Sürünənləri təyin edərkən təyinat cədvəllərindən istifadə olunur. Təyinetmə zamanı bədən uzunluğu, başın uzunluğu, quyruğun ölçüləri, kəllənin quruluşu nəzərə alınır.
Xordalılar tipi, sistematik xüsusiyyətləri
XORDALILAR TİPİ – CHORDATA
Xordalılar tipinə (Chordata) müxtəlif yaşayış və həyat tərzinə malik olan, bir-birindən fərqlənən heyvanlar daxildir. Xordalıların nümayəndələrinə bir çox yaşayış mühitlərində: suda, quruda, torpağın altında və havada rast gəlinir. Yer kürəsinin hər yerində yayılmışlar. Hazırda yaşayan xordalıların 43 mindən çox növü məlumdur.
Xordalılar tipinə primitiv, lakin tipik quruluşa malik olan kəlləsizlər, dəyirmiağızlılar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər daxildir. A.O.Kovalevskinin tədqiqatlarına görə xordalılar tipinə xüsusi quruluşa malik oturaq həyat keçirən, dənizdə yaşayan tunikalılar da daxildir. Bir sıra əlamətlərinə görə xordalılara oxşar olan bağırsaqtənəffüslüləri də (Enteropneusta) bəzən bu tipə daxil edirlər. Xordalılar tipinə daxil olan heyvanların təsnifatı aşağıdakı kimidir:
Dostları ilə paylaş: |