermək üçün ailələr əmələ gətirir. Sürü halında yaşayan məmə­li­lər­də davranış xüsusiyyətləri daha mürəkkəbdir. Sinir sisteminin yük­­­sək inkişaf səviyyəsi məməlilərin eşitmə qabiliyyətinin də yüksək səviy­yə­yə çatmasını təmin edir, onlar xarici mühitlə əlaqəyə girir, bir-birilə “ünsiyyət” qu­­rur. Bu xüsusiyyət məməlilərin ekoloji qruplar əmələ gətirməsinə kömək edir, onlar qida tapmaq, yem ehtiyatlarından səmərəli istifadə etmək, yuva qur­maq, düşmənlərindən qorunmaq kimi instinktiv fəaliyyət göstərirlər.

Növdaxili əlaqələrin mürəkkəbləşməsi fərdlərin bir-birilə əlaqələrinə əsas­­­­la­nan müvəqqəti və daimi qrupların əmələ gəlməsinə səbəb olur. Bu qrup­lar po­pul­yasiyanın etoloji quruluşunu təşkil edir, növün həyat tərzinə və çoxal­masına uyğun gəlir. Örtülü yuvalarda yaşayan məməlilər tək və ya ailə həyat tər­zi ke­çi­rir. Birgəyaşayan məməlilərin bəzi qruplarında vəzifə bölgüsü aparı­lır, şir ailə­­sində erkəklər ərazini digər ailələrdən qoruyur, dişilər isə yem əldə et­mək, ba­laları bəsləmək qayğısı çəkir. Canavar ailəsi də qida əldə etmək üçün ovu bir­­likdə təqib edir, pusquda duraraq şikarın tutulmasına yardım edirlər. Ca­na­var­ların da davranışı mürəkkəbdir.

Populyasiyalar arasında fərdlər mübadiləsi cavan fərdlərin cinsi yetkinlik vaxtı müşahidə olunur. Bu fərdlərdə maddələr mübadiləsi sürətlə gedir, sinir sis­teminin fəaliyyəti artır, belə fərdlər öz ərazilərini tərk edib özlərinə cütləş­mək üçün tay axtarır.

Meymunlar nikah oyunları zamanı digər məməlilərdən fərqli olaraq aq­res­­siv olurlar, çox vaxt hədələyici və qorxuducu vəziyyət alırlar.

Məməlilərin mürəkkəb davranış xüsusiyyətlərinə qış yuxusuna getmə, köç­­mə və ya miqrasiyalar da daxildir.

Heyvanların əsas taksonomik əlamətlərindən biri də ekoloji əlamətlərdir. Hər bir növ biosenozda öz yerini tutur, həyat tərzi, qidalanma xüsusiyyəti, ço­xalma dövrü, mühitin fiziki-kimyəvi amillərinə qarşı davamlılığı, rəqabətə və yır­tıcıların hücumuna reaksiyası ilə digər növlərdən kəskin fərqlənir.

İki oxşar növün qidalanma xüsusiyyəti və ya çoxalması bir-birindən müt­ləq fərqlənir. İki oxşar drozofil növünün sürfələri çürümüş kaktus kütləsinin içə­risində birlikdə yaşaya bilsə də bu növlərin qidalanma xüsusiyyətləri dəqiq tən­zim olunmuşdur, onlardan biri mayada, digəri isə bakteriyalarla zəngin olan mü­hitdə yaşayır.

Bitkilərlə qidalanan həşəratlarda da bu cür ixtisaslaşmış növlər mövcud­dur. Qabıqyeyən böcəklərin, mənənələrin, yarpaqyeyən böcəklərin növlərinin tə­yin olun­ması zamanı onların müəyyən bitkilərlə qidalanma xüsusiyyətləri əsas götürülür. Yaşıl alma və albalı mənənələri bu cür təyin olunmuşlar.

Bir çox hallarda əkiz növlər sahib-parazit ixtisaslaşmasına görə təyin olu­nur. Termitlərin yeni növü onların yuvasında parazitlik edən stafilind böcəklərə əsa­sən təyin olunmuşdur. Parazitin sahibə uyğunlaşma fenomeninə görə hətta ali taksonlar arasında qohumluq əlaqələrini aydınlaşdırmaq mümkündür. Para­zit­­lər sahiblə birlikdə təkamül edir, çox vaxt parazitlər daha ləng təkamül edir­lər, bununla belə onlar yeni sahiblərə uyğunlaşır və daha geniş yayılırlar. Mə­sə­lən, flaminqo və leylək quruluş xüsusiyyətlərinə görə oxşardır, bu quşların həm də qazlarla oxşar xüsusiyyətləri var.

Flaminqo və leyləklərin lələkyeyənləri qaz­ların lələkyeyənləri ilə eyni cin­sə məxsusdur. İlk baxışda bu quşların parazit­lə­rinin eyni növlər olması gü­man edilsə də bu əslində həmin parazitlərin qaz­lardan flaminqo və leyləklərə keç­­mə­si ilə izah olunur. Bu parazitlər ümumi mənşəyə malik olsa da, qazlar fla­­min­qo və leyləklərdən anatomik quruluşuna görə fərqlənir (beləliklə, daha bir sahibə yoluxaraq, yayılırlar). İnsan və şim­panze bir çox xüsusiyyətlərinə gö­­­rə oxşar olsa da oranqutan onlardan fərqlidir, insan və şimpanzenin bir çox ümu­­mi ekto- və endoparazitləri var, amma bu parazitlər oranqutanda rast gəlin­mir. İnsanda olan parazitlər oranqutanda rast gəlinmirsə, bu sahibə uyğunlaşma pro­se­sidir. İnsanda parazitlik edən askarid atlarda parazitlik edən askaridlə eyni morfoloji quruluşa malik olsa da, insan askaridi atlara yoluxmur. Trematodlar ba­rədə bunu demək çətindir, əksər trematodların inkişafı bir və ya bir neçə sa­hibdə başa çatsa da onların əksə­riyyəti istiqanlı onurğalı heyvanlarda və insan­da parazitlik etməyə uyğun­laşmışdır.

A.N.Severtsovun tədqiq etdiyi


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin