90
illiyi
Coğrafiya.Geologiya
20
MART
111
Ə d ə b i y y a t
Azərbaycan SSR-nin fiziki
coğrafiyası /N.Kərəmov; S.
M. Kirov ad. Azərb. Döv.
Un-ti; red. və ön söz. Q. K.
Gül.-Bakı: Azərbaycan Uni-
versiteti, 1959.366, [2] s.
Azərbaycana səyahət
/N.Kərəmov.- Bakı: Azərnəşr,
1965.- 180 s.
Qüdsinin səyahətləri:
A.Bakıxanov coğrafiyaşünas
Səyyah kimi /N.Kərəmov.-
Bakı: Azərnəşr, 1983.- 99 s.
Mirzə Ələkbər Sabirin
səyahətləri /N.Kərəmov.-
Bakı: Kür, 2000.- 14 s.
Odlar yurdunun səyyah və
coğrafiyaşünasları: X-XIX
əsrlər /N.Kərəmov.- Bakı:
Azərnəşr, 1986.- 205 s.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.anl.az
Coğrafiyaşünas
Nurəddin Kərəmov
1911-1981
Nurəddin Kərəm oğlu Kərəmov
1911-ci il mart ayının 20-də Şama-
xı rayonunda anadan olmuşdur. Orta
məktəbi bitirdikdən sonra, 1930-1934-
cü illərdə Zaqatala rayonunun Faldar,
Qax rayonunun Qarabaldır, Zəyəm,
Marcan kəndlərində ibtidai və nata-
mam orta məktəblərdə müəllim, direk-
tor vəzifəsində çalışmışdır.
1934-cü ildə Lenin adına APİ-nin
(indiki ADPU) coğrafiya fakültəsinə
daxil olmuş, 1938-ci ildə oranı 1-ci
dərəcəli diploma layiq görülərək bitir-
miş və institutda saxlanılmışdır.
1943-cü ildə institutun coğra-
fiya fakültəsi ADU-nun (indiki
BDU) Geoloji-coğrafiya fakültəsi ilə
birləşdirilmiş və Nurəddin müəllim də
ADU-da işini davam etdirmişdir.
1947-ci ildə “Şəki-Zaqatala mas-
sivinin fiziki-coğrafiyası” mövzusun-
da namizədlik dissertasiyası müdafiə
etmişdir. Bundan sonra gənc alim
Geoloji-coğrafiya fakültəsinin dekan
müavini və Fiziki-coğrafiya kafedrası-
nın müdiri vəzifələrində çalışmışdır.
1967-ci ildə “Böyük Qafqazın
landşaftı və fiziki-coğrafi rayonları”
mövzusunda doktorluq dissertasiyası
müdafiə etmiş, 1968-ci ildə isə pro-
fessor elmi adına layiq görülmüşdür.
Onun Azərbaycanda fiziki coğrafiya-
nın, xüsusilə landşaftşünaslıq elminin
inkişafında xidmətləri böyükdür.
Əsərləri əsasən Böyük Qafqazın
landşaftlarına, təbii komplekslərin
yüksəklik zonallığına həsr olunmuş-
dur. Alimin coğrafiya elminin tarixinin
öyrənilməsində də böyük xidmətləri
olmuşdur. Belə ki, xalqımızın böyük
səyyah və coğrafiyaşünasları haq-
qında elmi-tədqiqat işləri aparmış,
onları təkcə ölkəmizdə deyil dünya-
da da tanıtmışdır. A.Bakıxanov və
H.Z.Şirvanidən bəhs edən qiymətli
əsərlərin müəllifi olmuş, respublika-
mızda və ondan kənarda keçirilən elmi
konfranslarda dəfələrlə məruzə ilə çı-
xışlar etmişdir.
N.Kərəmov
SSRİ
Coğrafiya
Cəmiyyətinin bütün qurultaylarının
rəsmi nümayəndəsi, SSRİ Maarif Na-
zirliyinin elmi-metodiki sovetinin üzvü
olmuşdur. Professor 200-dən artıq elmi
əsərin müəllifidir. Bunlardan 11 ədədi
monoqrafiya və elmi-kütləvi kitablar-
dır.
1959-cu
ildə
çapdan
çıx-
mış “Azərbaycan SSR-in fiziki-
coğrafiyası” dərsliyinin müəlliflərindən
biridir. 1981-ci ildə Əməkdar elm xa-
dimi adına layiq görülmüşdür.
Nurəddin Kərəmov 1981-ci il av-
qust ayının 13-də vəfat etmişdir.
105
illiyi
Coğrafiya.Geologiya
20
MART
112
Ə d ə b i y y a t
Bayramlı, Z. Azərbaycan
Evliya Çələbinin 1654-cü il
“Səyahətnamə”sində: dərslik
/Z.Bayramlı, Z.V.Əzizli.-
Bakı: Azərbaycan, 2000.-
160 s.
Evliya Çələbi
səyahətnaməsində
Azərbaycan /nəşrə hazırl.
M.Rıhtım.- Bakı: Qafqaz
Universiteti: Nurlar, 2012.-
291 s.
Vələdoğlu, E. Övliya Çələbi:
“Səyyahi-aləm, xanədana
dost allah bəndəsiyəm”
/E.Vələdoğlu //Respublika.-
2013.- 25 aprel.- S. 14.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.anl.az
Səyyah
Evliya Çələbi
1611-1679
Evliya
Çələbi
ibn
Dərviş
Məhəmməd Zilli 1611-ci il mart ayı-
nın 25-də İstanbulda, saray zərgəri
Dərviş Mehmet Zillinin ailəsində dün-
yaya göz açmışdır. Onun əslən abxaz
olan anası Böyük vəzir Məlik Əhməd-
paşanın doğma bacısı idi. Övliya
mükəmməl təhsil almış, gəncliyində
sufi təriqətinə qoşulmuşdur.
1640-cı ildə onun ömrünün sonuna
qədər davam edən səyahətləri başla-
mışdır. İlkin olaraq Osmanlı imperiya-
sının ərazilərini gəzmiş, sonra Qafqa-
za gəlmişdir. XVII əsr Azərbaycanına
dair ən qiymətli tarixi mənbələrindən
biri məşhur türk səyyahı Övliya
Çələbinin “Səyahətnamə” əsəridir. Bu
10 cildlik əsər 70 illik ömrünün 40
ilini səyahətlərdə keçirmiş müəllifin
dərin və çoxsaylı müşahidələrinin
məhsuludur. “Səyahətnamə”də Çələbi
1640-1650-ci illərin İrəvan, Gəncə,
Ərəş, Şəki, Niyazabad, Şamaxı, Bakı,
Şabran, Dərbənd şəhərləri haqqında
ətraflı və bu gün də diqqətlə öyrənilən
məlumatları ümumiləşdirmişdir.
Növbəti səfərlərini Avstriya və Ma-
carıstana etmişdir. 1665-ci ildə Çələbi
artıq Volqaboyunda, sonra isə Krım-
da olmuşdır. Krımda o, yerli xan IV
Mehmet Gireylə dostlaşmış, buradan
Frakiyaya, Makedoniyaya və Krit
adasına yollanmışdır. Məkkəyə həccə
gedəndən sonra artıq ömrünün sonla-
rında Misirdə məskunlaşmışdır.
Yarım əsrə yaxın müddətdə
səyahətləri sayəsində dərin biliyə və
təcrübəyə malik olan Evliya Çələbi
ədib, şair, eyni zamanda xəttat,
nəqqaş və musiqişünas idi. Onun
incə ruhlu, zərif bir insan, öz ifadəsilə
“evliyayı-biriya” olduğu məlumdur.
Təvazökarlığı, səmimiliyi, hər kəslə
xoş keçinməsi dostlarının sayını ar-
tırmışdır. Səyahətlərində məiyyətində
qonağı olduğu vali və sərdarlarla da
isti, daimi münasibətlər saxlamış,
etibarı-etimadı qoruyub mühafizə et-
mişdir. Evliya Çələbi bir mədəniyyət
tarixçisi və folklor tədqiqatçısı kimi
gördüyü yerlərin mədəni vəziyyəti,
adət-ənənələri, zövqləri, qidaları,
dilləri, ləhcələri və s. ilə əlaqəli dəyərli
məlumatlar vermiş, dini inanclar,
məzhəblər, təriqətlər, ibadətlər haqqın-
da müşahidə və dəyərləndirmələrini
nəql etmiş, şəhərlərin, qəsəbələrin,
qalaların, kəndlərin adlarından, fiziki-
memari strukturlarından, çarşı bazar-
larından bəhs etmişdir.
YUNESKO 2011-ci ili “Evliya
Çələbinin anım ili” elan etmişdir.
Ölüm tarixi dəqiq məlum deyil.
Böyük səyyahın 1679-ci ildə, (bəzi
mənbələrdə 1679, 1682 və ya 1685)
İstanbulda vəfat etdiyi güman olunur.
405
illiyi
Coğrafiya.Geologiya
25
MART
113
Kimya.Biologiya.Tibb
75
illiyi
Yaqub Məmmədov
1941
MART
Yaqub Cavad oğlu Məmmədov
1941-ci il mart ayının 3-də Gədəbəy
rayonunun Əli-İsmayıllı kəndində ana-
dan olmuşdur. Orta məktəbi bitirdikdən
sonra, 1960-cı ildə N.Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutuna (in-
diki ATU) qəbul olunmuşdur.
1966-cı ildən Azərbaycan Tibb İnsti-
tutunun Patoloji fiziologiya kafedrasında
Azərbaycan və rus bölmələrində prak-
tik məşğələlər aparmış və mühazirələr
oxumuşdur. 1969-cu ildə namizədlik,
1982-ci ildə doktorluq dissertasiyası
müdafiə etmişdir. 1983-1992-ci illərdə
Azərbaycan Tibb Universitetinin rekto-
ru vəzifəsində çalışmışdır.
Y.Məmmədov 370-dən artıq elmi
əsərin müəllifidir. Onlardan 205-i
xaricdə çap olunmuşdur. Müəlliflik
şəhadətnamələrinin və patentlərinin sayı
38-dir. Onun rəhbərliyi altında 24 elmlər
namizədi, 8 elmlər doktoru yetişmişdir.
Elmi-tədqiqat işləri əsasən praktik
limfologiyanın fundamental problem-
lərindən birinə - limfa mayesinin laxta-
lanması və onların müxtəlif xəstəliklər
zamanı korreksiyası məsələlərinə həsr
olunmuşdur. Aparılan elmi-tədqiqatlar
nəticəsində, nəzəri və praktik təbabət
üçün böyük əhəmiyyəti olan laxtalanma,
əks-laxtalanma və fibrinoliz sistemlər
haqqında yeni elmi konsepsiya irəli sü-
rülmüşdür. Bu istiqamətdə 4 doktorluq
və 20-dən çox namizədlik dissertasiyası
müdafiə olunmuş və Azərbaycanda ilk
dəfə bütöv bir limfoloqlar məktəbi ya-
ranmışdır.
Onun təşəbbüsü ilə keçmiş SSRİ-də
ilk dəfə limfatrop dərman preparatlarının
hazırlanması və limfa sisteminin ümumi
patologiyada rolunun öyrənilməsi ilə
məşğul olan “Eksperimental limfolo-
giya” elmi-tədqiqat laboratoriyası ya-
radılmış və burada Azərbaycanın təbii
bitki və mineral ehtiyatlarından alınmış
limfotrop təsir xüsusiyyətinə malik 40-a
qədər bioloji fəal maddə aşkar edilmişdir.
Bunlardan ikisi - nikomorfolin və qlisi-
ram klinikalarda müxtəlif xəstəliklərin
müalicəsində müvəffəqiyyətlə istifadə
edilir.
1989-cu ildən AMEA-nın müx-
bir üzvü, 1993-cü ildən Azərbaycan
Milli
Yaradıcılıq Akademiyasının
həqiqi üzvü seçilmişdir. Y.Məmmədov
“Ürəyin öyrənilməsi” üzrə Beynəlxalq
Cəmiyyətin, Beynəlxalq Patofizioloqlar
və Limfoloqlar cəmiyyətinin, həmçinin
“Ekstremal və terminal vəziyyətlər”
beynəlxalq elmi komissiyasının üzvü-
dür.
1992-ci il fevral ayının 28-dən, 1992-
ci il may ayının 15-dək Azərbaycan Res-
publikası Ali Sovetinin sədri kimi Prezi-
dentin səlahiyyətlərini icra etmişdir.
1976-cı ildə “Səhiyyə əlaçısı”, 1981-
ci ildə “Əməkdar həkim”, 1991-ci ildə
“Əməkdar elm xadimi” fəxri adlarına
layiq görülmüş, “Qırmızı Əmək Bay-
rağı (1981), “Xalqlar dostluğu” (1986)
ordenləri, Vavilov adına mükafat (1990),
ABŞ Bioqrafiya Mərkəzini medalı
(2003) ilə təltif edilmişdir.
Ə d ə b i y y a t
Patoloji fiziologiya:
dərslik /Y.Məmmədov,
C.Təqdisi, F.İslamzadə.-
Bakı: Müəllim, 2004.-
668 s.
Zaman və həyatla üzbəüz
/Y.Məmmədov.- Bakı:
Nurlan, 2009.- 762 s.
Məmmədov Yaqub
Cavad oğlu: biblioqra-
fiya /tərt.: B.Aşurov və
b.- Bakı: Təbib, 1993.-
100 s.
Xələfli, Ə. Siyasi
gündəlikdən səhifələr:
Yaqub Məmmədov-70
/Ə.Xələfli //Kredo.-
2011.- 28 may.- S. 6.
Süleymanoğlu, M. Yaqub
Cavad oğlu Məmmədov
//Azərbaycan Tibb Uni-
versitetinin rektorları.-
Bakı, 2010.- S.220-259.
Практическая
лимфология
/Я.Мамедов.- Баку:
Маариф, 1982.- 302 с.
Свёртываемость
крови и лимфы,
её коррекция при
тромбозе /Я.Мамедов.-
Баку: Азернешр, 1985.-
231 с.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
3
Həkim
114
Kimya.Biologiya.Tibb
Tofiq Nağıyev
1941
MART
Tofiq Murtuza oğlu Nağıyev 1941-ci
il mart ayının 4-də Bakı şəhərində ana-
dan olmuşdur. Atası, akademik Murtuza
Fətulla oğlu Nağıyev zəmanəsinin tanın-
mış kimyaçı-alimi və mühəndislərindən
sayılırdı.
1964-cü ildə Bakı Dövlət Universi-
tetinin kimya fakültəsini bitirmiş, əmək
fəaliyyətinə Azərbaycan Elmlər Akade-
miyasının M.F.Nağıyev adına Kimya
Texnologiyasının Nəzəri Problemləri
İnstitutunda başlamışdır.
1967-ci ildə “Etilbenzolun stiro-
la əlaqəli dehidrogenləşməsi reak-
siyasının öyrənilməsi” mövzusunda
namizədlik, 1973-cü ildə isə “Praktiki
cəhətdən mühüm karbohidrogenlər sı-
rasının və onların törəmələrinin əlaqəli
dehidrogenləşməsi və hidrogenolizi re-
aksiyalarının kinetikasının və mexaniz-
minin tədqiqi” mövzusunda doktorluq
dissertasiyasını uğurla müdafiə etmiş,
1976-cı ildən professor elmi rütbəsini
almış, 1989-cu ildə Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, 2001-ci
ildə isə həqiqi üzvü seçilmişdir.
2002-ci ildən Azərbaycan Milli
Elmlər Akademiyasının laboratoriya
müdiri, 2004-cü ildən “Azərbaycan
Milli Ensiklopediyası” Elmi Mərkəzinin
direktoru, 2013-cü ilin aprelindən isə
AMEA-nın vitse-prezidentidir.
T.M.Nağıyev neft, neft kimyası, kata-
liz üzrə nüfuzlu beynəlxalq konqreslərdə,
simpoziumlarda, beynəlxalq konfrans-
larda milli elmimizi ən yüksək səviyyədə
təmsil etmişdir.
400-dən artıq məqalə və konfrans
materiallarının, keçmiş SSRİ-nin 32
müəlliflik şəhadətnaməsinin, Rusiya
Federasiyasının bir, Azərbaycan Res-
publikasının dörd patentinin müəllifidir.
Kimya elmi üzrə 20-dən çox fəlsəfə
doktoru hazırlamışdır. Akademikin elmi
monoqrafiyası 2007-ci ildə dünyanın
ən nüfuzlu elmi nəşriyyatı olan “Else-
vier” nəşriyyatında (Niderland) ingilis
dilində çapdan çıxmışdır. “Böyük Rusi-
ya ensiklopediyası”nın 2013-cü ildə işıq
üzü görmüş 21-ci cildində də akademik
Tofiq Nağıyev haqqında geniş məlumat
verilmişdir.
“Azərbaycan Milli Elmlər Akademi-
yasının Məruzələri” jurnalının redaksiya
heyətinin, həmçinin “Simurq” jurnalının
redaksiya şurasının üzvüdür. AMEA-nın
Rəyasət Heyəti yanında Terminologi-
ya Komissiyasının və AMEA mətbuat-
redaksiya şurasının büro tərkibində
çalışır. “Azərbaycan Nefti və Qazı”
Ensiklopediyasının tərtibatının kurato-
rudur. 1970-ci ildə “Şərəfli əməyə görə”
medalı, 2004-cü ildə isə Azərbaycan
Respublikasının “Şöhrət” ordeni ilə
təltif olunmuşdur.
2014-cü ildə elm üzrə Dövlət müka-
fatı laureatı olmuşdur.
Ə d ə b i y y a t
Взаимодействие
синхронных реакций
в химии и биологии
/Т.Нагиев.- Баку: Элм,
2001.- 404 с.
Химическое
сопряжение /Т.Нагиев.-
Москва: Наука, 1989.-
216 с.
Tofiq Murtuza oğlu
Nağıyev: biblioqrafiya
/tərt. Z.Zaytseva.- Bakı:
Elm, 2009.- 228 s.
Məhərrəmov, A. Dünya
şöhrətli alim, böyük ziya-
lı: Dövlət mükafatı lau-
reatları /A.Məhərrəmov;
A.Əzizov //Azərbaycan.-
2014.- 22 iyun.- S.4.
Tofiq Nağıyev hidrogen-
peroksidin kimyəvi reak-
siyaları induksiya etmək
qabiliyyətini üzə çıxarıb
//Üç nöqtə.- 2014.- 23
dekabr.- S. 9.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
www.irp.science.az
4
Akademik
75
illiyi
115
Kimya.Biologiya.Tibb
Yunis Qəmbərov
1926-1991
MART
Yunis Heydər oğlu Qəmbərov 1926-
cı il mart ayının 5-də Füzuli rayonunun
Kürdlər kəndində anadan olmuşdur.
1933-1943-cü illərdə orta məktəbdə
təhsil almış, 1944-cü ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU)
kimya fakültəsinə qəbul olunmuş, 1949-
cu ildə oranı fərqlənmə diplomu ilə bitir-
mişdir. 1950-1952-ci illərdə Azərbaycan
EA-nın (indiki AMEA) Neft İnstitu-
tunun aspiranturasında oxumuşdur.
1952-1956-cı illərdə Azxəzərneft Birli-
yinin Antikorroziya xidməti kontorun-
da istehsalat şöbəsinin rəisi vəzifəsində
işləmişdir.
1959-1962-ci illərdə Dövlət Kim-
ya Komitəsinin Bakı Təcrübə Zavodu-
nun mərkəzi laboratoriyasının müdi-
ri işləmış, 1962-ci ildə həmin zavod
əsasında Ümumittifaq Elmi-Tədqiqat
Olefinlər İnstitutu (VNİİOlefin) yaran-
dıqdan sonra Piroliz laboratoriyasına
müdir təyin edilmişdir. 1973-cü ildə
Olefinlər İnstitutunda Karbohidrogen
monomerləri şöbəsinin müdiri, 1976-cı
ildə isə elmi işlər üzrə direktor müavini
təyin edilmişdir. 1990-cı ildə həmin ins-
titutun direktoru olmuşdur.
1960-cı ildə “Neft fraksiyalarının və
bəzi fərdi karbohidrogenlərin termiki
parçalanmasının tədqiqi” mövzusun-
da namizədlik dissertasiyası müdafiə
edərək kimya elmləri namizədi, 1968-
ci ildə isə “Pirolizin səmərələşdirilmiş
şəraitində aşağı molekullu doymamış və
aromatik karbohidrogenlərin alınması”
mövzusunda doktorluq dissertasiyası
müdafiə etmiş, texnika elmləri doktoru
elmi dərəcəsi almışdır. 1971-ci ildə pro-
fessor elmi rütbəsinə layiq görülmüşdür.
1980-ci ildə Azərbaycan EA-nın müxbir
üzvü seçilmiş, 1991-ci ildə ölümündən
sonra Başkurdistan EA-nın həqiqi üzvü
seçilmişdir.
Alimin tədqiqatlarının nəticələri
6 monoqrafiyada, 220 məqalədə, o
cümlədən 40 ixtirada öz əksini tapmış-
dır. Onun rəhbərliyi altında bir elmlər
doktoru, 25 elmlər namizədi hazırlan-
mışdır.
“Azərbaycan Neft Təsərrüfatı” jurna-
lının redaksiya heyətinin üzvü olmuşdur.
Sistematik olaraq neft-kimya sintezinə
dair keçirilən Beynəlxalq simpozium,
qurultay və konfranslarda (Leypsiq,
Alma-Ata, Moskva, Leninqrad, Bakı)
respublika elmini ləyaqətlə təmsil etmiş
və dərin məzmunlu məruzələrlə çıxış
etmişdir. Keçmiş Sovet İttifaqının Neft-
Kimya Sənayesi Nazirliyinin Elmi-
Texniki Şurasının və sosialist ölkələrinin
Qarşılıqlı İqtisadi Yardım Şurasının neft-
kimya üzrə daimi işçi qrupunun üzvü
kimi 1972-ci ildə Çexoslovakiya, 1973-
cü ildə Polşa, ADR, Macarıstan, 1976-cı
ildə Bolqariya, 1981-ci ildə Rumıniya,
1983-cü ildə Fransada olmuşdur.
Böyük elmi və elmi-ictimai fəaliyyə-
tinə görə hökumət tərəfindən yüksək
qiymətləndirilmiş “Qırmızı Əmək Bay-
rağı”, “Xalqlar Dostluğu” ordenləri və
bir sıra medallarla təltif edilmişdir.
Professor Y.Qəmbərov 1991-ci il
sentyabr ayının 7-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Operator köməkçisi:
dərs vəsaiti
/Y.Qəmbərov.- Bakı:
Azərtədrisnəşr, 1963.-
134 s.
Qəmbərov Yunis Heydər
oğlu //Azərbaycan Sovet
Ensiklopediyası: 10
cilddə.- Bakı, 1987.-
C.10.- S.593.
Олефиновые
углеводороды и
их примененые в
нефтехимической
промышленности
/С.Мехтиев,
Ю.Камбаров.- Баку:
Азернешр, 1962.- 183 с.
Полиолефины
/Ю.Камбаров,
Н.Сеидов,
А.Буниятзаде.- Баку
Азернешр, 1966.- 185 с.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
www.irp.science.az
5
Kimyaçı
90
illiyi
116
Kimya.Biologiya.Tibb
Cəmil Əliyev
1946
MART
Cəmil Əziz oğlu Əliyev 1946-cı il mart
ayının 30-da Bakı şəhərində görkəmli ic-
timai xadim, məşhur alim Əziz Əliyevin
ailəsində anadan olmuşdur. 1968-ci
ildə N.Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutunu bitirmiş (indi-
ki Azərbaycan Tibb Universiteti), elə
həmin ildən Ə.Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İns-
titutunun Onkologiya kafedrasında baş
laborant vəzifəsinə təyin olunmuşdur.
1972-ci ildən isə həmin kafedrada as-
sistent vəzifəsində çalışmışdır. 1973-cü
ildə onkologiya ixtisası üzrə namizədlik,
1978-ci ildə isə Moskvada keçmiş SSRİ
Tibb Elmləri Akademiyasının Ümumitti-
faq Onkologiya Elmi Mərkəzində həmin
ixtisas üzrə doktorluq dissertasiyasını
müdafiə etmiş, 1987-ci ildə professor
elmi rütbəsini almışdır. 1978-ci ilin fev-
ral ayında Respublika Səhiyyə Nazir-
liyinin Elmi Tədqiqat Rentgenologiya,
Radiologiya və Onkologiya İnstitutunda
İkinci cərrahiyyə şöbəsinin müdiri, 1980-
ci ilin oktyabr ayından 1990-cı ilin mart
ayınadək elmi işlər üzrə direktor müa-
vini, 1990-cı ilin mart ayından isə Res-
publika Milli Onkologiya Mərkəzinin di-
rektoru vəzifəsində çalışır. 1994-cu ildən
C.Ə.Əliyev Ə.Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İns-
titutunun
onkologiya
kafedrasının
rəhbəridir.
Akademik Cəmil Əliyev respublika-
mızın hüdudlarından kənarda da tanınır.
Bakı və Moskva şəhərlərində dərc olun-
muş 17 monoqrafiyanın (bunlardan biri
ingilis dilindədir), tələbələr üçün vəsaitin,
10 ixtiranın, 600-ə yaxın dərc olunmuş
elmi məqalələrin müəllifidir.1994-cü
ildən Həkimləri Təkmilləşdirmə İnstitu-
tunun Onkologiya kafedrasının müdiri
vəzifəsində çalışır. Bütün bunlarla yanaşı,
professor Cəmil Əliyev Azərbaycanda ən
görkəmli səhiyyə təşkilatçılarından biri,
Respublika Onkoloqlar Cəmiyyətinin
sədri, Səhiyyə Nazirliyinin baş onkolo-
qu, nazirliyin onkologiya üzrə Attesta-
siya Komissiyasının sədri, “Azərbaycan
tibb jurnalı” redaksiya heyətinin üzvü,
“Azərbaycan onkologiya və həmmərz
elmlər jurnalı”nın baş redaktoru, MDB
dövlətləri onkoloqları assosiasiya-
sı idarə heyətinin, Avropa onkologiya
cəmiyyətinin, Rusiya elmi-tibbi onkolo-
giya cəmiyyəti idarə heyətinin üzvüdür.
Azərbaycan Milli Elmlər Akademiya-
sının Y.Məmmədəliyev adına mükafatın
laureatı, London Universitetinin fəxri
professoru, İngiltərə Hammersmit Kral
Universitetinin fəxri professoru, Ander-
son xərçəng əleyhinə Mərkəzin profes-
soru, Nyu-York Elmlər Akademiyasının
üzvü, 2000-ci ildən Azərbaycan Respub-
likasının Əməkdar elm xadimi, 2001-ci
ildən Rusiya Federasiyası Tibb Elmləri
Akademiyasının həqiqi üzvü, 2010-cu
ildən Avropa Təbiət Elmləri Akademi-
yasının, Gürcüstan Elmlər Akademiya-
sının akademiki, 2011-ci ildən Dağıstan
Muxtar Respublikasının Əməkdar elm
xadimidir. Rusiya Federasiyasının Təbiət
Elmləri Akademiyasının həqiqi üzvü,
Beynəlxalq Ekoenergetika Akademiyası-
nın üzvü, Avropa Tibb Onkologiya Elmi
Cəmiyyətinin üzvüdür.
C.Əliyev Azərbaycan tibb elminin
inkişafındakı xidmətlərinə görə 2006-cı
ildə “Şöhrət ordeni” ilə təltif edilmişdir.
2015-ci il sentyabrın 28-də Türkiyənin
nüfuzlu elm ocağı - Türk Dünyası Araş-
dırmaları Beynəlxalq Elmlər Akademi-
yasının həqiqi üzvü - akademiki seçilib
və “Türk dünyasına xidmət “ Beynəlxalq
Qızıl Medalına layiq görülüb.
Dostları ilə paylaş: |