Kazim əLİyev idmançinin qəLƏBƏ psixologiyasi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix16.02.2017
ölçüsü1,3 Mb.
#8819
1   2   3   4   5   6   7   8   9   ...   13

 
    III 
FƏSIL 
 
  
Emosional 
həyəcanlanma dərəcələri 
 
 
 
 
 
 
 
 
Güclü ruh arxasında güclü bədən,.parlaq  
 
 
 
 
 
 
 
zəka dayanmalıdır. 
 
 
Emosional varlıq olan insan özünün fəaliyyəti dövründə  təbii olaraq 
müxtəlif emosional həyəcanlanma hallarını yaşayır. Bu emosional 
həyəcanlanma hallarını psixoloji və fizioloci xarakterinə görə üç dərəcəyə 
bölmək olar: 
1. Adi emosional oyanma 
2. Həyəcan 
3. Stress 
Bu halların hər biri özünün həm psixoloji durumu, həm də fizioloci 
reaksiyası ilə  fərqlənir. Emosional həyəcanlanmanın həyəcan dərəcəsində 
baş verən fizioloci dəyişmələr insanın psixoloji durumu ilə müəyyən edilir. 
Bu dəyişmələr qısa müddət  ərzində neytrallaşır və insanın adi emosional 
oyanma dərəcəsi bərpa olunur. 
Psixoloji durum kifayət etmədikdə, eləcə  də psixoloji duruma təsir 
göstərən faktorlar çox və güclü olduqları halda emosional oyanma 
həyəcanlanmanın həyəcan dərəcəsindən stress dərəcəsinə keçid alır. Bu hal 
kəskin fizioloci dəyişmələrə səbəb olaraq ciddi psixoloji pozuntulara gətirib 
çıxara bilər. Insanın halının emosional həyəcanlanmanın stress dərəcəsindən 
adi emosional oyanma dərəcəsinə qayıdışı  
 
 

 57
isə psixoloqların müdaxilə etmədikləri hallarda psixi pozuntunun 
xarakterindən asılı olaraq günlər, həftələr və daha çox müddət ərzində baş 
verə bilər. 
İdmanla məşğul olan insanlar tez-tez mübarizə anlarını,  şəraitlərini 
yaşamalı olurlar. Mübarizə, yarışma şəraitləri isə tamaşaçıların, xüsusilə də 
idmançıların yüksək dərəcəli emosional həyəcanlanma halları, kəskin 
psixoloji durumları ilə səciyyəvidir. 
Bu baxımdan idmançıların müxtəlif  şəraitlərdə yaşadıqları emosional 
həyəcanlanma hallarını analiz etmək maraqlıdır. 
Bir çox idman növləri var ki, mürəkkəb və  təhlükəli elementləri ilə 
maraq doğurur. Bu elementlərin həyata keçirilməsi idmançıdan böyük risk 
tələb edir. Öz imkanlarını ölçüb-biçən və riskə getməyə hazır olan idmançı, 
sözsüz ki, müəyyən emosional həyəcanlanma keçirir və  həyəcan 
dərəcəsində olur. Bu zaman idmançı bütün hərəkətlərini məşqçinin nəzarəti 
altında etməlidir. Əks halda hər hansı bir səhv idmançıda qorxu hissi yarada 
bilər — ya zədə almaq qorxusu, ya da elementi yerinə yetirəndə səhv etmək 
qorxusu və  s.  Bu  halda  idmançının diqqəti sanki bu qorxunun üstündə 
donub qalır və o, başqa diqqət obyektini izləyə bilmir. 
Təkmübarizlik idman növlərində bu hal idmançının “Uduzaram” kimi 
inamsızlıq qorxusudur ki, bu qorxu hissini psixikadan çıxarmaq çətindir. Bu 
qorxu hissi bütün yarış boyu idmançını  təqib edəcək və onun texniki, 
taktiki, fiziki hazırlıq cəhətlərini zəiflədəcəkdir. 
Bəzi idmançılarda tamaşaçılar, hakimlər, həmkarlar qarşısında pis 
çıxış etmək qorxusu özünə qarşı inamsızlıq hissi yaradır. Beləliklə, idmançı 
inamsızlıq hissi ilə mübarizə apardıqca fikri yayınır, öz potensial bacarığını 
göstərə bilmir, səhvlər buraxır. Ümumiyyətlə,  əgər idmançı uduzacağını 
hətta düşünürsə, artıq o uduzmuşdur! 
 
 

 58
Usta idmançı müəyyən nəticəyə çatdıqda özündən daha artıq nəticələr 
tələb etməyə başlayır. Imkanından artıq tələblər daxili mübarizənin 
yaranmasının əsas səbəblərindən biridir ki, bu da nəticədə yüksək əsəbiliyə 
və psixoloji tarazlığın pozulmasına gətirib çıxarır. Bu heç də o demək deyil 
ki, idmançı müəyyən yüksək səviyyəyə qalxdıqdan sonra daha da yüksək 
nəticəyə nail olmağa çalışmamalıdır. Deyərdim ki, əksinə, idmançı daim öz 
nəticəsini təzələməyə can atmalıdır. İdmançı öz qüvvəsini, bacarığını dəqiq 
qiymətləndirərək qarşıya yaxın gələcək üçün çətin və eyni zamanda yerinə 
yetirilə biləcək tapşırıq qoymalıdır. Nəticənin birdən qaldırılması üçün 
müəyyən vaxt stabilliyə nail olmaq lazımdır və hətta bəzən müəyyən qədər 
aşağı göstərici də mümkündür. Beləliklə, idmançı daim daha yüksək nəticə 
göstərməyə çalışmalıdır. Yəni ki, ancaq belə düşünməklə yüksək nəticələr 
göstərməyə  zəmanət var. Daha yüksək idman nəticəsinin qazanılmasına 
zəmanət real planlarla, imkanları  nəzərə almaqla arzuladığın zirvələri fəth 
etməkdən ibarətdir. 
Yarışda yenə  də emosional həyəcanlanmanın səbəbkarlarının dostlar, 
valideynlər və məşqçi ola biləcəyini nəzərdən qaçırmayaq. Elə valideynlər 
vardır ki, özünü mütəxəssis sanaraq yarışın gedişində emosiyalarını saxlaya 
bilmir, qışqırıq salır və bununla da idmançının çıxışına mane olur, onun 
həyəcanının artmasına daha bir təkan verir. Ancaq elə valideynlər də vardır 
ki, özlərini çox səbrli və  təmkinli apararaq övladlarına daha artıq inam 
vermək istəyirlər. Imkan düşəndə isə belə deyirlər: “Hər  şey yaxşıdır, sən 
qalib gələcəksən!” 
Ümumiyyətlə, böyük həyəcan nəinki gənc, hətta usta idmançının da 
özünü itirməsinə  gətirib çıxara bilər.Biz idmanla məşğul olduqca, onun 
qayda-qanunlarına da riayət etməliyik. Rəqibə hörmətlə yanaşmaq, 
mübarizəni düzgün aparmaq və s.  
 
 

 59
belə qaydalardandır. Bu cəhətlər idmançıda getdikcə güclənir və 
möhkəmlənir, son həddə o, şəxsiyyət kimi formalaşır. Bəzi idmançılar 
rəqibin psixologiyasına təsir edib onu qorxutmaq üçün bu qanunları qəsdən 
pozurlar. Məsələn, Məhəmməd Əli öz döyüşlərində göstərmək istəyirdi ki, 
rəqib hətta yerə yıxılsa belə, onu ölənə qədər vurub əzməyə hazırdır. Belə 
hallarda hakim onu güclə rəqibdən ayıra bilirdi. Məqsəd rəqibi şoka salmaq 
və ruhunu, müqavimətini sındırmaq idi. Yarışlarda,  əsasən, boksçular 
psixoloji təzyiq vasitəsi kimi, “Kim daha qorxuludur?” oyununu oynayırlar. 
Başqa belə  təsir vasitələri də var. Bəzi idmançılar meydanda rəqiblə 
görüşmürlər və yaxud görüşəndə yerə tüpürüb ayaqla onu tapdalayırlar. 
Onlar bununla rəqibə “ Səni də belə əzəcəyəm” demək istəyirlər. 
Məşhur basketbolçu Bill Rossel rəqib komandanın hücumularına 
kobud blok qoyaraq onları qorxutmaq bacarığını çox ustalıqla nümayiş 
etdirirdi. Belə ki, hücumçular yenə  də kobud blokla qarşılaşmamaq üçün 
topu zənbilə uzaqdan atmağa məcbur olurdular. Bu da çox vaxt səhvlərlə 
nəticələnirdi. 
Rəqibin psixologiyasına təsir etməyin başqa üsulu ona özünün daha 
güclü olmağını göstərməkdən ibarətdir. Suya tullanan idmançı ilk öncə 
özünün daha çətin və effektli suya tullanışını edir. Bununla o, bacarığını 
göstərərək bu yarışda gücünün hamınınkından çox olduğunu bəyan edir, 
sanki çempion olacağını  bəri başdan öz rəqibinə bildirir. Əgər bu hərəkət 
yüksək səviyyədə alınarsa, rəqiblər ciddi psixoloji təsirə  məruz qalırlar və 
öz çıxışlarını psixi təsir altında həyata keçirirlər. 
Bəzi hallarda idmançılar rəqiblərindən artıq olduqlarını nümayiş 
etdirmək üçün özlərini çox inamlı  və sakit aparmaqla onlara təsir 
göstərirlər. Özünə böyük arxayınlığın belə  
 
 

 60
nümayişi təzə və həyəcanlı idmançılara daha tez təsir göstərir və onlar 
daha çox həyəcanlanırlar, eyni zamanda da düşünürlər: “Gör, necə sakitdir. 
Yəqin ki, belə olmalıdır, lakin mən özümü ələ ala bilmirəm”. Təbii ki, belə 
fikirlər həyəcanı daha da artırır və idmançıda özünə inamsızlıq yaradır. 
Rəqibin psixologiyasına təsir etməyin başqa bir forması da var. Bu 
halda idmançı özünün daha güclü olduğunu göstərməklə  rəqiblərin 
psixologiyasına təsir edir. Mən öz təcrübəmdə bunun şahidi olmuşam. Mən 
keçmiş sovet dövründə yeniyetmələr arasında keçirilən SSRI birinciliyində 
iştirak edirdim. Yarışdan əvvəl bir idmançı öz çəkisinə uyğun idmançıların 
bir yerə yığıldığını görüb yaxınlıqdakı turnikdən bir əlli çəkilməyə başladı. 
Biz bunu görəndə çox təəccübləndik və daxilimizdə bir həyəcan hissi baş 
qaldırdı. Mən öz-özümə  pıçıldadım: “O nə güclüdür, kaş  mənimlə 
düşməyəydi”. Beləliklə, getdikcə artan həyəcan özümə qarşı inamsızlıq 
hissinin yaranmasına səbəb oldu ki, bu da mənə yarışda yaxşı iştirak etməyə 
imkan vermədi. Mən həmin yarışda aldığım psixoloji təsir altında məğlub 
oldum. Halbuki, mən də fiziki cəhətdən o qədər də zəif deyildim. Lakin bir 
əllə dartına bilmədiyim üçün həmin idmançı  mənə qeyri-adi güclü rəqib 
kimi göründü. Düzdür, mən yarışda həmin idmançı ilə qarşılaşmadım, lakin 
onun etdiyi psixoloji təsir mənim məğlubiyyətimlə  nəticələndi. Haqqında 
danışdığımız idmançı da çempion olmadı. Fiziki cəhətdən zəif, lakin 
psixoloji və texniki cəhətdən hazırlıqlı bir idmançı ona qalib gəldi. Lakin 
onun mənə etdiyi psixi təsir öz işini gördü. 
Bizə  təsir edən psixoloji təzyiqdən heç məşqçimizin belə  xəbəri 
olmadı. Deməli, idmançıya təsirlərin hamısını məşqçi duya bilməz. Gərək, 
idmançının özü buna hazır olsun. Qəti deyirəm ki, mən psixoloji cəhətdən 
bir qədər hazırlıqlı olsaydım,  
 
 

 61
hətta o kobud gücə malik rəqibə də çox asanlıqla qalib gələ bilərdim. 
Başqa bir misal: İdmançı öz rəqiblərinin yanında sanki öz dostuna 
müraciətlə deyir: “Mən yarışa çox gözəl hazırlaşmışam, yaxşı formadayam, 
hamıya qalib gələcəyəm”. O, hamının eşidəcəyi tərzdə söylədiyi bu sözləri 
guya təsadüfən səsləndirir. Ancaq əslində  məqsəd psixoloji təsirə 
hesablanmışdır. Sözsüz, belə psixoloji fəndlər ilk növbədə cavan 
idmançılara təsir etmək məqsədi güdür. Usta idmançılar bu cür təsirlərə 
ciddi reaksiya vermirlər. 
Ümumiyyətlə, həyəcanın mənbəyi tək yarış deyildir. Əgər sprinter 
beynində evdə olan xəstəni düşünürsə, o, hakimin güllə atımına vaxtında 
reaksiya verə bilməyəcək. Yaxud futbolçu evdə həyat yoldaşı ilə dalaşıbsa, 
o, uzaqdan gələn ötürmələri qəbul etməyə qadir olmayacaqdır. 
Psixi təsirlərdən müdafiənin yeganə yolu idmançıda yüksək səviyyədə 
özünü idarə etmək, həmçinin diqqəti toplamaq və çevik surətdə lazımi 
obyektə yönəltmək bacarıqlarını formalaşdırmaqdan ibarətdir. 
Rəqibin psixologiyasına təsir göstərib ona qalib gəlmək yolunun 
klassik formasına sərbəst güləş üzrə 3 dəfə olimpiya çempionu, 7 dəfə 
dünya çempionu Aleksandr Medvedin işlətdiyi psixoloji təsir fəndini misal 
göstərmək olar: Onun olimpiya oyunlarının son final görüşündə alman 
güləşçisi ilə  çətin  şəraitdə keçən mübarizəsində hesab açılmamışdı. 
Qəfildən Medvedin barmağı  çıxır. Hakim və  rəqibi onu həkimə aparmağa 
çalışır, lakin Medved həkimə getməkdən boyun qaçıraraq öz barmağını 
rəqibin gözü qarşısında yerinə salır və mübarizəni davam etdirməyə 
başlayır. Bunu görən rəqib belə mübariz və məğlubedilməz idmançıya qalib 
gəlməyin mümkün olmayacağını düşünür. Rəqibin psixologiyasını bu cür  
 
 

 62
ustalıqla sındırıb qalib gəlmək idmançıdan güclü ruh, yüksək, 
hərtərəfli hazırlıq və böyük intellekt tələb edir. Biz yuxarıdakı misalda 
idmançının psixologiyasında möhkəmlik və mübarizlik hissinin nə  qədər 
yüksək olduğunu və belə idmançını  nə  ağrının, nə  də başqa təsirlərin öz 
məqsədindən və diqqətindən ayıra bilmədiyinin  şahidi oluruq. Dahi 
idmançının belə bir bacarığı ona doğulandan verilməmişdir. Bu bacarıq 
illərlə planlı surətdə, düzgün keçirilmiş, yüksək səviyyəli məşqlərin 
nəticəsidir. 
Beləliklə,  əgər biz də idmançılarımıza öz zallarımızda hərtərəfli, 
peşəkar səviyyədə yazılmış  təlim-məşq planları ilə  məşqlər keçsək, 
inanıram ki, bizim idmançıların arasından da yüzlərlə öz Medvedlərimiz 
çıxar. Ümumiyyətlə, psixoloji cəhətdən mübarizəyə tam hazır olan idmançı 
yarış vaxtı  məşqdəkindən dəfələrlə yaxşı  nəticə göstərəcəkdir.  Əksinə, 
psixoloji cəhətdən zəif olan idmançı yarış vaxtı  məşqlərdəki bacarığından 
qat-qat aşağı nəticə qazanacaqdır. 
Qabaqlar peşəkar idmançıların məşqçiləri komandanı çox ciddi 
recimdə saxlayırdılar. Məşqlər qapalı keçirilirdi. Komandanı aparan 
avtobusa başqa bir şəxs minə bilməzdi, hətta müxbirlərin və müdiriyyətin 
idmançılara yaxınlaşmalarına və  məşqlərin gedişinə müdaxilə etmələrinə 
icazə verilmirdi. Bütün bunlar komandanın psixoloji durumunun müəyyən 
qədər sabit saxlanılmasına səbəb olurdu. 
Bu gün hər sahədə  vəziyyət dəyişdiyi kimi, idmanda da dəyişilib. 
Curnalistlər harada gəldi idmançılardan müsahibə alır, kim istəsə 
idmançılara yaxınlaşa bilir. Bir komandada keçirdiyim test yoxlamasında 
“Yarışda səni narahat edən və  qıcıqlandıran səbəb nədir?” sualının 
cavabında idmançıların əksəriyyəti müdiriyyətin onlara göstərdiyi psixoloji 
təsiri qeyd etdi. Məşq vaxtı müdiriyyətin onsuz da həyəcan keçirən 
idmançılara  
 
 

 63
yaxınlaşıb “Mütləq qalib gəlməlisən!”  əmrini və tapşırığı verməsi 
onların narahatlığının daha da artmasına səbəb olur. Döyüş vaxtı 
müdiriyyətin təzyiqi az imiş kimi, video çəkən operatorlar da qıraqdan 
vaxtlı-vaxtsız — “Ə, tez elə vur, nə dayanmısan, vur!” — deyə idmançının 
sərbəst işləməsinə mane olmağa başlayırlar. Beləliklə, iki səbəb üzündən 
balaca bir komandanın idmançılarında çox böyük narahatlıq və psixoloji 
gərginlik yaranır. 
İdmanın məqsədi - qalib gəlməkdir. Bunu idmançıya deməsən də, özü 
bilir. Lakin mütləq qalib gəlmək tapşırığının qıraqdan verilməsi onu 
çaşdırır. Bu tapşırığı idmançı özü-özünə verə bilər və bu halda o heç 
həyəcanlanmaz da, əksinə  qətiyyətli olar. Lakin tapşırıq qıraqdan 
psixologiyaya müdaxilə formasında olanda böyük həyəcan yaradır. Buna 
səbəb idmançıda cavabdehliyin hədsiz artması və “birdən uduzaram” qorxu 
hissinin  əmələ  gəlməsidir. Ümumiyyətlə, usta idmançılar məşqçi ilə  və 
yaxud məşqçisiz öz psixologiyalarını tənzimləməyi bacarmalıdırlar. 
Psixoloji hazırlıq üsullarından biri belə ola bilər:  İdmançı  bədənini 
yarışa hazırladıqdan sonra çıxışına qədər qalan vaxtda zalın sakit bir yerinə 
çəkilərək özünü psixoloji cəhətdən mübarizəyə hazırlamağa başlayır. Bu 
halda o, müəyyən sözlər təkrarlayır, bu sözləri tələsmədən beynindən və 
ruhundan dolaşdıraraq indiki sakit aləmdən mübarizə aləminə keçməyə 
başlayır. Bununla da onun beyni, ruhu, cismi YMH səviyyəsinə keçir və 
mübarizəyə hazır olur. İdmançının öz-özünə söyləyəcəyi mətn təxminən 
belədir: “Indi öz sözünü demək növbəsi mənimdir. Indi mən gözəl, 
fantastik, təkrarolunmaz bir güləş göstərəcəyəm! Elə bir güləş ki, 
gözəlliyindən bütün baxanlar heyran qalsınlar. Elə bir güləş ki, nərəsindən 
bütün dağlar lərzəyə gəlsin. Beynim aydın və işıqlıdır. Ruhumun  
 
 

 64
qüvvəsi bütün bədənimə  bərabər yayılıb, mənə bir Günəş  hərarəti 
verir. O artır, artır, artır... Mənə, qarşısıalınmaz bir sel qüvvəsi verir. Mən 
artıq  hazıram, heç kimi eşitmirəm, heç kimi görmürəm, irəli!”. 
İdmançı bu mətni söyləyə-söyləyə daxilində deyilənləri hiss edərək 
özünü YMH mərhələsinə qaldırır. Bu halda artıq idmançı öz emosional 
həyəcanlanma səviyyəsində mübarizəyə daxil olur. 
Psixoloji hazırlıq prosesinin ilk etapında diqqət tam daxili olur. 
Mübarizə etapında isə idmançının diqqəti idman növünə lazım olan diqqət 
formasına keçir. Əsasən, təkmübarizlikdə diqqət dar və daxili olmalıdır. 
Yuxarıda deyilmiş psixoloji hazırlığı  aşağıdakı kimi izah etmək 
mümkündür: 
“Indi öz sözünü demək növbəsi mənimdir!” 
Bu sözlərlə  mən idmançıya bildirmək istəmişəm ki, o mübarizəyə 
çıxanda tər tökməyə yox, yüksək sənət  əsərlərinə  bərabər idman əsəri 
yaratmağa gedir. Bu fikir idmançıya ruh verir. O, hər yeni görüşündə yeni 
idman  əsəri yaratmağa çıxdığını düşünür. Eyni zamanda da daxilində 
həyəcan hissi əvəzinə, yaradıcılıq hissi baş qaldırır. 
“Indi mən gözəl, fantastik, təkrarolunmaz bir güləş göstərəcəyəm! Elə 
bir güləş ki, gözəlliyindən bütün baxanlar heyran qalsınlar!” 
Bu tapşırıq, daha doğrusu, taktiki plan ruha, beyinə və bədənə verilmiş 
bir əmrdir. 
Bununla idmançı beynində öz sevdiyi gözəl bir fəndini rəqibə 
məharətlə  işlədəcəyini və bu anda tamaşaçıların fəndin gözəlliyinə heyran 
olaraq alqışla ayağa qalxacaqlarını təsəvvürünə gətirir. Bu fikri beynindən 
keçirməklə güləşçidə emosional oyanış başlayır. O, beynində mübarizədə 
işlədəcəyi  
 
 

 65
fəndin planını qurur. 
“Elə bir güləş ki, nərəsindən bütün dağlar lərzəyə gəlsin!” 
Bunu deməklə idmançı beynindən yenə də gözəl bir fənd keçirir və bu 
fəndi işlədərkən onun çox böyük nərəylə tamamlandığını  təsəvvüründə 
canlandırır. O hiss edir ki, bu nərədən dağların başındakı zirvələrdən daşlar 
tökülür. Bununla o, emosional həyəcanlanmanın ona lazım olan zirvəsinə 
qalxır. 
“Beynim aydın və işıqlıdır!” 
Bununla idmançı beyninə  əmr verərək onda olan artıq və lazımsız 
fikirləri silir, qarşıdakı  işi çox aydın və  işıqlı gördüyünü hiss edir. Eyni 
zamanda beynində aydınlıq yarandığını, həm də  çıxış vaxtı gedən 
mübarizəni idarə etməyə tam hazır olduğunu bildirir. 
“Ruhumun qüvvəsi bütün bədənimə  bərabər yayılır, mənə bir Günəş 
hərarəti verir!” 
Burada idmançı ruhun qüvvəsinin fiziki-qüvvəyə qatışmasını duymağa 
başlayır və bu qatışma ilə  bərabər bədəninə güclü qüvvənin, bir Günəş 
hərarətinin, istiliyinin axınını hiss edir. Eyni zamanda burada beynin daxili 
orqanları necə idarə etdiyini duymaq mümkündür. İdmançı bu qüvvənin və 
istiliyin əsasən orqanizmdə günəş kələfi deyilən nöqtədən artdığını duyur. 
“O artır, artır, artır... Mənə qarşısıalınmaz bir sel qüvvəsi verir!” 
Burada deyilənlər emosiyanın oyanmasına və  həyəcana təkan verir. 
Söhbət yuxarıda dediyimiz üçlüyün yaranışından, yəni ruhi, əqli və fiziki 
qüvvənin vəhdətindən  əmələ  gələn sel qüvvəsindən gedir. Bu zaman 
idmançı daxili diqqətlə özünün tam hazır olduğunu duyur və görəcəyi işin 
icrasını gözləyir. 
“Mən artıq hazıram, heç kimi eşitmirəm, heç kimi görmürəm,  
 
 

 66
irəli!” 
Burada verilmiş hazırlıq birinci dərəcəli hazırlıq  əmridir ki, ruha, 
beynə və cismə ünvanlanır. Bu üçlüyün birliyi yarandığına görə əmr ümumi 
müraciət formasında verilir. “Heç kimi eşitmirəm, heç kimi görmürəm” 
sözləri diqqətin yadına salır ki, o ancaq lazım olan və  tələb olunan işə 
yönəlsin. 
“Irəli!” əmri isə görüləcək işə başlamaq məqamı çatdığını bildirir. 
Təsvir etdiyimiz bu psixoloji hazırlıq idmançılara özlərinin gələcək 
psixoloji hazırlıqlarını yaratmaqda kömək göstərəcəkdir. Deyilənləri hiss 
edə bilən idmançı artıq öz psixologiyasını tam idarə etməyə qadir olan 
idmançıdır. Bunun üçün məşqlərdə gündəlik olaraq bu psixoloji 
tənzimləməni məşq etmək və hazırlamaq lazımdır ki, hissləri tam idarə edə 
biləsən. 
Mənim yaratdığım klubun idmançısı artıq çıxışa addımlayıb gedəndə 
yumruğunu düyünləyib üzünü məşqçisinə  və komandasına tutub ürəklə 
deyirdi: Igiddən başqa igid yoxdur! Və  mətin addımlarla mübarizəyə 
yollanırdı. Sanki o, bununla dediyi sözləri sübut etməyə getdiyini bildirirdi. 
Həqiqətən də, bu belədir. Çünki o qeyrətlə mübarizəyə daxil olan oğul 
başqa cür hərəkət edə bilməzdi. 
Nəzərinizə çatdırıram ki, bu yaxınlarda taykvando haqqında kitab 
aldım [7]. Kitabın məni maraqlandıran psixologiya və taktika haqqında 
hissələrini vərəqlədim. Hər biri iki səhifədən ibarət idi. Bununla bildirmək 
istəyirəm ki, kitablarda idmançıların psixoloji durum məsələlərinə çox 
ümumi  şəkildə toxunulur və geniş  məlumat verilmir. Əvvəla, bu, hər bir 
idmançının və məşqçinin sirli saxladığı sahəsidir və fərdi bir hazırlıqdır.  
 
 

 67
Biz öz psixologiya mərkəzimizi yaratmaqla, psixoloji bazamızı 
yaratmış olarıq. Bu isə artıq sabah yox, bu gün yaradılmalıdır. İdmançının 
öz psixologiyasını idarə etməyi bacarması ona potensial imkanlarından daha 
çox və səmərəli istifadə edib qarşıya qoyduğu tapşırığı həyata keçirməsinə 
imkan verir. 
 
 
 
 

 68
   
 
 
    IV FƏSIL 
 
 
      İdmançıların yarışda həyəcanı və çıxışı 
 
   
 
 
 
 
Mübarizəyə çıxanda kim olduğunu 
   
 
 
 
 
deməyə çıxdığını düşün. 
 
Bir çox Asiya məktəblərinin məşqçiləri psixoloji hazırlıqda maksimum 
dərəcədə sakitliyə üstünlük verirlər. Bu məktəbin təliminə görə,  əks halda 
idmançının ruhi sakitliyi pozula bilər və o, öz çıxışını idarə etmək 
bacarığını itirər. 
Asiyanın məşqçilərinin tam əksinə olaraq, qərb ölkələrinin 
məşqçilərinin fikrincə, emosionallığı  aşağı salmaq yox, əksinə qaldırmaq 
lazımdır.  Onların fikrincə, emosional həyəcan idmançının yarışda iştirakına 
çox kömək edir. Hətta bəzi məşqçilərin qənaətinə görə, idmançılar 
yarışqabağı yarıac olmalıdırlar ki, mübarizəni hirsli və  gərgin keçirə 
bilsinlər. Ac olmaq isə, onların fikrincə, buna yaxşı  şərait yaradır. Hətta 
məşqçilərdən biri bu fikrə o qədər aludə olmuşdur ki, yarış vaxtı idmançılar 
mübarizəni texniki və başqa hazırlıqların zəifliyi ucbatından yox, aclığın 
yaratdığı  zəiflikdən məğlub olmuşdular. Bildiyiniz kimi, yarışda çıxışlar 
eyni vaxtda keçirilmir. Yarışın axırına yaxın çıxış edəcək idmançıların 
orqanizmi daha çox zəifləyir ki, bu halda idmançı nəinki ac və hirsli, əksinə 
ac və  zəif olur. Bu da mübarizədə özünü göstərərək idmançının 
məğlubiyyəti ilə nəticələnir. 
Bəzi hallarda da məşqçi yarışqabağı idmançının psixoloji durumunu öz 
emosional çıxışları ilə qaldırmağa üstünlük verir ki, bu da bütün 
idmançılara eyni cür təsir göstərmir. Müəyyən vaxtdan sonra deyilmiş 
sözlər öz təsirini itirir. Yarışqabağı  
 
 

 69
orqanizmdə emosional həyəcandan yaranan dəyişikliklərdən biri də 
stress vəziyyətdir ki, bu da idmançıda böyük həyəcandan və idmançıya təsir 
edən qıcıqlandırıcı  təsirlərdən baş verə bilər. Ümumiyyətlə, yarış zamanı 
orqanizmdə gedən fizioloci dəyişikliklərdən biri də böyrəkaltı  vəzin ifraz 
etdiyi adrenalin maddəsinin qanda artmasıdır ki, bu da qanın durulaşmasına 
səbəb olur. Bu proses insanda qeyri-adi iş bacarığı yaradır. Belə bir hadisə 
qeydə alınmışdır: Evi yanan bir qadın  əşyalarını xilas edərkən içi dolu 
böyük bir sandığı  tək bayıra  çıxarır. Ancaq xilas olmuş  əşyaları maşına 
yığanda bir neçə kişi həmin sandığı maşına qaldıra bilmir. Ümumiyyətlə, 
müəyyən edilmişdir ki, vəhşi heyvanlar ova hazırlaşanda onların da qanında 
adrenalinin artması prosesi baş verir. Buna orqanizmin görüləcək işə  təbii 
hazırlaşması prosesi kimi baxmaq olar. 
Bəzi məşqçilər hesab edirlər ki, hətta bir idmançının belə tam sakit 
olması bütün komandanın YMH-na təsir edir və onu aşağı salır. Belə 
məşqçilər hesab edirlər ki, əgər idmançı sakitdirsə, o, diqqətini intensiv 
şəkildə bir yerə yığmağa qadir deyildir və yalnız yüksək emosional həyəcan 
halında buna qadirdir. Bu cür düşünən məşqçilər razı ola bilmirlər ki, elə 
sakitlik özü bəzi idmançılar üçün YMH-na hazır olmaq halıdır. 
Beləliklə, biz sizinlə birlikdə belə bir sualın cavabına münasibət 
bildirməliyik: Asiyanın məşqçilərinin, yoxsa qərb məşqçilərinin fikri 
düzgündür? Asiya ölkələrinin məşqçiləri startqabağı maksimum ruhi 
sakitliyə çalışırlar. Qərb ölkələrinin məşqçiləri isə maksimum emosional 
həyəcana malik olmağa can atırlar. Bunların hansının idmançıya düzgün 
təsir etdiyini aşağıdakı araşdırmalarımızda  əsaslandırıb yekdil fikrə 
gələcəyik. Əvvəlcə bu anlayışların tək mütəxəssislərin yox, adi məşqçilərin 
və idmançıların da başa düşmələrini təmin etməkdən ötrü bəzi anlayışlara 
izah verərək sadələşdirək. Stress-ekstremal vəziyyətlər insanın psixikasının 
maksimum gərginlik  
 
 

 70
keçirdiyi haldır. Insanın böyük narahatlığı və çətinliyi dövrü, həm də 
fiziki və  əqli yükü həddindən artıq olduqda stress keçirmə ehtimalı daha 
çox olur. Emosional həyəcanın idmançının çıxışına yaxşı  və ya pis təsir 
göstərməsini müəyyən etmək üçün vizual nəzarət və qeydiyyatlar aparmaq 
lazımdır. 
İdmançının yarışqabağı  və  çıxışı dövrlərinə  nəzarət edərək 
qeydiyyatlar aparılarsa, onun YMH-na tam hazır olduğunu göstərən 
əlamətləri təyin etmək mümkündür. Bu, əsasən, müəyyən simptomlarla, o 
cümlədən ürək döyüntüsünün güclənməsi, hərəkət koordinasiyası, hətta 
danışanda suala cavab vermək bacarığı və s. ilə təyin edilə bilər. 
Stress halı orqanizmin psixoloji halının ekstermal vəziyyətə hazırlığına 
təbii cavabı kimi baş verir. Stress halının idmançıya iki cür təsirini hiss 
etmək mümkündür. Birinci halda stress səviyyəsinin yüksək olduğu zaman 
idmançı yarışa tam hazır olsa da, özündə inamsızlıq hiss edir və böyük 
narahatlıq keçirərək özünü çox yorğun sanır (şok vəziyyəti). 
Ikinci halda idmançı özünü çox gümrah və inamlı hiss edir ki, bu da 
idmançıda yarışmaq arzusunu qüvvətləndirir. Bu, idmançının çox zəif stress 
vəziyyətinin (EO-nın həyəcan dərəcəsindən stress dərəcəsinə keçid anı, çox 
zəif stress), yəni emosional vəziyyətinin ona müsbət təsir göstərən 
səviyyədə olduğunu göstərir. Bu halda idmançı YMH-nın ona uyğun gələn 
səviyyəsində olur. 
 
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin