Kazim əLİyev idmançinin qəLƏBƏ psixologiyasi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix16.02.2017
ölçüsü1,3 Mb.
#8819
1   2   3   4   5   6   7   8   9   ...   13

 
  IDMANÇIDA 
FƏRDI STRESS 
 
Hər bir idmançı ayrı-ayrılıqda bir-birindən fərqlənən fərdlərdir və 
onların hər biri özünəməxsus psixologiyaya malikdir. Ona görə  də 
idmançılarda bir-birindən fərqli, özünəməxsus emosional oyanma və 
həyəcan baş verir. Emosional oyanma, həyəcan halında hər idmançıda 
müəyyən dəyişikliklər müşahidə edilir. Bunlardan hərəkət 
koordinasiyasının pozulması, vaxtı hiss etməmək və s. göstərmək olar. Əgər 
çıxışa hazırlaşan  
 
 

 71
idmançı özündə çox zəif narahatlıq hiss edirsə, pis əhval-
ruhiyyədədirsə, deməli, onun emosional həyəcanı lazım olan səviyyədən 
yuxarıdır. Stress halının  əlamətlərini daha aydın dərk etmək üçün 3 №-li 
cədvələ baxaq. 
İdmançıda yüksək həyəcanı göstərən əlamətlər 
 
Cədvəl № 3 
 
 
s\s Fizioloci 
əlamətlər Psixoloji 
əlamətlər 
1 Yüksək ürək döyüntməsi Diqqətin darlaşması 

Arterial qan təziyqinin yüksəkliyi Yorğunluq hissi 
3 Tənəffüsün tezləşməsi Depressiya 
vəziyyəti  
4 Qanda 
şəkərin yüksəkliyi Baş qicələnməsi 
5 Qan 
damarların ğenişlənməsi Həyacan hissi 
6 Sidik 
ifrazının tezləşməsi Çaşqınlıq 
7 Bel 
sütunun 
əyilməsi Təşviş hissi 

Əsəbi hərəkətlər Özünü 
idarə etmənin pozulması 
9 Yükəsək əzələ ğəğinliyi Diqqətin ğenişliyi və yönəldilməsi 
Idarə edə bilməmək 
10 Yuxusuzluq 
11 Ürək bulanma 
 
12 Adrenalin 
çox 
ifrazı 
 
13 Göz 
bəbəyinin ğenişlənməsi
 
Cədvəldə göstərilən həm fizioloci, həm psixoloji əlamət emosional 
gərginliyi yaradan səbəblərdir. Bu gərginliklərin səbəbini öyrənmək üçün 
idmançını xüsusi test suallarından keçirməklə onu narahat edən səbəbləri 
öyrənmək olar. Əgər məşqçi və ya psixoloq idmançının çıxışını  qıraqdan 
izləyibsə, anket və ya test üsulu ilə aparılmış sual-cavab daha yaxşı nəticə 
verər. Təyin edilmişdir ki, startqabağı bütün idmançılar emosional oyanış 
hissi keçirir və bu onların orqanizmində fizioloci dəyişikliklərə səbəb olur. 
Lakin psixoloji cəhətdən bu həyəcanın səviyyəsi və  tənzimlənməsi hər 
idmançı üçün fərdi dərəcədədir. Bu da onu təsdiqləyir ki, hər idmançının öz 
optimal emosional həyəcanlanma səviyyəsi var. Bu səviyyə onun çox 
qüvvətli çıxış etmək bacarığını yaradır. Emosional oyanış artıqlığı və yaxud 
azlığı isə idmançının çıxışına mənfi təsir göstərir. Onu da deyə bilərik ki, 
eyni idman növündə, eyni  
 
 

 72
dərəcədə ustalığa malik idmançılarda yarış vaxtı emosional oyanış 
müxtəlif səviyyədə olur. Emosional oyanış idmançıda normadan artıq 
olanda beyində koordinasiya pozğunluğu baş verir, bədəndəki əlavə ehtiyat 
enerjisindən istifadə bacarığı itir və beləliklə, qarşıya qoyulmuş konkret 
məqsədə çatmaq mümkün olmur. Bununla da hər idmançının özünün 
emosional oyanış səviyyəsini tapıb təyin etmək idmanda əsas məsələlərdən 
biridir. Üzgüçülükdə aparılan tədqiqatlardan [1] belə  nəticəyə  gəlmək 
mümkündür ki, emosional oyanışın və həyəcanın səviyyəsinin aşağı olması 
çıxışa daha yaxşı təsir göstərir. Mürəkkəb sıçrayışla suya tullanmaq yüksək 
emosional oyanış  və  həyəcan tələb edirsə, sadə  sıçrayışla tullanmaq aşağı 
səviyyədə emosional oyanış və həyəcan tələb edir. 
Ümumiyyətlə, idmançının emosional oyanışının səviyyəsini onun 
çıxışlarını izləməklə, fizioloci və psixoloji halını öyrənməklə müəyyən 
etmək olar. Belə informasiyanı  məşqçinin və idmançının özünün bilməsi 
çox vacibdir. Belə ki, məşqçi və ya idmançı özünə lazım olan emosional 
oyanışın səviyyəsini birlikdə  çıxış vaxtı emosional oyanışın artıb böyük 
həyəcana keçməsinin qabağını ala və özünü ona lazım olan emosional 
vəziyyətdə saxlaya bilir ki, bu da idmançının çıxışının lazımi səviyyədə 
keçməsinə şərait yaradır [15]. 
Yoqların təlimlərində belə bir fikir vardır ki, insan nəinki öz əl-qolunu 
idarə etməyə, hətta bu hərəkətləri beyni ilə  əlaqələndirməyə qadirdir. O, 
hətta daxili orqanlarının işləməsini də öz beyni ilə idarə etməyi bacarır. 
Onların fikrincə, hər hansı orqan ağrıdıqda ona olan müraciət  əmr 
formasında edilməlidir. Ancaq ürəyə bu müraciət xahiş formasında 
olmalıdır. Sadəcə, idmançılar və  məşqçilər öz hisslərini idarə etmək 
bacarığını  və  vərdişini illərlə qazanmalı  və bunun üstündə  işləməlidirlər. 
Əks halda onlar üçün mübarizələrdə öz emosiyalarını idarə etmək mümkün 
olmayacaq.  Əgər idmançı öz psixoloji vəziyyətini idarə edə bilmirsə, bu 
halda orqanizmi ilə ümumi iş birliyi yarada bilməyəcək. Ümumiyyətlə, 
bütün  
 
 

 73
yarış müddəti emosional gərginlik vəziyyətində qalmaq məsləhət 
görülmür. Bu zaman bədənin tam boşalmış  vəziyyətdə olması daha 
məsləhətlidir.  İdmançının bütün yarış müddətini izləməsi onda zehni və 
psixoloji yorğunluq əmələ gətirə bilər. Təkmübarizlikdə idmançının öz çəki 
dərəcəsinin çıxışçılarını izlədikdən sonra dincəlməsi məsləhət görülür. Belə 
ki, idmançıların yarış  gərginliyindən ayrılmaları  məqsədilə sakit bir yerdə 
yüngül zehni oyunlarla baş qatmaları, yumoristik və başqa sevimli 
ədəbiyyatları mütaliə etmələri məqsədəuyğun sayılır. Yarışda idmançı fasilə 
zamanı  nə  qədər az enerji itirsə, bir o qədər gümrah olar. Insanın  ən çox 
enerji itirməsi,  əsasən, danışıq vaxtı olur. Bundan başqa, hərəkət vaxtı, 
lazımsız yerə çox düşündükdə, fikir çəkdikdə idmançı daha çox yorulur və 
enerji itirir. Yaxşı olardı ki, idmançı xüsusi hazırlanmış bir formada 
müəyyən həyat və  təbiət mənzərələrini təsəvvüründən keçirərək klassik 
musiqi sədaları altında dincəlib enerji yığsın. Ona bu fikirlərdən aşılanan 
yüksək  əhval-ruhiyyə qarşıdakı mübarizəsində daha yaxşı  çıxış etməsinə 
kömək göstərəcək. Belə proqramlaşdırılmış  təsəvvür idmançının nəinki 
sakitləşməsinə, hətta emosional oyanışının qaldırılmasına da kömək göstərə 
bilər. İdmançıya müsbət emosiyaların verilməsi onun uğurlu çıxışında çox 
böyük rol oynayır. 
Çıxışları akrobatik elementlərdən ibarət olan idman növləri — suya 
tullanmaq, gimnastika, buz üzərində  rəqs yüksək səviyyədə  hərəkət 
koordinasiyası  və  hərəkətlərdə  dəqiqlik tələb etdiyindən, bu yarışlarda 
emosional oyanışın normadan çoxluğu əzələ gərginliyinə gətirib çıxarır və 
idmançının çıxışına çox böyük maneə yaradır. Beləliklə, idmançı yarış 
şəraitində öz imkan və bacarığını tam açıb göstərməyə nail ola bilmir. 
Bu idman növlərində qorxu-stress vəziyyəti emosional oyanışı 
qaldıraraq eyni zamanda həyəcanı da artırır. Məsələ ondadır ki, bu idman 
növlərində çox qorxulu, təhlükəli, risqli hərəkətlər və sıçrayışlar vardır ki, 
onların yerinə yetirilməsində idmançının zədə almaq qorxusu yaranır. Ona 
görə də  
 
