Ə d ə b i y y a t
Bəhanə : roman
/S.Səxavət.- Bakı: Vek-
tor, 2009.- 340 s.
Qaçhaqaç: avtobioqra-
fik roman /S.Səxavət.-
Bakı: Qanun, 2010.- 462
s.
Palıd toxumu: Sənədsiz
roman /Seyran Səxavət.-
Bакı: Qanun, 2003.-
220 s.
Yəhudi əlifbası: roman
/S. Səxavət.-Bakı: Qa-
nun, 2009.- 287, [1] s.
Əhmədov, T. Seyran
Səxavət //Azərbaycan
yazıçıları (XX-XX1
yüzillikdə): ensiklo-
pedik məlumat kitabı
/T.Əhmədov.- Bakı:
Nurlar NPM, 2011.- S.
836.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.adam.az
www.anl.az
23
Şair
88
Musiqi.Opera.Balet
100
illiyi
Zakir Bağırov
1916-1996
MART
Zakir Cavad oğlu Bağırov 1916-cı il
mart ayının 16-da Şuşada anadan olmuş-
dur. Ailə vəziyyəti ilə əlaqədar 1924-cü
ildə onu Bakıdakı N.Nərimanov adına 8
saylı uşaq evinə vermişlər. 1929-cu ildən
böyük qardaşının himayəsində yaşamış,
16 yaşında musiqi ilə ciddi məşğul ol-
mağa başlamış və Azərbaycan Dövlət
Konservatoriyasının nəzdindəki musi-
qi fəhlə fakültəsində fortepiano sinfinə
qəbul olmuşdur. 1934-cü ildə musiqi
təhsilini davam etdirmək P.İ.Çaykovski
adına Moskva Dövlət Konservatori-
yasına göndərilmişdir. 1939-cu ildə o,
hərbi borcunu yerinə yetirmək üçün
ordu sıralarına çağırılmış, 1939-1941-ci
illərdə Ryazan şəhərində avtonəqliyyat
alayında qulluq etmişdir. 1941-1945-ci
illərdə Avstriya, Macarıstan, Rumıni-
ya, Finlandiya və Mancuriyada xidmət
etmişdir. Ordudan tərxis olunduqdan
sonra təhsilini davam etdirmiş, 1949-cu
ildə Moskva Dövlət Konservatoriyası-
nı bitirmişdir. Həmin ildən Azərbaycan
Dövlət Konservatoriyasının müəllimi,
1950-1958-ci illərdə Azərbaycan Radio
və Televiziya Verilişləri Komitəsinin
bədii rəhbəri vəzifəsində çalışmışdır.
Bu illər ərzində bəstəkar bir çox ma-
raqlı əsərlər bəstələmiş, 1950-ci ildə
S.Hacıbəyovla birlikdə “30 il” kantata-
sını yazmışdır. 1951-ci ildə Z.Bağırov,
T.Quliyev və M.S.İsmayılovun birlikdə
topladıqları “Azərbaycan xalq rəqsləri”
məcmuəsində 22 qədim xalq rəqs me-
lodiyaları indiyə qədər də ifa olunur.
Azərbaycan musiqisi tarixində muğamın
nota köçürülməsi ilk dəfə Z.Bağırov və
T.Quliyev tərəfindən 1936-cı ildə böyük
ustalıqla həyata keçirilmişdir. 1963-
1965-ci illərdə M.Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasında
bədii rəhbər vəzifəsində çalışmışdır.
1970-ci ildən Musiqi nəzəriyyəsi ka-
fedrasının müdiri olmuşdur. 1958-ci
ildə “Kəndimizin mahnısı”, 1964-cü
ildə “Qayınana” operettalarını, 1956 və
1969-cu illərdə xalq çalğı alətləri orkest-
ri üçün süitaları, 1970-ci ildə fortepiano
ilə orkestr üçün konserti, 1972-ci ildə
“Aygün” operasını, 1973-cü ildə orqan
üçün improvizasiya və fuqanı, kamera-
instrumental əsərlərini, mahnı və romans-
ları yazmış, bir çox dram tamaşası və
“Ağ qızıl ustaları”, “Aygün”, “Bərəkətli
torpaq”, “Nizami”, “Sədaqət yolu ilə”,
“Təbiətin dostları”, “Quba bağlarında”,
“Bizim Azərbaycan” kimi bədii, sənədli
filmlərə musiqi bəstələmişdir. Ömrünün
45 ilini konservatoriyada tədris işinə
sərf edən bəstəkar, bir çox musiqiçilər
yetişdirmişdir.
Musiqi mədəniyyətinin inkişafın-
da göstərdiyi xidmətlərə görə 1961-ci
ildə “Azərbaycanın Əməkdar incəsənət
xadimi” fəxri adına layiq görülmüş,
“Şərəf” nişanı ordeni və “Yubiley me-
dalı” ilə təltif edilmişdir.
Görkəmli bəstəkar Zakir Bağırov
1996-cı il yanvar ayının 8-də Bakıda
vəfat etmişdir.
Ə d ə b i y y a t
Aygün: 3 pərdəli opera:
klavir /Z.Bağırov.- Bakı,
1973.- 337 s.
Tar və simfonik orkestr
üçün konsert: partitura
/Z.Bağırov.- Bakı, 1986.-
129 s.
Abbasova, İ. Bəstəkar
Zakir Bağırovun həyat
və yaradıcılıq yolu
/İ.Abbasova.- Bakı,
2009.- 291 s.
Bağırov, N. Zakir Bağırov
/N.Bağırov.- Bakı: Şur,
1993.- 21 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.adam.az
16
Bəstəkar
89
Musiqi.Opera.Balet
65
illiyi
Azad Əliyev
1951-2014
MART
Azad Sabir oğlu Əliyev 1951-ci
il mart ayının 29-da Bakıda anadan
olmuşdur. 1974-cü ildə Azərbaycan
Dövlət Konservatoriyasınının fortepia-
no sinfini, 1980-ci ildə isə vokal ixtisa-
sı üzrə bitirmişdir. Pedaqoji fəaliyyətə
1980-ci ildə 6 saylı musiqi məktəbində
başlamış, sonralar A.Zeynallı adına orta
ixtisas musiqi məktəbində və Sumqayıt
orta ixtisas musiqi məktəbində dərs de-
mişdir.
1974-1982-ci illərdə Azərbaycan
Dövlət Konservatoriyasının Simli
alətlər kafedrasında konsertmeyster
vəzifəsində çalışmışdır. 1972-1980-ci
illərdə Respublika Sarayında baş musiqi
rejissoru vəzifəsində çalışmış, bu illərdə
maestro Niyazi ilə sıx əməkdaşlıq et-
mişdir. 1980-ci ildə Sumqayıt Musiqi
Texnikumunda müdir müavini işləmiş,
kamera orkestri yaratmış, bu orkestr
ilə müxtəlif konsertlər vermişdir. Bakı
Musiqi Akademiyasının Solo oxuma
və opera hazırlığı kafedrasının dosen-
ti olmuş, pedaqoji fəaliyyətlə yanaşı
ifaçı kimi də fəaliyyət göstərmişdir.
1981-1985-ci illərdə Xalq artisti, skrip-
ka ifaçısı S.Qəniyevlə birgə pianoçu
kimi keçmiş SSRİ-nin bütün respubli-
kalarında çıxış etmişdir. 1992-ci ildən
Ş.Məmmədova adına Opera studiyası-
nın direktoru olmuş, Bakı Musiqi Aka-
demiyasının Opera hazırlığı kafedrası-
nın müəllimi vəzifəsində çalışmışdır.
İşlədiyi müddətdə Verdinin “Traviata”,
“Trubadur”, “Aida”, Leonkovallonun
“Payatsı”, Rimski-Korsakovun “Tsars-
kaya nevesta”, Bizenin “Karmen”, Mot-
sartın “Bastyen və Bastyena”, Əmirovun
“Sevil”, Ü.Hacıbəylinin “Arşın mal
alan”, Raxmaninovun “Aleko” operala-
rını tamaşaya qoymuşdur. 1999-cu ildən
Bülbül adına Musiqi məktəbində dərs
demiş, kamera ansamblı və müşayiət
sinfinin müəllimi olmuşdur.
2001-ci ildən Niyazi adına Radio
və Televiziyanın Simfonik Orkestri-
nin və Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin II dirijo-
ru vəzifəsində çalışmış, 2002-ci ildən
maraqlı konsert proqramları ilə çıxış et-
mişdir. Opera hazırlığı sinfində 20-dən
artıq məzun yetişdirmişdir. Onlardan
əksəriyyəti Opera və Balet Teatrının
solisti, bəziləri isə Azərbaycanın Xalq
artistləridir.
2006-cı ildən “Azteleradio” Qapa-
lı Səhmdar Cəmiyyətinin Niyazi adına
Simfonik Orkestrinin bədii rəhbəri və
baş dirijoru vəzifəsində çalışmışdır.
2012-ci ildə “Əməkdar incəsənət xa-
dimi” fəxri adına layiq görülmüşdür.
Dirijor Azad Əliyev 2014-cü il mart
ayının 30-da vəfat etmişdir.
Ə d ə b i y y a t
Violonçel məktəbi:
ibtidai siniflər üçün
dərslik /A.Əliyev; tərt.
red. N.Abbaszadə; rəy.:
T.Atakişiyev, A.Rzayev,
A.Əliyev; Azərb. Resp.
Təhsil Nazirliyi; Azərb.
Resp. Təhsil Problemləri
İn-tu, Bakı Musiqi Akad.-
Bakı: Adiloğlu, 2009.
120 s.
Azərbaycan
bəstəkarlarının yaradıcı-
lığında xalq mahnılarının
işləmələri /A.Əliyev
//Musiqi dünyası.- 2011.-
№2/47.- S.81-83.
Axundova, N. İfaçılıq:
[Azad Əliyev haq.]
/N.Axundova //Musiqi
dünyası.- 2000.- №2 (3).-
S.135.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.adam.az
29
Dirijor
90
Musiqi.Opera.Balet
155
illiyi
MART
8
Cabbar Məşədi İsmayıl oğlu (Cabbar
Qaryağdı oğlu) 1861-ci il mart ayının
31-də Şuşada anadan olmuşdur. O, uşaq
yaşlarından xanəndəlik sənətinə həvəs
göstərmiş və ilk təhsilini Şuşada Xarrat
Qulunun məktəbində almışdır.
Muğam, dəsgah, təsnif, el mahnıları-
nı xalq şənliklərində məharətlə oxumuş
və tezliklə Qarabağda şöhrət qazan-
mışdır. Azərbaycanda opera sənətinin
meydana gəlməsində onun rolu böyük
olmuş, opera səhnəmizin ilk aktyoru
kimi Əbdürrəhim bəy Haqverdiyevin
1887-ci ildə hazırladığı “Məcnun Leyli-
nin məzarı üstündə” musiqili səhnəsində
Məcnun rolunu ifa etmişdir. Bir müddət
tarzən Sadıq Əsəd oğlunun (Sadıqcan)
sazandalar dəstəsi ilə çıxış etmiş, məşhur
xanəndə kimi Bakı, Gəncə şəhərlərinə,
Şamaxı, Ağdaş rayonlarına dəvət olun-
muşdur.
1900-1905-ci
illərdə
tarzən
M.F.Rzayev və kamança ifaçısı Məşədi
Qulu ilə Bakıda müvəffəqiyyətlə çıxış
etmişdir.
1905-ci ildə xanəndə tarzən Q.Pirimov
və kamançaçalan S.Oqanezaşvilidən
ibarət trio yaratmışdır. Onun səsi 1906-
1912-ci illərdə Kiyevdə “Qrammafon”,
Moskvada “Sportrekord” və Varşava-
da “Ekstrafon” aksioner cəmiyyətləri
tərəfindən qrammafon valına yazılmış-
dır. 1912-ci ildə Varşavadan qayıdarkən
C.Qaryağdı oğlu Moskvada “Şərq”
konsertləri vermiş, “Kürd-şahnaz”,
“Mahur”, “Bayatı-Qacar”, “Heyra-
tı”, xüsusilə “Mənsuriyyə” muğam-
larını müstəsna ustalıqla ifa etmişdir.
C.Qaryağdı oğlu Azərbaycan Dövlət
Konservatoriyasının yaradıcılarından
olmuş, klassik xalq musiqisindən dərs
demiş, gənc kadrların yetişdirilməsində
böyük işlər görmüşdür. Azərbaycan
Dövlət Konservatoriyasının nəzdində
Bülbülün rəhbərlik etdiyi xalq musiqi-
sini öyrənən elmi-tədqiqat kabinetində
300-ə yaxın mahnı və təsnif, təqribən 70
xalq musiqi parçası onun ifasında lentə
yazılmış, S.Rüstəmov isə 50 xalq mah-
nısını nota köçürmüşdür.
Azərbaycan Dövlət Filarmoniya-
sının və Azərbaycan Radiosunun so-
listi olmuş xanəndə 30-dan artıq mah-
nı bəstələmişdir. Onu məşhur italyan
müğənnisi E.Karuzo ilə müqayisə
etmişlər.
F.Şalyapin və S.Yeseninlə tanış ol-
muşdur. Yesenin onu “Şərq musiqisi-
nin peyğəmbəri” adlandırmışdır. Onun
“Azərbaycan musiqisinin keçmişi haq-
qında xatirələr” əlyazmasında XIX əsrin
xanəndə və musiqiçilərindən, muğamla-
rın tarixindən, təsnif və mahnılarından
bəhs edilir.
1935-ci ildə “Azərbaycanın Xalq ar-
tisti” fəxri adına layiq görülmüş və bir
qədər sonra “Şərəf nişanı” ordeni ilə
təltif edilmişdir.
Məşhur xanəndə Cabbar Qaryağdı
oğlu 1944-cü il aprel ayının 20-də, 83
yaşında vəfat etmişdir.
Bakının Lökbatan qəsəbəsindəki 9
saylı uşaq musiqi məktəbi xanəndənin
adını daşıyır.
Ə d ə b i y y a t
Cabbar Qaryağdı-
oğlu[Səsyazma]: Disk
6//Azərbaycan muğamı
interaktiv audiovizual
sistem:8 diskdə /Heydər
Əliyev Fondu ; [tərtibat
Çaşıoğlu Multimedia Re-
gionların İnkişafı İctimai
Birliyi].-Bakı: Heydər
Əliyev Fondu, [2009].
Yusif qızı, Z. Şərq mu-
siqisinin peyğəmbəri:
C.Qaryağdı oğlunun
həyat və yaradıcılığı
/Z.Yusif qızı.- Bakı: Şərq-
Qərb, 2008.- 159 s.
Пророк восточной
музыки: жизнь и
творчество Джаббара
Гарягдыоглу:
посвящается 150-
летию со дня рождения
Джаббара Гарягдыоглу;
/Земфира Сафарова;
ред. С. М. Ибрагимова /
Фонд Гейдара Алиева;
Фонд Култьуры
Азербайджана.-Баку:
Şərq-Qərb, 2011.-215 с.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.musigi-dunya.az
Xanəndə
Cabbar Qaryağdı oğlu
1861-1944
31
91
Musiqi.Opera.Balet
80
illiyi
Rafiq Babayev
1936-1994
Rafiq Fərzi oğlu Babayev 1936-cı il
mart ayının 31-də Bakı şəhərində ana-
dan olmuşdur.
1943-cü ildə musiqi
məktəbinə da-
xil olan Rafiq ilk caz kvartetini məhz
bu məktəbdə yaratmışdır. 1950-ci ildə
həmin məktəbi bitirərək, A.Zeynallı adı-
na Musiqi məktəbinin fortepiano sinfinə
daxil olmuş, R.S.Levinanın sinfində
təhsil almışdır. Bu məktəbdə təhsil al-
maqla yanaşı, Xalq Çalğı Alətləri An-
samblının musiqi rəhbəri vəzifəsində
çalışmışdır. O, caz musiqisi ilə də ma-
raqlanmış və improvizasiya ustalığını
təkmilləşdirmişdir.
1954-cü ildə buraxılış imtahanın-
da onun ifa etdiyi proqrama klassik
əsərlərlə yanaşı, amerikalı caz pianoçu-
su Bill Evensin kompozisiyası da daxil
edilmişdi. Sonradan özünü bütünlüklə
caz musiqisinə həsr etmişdir. 1959-cu
ildə Rafiq Babayev konservatoriyanı
bitirib rəhbərlik etdiyi caz-instrumental
ansamblı ilə keçmiş Sovet İttifaqı
ölkələrinə uzunmüddətli qastrol səfərinə
çıxmışdır.
Görkəmli müğənni Rəşid Behbudov-
la tanışlıq onun həyatında böyük rol oy-
namışdır. 1967-ci ildə Rəşid Behbudov
Mahnı Teatrını yaradanda R.Babayev
bu teatrın musiqi rəhbəri vəzifəsinə
dəvət edilmişdir. R.Behbudovla birgə
teatrlaşdırılmış böyük konsert proqramı
hazırlamağa başlamışlar.
1967-ci ildə Tallin şəhərində
keçirilən Beynəlxalq Caz Festivalında
onun ansamblı laureat olmuş, “Bayatı-
kürd” ladında ifa edilmiş kompozisi-
yası xüsusi qeyd edilmişdir. Müxtəlif
illərdə bu kollektivin heyətində Genna-
di Stepanişşev (fleyta, saksofon), Rauf
Sultanov (bas-gitara), Ələsgər Abba-
sov (gitara), Səyavuş Kərimi (ud, kla-
vişli alətlər), Cəmil Əmirov (klavişli
alətlər), Tofiq Cabbarov (zərb alətləri),
Firuz İsmayılov (sintezator), Ramin
Sultanov (zərb alətləri), Emil Həsənov
(bas-gitara), Vaqif Əliyev (zərb alətləri)
və başqa peşəkar musiqiçilər fəaliyyət
göstərmişlər.
1991-ci ildə Rafiq Babayev “Cəngi”
folklor-caz kollektivini yaratmış və mu-
siqi layihələrinin həyata keçirilməsinə
kömək edən Səsyazma Studiyası təşkil
etmişdir. Folklor çalğı alətlərindən
istifadə etməklə, onları qeyri-adi har-
moniya ilə zənginləşdirərək, dünyanın
ilk baxışda bir-birinə zidd cəhətlərini -
Qərbə və Şərqə xas olan musiqini melo-
dik tərzdə birləşdirərək gözəl kompozi-
siyalar yaratmışdır.
1993-cü ildə görkəmli musiqiçi,
bəstəkar, oranjimançı Rafiq Babayevə
“Azərbaycanın Xalq artisti” fəxri adı
verilmişdir.
1994-cü il mart ayınının 19-da erməni
ekstremistlərinin metro stansiyasında
törətdikləri partlayış nəticəsində onlarla
günahsız həmyerlimiz kimi Rafiq Baba-
yev də faciəli şəkildə vəfat etmişdir.
25 saylı uşaq musiqi məktəbi onun
adını daşıyır. Haqqında “Kədərimiz...
Vüqarımız... (1998), “Günorta qatarı”
(2003) filmləri çəkilmişdir.
Pianoçu
Ə d ə b i y y a t
Fərhadov, R. Rafiq Baba-
yev: mövzu və improvizə
/R.Fərhadov, F.Babayeva.-
Bakı, 2012.- 245 s.
Rafiq Babayev [Elektron
resurslar] /Heydər Əliyev
Fondu; mətn R.Fərhadov;
layih. koord. P.İsmayılova;
prod. F.Babayeva; musiqi
red. C.Əmirov.- Bakı:
[mega basın], 2008.-8
elektron opt. disk. (CD
ROM, DVD): musiqili,
rəngli, 12 sm.+ [1] qoşma
sənəd (96 s., şəkilli; 27 x
16 sm.)
Mehparə. Rafiq Baba-
yev fenomeni /Mehparə
//Mədəniyyət.- 2011.- 13
may.- 12.
Oktay. Böyük virtuoz
sənətçi /Oktay //Xalq
cəbhəsi.- 2012.- 18 yan-
var.- S. 13.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.heydar-aliyev-
foundation.org
www.kepeztv.az
www.mugamradio.az
MART
31
92
Teatr.Kino
105
illiyi
Ağadadaş Qurbanov
1911-1965
MART
Ağadadaş Gülməmməd oğlu Qurba-
nov 1911-ci il mart ayının 8-də Bakının
Saray kəndində anadan olmuşdur. Uşaq
ikən valideynlərini itirmiş, əmisinin
himayəsində böyümüşdür. Hələ uşaq
yaşlarından incəsənətə, teatra böyük
maraq göstərmiş, 1927-ci il mart ayı-
nın 15-də “Dənizçilər klubu”nda Lətif
Kərimlinin “Fırtına” pyesinin tamaşa-
sında ilk rolunu oynamışdır. Bunun-
la da Bakıda Fəhlə Uşaqlar Teatrının
(sonralar Gənc Tamaşaçılar Teatrı)
bünövrəsi qoyulmuşdur. Aktyor Gənc
Tamaşaçılar Teatrında C.Cabbarlının
“Aydın” (Aydın), M.F.Axundzadənin
“Molla İbrahimxəlil kimyagər” (Mol-
la İbrahimxəlil), N.Vəzirovun “Hacı
Qəmbər” (Hacı Qəmbər), F.Şillerin
“Qaçaqlar” (Karl Moor), N.Qoqolun
“Müfəttiş” (Xlestakov), R.Taqorun “Qa-
neşin yolu” hekayəsi əsasında “Əfilər”
(Qaneş) pyeslərinin tamaşalarında
müxtəlif obrazlar yaratmışdır.
1952-ci ildən ömrünün sonunadək
Milli Dram Teatrında çalışmışdır. O, bu
teatrda Mirzə Səməndər, Əbu Übeyd, Öt-
gün (“Almaz”, “Od gəlini” və “Dönüş”,
C.Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan,
Səyavuş (“Şeyx Sənan” və “Səyavuş”,
H.Cavid), Kamillo (“Qış nağılı”,
V.Şekspir), İbrahim xan və Vaqif (“Va-
qif”, S.Vurğun), Şults (“Uzaq sahillərdə”,
İ.Qasımov və H.Seyidbəyli), İvanov
(“Göz həkimi”, İ.Səfərli), Dəmirçi Musa
(“Toy”, S.Rəhman), Yəhudi (“Mariya
Tüdor”, V.Hüqo), Kamal (“Məhəbbətin
hökmü”, C.Məcnunbəyov), Hacı Qara
(“Hacı Qara”, M.F. Axundzadə), (“Yaxşı
adam”, M.İbrahimov), Professor Mud-
rov (“Şirvan gözəli”, Ə.Məmmədxanlı),
Akif (“Həyat”, M.İbrahimov) kimi on-
larca parlaq və yaddaqalan rollarda çıxış
etmişdir.
O dövrün aktyorlarının əksəriyyəti
kimi Ağadadaş Qurbanov da dəfələrlə
kino çəkilişlərinə dəvət almış, çox ma-
raqlı ekran əsərləri yaratmışdır. 1941-
ci ildə “Səbuhi”, 1956-da “Şamdan
bəy”, 1957-də “Qızmar günəş altın-
da”, 1959-da “Bir qalanın sirri”, 1960-
da “Koroğlu”, 1961-də “Bizim küçə”,
“Kölgələr sürünür”, 1965-də “Arşın mal
alan” və s. filmlərə çəkilmişdir. Onun
çox uğurlu kino qəhrəmanlarından biri
Argentina yazıçısı O.Draqunun “İtə
çevrilən adam” hekayəsi əsasında rejis-
sor Kamil Rüstəmovun ekranlaşdırdığı
“Zənçirlənmiş adam” filmindəki Alvar-
do obrazı olmuşdur.
Azərbaycan Dövlət Gənc Tamaşa-
çılar Teatrının banilərindən biri, həm
faciə, həm dram, həm də komediya
janrlı tamaşaların ifaçısı Ağadadaş Qur-
banov mədəniyyətimizin inkişafındakı
xidmətlərinə görə 17 iyun 1943-cü ildə
“Azərbaycan Respublikasının Əməkdar
artisti”, 27 fevral 1954-cü ildə “Xalq
artisti” fəxri adlarına layiq görülmüş,
“Şərəf nişanı” ordeni və medallarla təltif
olunmuşdur.
Görkəmli sənətkar 1965-ci il iyun
ayının 25-də faciəli şəkildə həlak olmuş,
Bakıda Fəxri xiyabanda dəfn olunmuş-
dur.
Ə d ə b i y y a t
Babayeva, Z. Ağa-
dadaş Qurbanov:
unudulmaz sənətkarlar
/Z.Babayeva
//Mədəniyyət.- 2011.-
11 mart.- S. 12.
Qurbanov Ağadadaş
//Azərbaycan Sovet
Ensiklopediyası: 10
cilddə.- Bakı, 1979.-
C.3.- S.276-277.
Qurbanova, F. Bir
faciənin qurbanı
/F.Qurbanova //Mədəni
həyat.- 2014.- №5.-
S.80-82.
Rəhimli, İ. Ağadadaş
Qurbanov /İ.Rəhimli
//Rəhimli İ. Azərbaycan
teatr tarixi.- Bakı,
2005.- S.347-348.
Dostları ilə paylaş: |