20
31
Tarixdə bu gün
15
illiyi
Azərbaycanın Avropa Şurasına üzv
seçilməsi
2001
YANV
AR
2001-ci il yanvar ayının 25-də Av-
ropa Şurası Parlament Assambleyası-
nın Strasburqdakı qərargahının qarşı-
sında respublikamızın üçrəngli bayrağı
yüksəldilmiş, ölkəmizin AŞPA-ya tam-
hüquqlu üzv qəbul edilməsi ilə əlaqədar
ulu öndər Heydər Əliyevin iştirakı ilə
təntənəli mərasim keçirilmişdir. Bunun-
la da Azərbaycanın Qərbə inteqrasiyası
istiqamətində irəliyə doğru mühüm ad-
dım atılmışdır.
Müstəqil dövlətimizin həyatında de-
mokratik ictimai və siyasi dəyişikliklərin
baş verməsi, beynəlxalq standartlara
uyğun yeni qanunların qəbul olunması,
Konstitusiyada və qanunlarda insan hü-
quq və əsas azadlıqlarının təsbit olun-
ması, Azərbaycanın insan hüquqları və
əsas azadlıqlarının müdafiəsi haqqın-
da Avropa Konvensiyasına qoşulmağa
hazır olmasını bəyan etməsi ölkəmizi
Avropa ailəsinə daha da yaxınlaşdır-
mışdı. Azərbaycanda qəbul olunan qa-
nunların Avropa Şurasının ekspertləri
tərəfindən yüksək qiymətləndirilməsi
Avropa məkanının diqqətini ölkəmizə
yönəltmişdi.
Bununla
birlikdə,
Azərbaycanın dövlət başçısı Heydər
Əliyevin 1996-cı il 8 iyul tarixli “Avro-
pa Şurası və Azərbaycan Respublikası
arasında əməkdaşlıq proqramının həyata
keçirilməsi üzrə tədbirlər haqqında”
Sərəncamı Avropa Şurası ilə ölkəmiz
arasında əməkdaşlığın yaradılmasında
və növbəti illər üçün fəaliyyət planı kimi
mühüm əhəmiyyət kəsb etmişdir.
1998-ci il yanvar ayının 20-də “Av-
ropa Şurası və Azərbaycan Respublikası
arasında əməkdaşlığın dərinləşdirilməsi
sahəsində tədbirlər haqqında”, 1999-cu il
mayın 14-də “Azərbaycan Respublikası
ilə Avropa Şurası arasında əməkdaşlığın
dərinləşdirilməsi və Azərbaycan Res-
publikasının Avropada mənafelərinin
müdafiə edilməsi sahəsində tədbirlər
haqqında” Heydər Əliyevin imzaladığı
Sərəncamlar ölkəmizin Avropa Şurasına
qəbul edilməsi üçün səylərin artırılmasına
və məqsədyönlü fəaliyyətə böyük zəmin
yaratmışdı. Ulu öndər Azərbaycanın Av-
ropa Şurasına üzvlük naminə fəaliyyətini
getdikcə gücləndirmiş, bu yönümdə
riskli və prinsipial addımlar atmaqdan
belə çəkinməmişdir.
Nəhayət, 2001-ci il yanvarın 17-də
Avropa Şurası Nazirlər Komitəsinin
nümayəndələri səviyyəsində keçirilmiş
iclasda Azərbaycan Respublikasının
Avropa Şurasına tamhüquqlu üzv qəbul
edilməsinə dair tarixi qərar qəbul olun-
muşdur. Ölkəmizin şuraya üzv olması
ilə respublikamız Avropa ilə əlaqələrinin
tarixində yeni mərhələyə qədəm qoydu.
Bu qurum müstəqil Azərbaycan üçün
yeni, habelə daha yüksək tribuna kimi
qiymətləndirilirdi. Ən başlıcası isə,
ölkəmiz informasiya blokadasından çı-
xaraq öz milli maraqlarını, əsl həqiqətləri
olduğu kimi beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırmaq istiqamətində
qətiyyətli addımlar atdı.
AŞPA-nın Azərbaycan parlamen-
ti nümayəndə heyətinin iştirak et-
diyi ilk sessiyasından başlayaraq
Ermənistan-Azərbaycan, Dağlıq Qara-
bağ münaqişəsinə dair reallıqları özündə
əks etdirən sənədlər yayıldı. Əməkdaşlıq
möhkəmləndikcə AŞPA-nın müxtəlif
dövlətlərdən olan üzvləri ölkəmizin
qarşılaşdığı problemlər, torpaqlarımızın
20 faizinin Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunması və bu işğal za-
manı bir milyondan artıq soydaşımızın
öz doğma ev-eşiklərindən didərgin sa-
lınmaları barədə müfəssəl məlumat əldə
etdilər.
25
Ə d ə b i y y a t
Azərbaycan və Avropa
Şurası /M.F.Axundov
adına Azərbaycan Milli
Kitabxanası; tərt. ed.:
G.Hüseynova, A.Babayeva.-
Bakı, 2008.- 90 s.
İmaməliyeva, Ü.
Azərbaycanın Avropa
Şurası ilə əlaqələri: siyasi
əməkdaşlığın istiqamətləri
/Ü.İmaməliyeva; elmi
red. R.Mirzəzadə.- Bakı:
Şirvannəşr, 2007.- 166 s.
Mehdiyev, A. Azərbaycan
Avropa Şurasında: 2001-
2005 /A.Mehdiyev; red.
T.Kazımov.- Bakı: Elm və
təhsil, 2011.- 246 s.
Süleymanov, E. Azərbaycan
10 il Avropa Şurasında
/E.Süleymanov; elmi red.
E.Lintner; [ön söz. müəl.
J.P.Anri].- Bakı: Xəzər,
2011.- 45 s.
Əhmədov, E. Azərbaycanın
Avropa Şurasına üzvlüyü
ölkəmizin dünya birliyinə
inteqrasiyasını daha da
sürətləndirib /E.Əhmədov
//Xalq qəzeti.- 2012.- 25
yanvar.- S.4.
İ n t e r n e t d ə
www.anl.az
www.mfa.gov.az
32
Tarixdə bu gün
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi
2006
YANV
AR
Azərbaycan Respublikası Prezidentinin 30
yanvar 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi əsasında
Mədəniyyət və Turizm Nazirliyi yaradılmış-
dır. Azərbaycan Respublikası Prezidentinin 18
aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı
ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında
əsasnamə təsdiq edilmişdir. Bu əsasnamə əsasən
yeni nazirliyin fəaliyyətinin əsas istiqamətlərini,
vəzifələrini, hüquqlarını, fəaliyyətinin təşkili
məsələlərini müəyyən edir.
Nazirlik əsasən dövlət büdcəsindən maliyyə-
ləşir. Bakı şəhərində yerləşir.
Mədəniyyət və Turizm Nazirliyi - mədəniyyət,
incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin
qorunması, nəşriyyat, kinematoqrafiya sahələrində
dövlət siyasətini tənzimləyən icra hakimiyyəti or-
qanıdır.
Nazirlik sisteminə daxil olan ali və orta ixti-
sas təhsil müəssisələrinin, uşaq musiqi, incəsənət,
rəssamlıq və muğam məktəblərinin fəaliyyətinə
nəzarəti həyata keçirmək, tədris plan və proq-
ramlarını müvafiq qaydada təsdiq etmək, təhsil
müəssisələri şəbəkəsinin inkişafı və maddi-texniki
bazasının gücləndirilməsi üçün tədbirlər görür.
Nazirlik tarix və mədəniyyət abidələrinin qo-
runması, kinematoqrafiya və turizm sahələrində
qanunvericiliklə nəzərdə tutulmuş hallarda və
qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razı-
lıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquq
müəyyənedici sənədlər verir, yüksək bədii dəyərli
əsərlərin yaradılması ücün dövlət sifarişlərini
həyata keçirir, dövlət mülkiyyətində olan
muzeylərin, kitabxanaların, rəsm qalereyalarının
və sərgi salonlarının fondlarını zənginləşdirmək və
komplektləşdirmək məqsədi ilə maddi mədəniyyət
və nəşr nümunələrini satın almaq, onların qorun-
ması, uçotu, mühafizəsi, təbliği və nümayişini
təmin etmək kimi vəzifələri də icra edir.
Hazırda Mədəniyyət və Turizm Nazirliyi-
nin fəaliyyət dairəsinə 28 teatr, 6308 tarix və
mədəniyyət abidəsi, 1 sirk və 12 konsert müəssisəsi,
3002 kitabxana (işğal olunmuş ərazilərdə 927 ki-
tabxana), 2708 klub, 189 dövlət muzeyi (filiallarla
birlikdə), 234 uşaq musiqi, incəsənət və rəssamlıq
məktəbi, 33 rəsm qalereyası və sərgi salonu, 21
dövlət qoruğu, 60 mədəniyyət və istirahət parkı, 1
zoopark, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki
Mərkəz, 4 asudə vaxt Mərkəzi, 6 təsərrüfat
təşkilatı, “Azərbaycanfilm” də daxil olmaqla 7
film istehsalı studiyası, 134 şəhər və rayon ki-
noteatrı, Dövlət Film Fondu (Naxçıvan filialı ilə
birlikdə), Respublika Kitabxana Kollektoru, bir
qəzet (“Mədəniyyət”), iki jurnal (“Mədəniyyət.
az”, “Baku Guide”) redaksiyası, Dövlət Tu-
rizm İnstitutu, Bakı Xoreoqrafiya Akademiya-
sı, Azərbaycan Milli Kitabxanası, Respublika
Mədəniyyət Müəssisələri İşçilərinin İxtisasartırma
Mərkəzi, Mingəçevir Turizm Kolleci, Milli Kuli-
nariya Mərkəzi, 62 şəhər və rayon mədəniyyət və
turizm şöbəsi, Naxçıvan MR Mədəniyyət və Tu-
30
10
illiyi
33
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 11
sentyabr 2014-ci il
//Azərbaycan.- 2014.- 13 sentyabr.- S.4.
Mədəniyyət və turizm fəaliyyətinə dair qanunlar toplusu /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi; burax. məs. A.Əhmədzadə.-Bakı:
Səda, 2007.-197 s.
Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə
.-
Bakı: Qanun, 2006.-15 s.
Qarayev, Ə. Ölkəmizin dinamik inkişafı mədəniyyət və turizm sahələrində də əksini tapır /Əbülfəs Qarayev //Azərbaycan.-2015.- 30
yanvar.- S.5.
www.mct.gov.az
rizm Nazirliyi, Bakı, Gəncə, Sumqayıt şəhər tu-
rizm idarələri, Şəki Atçılıq Mərkəzi, Bakı Turizm
İnformasiya Mərkəzi, Lənkəran Uşaq düşərgəsi
daxildir.
Nazirlik Azərbaycan Respublikasında beynəl-
xalq və daxili turizmin inkişafının məqsədli proq-
ramlarını hazırlamaq, turizm infrastrukturunun və
sənayesinin inkişafına dair, ölkə ərazisində turizm
zonalarının və turizm xidməti sahələrinin yaradıl-
masına investisiyanın cəlb olunması sahəsində öz
səlahiyyətləri daxilində tədbirlər görmək funksi-
yalarını daşıyır.
Mədəniyyət və Turizm Nazirliyi təşkil olundu-
ğu ildən dövlət rəhbərliyi tərəfindən mədəniyyət
və turizmlə bağlı qəbul edilən qərarlar bu
sahələrin ahəngdar inkişafına, əldə olunan bir çox
nailiyyətlərə mühüm zəmin yaradıb. Ötən illərdə
imzalanmış prezident fərmanları və sərəncamları,
qəbul olunmuş qanunlar və dövlət proqramları
bunun bariz təsdiqidir. Nazirlik yarandığı gündən
etibarən mədəniyyət və incəsənətimizin dünyada
təbliği və tanıdılması, mədəni irsin qorunması,
nəşriyyat işi, mədəniyyət obyektlərinin, yeni ki-
tabxanaların tikintisi, yenidən qurulması və müa-
sir avadanlıqlarla təchiz olunması sahəsində konk-
ret tədbirlər görülür.
Bir çox uğurlu mədəniyyət proqramlarını re-
allaşdıran Heydər Əliyev Fondu ilə daha çox
müştərək tədbirlərin keçirilməsi böyük uğurların
əldə olunmasına səbəb olmuşdur.
2014-cü ildə Azərbaycan Respublikasının Pre-
zidenti cənab İlham Əliyev “Azərbaycan Respub-
likasının Mədəniyyət və Turizm Nazirliyi yanında
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin yaradılması haqqında” Fərman
imzalamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin apardığı
uğurlu siyasət nəticəsində mədəniyyətin və turiz-
min inkişafında böyük dəyişikliklər baş vermişdir.
Son illər respublikamızda kitab nəşri, kitabxa-
na işi, milli ədəbiyyatın təbliği sahəsində bir sıra
uğurlar əldə edilmişdir. Azərbaycan Respublika-
sı Prezidentinin sərəncamları ilə hər il görkəmli
mütəfəkkir və ədiblərin yubileyləri qeyd edilir, yerli
və beynəlxalq kitab sərgilərində, regionlarda kitab
bayramlarında nazirliyin iştirakı ilə Azərbaycan
kitabı uğurla təmsil olunur. Qeyri-maddi mədəni
irsin qorunması, təbliği və təşviqi məqsədilə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata
keçirilən “2010-2014-cü illər üçün Xalq Yaradıcı-
lığı Paytaxtları” proqramı uğurla başa çatmışdır.
Nazirlik dövlətlərarası müqavilələrə uyğun ola-
raq Avropa, Asiya və İslam ölkələri, ABŞ və La-
tın Amerikası ölkələri ilə beynəlxalq mədəniyyət
proqramlarını həyata keçirir.
Çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT,
MDB, GUAM, Qaradəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı
Təşkilatı, YUNESKO, Dünya Turizm Təşkilatı,
TÜRKSOY, İSESKO və digər beynəlxalq qu-
rumlar vasitəsi ilə Azərbaycan mədəniyyətini
dünyada təbliğ edir, eyni zamanda dünya mədəni
sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində
əhəmiyyətli proqramlar həyata keçirir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin mətbu orqanları olan “Mədəniyyət”
qəzeti və “Mədəniyyət.az”, “Baku Guide” jur-
nalları vasitəsilə mədəniyyət, incəsənət və turizm
sahəsində bütün yeniliklər, mühüm məlumatlar
geniş ictimaiyyətin diqqətinə çatdırılır.
34
FEVRAL
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
®
Gənclər Günü (02.02.1997)
•
Azərbaycan Hərbi Hava Qüvvələri Günü
•
(14.02.1992)
X
• ocavənd rayonunun Qaradağlı kəndinin
işğalı günü (17.02.1992)
Bеynəlxalq Ana Dili Günü (21.02.1999)
•
Xоcalı Sоyqırımı günü (26.02.1992)
•
Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın
mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bü-
tün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın
və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda, Yaxın və Orta Şərqin
mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. Şair
ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən
dəyərli söz sənəti inciləri bəxş etmişdir. Nizami Gəncəvi ümumbəşəri
mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq
bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti
görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur
“Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində daya-
naraq dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.
Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni par-
laq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi
kamilləşməsinə misilsiz xidmət göstərir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
1 fevral
Gün çıxır 07:51
Gü
n batır
18:16
28 fevral
Gün çıxır 07:17
Gü
n batır 18:47
21 yanvar-
18 fevral
Dolça - nişanı
havadır. Saturn
və Uranın
himayəsindədir.
Günəşin Dolça
bürcündən keçdiyi
dövrdə doğulanlar
xaraktercə
emosional,
təbiətcə həssas
olurlar.
875 il
1141-1209
Nizami Gəncəvi
35
Milli ədəbiyyat
Xalq şairi Həsənzadə Nəriman Əliməmməd oğlunun (18.02.1931) anadan
olmasının 85 illiyi
Əməkdar incəsənət xadimi, yazıçı Talıbzadə Abdulla Mustafa oğlunun
(Abdula Şaiq) (24.02.1881-24.07.1959) anadan olmasının 135 illiyi
Xalq yazıçısı Vəliyev Əli Qara oğlunun (27.02.1901- 02.02.1983) anadan
olmasının 115 illiyi
Dünya ədəbiyyatı
Özbək şairi, mütəfəkkiri və dövlət xadimi Nəvai Nizaməddin Mirəlişir
oğlunun (Əlişir Nəvai) (09.02.1441- 03.01.1501) anadan olmasının 575
illiyi
Tatar şairi Cəlilov Musa Mostafa oğlunun (Musa Cəlil) (15.02.1906-
25.08.1944) anadan olmasının 110 illiyi
Rus yazıçısı Leskov Nikolay Semyonoviçin (16.02.1831-05.03.1895)
anadan olmasının 185 illiyi
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
Rus mənzərə rəssamı, realist mənzərə janrının banilərindən biri Şedrin
Silvestr Feodosiyeviçin (13.02.1791-08.11.1830) anadan olmasının 225
illiyi
Xalq rəssamı, Əməkdar incəsənət xadimi, boyakar Mirzəzadə Böyükağa
Məşədi oğlunun (21.02.1921-03.11.2007) anadan olmasının 95 illiyi
Xalq rəssamı, Əməkdar incəsənət xadimi Sadıqzadə Oqtay Seyid Hüseyn
oğlunun (24.02.1921-20.12.2014) anadan olmasının 95 illiyi
Musiqi.Opera.Balet
Əməkdar incəsənət xadimi, bəstəkar Məmmədov Rəşid Rza oğlunun
(02.02.1936) anadan olmasının 80 illiyi
Xalq artisti Axundzadə Yusif Yevgenyeviçin (06.02.1946) anadan olmasının
70 illiyi
Əməkdar incəsənət xadimi, bəstəkar Quliyev Məmməd
Mehdi oğlunun
(09.02.1936-02.10.2001) anadan olmasının 80 illiyi
Xalq artisti, tarzən Mansurov Bəhram Məşədi Süleyman bəy oğlunun
(12.02.1911-14.05.1985) anadan olmasının 105 illiyi
2016
FEVRAL
40
41
42
43
44
46
45
47
48
36
Əməkdar incəsənət xadimi, xor dirijoru İmanova Gülbacı Əliəkbər qızının
(13.02.1956) anadan olmasının 60 illiyi
Əməkdar incəsənət xadimi, bəstəkar Nağıyev Faiq Həbib oğlunun
(15.02.1946) anadan olmasının 70 illiyi
Xalq artisti, müğənni İsmayılova Səkinə Qulu qızının (24.02.1956) anadan
olmasının 60 illiyi
Teatr. Kino
Xalq artisti Qədirov Əliabbas Gülabbas oğlunun (13.02.1946-08.03.2006)
anadan olmasının 70 illiyi
Xalq artisti Hüseynova Sofiya Həsən qızının (17.02.1926-30.07.2015)
anadan olmasının 90 illiyi
Əməkdar incəsənət xadimi, kino rejissoru İsmayılov Həbib Ələkbər oğlunun
(21.02.1906-31.12.1966) anadan olmasının 110 illiyi
Xalq artisti, rejissor Bədəlbəyli Şəmsi Bədəl oğlunun (23.02.1911-
23.05.1987) anadan olmasının 105 illiyi
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Kərimov Bəşir Bəylər oğlunun (02.02.1976-
17.03.1995) anadan olmasının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Hacıyev Etibar Firudin oğlunun (05.02.1971-
15.06.1992) anadan olmasının 45 illiyi
Siyasət.Hüquq.Hərbi iş
Hərbi xadim, general-mayor Kazımov Əli İmran oğlunun (17.02.1956)
anadan olmasının 60 illiyi
Hərbi xadim Şadlinski Abbasqulu bəy Xanbaba bəy oğlunun (24.02.1886-
02.1930) anadan olmasının 130 illiyi
Fəlsəfə.İqtisadiyyat
Filosof alim Tusi Nəsirəddin Məhəmməd ibn Həsənin (17.02.1201-
23.06.1274) anadan olmasının 815 illiyi
Tarix
Tarix elmlər doktoru Bağırova İradə Səid qızının (12.02.1956) anadan
olmasının 60 illiyi
Mədəniyyət.Maarif.Təhsil
İctimai xadim, dilçi, jurnalist,
tərcüməçi Hacıbəyli Ceyhun bəy
Əbdülhüseyn oğlunun (02.02.1891-22.10.1962) anadan olmasının 125
illiyi
Maarifçi, pedaqoq Cuvarlı (Cuvarlinski) Cavad Nəcəf bəy oğlunun
50
52
54
51
57
59
53
55
49
58
56
37
(15.02.1886-1963) anadan olmasının 130 illiyi
Akademik, sənətşünas alim Salamzadə Əbdülvahab Rəhim oğlunun
(16.02.1916-19.08.1983) anadan olmasının 100 illiyi
Coğrafiya.Geologiya
Geologiya-mineralogiya elmləri doktoru, professor Əlizadə Zəkəriyyə
Mabud oğlunun (04.02.1936) anadan olmasının 80 illiyi
Akademik, geoloq Əzizbəyov Şamil Əbdürrəhim oğlunun (16.02.1906-
14.05.1976) anadan olmasının 110 illiyi
Riyaziyyat.Fizika.Astronomiya
Fizika-riyaziyyat elmləri doktoru, professor Yaqubov Məmməd Haqverdi
oğlunun (02.02.1941) anadan olmasının 75 illiyi
Kimya.Biologiya.Tibb
Görkəmli oftalmoloq,
tibb elmləri doktoru, professor Məlik-Aslanova Püstə
Süleyman bəy qızının (02.02.1926-2001) anadan olmasının 90 illiyi
Texnika.Mühəndis işi
Metallurgiya sahəsində alim, texnika elmləri doktoru, professor Qasımzadə
Nadir Hacı Yusif oğlunun (23.02.1911) anadan olmasının 105 illiyi
Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, professor
Ələsgərzadə Lütfəli Rəhim oğlunun (Lütfi Zadə) (04.02.1921) anadan
olmasının 95 illiyi
Kitabxanaşünaslıq.Biblioqrafiya
Pedaqoji elmlər namizədi, dosent, Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının həqiqi üzvü İsmayılov Nadir İslam oğlunun (05.02.1956)
anadan olmasının 60 illiyi
Dostları ilə paylaş: |