 

 74
idmançı hər bir yeni və daha mürəkkəb hərəkəti öyrənəndə zədə almaq 
qorxusunu xüsusi psixoloji düşüncə  və  hərəkətlərlə özlərindən 
uzaqlaşdırmalıdırlar. 
Bildiyimiz kimi, idmanda da gözlənilməz hadisələr baş verir. Belə 
hadisələrdən biri dəfələrlə dünya və olimpiya çempionu olmuş, fiqurlu 
konki sürən rus idmançıları Irina Radnina və Vyaçeslav Zaytsevin dünya 
birinciliyindəki çıxışları zamanı baş vermişdir — qəflətən onların çıxışlarını 
müşayiət edən musiqi kəsilmişdir. Ancaq onlar bunu hiss etmirmiş kimi 
göstərəcəkləri hərəkətləri axıra qədər çox ustalıq və  məharətlə ifa edərək 
tamamladılar və yenə  də özlərinə  ən yüksək pillədə yer qazandılar... 
Indiyədək bu məsələ sirr olaraq qalır: Musiqinin kəsilməsi cütlüyün çıxışını 
pozmaq üçün edilmiş bir qərəz idi, yoxsa texniki hadisə? Hər halda usta 
idmançıların məharəti sayəsində  çıxış yenə  də  ən yüksək səviyyədə başa 
çatdı. Buna səbəb nə oldu? Birinci səbəb odur ki, bu peşəkar idmançılar öz 
çıxışlarını  hədsiz ustalıq və incəliklə hazırlamışdılar. Mən düşünürəm ki, 
musiqi onların ruhlarında çalınırdı, zalda səslənən musiqi isə tamaşaçılar 
üçün idi. Ona görə də zalda, demək olar ki, hamı şok vəziyyətinə düşmüşdü. 
Çünki fiqurlu konki sürmək yarışlarında hələ belə bir hadisəyə heç kim rast 
gəlməmişdi. Hərəkətlər isə o qədər avtomatizmə  gətirilmişdi ki, heç bir 
hərəkət düşünülmürdü, tamaşaçılar sanki xırda bir çayın sakit axınını 
izləyirdilər. Bu idmançılar psixoloji cəhətdən özlərini, bəlkə də, bu hadisəyə 
hazırlamışdılar və belə  vəziyyətdə  nə edəcəklərini bilirdilər.  İdmançıların 
psixoloji cəhətdən hazırlıqları o qədər yüksək səviyyədə idi ki, musiqinin 
kəsildiyi vaxt onların mimikalarında az da olsa çaşqınlıq və başqa hisslər 
duyulmadı, sanki çıxış özü belə hazırlanmışdı. Mən bunu həm idmançıların, 
həm də  məşqçilərin yüksək ustalıq bacarığının bəhrəsi kimi 
qiymətləndirirəm. Hamı gözləyirdi ki, musiqi kəsildiyi üçün çıxış 
dayandırılıb yenidən başlanılacaq, lakin belə olmadı. Çıxış musiqisiz də 
yüksək səviyyədə başa çatdırıldı. 
 
 

 75
Onu da demək mümkündür ki, əgər çıxış saxlanılıb təzədən 
başlanılsaydı, həmin  nəticə alına bilməzdi.  İdmançıların  ətraf aləmdən 
ayrılmaq bacarığı onları yüksək zirvəyə qaldırdı. Bu yarışlarda haqqında 
bəhs etdiyimiz bacarığın olması  əsas məsələlərdəndir. Emosional oyanışın 
və həyəcanın yüksək səviyyədə olmasına başqa bir misal: Buz üzərində rəqs 
üzrə  çıxışa hazırlaşan bir idmançı buzun üstünə  çıxdıqda tamaşaçıların fit 
və  qışqırıq səsləri ilə qarşılaşır. Tamaşaçıların bu hərəkətini özünə qarşı 
təhqiredici münasibət sayan idmançı buz üzərindən qaçıb məşqçisini 
qucaqlayaraq hönkür-hönkür ağlamağa başlayır. Bu reaksiya ondakı 
həyəcanı yüksək stress səviyyəsinə çatdırır. Sonradan məlum olur ki, 
tamaşaçılar ona yox, hakimlərin ondan qabaqkı  çıxışa çox aşağı qiymət 
vermələrinə cavab kimi belə bir aqressiv hərəkət etmişlər. Bununla 
bildirmək istəyirəm ki, məşqçi idmançını  hər vəziyyətə çevik reaksiya 
verməyə hazırlamalı və bunu dönə-dönə yoxlamalıdır. 
Həyəcanın başqa bir növünə  də  nəzər salaq. Ola bilər ki, yarışın 
əvvəlində oyun uğurlu alınarsa, idmançıda olan həyəcan tədricən itsin. 
Lakin bir neçə uğursuz gediş baş verərsə, idmançının həyəcanı daha da artıb 
çoxala bilər. Bunu aşağıdakı bir misalda görmək mümkündür. 
Məşhur tennisçilərdən biri psixoloqa müraciət edərək bildirir ki, axır 
zamanlar böyük yarışlarda özünü psixoloji cəhətdən  şok vəziyyətində hiss 
edir. Onunla keçirilən sual-cavabdan sonra psixoloq vəziyyəti başa 
düşməyə nail olur. İdmançının son oyunlarının təhlili nəticəsində  məlum 
olur ki, tennisçi yarışların  əvvəlində özündə yüksək həyəcan hissi keçirir. 
Əgər oyunun əvvəli onun üstünlüyü ilə keçirsə, bu həyəcan itir və o, oyunu 
uda bilir. Yox, əgər rəqib bir neçə top qabağa çıxırsa, idmançının qol və 
ayaq  əzələlərində  gərginlik yaranmağa başlayır və o, topu vaxtından tez 
qarşılamağa hazırlaşır.  Əzələ  gərginliyi ucbatından aşağı  vəziyyətlərdən 
topun qəbulu çətinləşir. Oyun vaxtı etdiyi səhvləri beynindən keçirən 
idmançı  
 
 

