Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə15/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

MART

Əmir  Gülbala  oğlu  Mustafayev 

1936-cı il mart ayının 12-də Qusar ra-

yonunda  anadan  olmuşdur.  Orada  4 

saylı  orta  məktəbi  bitirmiş,  1953-cü 

ildə  BDU-nun  filologiya  fakültəsinə 

daxil  olmuşdur.  1958-ci  ildə  universi-

teti  bitirdikdən sonra Moskva Mərkəzi 

Komsomol Məktəbində təhsilini davam 

etdirmişdir.

“O gəldi” adlı ilk hekayəsi 1954-cü 

ildə çap olunmuş, həmin vaxtdan etibarən 

yazıları  ilə  müntəzəm  çıxış  etmişdir. 

1957-1969-cu  illərdə  “Azərbaycan 

pioneri”  qəzeti  redaksiyasında  ədəbi 

işçi, şöbə müdiri, 1971-1976-cı illərdə 

“Ədəbiyyat və incəsənət” qəzeti redak-

siyasında  məsul  katib,  1976-1979-cu 

illərdə  “Azərbaycan”  jurnalı  redak-

siyasında  məsul  katib  vəzifələrində 

çalışmışdır.  Cəfər  Cabbarlı  adına 

“Azərbaycanfilm” kinostudiyasında bir 

il ssenarist olmuş, yenidən “Ədəbiyyat 

və  incəsənət”  qəzeti  redaksiyasına  qa-

yıtmışdır. 

1985-1989-cu  illərdə  Azərnəşrdə 

bədii ədəbiyyat şöbəsində müdir, 1989-

1990-cı  illərdə  “Karvan”  kitablar  seri-

yası redaksiyasında məsul katib, 1990-

1991-ci  illərdə  “Respublika”  qəzeti 

redaksiyasında baş redaktorun müavini, 

1991-1993-cü illərdə “Həyat” qəzetində 

mədəniyyət  şöbəsinin  müdiri,  1993-

2002-ci illərdə “Azərbaycan” qəzetinin 

baş redaktoru vəzifələrində çalışmışdır. 

Yazıçı “Qurd ürəyi”, “Ürəkdən asılan 

yük”, “Qara zolaq” kimi romanların, 20 

povestin, 200 hekayənin, 500-dən artıq 

publisistik  yazının  və  müxtəlif  səpkili 

məqalələrin müəllifidir. Onun bir neçə 

povest  və  hekayəsi  Türkiyədə,  İranda, 

İraqda və Rusiyada nəşr edilmişdir. 

Rəsmi nümayəndə heyəti tərkibində 

Türkiyədə, Kiprdə, Çində səfərlərdə ol-

muşdur.

60  illik  yubileyi  ilə  əlaqədar 



ədəbiyyatda və jurnalistikada göstərdiyi 

xidmətlərinə  görə  yazıçı  1996-cı  ildə 

“Tərəqqi”  medalı  ilə  təltif  edilmiş, 

“Araz” ali ədəbi mükafata, “Ustad” me-

dia  mükafatına,  “Kamil  sənətkar”  ali 

jurnalist mükafatına layiq görülmüşdür. 

Prezident təqaüdçüsü idi.

Əmir Mustafayev 2007-ci il iyul ayı-

nın 27-də Bakıda vəfat etmiş, Qusarda  

 dəfn edilmişdir.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri /Ə.Mustafayev.- Bakı: Azərnəşr, 1990.- 422, [2] s.

İçindən asılmış adam: povest və hekayələr /Ə.Mustafayev.- Bakı: Şuşa, 2004.- 503 s.

Sonuncu şeytan: (povest və hekayələr) /Ə.Mustafayev.- Bakı: Gənclik, 1994.- 240 s.

Ürəkdən asılan yük: roman /Ə.Mustafayev.- Bakı: Yazıçı, 1990.- 512 s.

Bizim Əmir müəllim: Azərbaycan mətbuatı - 135 //Azərbaycan.- 2010.- 17 iyul.- S. 6.

Əhmədov, T. Əmir Mustafayev //Azərbaycan yazıçıları (XX-XX1 yüzillikdə): ensiklopedik məlumat kitabı /T.Əhmədov.- Bakı, 2011.- 

S.300.

Yazıçı

12

83

Milli ədəbiyyat 

75 

illiyi

İsa İsmayılzadə

1941-1997     

MART

İsa Mustafa oğlu İsmayılzadə 1941-ci 

il mart ayının 15-də Gürcüstanın Qara-

yazı (indiki Qardabani) rayonunda ana-

dan olmuşdur. Orta məktəbi bitirdikdən 

sonra  1958-1963-cü  illərdə  ADU-nun 

(indiki  BDU)  filologiya  fakültəsində 

təhsil almışdır.

Ədəbi  fəaliyyətə hələ tələbə olarkən,  

1959-cu  ildə  “Aprel  çiçəkləri”  alma-

naxında  və  “Azərbaycan  gəncləri” 

qəzetində (19 iyun 1961) çap etdirdiyi 

şeiri ilə başlamışdır. 

1963-1964-cü  illərdə  Qardabanidə 

orta  məktəbdə  müəllim,  1966-1968-ci 

illərdə  Azərbaycan  Dövlət  Televiziya 

və  Radio  Verilişləri  Komitəsində  re-

daktor,  Azərbaycan  Sovet  Ensiklope-

diyası  baş  redaksiyasında  elmi  redak-

tor,  “Ədəbiyyat  və  incəsənət”  qəzeti 

redaksiyasında ədəbi işçi, şöbə müdiri, 

baş  redaktorun  müavini,  1968-1981-ci 

illərdə  “Ulduz”  jurnalı  redaksiyasında 

şöbə  müdiri,  1981-ci  ildən  ömrünün 

sonunadək  “Azərbaycan”  jurnalı  re-

daksiyasında  baş  redaktorun  müavini 

vəzifələrində çalışmışdır. 

Eyni  zamanda,  1994-cü  ildən 

Azərbaycan  Televiziya  və  Radio 

Verilişləri Şirkətinin musiqili veriliş baş 

redaksiyasında  (müqavilə  ilə)  musiqi 

mətnləri şöbəsinin müdiri kimi fəaliyyət 

göstərmişdir. Şeir və poemaları keçmiş 

SSRİ xalqlarının dillərinə və bir sıra xa-

rici dillərə tərcümə edilmişdir.

Yaradıcılığında poetik tərcüməyə də 

xüsusi  diqqət  vermiş,  1977-ci  ildə  so-

sialist  ölkələri  yazıçılarının  Moskvada 

keçirilən I Beynəlxalq simpoziumunda, 

1978-ci ildə isə Asiya və Afrika ölkələri 

yazıçılarının  Yurmalada  keçirilən 

seminar-müşavirəsində iştirak etmişdir.

1960-cı  ildən  mətbuat  səhifələrində 

öz  şeirləri  ilə  çıxış  etməyə  başlamış, 

1968-ci ildə onun “Ulduzların ad günü” 

adlı ilk şeirlər kitabı çapdan çıxmışdır. 

Sonralar  “İşıqlı  yarpaqlar”  (1972),  

“Torpaq  nəğməsi”  (1977),  “Ömürdən 

keçən qatar” (1980), “Salam Yer kürəsi” 

(1982),  “Yelləncəkdə  yellənən  külək” 

(1985), “Anamla söhbət” (1985), “Ge-

dim  anamdan  soruşum”  (1987),  “Bir 

ömürlük  gecə”  (1989),  “Seçilmiş 

əsərləri” (1991), “Vurağan, tutağan, ya-

tağan” (1992) kitabları işıq üzü görmüş-

dür.


Bir  neçə  filmin  yaradıcı  heyətində 

yer  almış  -  “Qarabağ  bülbülləri” 

(1977), “Belə bir şəhər var” (1982), İn-

tizar (1986) sənədli və bədii filmlərinin 

ssenari  müəllifi,  “Bəyin  oğurlanması” 

(1986)  komediya  bədii  filminin  mahnı 

mətnlərinin müəllifi olmuşdur. 

1969-cu  ildən Azərbaycan Yazıçılar 

Birliyinin üzvü idi. 

1980-ci ildə Azərbaycan Lenin kom-

somolu mükafatı laureatı olmuşdur.

Şair,  tərcüməçi,  publisist  İsa 

İsmayılzadə 1997-ci il iyul ayının 14-də  

Bakı şəhərində vəfat etmişdir.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri: şeirlər, 

poemalar /İ.İsmayılzadə.- 

Bakı: Azərnəşr, 1991.- 

343 s.

Gözləyin, dünyaya 

qayıtmağım var...: şeirlər, 

seçmələr /İ.İsmayılzadə.- 

Bakı: Qanun, 2006.- 519 

s. 

Yelləncəkdə yellənən 

külək /İ.İsmayılzadə.- 

Bakı: Gənclik, 1985.- 99 

s. 

Abbaslı, T. Ziya dolu 

poeziya: Üzdə həlim, içdə 

təlatüm-İsa İsmayılzadə... 

/T.Abbaslı //Mədəniyyət.- 

2014.- 14 mart.- S. 13.

Abdin, T. Geriyə baxan-

da, ikinci dönəm: İsa 

İsmayılzadə /T.Abdin      

//Ədalət.- 2013.- 24 

avqust.- S.15.

Əhmədov, T. İsa 

İsmayılzadə //Azərbaycan 

yazıçıları (XX-XX1 

yüzillikdə): ensiklo-

pedik məlumat kitabı 

/T.Əhmədov.- Bakı, 

2011.- S.482.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.adam.az

www.anl.az 

15

Şair

84

Milli ədəbiyyat 

110 

illiyi

Səməd Vurğun

1906-1956    

MART

Səməd  Yusif  oğlu  Vəkilov  (Səməd 

Vurğun)  1906-cı  il  mart  ayının  21-

də  Qazax  rayonunun  Yuxarı  Salahlı 

kəndində anadan olmuş, ibtidai məktəbi 

bitirib Qazax Müəllimlər Seminariyası-

na daxil olmuşdur. 1924-1929-cu illərdə 

Qazax,  Gəncə  və  Quba  məktəblərində 

müəllim  kimi  fəaliyyət  göstərmişdir. 

Bu  dövrdə  “Qızıl  qələm”  ədəbiyyat 

cəmiyyətinin  Gəncə  şöbəsində  fəal  ça-

lışmış və yeni şeirlərini dövri mətbuatda 

müntəzəm  çap  etdirmişdir.  1929-1931-

ci illərdə Moskva Dövlət Universitetinin 

ədəbiyyat  fakültəsində  təhsil  almışdır. 

Bakıya  qayıdaraq Azərbaycan  Pedaqoji 

İnstitutunu (indiki ADPU) bitirmiş, Dil 

və  ədəbiyyat  fakültəsində  aspirant  ol-

muşdur. 1930-cu ildə onun “Şairin andı” 

adlı  ilk  şeirlər  kitabı  çapdan  çıxmışdır. 

1934-cü ildə Azərbaycan Sovet yazıçıla-

rının I qurultayında İttifaqın məsul katibi 

seçildiyindən  aspiranturanı  tərk  etmiş-

dir. 1934-cü ildə Ümumittifaq sovet ya-

zıçılarının  I  qurultayında Yazıçılar  Bir-

liyi rəyasət heyətinin üzvü, 1935-ci ildə 

ZSFSR  Mərkəzi  İcraiyyə  Komitəsinin 

üzvü  seçilmişdir.  1938-ci  ildə  “Vaqif”, 

1939-cu  ildə  “Xanlar”,  1942-ci  ildə 

“Fərhad  və  Şirin”,  1945-ci  ildə  yazdı-

ğı  “İnsan”  mənzum  pyesləri  ölkənin 

mədəni  həyatında  böyük  hadisəyə  çev-

rilmişdir.

Şair  tərcüməçilik  fəaliyyəti  ilə  də 

məşğul olmuş, 1935-ci ildə A.S.Puşkinin 

“Yevgeni  Onegin”  mənzum  poeması-

nı,  1937-ci  ildə  isə  Şota  Rustavelinin 

“Pələng  dərisi  geymiş  pəhləvan”  poe-

masının bir hissəsini, 1940-cı ildən baş-

layaraq  Nizami  Gəncəvinin  “Leyli  və 

Məcnun”  poemasını  Azərbaycan  dilinə 

tərcümə  etmişdir.  1942-ci  ildə  “Fərhad 

və Şirin” poemasına görə Stalin mükafa-

tı laureatı olmuşdur.

Uzun müddət Azərbaycan Sovet Ya-

zıçıları İttifaqı rəyasət heyətinə rəhbərlik 

etmişdir.  1954-cü  ildə  Azərbaycan  EA 

prezidentinin müavini seçilmişdir. Xari-

ci Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin 

sədri, Sovet Sülhü Müdafiə Komitəsinin 

üzvü  olduğu  illərdə  sülh  uğrunda  mü-

bariz  kimi  SSRİ  nümayəndə  heyətinin 

tərkibində beynəlxalq görüşlərdə zülmə, 

ədalətsizliyə  və  müstəmləkəçiliyə  qarşı 

etiraz  səsini  ucaltmışdır.  Onun  əsərləri 

rus, gürcü, tacik, ukrayna, özbək, çin, in-

gilis, alman, polyak, bolqar və s. dillərə 

tərcümə olunmuşdur.

1941-1942-ci  illərdə  iki  dəfə  SSRİ 

Dövlət  mükafatı  laureatı  olmuşdur. 

1945-ci ildə Azərbaycan EA-nın həqiqi 

üzvü seçilmişdir.

1943-cü  ildə  “Əməkdar  incəsənət 

xadimi”, 1956-cı ildə filologiya elmləri 

fəxri  doktoru  və  “Xalq  şairi”  (ilk 

Azərbaycan  Xalq  şairi)  fəxri  adına  la-

yiq görülmüşdür. İki “Lenin” ordeni, iki 

“Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf 

nişanı” ordeni və medallarla təltif edil-

mişdir.  Şairin  yaradıcılığı  haqqında  bir 

neçə dissertasiya yazılmışdır.

Səməd Vurğun 1956-cı il may ayının 

27-də vəfat etmiş, Bakı şəhərində, Fəxri 

Xiyabanda dəfn olunmuşdur.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 5 

cilddə /S.Vurğun.- Bakı: 

Şərq-Qərb, 2005.

Aygün: poema /S.Vurğun; 

çapa haz. Aygün.-Bakı: 

Adiloğlu, 2004.-143 s.

Şeirlər /S.Vurğun             

//Ədalət.- 2015.- 20 

mart.- S.13.

Bayramov, A. Səməd Vur-

ğun: Milli və ümumbəşəri 

/A.Bayramov.- Bakı: 

Səda, 2006.- 315 s.

Vəliyev, F. Səməd 

Vurğun və Azərbaycan 

etnoqrafiyası /F.Vəliyev, 

R.Əfəndiyev; red. 

A.Vurğunqızı.- Bakı: 

Çinar-Çap, 2006.-202 s.

Səməd Vurğun-105 

[İzomaterial]: [12 ədəd 

açıqca dəsti] /tərt. ed. və 

red. A.Vəkilova; dizayner 

Z.Məmmədov; foto 

E.Feyzullayev; S.Vurğun 

Fondu; “Aşıq Şəmşir” 

Mədəniyyət Ocağı İctimai 

Birliyi.- Bakı: Elm və 

təhsil, 2011.- 12 əd. ay-

rıca v. ill. bükmə və cild 

üzlüyündə.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.samadvurgun.com.

az

21

Şair

85

Milli ədəbiyyat 

85 

illiyi

Əli Kərim 

1931-1969    

MART

Əli Paşa oğlu Kərimov (Əli Kərim) 

1931-ci  il  mart  ayının  22-də  Göyçay-

da  anadan  olmuşdur.  Orta  məktəbi 

bitirdikdən 

sonra, 


1949-1951-ci 

illərdə  M.Əliyev  adına  Azərbaycan 

Dövlət  İncəsənət  İnstitutunun  (indi-

ki  Azərbaycan  Dövlət  Mədəniyyət  və 

İncəsənət  Universiteti)  teatrşünaslıq 

fakültəsində  üç  il  təhsil  almış,  1951-

ci  ildə  Moskva  şəhərindəki  M.Qorki 

adına  Ədəbiyyat  İnstitutunda  oxu-

mağa  göndərilmiş,  1955-ci  ildə  oranı 

fərqlənmə  diplomu  ilə  bitirmişdir.  Ba-

kıya  qayıtdıqdan  sonra  “Azərbaycan” 

jurnalı  redaksiyasında  işləmiş,  Şeir 

şöbəsinin müdiri olmuşdur.

Ədəbi  yaradıcılığa  1948-ci  ildə 

“Azərbaycan  pioneri”  qəzetində  çap 

etdirdiyi “Təzə müəllim” şeiri ilə başla-

mışdır. 

1957-ci  ildə  Moskvada  keçirilən 

gənclərin  və  tələbələrin  VI  ümumdün-

ya festivalında “İlk simfoniya” poeması 

mükafata  layiq  görülmüşdür.  İlk  kitabı 

1958-ci  ildə  Azərbaycan  Ədəbiyyatı 

Dekadası  münasibəti  ilə  rus  dilində 

çıxan  “Два  влюбленных”  (İki  sevgi-

li)  kitabı  olmuşdur.  “Həmişə  səfərdə” 

(1963),  “Qızıl  qanad”  (1965),  “Qay-

tar  ana  borcunu”  (1970),  “Uşaqlar  və 

ulduzlar”  (1971),  “Səfərdən  sonra” 

(1972),  “Pillələr”  (1978,  1987),  “Se-

çilmiş  əsərləri”  (I  cild,  1974,  II  cild 

1975; 2 cilddə, 1991), “Qayıt” (1983), 

“Mavi  nəğmənin  sahilində”  (1991), 

“Neyləyim,  şeirlə  dərd  söyləyirəm” 

(1999)  və  s.  kitabları  çap  edilmiş, 

Azərbaycan  şairi  Əhməd  Cəmildən  və 

rus  yazıçısı  Lev Tolstoydan  bəhs  edən 

edən sanballı məqalələr çap etdirmişdir. 

Şairin əsərlərindən bir çoxu ölümündən 

sonra işıq üzü görmüşdür.

Bəşərilik  Əli  Kərim  şeirinin 

mahiyyətini  müəyyən  edən  əsas 

səciyyəvi  xüsusiyyətlərdəndir.  Şairin 

bədii yaradıcılığının tədqiqinə həsr edil-

miş  “Əli  Kərim”  (Sona  Xəyal,  2011), 

“Azərbaycan  poeziyasında  Əli  Kərim 

mərhələsi”,  “Əli  Kərim  üslubu,  yaxud 

fərdi yaradıcılığından ədəbiyyat tarixinə 

baxış”  (Cavanşir Yusifli  -  2005,  2010) 

monoqrafiya və məqalələr

 

çap edilmiş-



dir. 

Altay Məmmədovun “Tanıdığım Əli 

Kərim”,  Feyzi  Mustafayevin  “Dinmə, 

ey  kədər”,  Elza  Kərimin  “Nə  xoşbəxt 

imişəm” xatirələr kitabı çapdan çıxmış-

dır.


Əli  Kərim  60-cı  illər  Azərbaycan 

ədəbiyyatında  “İntibah  dövrü”  kimi 

qiymətləndirilən bir mərhələnin ən par-

laq simalarından ola bildi...

Görkəmli şair Əli Kərim 1969-cu il 

iyun  ayının  30-da  Bakıda  vəfat  etmiş, 

Göyçayda dəfn olunmuşdur. 

Göyçay şəhərində  büstü qoyulmuş, 

Əli  Kərim  parkı  salınmışdır.  Sumqa-

yıt şəhərində Əli Kərim poeziya klubu 

fəaliyyət göstərir.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 2 cilddə 

/Ə.Kərim.- Bakı: Şərq-

Qərb, 2013-2014.

Xəyal, S. Əli Kərim: 

yaradıcılığı əsasında 

/S.Xəyal; red. 

T.Həsənzadə; ön söz. 

müəl. F.Qoca.- Bakı: Elm 

və təhsil, 2011.-102 s.

Kələntərli, K. Bu 

səfər bitən deyil... 

/K.Kələntərli.- Bakı: 

Vektor, 2007.- 158 s.

Mustafayev, F. Dinmə, ey 

kədər /F.Mustafayev; red. 

S.Sarvan.- Bakı: Adiloğ-

lu, 2007.- 140 s.

Əhmədov, T. Əli Kərim 

/T.Əhmədov //Azərbaycan 

yazıçıları (XX-XX1 

yüzillikdə): ensiklopedik 

məlumat kitabı.- Bakı, 

2011.- S.267.

Yusifli, V. Əli Kərim no-

vatorluğu: əbədi səfərdə 

/V.Yusifli //525-ci qəzet.-

2015.- 2 aprel.- S.6.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.adam.az

http://www.azyb.net/

cgi-bin/jurn/main.

cgi?id=2412

22

Şair


86

Milli ədəbiyyat 

95 

illiyi

Nurəddin Babayev

1921-1991     

MART

Nurəddin Həsən oğlu Babayev 1921-

ci il mart ayının 23-də Gəncə şəhərində 

anadan  olmuşdur.  Orta  məktəbi  Bakı 

şəhərində  bitirmiş,  1944-1949-cu  illər-

də  ADU-nun  (indiki  BDU)  filologiya 

fakültəsində təhsil almışdır. Ədəbi fəaliy-

yətə  1939-cu  ildə  başlamış,  müxtəlif 

qəzetlərdə  məqalə,  oçerk  və  hekayələri 

dərc  olunmuşdur.  1940-1941-ci  illərdə 

jurnalistlik fəaliyyətinə “Azərbaycan pi-

oneri”  qəzeti  redaksiyasında  ədəbi  işçi 

kimi başlamışdır.

1941-1943-cü  illərdə  II  Dünya 

müharibəsi dövründə ön cəbhədə döyü-

şən  orduda  olmuş,  vuruşlarda  yaralan-

mış  və  baş  leytenant  rütbəsi  ilə  Bakı-

ya  qayıtmışdır.  1943-1945-ci  illərdə 

“Kommunist”  qəzeti  redaksiyasında 

şöbə  müdiri,  1945-ci  ildə  “Azərbaycan 

müəllimi”  qəzetində  redaktor  müavini, 

1953-cü  ildə  Uşaqgəncnəşrdə  baş  re-

daktor vəzifələrində çalışmışdır. “Əbədi 

qəhrəmanlıq” adlı ilk kitabı 1945-ci ildə 

çap olunmuşdur. 1954-cü ildən AYB-nin 

üzvü seçilmişdir.

C.Cabbarlı  adına  Bakı  kinostudiya-

sında  baş  redaktor  işləmiş,  “Bacarıqlı 

əllər”  (1963),  “Nizami  yurdu”  (1968), 

“Azərbaycan  elmi”  (1969),  “Həyatın 

mənası”  (1979),  “Axtaran  tapar”  və  s. 

elmi-sənədli  filmlərin  ssenari  müəllifi 

olmuşdur.  1958-ci  ildə  “Azərbaycanda 

bədii  oçerkin  inkişafı”  mövzusun-

da  namizədlik  dissertasiyası  müdafiə 

edərək filologiya elmləri namizədi, daha 

sonra filologiya elmləri doktoru alimlik 

dərəcəsi  almış,  1981-ci  ildə  professor 

elmi rütbəsini almışdır.

1969-cu ildə tanınmış alim və yazıçı-

larımız, o cümlədən Nurəddin Babayevin 

səyləri nəticəsində jurnalistika fakültəsi 

yaradılmışdır.  50  illik  elmi-pedaqoji  və 

ədəbi-jurnalistik fəaliyyəti dövründə in-

diki  BDU-da  Jurnalistika  kafedrasının 

müdiri,  jurnalistika  şöbəsinin  müdiri, 

fakültənin  ilk  dekanı  kimi  vəzifələrdə 

çalışmışdır.  Moskva  Dövlət  Universite-

tinin  jurnalistika  fakültəsində  müxtəlif 

məzmunlu mühazirələrlə çıxış etmişdir. 

Elmi əsərlərin jurnalistika seriyasının və 

“Jurnalist”  tədris  qəzetinin  təşkilatçısı 

olmuşdur.  Bundan  başqa  Jurnalistlər 

İttifaqının  təşkil  olunmasında  da  onun 

xidmətləri əvəzsizdir.

Ömrünün sonunadək dövrünün ən çox 

çap olunan yazıçısı olmuşdur. Onun “Qı-

zıl  qələm”  mükafatına  layiq  görülmüş 

“Oğluma  məktublar”  əsəri  Bolqarıstan-

da  “Ədəbiyyat”  dərsliyinə  daxil  edil-

mişdir. 20-dən çox kitabı çapdan çıxmış, 

Azərbaycanda  Ədəbiyyat  və  İncəsənət 

arxivinin təşkilində çox böyük rol oyna-

mış, arxiv xəzinəsinə qiymətli material-

lar vermişdir.

1961-1981-ci  illərdə  SSRİ  döyüş 

medalları  və  Azərbaycan  Respublika-

sı  Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri 

fərmanları ilə təltif edilmiş, 1982-ci ildə  

“Əməkdar incəsənət xadimi” fəxri adla-

rına layiq görülmüşdür.

Nurəddin Babayev 1991-ci il sentyabr 

ayının 25-də Bakıda vəfat etmiş, II Fəxri 

Xiyabanda dəfn edilmişdir.



Ə d ə b i y y a t

Açıq söhbət: publisistik 

düşüncələr /N.Babayev; 

red. S.Məmmədova.-

Bakı: Gənclik, 1982.-

308 s.

Gəlin kişilikdən danışaq 

/N.Babayev.- Bakı: 

Gənclik, 1986.- 357 s.

Əhmədov, T. Nurəddin 

Babayev //Azərbaycan 

yazıçıları (XX-XX1 

yüzillikdə): ensiklo-

pedik məlumat kitabı 

/T.Əhmədov.- Bakı, 

2011.- S.724.

Həmidova, Z. Nağılla-

şan ömür /Z.Həmidova 

//Mədəniyyət.- 2014.- 18 

iyul.- S.11.

Jurnalistikanın ilk deka-

nı... //Azadlıq.- 2013.- 2 

may.- S. 14.

Tərtərli, Q. Gödəlməz 

ömrün səhifələri 

/Q.Tərtərli //Ədalət.- 

2014.- 4 dekabr.- S.4. 

Звезды не гаснут: 

повесть и рассказы 

/Н.Бабаев.- М.: Сов. 

писатель, 1969.- 248 с.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.adam.az

23

Yazıçı

87

Milli ədəbiyyat 

70 

illiyi

Seyran Səxavət

1946    

MART

Seyran  Əsgər  oğlu  Xanlarov  (Sey-

ran Səxavət) 1946-cı il mart ayının 23-

də  Füzuli  rayonunun Yuxarı Yağlıvənd 

kəndində anadan olmuşdur. 

Orta  məktəbi  bitirdikdən  sonra, 

1962-1964-cü  illərdə  Natəvan  adı-

na  Füzuli  şəhər  məktəbində  direktor 

köməkçisi vəzifəsində işləmişdir. 1964-

1970-ci illərdə Azərbaycan Dövlət Uni-

versitetinin  (indiki  BDU)  şərqşünaslıq 

fakültəsini bitirmiş, 1970-1972-ci illərdə 

Sovet Ordusu sıralarında SSRİ Müdafiə 

Nazirliyində tərcüməçi işləmişdir.

1974-1976-cı  illərdə  “Ədəbiyyat  və 

incəsənət” qəzeti redaksiyasında xüsusi 

müxbir, ədəbi işçi kimi çalışmışdır. İki 

il  İranda  tərcüməçi  işləmişdir.  1976-

1981-ci  illərdə  yenidən  “Ədəbiyyat  və 

incəsənət”  qəzeti  redaksiyasında  ədəbi 

işçi kimi fəaliyyət göstərmiş, 1981-1991-

ci illərdə “Ulduz” jurnalı redaksiyasında 

Nəsr şöbəsinin müdiri vəzifəsində çalış-

mışdır. 1980-ci ildən Azərbaycan Yazı-

çılar Birliyinin üzvüdür.

İlk  bədii  yazısı  1962-ci  ildə  “Qı-

zıl  Araz”  qəzetində  çap  olunmuşdur. 

1962-ci  ildən  bədii  yaradıcılığa  dövri 

mətbuatda çap etdirdiyi şeir, hekayə və 

publisistik yazıları ilə başlamış, mərkəzi 

və  respublika  mətbuatı  səhifələrində 

müntəzəm  çıxış  etmişdir.  Şair,  nasir, 

dramaturq  Seyran  Səxavət  “Adalar”, 

“Mənim planetim”, “Hamı elə bilirdi...”, 

“Daş evlər”, “Dar köynək”, “Qızıl teşt”, 

“Nekroloq”, “Palıd toxumu”, “Bəhanə”, 

“Yəhudi  əlifbası”,  “Qaça-qaça”  kitab-

larının müəllifidir. Əsərlərində insan və 

vətən sevgisi, Qarabağ müharibəsi, qaç-

qınların yaşam tərzi, insan taleləri kimi 

bəşəri mövzular əsas yer tutur.

Əsərləri  keçmiş  SSRİ  xalqları 

dillərinə və bir sıra xarici dillərə tərcümə 

olunmuşdur.  1988-ci  ildə  “Qızıl  teşt” 

pyesi Akademik  Dram Teatrında  (indi-

ki Azərbaycan  Dövlət Akademik  Milli 

Dram Teatrı), 1989-cu ildə “Büst” pyesi 

Lənkəran Dram Teatrında, 1990-cı ildə 

“Qapıların o üzündə qalan dünya” pyesi 

Füzuli


 

Dram Teatrında tamaşaya qoyul-

muşdur.

A.Ebanoidzedən    tərcümə  etdi-



yi  “İki  ay  kənddə  və  ya  imperatorsa-

yağı  evlənmə”  romanı  (A.Xanlarova 

ilə  birlikdə)  1986-cı  ildə  “Gənclik” 

nəşriyyatı tərəfindən çap edilmişdir.

“Nekroloq” romanı Azərbaycan Yazı-

çılar Birliyinin 2002-ci ilin Y.Səmədoğlu 

adına “İlin ən yaxşı romanı” mükafatına 

layiq görülmüşdür.



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin