Kateqoriyaların ierarxiyası, ali taksonlar


Məməlilər sinfi, morfologiyası



Yüklə 248,72 Kb.
səhifə13/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   9   10   11   12   13   14   15   16   ...   95
heyvan qisaldmis

Məməlilər sinfi, morfologiyası


MƏMƏLİLƏR SİNFİ – MAMMALIA (THERIA)

Xordalılar tipinin – Chordata Onurğalılar və ya kəlləlilər yarımtipinin – Vertebrata seu Craniata Rüşeym pərdəsi olan onurğalılara – Amniota aid olan MƏMƏLİLƏR SİNFİ – MAMMALIA (THERIA)

Məməlilər (lat. Mammalia) — xordalılar tipinin onurğalılar yarımtipinə aid heyvan sinfidir.

Məməlilər - onurğalı heyvanların ali sinfidir. Bədənləri tüklə örtülüdür, dəriləri tər və piy vəziləri ilə zəngindir. Məməlilərin bədən temperaturu sabit və yüksəkdir. Bəzi növlərində hətta dərialtı piy qatı da əmələ gəlmişdir.

məməli heyvanlar üçün bədənin tüklə örtülü olması, onların bala doğub südlə bəsləməsi, dodaqların əmələ gəlməsi, qulaq seyvanı və ya xarici qulağın olması, alt çənədə əlavə oynağın əmələ gəlməsi və beyin yarımkürələrində yeni qabığın əmələ gəlməsi, ürəkdən təkcə sol aorta qövsünün çıxması, bədən boşluğunun diafraqma pərdəsi ilə qarın və köks (sinə) boşluqlarına ayrılması və s. səciyyəvi əlamətlərdir.

bədən temperaturu sabit olub, ətraf mühitin temperaturundan asılı deyil. Bu da onların bütün iqlimlərdə aktivliyini təmin edir. Bədənləri tüklə örtülüdür.

Mərkəzi sinir sisteminin, xüsusilə beyin yarımkürələrinin güclü inkişaf etməsi ilə əlaqədar, məməli heyvanların davranışı daha təkmilləşmişdir.

Bədən boşluğu diafraqma pərdəsi ilə döş və qarın şöbələrinə bölünür. Kəl­­lə onurğa ilə iki peysər çıxıntısı ilə birləşir. Kvadrat və oynaq sümükləri eşit­­mə sümüklərinə (çəkic və zindan) çevrilmişdir. Alt çənə ancaq diş sümü­yün­dən ibarətdir. Həqiqi dişlər inkişaf etmiş, kəsici, köpək və azı dişlərinə bö­lü­nür, dişlər xüsusi alveollarda (yuvalarda) yerləşir. Quşlarda olduğu kimi, ürək­ləri dörd kameralıdır, sol aorta qövsü qalmışdır. Qırmızı qan cisimcikləri – erit­rositlər nüvəsizdir.

Məməlilərin əksəriyyəti diri bala doğur və balalarını südlə bəsləyirlər. Ali qruplarda rüşeym xüsusi orqan olan ətənə (plasenta) vasitəsilə ana bədəni ilə əlaqələnir. Onlar əsasən quruda yaşayır, lakin su mühitində yaşayan, hətta uç­mağa uyğunlaşmış formaları da vardır.

Məməlilərin sistematikası barədə məlumatların tarixi çox qədimdir. Mə­mə­lilərin sistematikasını tərtib edərkən, onların bədən ölçüləri, kəllə­nin mor­fo­logiyası, quyruğun və pəncənin uzunluğu əsas götürülür (şəkil 221). Ki­çik öl­çü­lü məməlilər ştangen-pərgar (mm-lə), böyük ölçülü məməlilər isə san­­timetrlə (sm) ölçülür. Ölçülərindən asılı olmayaraq bütün məməlilər üçün sis­tematik gös­tərici kimi 4 ölçü əsasdır:

1.Bədən uzunluğu – burun ucundan quyruğun əsasına qədər olan mə­sa­fə;

2.quyruğun əsasından ucuna qədər olan məsafə (tüksüz hissəyə qədər);

3. Da­banın arxa hissəsindən ən uzun barmağın ucuna qədər olan məsafə;

4. qulağın əsasından qulaq seyvanının qurtaracağına qədər olan məsafə.

İri məməlilər üçün bir neçə əlavə ölçülər də əsas götürülür: başın uzun­lu­ğu, başın əhatə dairəsi, döşün və qarının həcmi, ətrafların uzunluğu, quyruğun tük­lərlə birlikdə uzunluğu, tüklərin uzunluğu.

Kəllə ölçülərinin sistematikada və məməlilərin yaşının tə­yin edilməsində xüsusi əhəmiyyəti vardır. Kəllənin kondilobazal uzunluğu – çənə­arası sümüyün ön hissəsindən, ənsə çıxıntısının arxa qurtaracağına qədər olan məsafə, kəllənin eni – eşitmə sümükləri və onların ətraflarından yanlara çıxmış sümük daraq­cıq­lar arasındakı məsafə, beyin kapsulunun, kəllənin burun hissə­sinin və s. ölçü­ləri də nəzərə alınır.

Məməlilərin Azərbaycanda yayılmasının öyrənilməsi və sistematikasının tər­­­tibində K.A.Satuninin (1895), S.İ.Oqnyevin (1931), Qafqaz faunasının öyrə­nilməsində N.K.Verişşaginin (1930), gəmiricilərin öyrənilməsi sahəsində X.M. Ələk­­bərovun (1956), yırtıcıların tədqiqi sahəsində Y.Hidayətovun (1970) təd­qi­qat işlərinin əhəmiyyəti böyükdür.




Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin