II FƏSIL
İdmanda diqqət
Diqqət ağılın qüvvəsidir, ağıl
qələbənin əsasıdır.
Diqqət nədir? Diqqət insanın öz iradəsi ilə ağlının konkret bir obyektə
(cismə, işə, fikrə, hadisəyə və s.) yönəlməsi, toplanması, fokuslanmasıdır ki,
bu halda insan ətrafda paralel surətdə mövcud olan və baş verən digər
əhəmiyyət kəsb etməyən hadisələrdən təcrid olur.
Bir çox peşəkar idmançılar vardır ki, diqqətlərini avtomatik olaraq
görəcəkləri işə ustalıqla toplamağı bacarırlar. Belə bir məqamı, bəlkə də,
hamımız yaşamışıq. Biz nəyi isə maraqla seyr edərək ətrafımızdakı digər
şeyləri sanki duymamışıq, görməmişik. İdman aləmində diqqəti görüləcək
işə yönəltməyi bacarmaq vacib məsələlərdən biridir.
Misallara müraciət edək. Məşhur karate ustaları öz hücum fəndlərini
bir-birinin ardınca ildırım sürəti ilə və dəqiqliklə nümayiş etdirdikdə, sözsüz
ki, diqqətlərini hər hərəkətin üstündə toplamırlar. Bir də biz bilməliyik ki,
əgər bütün diqqət ancaq bir nöqtəyə yönəldisə, onda diqqət tələb edən başqa
vacib obyektlər bizim diqqət dairəmizdən çıxacaq. Bu, əsasən, komanda
şəklində yarış növlərinə aiddir. Bu idman növlərində idmançının diqqəti tək
topa zərbə vurmaqda və yaxud onu ötürməkdə olmamalıdır. Onun diqqəti
öz komanda yoldaşlarının və rəqib komandanın idmançılarının
yerdəyişməsində də olmalıdır. Ona görə də məşqçilər idmançıların diqqəti
üzərində işləyəndə onların diqqətlərinin tək əsas işə deyil, eyni zamanda
ətrafda olan obyektlərə də yönəldilməsinə diqqət yetirməlidirlər. Belə geniş
diqqət tələb olunan idman növlərinə
45
əsasən komanda oyun növləri aiddir (futbol, voleybol və s.).
Qeyd etdiyimiz kimi, diqqət insanın öz daxili imkanlarını (ruhi, əqli və
fiziki imkanlar) müəyyən məqsəd uğrunda toplamaq, fokuslamaq və
yönəltmək bacarığıdır. Fiziki imkanlar — insanın enerji potensialıdır. Əqli
imkanlar — insanın görəcəyi işin proqramını yaradır. Ruhi imkanlar isə
qərarlaşmış işi qüvvələrin potensial imkanlarını öz sonsuz, qeyri-adi
potensialı ilə birləşdirərək həyata keçirir.
Diqqəti iki qrupa ayırmaq olar: maraq dairəsinə görə və istiqamətinə
görə [1]:
Maraq dairəsinə görə diqqət geniş və dar (məhdud) olur.
Istiqamətinə görə isə diqqət insanın daxilinə və insandan xaricə
yönəlmiş olur.
Daxili diqqət. Bu diqqət halında insanın duyğu üzvlərindən (görmə,
iybilmə, dadbilmə, eşitmə və lamisə) gələn məlumat daxilə yönəlir. Insan
özünə qapanır.
Xarici diqqət. Bu diqqət halında insanın duyğu üzvlərindən gələn
məlumat son məqsəd üçün xarici obyektə yönəlir və o, özünü hiss etmir.
Daxili diqqət formasına biz kitab oxuyanda rast gəlirik. Bu halda əgər
biz bütün diqqətimizi maraqlı bir kitaba cəmləyib oxuyuruqsa, ətrafımızda
baş verən başqa dəyişiklikləri və səsləri hiss etməyəcəyik. Belə diqqət
növünə təkmübarizlik, dözümlülük tələb edən idman növlərində rast gəlinir.
Xarici diqqət növünə biz geniş planda avtomobili idarə edəndə
rastlaşırıq. Belə ki, biz avtomobili idarə edərkən diqqətimiz yolda olur,
ikinci bir diqqətimiz maşının motorunda olur ki, vaxtında ötürücü qutunu
dəyişək. Avtomobildə başqa bir oturan varsa, onunla söhbət edərək
diqqətimizin bir hissəsini ona yönəldirik. Bəzən isə radioya qulaq asırıq. Bu
cür geniş diqqət ilk növbədə məşqçidə və bütün oyun növlərində tələb
olunur. Belə diqqət növü, əsasən, nəzarətçi diqqət sayılır.
46
Lakin gərginlik yarandığı halda və tələb edildiyi vaxtda diqqət bir
nöqtəyə yığılmalıdır.
İdmanda vacib olan məsələlərdən biri diqqətin müəyyən vaxtda
müəyyən yerə yönəldilməsi bacarığıdır. Məsələn, həyəcan vaxtı diqqət
insanın daxilinə, o, cümlədən ürəyimizin döyüntüsünə, taktiki planın
qurulmasına və digər cəhətlərə yönələ bilər. İdmançının xüsusi istedadı
ondan ibarət olmalıdır ki, daxili diqqəti bir andaca xarici diqqətə çevirə
bilsin. İdmanda bu, əsas məsələlərdən biridir. Mübarizə vaxtı daxili və
xarici diqqətin nisbətinə düzgün riayət edilməlidir. Bu balansın pozulması
xoşagəlməyən nəticə verə bilər. Hansı idmançı ki, daxili diqqətini həyəcan
səbəbindən xarici diqqətə vaxtında keçirə bilmir, o, rəqibin planlarını lazımi
anda hiss edib qabaqlaya bilməyəcək. Əgər idmançı bütün fikrini və
diqqətini daxilinə yönəldirsə, o, mübarizədə rəqibini diqqətlə izləməyə, eyni
zamanda lazım olan texniki və taktiki qərarları çıxarıb həyata keçirməyə
qadir olmur. Diqqət bütövlüklə xaricə yönəldikdə isə idmançı özünü və
hərəkətini hiss etmir. Usta idmançılarda əsasən bütün hərəkətlər
avtomatizmə keçirilir ki, bu da idmançının fikrini və diqqətini ancaq əsas
məsələlərin həllinə yönəldir. Yarış şəraitində ortaya çıxan gərginliklər
idmançıda stress vəziyyəti yaradır ki, bu da ilk növbədə onun diqqətini
parçalayır. İdmançı stress vəziyyətdə diqqətini toplaya bilmir və diqqətin
qədərini hiss etmir. Bu halda beynində lazım olmayan bir fikir yaranır ki, bu
fikir də idmançının aldığı informasiyanı analiz edib qərar çıxarmasına mane
olur. Diqqəti gücləndirmək və onu idarə etməyi bacarmaq üçün yaxşı olar
ki, idmançı yarışdan sonra öz çıxışını təhlil etsin, güclü və zəif tərəfinin
səbəbini axtarıb tapsın. İdmançının yarışqabağı öz çıxışının taktiki planını
hazırlaması mürəkkəb dəyişən vəziyyətlərdən çıxış yolu tapmaqda ona
kömək ola bilər.
47
Mübarizədə diqqətin qədəri və yönəldilməsi
Diqqətin geniş, dar, daxili və xarici cəhətlərini nəzərə alaraq, aşağıda
göstərilmiş sxem vasitəsilə idmanın müxtəlif növlərində diqqətin
yönəldilməsini belə izah etmək olar.
Cədvəl № 1
Bu sxemdə diqqət oxu yuxarıdan aşağı yönəlmişdir. Diqqətin
genişdirsə, yuxarı A nöqtəsinə, dardırsa, aşağı yönələcəkdir. Diqqət daxilə
yönəlmişdirsə, B nöqtəsində, xaricə yönəlmişdirsə, onun əks tərəfində
yerləşir. Əsasən, 4 diqqət növünə rast gəlmək olar:
1-ci növ diqqət — daxili-geniş diqqətdir ki, bu diqqət növünü, əsasən,
məşqçilərə aid etmək olar.
2-ci növ diqqət — xarici-geniş diqqətdir. Bu diqqət komandalı idman
növlərinə aiddir.
3-ci növ diqqət — xarici-dar diqqətdir. Bu diqqət bütün təkmübarizlik
idman növlərinə aiddir.
48
4-ci növ diqqət — daxili-dar diqqətdir. Bu diqqətə dözümlülük tələb
edən idman növlərini — qaçışı, üzgüçülüyü və ağır atletikanı aid etmək
olar. Bu diqqət növündə idmançı öz daxili vəziyyətini, xüsusilə də fiziki və
psixoloji durumunu qiymətləndirərək yarış vaxtı qüvvəsini bərabər
paylaşdırmağı bacarmalıdır. Biz uzun müddət müəyyən iş gördükdə
bədəndə baş qaldıran bir ağrı və yorğunluq hissi bizə dincəlməyimizin
zəruriliyini siqnal verir. Ancaq idmançıya bu siqnalla bərabər, digər bir
siqnal da gəlir: Nailiyyətlər əldə etmək üçün mütləq məşqi davam
elətdirmək lazımdır! Bu zaman lazımi qədər hazırlığı olan orqanizmə belə
yükün qorxusu olmur. Lakin bu halda idmançı öz orqanizminin yüklənmə
həddini yaxşı bilməli və gələn siqnalı düzgün qiymətləndirməlidir.
İdmançılar belə vəziyyətlərdə orqanizmdən gələn “Mən artıq bacarmıram”
siqnalına öz şüurlu əmrləri ilə cavab verməlidirlər: “Mən məşq
etməliyəm!”. Usta idmançılar belə vəziyyətlərdə özlərini məşq etməyə
məcbur etmək üçün xüsusi əmrlərin və beynlərindən keçirdikləri hazırlıq
planlarının köməyi ilə əhval-ruhiyyələrini yüksəldərək öz məşqlərini lazımi
səviyyədə aparırlar.
Bu fikrin təsdiqini aşağıdakı misalda tapmaq mümkündür. Məşhur
Amerika üzgüçüsü, yeddi dəfə olimpiya çempionu Marks Spinç 1972-ci
ildə Münhendə curnalistlərin “O, məşqlərdə böyük yükü hansı yolla dəf edə
bilir?” sualına belə cavab verib: “Mən məşqdə yorulanda özümdə elə
təsəvvür yaradıram ki, mən hovuzun hər başına çatanda orada məni əllərini
açmış və qucaqlamağa hazır olan gözəl bir qız gözləyir. Bu təsəvvür məni
ruhlandırır və mən yorulmadan planlaşdırdığım məşqimi sona çatdırıram”.
Yarı zarafat, yarı gerçək verilmiş cavabla əlaqədar bunu demək olar: Özünə
əmr qaydaları hərədə bir cür olur ki, bu da orqanizmin özü-özünü
gumrahlandırmasına gətirib çıxarır.
Yuxarıda verilmiş sxemlə hər idmançı özünün idman diqqətini
müəyyən edərək onu daha da gücləndirməlidir. Geniş
49
diqqət növünə, eyni zamanda da xarici diqqət növünə malik olan
idmançılar basketbol, futbol, xokkey və həndbol kimi idman növlərində çox
müvəffəqiyyətlə çıxış edirlər. Bu idman növlərində sürətlə dəyişən
vəziyyəti qiymətləndirmək, mövqe tutan komanda yoldaşına topu ötürmək
bacarığı əsasən hissiyyat və diqqət tələb edən məsələlərdəndir. Əgər bu
idman növlərində idmançıya diqqət xarici yox, daxili, eyni zamanda dar
olsa, onda oyunçu özünü itirərək heç bir oyun bacarığı göstərə bilməz. Belə
ki, o, bütün diqqətini daxilə, yəni özünə və topa cəmləşdiribsə, onda öz
komanda yoldaşlarını, rəqib komandanın təmsilçilərini hiss etməyəcək və
nəticədə, topu itirərək heç bir oyun göstərə bilməyəcəkdir. Yüksək dəqiqlik
tələb olunan idman növlərində dar və daxili diqqətə malik idmançılar böyük
nailiyyətlər göstərmək iqtidarındadırlar. Dar və daxili diqqət idmançılara
xarici qıcıqlandırıcı təsirlərdən qaçmağa kömək göstərir. Belə təsirlərə
tamaşaçı, rəqib təsirini, lüzumsuz fikirləri göstərmək mümkündür. Bu
diqqət növünə aid olan idmançıların çatışmayan cəhəti — sürətlə dəyişən
vəziyyətdə düzgün qərar çıxara bilməmələridir. Bu ona görə belə olur ki,
dar diqqət idmançıya sürətlə gələn və çox olan informasiyanı vaxtında
analiz edib qərar çıxarmağa imkan vermir. Biz bunu futbola aid misalla belə
izah edə bilərik: Dar və daxili diqqətə malik idmançı topu əvvəlcədən
planlaşdırdığı komanda yoldaşına ötürmək istərkən sonuncunun
bağlandığını gördükdə sürətlə dəyişən vəziyyətdə dəqiq qərar çıxarıb topu
müvəffəqiyyətlə başqa komanda yoldaşına ötürməyə və tempi salmadan
kombinasiyanı uğurla başa vurmağa qadir deyildir. Bu qəbildən olan
idmançı diqqətini topa və qarşısındakı rəqibə toplayır. Nəticədə, əks
komandanın oyunçularının topu ondan nə vaxt aldıqlarından heç xəbəri də
olmur.
Ümumiyyətlə, dar və daxili diqqət bacarığına malik idmançılar konkret
bir işin üstündə işləməyə və konkret bir fikri həyata keçirməyə daha çox
qadir olurlar. Belə idmançılar əsasən dözümlülük tələb edən idman
növlərində — qaçış, ağır
50
atletika, yadro itələmək və sair kimi idman növlərində müvəffəqiyyət
qazana bilərlər. Bu halda idmançı bütün fikrini və qüvvəsini bir işə
cəmləyir, eyni zamanda bütün texniki və taktiki planları yüksək səviyyədə
həyata keçirə bilir. Məsələn, qaçış üzrə idmançı orta və uzaq məsafəyə
qaçışında sürətin ritmini saxlamalı, eyni zamanda məsafəyə uyğun olaraq
qüvvəsini bərabər bölməlidir.
Yuxarıda deyilənlər daha aydın göstərir ki, idmançı diqqətin və diqqət
növünün hər idman növü üçün fərqli və vacib olduğunu bilməlidir, eləcə də
özünü seçdiyi idman növünə aid olan diqqət növünə hazırlamalıdır.
Diqqət növündən başqa, idmançının düşüncəsi də mübarizədə böyük
rol oynayır. Təsəvvür edək ki, 2 eyni hazırlıqlı və eyni diqqət növünə malik
olan idmançılardan biri böyük arzularla məşq edərək dünya rekordunu
təzələyəcəyini özünə söz verir və hər məşqini yüksək ruh yüksəkliyi ilə
başa vurur. Onun təsəvvürünə görə, hər məşq onu bu arzusuna bir pillə
qaldıraraq daha da yaxınlaşdırır. Digər idmançı özünə inamsızdır, heç bir
arzu, məqsəd olmadan, qarşıdakı yarışlarda məğlub olmaq qorxusu
keçirərək məşq edir. Belə idmançı bildikdə ki, rəqibi yüksək nəticələr
göstərmiş idmançıdır, artıq yarış başlamamış qələbəni rəqibə verərək
uduzur və bir daha özünə inamı itir. Bu qəbildən olan idmançılar özlərinin
bacarıqsız olduqlarını düşünərək böyük idmandan vaxtından tez ayrılırlar.
Biz iki eyni diqqətə malik eyni səviyyəli idmançının düşüncə tərzinə
nəzər saldıq. Onlardan birinin düşüncələri idmançını yüksək zirvələrə
ruhlandırırsa, digərinin düşüncələri onu özünə inamsızlığa və
qüvvətsizliyinə inandırır. Sadəcə, belə demək mümkündür ki,
idmançılardan birinin fikri onu ruhlandırır, digərinin fikri isə ona mane olur.
Diqqətin daha elastik olması, yəni bir diqqət növündən digər diqqət
növünə keçmək bacarığı idmançıdan bu sahədə daha böyük səriştə və
ustalıq tələb edir. Diqqətin elastik olmaması idmançının böyük səhvlər
buraxmasına gətirib çıxarır.
51
Indi isə sizinlə birlikdə məşqçilərin diqqət növünə baxaq. Diqqəti
xarici diqqət növünə aid olan məşqçilər tələblərinin çıxışı vaxtı özlərini çox
emosional aparır, hətta hərəkətlərini, danışıqlarını hiss etmədən mədəni və
əxlaq normalarını pozurlar. Onlar bu hərəkətləri ilə tələbələrini də belə
çılğın davranmağa yönəldirlər. Kobudluqlar əsasən hakimə qarşı olur ki,
bununla da hakimin belə məşqçilərə və idmançılara qarşı mənfi münasibəti
yaranır. Hakimlər bərabər keçən mübarizədə qələbəni daha əxlaqlı və özünü
daha layiqli aparan idmançıya verirlər. Özünü və hərəkətini cilovlaya
bilməyən idmançı psixoloji gərginlik keçirir ki, bu halda qələbədən artıq
söhbət belə gedə bilməz. Emosiyası yüksək olan belə məşqçilər komandası
və tələbəsi oyunda müvəffəqiyyət qazandıqları təqdirdə gülərüz, şən olurlar
və tez-tez idmançıların kürəyinə vurub onları ruhlandırırlar. Lakin oyun
gərginləşib uduzmaq dərəcəsinə gəlirsə, məşqçi yenə də dəyişərək böyük
həyəcan və təşviş içində yaxında olan hər kəsi qovmağa, kobudluq
göstərərək öz həyəcanını sanki bütün zala və tamaşaçılara nümayiş
etdirməyə başlayır. Əslində, məşqçi anlamalıdır ki, onun həyəcan
keçirdiyini idmançılar hiss etməməlidirlər. Əks halda idmançılarda ikiqat
artıq həyəcan hissi baş qaldırar. O məşqçi ki, həyəcanını gizlədə bilmir ya
zaldan çıxmalı, ya da yarış vaxtı idmançının gözünə görünməməlidir.
Sözsüz ki, belə diqqət və əxlaq səviyyəsinə malik olan məşqçilər
vəziyyətdən düzgün nəticə çıxarmadıqlarına görə, yüksək nəticələr də
qazana bilmirlər. Onun dedikləri ilə idmançıların fikri çox vaxt üst-üstə
düşmür, nəticədə, məşqçi ilə idmançılar arasında hörmət və inam hissləri
pozulur. Bu qəbildən olan məşqçilərə əsasən təkmübarizlikdə, xüsusən
idmanın güləş növündə rast gəlmək mümkündür.
Diqqəti daxili diqqət növünə aid olan məşqçilərə də rast gəlmək olur.
Belə məşqçilər arenada gedən mübarizəni izləyərək fikirləşməyə, vəziyyəti
analiz etməyə və taktiki plan qurmağa daha çox üstünlük verirlər. Ölkənin
qızlardan ibarət voleybol komandasının baş məşqçisi Faiq Qarayev belə
məşqçilərdəndir.
52
Əgər daxili diqqət həddindən artıq güclüdürsə, bu halda ortaya mənfi
nəticələr çıxa bilər. Belə ki, məşqçinin sürətlə gedən oyunda düzgün qərarı
gecikir. O öz daxilinə o qədər bağlanır ki, komanda ilə əlaqəsi zəifləyir. Bu
cür məşqçilərin idmançılarına bəzən elə gəlir ki, onların məğlubiyyətinin və
çətinliklərinin məşqçiyə heç bir aidiyyatı, narahatlığı yoxdur. Əslində isə
belə məşqçilər də həyəcan və narahatlıq keçirirlər, lakin onlarda özünü
aparmaq və ələ almaq bacarığı güclü olduğundan narahatlığı büruzə
vermirlər. Belə diqqət növünün üstün cəhətlərindən biri də bu tip insanların
öz emosiyalarını yaxşı idarə edə bilmələridir. Onlar kənardan baxanda çox
soyuqqanlı görünürlər. Lakin belə deyil. Onlarda öz hisslərini ələ almaq bir
vərdişdir. Məşqçilər hər diqqət növünün mənfi və müsbət cəhətlərini
aydınlaşdırıb nəticə çıxarmalı, öz müsbət cəhətlərini daha da artırmalıdırlar.
Sxemdə ikinci diqqət növünə diqqətin genişliyi cəhətdən nəzər salsaq,
görərik ki, idmanda nəticənin və qələbənin əldə edilməsində bunun çox
böyük rolu vardır. Həddindən artıq geniş diqqət də idmançıya o qədər də
kömək etmir. Belə ki, çox geniş diqqət sahəsinə malik idmançı həddindən
artıq informasiya qəbul edir ki, nəticədə, bu informasiyanın təhlilinə çox
vaxt itirilir. Informasiyanın çoxluğu idmançının, necə deyərlər, başını
itirməsinə və səhv qərar çıxarmasına səbəb olur. Halbuki, bu
informasiyanın içində bir və yaxud iki vacib məqam var ki, diqqət əsas
etibarilə ona toplanmalıdır. Lakin informasiya çoxluğu fikrin bu əsas
məqamlara yönəldilməsinə maneçilik törədir. Beləliklə, həddindən artıq
geniş diqqətə malik olan idmançı ilə həddindən artıq daxili diqqətə malik
olan idmançıların bu diqqətləri onlara xeyirli deyildir.
Birincilər informasiyanın çoxluğundan qərar çıxartmaqda gecikirlər.
Ikincilər isə sürətlə qərar çıxarır, lakin onu gələcəkdə həyata keçirməyə
dəqiq planları olmur. Aşağıdakı 2 №-li cədvəl sizə yarış şəraitində və idman
məşqlərində hansı diqqət növünün tələb olunduğunu göstərir.
53
Cədvəl № 2
Diqqətin idmanın müəyyən vəziyətlərində toplamaq formaları
\
İdmanın növü
DİQQƏTİN NÖVÜ
Geniş
xarici
Dar
daxili
Dar
xarici
Geniş
Daxili
BASKETBOL
Sərbəst atma
+
Cəld keçid
+
Açiq oyunçuya ötürmək +
Topu almaq
+
YÜNGÜL ATLİTİKA
Şestlə tullanma
+
+
Uzununa tullanma
+
+
Hündürüyə tullanma
+
+
Yadro atmaq
+
Disk atmaq
+
Nizə atmaq
+
+
Üç məkana tullanmaq
+
+
Qısa məsafəyə qaçış
+
Orta məsafəyə qaçış
+
+
Uzaq məsafəyə qaçış
+
+
GİMNASTİKA
Proqramın qurulması
+
Həyatə keçirmək
+
+
ÜZQÜÇÜLÜK
Qisa məsafəyə üzmək
+
Orta məsafəyə üzmək
+
+
Uzaq məsafəyə üzmək
+
+
MƏŞQÇİNİN İDMAN OYUNLARINDA ROLU
Oyunun planını hazırlamaq
+
Oyunçuların ğüclü və zəif
Cəhətlərinin analizi
+
+
İdmançıların müvəffəqiyətli və
Müvəffəqiyyətsiz oyunlarında
Qöstərdikləri reaksiyanı hiss
Etmək bacarığı
+
+
TENNİS
Strategiyanı hazırlamaq
+
Zərbəni vurmaq
+
YARIŞ VƏZİYYƏTİNDƏ XARAKTERİK VƏZİYYƏTLƏR
Oyunun strategiyasının hazırlamaq
+
Öz hərəkətlərinin analizi
+
Final mübarizəsi
+
+
Rəqibin hərəkət
analizi
+
Psixologiya və özünü hazırlamaq
+
Məşqçinin ğöstərişinin qəbulu
+
Tezə fəndlərin həyata
Keçirilməsi
+
+
Qorxunun azaldılması +
+
54
Bu cədvəl idmançının məşqdə və yarışda diqqətini toplamaq formasını
göstərmək üçün tərtib edilmişdir. Belə ki, burada göstərilən diqqət formaları
yarışın vəziyyətindən asılı olaraq elastik şəkildə bir diqqət növündən digər
diqqət növünə keçə bilər. Bu keçid idmançının ustalığına müvafiq surətdə
baş verir.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlirik ki, diqqət idman
müvəffəqiyyətinin əsas təməlindən biridir. Belə ki, idmançı diqqətlə oyunu
və mübarizəni idarə etmək bacarığını gündəlik məşqində qazanır. Yarış isə
məşqlərdə qazanılmış bacarığın imtahanı sayılır, yəni yarışda biz bu
bacarığı qazanmırıq, lakin nəyə qadir olduğumuzu bilirik. Deməli, nə qədər
böyük diqqətlə və cavabdehliklə məşq etməyimizin vacib olduğunu başa
düşməliyik. Yarışda yüksək nəticə qazanmaq üçün idmançıdan məşqdə 3
əsas göstərici tələb olunur. Bunlar aşağıdakılardır:
1. Məşqə davamiyyət
2. Yüksək əxlaq (məşq qayda-qanunu)
3. Məşqdə bütün qüvvə və bacarığı sərf etmək
Indi isə gəlin Sizinlə birlikdə ölkə zallarının birində keçilən məşqin
səviyyəsini analiz edək. Usta idmançıların Pekin Olimpiadasına lisenziya
almaları məqsədilə keçirilən hazırlıq məşqinin bir epizoduna fikir verək.
Məşq başlayanda idmançıların hər biri öz zövqünə uyğun musiqisi olan əl
telefonunu zaldakı stolun üstünə qoyur ki, məşq vaxtı ona gələn zəngləri
eşitsin və cavab versin. Təxminən, 15-20 telefon məşqçinin telefonları ilə
bir yerdə stolun üstünə qoyulur. Məşq başlayır. Nəzərə alsaq ki, hər 10-15
dəqiqədən bir telefonlara zəng gəlir, onda 2 saat müddətində idman zalı
həm konservatoriyaya, həm də danışıq zalına çevrilir. Indi deyin, belə
hazırlıq məşqində hansı diqqətdən, hansı intizamdan və hansı bütün qüvvəni
məşqə sərf etməkdən söhbət gedə bilər? İdmançı belə məşqdə yorulmaqdan
başqa heç nə əldə edə bilməz. Təəssüflər
55
olsun ki, bu gün böyük idmanımızda belə acınacaqlı hallara çox rast
gəlinir.
Qeyd etdiyimiz kimi, yarış öyrənilmiş və qazanılmış bacarıqların,
biliyin imtahanıdır. Bu baxımdan yuxarıda keçirilən məşqdə heç bir şey
öyrənilib artırılmırsa, deməli, bu idmançılar imtahandan psixoloji, texniki,
taktiki və fiziki göstəricilər üzrə yüksək qiymət ala bilməyəcəklər. Çünki bu
bacarıqlar yüksək səviyyədə və cəm halında yüksək nəticə verə bilər.
Yuxarıda göstərilən misalda məşqçilər məşqə adi bir sağlamlıq
mərkəzində keçirilən təlim kimi baxırlar. Hətta hazırlıq vaxtı bu hərəkətləri
edəndə sanki idmançıda ağıl və dərrakənin olmasına da ehtiyac görmürlər.
Yəni məşqçi deyir, göstərir, idmançılar görüb təkrar edirlər və bu təkrarda
kim çox yorulursa, deməli, yaxşı məşq edir, qayda-qanunu gözləyir.
Qeyd etmək lazımdır ki, yarışda diqqətin tətbiqi və yönəlməsi psixoloji
faktorlardan çox asılıdır. Həyəcan və emosional oyanma halları istənilən
yarışın əsas situasiyalarıdır ki, bu hal da idmançının psixoloji durumuna
təsir göstərir. Belə bir gərgin şəraitdə idmançılarda diqqətin itirilməməsinin
təmin olunması məşqçilər üçün çox böyük önəm daşımalıdır.
|