Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə8/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

27

43

Dünya ədəbiyyatı

575 

illiyi

Əlişir Nəvai 

1441-1501

FEVRAL

Nizaməddin  Mir  Əlişir  oğlu  Nəvai 

(Əlişir Nəvai) Teymurilər sarayına yaxın 

zadəgan ailəsində 1441-ci il fevral ayı-

nın 9-da Heratda anadan olmuşdur.

Təhsilini  Herat,  Məşhəd  və  Səmər-

qənd şəhərlərində almış, şəxsi mütaliəsi 

nəticəsində  dövrünün  ən  görkəmli 

alimlərindən  biri  kimi  tanınmışdır.  Ki-

çik yaşlarından özbək və fars dillərində 

şeirlər  yazmış,  15  yaşında  şair  kimi 

şöhrət qazanmışdır.

1468-ci  ildə  məktəb  yoldaşı  Hüseyn 

Baykara  hakimiyyət  başına  gəldikdən 

sonra  Nəvai  möhürdar  təyin  olunmuş, 

1472-ci ildə vəzir rütbəsinə yüksəlib əmir 

titulu almışdır. Dövrünün alim, şair, mu-

siqiçi, rəssam və xəttatlarını himayə et-

miş, öz hesabına mədrəsə və xəstəxanalar 

açmış, yollar çəkdirib körpülər saldırmış, 

kanallar qazdırmış, karvansaralar tikdir-

miş, sarayda əməkçi xalqın müdafiəçisi 

kimi  tanınmışdır.  Lakin  Nəvainin  bu 

nəcib  işləri  irticaçı  dairələrdə  narazılıq 

doğurmuş, şairə böhtan və iftiralar atıl-

mışdır.  1476-cı  ildə  Nəvai  vəzirlikdən 

imtina  etməyə  məcbur  olmuşdur.  Bir 

müddət Astrabad vilayətinin hakimliyinə 

göndərilmiş (1487), 1488-ci ildə Herata 

qayıdaraq, ömrünün axırınadək yaradıcı-

lıqla məşğul olmuşdur.

Əlişir  Nəvai  16-sı  mənzum,  16-sı 

mənsur  olmaqla  bir-birindən  dəyərli 

32  əsər  yazmışdır.    “Mühakəmət-ül 

Lüğəteyn”,  “Məcalisün-Nəfais”,  beş 

məsnəvidən  ibarət “Xəmsə” və şeirlərinin 

topladığı  “Divan”  onun  ən  məşhur 

əsərləridir.  “Mühakəmət-ül  Lüğəteyn” 

əsərində  türk  və  fars  dilləri  müqayisəli 

şəkildə qarşılaşdırmış, türk dilinin han-

sı  baxımdan  üstün  olduğunu  açıqla-

mışdır.  “Məcalisün-Nəfais”  şairlər  və 

ədiblər təzkirəsidir. Bu əsərdə XV əsrdə 

Türküstan  və  İranda  yetişən  şairlərin 

həyat  və  yaradıcılıqlarına  dair  dəyərli 

məlumatlar  verilmişdir.  “Xəmsə”sində 

“Fərhad  və  Şirin”,  “Leyli  və  Məcnun” 

kimi  mənzum  romanları,  Makedoniyalı 

İskəndərin həyatından bəhs edən “Səddi-

İskəndəri”,  Sasani  hökmdarı  Bəhram 

Gurun  həyatından  bəhs  edən  “Səbəy-

Səyyarə”  adlı  tarixi  əsərləri,  əxlaq  və 

təsəvvüfə dair fikirlərini əks etdirir.

Qəzəllər,    müxəmməslər,  rübailər, 

müstəzadlar, müfrədlərdən ibarət divan-

ları isə Orta Asiya türk dilinin ən gözəl 

nümunələridir.  Ə.Nəvai  6  divan  yarat-

mış,  ilk  şeirlərini  “Bədaye  ülbidayə” 

(1470-ci ilin əvvələri) adlı divanında top-

lamış, 2-ci divanını “Nəvadir ül-nəhayə” 

(1476-1483) adlandırmışdır. 1498-1499-

cu  illərdə  özbək  dilində  yazdığı  lirik 

şeirləri “Çahar divan” adlanan 4 cilddə 

toplanmışdır. Fars dilindəki qəzəlləri isə 

“Divani-Fani” adı ilə məşhurdur.

Nəvai  Azərbaycan  ədəbiyyatının 

klassikləri  Xaqani, Nizami və Nəsiminin 

əsərlərini  dərindən  öyrənmiş,  onlarla 

məktublaşmışdır.  Onun  əsərləri  bir  sıra 

xalqların dillərinə tərcümə olunmuşdur, 

əlyazmaları dünyanın ən iri kitabxanala-

rında mühafizə olunur.

Şairin  əsərlərinin  süjetləri  əsasında 

çoxlu  musiqili  əsərlər  (opera,  balet  və 

s.), həyat və yaradıcılığından bəhs edən 

bədii  əsərlər  (Aybəkin  “Nəvai”  roma-

nı  və  s.)  yaradılmış,  haqqında  bədii 

film (“Əlişir Nəvai”, 1948) çəkilmişdir. 

Nəvai  şəhəri  şairin  şərəfinə  adlandırıl-

mışdır.  Özbəkistanda  adına  maarif  və 

mədəniyyət müəssisələri, ali məktəb və 

küçə var. 

Əlişir Nəvai 1501-ci il yanvar ayının 

3-də Heratda vəfat etmişdir.

Bakıda  şairin  adına  küçə  var.  Adını 

daşıyan  parkda  heykəli  ucaldılmışdır. 

Nəvai  irsinin  tədqiqatçısı  H.Araslıya 

1968-ci ildə “Özbəkistan SSR Əməkdar 

elm xadimi” adı verilmişdir.

Ə d ə b i y y a t 

Seçilmiş əsərləri 

/Ə.Nəvai.- Bakı: Öndər 

nəşriyyat, 2004.- 423 s.

Mühakəmətül-lüğateyn-

İki dilin mübahisəsi: 

Cağatay türkcəsindən 

tərcümə /Ə.Nəvai; 

tərc. və ön söz. müəl. 

K.V.Nərimanoğlu; red. 

Ş.Əhmədova.- Bakı: 

Yurd, 1999.- 64 s.

Əlişir Nəvai 

Azərbaycan 

ədəbiyyatşünaslığında: 

məqalələr toplusu              

/topl., tərt. ed. və nəşrə 

hazırl. A.Ülvi; elmi red. 

V.Arzumanlı; elmi məsl. 

C.Nağıyeva; AMEA, 

Nizami ad. Ədəbiyyat 

İn-tu.- Bakı: Qartal, 

2009.- 359 s.

Nağıyeva, C. 

Azərbaycanda Nəvai 

/C.Nağıyeva.- Bakı: 

“Tural-Ə” NPM, 

2001.- 262 s.

Qasımov, Y. Əlişir 

Nəvai və yeni özbək 

poeziyası /Y.Qasımov   

//Türkologiya: jurnal.-

2013.- №1.- S.33-41.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.kh-davron.uz

Özbək şairi

9


44

Dünya ədəbiyyatı

110  

illiyi

Musa Cəlil 

1906-1944 

FEVRAL

Musa  Mostafa  oğlu  Cəlilov  (Musa 

Cəlil)  1906-cı  il  fevral  ayının  15-də 

Orenburq vilayətinin Şarlık rayonunda-

kı Mostafa kəndində anadan olmuşdur. 

İlk  təhsilini  mollaxanada  alan  Musa 

1914-1917-ci  illərdə  Orenburqdakı 

Hüseyniyyə  mədrəsəsində  oxumuşdur. 

9  yaşında  şeir  yazmağa  başlayan  şai-

rin ilk şeiri 1919-cu ildə “Qızıl yıldız” 

qəzetində çap olunmuşdur.  1919-cu ildə 

komsomola daxil olmuş və bolşeviklərlə 

ağqvardiyaçılar arasında gedən savaşda 

bolşeviklərin sıralarında döyüşmüşdür.  

   1922-ci ildə Tatarıstanın paytaxtı Ka-

zan şəhərinə gəlmiş və qəzetdə işləməyə 

başlamışdır.

1925-ci  ildə  onun  şeirlər  toplu-

su  “Biz  gedirik”  adı  altında  çap  edil-

miş,  elə  həmin  il  Orenburq  komsomol 

komitəsinə işə göndərilmişdir.

İki  il  Orenburq  və  Orskidə  komso-

mol  işində  çalışan  şair  1927-1931-ci 

illərdə  Moskva  Dövlət  Universitetinin 

ədəbiyyat  fakültəsində  təhsil  almışdır. 

Moskvada oxuduğu illərdə komsomolun 

mərkəzi komitəsinin orqanı olan “Kiçik 

qardaşlar”, “Oktyabr balaları” jurnalla-

rına  redaktorluq  etmişdir.  1929-cu  ildə 

şairin “İptaşka” şeir kitabı çap olunmuş-

dur.

1933-1934-cü  illərdə  Moskvadakı 



“Kommunist”  qəzetinin  ədəbiyyat  və 

incəsənət  şöbəsinə  rəbərlik  edən  Musa 

Cəlilin  “Ordenli  milyonlar”  şeir  kitabı 

çap edilmişdir. 1935-ci ildə o, Moskva 

Dövlət Universitetində açılan Tatar Ope-

ra Studiyasına işə dəvət edilmiş, studiya 

1938-ci  ildə  Tatarıstana  köçürüləndə 

Musa Cəlil də Kazana gəlmiş və ədəbi 

hissə  müdiri  vəzifəsində  işləmişdir. 

1935-1941-ci  illərdə  yazdığı  “Altun-

saç”,  1940-cı  ildə  tamamladığı  “İldar” 

librettolarını  Tatarıstan  Dövlət  Opera 

Balet  Teatrına  səhnələşdirmək  üçün 

təhvil vermişdir.

  Musa  Cəlilin  şairliyi  ilə  yanaşı, 

rəssamlıq  qabiliyyəti  də  olmuş,  musiqi 

istedadı  libretto  yazmasında  ona  çox 

kömək etmişdir. O, bəzi şeirlərinə xalq 

mahnılarının  üslubunda  mahnılar  da 

yazmışdır. Musa Cəlil 1939-cu ilin iyu-

lunda Sovetlər Birliyi Yazıçılar İttifaqı-

nın Tatarıstan şöbəsinin katibi seçilmiş-

dir.  

Lakin İkinci Dünya müharibəsi Musa 



Cəlilin həyat yolunu tamam dəyişmişdir.  

1941-ci ilin yayından Musa Cəlil “Otva-

qa” (İgidlik) cəbhə qəzetində hərbi müx-

bir  kimi  fəaliyyətə  başlamışdır.  Onun 

tərənnüm  etdiyi  Sovet  Ordusu  1942-ci 

ildə Voloxov cəbhəsində ağır itki verərək 

şairi yaralı və hərbi müxbiri də səngərdə 

qoyub  geri  çəkilmişdir.  Beləcə,  Musa 

Cəlilin əsirlik, ailəsinin və qohumlarının 

isə işgəncəli həyatı başlamışdır.

1944-cü  ildə  Moabit  düşərgəsindəki 

antifaşist gizli təşkilatın üzvləri Almani-

yanın xüsusi xidmət orqanları tərəfindən 

yaxalanmış,  uzun  və  ağır  işgəncəli 

dindirmələrdən  sonra  gizli  təşkilatın 

ideoloqu Musa Cəlilin günahkar olduğu 

sübut edilmiş, 1944-cü il avqust ayının 

25-də  Berlin  yaxınlığındakı  Plyotsen-

ze hərbi həbsxanasında öldürülmüşdür.

Stalinin  ölümündən  sonra  gizli  antifa-

şist  təşkilatlarında  Sovetlərin  öndə  ol-

duğunu  göstərmək  üçün  Musa  Cəlilə 

ölümündən  sonra  1956-cı  ildə  “Sovet 

İttifaqı  Qəhrəmanı”  adı  verilmiş  və 

şeirləri dünya dillərinə tərcümə edilərək 

yayılmışdır.



Ə d ə b i y y a t 

Moabit dəftəri: 

şeirlər /M.Cəlil; tərc. 

ed. X.Rza; ön söz. 

P.Xəlilov.- Bakı: Yazıçı, 

1979.- 275 s.

Mustafin, R. Qəhrəman 

şairin izi ilə: kitab ax-

tarış /R.Mustafin; tərc. 

ed. V.Quliyev.- Bakı: 

Gənclik, 1988.- 196 s. 

Abbaslı, T. Ədib. Əsgər. 

Əsir. Edam. Təqib. 

Təltif...: [Musa Cəlil 

haqqında] /T.Abbaslı   

//Mədəniyyət.- 2011.- 

16 fevral.- S.12.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.ali-shamil.tr.gg

 

Tatar şairi

15

45

45

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

95 

illiyi

Böyükağa Mirzəzadə    

1921-2007

FEVRAL

Böyükağa  Məşədi  oğlu  Mirzəzadə 

1921-ci  il  fevral  ayının  21-də  Bakıda 

anadan olmuşdur. O,  Əzim Əzimzadənin 

rəhbərliyi  ilə  boyakarlıq  sənətinin 

əsaslarını  mənimsəyərək,  1939-cu  ildə 

Azərbaycan  Dövlət  Rəssamlıq Texniku-

munu  bitirmişdir.  1940-cı  ildə  Moskva 

Rəssamlıq  İnstitutuna  daxil  olmuş,  la-

kin müharibənin başlanması səbəbindən 

təhsilini  davam  etdirə  bilməmişdir. An-

caq  1973-cü  ildən  Azərbaycan  Dövlət 

İncəsənət  İnstitutunda  təhsil  ala  bilmiş-

dir.


Əmək fəaliyyətinə Azərbaycan Dövlət 

Rəssamlıq Texnikumunun müəllimi kimi 

başlamışdır.  Ömrünün  son  günlərinədək 

pedaqoji  fəaliyyətlə  məşğul  olmuş, 

Azərbaycan  Dövlət  İncəsənət  İnstitu-

tunda  kafedra  müdiri  və  Azərbaycan 

Rəssamlıq  Akademiyasının  professoru 

vəzifələrində çalışmışdır.

Onun  rəngkarlıq,  qrafika,  səhnə 

rəssamlığı  və  digər  janrlarda,  müxtəlif 

mövzularda  yaratdığı  əsərlər  qiymətli 

sənət  nümunələri  kimi  rəssamlıq 

tariximizə həmişəlik daxil olmuşdur.   

    Portret janrında ustalıqla yaratdığı “Di-

rijor  Niyazinin  portreti”  (1951),  “Gənc 

rəssamın  portreti”  (1967),  “Ədilənin 

portreti”  (1969),  “Şıxəli  Qurbanovun 

portreti” (1969) “Aşıq Ələsgərin portre-

ti” (1972), “Çəhrayı geyimli qız” (1973), 

“Şəmsi  Bədəlbəylinin  portreti”  (1975), 

“Bəstəkar  Xəyyam  Mirzəzadənin  port-

reti”  və  s.  boyakarlıq  əsərlərində  tarixi 

şəxsiyyətlərin  və  müasirlərinin  daxili 

aləmi, xarakteri və mənəvi zənginlikləri 

bütün dolğunluğu ilə öz əksini tapmışdır.  

O,  güllərlə  bağlı    natürmortları:  “Sarı 

güllər”,  “Tüstü  ilə  natürmort”,  “Dolça 

ilə  natürmort”,  “Qızılgüllər”,  “Güllərlə 

natürmort”,  “Bankalı  natürmort”  rəssa-

mın  yaradıcılığında  xüsusi  yer  tutur.                

Böyükağa Mirzəzadə fırçasının məhsulu 

olan  bu tablo və lövhələr özünün yüksək 

emosional təsir qüvvəsi ilə seçilir, insanı 

doğma vətəni və onun təbiətini sevməyə 

çağırır. 

Teatr  rəssamı  kimi  də  səmərəli 

fəaliyyət göstərmişdir. Uzun illər ərzində 

Azərbaycan teatrında “Qaynana” (1965, 

Z.Bağırov), “Milyonçunun dilənçi oğlu” 

(1966,  Ş.Qurbanov),  “Bayadera”  (1973, 

İ.Kalman),  “Mənim  günahım”  (1967, 

İ.Əfəndiyev)  və  s.  kimi  iyirmiyə  yaxın 

tamaşaya səhnə tərtibatı vermişdir.

Rəssamın  əsərləri  1940-cı  ildən 

etibarən Çexoslovakiya, Fransa, İtaliya və 

onlarca xarici ölkələrin sərgi salonlarında 

və rəsm qalereyalarında müvəffəqiyyətlə 

nümayiş  etdirilmiş,  sənətsevərlərin 

rəğbətini qazanmışdır.

O,  1960-cı  ildə  “Azərbaycan  SSR-in 

Əməkdar incəsənət xadimi”, 1966-cı ildə 

Üzeyir  Hacıbəylı  adına  Dövlət  mükafa-

tına  və  1967-ci  ildə  isə  “Xalq  rəssamı” 

fəxri adına layiq görülmüş, 1998-ci ildə 

“Şöhrət”  ordeni  ilə  təltif  edilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin 

fərdi təqaüdçüsü olmuşdur.

Böyükağa  Mirzəzadə  2007-ci  il  no-

yabr  ayının  3-də  ömrünün  87-ci  ilində 

vəfat etmişdir.



Ə d ə b i y y a t

Böyükağa Mirzəzadə 

[İzomaterial]: 

rəngkarlıq və 

qrafika /layih. 

rəhb. R.Həşimov; 

tərt. E.Məmmədov; 

bədii tərt. və dizayn 

T.Qorçu; mətnin 

müəl. Ş.Məlikova; 

tərc. E.Triller; red. 

S.Babullaoğlu; ideya 

Xalq Bank.- Bakı:  

Tutu, 2010.- 212 s. 

Əliyeva, F. Böyükağa 

Mirzəzadə: Zamanın 

sınağından keçmiş 

rəssam /F.Əliyeva       

//Mədəniyyət.-2011.- 2 

mart.- S.15.

Quliyev, Ə. 

Azərbaycan 

rəssamlığında kolorit 

ustası - Böyükağa 

Mirzəzadə /Ə.Quliyev 

//525-ci qəzet.- 2012.- 

1 fevral.- S.7.

Mirzəzadə Böyükağa 

Məşədi oğlu //Cəlil 

Məmmədquluzadə 

Ensiklopediyası.- Bakı, 

2008.- S.197.

www.anl.az

www.az.wikipedia.org

www.mct.gov.az

www.elibrary.azlib.net

21

       Rəssam

46

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

95 

illiyi

Oqtay Sadıqzadə 

1921-2014 

FEVRAL

Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə 

1921-ci  il  fevral  ayının  24-də  Bakının 

Novxanı  kəndində  anadan  olmuşdur. 

Valideynlərini  repressiya  illərində  itir-

miş və gənc yaşlarından rəssamlığa ma-

raq göstərməyə başlamışdır.

1935-1939-cu illərdə Bakı Rəssamlıq 

Texnikumunda təhsil alaraq ilk əsərləri 

ilə sənətşünasların diqqətini cəlb etmiş-

dir. 1941-ci ildə repressiyaya məruz qal-

mış  ailənin  nümayəndəsi  kimi  sürgün 

olunmuş, lakin düşdüyü ağır şəraitə bax-

mayaraq yaradıcılığını davam etdirmiş-

dir.

1946-cı ildə Bakıya qayıtdıqdan son-



ra kitab qrafikası ilə məşğul olmuş və bu 

sahədə  nəzərə  çarpacaq  uğurlar  qazan-

mışdır.  Təhsilini  davam  etdirmək  üçün  

Surikov adına Moskva Dövlət Rəssamlıq 

İnstitutuna daxil olmuş və 1956-cı ildə 

oranı qrafika ixtisası üzrə bitirmişdir.

Təhsilini başa vurduqdan sonra Bakı-

da Azərnəşrdə bədii redaktor kimi əmək 

fəaliyyətinə  başlayan  Oqtay  Sadıqzadə 

dünya təsviri sənətinin nailiyyətlərindən 

bəhrələnməklə, ədəbi fikrin qüdrətli si-

malarından  Mirzə  Fətəli  Axundzadə, 

Hüseyn  Cavid,  Cəfər  Cabbarlı,  Rəşad 

Nuri Güntəkin, Onore de Balzak, Viktor 

Hüqo, İvan Turgenev, Maksim Qorkinin 

və digər söz ustalarının əsərlərinin dərin 

emosional təsir gücünə malik yaddaqa-

lan obrazlarını yaratmışdır.

N.Gəncəvi  adına  Milli  Azərbaycan 

Ədəbiyyatı Muzeyinin, Milli Azərbaycan 

Tarixi  Muzeyinin,  Üzeyir  Hacıbəyli, 

Hüseyn  Cavid,  Səməd Vurğun  və  Bül-

bülün  ev-muzeylərinin  tərtibatında 

rəssamın əsərlərinə xüsusi yer verilmiş-

dir.  Onun  “Nizami  Gəncəvi  və  dünya 

mədəniyyəti”  adlı  monumental  silsilə 

əsərləri, Qətran Təbrizinin, Xurşidbanu 

Natəvanın portretləri, “1937-ci il repres-

siyasının qurbanları” tablosu və “Hüseyn 

Cavidin aləmi” adlı rəsmləri obrazların 

təkrarolunmazlığı,  kompozisiya  üsulla-

rının müxtəlifliyi və rəngkarlıq həllinin 

mükəmməlliyi ilə seçilir.

Sənətkarın  əsərləri  Azərbaycan 

Dövlət  İncəsənət  Muzeyində,  eləcə 

də  Tretyakov  qalereyası  kimi  mötəbər 

mədəniyyət mərkəzində nümayiş etdiri-

lir, dünyanın bir çox ölkələrin şəxsi kol-

leksiyalarında saxlanılır.

Oqtay  Sadıqzadə  1977-ci  ildə 

“Əməkdar  incəsənət  xadimi”,  1992-ci 

ildə “Xalq rəssamı” fəxri adlarına layiq 

görülmüş, 1999-cu ildə “Şöhrət”,  2011-

ci ildə “Şərəf” ordenləri və 2014-cü ildə 

Azərbaycan Respublikasının Dövlət mü-

kafatı  ilə  təltif  edilmişdir.  2002-ci  ildə 

Azərbaycan  Respublikası  Prezidentinin 

fərdi təqaüdçüsü olmuşdur.

Xalq rəssamı Oqtay Sadıqzadə 2014-

cü il dekabr ayının 20-də Bakı şəhərində 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Oqtay Sadıqzadə [İzo-

material]: rəngkarlıq, 

qrafika lay. rəhb. 

Ç.Fərzəliyev; mətnin 

müəl. G.Qacar; ing. 

dilinə tərc. İ.Peart, 

S.İbrahimova, 

Ə.Məlikova; fotolar 

Ə.Ağasiyev; baş dizay-

ner İ.Eldarova.- Bakı: 

Sərvət [Şərq-Qərb], 

2013.- 104 s.

Qafarzadə, R. Oqtay 

Sadıqzadə yaradıcılığı 

Azərbaycan təsviri 

sənəti kontekstində: 

sənətşün. üzrə fəls. d-ru 

e. dər. al. üçün təq. ed. 

dis-nın avtoreferatı: 

6215.01 /R.Qafarzadə; 

Azərb. Resp. Təhsil 

Nazirliyi, Azərb. Dövlət 

Rəssamlıq Akademiya-

sı.- Bakı, 2013.- 24 s.

Oqtay Seyid Hü-

seyn oğlu Sadıqzadə              

//Azərbaycan.- 2014.- 

23 dekabr.- S.8; 

Mədəniyyət.- 2014.- 24 

dekabr.- S.2.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.mct.gov.az

www.anspress.com

www.azerbaycanli.org

24

Rəssam


47

Musiqi.Opera.Balet

80 

illiyi

Məmməd Quliyev   

 1936-2001

  

 

FEVRAL

Məmməd Mehdi oğlu Quliyev 1936-

cı il fevral ayının 9-da Göyçay rayonun-

da anadan olmuşdur.

