İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.azcinema2.i2ic.
com
17
Aktrisa
Teatr.Kino
53
110
illiyi
Həbib İsmayılov
1906-1966
FEVRAL
Həbib Ələkbər oğlu İsmayılov
1906-cı il fevral ayının 21-də Naxçı-
van MR-da anadan olmuşdur.
1931-ci ildə Azərbaycan Dövlət
Teatr İnstitutunun (indiki Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Uni-
versiteti) (bəzi mənbələrdə Moskvada
Dövlət Teatr Sənəti İnstitutu) rejissor-
luq və aktyorluq fakültəsini bitirmiş-
dir.
1936-cı ildə Gəncə teatrına bədii
rəhbər təyin olunmuşdur. Mirzə Fətəli
Axundzadənin “Lənkəran xanının
vəziri”, Cəlil Məmmədquluzadənin
“Ölülər”, Cəfər Cabbarlının “1905-
ci ildə”, Mirzə İbrahimovun “Həyat”
pyesləri onun quruluşunda səhnəyə
qoyulmuşdur. 1941-1943-cü illərdə
Bakı, Gəncə, Mahaçqala teatrlarında
bədii rəhbər, rejissor və baş rejissor
kimi çalışmışdır.
Şıxəli Qurbanov adına Azərbaycan
Dövlət Musiqili Teatrının ilk bədii
rəhbəri olmuş, teatrda Zülfüqar bəy
Hacıbəyovun “Aşıq Qərib” operasına
(1939), Boris Aleksandrovun “Moli-
novkada toy”, Məmməd Səid Orduba-
di və Səid Rüstəmovun “Beş manatlıq
gəlin” (1940) musiqili komediyalarına
quruluş vermişdir.
1943-cü ildən kino sahəsində də
fəaliyyət göstərmişdir. “Naxçıvan”,
“Dağıstan MSSR-in 25 illiyi”, “Pam-
bıqçılıqda qabaqcıl metodların tətbiqi”
və s. sənədli filmlərin, “Ögey ana”,
(1959. Həmin il Kiyevdə keçirilən
Ümumittifaq kinofestivalında müka-
fata layiq görülmüşdür), “Böyük Da-
yaq” (1963) bədii filmlərinin rejissoru
olmuşdur.
Pedoqoji fəaliyyətlə məşğul ol-
muş, tələbələrə rejissorluğun sirlərinin
öyrətmişdir.
Kino sahəsindəki xidmətləri yüksək
qiymətləndirilmiş və 1960-cı ildə
“Əməkdar incəsənət xadimi” fəxri adı-
na layiq görülmışdür.
Görkəmli rejissor Həbib İsmayılov
1966-cı il dekabr ayının 31-də Bakıda
vəfat etmişdir.
Ə d ə b i y y a t
İsmayılov Həbib Ələkbər oğlu //Naxçıvan ensiklopediyası.- Bakı, 2002.- S.217.
İsmayılov Həbib Ələkbər oğlu //Azərbaycan sovet ensiklopediyası: 10 cilddə.-Bakı, 1980.- C.IV.- S.551.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.azcinema2.i2ic.com
21
Kinorejissor
Teatr.Kino
54
105
illiyi
Şəmsi Bədəlbəyli
1911-1987
FEVRAL
Şəmsi Bədəl oğlu Bədəlbəyli 1911-
ci il fevral ayının 23-də Şuşada ana-
dan olmuşdur. Bakıda orta məktəbi
bitirdikdən sonra Azərbaycan Peda-
qoji Texnikumuna daxil olmuş, təhsil
illərində özfəaliyyət dərnəyində akt-
yorluq istedadını sınamışdır. 1927-ci
ildə texnikumu bitirmiş, 1927-1932-ci
illərdə Azərbaycan Dövlət Konser-
vatoriyasında təhsil almışdır. 1932-
ci ildən etibarən Ş.Bədəlbəyli özünü
rejissor kimi sınayaraq, A.Tuqanov,
İ.Hidayətzadə və R.Təhmasib kimi
görkəmli rejissorlara assistentlik et-
mişdir. 1934-cü ildə isə o, Moskva
şəhərində “Malıy Teatr”da rejissor
kimi təcrübə keçməyə göndərilmişdir.
Ş.Bədəlbəyli 1938-ci ildən etibarən
Azərbaycan Dövlət Dram Teatrında
müstəqil surətdə rejissorluq fəaliyyətinə
başlamış, ilk yaradıcılıq işi Mirzə
Fətəli Axundovun “Müsyö Jordan və
Dərviş Məstəli şah” komediyası olmuş-
dur. İlk işi ona uğur gətirmiş, tamaşa
yüksək qiymətləndirilmişdir. 1939-cu
ildə “Ölülər” komediyasına və Sabit
Rəhmanın “Xoşbəxtlər” əsərinə verdi-
yi quruluş da uğurlu alınmışdır. Onun
quruluş verdiyi son tamaşa Şekspirin
“Kral Lir” pyesi olmuşdur.
İkinci Dünya müharibəsi dövründə
Ş.Bədəlbəyli hərbi müxbir kimi İrana
ezam edilmiş, öz həmkarları ilə birlikdə
“Vətən uğrunda” qəzetində ədəbi işçi
kimi çalışmış, həm də həvəskar akt-
yorlarla birlikdə Ü.Hacıbəylinin “Ar-
şın mal alan”, Zülfüqar Hacıbəylinin
“Əlli yaşında cavan”, “Evli ikən su-
bay” əsərlərini tamaşaya qoymuşdur.
1943-cü ildə Bakıda Musiqili Kome-
diya Teatrı yaradılımış və Ş.Bədəlbəyli
teatra rejissor təyin edilmişdir. 1942-
1949, 1956-1961 və 1963-1974-cü
illərdə bu teatrda müəyyən fasilələrlə
baş rejissor, bədii rəhbər və direk-
tor vəzifələrində çalışmışdır. 1974-
1976-cı illərdə M.Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasının
direktoru və bədii rəhbəri vəzifəsində,
1976-cı ildən isə ömrünün sonuna kimi
Teatr Cəmiyyətinin sədri vəzifəsində
səmərəli fəaliyyət göstərmişdir.
Rejissor Opera və Balet Teatrın-
da “Koroğlu”, “Əsli və Kərəm”, “Se-
vilya bərbəri” kimi operalara da qu-
ruluş vermiş, hətta 1957-ci ildə onu
Türkmənistan Opera və Balet Teatrına
dəvət etmişlər. O, burada “Koroğlu”
operasını tamaşaya qoymuşdur.
Ş.Bədəlbəyli kino sənətinin də in-
kişafında öz əməyini əsirgəməmiş, bir
sıra bədii və sənədli filmlərdə (“O qızı
tapın”, “Axırıncı aşırım”, “Xatirələr
sahili” və s.) aktyor kimi də iştirak et-
mişdir.
Teatr
sənətinin
inkişafında
göstərdiyi böyük xidmətlərə görə
1943-cü ildə “Azərbaycan Respublika-
sının Əməkdar artisti”, 29 iyul 1964-
cü ildə isə “Xalq artisti” fəxri adlarına
layiq görülmüşdür. “Qırmızı Əmək
Bayrağı” ordeni və bir sıra medallarla
təltif edilmişdir.
Görkəmli rejissor Şəmsi Bədəlbəyli
23 may 1987-cı ildə Bakıda vəfat et-
miş, Fəxri Xiyabanda dəfn olunmuş-
dur.
Ə d ə b i y y a t
Rəhmanzadə,
F. Bədəlbəylilər
/F.Rəhmanzadə;
red. İ.Kərimov;
məsl. T.Bədəlbəyli-
Ağdamskiy; burax. məsul
Ə.Məhərrəmov.- Bakı:
Nurlan, 2006.-244 s.
Rəhimli, İ. Şəmsi
Bədəlbəyli /İ.Rəhimli
//Azərbaycan teatr tarixi.-
Bakı, 2005.- S.316.
Şərif, A. Şəmsi Bədəlbəyli
/A.Şərif //XX əsr
Azərbaycanının yaradıcı
nəsilləri.- Bakı, 2007.-
S.108-109.
Рагимбейли, H.
Шамси Бадалбейли-
жизнь в искусстве
/Н.Рагимбейли;
[Общество “Книга”
Азербайджанской
Республики].- Баку, 2008.-
202 с.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.shamsi.musigi-dunya.
az
23
Rejissor
Teatr.Kino
55
Milli Qəhrəmanlar
40
illiyi
Bəşir Kərimov
1976-1995
FEVRAL
Bəşir Bəylər oğlu Kərimov 1976-
cı il fevral ayının 2-də Füzuli rayonu-
nun Qacar kəndində anadan olmuşdur.
1991-ci ildə kənd orta məktəbinin
səkkizinci sinfini bitirərək Füzuli
şəhərindəki texniki-peşə məktəbində
təhsilini davam etdirmişdir. Erməni
qəsbkarları bu illərdə Azərbaycan
torpaqlarına-Qarabağa geniş planlı hü-
cumlar edirdilər.
1993-cü ildə ermənilər Qacar
kəndinə hücum etdikləri vaxt Bəşir
erməni yaraqlılarına qarşı igidliklə vu-
ruşmuşdur. Qacar kəndi işğal olunduq-
dan sonra ailəsi ilə birlikdə Dilağarda
kəndində məskunlaşmışdır.
1994-cü ildə Bəşir Beyləqan Rayon
Hərbi Komissarlığı tərəfindən Milli
Ordu sıralarına çağırılmışdır. Gəncə
şəhərində “N” saylı hərbi hissədə qulluq
etmişdir. 1995-ci il 13-17 mart hadisələri
zamanı, dövlətçiliyimiz uğrunda silah-
lı dəstənin zərərsizləşdirilməsində iş-
tirak etmiş və bu qarşıdurma zamanı
həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli, 307 saylı
Fərmanı ilə Kərimov Bəşir Bəylər oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adı verilmişdir. Bakı
şəhərinin Şəhidlər Xiyabanında dəfn
edilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: [Kərimov Bəşir Bəylər oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.-1995.- 5 aprel.- S.1.(Ölümündən
sonra).
Kərimov Bəşir Bəylər oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.-
Bakı, 2008.- S.110.
Seyidzadə, M. Kərimov Bəşir Bəylər oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.113.
Əsgərov, V. Kərimov Bəşir Bəylər oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.148.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.milliqahraman.az
www.muallim.edu.az
2
Milli Qəhrəman
56
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Ha-
cıyev Etibar Firudin oğlu – sıravi – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 23 iyun
1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 12.- S.35.- (Ölümündən sonra).
Əsgərov, V. Hacıyev Etibar Firidun oğlu /Vüqar Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.-
S.104-105.
Məhərrəmov, Q. Hacıyev Etibar Firidun oğlu //Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. Başı dumanlı Göyçə.- Gəncə, 2007.- S.42.
Seyidzadə, M. Hacıyev Etibar Firudin oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.80.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.milliqahraman.az
www.muallim.edu.az
Milli Qəhrəmanlar
45
illiyi
Etibar Hacıyev
1971-1992
FEVRAL
Etibar Firudin oğlu Hacıyev 1971-ci
il fevral ayının 5-də Qərbi Azərbaycanın
Vardenis rayonunun Zod kəndində do-
ğulmuşdur. Zod kənd orta məktəbini
bitirdikdən sonra bir müddət sovxoz-
da işləmişdir. Erməni millətçiləri və
separatçıları tərəfindən oradakı soy-
daşlarımız qovulan zaman onun ailəsi
Kəlbəcər rayonuna köçmüşdür.
1989-cu il 13 iyun tarixində hərbi
xidmətə çağırılmış və Perm şəhərində
hərbi xidmətini başa vurduqdan sonra
ailəsinin məskunlaşdığı Göygöl rayo-
nuna gəlmişdir.
1992-ci ildə Etibar Hacıyev könüllü
olaraq Milli Orduya yazılmış və tor-
paqlarımızın müdafiəsinə qalxmışdır.
Böyük Canbar, Kiçik Canbar, Buzlaq,
Erkəc kəndlərinin düşmən tapdağın-
dan azad edilməsində xüsusi fədakarlıq
göstərmişdir. 1992-ci il iyun ayının
15-də Goranboy rayonunda Ağcakənd
kəndinin azad edilməsi uğrunda gedən
döyüşdə qəhrəmancasına həlak olmuş-
dur.
Azərbaycan Respublikası Preziden-
tinin 23 iyun 1992-ci il tarixli 6 saylı
Fərmanı ilə Hacıyev Etibar Firudin oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Göygöl rayonunun Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir.
Göygöl rayonunun Yeni Zod
kəndindəki küçələrdən biri qəhrəmanın
adını daşıyır.
5
Milli Qəhrəman
57
130
illiyi
Siyasət.Hüquq.Hərbi iş
Abbasqulu bəy Şadlinski
1886-1930
Hərbi xadim
24
FEVRAL
Abbasqulu bəy Xanbaba bəy oğlu
Şadlinski 1886-cı il fevral ayının 24-
də İrəvan quberniyasının Böyük Vedi
kəndində anadan olmuşdur.
1894-cü ildə Vedidə ikiillik rus-
tatar məktəbində oxumuş, lakin mad-
di çətinlik üzündən təhsilini davam
etdirə bilməmişdir. 1902-ci ildə atasın-
dan qalma kiçik torpaq sahəsini əkib-
becərməklə məşğul olmuşdur.
Rusiyada 1905-1907, İranda 1905-
1911-ci illər inqilabları onun ictimai-
siyasi dünyagörüşünün formalaşması-
na mühüm təsir göstərmişdir. 1907-ci
il fevral inqilabından sonra Şadlinski
həyatını xalq işi uğrunda mübarizəyə
həsr etmişdir. 1918-ci ilin əvvəllərində
Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur
və başqa ərazilərdə daşnak-erməni
silahlı dəstələrinin azərbaycanlılara
qarşı soyqırımlarının qarşısını almaq
məqsədi ilə o, Vedidə erməni-daşnak
quldur dəstələrinə qarşı könüllü xalq
birləşməsi olan “Qırmızı tabor”u təşkil
etmişdir.
1918-1919-cu illərin yay ayların-
da daşnak hərbi hissələrinin Vediyə
hücumlarının qarşısının alınmasın-
da böyük şücaət göstərən “Qırmızı
tabor”çular sonradan Şadlinskinin əmri
ilə kəndi döyüşlə tərk etmiş, Vedibasar
və Zəngibasar əhalisinin əksər hissəsi
ilə İran ərazisinə keçərək, Mərənd
şəhəri ətrafında mövqe tutmuşdular.
28 iyul 1920-ci ildə Naxçıvan-
da Sovet hakimiyyəti elan olunduq-
dan sonra Nəriman Nərimanovun
dəvətini qəbul edərək, sentyabrın
17-də 200 nəfərlik “Qırmızı tabor”
dəstəsi ilə Naxçıvana gəlmiş, ilk vaxt-
lar Naxçıvan sərhədlərinin qorunma-
sına, sonra Zəngəzur istiqamətində
öz dəstəsinin daşnak hissələri ilə fəal
döyüş əməliyyatlarına başçılıq etmiş,
1921-ci ilin fevralı - aprelin əvvəlində
isə İrəvanda daşnak qiyamının yatı-
rılmasında qəhrəmanlıq göstərmişdir.
Daşnaklarla döyüşlərdə göstərdikləri
şücaətə görə, Şadlinski başda olmaq-
la, “Qırmızı tabor”un 19 nəfər üzvü
Ermənistan SSR-nin “Qırmızı bayraq”
ordeni ilə təltif olunmuşdur.
1921-ci ilin yayında Ermənistanda
və Zəngəzurda daşnak fitnəkarlıqlarına
son qoyulduqdan sonra Şadlinski 1922-
ci ilin sonunadək Naxçıvanda qalmış
və buranın sərhədlərinin qorunmasına
rəhbərlik etmişdir.
Vediyə qayıdan Şadlinski 1922-
1928-ci illərdə Ermənistanda bir sıra
məsul təsərrüfat vəzifələrində çalışmış,
yeni yaradılan Dəvəli sement zavodu
tikintisinin rəhbəri təyin olunmuşdur.
Abbasqulu bəy Şadlinski düşmənləri
tərəfindən 1930-cu ilin fevral ayında
öldürülmüşdür.
Fərman Kərimzadənin “Qarlı aşı-
rım” romanı və onun süjeti əsasında re-
jissor Kamil Rüstəmbəyov tərəfindən
çəkilən “Axırıncı aşırım” bədii filmi
Şadlinskinin həyat və fəaliyyətindən
bəhs edir.
Ə d ə b i y y a t
Ələkbərli, Ə. Abbasqulu
bəy Şadlinski /Ə.Ələkbərli;
red. V.Şadlinski.- Bakı: Sa-
bah, 1996.-320 s.
İsrafilqızı, N. Abbasqu-
lu bəy Şadlinski: poema
/Nəsibə İsrafilqızı; red.
S.İslamoğlu.- Bakı: Nurlar
NPM, 2006.- 184 s.
Şadlinski, V.B. Şadlinskilər:
Şəddadi, Şadı,
Şadlı-
lar /V.B.Şadlinski; red.
M.Çəmənli.- Bakı: Təhsil,
2011.- 285 s.
Əliyev, A. Milli-mənəvi
dəyərə çevrilən qəhrəmanlıq
salnaməsi /A.Əliyev //525-
ci qəzet.- 2011.- 13 yanvar.-
№6.- S.6.
Kəngərli, A. Abbasqulu
bəy Şadlinski kim olub?
/A.Kəngərli; müsah. apardı
Eltürk Elnur //Təzadlar.-
2013.- 5 mart.- S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
58
815
illiyi
Ə d ə b i y y a t
Əxlaqi-Nasiri /N.Tusi;
farscadan tərc. ed.,
müqəd. və şərh.
R.Sultanov; red.
R.Sadıqov; Heydər
Əliyev Fondu.-Bakı:
[s.n.], [2009.].- 397 s.
Xacə Nəsirəddin Tusi:
biblioqrafiya /AMEA
M.Füzuli ad. Əlyazmalar
İn-tu; tərt. ed. A.Xəlilov,
A.Musayeva; elmi red.
A.Ramazanov.- Bakı:
XXI-Yeni nəşrlər Evi,
2004.- 167 s.
Quliyev, A. Nəsirəddin
Tusi dövlət, siyasət
və qanun haqqında:
(M.N.Tusinin 800 illik
yubileyi münasibətilə)
/A.Quliyev.- Bakı, 2001.-
268 s.
Rzayev, A. Nəsirəddin
Tusi: (Həyatı, elmi dün-
yagörüşü) /A.Rzayeva.-
İkinci nəşri.- Bakı,
2001.- 352 s.
Sarıyeva, İ. Şöhrətli
Marağa rəsədxanası və
Nəsirəddin Tusi dühası...
/İ.Sarıyeva //Bakı xəbər.-
2014.- 20 oktyabr.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
Nəsirəddin Məhəmməd ibn Həsən
oğlu Tusi 1201-ci il fevral ayının 17-də
Həmədan şəhərində anadan olmuşdur.
Mütəfəkkirin əsl adı Məhəmməd olmuş,
dövrünün ağıllı, bilikli, görkəmli alimi
olduğuna görə хalq ona Nəsirəddin adını
vеrmişdir. İlk təhsilini atası Məhəmməd
İbn Həsəndən almış, sonra Tus şəhərində
məktəb və mədrəsədə təhsilini davam
etdirmişdir. Təhsil aldığı şəhərə böyük
məhəbbətlə əlaqədar “Tusi” təxəllüsünü
götürmüşdür.
1259-cu ildə Tusinin təklifi ilə
Cənubi Azərbaycanın Marağa şəhəri
yaxınlığında rəsədхana inşa olunmuş-
dur. Rəsədxananın yeri elə dəqiq se-
çilmişdir ki, orada indi də rəsədxana
fəaliyyət göstərir. Sonralar Şərqdə
inşa olunan rəsədxanalar məhz Mara-
ğa rəsədxanasının planı əsasında tikil-
mişdir. Dünyanın hər yerindən məşhur
alimlər dəvət edilmiş, faktiki olaraq
rəsədxana riyaziyyat və astronomiya
üzrə böyük elm mərkəzinə çevrilmişdir.
Tusi Yaхın və Orta Şərq ölkələrinə səfər
еdib qiymətli kitablar toplayaraq Mara-
ğaya gətirmiş, rəsədхanada böyük bir
kitabхana yaratmışdır.
ХII əsr еlmlərinin bütün sahələrini
özündə cəmləşdirən nadir еnsiklopеdik
biliyə mənsub olan alim, bu elm sahələrinə
dair “Еvklidin şərhi”, “Hərəkətdə olan
yеr kürəsi”, “Almacеstin təhlili”, “Gеcə
və gündüz”, “Tеlеskop haqqında”, “İki
göy cismi”, “Günəşin çıхması və qüru-
bu”, “Kainat cismlərinin zühuru”, “Kürə
və silindr”, “Konuslar” kimi 101 əsəri
artıq 750 ildir ki, dünyanın ən böyük
alimləri tərəfindən öyrənilmiş, təhlil
və tədqiq olunmuşdur. Onun “Evklidin
həndəsi üsulları kitabı” (“Kitabе osulе
Еrlidеs dər həndəsi”) uzun müddət tədris
vəsaiti kimi istifadə еdilmişdir.
Təsadüfi deyil ki, o, Azərbaycanın si-
yasi fikir tarixində ilk dövlət nəzəriyyəçisi
hesab olunur. “Maliyyə haqqında”
risaləsində verilən qayda-qanunlar son-
ralar bir çox orta əsr dövlətlərində qa-
nunlar toplularına daxil edilmişdir.
Görkəmli alim, filosof Nəsirəddin
Tusi 1274-cü ildə Bağdada səfəri za-
manı vəfat etmiş və Bağdad şəhərinin
Kazımiyyə
mahalındakı
“Cəlil
məscid”də dəfn olunmuşdur.
1981-ci ildə anadan olmasının
780 illik yubileyi geniş qeyd olun-
muş, şərəfinə medal təsis edilmiş,
abidələri ucaldılmış, portreti yaradıl-
mışdır. Azərbaycan Respublikasının
bir sıra elm, təhsil və mədəni-maarif
müəssisəsinə, o cümlədən, Azərbaycan
Milli Elmlər Akademiyası Şamaxı Ast-
rofizika Rəsədxanasına, bir sıra küçələrə
Nəsirəddin Tusinin adı verilmişdir.
YUNESKO-nun qərarı ilə anadan ol-
masının 800 illik yubileyi dünya miqya-
sında qeyd edilmişdir. Bu münasibətlə
ulu öndər Heydər Əliyevin “Nəsirəddin
Tusinin anadan olmasının 800 illiyi haq-
qında” 13 iyun 2000-ci il tarixli Fərmanı
ilə yubiley komissiyası yaradılmışdır.
Nəsirəddin Tusi
1201-1274
Fəlsəfə.İqtisadiyyat
Filosof
Dostları ilə paylaş: |