Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə456/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   452   453   454   455   456   457   458   459   ...   484
Ə d ə b i y y a t
Qafqaz günləri /Banin; 
frans. tərc. H.Qoca; 
Qafqazın Strat. Tədqiq. 
İn-tu.-Bakı: Qafqaz,  
2006.- 240 s.
Paris günləri: roman        
/Banin; frans. tərc. 
H.Qoca; Qafqazın Strateji 
Tədqiq. İn-tu.- Bakı: Qaf-
qaz, 2006.- 208 s.
Hacımusalı, O. Ümmül-
banu (Banin) ilə Bunin 
/O.Hacımusalı //Xalq 
cəbhəsi.-2012.- 25 yan-
var.- S.15.
Nərimanlı, A.“O, özünün 
azərbaycanlı mənşəyi 
ilə həmişə fəxr edərdi” 
/A.Nərimanlı //Paritet.-
2012.-8-9 mart.- S.13. 
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.azadqadin.az
www.elibrary.az
www.country.az
110 
illiyi
Yazıçı


353
2015
Folklor
80
 illiyi
Narınc Xatun  
1930-2007
Cəfərova Narınc  Əvəz qızı 1930-cu 
ildə Neftçala rayonunda anadan olmuş-
dur. 
Böyük yaradıcılıq  əzminə, güc-
lü hafizəyə malik olan Narınc Xatun 
ilk  şeirlərini hələ orta məktəb illərində 
yazmağa başlamışdır.  Şeirləri “Okt-
yabr bayrağı” adlı rayon qəzetində, 
“Azərbaycan“ və “Azərbaycan qadı-
nı” kimi mərkəzi mətbuat orqanlarında 
dərc olunmuş, respublika radiosunun 
“Gənclik”, “Xalq yaradıcılığı-Bulaq” 
verilişlərində səslənmişdir.
Narınc Xatun görkəmli el sənətkarı 
Mikayıl Azaflı ilə birlikdə müasir dövrdə 
analoqu olmayan 3 hissədən ibarət 
“Azaflı və Narınc Xatun“ dastanını ya-
ratmışdır. 
1982-ci ildə dastanın bir qolu Xalq 
artistləri  Əlabbas Qədirov, Amalya 
Pənahova və Mikayıl Mirzənin ifasında 
respublika radiosunda səslənmişdir.
Aşıq yaradıcılığına olan böyük həvəsi 
N.Xatunda qadın aşıq və şairlərdən ibarət 
“Aşıq Pəri Məclisi” yaratmaq fikri oyat-
mışdır. Azərbaycanı, eləcə də Borçalı və 
Göyçə mahallarını el-el dolaşaraq aşıq 
üslubunda yazan şairələri öz ətrafına 
toplamış, nəhayət, 1984-cü ildə 22 sent-
yabrda Yazıçılar  İttifaqının “Natəvan 
klub”unda “Aşıq Pəri məclisi”nin ilk 
təqdimat mərasimi keçirilmişdir. 
Ötən illər ərzində “Aşıq Pəri Məclisi” 
böyük yaradıcılıq yolu keçmiş, ölkəmizin 
hüdudlarından kənarda - Türkiyədə, 
İranda, Gürcüstanda, Dağıstanda, özünə 
saysız-hesabsız dinləyici məhəbbəti qa-
zanmışdır.
N.Xatunun təşəbbüsü ilə 1988-ci ildə 
Cəbrayıl rayonun Maralyan kəndində 
Aşıq Pərinin məzarının üstü abadlaşdı-
rılmışdır.
1993-cü ildə N.Xatun Mədəniyyət 
Nazirliyinin köməyi ilə  Aşıq Pərinin 
180-illik yubileyinin yüksək səviyyədə 
keçirilməsini təşkil etmişdir. 
N.Xatun keçmişdə yazıb yaratmış 
qadın  şairələrin və  məclis üzvlərinin 
şeirlərindən ibarət “El şairləri və aşıqları” 
kitabının tərtibçilərindən biridir. O, gənc 
aşıq qızların I Respublika Müsabiqəsinin 
keçirilməsi ilə bağlı təşəbbüs qaldırmış 
və onun Tovuz şəhərində keçirilməsinə 
nail olmuşdur. Böyük müvəffəqiyyətlə 
keçən müsabiqənin təşəbbüskarı  və 
təşkilatçısı kimi Mədəniyyət Nazirliyi-
nin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 
Onun “Burla Xatun nəvəsiyəm” 
adlı  şeirlər kitabı 2004-cü ildə poeziya 
sevərlərə  ərmağan edilib. 2006-ci ildə 
isə “Mən xalqımın aşiqiyəm” adlı ikinci 
kitabı işıq üzü görüb.
Gördüyü  əvəzsiz işin müqabilində 
xalq tərəfindən sevilən, bütün ailələrin, 
el-obanın arzu olunan qonağına 
çevrilən N.Xatunun zəhməti dövlətin də 
diqqətindən yayınmamışdır. O, 1993-
cü ildə Azərbaycan Respublikasının 
“Əməkdar Mədəniyyət işçisi” kimi fəxri 
ada layiq görülmüşdür.
2006-ci il oktyabr ayının 10-da Mah-
nı Teatrında Mədəniyyət və Turizm Na-
zirliyi xətti ilə N.Xatunun anadan ol-
masının 75 illik yubileyinin təntənə ilə 
qeyd edilməsi də onun əməyinə verilən 
qiymətdən xəbər verir.
Narınc Xatun 2007-ci ildə vəfat  et-
mişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   452   453   454   455   456   457   458   459   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin