Ə d ə b i y y a t
Qaradağlı, Ə.Qaradağlı
qəhrəman kənddir
/Ə.Qaradağlı; red. S. Ağa-
yev .-Bakı: Şuşa, 2010.-130
s.
Zülfüqarlı, M. Qaradağlı
faciəsi. 17 fevral 1992-ci il
/M.Zülfüqarlı.-Bakı: Qanun
2010.-35 s.
Qaraca, B.Qaradağlıdan
başlayan faciələr : Qara-
dağlı faciəsindən 23 il keçir
/B.Qaraca //Azərbaycan
.-2015.- 17 fevral.- S.5.
Unudulmayan dərdlər: Qa-
radağlı faciəsindən 23 il ke-
çir /L.Quliyev //Azərbaycan
.-2015.- 17 fevral.- S.5.
Qurbanqızı, S. Xocalıdan
əvvəl yaşanmış “İkinci
Xocalı Soyqırımı”: Qa-
radağlı faciəsi dünyanın
diqqətindən kənarda qalan
ikinci Xocalı faciəsidir
/S.Qurbanqızı //Olaylar.-
2014.- 18 fevral.- S.13.
Rəhimli, F. Qaradağlı
dağı /F.Rəhimli //Ədalət.-
2014.- 18 fevral.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.garadaghli.org
17
70
17
17
17
19
Tarixdə bu gün
FEVRAL
21
2
22
2
20
20
8
23
Bеynəlxalq Ana Dili Günü
1999
21
YUNESKO (UNESCO) 1999-cu il fevral ayının
21-ni Beynəlxalq Ana Dili Günü elan etmişdir.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən
dillərin qorunması məqsədilə hər il keçirilən
Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma di-
linin varlığını hiss etmək, onunla qürur duymaq,
onu qorumaq, inkişaf etdirmək hüququ olduğu-
nu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil
ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin
simasını səciyyələndirən amillərdən biri, bəlkə
də, birincisidir. O, hər hansı bir xalqın varlığının
təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu
qənaət tarixin bütün dövrlərində bəşər övladlarının
qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulma-
yan aksiomadır. Millətin dilinin dövlət statusuna
yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik ta-
rixinin qızıl səhifəsidir. Dilin dövlət dili statusu
qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.
Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.... Və
bu gün dilimizin dövlət statuslu dillər arasında
olmasına görə dilimizin mənəvi dirilik atributuna
çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş,
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tari-
xi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox
sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən
ümummilli lider Heydər Əliyevə minnətdar olmalı-
yıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək
dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə
yol tapması Ana dilimizin gözəl bilicisi, mahir na-
tiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına
yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu
siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər
Əliyev həmin il Bakı Dövlət Universitetinin 50
illik yubileyində Azərbaycan dilində çıxış edib.
Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə
yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konsti-
tusiyasında Azərbaycan dilinin dövlət dili kimi
qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli
hadisə idi. 1995-ci ildə qəbul edilən Konstitusiya
ilə dövlət dilinin adı bərpa olundu. Bundan son-
ra hökumət səviyyəsində Ana dilinin inkişafı və
qorunması istiqamətində əhəmiyyətli sənədlər
qəbul edildi. ...Azərbaycan Konstitusiyasının 45-ci
maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək,
istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla
məşğul olmaq hüququ təsbit olunur. Konstitusiya-
mıza görə, heç kəs Ana dilindən istifadə hüququn-
dan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr
tarixdə “Azərbaycan Respublikasında Dövlət dili
haqqında” Azərbaycan Respublikasının Qanunu-
nun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili
kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf
etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan
dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyac-
larının ödənilməsi istiqamətində daha bir addım-
dır. Bu sənəd ümummilli lider Heydər Əliyevin
xalqımıza və onun dilinə tükənməz məhəbbətinin,
qayğısının parlaq nümunələrindən biridir. Bu
ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla
davam etdirməkdədir. Dövlət başçısının müxtəlif
vaxtlarda imzaladığı “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” və “Azərbaycan Milli ensiklopediya-
sının hazırlanması haqqında” sərəncamları və bu
istiqamətdə görülən işlər də dilimizin inkişafına
böyük qayğının təzahürüdür. Ana dilimizi qoru-
maq, inkişaf etdirmək bizim də borcumuzdur.
Ə d ə b i y y a t
Babayev, E.Azərbaycan dilinə böyük sevgi ilə: 21 Fevralda
Beynəlxalq Ana dili günü qeyd edildi /E.Babayev //Ekran-efir
.-2015.- 27 fevral.- S.7.
Salmanlı, R.Milli mənliyimizin təməl daşı : 21 fevral Beynəlxalq
Ana Dili Günüdür /R.Salmanlı //Azərbaycan .-2015.- 21 fevral.-
S.7.
71
Tarixdə bu gün
Xоcalı Sоyqırımı günü
1992
FEVRAL
Ötən əsrin 1992-ci ilinin fevralında tarixdə
görünməmiş qətliam baş verdi. Türkləri özlərinin
əbədi düşməni hesab edən ermənilər məskunlaş-
dıqları türk torpaqlarında insanlığa xas olmayan
vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini
yer üzündən sildilər – insanlar amansızlıqla qətlə
yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalan-
dı. Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi
idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə
erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet
366-cı motoatıcı alayı Xocalıya divan tutdu, ən
dəhşətli soyqırım törədildi. Buna qədər isə Xo-
calı erməni-daşnaklar tərəfindən tam mühasirəyə
alınmışdı. Yollar tamam kəsilmiş, Xocalı taleyin
ümidinə buraxılmışdı. Halbuki xocalılar erməni-
daşnak hərbi qüvvələrinə mərdliklə müqavimət
göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayır-
dılar. Düşmən elə buna görə də Xocalı sakinlərini
vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə ye-
tirdi.
Faciənin miqyası son dərəcə böyük və dəhşətli
idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar
günahsız insanların cəsədləri ilə dolmuşdu. Yer-
göy qan ağlayırdı. Ermənilər qadınlara və uşaq-
lara, qocalara və xəstələrə rəhm etmədən hamını
güllələyərək süngüdən keçirmişdilər. Xocalı soy-
qırımına siyasi qiymət verən və bu barədə dünya-
nın ən yüksək tribunalarından danışan ümummilli
lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə
demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cava-
bını verək, şəhidlərin qanının yerdə qalmaması
gününü görək. Azərbaycanın ərazi bütövlüyünü
təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını
tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan
xalqı belə qüdrətə malikdir”.
Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi
yer üzündən silinib, azərbaycanlılara qar-
şı amansız soyqırımı törədilib: 613 nəfər qətlə
yetirilib, 1275 nəfər əsir götürülüb. Qanunsuz
erməni silahlı qüvvələri mühasirədən çıxıb qaç-
mağa müvəffəq olmuş azərbaycanlıları mil-
li mənsubiyyətlərinə görə yollarda, keçidlərdə,
meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər.
Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov
götürdükləri azərbaycanlıları xüsusi amansızlıq-
la, işgəncə verərək qətlə yetiriblər. Mühasirədən
çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib
edilərək Kətik meşəsində, Naxçıvanik yolunda,
Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında,
Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı
kilometrliyində və digər ərazilərdə amansızlıqla
qətlə yetiriliblər. Əsir götürülənlərdən 18 nəfəri
Əsgəran rayon Daxili işlər şöbəsində işgəncə
verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə
qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz
işgəncələr verilib, insanların başlarının dərisi so-
yulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb.
Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisa-
diyyatına 170 milyon dollardan artıq ziyan vurub.
Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə ob-
yekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif
dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab
verməlidirlər. Əgər bunu edə bilməsək, gələcək
nəsillər bizi heç vaxt bağışlamayacaqdır!
Azərbaycan Respublikasının Milli Məclisi 24
fevral 1994-cü ildə 1992-ci il fevralın 26-da erməni
təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan
xalqının milli faciələrindən və bəşər tarixinin qan-
lı səhifələrindən biri olan Xocalı hadisələri hər il
fevralın 26-da “Xocalı soyqırımı günü” elan olun-
ması barədə qərar vermiş və Xocalı hadisələri
barəsində həqiqətin dünya xalqlarına çatdırılması
və “Xocalı soyqırımı günü”nün beynəlxalq miq-
26
Xocalı rayonu
•
Ərazisi: 936 km²
•
Əhalisi: 25332 nəfər
•
İşğal tarixi: 26.02.1992
•
İnternet saytı http://xocali-ih.gov.az
•
72
yasda keçirilməsi üçün dünya azərbaycanlılarına
müraciət etmişdir.
Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan
xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini
yad edir.
Doğma yurdlarından didərgin düşmüş və
Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı
sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün
dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa
edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalq-
larına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-
ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda
törədilmiş terrorizm, etnik təmizləmə faktları-
nı pisləmək barədə müraciətlər edirlər. Heydər
Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımı-
nın dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdı-
rılması istiqamətində böyük işlər görüb. Dünyanın,
Avropanın onlarla ölkəsində Xocalı soyqırımının
ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi,
filmlərin nümayiş olunması və sair bu qəbildəndir.
Xocalı soyqırımına dair müxtəlif dillərdə Heydər
Əliyev Fondu tərəfindən filmlər hazırlanıb, həmin
filmlərin təqdimatı keçirilib. Həmçinin Xocalı soy-
qırımı ilə bağlı fotosərgilərin təqdimatı dünyanın
onlarla ölkəsində düzənlənib. Xocalı soyqırımı
ilə bağlı xarici kütləvi informasiya vasitələrinin
əməkdaşlarının qələmə aldıqları məqalələrin
sərgisi keçirilib. Bununla yanaşı, “Xocalı uşaqların
gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər təşkil
olunub. Bunlar hamısı Heydər Əliyev Fondunun
və ələlxüsus ölkənin birinci xanımı, millət vəkili
Mehriban xanım Əliyevanın Xocalı soyqırımının
tanıdılması istiqamətində çox böyük xidmətləridir.
Özü də nəinki Xocalı soyqırımının, ümumilikdə bü-
tün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində
bu xidmətlər ölçüyəgəlməzdir. Eyni zamanda Ley-
la xanım Əliyeva dünya ictimaiyyətinin diqqətini
erməni işğalçılarının Azərbaycan xalqına qarşı
törətdikləri dəhşətli cinayətlər haqqında obyek-
tiv məlumatlara cəlb etmək, sözügedən faciələrə
beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət
vermək, eyni zamanda, Azərbaycanın Qarabağ
münaqişəsində milli maraqlarının müdafiə olunma-
sı məqsədilə “Xocalıya ədalət – Qarabağa azadlıq”
(“Justice for Khojaly, Freedom for Karabakh”) de-
vizi altında beynəlxalq kampaniyanın keçirilməsi
təşəbbüsü ilə çıxış etmişdir.
“Xocalıya ədalət!” - dünyada bu kampaniyaya
qoşulan insanların sayı günü-gündən çoxalmaq-
dadır. Bu kampaniya və təbii ki, bu istiqamətdə
görülən işlər bundan sonra da davam edəcək.
Amma söhbət ondan gedir ki, bizim hər birimiz
bu kampaniyalara dəstək verməliyik. Harada ya-
şamağından asılı olmayaraq – Azərbaycanda
da, Azərbaycandan kənarda da. Hərənin gücü
nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Xoca-
lı həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qa-
rabağ savaşında şəhid, əlil olmuş, yaralanmış
qəhrəmanlarımızın, ümumən Azərbaycan xal-
qının başına gətirilən bütün müsibətlərin təbliğ
edilməsi, erməni yalanlarının qarşısının alınması
istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır.
Tarix heç nəyi unutmur!
Allah bütün şəhidlərə rəhmət eləsin!
Ə d ə b i y y a t
Fələk belə qismət yazmaz, Xocalı!: kitab Xocalı Soyqırımı gününə həsr olunur /G.Pənah; red. A.Arif qızı; dizayn S.Hüseynzadə; [ön söz.
müəl. Ə. R. Xələfli, S. Tahir].-Bakı: UniPrint, 2011.-306 s.
Xocalı soyqırımı/[Qarabağ Azadlıq Təşkilatı] ; red. hey. A. Nağı [və b.]; [naşir N. Həbibov].-Bakı: [s. n.], 2014.-36 s.
Xocalı soyqırımı-20: biblioqrafiya /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov ad. Azərb. Milli Kitabxanası tərt.
M.Məmmədova; burax. məs. və ixt. red. K.Tahirov; red. G.Səfərəliyeva.- Bakı, 2012.- 313 s.
Leyla Əliyeva: “Xocalıya Ədalət!”: Beynəlxalq erməni terroruna qarşı yeni strateji model: üç cilddə /V.Səmədov, R.Vəlizadə; ön sözün
müəl. R.Hüseynov; baş elmi məsl. A.Mustafayeva; elmi red. İ.Quliyev, C.Bəhramov; red. İ.Məmmədova, S.Sadıxqızı; Azərb. MEA, İnsan
Hüquqları İn-tu; “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası; “Kaspian İzvestiya” Beynəlxalq İnforma-
siya Agentliyi.-Bakı: [s. n.], 2014.- C.1.- 341 s.; C.2.- 373 s.; C.3.-476 s.
Khojaly genocide/Embassy of the Republic of Azerbaijan Jakarta.Jakarta: [s.n.], 2015.-44, [44] р
İ n t e r n e t d ə
www.khojaly.org.az
www.azerigenocide.org
73
I Türkoloji Qurultay
1926
FEVRAL
Yeni Türk Əlifba Komitəsi, Azərbaycanı
Tədqiq və Tətəbbö Cəmiyyətinin birgə qərarı ilə
çağırılan Birinci Türkoloji qurultay (sənədlərdə
I Ümumittifaq Türkoloji Qurultay) 1926-cı
il 26 fevral-5 mart tarixində Bakı şəhərində,
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin
binasında-tarixi “İsmailiyyə”də (indiki AMEA
Rəyasət Heyətinin binası) keçirilmişdir. Qurul-
tayda 131 nəfər nümayəndə və xeyli qonaq iştirak
edirdi. Nümayəndələr arasında təkcə SSRİ-dən
deyil, bir sıra avropa ölkələrindən görkəmli tür-
koloqlar yer almışdı.
Qurultayın iclaslarında (17 iclas) türk xalq-
larının tarixi, etnoqrafiyası, mədəniyyəti, dil və
ədəbiyyatlarına həsr olunmuş 37 elmi məruzə
dinlənilmiş, həmin məruzələr üzrə müva-
fiq qətnamələr və tövsiyələr qəbul edilmişdi. I
Türkоlоji qurultayda türk dillərinin yеddi bö-
yük prоblеmi müzakirə оlunmuşdu: 1. Əlifba
problemi; 2. İmla-оrfоqrafiya prоblеmi; 3.
Tеrmin problemi; 4. Tədris-mеtоdika problemi;
5. Qоhum və qоnşu dillərin qarşılıqlı əlaqəsi və
intеrfеrеnsiya prоblеmləri; 6. Türk dillərinin
ədəbi dil prоblеmləri, о cümlədən оrtaq ədəbi dil
problemi; 7. Ulu dil nəzəriyyəsi və türk dillərinin
tariхi prоblеmləri.
Görkəmli türkoloq alimlərdən B.Çobanzadə
“Türk ləhcələrinin yaхın qohumluğu haqqında”,
H.Zеynallı “Türk dillərində еlmi tеrminologiya
sistеmi haqqında”, F.Ağazadə “Türk dillərində
düzgün yazı”, V.V.Bartold “Türk хalqlarının
tariхinin müasir vəziyyəti və öyrədilməsinin yaхın
vəzifələri”, C.Məmmədzadə “Türk хalqlarının
əlifba sistеmləri haqqında”, H.Şərəf “Ərəb və la-
tın sistеmli şriftlər və onların türk-tatar хalqları
üçün tətbiqi məsələləri”, F.Köprülüzadə “Türk
хalqlarının ədəbi dillərinin inkişafı”, S.F.Oldеnburq
“Türk хalqları arasında ölkəşünaslıq işlərinin
mеtodları”, A.A.Müllеr “Türk хalqlarının
təsviri sənəti haqqında”, A.N.Samoyloviç “Türk
dillərinin öyrənilməsinin müasir vəziyyəti
və yaхın vəzifələri”, A.R.Zifеldt-Simumyaqi
“Türk dillərində еlmi tеrminologiyanın yaran-
ma prinsipləri məsələsi haqqında”, S.Y.Malov
“Qədim türk dillərinin öyrənilməsinin müasir
vəziyyəti və pеrspеktivləri”, N.F.Yakovlеv “Türk
millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı
əlifba sistеminin qurulması problеmləri” mövzu-
larında maraqlı еlmi məruzələrlə çıхış еtmişdilər.
I Türkoloji qurultayın proqramı, orada müzakirə
olunan gündəlik məsələlər hazırda da türkologi-
yamızın qarşısında duran ən vacib məsələlərdir.
Qurultay dünya mədəniyyəti tarixində türk
xalqlarının da payının az olmadığını bir daha sübu-
ta yetirmiş və əsas diqqət mərkəzində olan bütün
türkdilli xalqlar üçün latın qrafikasına əsaslanan
yeni əlifbanın qəbul edilməsinə dair qəti qərar
qəbul edilmişdir.
Dünya şöhrətli alim, akademik M.Ş.Şirəliyevin
təşəbbüsü ilə Moskva, 1966-cı ildə Bakıda I Ümu-
mittifaq türkoloji qurultayın 40 illiyini keçirməyə
icazə verdi. Yubiley qurultayında SSRİ-nin
Moskva, Leninqrad, Azərbaycan, Qazaxıstan,
Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan,
Başqırdıstan dilçiləri ilə yanaşı, dünyanın başqa
türkoloji mərkəzlərindən də tanınmış türkoloqlar
iştirak etmişdilər. Qərara alınmışdı ki, dörd ildən
bir türkoloji qurultay keçirilsin, ancaq qurultay
konfrans adı ilə keçirilmiş və gündəlikdə siyasi
məzmundan ehtiyat edərək ancaq dil məsələləri
əhatə olunmuşdur. Bu konfransın sonuncusu
1988-ci ildə Bişkəkdə çağırılmışdı.
26
90
illiyi
74
Bakı türkoloji qurultayının 40 illik yubileyində
qərara alınmışdı ki, türk dilçiliyinin ümumittifaq
mətbuat orqanı kimi “Советская тюркология” adlı
jurnal nəşr olunsun. Bu jurnalın nəşri Azərbaycana
etibar olunmuş, SSRİ EA ilə Azərbaycan EA-nın
müştərək elmi nəzəri mətbuat orqanı kimi aka-
demik M.Ş.Şirəliyevin baş redaktorluğu (1970-
1987) ilə nəşr edilmişdi. Jurnalda türk dillərinin
nəzəri məsələləri, leksika, fonetika, morfologiya
və sintaksis ilə bağlı görkəmli Rusiya və SSRİ-
nin türk respublikaları dilçilərinin, tanınmış dünya
türkoloqlarının dəyərli məqalələri çap olunmuş-
du. Dilçilik məsələləri ilə yanaşı, türk folklo-
runa, türk xalqlarının ədəbi abidələrinə, aktual
tarix məsələlərinin işıqlandırılmasına da yer ve-
rilirdi. 1987-1991-ci illərdə jurnala SSRİ EA-nın
müxbir üzvü, görkəmli sovet türkoloqu Ədhəm
Rəhim oğlu Tenişev baş redaktorluq etmiş, onun
müavini kimi istedadlı gənc Azərbaycan dilçi-
si Aydın Məmmədov çalışmışdı. 1992-ci ildən
jurnal Azərbaycan EA-nın Nəsimi adına Dilçi-
lik İnstitutunun mətbuat orqanı kimi, professor
A.Axundovun baş redaktorluğu ilə və “Türkolo-
giya” adı ilə nəşr olunmağa başladı, lakin maliyyə
problemləri səbəbindən jurnal vaxtlı-vaxtında nəşr
edilmədi və nəşri dayandırıldı.
Bu gün müstəqil Azərbaycanda milli dil
siyasəti və quruculuğu sahəsində ümummilli lider
Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət di-
linin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18
iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və
Azərbaycan dili gününün təsis edilməsi haqqın-
da” 9 avqust 2001-ci il tarixli müvafiq fərmanlar
ana dilimizin inkişafında mühüm istiqamətverici
sənədlər hesab edilir. Bütün bunlar Türkolo-
ji qurultayın qərarlarının müasir dövrümüzdə
məntiqi davamı olmaqla, həmin qərarların tari-
xi əhəmiyyətini təsdiq edir və onların obyektiv
zərurətdən meydana gəldiyini göstərir. Ümummi-
li lider Heydər Əliyevin əsasını qoyduğu mədəni
quruculuq strategiyası prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Belə ki, dövlət
başçısının “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”
12 yanvar 2004-cü il və “2005-2006-cı illərdə
Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə
tutulan əsərlərin siyahısının təsdiq edilməsi haq-
qında” 27 dekabr 2004-cü il, “Birinci Türkoloji
qurultayın 80 illik yubileyi haaqqında” 9 noyabr
2005-ci il tarixli Sərəncamları mahiyyət etibarilə
Heydər Əliyevin dil siyasətininin davamı olmaq-
la, I Türkoloji qurultayın tarixi tövsiyələrinin
yeni əsrdə gerçəkləşməsinin ifadəsi kimi
dəyərləndirilməlidir
Tarix və zaman I Türkoloji qurultayın qəbul et-
diyi qərar və tövsiyələrin doğruluğunu, həyatiliyini
və elmiliyini bir daha təsdiq etmişdi.Azərbaycan
respublikası 90 il əvvəldə olduğu kimi bu gün də
türkologiyanın aparıcı mərkəzlərindən biri, Şərq
və Qərb sivilizasiyalarının qovuşduğu, geosiyasi
baxımdan önəmli məkan, intellektual potensia-
lı zəngin olan mədəni ölkə, avropa yönümlü de-
mokratik dövlətdir. Odur ki, növbəti II Türkolo-
ji qurultayın da məhz Azərbaycanda keçirilməsi
məqsədəuyğun olardı.
Dostları ilə paylaş: |