124
çox böyük olurdu. Bununla bərabər, uşaqlarda bir-birindən dala
qalmamaq kimi bəhsəbəhslik hissi onlar arasında məşqə davamiyyəti, demək
olar ki, 100%-ə qaldırırdı.
2. Məşqdə bütün qüvvəni qoymağa isə mən idmançıların məşqdən sonra
özlərinə qiymət vermələri ilə nail olurdum.
Həftəlik məşqlərin qiymətləndirilməsi idmançıda daim yüksək qiymət
almaq həvəsini artırırdı ki, buna da ancaq məşqləri yüksək səviyyədə başa
vurmaqla nail olmaq mümkün idi. Bu yolla mən idmançının məşqdə
qüvvəsini 100% qoymasına nail olurdum.
3. İdmançıların yüksəlişinin üçüncü səbəbi — onların əxlaqi səviyyəsi isə
mənim hər bazar ertəsi və hər məşqdə apardığım nəzəri hazırlıqla
formalaşırdı. Eyni zamanda idmançıda yuxarıda qeyd olunan iki hazırlığın
özü tələb edirdi ki, bu üçüncü hazırlıq - əxlaq səviyyəsi yüksək olsun. Özünə
və məşqinə qarşı tələbkar olan idmançı mütləq əxlaqi cəhətdən də yüksəkdə
dayanır. Beləliklə, mən öz məşqlərimdə adi bir dəftərxana kitabında aparılan
qeydlərin nə qədər böyük qüvvəyə malik olduğunun, o qüvvənin isə nə qədər
böyük idman nəticələrinə gətirib çıxardığının şahidiyəm. Bu deyilənlər heç
bir maliyyə qoyuluşu tələb etmir. Burada sadəcə bunu etməyə qadir olan,
özünə və işinə tələbkar yanaşan məşqçinin fəaliyyəti lazımdır.
İdmançılar ustalaşdıqca hətta onların hər birinin öz gündəliyi
yaranmalıdır. Bu gündəlikdə onların məşq planı, yarışda iştirakı və görüşləri,
eləcə də fiziki, texniki və sair normativləri haqqında qeydləri öz əksini
tapmalıdır. Bu qeydlərin aparılması və ona dəqiqliklə əməl olunması
idmançıda daha gənc yaşlarından işini planlaşdırmaq bacarığını
formalaşdırır. Aşağıda idmançının bir neçə qeyd formasını sizə təqdim
edirəm.
125
İdmançının fərdi məşq planı 2007/2008-ci dərs ili üçün
Cədvəl № 4
Tarix
saat
Məşqin
mövzusu
Məşqin
Miqdarı
Və yükü
Məşqin
Məqsədi
Məşqin
üsulu
İdmançının
əhval-
ruhhiyəsi
Məşqçi
nin
Ğöstəri
lişi
Qiy
mət
İdmançının yarışda iştirakı
Cədvəl № 5
S/s
Tarix,
vaxt
Yarışın adı, yeri
İdmanın növü
Çıxışların sayı, nəticə
Tutduğu yer
Yarışın şəraiti və psixoloji vəziyyət
Çatışmazlıqlar -- texniki, taktiki, fiziki və psixoloji. (Yarışdan çıxan nəticə əsasında)
Yarışda iştirakdan çıxan nəticələr
Özünə qiymət
İdmançının öz artımını təyin etmək üçün normativlərin qeydiyyatı
Cədvəl № 6
Hazırlığın növü
Yoxlama hərəkətləri Tarix
Nəticə
Fiziki hazırlıq Sprint
qaçışı 100 metr
Təkənla uz.tullanmaq
Paralel tirləndə dartinma
Və sair
01.09.2008-0,8 saniyə
01.09.2008-2m
01.09.2008- 50 dəfə
Texniki hazırlıq Arxaya
əyilərək atma 2dəq. Manikenlə
Bel üzərində atma 2 dəq.manikenlə
Firlanmaq atma 2 dəq. Ğüləşçi ilə
Və saira
01.09.2008-70 dəfə
01.09.2008 -55 dəfə
01.09.2008- 60 dəfə
Taktiki hazırlıq Hücum
bacariğının nümayişi
Əks hücum bacariğının nümayişi
Aldadıcı bacarığın nümayişı
01.09.2008 – 2 dəq. -4 qiym.
