İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.youtube.com
Aktyor
MART
8
93
MART
15
Teatr.Kino
105
illiyi
Əyyub Haqverdiyev
1911-1996
Əyyub Məmmədəli oğlu Haqverdi-
yev 1911-ci il mart ayının 15-də Nax-
çıvanda anadan olmuşdur. 1930-cu
ildə Naxçıvan Pedaqoji Texnikumunu
bitirmişdir. Tələbə vaxtlarından, yəni
1929-cu ildən Naxçıvan teatrında akt-
yor işləmiş və heç vaxt səhnədən ayrıl-
mamışdır.
Ömrünün altmış ilə yaxın dövrünü
Naxçıvan teatrında keçirmişdir. Müxtəlif
səpkili rollarda uğurlar qazanmış akt-
yorun yaradıcılıq imkanları komik per-
sonajların ifasında daha ifadəli şəkildə
təcəssüm tapmışdır. Yaradıcılığı xarakter
əlvanlığı və janr müxtəlifliyi ilə seçilən
Əyyub Haqverdiyevin əsas rolları:
Dövlət bəy, İmamverdi, Əmirqulu, Aq-
şin, Mazandaranski, Şərif, Məmmədəli
bəy (“Aydın”, “1905-ci ildə”, “Yaşar”,
“Od gəlini”, “Oqtay Eloğlu”, “Almaz”
və “Sevil”, C.Cabbarlı), Serqo (“Şeyx
Sənan”, H.Cavid), Kürd Musa, Xos-
rov (“Vaqif” və “Fərhad və Şirin”,
S.Vurğun), Mehdi (“Qaçaq Nəbi”,
S.Rüstəm), Pardon Qurbanəli (“Həyat”,
M.İbrahimov), Qoca Moor (“Qaçaqlar”,
F. Şiller), Əhmədi Biqəm (“Adamın ada-
mı”, Anar), Taveriya (“Sevilya ulduzu”,
Lope de Veqa), Məşədi Oruc (“Ölülər”,
C.Məmmədquluzadə), Məmiş (“İtiril-
miş sağlıq”, H.İbrahimov) obrazlarıdır.
Aktyor teatrın opera və operet-
ta tamaşalarında da səhnə obrazları
ifa etmişdir. Bunların arasında Üzeyir
bəy Hacıbəylinin “Leyli və Məcnun”
(Məcnunun atası), “Əsli və Kərəm”
(Keşiş) operalarında, “Məşədi İbad”
(Məşədi İbad), “Arşın mal alan” (Vəli)
operettalarında, Şıxəli Qurbanov və Sü-
leyman Ələsgərovun “Olmadı elə, oldu
belə” (Alanzadə), “Özümüz bilərik”
(Bəbirli), Məhərrəm Əlizadə və Fikrət
Əmirovun “Gözün aydın” (Qəhrəman),
Süleyman Rüstəm və Səid Rüstəmovun
“Durna” (Dursun) musiqili komedi-
yalarında yaratdığı rollar tamaşaçılar
tərəfindən böyük maraqla qarşılanmış-
dır.
Azərbaycan mədəniyyətinin inkişa-
fındakı xidmətlərinə görə 17 iyun 1943-
cü ildə “Azərbaycan Respublikasının
Əməkdar artisti”, 14 oktyabr 1964-cü
ildə “Xalq artisti” fəxri adlarına layiq
görülmüşdür.
Qocaman yaşında da səhnədən uzaq
düşməyən aktyor Əyyub Haqverdiyev
1996-cı il iyul ayının 7-də Naxçıvanda
vəfat etmişdir.
Ə d ə b i y y a t
Haqverdiyev Əyyub
//Azərbaycan Sovet
Ensiklopediyası: 10
cilddə.- Bakı, 1987.-
C.10.- S.125.
Haqverdiyev Əyyub
//Naxçıvan Ensiklope-
diyası.- Bakı, 2002.-
S.177-178.
Rəhimli, İ. Əyyub
Haqverdiyev /İ.Rəhimli
//Rəhimli İ. Azərbaycan
teatr tarixi.- Bakı,
2005.- S.229.
İ n t e r n e t d ə
www.anl.az
adam.az
www.az.wikipedia.org
www.musigi-dunya.az
Aktyor
94
Aktyor
Teatr.Kino
120
illiyi
21
MART
Kazım Ziya
1896-1956
Ə d ə b i y y a t
Səhnə dili haqqında
/K.Ziya.- Bakı: AzSSR,
1947.- 77 s.
Kazımov, T. Kazım
Ziya.- Bakı: Azərnəşr,
1968.- 95 s.
Böyük səhnənin unudul-
maz adı - Kazım Ziya:
həm gözəl aktyor, həm
tərcüməçi //Azadlıq.-
2012.- S. 14.
Kazım Ziya
//Azərbaycan Sovet
Ensiklopediyası: 10
cilddə.- Bakı, 1981.-
C.5.- S.209.
Rəhimli, İ. Kazım Ziya
/İ.Rəhimli //Rəhimli
İ. Azərbaycan teatr
tarixi.- Bakı, 2005.-
S.258-259.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
Kazım Cəfər oğlu Kazımzadə (Kazım
Ziya) 1896-cı il mart ayının 21-də Ordu-
bad rayonunun Yuxarı Əylis kəndində
anadan olmuşdur. Yeniyetmə yaşların-
dan ərəb və fars dillərini mükəmməl
öyrənmişdir. Sonralar rus və fransız
dillərini də mənimsəyən gənc 1911-ci
ildə əmisi Hüseynin ailəsi ilə Bakıya
köçmüşdür. 1912-ci ilin payızında “İtti-
had” İran gimnaziyasına daxil olmuşdur.
Bir il sonra Kazım məktəbdə ədəbiyyat
dərnəyi yaratmış, 1914-cü ildə Hü-
seyn Ərəblinski başda olmaqla teatr
fədailəri “İttihad” məktəbində xeyriyyə
məqsədilə Əbdürrəhim bəy Haqverdiye-
vin “Bəxtsiz cavan” faciəsinin tamaşası-
nı hazırlamış, bununla da öz taleyini teatr
sənətinə bağlamışdır. Milli Dram Teat-
rının tamaşalarında fəal iştirak etsə də,
truppanın ştatına 1922-ci ildə götürül-
müşdür. Bir müddət Naxçıvana getmiş,
1925-ci ildə yenidən Bakıya qayıdaraq
Bakı Türk İşçi və Kəndli Teatrının trup-
pasına daxil olmuşdur. Bakı Türk İşçi
Teatrı 1933-cü ildə Gəncəyə köçərkən
Kazım Ziya da doğma kollektivdən ay-
rılmamışdır. 1936-cı ildən 1938-ci ilədək
Tiflisdə və İrəvandakı dövlət teatrların-
da aktyorluq etmiş, 1938-ci ildə Bakı-
ya gələrək Milli Dram Teatrının trup-
pasına daxil olmuşdur. Həm faciə, həm
də məhəbbət qəhrəmanlarını, xeyirxah
insan obrazlarını oynamış Kazım Ziya
mürəkkəb səciyyəli xarakterik rollarda
əsl sənət qələbələri qazanmışdır. Səlis
səhnə danışığı, aydın və məftunedici
diksiyası, yüksək səhnə mədəniyyəti,
dərin mütaliəsi, geniş dünyagörüşü ilə
işlədiyi bütün teatrlarda kollektivin bö-
yük rəğbətini qazanmış Kazım Ziyanın
zəngin yaradıcılığı öz dəyər və mənası ilə
milli teatr sənətimizin parlaq səhifələrini
təşkil edir. Səhnə səmimiyyəti və yüksək
intellektuallığı ilə seçilən aktyorun Mil-
li Dram Teatrında yaratdığı əsas rol-
lardan: Arif, Dərviş (“İblis” və “Şeyx
Sənan”, H.Cavid), Vaqif, Söhbət (“Va-
qif” və “Xanlar”, S.Vurğun), Surxay,
Usta Segah (“Toy” və “Xoşbəxtlər”,
S.Rəhman), Piri baba (“Eşq və intiqam”,
S.S. Axundov), Şeyx Nəsrulla (“Ölülər”,
C.Məmmədquluzadə) və b. göstərmək
olar.
“Bismillah”, “Səbuhi” filmlərinə
çəkilmiş, L.Tolstoyun “Canlı me-
yit”, H.İbsenin “Cəmiyyət sütunları”,
V.Sobkonun “İkinci cəbhə arxasın-
da”, A.Dümanın “Qanlı qala” (“Nel
qülləsinin sirri”) pyeslərini və digər
dramları dilimizə tərcümə etmişdir.
Kazım Ziya 17 iyun 1943-cü ildə
birbaşa “Azərbaycan Respublikasının
Xalq artisti” fəxri adına layiq görülmüş-
dür. 1948-ci ildə “Şərqin səhəri” (Ənvər
Məmmədxanlı) tamaşasının bir qrup
yaradıcı heyəti ilə birgə Stalin mükafatı
laureatı və “Lenin“ ordeni laureatı ol-
muşdur.
Görkəmli sənətkar Kazım Ziya 1956-
cı il noyabr ayının 20-də Bakıda vəfat et-
miş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
95
130
illiyi
Sidqi Ruhulla
1886-1959
MART
Ruhulla Fətulla oğlu Axundov (Sid-
qi Ruhulla) 1886-cı il mart ayının 28-də
Bakıda anadan olmuşdur. İlk təhsilini
molla məktəbində alan Sidqi Ruhulla
sonralar Bakıda tacir şagirdi işləmişdir.
İlk dəfə Hüseyn Ərəblinskinin quru-
luş verdiyi Nəcəf bəy Vəzirovun “Adı
var, özü yox” tamaşasında Telli rolunda
çıxış etmişdir. Aktyor Namiq Kama-
lın “Vətən” dramındakı Sidqi rolunda
böyük uğur qazandığına görə həmin
adı özünə təxəllüs götürmüşdür. Sidqi
Ruhulla “Nicat”, “Səfa”, “Həmiyyət”
cəmiyyətlərinin teatr truppalarında,
Abbasmirzə Şərifzadənin rəhbərlik et-
diyi “Müsəlman artistləri ittifaqı”nda,
“Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli
qardaşlarının müdiriyyəti”ndə, Hü-
seyn Ərəblinskinin müxtəlif teatr
dəstələrində, özünün yaratdığı dəstə-
truppada müxtəlif rollarda çıxış et-
mişdir. 1913-cü ildə Moskva teatrla-
rında təcrübə keçən Sidqi İranda və
Gəncədə “Ərəbli”, “Ərəblinski” imza-
ları ilə tamaşalar hazırlamış və özü də
baş rollarda çıxış etmişdir. Aktyor İra-
nın Rəşt, Qəzvin, Xoy şəhərlərində ilk
teatr təşkilatçısı olmuş, Təbrizdə səhnə
sənətinin təbliği məqsədilə “Xeyriyyə”
cəmiyyəti yaratmışdır. Azərbaycanın
qədim paytaxtı olan Təbriz şəhərində
peşəkar teatrın təşəkkülü və inkişafı
onun adı ilə bağlıdır. Özbəkistan Res-
publikasının paytaxtı Daşkənddə Üze-
yir bəy Hacıbəylinin “Leyli və Məcnun”
(30 dekabr, 1916) və “Əsli və Kərəm”
(13 yanvar, 1917) operalarını yerli
özbək və tatar teatr həvəskarlarının işti-
rakı ilə tamaşaya hazırlamışdır. Tiflisdə
isə məşhur bəstəkar Məşədi Cəmil
Əlibəyovun “Seyfəlmülük” operasını
səhnəyə qoymuşdur.
Üç yüzdən çox irili-xırdalı rol oy-
namış, həm ayrı-ayrı truppalarda, həm
də dövlət teatrında rejissorluq etmişdir.
O, Azərbaycan klassiklərindən demək
olar, əksəriyyətinin pyeslərində bir
neçə quruluşda əsas rolları oynamışdır.
Akademik Milli Dram Teatrının 1948
və 1959-cu illərdə Moskva qastrolları
zamanı Sidqi Ruhullanın oyunu dün-
ya şöhrətli rus teatrşünasları tərəfindən
çox yüksək qiymətləndirilmişdir. Akt-
yor “Şərqin səhəri” tamaşasındakı Ağa-
larov roluna görə 1938-ci ildə bir qrup
yaradıcı heyətlə birgə Stalin mükafatına
layiq görülmüşdür.
Milli
teatrın
inkişafındakı
xidmətlərinə görə 1931-ci ildə “Res-
publikanın Əməkdar artisti”, 1938-
ci ildə “Xalq artisti” və 1949-cu ildə
“SSRİ Xalq artisti” fəxri adları ilə təltif
edilmişdir.
Azərbaycan teatrının ən cəfakeş,
fədakar, maarifpərvər sənətkarı Sidqi
Ruhulla 1959-cu il may ayının 5-də
vəfat etmiş və Bakıda Fəxri Xiyabanda
dəfn edilmişdir.
Ə d ə b i y y a t
Cəfərov, M.C. Sidqi
Ruhulla.- Bakı: Azərnəşr,
1956.- 44 s.
Böyük sənət yolçusu -
Sidqi Ruhulla //Azadlıq.-
2011.- 30 iyul.- S. 14.
Rəhimli, İ. Sidqi Ruhulla
/İ.Rəhimli //Rəhimli, İ.
Azərbaycan teatr tarixi.-
Bakı, 2005.- S.283-287.
Seyidzadə, T. Onun sənəti
ölməzdir /T.Seyidzadə
//Azad Azərbaycan.-
2013.- 3 aprel.- S.7.
Zümrüd. Azərbaycan teatr
sənətinin böyük ustadı
//Səs.- 2013.- 29 mart.-
S.12.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.youtube.com
31
Aktyor
MART
28
Teatr.Kino
96
Milli Qəhrəmanlar
Hikmət Nəzərli
1966-1992
Milli Qəhrəman
Ə d ə b i y y a t
Hikmət Bаbа оğlu Nəzərliyə “Аzərbаycаnın Milli Qəhrəmаnı” аdı vеrilməsi hаqqındа: [Sırаvi - Аzərbаycаn Rеspublikаsının
suvеrеnliyinin və ərаzi bütövlüyünün qоrunmаsındа, dinc əhаlinin təhlükəsizliyinin təmin еdilməsində göstərdiyi şəхsi igidlik və şücаətə
görə]: Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Fərmаnı, 9 sеntyаbr 1992-ci il //Аzərbаycаn Rеspublikаsı Аli Sоvеtinin Məlumаtı.- 1992.-
№ 17.- S.23. (Ölümündən sоnrа)
Əsgərоv, V. Hikmət Bаbа оğlu Nəzərli /V.Əsgərov //Аzərbаycаnın Milli Qəhrəmаnlаrı.- Bakı, 2010.- S. 230.
Hikmət Bаbа оğlu Nəzərli //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.-
Bakı, 2008.- S.165.
İsmаyılоv, İ. Nəzərli Hikmət Bаbа оğlu (1966-1992) /İ.İsmayılov //Nəsimi rаyоnunun şəhidləri.- Bakı, 1997.- S.34.
Seyidzadə, M. Nəzərli Hikmət Bаbа оğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.171.
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
www.zengilan.com
Hikmət Bаbа оğlu Nəzərli 1966-cı il
mart ayının 7-də Bаkı şəhərində ziyаlı
аiləsində dünyаyа göz аçmışdır. 1973-
cü ildə Bаkının Хətаi rаyоnundаkı 27
sаylı оrtа məktəbdə ibtidai təhsilə baş-
lamış, bеşinci sinfə qədər burаdа təhsil
аlmışdır. Sonra аiləsi ilə Dаşkəndə köç-
müş və оrtа təhsilini оrаdа tаmаmlа-
mışdır. 1982-ci ildə аnаsı və bаcılаrı ilə
birlikdə yеnidən Bаkıyа qаyıtmışdır.
1984-cü ildə hərbi хidmətə çаğırılmış
və Gürcüstаn Rеspublikаsının Duşеti
şəhərindəki kəşfiyyаt məktəbinə göndə-
rilmiş, 1986-cı ildə оrdudаn tərхis
оlunmuşdur.
Yаnğındаn
mühаfizə
idаrəsində işə düzəlmiş və еyni zаmаndа
Аzərbаycаn Pоlitехnik İnstitutunа (in-
diki Azərbaycan Texniki Universiteti)
qəbul оlunmuşdur. Bir vətənpərvər оğul
kimi еrməni təcаvüzünə, sоydаşlаrımızın
öz dоğmа yurdlаrındаn qоvulmаsınа
bigаnə qаlа bilməmiş, könüllülərdən
təşkil оlunmuş müdаfiə bаtаlyоnunа üzv
yаzılmış, 1991-ci ilin dеkаbrındа хidmət
еtdiyi bаtаlyоnun tərkibində Аğdаm
istiqаmətindəki cəbhəyə yоlа düşmüş-
dür. Həmin gündən Vətənin müdаfiəsi
uğrundа хidmətə bаşlаmışdır. Umud-
lu kəndinin sаkinlərini təhlükəsiz yеrə
аpаrаrkən ağır yaralanmış, bir müddət
müаlicə оlunduqdаn sоnrа yеnidən dö-
yüş yоldаşlаrının yаnınа qаyıtmışdır.
1992-ci il fevral ayının 25-26 tarixlərində
Хоcаlıdа misli görünməmiş fаciə
törədilmiş və Hikmət idаrə еtdiyi mаşınlа
düşmən qаrşısındа mаnеə yаrаdаrаq
uşаqlаrın, qаdınlаrın təhlükəsiz yеrə
аpаrılmаsındа böyük şücаət göstərmişdir.
Sоn məqаmdа bir nеçə döyüş yоldаşı ilə
mеşəyə çəkilmiş və sоnrаkı tаlеyi bаrədə
hеç bir məlumаt yохdur.
Аzərbаycаn Rеspublikаsı Prеzidеnti-
nin 9 sеntyаbr 1992-ci il tаriхli 178 sаylı
Fərmаnı ilə Nəzərli Hikmət Bаbа оğlunа
ölümündən sоnrа “Аzərbаycаnın Milli
Qəhrəmаnı” fəxri аdı vеrilmişdir.
50
illiyi
MART
7
97
MART
Milli Qəhrəmanlar
65
illiyi
Nurəddin İbrahimov
1951-1995
Nurəddin İslam oğlu İbrahimov 1951-
ci il mart ayının 16-da Bakı şəhərində
anadan olmuşdur. 1969-cu ildə 125 saylı
orta məktəbi bitirmiş, 1970-ci ildə ordu
sıralarına çağırılmışdır. Hərbi xidmətdən
sonra Bakı Aqreqatlar Zavodunun Tex-
niki nəzarət şöbəsində əmək fəaliyyətinə
başlamışdır. 1975-ci ilin iyulunda Bay-
kal Amur Magistralının tikintisində
işləməyə getmiş, 1978-ci ildə İrkutsk
şəhər Daxili İşlər İdarəsində işə qəbul
edilmiş, 1981-ci ilin mayında SSRİ Da-
xili İşlər Nazirliyinin Xabarovsk şəhər
Ali Milis məktəbinə qəbul olmuşdur. O,
1982-ci ildə İrkutsk şəhərində baş sahə
inspektoru vəzifəsini icra etmişdir.
1986-cı
ildə
ali
təhsilini
müvəffəqiyyətlə başa vuraraq həmin il
“Əla xidmətə görə” medalı ilə təltif olun-
muşdur. 1988-ci ildə onu daha bir məsul
vəzifəyə - Cinayət axtarışı şöbəsinin
rəisi vəzifəsinə təyin etmişlər. 1989-cu
ildə o, İrkutsk Şəhər Sovetinə deputat
seçilmişdir.
1990-cı ildə Azərbaycana qayıtmış, elə
həmin il Laçın rayon Daxili İşlər Şöbəsinə
(DİŞ) sahə müvəkkili göndərilmiş, bura-
da gedən döyüşlərdə fəal iştirak etmiş-
dir. Döyüşlərin birində yaralanaraq bir
müddət hospitalda müalicə olunmuş,
zədəsi ciddi olduğuna görə 1991-ci ildə
işini Bakı şəhərində davam etdirmiş-
dir. Nurəddin cəbhə xəttindən uzaqda
olmasına baxmayaraq, tez-tez cəbhə
bölgələrinə getmiş, polis yoldaşlarına
yaxından köməklik göstərmişdir. 1993-
cü ildə Kosalar kəndi və Cəbrayıl ra-
yonu uğrunda gedən döyüşlərdə əsl
qəhrəmanlıq göstərdiyinə görə polis ma-
yoru rütbəsinə yüksəlmişdir.
Nurəddin İbrahimov 1995-ci il fev-
ral ayının 10-da Binə qəsəbəsində
cinayətkar dəstənin zərərsizləşdirilməsi
zamanı xüsusi qəhrəmanlıq göstərmiş və
həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidenti-
nin 26 dekabr 1995-ci il tarixli 424 saylı
Fərmanı ilə İbrahimov Nurəddin İslam
oğluna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Buzovna qəsəbə
qəbiristanlığında dəfn edilmişdir.
Buzovna qəsəbəsində küçələrdən biri
və buradakı mədəniyyət evi onun adını
daşıyır. Mədəniyyət evinin qarşısında
büstü qoyulmuşdur.
Milli Qəhrəman
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında: [İbrahi-
mov Nurəddin İslam oğlu - polis mayoru - Azərbaycan Respublikasının dövlətçiliyinin qorunmasında, əmin-amanlığın təmin edilməsində,
qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsində, mütəşəkkil cinayətkarlığa, banditizmə və digər cinayətlərə qarşı mübarizədə
öz xidməti borcunu şərəflə yerinə yetirərkən şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 26 dekabr 1995-ci il //Azərbaycan.- 1995.- 27 dekabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. İbrahimov Nurəddin İslam oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2010.- S.136.
İbrahimov Nurəddin İslam oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı,
2008.- S.102.
Seyidzadə, M. İbrahimov Nurəddin İslam oğlu //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S. 104.
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.milliqahraman.az
MART
16
98
Milli Qəhrəmanlar
Rafiq Nəsrəddinov
1961-1992
Milli Qəhrəman
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Nəsrəddinov Rafiq Hüseyn oğlu - baş leytenant - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında,
Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik
və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə]: Azərbaycan Respublikası
Prezidentinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Nəsrəddinov Rafiq Hüseyn oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2010.- S. 229.
Nəsrəddinov Rafiq Hüseyn oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı,
2008.- S.164-165.
Seyidzadə, M. Nəsrəddinov Rafiq Hüseyn oğlu //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S. 175.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.milliqahraman.az
Rafiq Hüseyn oğlu Nəsrəddinov
1961-ci il mart ayının 18-də Bakı
şəhərində anadan olmuşdur. 1968-
1978-ci illərdə Nərimanov rayonundakı
39 saylı məktəbdə təhsil almışdır. 1979-
cu ildə hərbi xidmətə çağırılmış, 1981-
ci ildə tank qoşunlarında xidmətini başa
vurmuş və Bakı Dövlət Universitetinə
daxil olmuşdur. 1987-ci ildə təhsilini
müvəffəqiyyətlə bitirmişdir. 1992-ci
ildə Səbail rayon Hərbi Komissarlığı
tərəfindən Milli Orduya çağırılmışdır.
Təcrübəli döyüşçü olması cəbhədə
onun işini nisbətən asanlaşdırırdı.
Erməni quldurlarını dəfələrlə ağır
itkilərə məruz qoyaraq geri çəkilməyə
məcbur etmişdi. Göstərdiyi şücaətlərə
görə qısa müddətdə tank bölüyünün
rəisi vəzifəsinə təyin edilmişdir. 6 sent-
yabr 1992-ci il tarixində Ağdərənin Qı-
zılqaya kəndində aparılan son döyüşdə
Rafiq qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 16 sentyabr 1994-cü il ta-
rixli 203 saylı fərmanı ilə baş leyte-
nant Nəsrəddinov Rafiq Hüseyn oğlu
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında
dəfn edilmişdir.
Oxuduğu 39 saylı orta məktəb
qəhrəmanımızın adını daşıyır, bura-
da büstü qoyulmuş, yaşadığı binanın
önünə xatirə lövhəsi vurulmuşdur.
Dostları ilə paylaş: |