 76
özünü günahlandırmağa başlayır və bir-birinin ardınca səhvlər buraxır. 
İdmançı topu qarşılamağa hazırlaşmağın  əvəzinə, etdiyi səhvə görə özünü 
günahlandırmaqla məşğul olur. Beləliklə, onun diqqəti daxilinə yönəlir və 
həyəcanı artmağa başlayır. Deməli, idmançının qələbəsi oyunun ilk 
dəqiqələrdəki gedişatından aslı olur. Belə psixoloji vəziyyətlə idmanda 
stabil qələbələrə nail olmaq mümkün deyildir. 
Psixoloqun öyrətdiyi xüsusi psixoloji məşqlər sayəsində idmançı 
əvvəlki qələbələrinə qayıda bildi. Daha əvvəllər olduğu kimi, başlanğıc 
müvəffəqiyyətsizlik onu çaşdırmırdı. Psixoloqun məsləhətlərindən və 
tapşırıqlarından biri belə idi: Sən səhv edib topu uduzanda onun haqqında 
fikirləşib düşünmə ki, gərək,  əlimi belə tutardım və s. Əksinə heç bir şey 
olmamış kimi, ikinci topu qarşılamağa hazırlaş. Beləliklə, xüsusi göstəriş və 
məşqlər sayəsində idmançının özünə inamını geri qaytarmaq mümkün oldu. 
Üzgüçülər arasında aparılmış eksperimentdə belə bir nəticə  əldə 
olunub: Emosional həyəcan nə qədər yuxarı səviyyədədirsə, nəticə o qədər 
də aşağı düşüb. Tədqiqatlar göstərir ki, idmançının emosional həyəcan halı 
aşağı  səviyyədədirsə, o daha çox deyib gülən, zarafat edən olur, əksinə 
emosional həyəcan halı yüksələndə idmançı sakit və diqqəti özünə yönəlmiş 
bir vəziyyətdə olur. Ümumiyyətlə, həddindən çox emosional oyanış hissi 
olan idmançılar hələ starta çıxmamış oyunu uduzurlar. Bu hal onların 
mübarizəyə hazırlanmadıqlarının göstəricisidir. Çünki onlar yarışa 
çıxmamış öz qüvvələrinə və qələbələrinə inanmırlar. Öz qüvvəsinə inanmaq 
hissi idmançıda həyəcanın azalmasına və  əzələlərin boşalmasına, həm də 
diqqətin bilavasitə gedən prosesə daha yaxşı yönəldilməsinə imkan verir. 
Məşqçilər belə bir məşhur kəlamı öz tələbələrinə öyrədirlər: “Daxilində tez-
tez təkrar et ki, mən qalib gələcəyəm. Və  sən tezliklə buna inanacaqsan”. 
Sözsüz ki, idmançını belə formada mübarizəyə hazırlamaq hamı üçün 
məqbul sayıla bilməz. Beləliklə, uduzmaq qorxusu və həddindən çox qalib 
gəlmək hissi  
 
 

 77
— bunların ikisi də idmançıya mane olur. Bu halda idmançı  cəld və 
dəqiq rəqibin hərəkətinə vaxtında cavab verə bilmir. Nə vaxt ki, idmançı 
nəticəni yox, görəcəyi işi necə  dəqiq və gözəl yerinə yetirəcəyi haqqında 
düşünür, eyni zamanda bütün diqqətini bu işə yönəldir, o tezliklə qələbəyə 
nail olur. Nəticədə, qazandığı qələbə ona inam və ruh verir ki, bu inam və 
ruh da onu yeni qələbələrə aparır. 
Fikrimin sonunda demək istəyirəm ki, idmançıda psixoloji 
gərginlikdən yaranan yüksək stress, emosional həyəcan kimi halların 
qarşısını almaqdan ötrü məşqçidən və idmançıdan yüksək psixoloji savad, 
düşüncə  və bacarıq tələb olunur. Bunun üçün məşqlərdə  tək ona aid olan 
idman növünün incəliklərinə yiyələnməklə kifayətlənmək indiki 
mübarizələrdə, yarışlarda azlıq edir. Müasir idman tələb edir ki, hər bir 
idmançı yarışda texniki mübarizədən başqa, psixoloji mübarizədə  də 
uduzmasın. Hər bir idmançı inamlı qələbə qazanmaq üçün özünün psixoloji 
hazırlıq səviyyəsini bilməlidir. Bu biliyin mənbəyi isə müəllim və 
məşqçidir. 
İdmançının maksimum potensialı = P (psixi hal) + Int. (intellekt) + F 
(fiziki hazırlıq) = N (nəticə) 
 
Pot. = Int + P + F = N 
 
test test 
test 
 
Yuxarıda deyilənlərdən konkret olaraq aşağıdakı nəticələri qeyd edək: 
Birincisi, hər bir idmançının fərdi emosional oyanış  və  həyəcan 
səviyyəsi var. 
Ikincisi, hər bir idman növü idmançıdan spesifik başlanğıc həyəcan 
səviyyəsi tələb edir. 
Üçüncüsü, daxildə baş verən emosional oyanış və həyəcan idmançının 
xarici görünüşündə tam sakitliklə və inamla müşayiət edilməlidir. 
 
 

 78
Yuxarıda deyilənlərin təsdiqi üçün məşğul olduğum “Igid” İdman 
Klubunun (IK) uşaqları ilə məşq təlimindən nümunələr göstərmək istərdim. 
Ortaq məxrəcə gələrək bunu demək mümkündür: Elə bir idman növü 
yoxdur ki, emosiyasız, həyəcansız olsun. Sadəcə, hər idmançı emosiyanın 
və həyəcanın qədərini bilib, onu tənzimləməyi və idarə etməyi bacarmalıdır. 
Mən yarışdan qabaq emosiyanın və həyəcanın artmaması üçün öz zalımda 
bir neçə gün hazırlıq keçirdim. Bunlardan biri o idi ki, biz yarışı “Hünər 
günü” adlandırırdıq. Artıq bu ad idmançıları ruhlandırırdı. Ikincisi, zalda 
vurulmuş böyük plakatda belə bir yazı yazdırmışdım: “Hünər gününə” 1 
gün qalıb. 
Yarışdan bir ay qabaq başlayaraq həmin plakatın ortasında olan cibə 
hər gün yarışın başlamasınadək qalan günün rəqəmi qoyulurdu. Bunu görən 
idmançılar “Hünər günü”nə daha həvəslə, daha əzmlə hazırlaşırdılar. Onlar 
eyni zamanda bu günü çox həvəslə gözləyirdilər. Tabloda yarışadək qalan 
gün azaldıqca onlar məşqlərini buraxmadan daha inamla çalışırdılar. Yarış 
gününü isə onlar çox böyük səbirsizliklə gözlədiklərinə görə sevinclə 
qarşılayırdılar. Heç yadımdan çıxmır: Yarışdan  əvvəl bizim uşaqlar çox 
böyük həvəslə çəkildikləri vaxt tanış məşqçilərdən biri öz tələbəsini qırağa 
çəkib güləşməsini xahiş etdiyinin şahidi oldum. Tələbə isə yarış mühitindən 
həyəcan içində olduğu üçün güləşmək istəmədiyini bildirdi. Eyni yaşlı, 
ancaq 2 fərqli zalda məşq keçən idmançıların psixologiyası aydın 
fərqlənirdi. 
“Igid”  İdman Klubunun zalında asılmış plakat idmançıya bədəni və 
psixologiyanı yarışa hazırlamaq qaydasını da öyrədirdi və zalda yarışa 
uyğun məşq keçirilirdi. Bununla da adi bir plakat idmançının öz qüvvəsini 
səfərbər etməsinə  səbəb olurdu. Beləliklə, axırıncı  məşqdə komandanın 
kapitanı ölkəmizin zalda olan bayrağını aşağı salırdı. Məşqin axırında yarış 
andının mərasimi başlanırdı. Bu aşağıdakı kimi səslənirdi: 
 
   
 
 
 
 
 

 79
   Yarış Andı! 
Mübarizəyə çıxarkən rəqibin kimliyindən asılı olmayaraq 
Qələbə əzmiylə mübarizə aparacağıma, 
Vətənin və komandanın idman şərəfini 
Son saniyəyə qədər qoruyacağıma and içirəm! 
Biz bilirik ki, idmançılar mübarizələrdə  rəqiblərinin titullarına ciddi 
fikir verirlər. Rəqiblərinin titulu olmayanda onunla mübarizəyə çox böyük 
ürəklə qoşulurlar. Ancaq rəqib ölkə Avropa və yaxud dünya 
çempionudursa, onunla ehtiyatla mübarizə aparırlar, deyərdim ki, ondan 
çəkinirlər. Çox halda qələbəni onun tituluna verirlər. Yarışda bu hissiyyatın 
yaranmaması üçün mən birinci növbədə o fikri əsas tutdum ki, idmançı 
qarşı  tərəfin kimliyindən asılı olmayaraq qələbə  əzmiylə mübarizə 
aparacağına komanda qarşısında söz versin və yüksək titula rast gələndə heç 
bir həyəcan keçirmədən rəqiblə mübarizə apara bilsin, yarışda stabil bir 
psixologiyaya malik olsun. Yadımdadır, biz güləşən vaxtlarda hətta ölkələrə 
də  fərq qoyulurdu. Belə ki, keçmiş sovet respublikalarından olan 
Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan kimi respublikaların 
komandaları ilə eyni qrupa düşəndə idmançı  sərbəst və sevinəcək olurdu. 
Buna səbəb bu ölkələrin komandalarının bizim komandaya nisbətən çox 
zəif olması idi. Hətta bəzən idmançılar rəqibin gücünə məhəl qoymamaları 
üzündən məğlub olurdular. Xatırlayıram, böyük bir yarışdan qayıdandan 
sonra məşqçiləri yığıb ümumi yığıncaq keçirdilər. Burada komandanın baş 
məşqçisinin çıxışı indiyə kimi yadımdadır. O, çıxışında belə bir söz 
işlətmişdi: “Gör, nə günə qalmışıq ki, özümüzdən çox zəiflərə də uduzduq”. 
Deməli, bu fərqi tək idmançılar yox, məşqçilər də qoyurdular. Bu, o 
deməkdir ki, məşqçi də, idmançı da zəifdən qorxmursa, deməli, başqa güclü 
komandalardan çəkinir. Ancaq bu qorxu hissinin məşqçidə də olması artıq 
bütün komandaya ötürülür. Mən az vaxt ərzində bir idman növü üzrə 
Azərbaycan yığma  
 
 

 80
komandasında psixoloq kimi fəaliyyət göstərdim. Mən idmançıların 
söhbətlərindən yenə  də hiss etdim ki, onlar zəif komandanı laqeyd, güclü 
komandanı isə həyəcan hissi ilə qarşılayırlar. Koreya, Iran, Türkiyə güclülər 
sırasında sayılan komandalardır ki, idmançılar və  məşqçilər onlarla yarış 
zamanı  həyəcan içində olurlar. Lakin başqa zəif ölkələrin komandalarıyla 
görüşə  çıxanda, idmançı da, məşqçi də  sərbəstlik və inam nümayiş 
etdirirlər. Belə  sərbəst, özünə inamla mübarizəyə  çıxan idmançı  bəzən 
qarşısındakı  rəqibdən gözləmədiyi zərbələr və müqavimət görəndə tez 
özünü itirir və verilmiş xalları geri qaytara bilmir. Buna səbəb psixoloji 
çaşqınlıq və arxayınçılıq hissi olur. Beləliklə, məşqçilər və idmançıların 
yenə  də  rəqiblərin arasında ayrı-seçkilik  bölgüsü aparmaları öz acı 
nəticələrini verir. Ona görə  də yazdığım yarış andında göstərilən qanuna 
əməl edilməsi vacibdir: “Rəqibin kimliyindən asılı olmayaraq, qələbə əzmi 
ilə mübarizə aparacağıma, Vətənin və komandanın idman şərəfini son 
saniyəyə qədər qoruyacağıma and içirəm”. “Vətənin və komandanın idman 
şərəfini” deyəndə mən idmançıya anlatmaq istəmişəm ki, biz özümüz üçün 
yox, Vətən üçün yaşayan insanlarıq. Qoy idmançılar bilsinlər ki, hansı 
sahədə olursa-olsun bizim çəkdiyimiz əziyyətlər, apardığımız mübarizələr, 
gördüyümüz işlər Vətənin  şərəfinə  həyata keçirilməlidir. Komandanın 
şərəfinə  gəldikdə isə, gənc idmançılar  əvvəlcə komandanın  şərəfini hiss 
etməlidirlər ki, sonra Vətənin  şərəfini qoruya bilsinlər. Ümumiyyətlə, 
idmançıda bu hisslər olmazsa, onda mübarizlik də olmaz. İdmançılar bir 
əqidə  ətrafında birləşməlidirlər ki, bu əqidə  də  Vətəndir. Bu anlayışın 
gücünü və mənasını məşqçilər daim öz idmançılarına aydınlaşdırmalı, başa 
salıb hiss elətdirməlidirlər ki, onların mübarizələrinin mənası, səbəbi olsun. 
Mən deyərdim ki, dünyada Vətəndən güclü elə bir səbəb yoxdur ki, insan ən 
çox sevdiyi həyatını fikirləşmədən ona qurban versin. Buna həyatdan 
götürülmüş sonsuz sayda misal göstərmək mümkündür. Lakin dünya malı 
üzərində qurulmuş əqidəyə malik şəxs təhlükə yarananda geri çəkilir. 
 
 

 81
Beləliklə, iki ideologiya var: biri Vətən naminə, digəri var-dövlət, pul 
naminə. Indi, gəlin, təsəvvür edək ki, pul və var-dövlət naminə gedən 
mübarizədə ölüm təhlükəsi yaranır. Bu halda ortaya sual çıxır: Ölsəm, bu 
pul kimə qalacaq? Aydın məsələdir ki, fərd “sağ qalım, pul lazım deyil” 
fikri ilə geri çəkiləcək. Təsvir etdiyimiz bu hal həyatı reallıqdır. Oxşar 
əqidəyə malik insanlar oxşar vəziyyətlərdə  məhz belə düşünəcəklər. 
Inanmıram ki, belələri pulu canından artıq tutsunlar. El arasında deyirlər: 
“Xəsis və tamahkar insan pulu canından çox istəyir.” Lakin bu bir misaldır. 
Təhlükə yarandıqda xəsis də pulu canından üstün tutmur. 
Indi isə  Vətən naminə olan ideologiyaya baxaq. Mübarizənin ilk 
anından idmançı canında nə varsa, Vətən naminə ortaya qoyur. Bu yeganə 
haldır ki, insan ölüm təhlükəsini görəndə arxaya yox, onun üzərinə gedir. 
Çox halda məhv olsa da, çox vaxt da qalib gəlir. Ancaq əsas odur ki, Vətən 
qorunur. 
Iki əsas ideologiyanı tutuşdurmaqla bunu demək istəyirəm ki, gənc və 
yeniyetmə idmançıların ideologiyası “Hər şey Vətən naminə!” ideologiyası 
üzərində qurulsa, bu oğullar idman karyeralarından sonra da dünyanın hansı 
nöqtəsində olsalar da, kimliklərini unutmayacaqlar, arzu və amalları daim 
Vətəni tanıtmaq və yüksəltmək olacaq. Fizikanın məşhur bir qanunu var: 
Enerji itmir, sadəcə olaraq bir formadan başqa formaya keçir. Bizim də bu 
gün yeniyetmələrə  və  gənclərə  sərf etdiyimiz enerji düzgün yönəldilsə, öz 
xeyirli bəhrəsini nəsildən-nəsilə ötürərək daim artıb çoxalacaq və 
qüvvətlənəcək. Bu əbədiliyi yaratmaq üçün bizə  təmiz və güclü təməl 
qoymaq lazımdır. Bu gün Prezidentimizin gündəlik qayğısı  nəticəsində 
idmana göstərilən diqqət bizə bu təməli qoymağa imkan verir. Lakin bunu 
planlı və düşünülmüş surətdə həyata keçirmək lazımdır. 
Ümumiyyətlə, idmançıların yarışda çıxışı, daim qaliblər sırasında 
birinci olmaları, çox çətin və  şərəfli işdir. Çətindir ona görə ki, səni hamı 
tanıyır və  sən güclü qüvvələrlə mübarizəyə başlayırsan və heç vaxt adi 
mübarizə ilə rastlaşmırsan. Gərək,  
 
 

 82
ötən ildə durduğun yüksək zirvədə yenə də durub sübut edəsən ki, sən 
həmin zirvədə  təsadüfi dayanmamışsan. Bunun üçün məşqləri ildən-ilə 
gücləndirmək, qabaqkı ildən daha artıq  əzmlə  və  həvəslə hazırlaşmaq 
lazımdır. Bu hazırlıq nə  qədər çətin olsa belə, qalib gələndə yaranan 
xoşbəxtlik hissi o çətinliyi tamam unutdurur. 
Şərəflidir ona görə ki, sənin zəhmətin və qüdrətin hesabına Vətəninin 
bayrağı qaldırılır, himni çalınır və bu möhtəşəm anda hamı ayağa qalxır. 
Bunu sən edirsən! 
Birinci olmaq hissi hər bir insanın genetikasında bir tapşırıq kimi 
qoyulmuşdur. Mən deyərdim ki, böyük kosmosun fəthi, yüksək texnologiya 
əsri elə birinci olmaq hissindən yaranmışdır. Böyük şairlərimizdən birinin 
dediyi aşağıdakı misrada çox şeyi dərk etmək mümkündür: 
 
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin