136
olimpiya çempionları haqqında rəngli kitablar buraxıldı. Bu kitabların
üzərində idmançının şəkli, adı, soyadı, eyni zamanda “Olimpia
qəhrəmanları” sözü yazılmışdı. Mən həmin kitabların hamısını aldım.
Məqsədim bu qəhrəmanları çempion edən səbəbləri öyrənmək idi. Onlardan
biri məşhur üzgüçü Viktor Salnikov idi. O vaxtlar belə qəhrəmanları böyük
əmək kollektivlərində görüşlərə, orada təəssüratlarını bölüşməyə aparırdılar.
O, görüşlərinin birində öz təəssüratlarından belə bir fikir ifadə edib: Mən
biləndə ki, olimpiadada iştirak edəcəyəm dörd il qabaqcadan həyatımı
planlaşdırdım. Mən bu dörd ildə hər dəqiqəmdə və hər saniyəmdə nə
edəcəyimi bilirdim və bu plandan qırağa çıxmırdım. Hətta ad günləri olan
dostlarım məni dəvət edəndə və mən getməyəndə məndən inciyirdilər. Dörd
il mən həyatımda ürəyim istəyən işi görmədim. Lakin planlı surətdə
məqsədimə doğru inamla addımladım və nəticədə, məqsədimə çatdım.
Bundan sonra məndən inciyən dostlarım səhv etdiklərini başa düşdülər.
Onu demək istəyirəm ki, bu gün bizdə elə bir məşqçi və ya idmançı
yoxdur ki, həyatını belə şüurlu şəkildə məqsədə çatmaq üçün planlaşdırıb
inamla irəliləsin. Buna yüksək intellekt, böyük ruh, möhkəm iradə lazımdır.
Zənnimcə, ilk olimpia çempionlarımız haqqında belə bir kitab
buraxılsaydı və onlar özlərinin olimpia çempionu olmalarının səbəbini izah
etsəydilər, bu, gənc idmançılarımıza məktəb yolu olardı. Çempionlarla
idmançılar arasında görüşlər isə hər bir idmançının ürəyində arzu işığı
yandırardı ki, onlar da gələcəyin, məsələn, Zemfirası, Namiqi, Fəridi
olsunlar. Əgər biz belə psixoloji incəliklərə fikir verməsək, idman aləmimizə
psixoloji hazırlığı daxil edə bilməyəcəyik ki, bunsuz da böyük idmanda
qələbə yoxdur. İdmançının əsas təhlil sahəsi onun yarışlardakı həm
məğlubiyyət, həm də qələbə görüşləridir. Hər bir görüş tədqiq və təhlil
edilməlidir. Nəticələr isə ümumi komandadaxili və ölkədaxili olaraq
komandaların məşq planına daxil edilməlidir. Mən tədqiqi 2 dövri hissədən
ibarət görürəm.
137
1-ci dövr: yarışa qədər olan dövr,
2-ci dövr: ayrı-ayrı görüş müddətləri.
Tədqiqi idmançının aşağıdakı test suallarına cavab verməsi ilə aparmaq
olar. Ölkədə belə test tədqiqatları aparılmadığı üçün mən öz komandamda
1995-ci il 19-20 yanvar tarixində şəhidlərin xatirəsinə həsr etdiyim “Xatirə”
turnirinin görüşlərindən birinin təhlili ilə sizi tanış edəcəyəm. Əvvəla, yarış
19-20 yanvar tarixində keçirildi. Yarış müddətində 200 nəfərdən yuxarı
iştirakçıya və məşqçilərə şəhidlərin xatirəsinə ehsan yeməkləri verildi.
Yarışın mükafatları və ehsan yeməkləri “Igid” güləş klubunun hesabına
təşkil olunmuşdu. Ancaq 1996-cı ildə şəhidlərin xatirəsini yad etmək
məqsədilə keçirdiyim yarış mənə yeni ideya verdi: Bu yarışı xeyriyyəçilik
devizi altında keçirmək. Bütün ölkənin gənc idmançıları yığışıb şəhidlərin
ruhunu sevindiririksə, çalışmalıyıq ki, onların ailələri də bunu duysunlar və
az da olsa təsəlli tapsınlar. Xeyriyyə yarışını Suraxanı mədəniyyət sarayında
təşkil etdim. Suraxanı Rayon Icra Hakimiyyətinin sabiq başçısı, professor
Hacıbala Abutalıbov yanvarın 19-20-də şəhidlərin xatirəsinə ehsan verdi.
Xeyriyyə məqsədi ilə keçirilən yarışda qoyulmuş qutuya iştirakçılar və
tamaşaçılar pul atırdılar. Yarışın axırında qutu nümayəndələrin iştirakı ilə
açıldı, orada toplanan 720 000 manat (köhnə pulla) pul vəsaiti Suraxanı
Rayon Icra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə şəhid ailələrinə
paylandı. Yarışın keçirilməsində məqsəd idmançılarda və gənc nəsildə
vətənpərvərlik və xeyriyyəçilik ruhunu artırmaq idi. Mən göstərmək
istəyirdim ki, yalnız mədəniyyət işçiləri və sənətkarlar xeyriyyəçi olmurlar.
İdmançılar da xeyriyyəçilik edə bilərlər. Hesab edirəm ki, idmançı
xeyriyyəçilik etsə, onun mübarizə ruhu daha çox artar.
Təəssüflər olsun ki, sonradan bu işi davam edən olmadı. Zənnimcə, biz öz
psixoloji hazırlığımızı möhkəmləndirməyə xeyriyyəçilikdən başlamalıyıq.
Psixoloji hazırlığın başında mənəvi saflıq durur. Bu yarışı “Xeyriyyəçinin
böyüyü, kiçiyi olmaz” devizi altında yüksək səviyyədə başa vurdum.
Bununla
138
mən idmançılara başa saldım ki, hər birimizin köməyi az və çoxluğundan
asılı olmayaraq bizi şərəfli hissə, xeyriyyəçilik hissinə yaxınlaşdırır. Bu,
gənc nəslə çox lazımdır. Qoy gənc nəsil böyüdükcə həmin ruh da böyüsün,
gəncləri Vətənin qurub-yaradan və yaşadan oğul-qızlarıma çevirsin.
Inanıram ki, ölkəmizdə bu yarışı yenidən təşkil edən, onun vüsət almasına
kömək göstərən insanlar tapılacaq, yarışın nəticələri isə öz bəhrəsini verəcək.
Qarşıdakı 2008-ci il Pekin Olimpiadasında medalsız qalmaq qorxusu
məndə belə bir hissi daha da gücləndirdi: Dövlətimizin idmana bu qədər xərc
çəkməsinin müqabilində biz ancaq yüksək nəticələr göstərməliyik. Bunun
üçün isə biz idmançıların hazırlığında ciddi dəyişiklik etməliyik.
Zənnimcə, bizim 2008-ci il Pekin Olimpiadasında qazanacağımız
nəticələr idmançılarımızın yaxşı fiziki, texniki hazırlıqları ilə deyil, həm də
mükəmməl taktiki və psixoloji hazırlıqları ilə müəyyən ediləcəkdir.
Indi isə birlikdə 1996-cı ildə şəhidlərin xatirəsinə həsr edilmiş “Birlik”
turnirində “Igid” idman klubunun təmsilçilərinin keçirdikləri görüşlərin
təhlili ilə tanış olaq. Əvvəla, onu deyim ki, məşqin son günü - 18 yanvarda
ənənəyə uyğun olaraq Azərbaycanın zaldakı bayrağı və “Igid” klubunun
bayrağı gətirildi, andiçmə mərasimi keçirildi, yarış iştirakçıları bir-bir
bayrağı öpərək and içdilər.
And belə idi:
“Şəhidlər, ruhunuz qarşısında and içirəm!
Döşəyə çıxarkən rəqibin kimliyindən asılı olmayaraq, qələbə əzmi ilə
mübarizə aparacağıma, Vətənin və komandanın idman şərəfini son saniyəyə
qədər qoruyacağıma and içirəm!”
And mərasimi qurtarandan sonra mən onları hipnoz vəziyyətinə salaraq
sabahkı hünər günündə özlərini necə hiss edəcəklərinin və necə
güləşəcəklərinin proqramını verdim. 20 yanvar tarixində başa çatan yarışı isə
artıq yanvarın 21-də
139
təhlil etdik və növbəti günü bu təhlildən alınan nəticələrin əsasında
məşqlərə başladıq.
Təhlil əsasən aşağıdakı formada keçirildi. Sizə Azər Əliyevlə keçirilən
test suallarının təhlilini təqdim edirəm. İdmançının 14 yaşı var.
Sual-cavab:
1. Sual: Yarışın vaxtını və yerini biləndən sonra səndə yaranmış fikir və
arzu?
Cavab: Uduzduğum rəqiblərimi udmaq, gözəl güləş nümayiş etdirmək,
birinci yerə çıxmaq arzusu.
2. Sual: Yarışa hazırlıq dövründə hansı hissi keçirirdin? (yarışa bir neçə
gün qalmış öz zalında).
Cavab: Şəhidlərə həsr etdiyim güləşi bir az da yaxşı hazırlamaq. Yaxşı
güləşmək.
(Mən onlara həsr edilmiş güləşlər hazırlamağı öyrətmişdim. Həsr edilmiş
güləşlər Vətənə, torpağa, dənizə, dağa və sənə ruh verə bilən hər şeyə həsr
oluna bilər. Bu, heç bir kitabda, heç bir dərslikdə yoxdur).
3. Sual: Yarışa gedəndə yolda fikrin, məqsədin?
Cavab: Hünər göstərmək istəyi.
4. Sual: Çəki vaxtı keçirdiyin hisslər?
Cavab: Tam sakit.
5. Sual: Öz zalında keçirdiyin arzu və hisslərlə yarış yerinə - zala girəndə
yaranmış hisslər eyni oldumu?
Cavab: Dünyanın hər yerində olan döşəklər mənim üçün doğmadı,
dünyanın hər bir zalı mənimdi. Buna görə də qəlbimdə gəzdirdiyim o böyük
hisslər məndə heç vaxt dəyişmir, deyərəm ki, artır. Mən zala girəndə
şəhidlərin ruhunu orada hiss etdim, artıq onlar orada idilər.
6. Sual: Yarış günü səndə yaranan fikir?
Cavab: Gözəl, fantastik bir güləş göstərmək.
7. Sual: Komanda özünü necə hiss edirdi?
Cavab: Yaxşı.
8. Sual: Yarış vaxtı səni narahat edən fikir?
140
Cavab: Yox idi. Tam sakit və inamlı idim.
9. Sual: Yarış günü səni qıcıqlandıran şey və vəziyyət.
Cavab: Komandadan qaçanlar.
(Həmin yarışda mənim hazırladığım uşaqlardan müəyyən səbəbdən
komandadan qaçıb başqa cəmiyyətə gedənlər də iştirak edirdi).
10. Sual: Çıxışa hazırlığın necə idi?
Cavab: Əla.
11. Sual: Özünü qələbəyə hazır hiss edirdinmi?
Cavab: Bəli.
12. Sual: Qələbəyə inanırdınmı?
Cavab: Bəli.
13. Sual: Çıxış edəndə bütün fikrini yığa bilirdinmi?
Cavab: Bəli.
14. Sual: Çıxış edəndə səni qıcıqlandıran və narahat edən bir fikir
vardımı?
Cavab: Xeyir.
15. Sual: Bütün yarış vaxtı sənə ruh verən nə olmuşdu?
Cavab: Şəhidlərin ruhuna içdiyimiz and.
16. Sual: Güləşini nə üçün güləşirdin?
Cavab: Şəhidlərin davamçısı olduğunuzu göstərmək üçün.
17. Sual: Yarışda qorxu hissi keçirmədin ki?
Cavab: Müəllim, zalda şəhidlərin ruhu bizə baxırdı. Onlar ölümdən və
güllədən qorxmadığı halda bizə mübarizədən qorxmaq yaraşmaz.
Belə igid balalarımızın yetişdiyini gördükcə, mən bu övladlarımızdan
qürur və fəxr hissi duyurdum. Üç il müddətində 10-13 yaş dövründə olan
uşaqların “kişi”-yə çevrilmələrində psixoloji hazırlığın rolunu gördüm. Bu
qısaldılmış psixoloji testin suallarından və cavablarından başa düşmək olur
ki, başqa komandanın uşaqları rəqibin kürəyini xalçaya vurmağa çalışıblarsa,
bizim klubun igidləri kimliklərini sübut etməyə səy göstəriblər. Illər
keçdikcə bu hisslər onların məğlubedilməzliyinə gətirib çıxaracaq.
Bildirirəm ki, uşaqların belə mübariz
141
və aydın məqsədlə mübarizəyə qoşulmalarına onlarla gündəlik aparılan
məqsədyönlü dərslər, nəzəri söhbətlər səbəb olmuşdur. Hazırlığı tamamlayan
isə sonda keçirilən yarış andı ritualıdır. Bu vaxt deyilən hər söz idmançının
fikrinə bir daha aydınlıq gətirir, onun kim olduğunu və nə edəcəyini ona
göstərir. Ritualdan sonra komandanın hipnotik seansla sakitləşdirilməsi və
eyni zamanda idmançıya qələbə proqramının təlqin edilməsi ona yaradıcılıq
hissi aşılayır. Bunun nəticəsində də bu yarışda bizim idmançılar çox böyük
üstünlüklə çıxış edərək — 4 birinci, 5 ikinci və 3 üçüncü yer qazanaraq
özlərini və kimliklərini güləş aləminə bir daha təsdiqlədilər. Sözsüz ki,
güləşlərdə yalnız verilən and və hipnoz bu nəticələrə gətirib çıxarmadı. Buna
qədər 1993-cü il sentyabrın 1-də açdığım peşəkar güləş klubunun keçdiyi yol
var idi. Klubun açıldığı gündən idmançıların hər birinin ad günü qeyd
olunurdu. Bu, idmançılara mehribançılıq və bir-birinə diqqət hissi aşılayırdı.
Bunlar da komandada çox vacib olan amillərdir. Komanda öz yeni ilini,
Novruz bayramını yüksək səviyyədə keçirirdi. Heç yadımdan çıxmır, ilk
bayramların birində komanda adından bir idmançı mənə yaxınlaşıb soruşdu:
Müəllim, bəs biz bayrama nə gətirək? Mən cavabında bildirdim: Siz
bayrama hər biriniz yeni bir şeir öyrənib gəlin, şeir yarışı keçirək. Həmin
gündən qəbul olundu ki, hər bayrama hamı təkrar olunmayan şeir öyrənib
gəlsin. Hətta bir neçə ildən sonra elə uşaq vardı ki, qırxdan yuxarı şeir bilirdi
və o, bu sahədə də birinci idi. Mənim məqsədim uşaqlarda yaddaşı,
intellektual səviyyəni, birinci olmaq hissini gücləndirmək idi, eyni zamanda
istəyirdim ki, uşaqlar şeirin, sənətin onların ruhuna verdiyi mənəvi qida və
duyğuları bütünlüklə başa düşsünlər [10].
Igidlərdə Vətənə, torpağa və zəhmətə həvəs yaratmaq məqsədi ilə onların
öz əlləri ilə 1994-cü ildə bağ saldıq. Suverenliyimiz və torpaqlarımızın
bütövlüyü naminə həlak olmuş qeyrətli oğullarımızın xatirəsini
əbədiləşdirmək məqsədi ilə həmin bağa “Xatirə” adını verdik. Yüzdən yuxarı
zeytun ağacı
142
əkilən bu bağ uşaqların qayğısı sayəsində gözəl bir istirahət guşəsinə
çevrilmişdir. Bağın başında isə uşaqların hər birinin həvəslə qoyduğu daş
yığnağı var ki, vaxtı çatanda orada da şəhid oğullarımızın həyat yolunun
bütün cavanlara ibrət və nümunə olduğunu təsdiqləyən “Ibrət” abidəsi
ucaldılacaq. “Igid” Güləş Klubunun uşaqları ilə 1995-ci ildə ölkədə yeganə
olan “Xeyriyyə” bağını saldıq. Bu bağı salmaqla məqsədimiz onun
məhsulunu uşaq və qocalar evlərinə təmənnasız paylamaq idi. Bu ruhda
yetişən igidlərin döyüşdə mübariz olmalarına, heç şübhəsiz ki, öz əlləri ilə
saldıqları bağ da kömək edirdi. Bir dəfə komandada yetişib həyatda müstəqil
addımlar atan tələbəm yanıma gəlib mənə bildirdi:
- Müəllim, təhsil aldığım Neft-Kimya Akademiyasında elanda oxudum ki,
xarici bir firma tələbələri işə qəbul edir. Mən Sizin bizə aşıladığınız dəqiqlik
hissinin sayəsində ora daxil oldum. Belə ki, qəbul yerinə beş dəqiqə tez
çatsam da, içəri keçmədim. Hər işdə dəqiq olmaq hissi mənə 12.00-da qapını
açıb içəri girməyi diqtə etdi. Mən belə də etdim və vaxtında sənədləri təqdim
etdim. Ancaq məndən tez və bir dəqiqə gec gələnlərin sənədlərini
götürmədilər. Sən demə, firmanın keçirdiyi testin elə birinci sualı dəqiqliklə
bağlı imiş ki, onu da Siz bizim həyatımıza vermisiniz.
Haqqında söhbət açdığımız gənc indi də həmin firmada çalışaraq başımızı
uca edir. Bu hadisə idmançıların öz karyeralarını başa vurduqdan sonra da
idmanda qazandıqları müsbət cəhətlərin həyatları boyu onlara kömək və
gərək olacağını göstərən bir misaldır.
Başqa bir misal: Yenə də artıq həyatda müstəqil addımlayan Azər adlı
tələbəm “Azərbaycan Hava Yolların”na məxsus təyyarədə kapitandır. O, tez-
tez öz valideynlərinə baş çəkdiyi kimi, məni də unutmur. Bir gün işdə
oturmuşdum. Gördüm, Azər qucağında iri bir bağlama gətirir. Soruşdum ki,
bu nədir? Niyə bunu özünə yük edib gətirmisən?
— Müəllim, bu məndən Sizə bir yadigardır, - deyə Azər
143
hədiyyəni açdı.
Hədiyyə hündür, gözəl bir gül vazası idi.
— Bu vazanı niyə dünyanın o başından özünə yük edib gətirmisən, —
deyə soruşanda Azər cavabında dedi:
— Müəllim, Sizin bizdə o qədər yadigarınız var ki... Mən də istədim
Sizdə bir yadigarım olsun.
Bu cavan yetirməmin daxilindən gələn məhəbbət hissini duyduqca, mən
hədər yerə yaşamadığımı düşünürdüm. Həmin gül vazası indi də mənim
otağımın ən sevimli əşyasıdır. Mən deyərdim ki, bu vaza mənim həyat
yolumu tərənnüm edir. Mən həyatım boyu cavanlara gözəl əxlaq, gözəl
tərbiyə vermişəm ki, bütün bunlar bu gün mənim üstümə qayıdır və mən
bundan quürur, sevinc duyuram. Vaxtilə mən tələbələrimi öz övladım
sayırdım və onlara bu nöqteyi-nəzərdən qayğı göstərirdim. Ancaq heç
gözləmirdim ki, o qayğı mənə gözəl, yeni bir ruh verən diqqət tək üstümə
qayıdacaq.
Ümumiyyətlə, həyatın bir qanunu var: yaxşı və yaxud pis əməl gec-tez
insanın özünə qayıdır. Indi daha möhkəm inanıram ki, mənim 2 oğlum
yoxdur, onların sayı məşq elətdirib yetişdirdiyim idmançıların sayı qədərdir.
Mən igidlərə birinci olmaq hissini artırmaq üçün yeni bir iş də gördüm: Ilin
əvvəlində 3 hədiyyə ayırdım və idmançılara bildirdim ki, hədiyyələrin biri
ilin axırına qədər məşq buraxmayana, ikincisi il boyu gözəl əxlaq, tərbiyə
nümayiş etdirənə, üçüncüsü isə il boyu böyük idman nailiyyətləri göstərənə
veriləcək. Əslində, hədiyyə kimi aldığım idman geyimləri uşaqların
özlərində də var idi. Ancaq məsələnin mahiyyəti başqa idi. Hədiyyəyə layiq
olmaq istəyi igidlərdə yenə də birinci olmaq, özünü təsdiq etmək hissini
gücləndirirdi. Ilin sonunda bu hədiyyələr layiq olanlara verildi. Adətən, elə
olmur ki, idmançı il boyu bir dəfə də məşq buraxmasın. Ancaq ilin axırında
görürdük ki, belə tələbə var. Bunun kimi, digər hədiyyələr də uşaqlarda layiq
olmaq hissini artırırdı. Bunu deməkdə məqsədim odur ki, gənc məşqçilər də
öz işlərinə belə yaradıcılıqda yanaşsınlar və
144
həyata öz yeniliklərini gətirsinlər.
Klubun bir qanunu da var idi: Novruz bayramında il boyu özünü əxlaqlı
və nümunəvi aparan idmançıları “IGID” adına layiq görərək öz sıralarımıza
qəbul edirdik. “Igid” adı verilən namizədləri qabaqcadan komandanın
kapitanından və bir neçə layiqli igiddən məlumat almaqla təyin edirdik. Bu
gənclər üçün bir çağırış nümunəsi olurdu. Ad almayan uşaqlar bütün il boyu
çalışırdılar ki, gələn Novruz bayramında onlar da bu ada layiq görülsünlər.
Adətən, bu adı ildə 2 və yaxud 3 idmançıya verirdik. Advermə mərasimi də
xüsusi rituallarla keçirilirdi.
1. Igid adına layiq görülənlər “Igid andı”nı əzbər söyləyib Vətənin və
komandanın bayrağını öpür, müəllimin xeyir-duasını və təbrikini qəbul edir,
sonra da komandanın xüsusi igid formasını alırdılar. Dostlar da təbrikə
qoşulurdular. Bununla onlarda daha bir cavabdehlik, igidə layiqlik nümayiş
etdirmək hissi yaranırdı. Sözsüz ki, onlar uşaqlar idi və səhvləri olurdu.
Səhvləri düzəltmələri üçün mənim onlara “Igid, sənə ayıb olsun” deməyim
kifayət edirdi. Bu ifadənin ağırlığı onları bir saat danlamaqdan artıq idi.
Mənim yazdığım “Igid andı” and içən idmançılarda əqidələrini və həyatlarını
Vətənə, torpağa həsr etmək hisslərini gücləndirirdi.
“Igid andı”
“Mən igidlər sırasına daxil olmaqla haqqa və ədalətə xidmət edəcəyimə
and içirəm!
Bütün fikrimi və əqidəmi elmə, Islama və insanlığa yönəldəcəyimə and
içirəm!
Amalımın qurub-yaratmaq və yaşatmaq olacağına and içirəm!
Bütün qüvvəmi Vətənimin dünyada tanınmasına, bütövlüyünə sərf
edəcəyimə and içirəm!
145
Əgər andı pozaraq bu yoldan çıxsam,
hər hansı bir cəzanı çəkməyə hazıram!”
Bu and idmançılarda ləyaqətlilik kimi, böyük hiss oyadırdı ki, bunun da
təsiri altında hər bir işdə Vətənə, komandaya layiq olmaq duyğuları baş
qaldırırdı.
Heç yadımdan çıxmır. Aparıcı komandaların biri ilə yoxlama güləş
keçirmək üçün onların zalına getdik. Zala daxil olanda məşqçinin orada
olmasına baxmayaraq, qışqırıq və özbaşınalıqdan ağız deyəni qulaq
eşitmirdi. Bizim komandanı görəndə “ev sahibləri”ndən biri “Igidlər
gəldilər” deyə qışqırdı. Elə bil qurbağa gölünə daş atdın. Zala tam sakitlik
çökdü. Onlar öz zallarında olmalarına baxmayaraq, özlərini ələ aldılar.
Bizim uşaqların özlərini ağıllı və təmkinlə aparmaları “ev sahibləri”nə də
sirayət etmişdi. Hətta onlardan çoxusu biləndə ki, “Igid” yoxlama görüşünə
gələcək, ya məşqə gəlmirdi, ya da xəstə olduğunu bəhanə gətirərək
güləşməkdən imtina edirdi. Bu da onların adi komanda olduğunun göstəricisi
idi. Bizim komanda həmişə onları öz zallarında məğlubiyyətə uğradırdı. Bu
bizə bir üstünlük də verirdi. Belə ki, başqa zalda olsaq da, igidlər heç bir
həyəcan, qorxu hissi duymurdular. Biz onları öz zalımıza dəvət etdikdə,
sadəcə, gəlməkdən boyun qaçırırdılar.
Mən igidlərin psixoloji cəhətdən sınmalarına imkan vermirdim. Hətta belə
bir misalımız da var idi: “Igidi” xalla udmaq olar, ancaq ona qalib gəlmək
olmaz!” Buna görə də igidlər döşəkdən heç vaxt məğlub ayrılmırdılar. Onlar
bilirdilər ki, müəllim qıraqdan baxır və çatışmayan cəhətlərini görür.
Sabahkı məşqdə çatışmayan cəhəti düzəldəcək və gələn yarışda igid mütləq
qalib gələcək. Güləşçi dili ilə desək, ona bu gün qalib gələn idmançını sabah
peşman edəcək.
Elə Azər Əliyevin ilk suala verdiyi cavaba nəzər salaq: Sual: Yarışın
vaxtını və yerini biləndən sonra səndə yaranmış fikir və arzu?
Cavab: Uduzduğum rəqibləri udmaq, gözəl güləş nümayiş etdirmək,
birinci yerə çıxmaq arzusu.
146
Verilmiş cavab mənim özümü də heyrətə gətirdi. Mən gözləmirdim ki,
balaca bir uşaq belə bir həsrətlə onu əvvəlki yarışlarda məğlub etmiş rəqibini
gözləsin və belə ürək dolu ümidlə ona qalib gələcəyinə inansın. Bu,
idmançının özünə inamından irəli gələn bir cavabdır. Bu inam ona bütün
hazırlıq dövründə buraxdığı səhvləri cilalayıb düzəltdikdən sonra qayıdıb.
Zalda asılan “Uduzuruq ki, öyrənək, öyrənirik ki, udaq” lozunqu idmançılara
uduzmağın o qədər də qorxulu bir şey olmadığını aşılayırdı. Sözsüz ki, hər
bir idmançı uduza-uduza qalib gəlməyə başlayır. O, uduzmaqdan
qorxmayanda qalib gələ bilər. Buna nail olan idmançı nə uduzmaqdan, nə də
mübarizədən qorxmur. İdmançı hiss edəndə ki, məşqçisi ağıllıdır, onu
məğlubiyyətdən qurtaracaq, o hər hansı bir məğlubiyyəti müvəqqəti üstünlük
sayır və gələcəkdə öz qələbəsinə nail olur. Nə vaxt ki, məşqçi tələbənin
səhvini görüb düzəldə bilmir və elə hey deyir ki, bir az da məşq elə,
düzələcək, lakin heç nə düzəlmir, o halda idmançı özünə və məşqçisinə
inamını itirir. Əsasən, bir idmançı yarışda əvvəl uduzduğu rəqiblə
rastlaşanda onda qorxu hissi yaranır. Ancaq idmançının psixoloji və texniki
çatışmazlığı aradan qaldırılanda hər şey əksinə olur. Mən bununla
idmançılara və məşqçilərə demək istəyirəm ki, çıxışların hər biri, hətta
həftəlik yoxlama çıxışlarının təhlil edilməsi çox vacibdir. Təhlil sanki
idmançının özünü və artımını göstərən bir güzgüdür. O ki qaldı məsuliyyətli
və dünya səviyyəli yarışlara, bu halda təhlillər daha artıq cavabdehliklə
aparılmalı və hər idmançıya fərdi plan yazılaraq məşq keçirilməlidir.
Hərtərəfli tərtib olunmuş planın məşqi də səviyyəli keçirilməlidir. Buna görə
də ölkədə məşqçilərə hazırlıq seminarları təşkil edilməlidir ki, onlar öz
məşqlərini yüksək səviyyədə keçirsinlər. Inanıram ki, məşqçilər bu
seminarları çox həvəslə qarşılayarlar. Çünki əslində onlar da böyük zəhmət
çəkirlər və istəyirlər ki, çox şey öyrənib öz tələbələrinə versinlər, zəhmətləri
itməsin.
Ümumiyyətlə, məşqçi idmançıda elə bir həvəs, arzu, məqsəd və fikir
yaratmalıdır ki, bunlar onu bir dəqiqə də sərbəst
147
buraxmasın. Ayıq olanda da, yatanda da idmanla yatsın və yaşasın. Bu,
məşqçidən böyük istedad və bacarıq tələb edir. Bu istedada və bacarığa
məşqçi öz üzərində gündəlik işləməsi və axtarışı ilə nail ola bilər. Elə bu
sahədə zəif olduğumuz üçün əcnəbi idmançıları yığma komandamıza daxil
etməklə vəziyyəti düzəltmək istəyirik ki, bu da ən asan yoldur. Lakin
istənilən nəticə alınmır. Çünki o əcnəbi də müəyyən vaxtdan sonra nəzəri,
texniki, taktiki, fiziki və psixoloji cəhətdən çox zəif məşqlərdə öz idman
formasını itirir və məğlub olmağa başlayır. Ikincisi, heç bir ölkə öz yaxşı
idmançısını başqasına verməz. Üçüncüsü, dördüncü dərəcəli idmançılar
gəlib bura çıxırlar ki, onlardan da olimpiya və dünya çempionları alınmaz.
Hətta alınsa belə, heç bir xalq bundan özündə və bayrağında şərəf hissi
duymaz. Nəzəri, texniki, taktiki, fiziki, psixoloji cəhətdən məşqlərini qura
bilən məşqçilərimizin olmaması ucbatından öz istedadlı idmançılarımızı
kənarda qoyuruq və bununla da milli və başqa idman növlərini zəiflədirik.
Biz bu gün hər hansı zəncinin, çempion olmasına dəfələrlə çox pul qoymaqla
öz idmançılarımızın və bütövlükdə idmanımızın ölməsinə pul qoymuş
oluruq. Şəxsən mən əcnəbilərin ölkəmizin adından olimpiya çempionu
olmasını heç arzulamıram və istəmirəm. Danışanda mütəxəssislər deyirlər ki,
Azərbaycan güləşçilər və idmançılar ölkəsidir. Bəs necə oldu ki, bu gün milli
komandaya öz Azəri oğlumuzu hazırlayıb çıxara bilmirik? Çünki bunun
üçün düşünmək və əziyyət çəkmək lazımdır.
Nəzərinizə, çatdırıram ki, əcnəbilərə çəkilən xərc onsuz da özünü
doğrultmayacaq. Nə qədər ki, gec deyil, gəlin, pulumuzu özümüzün
maariflənməyimizə və idmanda olan gənclərimizin hazırlığına sərf edək.
Yenə də yarış görüşlərinin təhlilinə qayıdaq. Təhlili əsasən texniki,
taktiki, fiziki və psixoloji hazırlıqla götürürlər. Təhlil məşqçinin xüsusi test
qeydindən ibarətdir. Burada idmançının mübarizəsində bütün cəhətlər qeyd
olunur. Təhlil vaxtı idmançının bütün fəaliyyəti təhlil edilib 5 ballıq şkala ilə
qiymətləndirilir.
Qısaca olaraq bunu belə göstərmək olar:
Dostları ilə paylaş: |