Ə d ə b i y y a t
Bədxassəli şişlərin
şüa müalicəsi: nəzəri
əsasları, tətbiqi,
nəticələri /C.Ə.Əliyev,
İ.H.İsayev.- Bakı,
2012.- 1227 s.
Süd vəzisi xərçənginin
diaqnostikası və
müalicəsi /C.Əliyev,
C.Cəfərov, T.Nəcəfov.-
Bakı: Elm, 1993.- 120
s.
Tibb aləminin unu-
dulmaz şəxsiyyəti
/C.Əliyev //
Azərbaycan.- 2014.- 5
iyul.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.amu.edu.az
www.az.wikipedia.org
www.science.gov.az
www.mom.gov.az
30
Akademik
70
illiyi
117
Tarixdə bu gün
Beynəlxalq Novruz Günü
MART
BMT Baş Assambleyası 2010-
cu il fevral ayının 21 mart tarixini
mədəniyyətlərarası dialoq və qar-
şılıqlı anlaşmanı həvəsləndirməyə
istiqamətləndirən
bayram
kimi
Beynəlxalq Novruz Günü elan etmişdir.
Beynəlxalq Novruz Günü münasibətilə
hazırlanan qətnamənin preambu-
la hissəsində bildirilir ki, “yeni gün”
mənasını verən, martın 21-də, gecə və
gündüzün bərabərləşdiyi gün qeyd olu-
nan Novruz, bütün dünyada 300 mil-
yon nəfərdən artıq şəxs tərəfindən yeni
ilin başlanğıcı kimi qəbul olunur.
Bu bayram artıq 3000 ildir ki, Bal-
kanlarda, Qara dəniz hövzəsi regionun-
da, Qafqazda, Mərkəzi Asiya, Yaxın
Şərq və digər regionlarda qeyd olunur.
Azərbaycan xalqının tarixin qədim
qatlarında yaratdığı, dilimizi, zəngin
folklorumuzu özündə yaşadan Nov-
ruz bayramı azərbaycançılıq ideyasını,
xalqımızın milli-mənəvi irsini özündə
təcəssüm etdirir. Novruz yeni günün,
yeni arzuların, milli ruh və duyğuların
bayramıdır. Təsadüfi deyil ki, Novruz
bayramı dünyanın qeyri-maddi mədəni
irsi kimi YUNESKO-nun siyahısına
daxil edilmişdir.
Novruz
ənənələrinə
görə,
çərşənbələrdə tonqalın üstündən tul-
lanmaqla insanlar bütün ağırlığını-
uğurluğunu, əziyyətlərini, eyni zaman-
da pis xasiyyətlərini, mənfi tərəflərini
köhnə ildə qoyub yeni ilə, yeni günə
qədəm qoyar, bayram günü küsülülər
barışar, insanlar bir-birlərinə qonaq
gedər. Bu dəyərlər geniş mənada təkcə
cəmiyyət daxilində deyil, eyni zaman-
da ölkələr arasında anlaşmanı, sülhü
təcəssüm etdirir. Bu baxımdan Novruz
bayramını, onun milli özəllikləri ilə ya-
naşı, sülh və barış kimi bəşəri dəyərlərin
təcəssümü olaraq dünyaya tanıtmaq,
təbliğ etmək çox əhəmiyyətlidir.
Azərbaycan xalqının milli-mənəvi
irsinin təcəssümü olan Novruz bay-
ramının dövlət səviyyəsində təkcə
ölkəmizdə deyil, dünyada soydaşla-
rımız yaşadıqları ölkələrdə də qeyd
edilməsi çox sevindiricidir. Dünyada
Novruz təntənələrini keçirməklə bu
bayramın timsalında xalqımızın tarixi
dəyərləri, adət-ənənələri təbliğ edilir.
Bu isə nəticə etibarilə Azərbaycanın
təbliği deməkdir.
Ə d ə b i y y a t
Azərbaycanda Novruz.- Bakı: Çıraq, 2012.- 271 s.
Azərbaycanın xalq bayramı Novruz: bələdçi kitab/layih. rəhb. Ə.Qarayev; mətnin müəl. Ə.Vəliyev, V.Bəhmənli.- Bakı: Təhsil, 2011.-208
s.
Əhmədov, Ə. Novruz süfrəsi /Ə.Əhmədov.- Bakı: Azərnəşr, 2011.- 80 s.
Навруз как явление мировой культуры: [исследование] /ред.-сост. А.Раджабов, М.Карим-заде; отв. ред. А.Раджабов АН Респ.
Таджикистан, Ин-т истории, археологии и этнографии им. Ахмада Дониша, Гос. учреждение “Нац. б-ка Таджикистана”,
Междунар. науч. центр муз. культуры народов Востока (Борбад) ; [предисл. М. Илолов].-Душанбе: [Контраст] 2012.- 335 с.
Cenevrədə “Beynəlxalq Novruz Günü” //Mədəniyyət.-2014.- 28 mart.- S. 4.
21
118
Tarixdə bu gün
Milli Təhlükəsizlik Orqanları
İşçilərinin Peşə Bayramı Günü
1997
MART
1918-ci ildə yaradılmış Azərbaycan
Demokratik Respublikasında 1919-cu
il martın 28-də müdafiə naziri Səməd
bəy Mehmandarovun 157 saylı əmrinə
əsasən kəşfiyyat və əks-kəşfiyyat
xidməti təşkil olunmuşdu. Bu təşkilatın
vəzifəsi
terrorizmə,
casusluğa,
təxribatlara qarşı mübarizə aparmaq
idi. Lakin cümhuriyyətinin süqutu və
1920-ci ildə sovet ordusu tərəfindən
Azərbaycanın
işğalı
nəticəsində
təşkilatın üzvləri repressiyalara məruz
qalmış, M.Şeyxzamanlı başda olmaqla
əksər rəhbər heyət güllələnmişdi.
Sovet dövründə qurum əvvəlcə
Fövqəladə Komissiya (“ÇK”) adlan-
mış, bir müddət Daxili İşlər Xalq Ko-
missarlığının (“NKVD”) tərkibində
fəaliyyət göstərmiş, sonra Dövlət
Təhlükəsizlik Komitəsi təşkil olun-
muşdur.
50-ci illərin sonlarından etibarən
respublika təhlükəsizlik orqanların-
da milliləşmə və tarixi ədalətin bərpa
edilməsi, repressiyaya məruz qalmış
bir çox insanların hüquqi və mənəvi
bəraət alması istiqamətində xeyli işlər
görüldü. Bu proses bilavasitə ömrü-
nün böyük bir hissəsini təhlükəsizlik
orqanlarına həsr etmiş görkəmli
dövlət xadimi Heydər Əliyevin adı
ilə bağlıdır. Onun Azərbaycan Dövlət
Təhlükəsizlik
Komitəsində
əks-
kəşfiyyata rəhbərlik etdiyi illər ərzində,
xüsusilə də komitə rəhbərliyinə irəli
çəkildiyi 1964-ci ildən sonrakı dövrdə
orqana milli kadrların cəlb olunma-
sı, onların yetişdirilib, həlledici iş
sahələrində rəhbər vəzifələrə təyin
olunması nəzərəçarpacaq şəkildə geniş
vüsət almağa başladı. 1967-ci ilədək
respublikanın təhlükəsizlik orqanla-
rına qeyri-azərbaycanlılar rəhbərlik
ediblər. Həmin il general Heydər
Əliyev Azərbaycan DTK-nın sədri
təyin olunmuşdur.
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra, 1991-ci il noyabrın
1-də Milli Təhlükəsizlik Nazirliyi ya-
ranıb. Milli Təhlükəsizlik Nazirliyinin
qarşısında duran vəzifələr Azərbaycan
Respublikasının suverenliyinə, kons-
titusiya quruluşuna, iqtisadi, müdafiə,
elmi-texniki potensialına, digər həyati
əhəmiyyətli maraqlarına qarşı xarici
dövlətlərin xüsusi xidmətlərinin və
təşkilatlarının, cinayətkar qrupların və
ayrı-ayrı şəxslərin kəşfiyyat və digər
təxribat-pozuculuq fəaliyyətinin qarşı-
sını almaqdan ibarətdir.
“Azərbaycan Respublikası Milli
təhlükəsizlik orqanları əməkdaşlarının
peşə bayramı gününün təsis edilməsi
haqqında” Azərbaycan Respublikası-
nın Prezidenti Heydər Əliyevin 1997-
ci il 23 mart tarixli Fərmanı ilə 28
mart - Milli Təhlükəsizlik Orqanları
İşçilərinin Peşə Bayramı Günü elan
olunmuşdur.
28
28
Ə d ə b i y y a t
Qasımov, C.Milli
təhlükəsizliyin əsasları :
dərslik /C. Qasımov, N.
Nağıyev; Azərb. Resp. Milli
Təhlükəsizlik Nazirliyinin
Heydər Əliyev ad. Akad-sı.
Bakı: [MTN-nin H. Əliyev
ad. Akad.], 2015.-407 s.
Fəaliyyətimiz informasiya
əsrinin tələblərinə uyğun
qurulub: Milli Təhlükəsizlik
Orqanları-96 /S. Fərzəliyev//
Xalq qəzeti .-2015.- 19 mart.-
S.9.
Xalqın və dövlətin ehtimadını
doğrultmaq vəzifəsi Milli
Təhlükəsizlik orqanları - 96
/F.Abasoğlu//Kaspi.-2015.-
17 mart.- S.10.
Xüsusi tarix Milli
təhlükəsizlik orqanları-
96 /H. Ağammədov//Azad
Azərbaycan .-2015.- 11
mart.- S. 3.
Milli təhlükəsizlik orqanları-
96 /C. Qasımov//Səs .-2015.-
11 mart.- S. 7.
Təhlükəsizlik orqanlarının
tarixi milli yaddaşın mühüm
hissəsidir: Milli təhlükəsizlik
orqanları-96 /R. Bağırov //İki
sahil .-2015.- 10 fevral.- S.8.
İ n t e r n e t d ə
www.anl.az
wwwmtn.gov.az
www. ebooks.preslib.az
MART
119
MART
Azərbaycanlıların Sоyqırımı Günü
1918
MART
31
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş
və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini al-
mamış soyqırımı tarixin açılmamış səhifələrindən
biridir.
1813-cü və 1828-ci illərdə imzalanmış Gülüs-
tan və Türkmənçay müqavilələri Azərbaycan
xalqının parçalanmasının, tarixi torpaqlarımızın
bölünməsinin əsasını qoymuşdu. Azərbaycan xalqı-
nın bu milli faciəsinin davamı kimi onun torpaqla-
rının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət
gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə
Azərbaycan torpaqlarına köçürülməsi həyata keçi-
rildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının
ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının əra-
zilərində məskunlaşdırılan ermənilər orada yaşa-
yan azərbaycanlılarla müqayisədə azlıq təşkil et-
mələrinə baxmayaraq öz havadarlarının himayəsi
altında “Erməni vilayəti” adlandırılan inzibati böl-
günün yaradılmasına nail oldular. Belə süni ərazi
bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaq-
larından qovulması və məhv edilməsi siyasətinin
bünövrəsi qoyulmuş, “Böyük Ermənistan” ideyaları
təbliğ olunmağa başlanmışdı. “Böyük Ermənistan”
yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları
1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq
şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata
keçirmişdilər. Ermənilərin Bakıdan başlanan
vəhşilikləri Azərbaycanı və indiki Ermənistan
ərazisindəki Azərbaycan kəndlərini əhatə etmiş-
di. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yerlə
yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə
qətlə yetirilmişdi.
Birinci Dünya müharibəsi, eləcə də Rusiyada baş
vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən
məharətlə istifadə edən ermənilər öz iddialarını
bolşevik bayrağı altında reallaşdırmağa nail ol-
muşdular. 1918-ci ilin mart ayından etibarən əks-
inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı
Kommunası tərəfindən ümumən Bakı quberniyası-
nı azərbaycanlılardan təmizləmək məqsədi güdən
mənfur planın həyata keçirilməsinə başlanılmışdı.
Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər
Azərbaycan xalqının yaddaşına əbədi həkk olun-
muşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız mil-
li mənsubiyyətinə görə məhv edilmişdi. Ermənilər
evlərə od vurmuş, insanları diri-diri yandırmışlar.
Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları,
məscid və digər abidələri dağıtmış, Bakının böyük
bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı,
Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Nax-
çıvanda, Lənkəranda və Azərbaycanın başqa böl-
gələrində xüsusi qəddarlıqlarla həyata keçirilmiş-
dir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət
abidələri dağıdılıb məhv edilmişdir.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin
məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə
Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqla-
rını Ermənistan SSR-in ərazisi elan etmişdilər. Son-
rakı dövrdə bu ərazilərdəki azərbaycanlıların depor-
Tarixdə bu gün
120
tasiya edilməsi siyasətini daha da genişləndirmək
məqsədilə yeni vasitələrə əl atmışdılar. Bunun
üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr
1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və
başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi
qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların
öz tarixi torpaqlarından kütləvi surətdə deportasi-
yasına dövlət səviyyəsində nail olmuşdular.
Erməni millətçiləri öz havadarlarının köməyi
ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına
qarşı kəskin mənəvi təcavüz kampaniyasına baş-
lamışdılar. Keçmiş sovet məkanında müntəzəm
şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli
mədəniyyətimizin, klassik irsimizin, memarlıq
abidələrimizin ən nəfis nümunələrinin erməni xal-
qına mənsub olduğunu sübut etməyə çalışırdılar.
Eyni zamanda, onlar tərəfindən bütün dünyada
azərbaycanlıların mənfi obrazını formalaşdırmaq
cəhdləri də güclənmişdi. “Yazıq, məzlum erməni
xalqı”nın surətini yaradaraq əsrin əvvəlində regi-
onda baş verən hadisələr şüurlu surətdə təhrif olun-
muş, azərbaycanlılara qarşı soyqırım törədənlər
soyqırım qurbanları kimi qələmə verilmişdi.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan
İrəvan şəhərindən və Ermənistan SSR-in digər
bölgələrindən soydaşlarımız təqiblərə məruz qala-
raq kütləvi surətdə qovulmuşlar. Azərbaycanlıların
hüquqları ermənilər tərəfindən kobudcasına pozu-
lur, ana dilində təhsil almasına əngəllər törədilir,
onlara qarşı repressiyalar həyata keçirilirdi.
Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş,
toponimika tarixində misli görünməyən qədim
toponimlərin müasir adlarla əvəzolunma prosesi
baş vermişdir.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda
başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız
insanın, o cümlədən çoxlu sayda qoca, qadın və
uşaqların öldürülməsi ilə nəticələnmişdir.
Martın 30-dan aprelin 2-dək davam edən
kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik
etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə
insanı qətlə yetirmiş, müsəlman ziyarətgahlarını
yandırmış, Bakı əhalisinin 400 milyon manatlıq
əmlakını müsadirə etmişdir. Kütləvi qırğınlar za-
manı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir
məscidi aramsız top atəşinə tutulmuş, Bakının ən
möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə”
binası yandırılmışdır.
Azərbaycanlılara qarşı həyata keçirilən
soyqırımı siyasəti, təkcə Bakı şəhəri ilə
məhdudlaşmamışdır. Martın 31-də erməni daş-
nakları Şamaxı qəzasının 53 kəndində 8027
azərbaycanlını, o cümlədən 2560 qadın və 1277
uşağı qətlə yetirmişlər. Qubanın 162 kəndində
öldürülən günahsız azərbaycanlıların sayı isə
16 mindən artıq olmuşdur. Erməni daşnakları
Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağ-
da minlərlə kəndi yandırmış, on minlərlə insanı
vəhşicəsinə qətlə yetirmişlər. 1918-ci il iyulun 15-
də Azərbaycan Demokratik Respublikasının yarat-
dığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlar-
la bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə
təqdim etmiş, 1919-cu ildə Azərbaycan Parlamen-
ti 31 mart tarixinin - azərbaycanlıların soyqırımı
günü kimi qeyd olunması barədə qərar qəbul et-
mişdir. Sovet hakimiyyəti illərində bu tarix yad-
daşlardan silinsə də, müstəqillik dövründə tarixi
sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan
xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı
çoxsaylı araşdırmalar aparılmış, kitablar dərc olun-
muşdur. 1998-ci il martın 26-da Prezident Heydər
Əliyev “Azərbaycanlıların soyqırımı haqqında”
Fərman imzalamışdır. Həmin gündən başlayaraq
31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü
kimi qeyd olunur.
Ə d ə b i y y a t
Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi /[müəl.
İ.Hüseynli və b.]; ideya rəhbəri R.Mehdiyev; red. Ə.Həsənov; bu-
rax. məs. B.Sadıqov.- Bakı: [s.n.], 2012.- C.I.- 444 s.; C.II- 422 s.
İsgəndərov, A. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin
tarixşünaslığı: 1918-1920 /A.İsgəndərov; elmi red.: Y.Mahmudov,
F.İbrahimli; xüsusi red. Ş.Yaqubov.- Bakı: Adiloğlu, 2006.- 396 s.
Həmidov, H.Azərbaycanlıların soyqırımı erməni terrorizminin
tərkib hissəsi kimi /H. Həmidov ; elmi red. R. Mirzəzadə ; red. T.
Quliyev..-Bakı: Qartal, 2015.-58 s.
31 Mart Azərbaycanlıların soyqırımı günüdür : məqalələr toplusu
: [elmi - praktik seminar] /Azərb. Resp. Nazirlər Kabineti yan.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni
Mərkəz ; elmi red. V. Quliyeva .-Bakı: Elm və təhsil, 2015.-231 s.
Мархулия, Г. Геноцид Азербайджанцев /Г. Мархулия.-Тбилиси:
[Меридиани], 2015.-625 с.
121
APREL
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
C.
C.
Ş.
B.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
®
Ümumdünya Gülüş Günü (01.04.1564)
•
Kəlbəcər rayonunun işğalı günü (02.04.1993)
•
Beynəlxalq Mədəniyyət Günü (15.04.1935)
•
Tarixi Abidələrin Mühafizəsi Günü (18.04.1983)
•
Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü
•
(23.04.1996)
Ulu Nizaminin qəbrinin üstündə tarixi keçmişdən xəbər verən memarlıq quruluşunda
tikilmiş, xarici görkəmi səliqəli olan abidə olmamışdır. 1940-cı ildə milli memarlıq üslubun-
da, əvvəlcədən işlənib hazırlanmış layihə əsasında Məqbərənin əsaslı inşasına başlanmışdır.
Böyük Vətən müharibəsi bu işi bir qədər ləngitmiş, müharibədən sonra Məqbərənin tikintisi
tamamlanmış və 1947-ci ildə Nizaminin anadan olmasının 800 illiyi münasibətilə hündürlü-
yü 15,2 metr olan abidənin təntənəli açılışı olmuşdur.
1979-cu ildə ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik edərkən “Azərbaycanın
böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini
yaxşılaşdırmaq tədbirləri haqqında” Azərbaycan KP MK-nın qəbul etdiyi 6 yanvar tarixli
qərarında bu məsələ də öz əksini tapmışdır.
Məqbərəni milli üslubda yenidən qurmaq və onun ətrafındakı ərazini abadlaşdırmaq
haqqında konkret qərar 1981-ci ildə şairin 840 illik yubileyinin Azərbaycan Respublikasının
rəhbəri Heydər Əliyevin diqqəti və cəsarətli mövqeyi sayəsində sovetlər birliyi məkanında
böyük təntənə ilə qeyd olunduğu ərəfədə verilmişdir.
1991-ci ildə YUNESKO-nun təşəbbüsü ilə Nizami Gəncəvinin anadan olmasının 850 il-
lik yubileyinin dünya miqyasında qeyd olunması ərəfəsində Heydər Əliyevin bilavasitə qərarı
və təşəbbüsü ilə Nizami Məqbərəsinin yenidən qurulmasına xüsusi diqqət yetirilmişdir.
Nizami dünyasının böyüklüyü ilə həmahəng olan möhtəşəm Məqbərə kompleksi 1991-
ci ilin sonunadək tikilib qurtarmışdır. Məqbərə Azərbaycanın XII əsr memarlıq üslubunda
tikilmiş və milli bədii cizgiləri özündə cəmləşdirmişdir.
Abidənin silueti Gəncə şəhərinin embleması kimi qəbul edilmişdir. Gəncənin şərq
istiqamətindəki girişində quraşdırılmış, şəhərin adını və simvolik rəmzlərini əks etdirən
konstruksiyanın ümumi görünüşündə də Nizami Məqbərəsinin silueti təsvir edilmişdir.
Məqbərənin ətrafı başdan-başa yenidən qurulmuş, abadlaşdırıla
raq 6 hektar sahədə ya-
şıllıqlar yaradılmış və ağaclar əkilmiş, “Xatirə” parkı salınmışdır.
1 aprel
Gün çıxır 07:26
Gün batır 20:21
30 aprel
Gün çıxır 06:42
Gün batır 20:52
21 mart-
20 aprel
Qoç bürcünün
nişanəsi
oddur. Marsın
himayəsindədir.
Günəşin Qoç
bürcündən
keçdiyi dövrdə
doğulanlar
qüvvətli və çevik
olurlar.
875 il
1141-1209
Nizami Gəncəvi
122
Milli ədəbiyyat
Şair Əlibəyli Ənvər Əliverdi oğlunun (01.04.1916-07.05.1968) anadan
olmasının 100 illiyi
Şair, publisist, tərcüməçi Qarayeva Xanım İsmayıl qızının (10.04.1956) anadan
olmasının 60 illiyi
Tənqidçi, ədəbiyyatşünas alim, nasir Eminov Allahverdi İsgəndər oğlunun
(10.04.1941) anadan olmasının 75 illiyi
Maarif xadimi, yazıçı Qənizadə Sultanməcid Hacı Murtuzəli oğlunun
(24.04.1866-1937(1942)) anadan olmasının 150 illiyi
Dostları ilə paylaş: |