1958-ci  ildə  Bakı  Musiqi  Texniku-

munu tar sinfi üzrə bitirərək Ü.Hacıbəyli 

adına  Azərbaycan  Dövlət  Konservato-

riyasına -  Qara  Qarayevin sinfinə  daxil 

olmuşdur. 1963-cü ildə diplom işi kimi 

təqdim etdiyi ilk irihəcmli əsəri - I sim-

foniyası,  Dövlət  imtahan  komissiyası 

tərəfindən  yüksək  qiymətləndirilmişdir. 

XX əsrin 60-cı illərində yaradıcılıq yo-

luna  qədəm  qoyan  bəstəkarın  maraqlı, 

orijinal  və  yüksək  bədiiliyi  ilə  seçilən 

əsərləri  nəinki  respublikamızda,  habelə 

onun  hüdudlarından  kənarda  da  musi-

qi  ictimaiyyətinin  diqqətini  cəlb  etmiş, 

əsərləri  Ümumittifaq  müsabiqələrdə, 

qurultay  və  plenumlarda  uğurla  səslən-

mişdir.  Məmməd  Quliyev  30  ildən 

artıq  pedaqoji  fəaliyyətlə  məşğul  ol-

muş,  A.Zeynallı  adına  Bakı  Musi-

qi  Kollecində  alətşünaslıq,  dirijorluq 

fənlərini  tədris  etmişdir.  İctimai  musiqi 

xadimi kimi Məmməd Quliyev 1966-cı 

ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 

İdarə Heyətinin üzvü, habelə “Simfonik 

musiqi bölməsi”nin fəal üzvlərindən biri 

olmuşdur.

Xalq  mahnılarının  melodiya  və  for-

masını  götürüb  özünəməxsus  şəkildə 

orkestrləşdirən M.Quliyev, ilk dəfə olaraq 

Azərbaycan  bəstəkarları  arasında  məhz 

xalq mahnılarından ibarət “7 Azərbaycan 

xalq  mahnısı”  (“Dəli  ceyran”,  “Süsən 

sünbül”,  “Yaxan  düymələ”  və  s.)  adlı  

irihəcmli silsilə mahnı bəstələmiş və onu, 

bu əsərin ilk ifaçısı, Əməkdar incəsənət 

xadimi,    müğənni  R.Adıgözəlova  ithaf 

etmişdir. M.Quliyevin 20 pyesdən ibarət 

olan “Fortepiano üçün albom” əsərində 

bəstəkar  hər  muğamı  bir  pyes  şəklində 

təqdim etmişdir.

M.Quliyev  “Aldanmış  ulduzlar” 

(M.F.Axundovun povesti əsasında) ope-

rasının,  7  simfoniyanın,  instrumental 

konsertlərin, irihəcmli xor əsərlərinin, o 

cümlədən “Dədə Qorqud diyarı” (Fikrət 

Qocanın  sözlərinə)  kantatasının,  “Şəbi-

hicran”  (Füzulinin  sözlərinə)  lirik  po-

emanın,  kamera-instrumental  əsərlərin 

müəllifidir.  Xocalı  qurbanlarına  həsr 

olunmuş  faciəli  “Simfoniya-rekviyem” 

isə  yaşanan  ağrılı-acılı  hisslərin  ifadəsi 

kimi  dəyərləndirilir.  Bəstəkar,  şair 

F.Qocanın  sözlərinə  yazdığı  5  solist, 

qarışıq  xor  və  simfonik  orkestr  üçün 

“Azərbaycan” adlı III simfoniyasındakı 

solo  vokal  partiyalarda  qədim  mərasim 

mahnısı olan ağıdan bacarıqla və yaradı-

cı şəkildə istifadə etmişdir.

Yaradıcılığında  daim  muğam  ənənə-

lərinə müraciət etmiş bəstəkar  xüsusilə 

simfonik yaradıcılığında bu üsuldan ge-

niş istifadə etmişdir. Onun 4 saylı “Mu-

ğam” simfoniyası, Kamera orkestri üçün 

“Muğamsayağı” əsərini göstərmək olar. 

Görkəmli  bəstəkar  1992-ci  ildə 

“Azərbaycanın Əməkdar incəsənət xadi-

mi” fəxri adına layiq görülmüşdür.

Məmməd Quliyev 2001-ci il oktyabr 

ayının 2-də Bakıda vəfat etmişdir.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin