VII FƏSIL
İdmanda test üsulunun tətbiqi
Həyatını Vətənə fəda etməyə
hazır olan oğullar yetişdirməyə
fədakar müəllimlər lazımdır.
Hər hansı komanda ilə və yaxud idmançı ilə işləməyə başladıqda
birinci məsələ tanışlıq olur. Komandadakı hər bir idmançı tanışlıq testindən
keçməlidir ki, ümumi komandanı təşkil edən idmançılar haqqında təsəvvür
yaransın. Bu halda idmançıların dünyagörüşü, təsəvvürü ilə bərabər, bir çox
insani keyfiyyətləri də müəyyən edilir ki, onlarla işləyən psixoloqa bu
məlumatları bilmək çox vacibdir. Hər bir idman növünə müvafiq testlər
tərtib edilməlidir. İdmançı testdən keçəndə onun özü, eləcə də məşğul
olduğu idman növü haqqında təsəvvürü yoxlanılır. Bu yoxlamada məqsəd
idmançının təsəvvüründə olan çatışmazlıqları aradan qaldırmaq, yaxşı
cəhətləri isə daha da artırmaqdır. İdmançının şüurlu surətdə özünü daha
aydın görə bilməsi isə onun idmanda kor-koranə inkişafının qarşısını alır.
İdmançı mütəxəssisdən özünün çatışmayan cəhətləri haqqında yazılı surətdə
təlimat alır. Bu təlimat əsasında məşq yüksək səviyyədə keçirilirsə, idmançı
az bir vaxtda özündə olan artımı və dəyişikliyi hiss edəcəkdir. Bir çox
hallarda idmançılar elə düşünürlər ki, testdən ancaq idman çətinlikləri
olanda keçməlidirlər. Əslində, testdən ildə 2 dəfə keçmək məsləhət görülür.
Test sualları idmançını narahat edən problemlər olduğu üçün idmançı bu
suallara çox ürəklə cavab verir, onu narahat edən suallara nəhayət cavab
alacağına ümid bəsləyir. Ümumiyyətlə, yaxşı olar ki, məşqçi vaxtaşırı
idmançılarla təkbətək söhbətlər keçirsin, onları narahat edən
109
suallardan və problemlərdən vaxtında xəbər tutsun, onların həllinə
yardımçı olmağa çalışsın. Hətta bu problemlər ailə və məişət zəminində
olsa belə. Belə bir fikir formalaşıb ki, məşqçi yalnız idman problemlərini
həll etməlidir. Ancaq məşqçi yaşlıdırsa, idmançıya öz övladı kimi baxaraq
onun bütün həyati problemlərini ürəkdən, var qüvvəsi ilə həll etməyə səy
göstərməlidir. Problemlər aradan qaldırıldıqda idmançı məşqdə artıq
sıxıntılardan və fikirlərdən azad olur, onun məşqlərində bir dönüş yaranır.
Əgər məşqçi cavandırsa, yenə də idmançıya qardaşlıq köməyi
göstərməlidir. Müəllimin göstərdiyi kömək idmançıda böyük ruh yüksəkliyi
və hər çətinliyi dəf etmək bacarığına qadir olmaq hissi yaradır. Bu isə
idmanda və idmançıda vacib olan psixoloji cəhətlərdən biridir. İdmançı
problemlərini həll edə bilməyəndə özünü zəif və tək sanır. Problemlər
çözüldükdən sonra idmançı özünü güclü və arxalı sanır ki, bu da onun
idmanda vacib olan inam hissini artırır.
Ümumiyyətlə, “İdmançı yaxşı psixoloji hazırlıqdadır” dedikdə nə başa
düşülür?
Mənim qənaətimə görə, psixi hazırlıq insanın əqli ilə ruhundan
yaranmış vəhdətin qüvvəsinə deyilir. Belə hazırlıqda əqlin düşüncələri ilə
ruhun dediyi üst-üstə düşür və yaxud eyni olur. Nəticədə, böyük inam
əmələ gəlir. Məsələn, əgər boksçu mübarizəyə çıxanda “Mən aqressiv
olacağam” deyirsə, lakin bunu ruhu ilə duyub bütün varlığından keçirmirsə,
bu, tək əqlin və dilin dediyi söz olaraq qalacaq. Deyiləni həyata keçirmək
üçün beynin diqtə etdiyini ruha çatdırmaq lazımdır. Bu vaxt ruhun
emosional oyanışı bədəndə əqlin mübarizəyə maksimum hazırlığına səbəb
olur ki, bu vəziyyətdə idmançı dediyi sözü həyata keçirə bilir.
Ümumiyyətlə, idmançını hazırladıqda onun hazırlıq səviyyəsini müntəzəm
yoxlamaq lazımdır. Bu, bir neçə yolla həyata keçirilə bilər. Onlardan biri də
test üsuludur. Aşağıda sizə təkmübarizlik üçün nəzərdə tutduğum testləri
təqdim edirəm.
110
1. Tanışlıq testi, N 1
2. İdmançının ümumi hazırlıq dərəcəsini təyin etmək üçün test, N 2
3. İdmançının psixoloji hazırlığını təyin etmək üçün test, N 3
4. Yarış testi, qələbənin və məğlubiyyətin səbəbini təyin etmək üçün
test, N 4
Bu test sualları və ümumiyyətlə testlər zərurət yarandıqda arta bilər.
Testin tərtibində hər idman növü üzrə məşqçi və psixoloq iştirak etməlidir.
Mənim təklif etdiyim testlər öz idman növümə - güləşə aiddir ki, bunu da
zəruri saydığım 4 testlə sizə təqdim edirəm.
111
TEST N 1
İdmançının psixoloji xarakterini və intellektual səviyyəsini
təyin etmək üçün
(Tanışlıq testi)
1. Özün haqqında məlumat və yaxud tərcümeyi-halın.
2. 1 günlük həyat tərzin.
3. Valideynlərindən razısanmı?
4. Müəllimlərindən razısanmı?
5. Dostların varmı? Kimlərdir?
6. Vətən və torpaq anlayışı haqqında nə deyə bilərsən?
7. Bizi yaradan haqqında, dünya haqqında nə deyə bilərsən?
8. “Qurani-Kərim” haqqında nə deyə bilərsən?
9. Əxlaqi varlıq olan vicdan, namus, qeyrət, borc, dostluq haqqında nə
deyə bilərsən?.
10. Məhəbbət, ləyaqət anlayışları haqqında nə deyə bilərsən?
11. Xoşbəxtlik anlayışı haqqında nə deyə bilərsən?
12. Komanda haqqında nə deyə bilərsən?
13. Komandada yerin və onun mehriban və güclü olması üçün nə
edirsən?
14. Hobbin nədir?
15. Özünü nəzarət haqqında nə deyə bilərsən?
16. Məşqə necə gəlirsən?
17. Dünyaya niyə gəlmişik?
18. Hazırda və idman karyerasından sonra özünü necə görmək
istərdin?
19. Kitab oxuyursan?
20. Məşq buraxırsan?
21. Məşqdə bütün qüvvəni qoyursan?
22. Ruhunu hiss edirsən?
23. Darıxanda özünü necə sakitləşdirirsən?
24. Bu sorğu-sual bizə lazımdırmı?
112
TEST N 2
İdmançıda psixoloji, texniki, taktiki və fiziki hazırlıq
dərəcəsini təyin etmək üçün
1. Psixoloji cəhətdən özünü hazır hiss edirsən?
2. Ağlının, ruhunun və cisminin birliyini yaradıb özünü mübarizəyə
hazırlaya bilirsən?
3. Mübarizə vaxtı diqqətini lazımi qədər toplaya bilirsən?
4. Mübarizə ruhunu hansı yolla qaldırırsan?
5. Texniki cəhətdən özünü tam hazır hiss edirsən?
6. Ayaq üstə fəndlərin hamısını ustalıqla işlədirsən?
7. Parter vəziyyətində bütün fəndləri ustalıqla işlədirsən?
8. Fəndlərin dəqiqdir, güclüdür?
9. Fəndlərin sürətlidir, aldadıcıdır, cəlddir?
10. Bir fəndlə işləyirsən, yoxsa kombinasiya ilə?
11. Taktiki cəhətdən hücumların qarşısı alınmazdımı?
12. Əks hücumların necədir?
13. Müdafiən necədir?
14. Aldadıcı hərəkətlərin necədir?
15. Fiziki hazırlığından razısan?
16. Sürətindən razısan?
17. Cəldliyindən razısan?
18. Sıçrayışından və partlayışlı hərəkətlərindən razısan?
19. Elastikliyindən razısan?
20. Dözümlülüyündən razısan?
21. Mübarizə reaksiyaların necədir?
22. Rəqibi çaşmağa məcbur edib ondan istifadə edə bilərsən?
23. Fərdi məşqi necə başa düşürsən?
24. Fərdi məşq olmalıdırmı?
25. Ümumi məşqdə irəliləyişini hiss edirsən?
26. Məşq və yarış mübarizələrinin təhlili lazımdır, ya yox?
27. Təhlil bizə nə verir?
28. Bu sorğu-sual bizə nə verdi?
113
TEST N 3
İdmançının mübarizə psixologiyası
(təkmübarizlik)
1. Mübarizəyə özünü — bədənini və ruhunu necə hazırlayırsan?
2. Mübarizəyə hazırlaşanda beynindən hansı fikirlər keçir?
3. Hansı fikir mübarizəyə mane olur?
4. Hansı fikir mübarizəni ruhlandırır?
5. Mübarizədə bütün bacarığını qoya bilirsən?
6. Mübarizəyə çıxanda hansı fikirlə çıxırsan?
7. Rəqiblərini zəiflərə və güclülərə ayırırsan?
8. Mübarizənin bütün gedişində diqqətini toplaya bilirsən?
9. Rəqibin hansı hərəkəti və ya görünüşü səndə həyəcan yaradır?
10. Rəqib xalla qabağa çıxanda səndə həyəcan yaranır?
11. Rəqib xalla irəli çıxanda həmin mübarizəni qalib gəlməyə
qadirsənmi?
12. Həyəcanını necə sakitləşdirirsən?
13. Stress vəziyyətinə düşmüsən?
14. Psixoloji hazırlığın haqqında nə deyə bilərsən?
15. Mübarizəni öz fikrimizlə aparmalıyıq, yoxsa məşqçinin və ya
başqasının?
16. Ümumiyyətlə, mübarizəyə necə hazırlaşmalıyıq?
17. Qələbələrinin səbəbini nədə görürsən?
18. Məğlubiyyətlərinin səbəbini nədə görürsən?
19. Mübarizəyə hamı ilə eyni hazırlıqda çıxırsan?
20. Vuruşa nə əlavə etmək istərdin?
21. Vuruşunda nə çatmır?
114
22. Vuruşunda nə zəifdir?
23. Mübarizənin hansı hissəsi sənə çətindir?
24. Yarışın hansı görüşləri sənə çətin gəlir?
25. Mübarizədə xal aldıqda onu saxlamağa çalışırsan, yoxsa artırmağa?
26. Mübarizədə aldığın xalı nə yolla saxlamağa çalışırsan?
27. Mübarizədə vaxtı hiss edirsən?
28. Mübarizədə diqqətin geniş olur və yaxud dar?
29. Mübarizədə diqqətin daxili, xarici, yoxsa başqa cürdür?
30. Mübarizən və ona hazırlığın haqqında əlavə nə demək istərdin?
31. Rəqibi sənin stilində mübarizə etməyə məcbur edə bilirsən?
32. Rəqib səni mübarizəni öz stilində aparmağa məcbur edə bilir?
33. Bu sorğunun sənə xeyri olacağına inanırsan?
115
TEST N 4
Qələbənin və məğlubiyyətin səbəbini təyin etmək üçün
(Yarış testi)
İdmançının yarışa hazırlığı və yarış dövründəki psixoloji durumu
1. Yarış vaxtını və yerini biləndən sonra səndə yaranan fikir?
2. Məşqlərində qarşıdakı yarış haqqında nə fikirləşirdin?
3. Yarışa gedəcək günün axşamı necə yatdın?
4. Yarışa gedəndə yolda məşğuliyyətin?
5. Çəki vaxtı keçirdiyin hisslər?
6. Yarış zalına daxil olanda duyduğun hisslər öz zalında keçirdiyin arzu
və istəyin eyni olurmu?
7. Yarış günü səndə yaranan fikir?
8. Yarış vaxtı səni narahat edən fikir?
9. Görüşlərə hazırlığın haqqında nə deyə bilərsən - birinci və axırıncı
görüşlər.
10. Özünü qələbəyə hazır hiss edirdinmi?
11. Səni döşəyə çağıranda nə etməyə getdiyini düşünürsən?
12. Görüşlərdə bütün fikrini cəmləyə bilirdinmi?
13. Mübarizəyə çıxanda səni narahat edən fikir vardımı?
14. Mübarizənin gedişində səni narahat edən fikir vardımı?
15. Bütün yarış vaxtı sənə ruh verən nə olur?
16. Görüşün fasiləsindən necə istifadə edirsən?
17. Görüşlərarası fasiləni necə keçirirsən, nə düşünürsən, nə edirsən?
18. Nə üçün güləşirsən?
19. Görüşlərin özü haqqında nə deyə bilərsən?
20. Fikrincə, qələbənin səbəbi nə idi?
116
21. Məğlubiyyətin səbəbi nə idi?
22. Yarışda məşqçinin köməyini hiss edirsən?
23. Komandada kollektivdən razısanmı?
24. Yarışdan nə öyrənib artırdın?
25. Yarışdan hansı hisslərlə ayrıldın?
Bu testləri, mən deyərdim ki, təkmübarizliyin bütün növlərinə tətbiq
etmək olar. İdmançının hazırlığının səviyyəsini göstərən və artıran ikinci bir
yol da var: Bunu keçmiş imtahanlarda olduğu kimi, bilet götürərək buradakı
sualları idmançının cavablandırması yolu ilə də həyata keçirmək
mümkündür. Yuxarıdakı test yoxlaması idmançını nəzəri cəhətdən yoxlayan
və savadlandıran bir iş üsuludursa, biletlə imtahan idmançının həm nəzəri,
həm də praktiki hazırlığını yoxlayan və artıran bir vasitədir. “Artıran” ona
görə deyirəm ki, ümumi məşqdə dəqiqlik və düzgünlük kimi fikir verilməsi
çətin olan məsələlərə imtahanda tam dəqiqliyi ilə nail olmaq mümkündür.
Mən idmançıları imtahan etmək məqsədilə 25 bilet tərtib etmişəm. Hər
bilet 3 sualdan ibarət olmaqla idmanın bütün hazırlıq məqamlarını özündə
əks etdirir. Birinci sual idmanın nəzəri, ikinci sual texniki, taktiki, fiziki
hissəsinə aid olaraq praktiki yolla cavablandırılırdı. Üçüncü sual isə psixoloji
hazırlığa aid olur ki, bu da həm nəzəri, həm də praktiki yolla göstərilirdi.
Belə imtahanlar ildə 2 dəfə təşkil edilirdi. Birinci imtahan qış imtahanı kimi
ilin axırı keçirilirdi. Ikinci imtahan isə yazda, əsasən may ayında dərs ilinin
yekununda keçirilirdi. Imtahan beş ballıq sistemlə qiymətləndirilirdi və
idmançıya çox böyük həvəs verməklə onun nəzəri və praktiki biliyini
artırırdı. Bu artım isə özlüyündə idmançıda özünə və qələbəyə inamını daha
da gücləndirirdi. İdmançılar imtahanın suallarını yazıb götürürdülər ki, il
boyu öyrənib ona həmişə hazır olsunlar. Bu da onlarda müstəqillik,
yaradıcılıq hissini artırırdı. Biletin sualları idmançıların ustalığına uyğun
tərtib olunmalıdır. Düzdür, məşqçilərdən belə düşünənlər də tapılar: Bu test
117
və imtahanlardansa ona sərf olunan vaxtı məşq etmək məsləhətdir. Ancaq
mən belə düşünən məşqçilərə deyə bilərəm: Gecə-gündüz özündən xəbərin
olmadan məşq etmək düzgün deyil!.. Yaxşı olar ki, ildə bir və ya iki dəfə
düşünüb nəyə qadir olduğunu özün görəsən. Bu halda idmançının özü
haqqında düşünmək və özünü dərk etmək bacarığı artır.
Indi isə aşağıdakı imtahan biletlərinin suallarına nəzər salaq.
Bilet 1
1. Neçə güləş növü var? Onlar haqqında qısa məlumat.
2. Bel üzərindən atma fəndindən mümkün kombinasiyalar və onların
praktik göstərilməsi.
3. Bizim idmanda məqsədimiz?
Bilet 2
1. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı.
2. Kürəkdən atma fəndinin hər bir vəziyyətdən atılması və sayı (praktiki
göstərməklə).
3. Azərbaycan idmançısının psixi hazırlığı.
Bilet 3
1. İdman güləşinin və peşəkar güləşin ölkəmizdə yaranma tarixi.
2. Kürəkdən atma fəndinin əks fəndi və müdafiəsi (nəzəri və praktiki
göstərməklə).
3. Həkim nəzarəti, zədələrin qarşısının alınması və birinci köməyin
göstərilməsi.
118
Bilet 4
1. Fizioloci əsaslarla məşq.
2. Güləşdə ayaq üstə rast gəlinən fəndlər və onlar haqqında nəzəri
məlumat, praktiki göstərmək.
3. İdmançı qarşıya qoyulmuş məqsədə çatmaq üçün hansı qaydalara riayət
etməlidir?
Bilet 5
1. Vətənimizin idmançılarının Avropa, Dünya və Olimpiya oyunlarında
iştirakı.
2. Kürəkdən atma fəndinin əsas elementləri və həyata keçirilməsində
gözləniləsi əsas qaydalar (nəzəri və praktiki nümayiş).
3. Yarış andı (əzbər söyləmək).
Bilet 6
1. İdmançının buxarxana (sauna), hamam və massac haqqında olan
bilgiləri.
2. Fırladaraq atma fəndinin əsas elementləri və fəndin praktiki
göstərilməsi.
3. Autogen məşq bizə nə verir, nə üçündür?
Bilet 7
1. Yarış qaydaları və yarışın keçirilməsi?
2. Sinə üstən atmanın əsas elementləri və onun həyata keçirilməsində
gözləniləsi əsas qaydalar (nəzəri və praktiki nümayiş).
3. Xəyali məşq bizə nə verir, onun qaydaları?
119
Bilet 8
1. İdmançının gigiyenik qaydaları haqqında.
2. Fırladaraq atma fəndinə gətirilən mümkün kombinasiyalar (nəzəri və
praktiki nümayiş)
3. Güləşmə stilləri və formaları?
Bilet 9
1. İdmançının 1 günlük həyat tərzi və qidası haqqında.
2. Mübarizədə parter vəziyyətindən qaldırmalar?
3. Mübarizəyə fiziki və psixoloji hazırlaşma (nəzəri və praktiki nümayiş,
əzbər)
Bilet 10
1. İdmançının ümumi və xüsusi fiziki hazırlığı haqqında.
2. Parter vəziyyətindən çevirmələr və onun formaları real mübarizə
şəraitində (nəzəri və praktiki nümayiş).
3. İdmançının qarşıya qoyduğu məqsəd və onlara çatmağın yolları (iş
planlarının nəzəri danışılması).
Bilet 11
1. Həftəlik məşqin planı və onun gedişatı?
2. Kürəkdən atma fəndinə gətirən mümkün kombinasiyalar (nəzəri və
praktiki nümayiş).
3. Igidlərin həyat yolu və andı (nəzəri və praktiki nümayiş, əzbər).
Bilet 12
1. Fəndlərin gündəlik təkrarında məqsəd, qazanılan və artırılan cəhətlər.
2. Diyirlədərək fırlatmaq fəndinin əsas elementləri və onun işlədilməsində
gözləniləsi əsas qaydalar (nəzəri və praktik nümayiş).
120
3. Psixoloji gərginlikdə gərginliyin azaldılması qaydaları və özünə əmrlər.
Bilet 13
1. Məktəbdə davranış, müəllimlərə, dərsə münasibət, davamiyyət?
2. Sinə üstən atılan fəndlərə gətirən kombinasiyalar? (nəzəri və praktik
nümayiş).
3. Taktika nədir? Taktiki planların qurulması.
Bilet 14
1. Həyatda bir günün və gələcək arzuların haqqında?
2. Güləşimizdə olan fəndlərin sistematikası (ayaq üstə və parterdə).
Onların nümayişi (nəzəri və praktiki).
3. Mübarizənin başlanğıcında, ortasında və axırında işlədilən fəndlər
(nəzəri və praktik nümayiş).
Bilet 15
1. Özün haqqında məqsədin və ona çatmağın yolları?
2. Fırladaraq atma fəndinin həyata keçirilməsinin mümkün formaları. Ona
gətirən və ondan çıxan kombinasiyalar (nəzəri və praktiki nümayiş).
3. Psixoloji hazırlıq bizə nə verib və onun üstünlüklərini nədə hiss
edirsən?
Bilet 16
1. Dostların haqqında. Dostluqda hansı cəhətləri üstün tutursan?
2. Sinə üstən atmaların hər bir vəziyyətdən işlədilməsi və ona gətirən,
ondan çıxan kombinasiyalar haqqında (nəzəri və praktiki nümayiş).
121
3. Mübarizəyə hansı hisslərlə çıxırsan? Mənfi və müsbət emosiyaları necə
tənzimləyirsən?
Bilet 17
1. Böyüklərə və valideynə hörmət və köməyin haqqında.
2. Iki-üç və daha çox xodlu kombinasiyaların nümayişi (nəzəri və praktik
nümayiş).
3. Özünün və komandanın psixi hazırlığı haqqında.
Bilet 18
1. İdmançı və yaxud igid andı (əzbər).
2. Parter vəziyyətində olan texnikanın nəzəri və praktiki nümayişi.
3. Məşqi başlayanda və qurtaranda elədiyin psixoloji hazırlıq haqqında.
Bilet 19
1. Əxlaqi anlayışlar olan borc, Vətən, torpaq, məhəbbət, vicdan, namus,
ana və sair haqqında fikrin.
2. Ayaq üstə bildiyin fəndlərin nümayişi.
3. Taktiki planların mübarizənin gedişatındakı dəyişiklikləri haqqında.
Bilet 20
1. Milli musiqiyə, təbiətə münasibətin və rolun.
2. Hücum və əks hücum fəndlərinin nümayişi.
3. Mübarizədə vaxtın taktiki plan əsasında bölünməsi.
Bilet 21
1. Həyatda marağın, hobbin və sevdiyin işlər?
122
2. Güləş vaxtı fəndin işlədilməsində aldadıcı manevrlər və onların nəzəri
və praktiki nümayişi.
3. Nəzəri hazırlıq nədir və onun idmanda rolu.
Bilet 22
1. İdmandan sonrakı dövrdə özünü kim görmək istəyərdin? Bunun üçün
nə edirsən?
2. Parterdə qaldırmaları və ondan müdafiəni nəzəri və praktik nümayiş
etdirmək.
3. Mübarizədə əqlin, ruhun və bədənin vəhdətini yaratmaq haqqında
(nəzəri və praktiki nümayiş).
Bilet 23
1. Bədənini örtən 14 əsas əzələnin fiziki hazırlıqda işlədilməsi ardıcıllığı.
2. Güləş stilləri, onların nəzəri və praktiki nümayişi.
3. İdmanda diqqət və onun rolu.
Bilet 24
1. Gündəlik məşqdə özünə nəzarət və ondan çıxan nəticələr haqqında.
2. Kombinasiyanın açarı və onu yaratmağın yolları (nəzəri və praktiki
nümayiş).
3. Psixoloji cəhətdən möhkəmlənmək üçün nə edirsən?
Bilet 25
1. Məşqdən sonrakı bədənin yorğunluğunu götürmək üçün nə edirsən?
2. Görüşünün təhlili — texniki, taktiki, fiziki və psixoloji cəhətdən.
3. Yarış vaxtı görüşlərarası fasilələrdən necə istifadə edirsən?
123
Əslində, bu suallar bəzi məşqçilərə və idmançılara çox çətin və lazımsız
görünə bilər. Lakin suallar idmançının 10-15 illik hazırlıq dövründə
öyrənmiş olduğu bilgilər haqqındadır, əgər o, biletlərdəki suallara cavab verə
bilmirsə, bəs bütün bu illərdə nə öyrənib? Belə çıxır ki, heç nə. Sadəcə,
məşqdə yorulub, evə qayıdıb. Biz bu gün onu deyə bilərik ki, idman dünya
səviyyəli hazırlıq tələb edən fəaliyyət növüdür. Bu, ölkədaxili bir idman
fəaliyyəti olsaydı, deyərdim ki, hərə özü ilə necə bacarır, yarışsın. Lakin belə
deyil, bizim bugünkü hazırlığımız sabah dünya idmanı qarşısında bir
imtahandır. Ona görə də biz bu hazırlığa dünya səviyyəsində olan bir hazırlıq
kimi baxmalıyıq. Əks halda idmanımızı böyük tənəzzül gözləyir ki, onun da
yerində bizim vəsaitin gücünə əcnəbi idmançıların yüksəlişini görürəm. Adi
bir faktı misal göstərək: Bu gün heç bir məşq zalında davamiyyəti qeyd
etmək üçün kitab qoyulmur. Mən öz məktəbimdə pəncərədə dəftərxana
kitabı qoymuşdum. Hər bir idmançı məşqə gələndə kitabda adı qarşısında
müsbət işarəsi qoymaqla özünü qeydə salırdı. Məşqin axırında isə
komandanın kapitanı gəlməyənlərin adı qarşısında mənfi işarəsi qoymaqla
məşq buraxanları qeyd edirdi. İdmançılar məşq qurtaranda başqa kitabda isə
özlərinə verdikləri qiyməti qeyd edib evə gedirdilər. Beləliklə, hər həftənin
şənbə günü bu iki dəftər mənim tərəfimdən uşaqların iştirakı ilə baxılır,
davamiyyətə və məşqlərə həftəlik qiymət verilirdi. Artıq bu, arzuladığı
yüksək zirvəyə çatması yolunda idmançıya bir kömək olurdu. Mən bunu
etməklə zirvəyə qalxmağın 3 əsas şərtini məşqdə idmançıya aşılaya bilirdim.
1. Məşqə müntəzəm gəlməyi - gündəlik qeyd.
Bu qeydlər idmançının bir həftəlik fəaliyyətinin güzgü kimi təmiz
görünüşünü onun özünə təqdim edirdi. Bu da tənbəlləri özlərinə qarşı
tələbkarlığa, yaxşıları isə daim yüksəlməyə həvəsləndirirdi. Nəzərə alaq ki,
burada psixoloji amil də böyük rol oynayırdı. İdmançının həftənin axırında
müəllimin və uşaqların qarşısında utanmaması üçün məşqə davamiyyət
Dostları ilə paylaş: |