01.09.2008 – 2 dəq. -3 qiym.
01.09.2008 – 2 dəq. – 4qiym.
Psixoloji hazırlıq Mübariziyə çıxmaq hazırlığı
Diqqəti yığımağ nümayişi
Ruhi - əqli – fiziki birliyi nümayiş
Və saira
01.09.2008 – 2 dəq. -4 qiym
01.09.2008 – 2 dəq – 3 qiym.
01.09.2008 -2 dəq – 3 qiym.
Nəzəri hazırlıq Hazırlığın məqsədi
İdmançının tam hazırlığı
İdmançının həyatda rolu
Və saira
01.09.2008 – 2 dəq – 5 qiym.
01.09.2008 – 2 dəq. – 4 qiym.
01.09.2008 – 2 dəq. – 4 qiym.
126
VIII FƏSIL
Xəyalən məşq
Ruhunu
hiss
et
ki,
dünyanı hiss
edəsən.
Dünyanı hiss et ki, özünü hiss
edəsən.
Xəyalən məşq — idmançının etdiyi və edəcəyi hərəkətlərin xəyaldan
keçirilməs yolu ilə təsəvvür edilməsidir. Xaricdə məşhur idmançılar öz
hazırlığında xəyalən məşqlərə də yer verirlər. Onlar təsdiqləyirlər ki, bu
məşqlər onların yüksək idman nəticələri göstərmələrinə çox böyük kömək
göstərir. Məşhur basketbolçu Pet Maraviç öz söhbətlərində deyir ki, o hərdən
hətta bütöv bir oyunu xəyalından keçirərək öz oyununun çatışmayan
cəhətlərini təyin edir. Bütün ağır atletlər çıxışa getməməsindən qabaq öz
xəyallarında görəcəkləri işi təsəvvürlərinə gətirirlər [1].
Lakin bütün bunlara baxmayaraq, çox az sayda idmançı bu məşqdən
istifadə edir. Bəzi idmançılar xəyalən məşqi bəyənmir və onun nəticəsiz
olduğunu deyirlər. Buna səbəb idmançının bu məşqin spesifikasına düzgün
riayət etməməsi ola bilər.
Mən xəyalən məşqə üstünlük verirəm. Xəyalən məşqin nə olduğuna bir
daha geniş izah verək. Bu zaman sanki hər hansı bir subyekt xəyalında
özünü çox aydın görərək hərəkətlərinə qıraqdan tamaşa edir. Sanki
idmançının başına bərkidilmiş kinokamera onun hər bir hərəkətini çəkir və
lazım olanda onun özünə göstərir. Əslində, bu çox yaxşı bacarıq və
hissiyyatdır. Lakin təəssüf ki, az idmançılar insanın bu qabiliyyətindən
bəhrələnirlər. Ümumiyyətlə, bizim idmanda mən deyərdim ki, bu haqda
təsəvvür çox azdır. Mən öz məşqlərimdə şənbə günlərində xəyal güləşlərinə
geniş yer verirdim. Hətta idmançılara ev tapşırığı verirdim ki, evdə özləri
sərbəst xəyal güləşləri təşkil etsinlər və bu güləşləri
127
əsasən uduzduqları rəqibləri ilə keçirsinlər. Eyni zamanda təsəvvürdə hər
hansı xarici idmançı ilə, hətta zənci ilə belə güləşdiklərini təsəvvür etsinlər.
Bu halda onlara tapşırıq verirdim ki, bu məşqə başlayanda radionu da
yanlarına qoyub xarici dalğanı tutsunlar və bu məşqi xarici dildə danışan
radionun səsi altında keçirsinlər. Bunda məqsəd idmançının yarış vaxtı olan
səs-küydən ayrılmaq, həmçinin güləşi hiss etmək bacarığını artırmaq idi.
Burada səsdən ayrılmağı bacarmaq idmançının diqqətini bir yerə toplamaq
bacarığının yüksək olduğunu göstərir. Ilk aylarda heç kəs səsdən ayrıla
bilmədiyini deyirdi. Lakin 3-4 aydan sonra idmançılar bir-bir buna nail
olduqlarını bildirməyə başladılar. İdmançılar təsdiqləyirdilər ki, onlar
hərəkətlərində avtomatizmin, dəqiqliyin artdığını və səhvin azaldığını hiss
edirlər. Bunu mən özüm də görürdüm. Onlar hətta cümə günü — güləş günü
keçirdikləri görüşləri özləri təhlil etmək üçün onu evdə mütləq xəyallarından
keçirirdilər. Görüşləri müstəqil təhlil etmək bacarığı isə onlarda daha çox
sərbəstlik və müstəqillik yaradırdı. Hər bir uğursuzluğa əqlən və real
yanaşırdılar. Onlar müvəffəqiyyətsizliyin səbəbini özlərində və məşqlərində
axtarıb tapır və aradan qaldırırdılar. Deməyə ehtiyac yoxdur ki, elədiyi
hərəkətdə buraxdığı səhvi görə bilən və bunu aradan qaldıran idmançı yalnız
irəliləyəcək və nəticələrini yaxşılaşdıracaq. Yenə də əgər idmançı səhvlərini
özü görmürsə və onları düzəltmirsə, deməli, səhvlər həmişə qalacaq, idmançı
isə bir yerdə addımlayacaq, heç vaxt artmayacaq.
Etiraz edib deyə bilərlər ki, idmançının səhvlərini görməsi üçün
məşqlərini videokamera ilə lentə alıb ona göstərmək də mümkündür. Ancaq
idmançının öz səhvlərinə videolentdə tamaşa etməsi ilə oturub öz çıxışını
xəyalən diqqətlə izləməsi arasında böyük fərq var. Videoçəkilişə film kimi
baxılırsa, xəyalən baxışa, mən deyərdim, idmançının həm gözləri baxır, həm
də beyni. Bu, ikitərəfli təhlil daha güclüdür. Daha yaxşı olardı ki, idmançı
xəyalən keçirdiyi yarış-görüşünü
128
təhlil edəndən sonra video çəkilişdə olan həmin görüşə yenidən baxıb
müqayisələr aparsın və məşqçi ilə təhlili bir yerdə dəqiqləşdirsin. Bu nəticə
daha düzgün və dəqiq olardı.
İdmançının öz görüşlərini müstəqil təhlil etməsi onda mübarizənin
gedişatının bütün incəliklərini peşəkar səviyyədə hiss etməsinə gətirib
çıxarır. Bununla da o həm gözəl idmançı kimi inkişaf edib artır, həm də
gələcəyin peşəkar məşqçisi kimi formalaşır. Ümumiyyətlə, insanın idman
aləmində yüksək nəticələr qazanması üçün yeni yollar açması heç də təzə bir
şey deyildir! Bu yollardan biri də xəyalda keçirilən məşqlərdir. Inanıram ki,
bu üsul da işləndikcə, yaradıcı məşqçilərin və idmançıların əlavələri
nəticəsində nisbətən təzə məşq üsulu kimi özünün yeni nəticələrini
göstərəcəkdir. Xəyali məşq zamanı gördüyümüz işlə bağlı olan bütün bədən
əzələlərimiz də oyanır və iştirak edir. Məsələn, top olmadığı halda biz
gözümüzü yumub ayağımızla topu necə vurduğumuzu təsəvvürdə
canlandırdıqda yerimizdən hərəkət etməsək də, topun real vuruşunda iştirak
edən bütün əzələlər zərbə vaxtındakı aldığı impulsu alır. Belə halda beyindən
əzələyə gələn impuls eyni koordinasiya ilə və real vaxt tezliyi ilə əzələyə
çatır ki, nəticədə, insan sanki reallıqda olur. Xəyali məşqlərdə yaranan
tezliklər və sürət insanın hərəkətlərinin, reallıqda olduğu kimi, beyin sürəti
ilə həyata keçirilməsinə gətirib çıxarır ki, bu da idmanda çox böyük şərtdir.
Adətən, reaksiyanın sürətinə görə, bədən beyindən geri qalır. İdmançının
bədəninin sürətinin beyninin sürətinə çatması isə böyük nəticə və yüksək
bacarıq nümayiş etdirmək deməkdir. Buna isə illərnən yorulmadan, düzgün
çalışmağın nəticəsində nail olmaq mümkündür. Xəyali məşqdən əsasən
gimnastikada, üzgüçülükdə, suya tullanmada daha çox istifadə edirlər. Bu
idman növlərində çıxış zamanı fikirləşməyə vaxt qalmadığı üçün idmançı öz
hərəkətlərini təkrarlamamışdan qabaq xəyalən fikrindən keçirir. Bu da ona
hərəkətin daha dəqiq və təmiz yerinə yetirilməsinə kömək göstərir.
129
Elmi tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, sadə hərəkətlərdən
tutmuş mürəkkəb hərəkətlərin öyrənilməsinədək xəyali məşq çox böyük
fayda verir. Hətta güllə atıcılığında da bu məşqin gözəl nəticə verdiyi sübut
edilmişdir. Yüngül atletikanın 3 təkanlı tullanmaq növündə iki komandanın
göstəriciləri müqayisə edilmişdir. Birincilər tullanmamışdan qabaq xəyalən
məşq etdikdən sonra real məşqə başlamışlar. Ikincilər isə yalnız real məşq
etməklə kifayətlənmişlər. Birincilərin nəticələri ikincilərinkindən daha
yüksək olmuşdur. Ümumiyyətlə, idmançıda görmə yaddaşının güclü olması
onun yaxşı cəhətlərindən biridir. Məsələn, əgər sənə desələr ki, zalda
basketbol üzrə komandanın və rəqib komandanın oyunçularına baxıb
yerləşmələrini çək, sən bunu çox asanlıqla yadda saxlayıb çəkərsən. Lakin
məlum olacaq ki, sən ancaq yarışda heyətin əsas üzvlərinin yerləşmə yerini
və oyunda əsas keçidlərdə maneçilik törədə biləcək oyunçuları çəkmisən.
Əslində, belə də olmalıdır. Oyunda real çətinlik yaratmayacaq oyunçulara
diqqət sərf etməyə ehtiyac yoxdur. Onu deyə bilərəm ki, idmançı nə qədər
təcrübəli olsa da, ona yarış şəraitində özünü idarə etmək bacarığı
öyrədilməyibsə, o bunu heç vaxt özü müstəqil olaraq bacarmayacaq.
Tədqiqatlar təsdiqləyir ki, xəyali məşq idmançıya öz mübarizəsini daha
dəqiq təhlil etməyə kömək göstərir. Bu halda o, xəyalında istədiyi anı
saxlayıb hərəkətinin düzgünlüyünə özü qıraqdan baxır və səhvlərini görür.
O, hətta öz hərəkətlərini yavaşıtmaq bacarığına da malik olur ki, bu anda da
hər şeyi daha aydın görə bilir. Xəyali məşqdə idmançı diqqətinin düzgün
yönəldiyini dəqiq müşahidə etməyə qadir olur. Bu halda onun diqqətinin
əsas diqqət tələb edən nöqtədən yayınmasını və diqqət tələb edilməyən
nöqtəyə toplanmasını özü aydın görüb müşahidə edir. İdmançı bunları özü
görüb nəticə çıxartdıqda mübarizələrində və oyunlarında avtomatik olaraq
həmin səhvləri daha təkrarlamır. İdmançıda səhvlərini göstərmək və
düzəltmək bacarığını artırmaq üçün ona müəyyən
130
incəlikləri də başa salmaq lazımdır.
Olmuş bir hadisə barədə söhbət açmaq istəyirəm: Bir komandaya xəyali
məşq etməyi və həmin məşqlə mübarizə bacarığının yollarını müntəzəm
təkmilləşdirməyi təklif etdim. “Biz bunu bilirik”, — deyə məşqçi
təklifimdən boyun qaçırtdı. Mən hiss etdim ki, məşqçi nəzəriyyəni bilməklə
praktiki işləməyin fərqini anlamır. O düşünür ki, əgər bir şey haqqında
eşidibsə, deməli, artıq onu bilir və elə bu da kifayətdir. Lakin əsas məsələ
biliyi real işə çevirməkdən ibarətdir. Həyatda yenilikdən qorxmamaq hissi
isə tək-tək insanlara xasdır. Hamı həyata keçirəcəyi işdən bir möcüzə
gözləyir. Lakin dərk etmirlər ki, möcüzəni sən özün öz işinlə göstərməlisən.
Bir çox idmançılar yarışda buraxdıqları səhvləri isti-isti görməkdən ötrü
çıxışlarından sonra onu xəyalən beyinlərindən keçirirlər. Mən hətta
yetirmələrimə deyirdim ki, cümə günü — güləş günü məşqdən sonra evdə öz
güləşlərini beyinlərindən keçirsinlər. Həftənin şənbə günü isə məşqdə
onların hər birindən çıxardıqları nəticə haqqında danışmalarını təklif
edirdim. Bacarıqlı idmançıların öz məşqlərini təhlil etmələri o biri uşaqlara
da öz təsirini göstərirdi. Nəticədə, bütün komanda xəyalən məşqi öz
beynindən keçirirdi. Ümumiyyətlə, idman aləmində, xüsusilə də
yeniyetmələr arasında heç bir işdə bir-birindən dala qalmamaq həvəsi çox
böyükdür. Bütün idman növlərində əsas diqqət nöqtəsi var ki, ona da
idmançı öz diqqət və bacarığını daha çox yönəltməlidir. Tennisdə topun
raketka ilə vurulması, üzgüçülükdə dəqiq və tez dönmək, suya tullanmaqda
və gimnastikada hansısa hərəkətin texniki olaraq dəqiq yerinə yetirilməsi
əsas diqqət tələb edən məqamlardır. Bütün bu diqqət tələb edən ən əsas
məqamlar, demək olar ki, bir neçə saniyə vaxt tələb edir. Əgər sənin
məqsədin çatdığın səviyyəni saxlamaq yox, əksinə tez bir zamanda onu
yüksəltməkdirsə, onda sən öz texniki və taktiki bacarığında yeniliklər
etməlisən. Yalnız daha mürəkkəb və daha effektli yeniliyin hesabına
idmançıda irəliləyiş ola bilər.
131
Xəyali məşqi keçirdikcə idmançıda informasiyaları tez alıb təhlil etmək,
həmçinin informasiyaların lazım olanını və olmayanını ayırmaq bacarığı
artır. Belə bacarıqlara malik idmançı çıxışında ona mane olan və
qıcıqlandıran səbəblərdən də yaxa qurtara bilir. Ümumiyyətlə, mən deyərdim
ki, xəyalən məşq nəinki yalnız idmanda, həmçinin incəsənətdə, səhiyyədə və
s. digər sahələrdə insanın görəcəyi işin, edəcəyi hərəkət koordinasiyasının
dəqiqliyini izləməkdə və tənzimləməkdə insana çox böyük kömək göstərə
biləcək bir üsuldur. Bununla da insan elədiyi və edəcəyi hərəkəti özü
görməklə onun səhv və düzgün cəhətlərini seçərək artıq gələcək
addımlarında düzəliş etmiş olar ki, bu da onda düzgün hərəkət
koordinasiyasının yaranmasına gətirib çıxarar. Xəyalı məşqdən, əsasən, iki
məqsəd güdülür. Birincisi, beyində gedən sürət və bacarığın bədəndə real
təkrarına nail olmaq. Ikincisi, çıxışdan sonra onu təhlil edib səhvlərin və
çıxışa mane olan səbəblərin təyini.
Öz məşqçilik təcrübəmdə rastlaşdığım bir hadisə ilə sizi tanış edim:
İdmançılara kombinasiyaları əzbərləyib işləmək üçün bir proqram verdim.
Onların hazırlığını yoxlayanda əvvəlcə proqramı əzbər söyləyib sonra
hərəkətlərin təkrarı ilə göstərmələrini tələb etdim. Mən belə bir mənzərənin
şahidi oldum: Hansı idmançı əzbərlədiyi proqramı çaşmadan, çox inamla, iti
sürətlə söylədisə o, hərəkətlərini də dayanmadan, çox inamla və sürətlə başa
vurdu. Lakin hansı idmançı əzbərlədiyi proqramı bir və ya iki yerdə çaşaraq
mənim köməkliyimlə düzəldib başa vurdusa, praktiki hərəkətdə də həmin
idmançı eyni yerlərdə hərəkətini saxlayaraq ani fikirləşəndən sonra davam
edirdi. Beləliklə, beyindəki lənglik onun bədənindəki hərəkətində də
inamsızlıq kimi özünü büruzə verdi. Qıraqdan baxanda onun hərəkətində
inamsızlıq və lənglik açıq-aydın hiss olunurdu. Xəyalən məşqin bizə
özümüzü görməyə imkan verməsi isə bu inamsızlığı aradan götürə
bilməyimizə çox böyük kömək göstərir.
Ümumiyyətlə, idman nəticələri daim yüksəldiyinə, idman
132
yükü və mübarizəsinin gərginliyi getdikcə artdığına görə tələb olunur ki,
idmançının ustalığını artırması üçün müasir idmanın tələblərinə cavab verən
yeni məşq üsulları axtarılıb tapılsın. Əks halda idmançı sürətlə artan
gərginliyə və yüksək ustalıq tələb edən bacarığa uyğun hazırlığa qadir ola
bilməz. Mən bu yeniliklərdən birini — xəyalıi məşqi çox vacib sanaraq onun
idmanmızda tətbiqini məsləhət bilirəm. Ümumiyyətlə, beynə və yaradıcılığa
sərbəstdik vermədən böyük nailiyyətlər qazanmaq mümkün deyil. Əgər bu
gün biz usta idmançılarımızdan hər hansı birinə öz çıxışını təhlil etməsini
xahiş etsək, o bunu bacarmayacaq, çünki bu təhlil ona öyrədilməyib. Hətta
gündəlik məşqin hazırlıq hissəsini belə müstəqil icra edə bilməyəcək. Çünki
müstəqil işləməyə öyrəşməmişdir və bu səbəbdən də beyində gedən
kütləşmə ona gündəlik etdiyi bir işi müstəqil yerinə yetirməyə imkan
verməyəcək. Bu onu göstərir ki, hər bir işin müstəqil və beyindən idarə
edilməsi inkişafa, idarə olunaraq yerinə yetirilməsi isə passivliyə gətirib
çıxarır. Belə idmançı hər bir işin hazırını gözləyir ki, nəticədə, o özünə və
qüvvəsinə inamını itirir. Lakin idmançı işində araşdırmalar apararaq ona
yaradıcılıqla yanaşanda, öz işinin nə qədər maraqlı və ümidverici olduğunu
görəndə qüvvəsini yeni, maraqlı bir üsulla sınamağa həvəsi artır.
Belə axtarışlar idmançıya və məşqçiyə həmişə lazımdır. Ölkəmizdə 17-23
sentyabr 2007-ci ildə Yunan-Roma və sərbəst güləş üzrə keçirilən dünya
birinciliyinin nəticəsi bizim milli idman növü saydığımız güləşin bu gün
hansı səviyyədə olduğunu göstərən bir güzgüdür. Bu onun nəticəsidir ki,
dədə-babadan miras qalmış güləşimizə bu günə kimi heç bir yenilik tətbiq
edilməmişdir. Belə kədərli vəziyyət güləşin artıq güc mübarizəsindən çıxıb
ağıl mübarizəsinə keçdiyini bu günə qədər başa düşüb öz hazırlığında
müvafiq dəyişikliklər etməyən mütəxəssislərimizin işinin acı bir
göstəricisidir. Yeniliklər isə ancaq bir məşqçini digəri ilə əvəzləməklə
bitmişdir. Bu da məşqdə yox, kadr məsələsində yeniliklə nəticələnib.
133
Beləliklə, mütəxəssislərimizin öz müvəffəqiyyətsizliklərinin səbəbini
bilməmələri güləşimizə ciddi ziyan vurmuşdur. Indi də çıxış yolunu əcnəbi
məşqçilərin bu işə cəlb edilməsində görürlər. Düşünürəm ki, bu, komandanın
milli ruhunu aşağı endirəcək. Məşqlərin rus dilində aparılması isə uşaqlara
azərbaycanlı olduqlarını unutduracaq. Başlanan proses bir neçə ilə
güləşimizin məhvi ilə nəticələnəcək. Uşaqlıq illərində mən eşidəndə ki,
hansısa ölkənin komandası başqa ölkələrdən gələn oyunçulardan ibarətdir,
buna təəccüblənirdim. Bunun səbəbini soruşanda böyüklər belə izah
verirdilər: “Həmin ölkənin pulu çoxdur, milləti idmanla məşğul olmaq
istəmir, ona görə də dövlət pul verib başqa ölkələrdən idmançı gətizdirir.
Heç vəchlə yol vermək olmaz ki, bizim ölkəmizdə də belə vəziyyət yaransın.
Mən bu kitabda dəfələrlə qeyd etmişəm ki, xalqım kifayət qədər işgüzar
və qəhrəman xalqdır. Fikrimcə, güləşdə olan mütəxəssislərimizin gücünü bir
yerə toplayıb ona məna vermək lazımdır.
Mən yenə də özümə və idmanımızın gələcəyinə inanaraq bu kitabı və bu
sözləri yazıram: İdmanımız ayağa qalxsın, idmançılarımızın siması və adı
bizi sevindirsin.
134
IX FƏSIL
İdmançının böyük qələbələrinin səbəbi
Yarış göstəricilərinin təhlili və özünəqiymət
Yarış idmançının xüsusi psixoloji gərginlik
şəraitində hazırlığını özündə əks etdirən
bir
güzgüdür.
Ümumiyyətlə, idmançını böyük qələbəyə 2 əsas yolla hazırlamaq
lazımdır.
1. Mənəvi
2. Xüsusi
Mənəvi hazırlıq bütün idman növləri üçün eynidir. İdmançıda
xeyriyyəçilik və qayğıkeşlik hissinin artırılması, həyata keçirdiyi hər bir işi,
hətta qazandığı hər hansı titulu və adı özü üçün yox, Vətən, xalq və nəhayət,
insanlıq üçün qazandığını ona aşılamaq lazımdır. İdmançıda onu əhatə edən
hər bir canlı və cansıza məhəbbət hissi yaratmaq vacibdir. İdmançıya qurub-
yaratmaq, bununla da həyatda yaşadığı müddətdə nə qədər mümkünsə dərin
iz qoymaq hissini vermək lazımdır. Göstərdiyim bu mənəvi güc idmançıya
həm nəzəri, həm də praktiki cəhətdən çatdırılmalıdır. Bunu yaratdığım
“Igid” güləş məktəbinin idmançılarına praktiki olaraq keçdiyim hazırlıq
dövrü ilə sizi tanış edəndə görə biləcəksiniz.
Xüsusi hazırlığa gəldikdə isə idmançının psixoloji, texniki, taktiki, fiziki
və nəzəri hazırlığı nəzərdə tutulur. Bu hissədə ancaq yüksək səviyyəli, dünya
səviyyəsində məşqlərdən söhbət gedə bilər. Əks halda beynəlxalq yarışlarda
qalib gəlmək mümkün deyil.
135
Dediyimiz kimi, yarışı hazırlığımızın praktiki imtahanı və yaxud güzgüsü
saysaq, yarışdan sonra orada etdiyimiz çıxışları təhlil edib qiymət
verməliyik. Bu təhlil mütəxəssisin, məşqçisinin və idmançının iştirakı ilə
aparılmalıdır. Ümumi tədqiqat qurtarandan sonra, yaxşı olar ki, idmançı özü
öz düşüncələri ilə çıxışını bir daha təhlil etsin və öz-özünə qiymət versin.
Deyilən təhlili əsasən psixoloji aspektdən aparmaq daha düzgündür.
İdmançının iştirakının təhlilinə yarışda mübarizəyə qatıldığı dövrdən yox,
artıq yarışın yerini, gününü və saatını bildiyi vaxtdan başlamaq lazımdır.
Mən ölkənin bir idman növünün yığma komandası ilə apardığım psixoloji
söhbətlərin birində onlara belə sual verdim:
— Eşidəndə ki, 2008-ci ilin olimpiya oyunları Pekində keçiriləcək, hansı
biriniz ürəyinizdən “Mən orada iştirak edəcəyəm və çempion olacağam”
arzusunu keçirdiniz?
Qarşımdakılar yüksək səviyyəli usta idmançılar olsalar da, sualım
cavabsız qaldı. Mən onlara bəzi izahlar verəndən sonra idmançılardan biri
özündə hünər taparaq belə cavab verdi:
— Müəllim, qoy sentyabrda lisenziya turnirində qalib gəlib lisenziya
qazanaq, sonra dediyinizi arzulayarıq.
Heç vaxt düşünə bilməzdim ki, yeniyetmə iştirak edəcəyi yarışda
çempion olacağını arzulamasın. Ancaq usta idmançıların belə arzusuz və
hissiyyatsız olmaları məni çox narahat etdi. Yorulmağa yönəlmiş məşqləri
onların sadəcə icraçılara çevrilmələrinə gətirib çıxarmışdı. Mən bunun əyani
şahidi oldum. Mən deyərdim ki, bu, faciəvi bir haldır. Belə vəziyyət bir aya
və yaxud bir ilə yaranmış vəziyyət deyildir. Bu, idmançının məşqə başladığı
dövrdən düzgün qurulmayan səhv məşq planının və hazırlığının nəticəsidir.
Mən deyərdim ki, bu idmançıların ruhunu, arzusunu və düşünmək bacarığını
geri qaytarmaq çox çətin məsələdir, lakin mümkündür. Göstərdiyimiz
misalda əgər idmançı ən sadə bir suala cavab tapa bilmirsə, onun mürəkkəb,
dəyişən vəziyyətlərdə cəld və iti qərar çıxarıb fəaliyyət göstərə biləcəyinə
inanmaq çox çətindir.
Yadımdadır, 1980-cı il Moskva Olimpiadasından sonra
Dostları ilə paylaş: |