Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə22/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

Dünya  ədəbiyyatı 

Tatar  Xalq  şairi  Tukay  Abdulla  Məhəmmədarif  oğlunun  (26.04.1886-

15.04.1913) anadan olmasının 130 illiyi

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Xalq rəssamı Hacıyev Altay Əmir oğlunun (02.04.1931) anadan olmasının 85 

illiyi

Xalq rəssamı Əliyev Hüseyn Əlirza oğlunun (22.04.1911-25.05.1991) anadan 



olmasının 105 illiyi

Əməkdar  incəsənət  xadimi,  teatr  rəssamı Abbasov  Əsgər  Məmmədismayıl 

oğlunun (28.04.1916-09.02.1970) anadan olmasının 100 illiyi

Musiqi.Opera.Balet

Əməkdar  incəsənət  xadimi,  baletmeyster  Nəzirova  Nailə  Məmməd  qızının 

(04.04.1936) anadan olmasının 80 illiyi

Pedaqoji  elmlər  doktoru,  professor,  Xalq  artisti,  bəstəkar  Rəcəbov  Oqtay 

Məmmədağa oğlunun (05.04.1941) anadan olmasının 75 illiyi 

Bəstəkar,  Əməkdar  incəsənət  xadimi  Hüseynli  Qəmbər  Muxtar  oğlunun 

(16.04.1916-01.08.1961) anadan olmasının 100 illiyi

Əməkdar  incəsənət  xadimi,  ilk  azərbaycanlı  musiqişünas  qadın  Ağayeva 

Xurşid  Həsən  bəy  qızının  (20.04.1906-03.12.1953)  anadan  olmasının  110 

illiyi


Əməkdar artist, tarzən Hüseynov Əlikram Həsən oğlunun (20.04.1926-2006) 

anadan olmasının 90 illiyi

Xalq  artisti,  pianoçu  Mahmudova  Tamilla  Zahid  qızının  (21.04.1931-

12.09.2014) anadan olmasının 85 illiyi

Əməkdar artist, kamança ifaçısı Vəzirov Ədalət Səfərəli oğlunun (27.04.1951-

05.10.2002) anadan olmasının 65 illiyi

2016

APREL

127


130

131


132

125


126

128


129

123

Əməkdar  incəsənət  xadimi,  bəstəkar  Hüseynzadə  Ədilə  Hacağa  qızının 

(29.04.1916-20.07.2005) anadan olmasının 100 illiyi

Teatr.Kino

Aktyor,  rejissor  Mirzəyev  Ceyhun  Cəmil  oğlunun  (09.04.1946-05.03.1993) 

anadan olmasının 70 illiyi

Xalq artisti, rejissor Mirzəyev Ramiz Həsənağa oğlunun (Ramiz Həsənoğlu) 

(13.04.1946) anadan olmasının 70 illiyi

Xalq  artisti  Zeynalova  Nəsibə  Cahangir  qızının  (20.04.1916-10.03.2004) 

anadan olmasının 100 illiyi

Xalq artisti, aktyor və teatr xadimi Muxtarov Yusif  Mehdi oğlunun (23.04.-

(07).1941-26.04.2010) anadan olmasının 75 illiyi 

Milli Qəhrəmanlar

Azərbaycanın Milli Qəhrəmanı Edilov Yelmar Şahmar oğlunun   (10.04.1946-

11.04.1994) anadan olmasının70 illiyi

Azərbaycanın  Milli  Qəhrəmanı  Bağırov  Allahverdi  Teymur  oğlunun  

(22.04.1946-24.02.1993) anadan olmasının 70 illiyi

Siyasət.Hərbi iş

Orta  Asiya  dövlət  xadimi,  sərkərdə,  Teymurilər  imperiyasının  banisi  Əmir 

Teymurun  (Teymur  ibn  Tarağay  Barlas)  (09.04.1336-18.02.1405)  anadan 

olmasının 680 illiyi

Türkiyə  Respublikasının  banisi  və  ilk  prezidenti,  Türkiyə  dövlət,  siyasi  və 

hərbi xadimi Atatürk Qazi Mustafa Kamalın (19.04.1881-10.11.1938) anadan 

olmasının 135 illiyi

Mədəniyyət.Maarif.Təhsil

AMEA-nın  müxbir  üzvü,  teatrşünas  Kərimov  İnqilab  Saleh  oğlunun 

(04.04.1931-22.07.2011) anadan olmasının 85 illiyi

Maarif və teatr xadimi Sultanov Mirzə Əbülqasımın (12.04.1866-1916) anadan 

olmasının 150 illiyi

Filologiya elmləri doktoru, professor, dilçi alim Tağıyev Məmməd Tağı oğlunun 

(28.04.1921-28.09.1994) anadan olmasının 95 illiyi

Coğrafiya.Geologiya

Akademik  Əlizadə  Ələşrəf  Əbdülhüseyn  oğlunun  (24.04.1911-23.03.1985) 

anadan olmasının 105 illiyi

Geologiya-mineralogiya elmləri doktoru Babazadə Baba Qurbanqulu oğlunun 

(25.04.1911-18.08.1962) anadan olmasının 105 illiyi

Akademik Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlunun (30.04.1911- 1996) anadan 

olmasının 105 illiyi

Riyaziyyat.Fizika.Astronomiya

Seysmoloq,  fizika-riyaziyyat  elmləri  namizədi  Rəhimov  Şamo  Süleyman 

oğlunun (02.04.1931-24.07.1964) anadan olmasının 85 illiyi 

Fizika-riyaziyyat  elmləri  doktoru,  professor  Abaszadə  Abasqulu  Ağabala 

144

141


140

139


138

133


137

136


135

134


145

143


142

124

oğlunun (10.04.1906-18.02.1969) anadan olmasının 110 illiyi

Professor,  Əməkdar  elm  xadimi  Mirzəyev  Bəhram  Rüstəm  bəy  oğlunun 

(16.04.1891-1974) anadan olmasının 125 illiyi

Fizika-riyaziyyat elmləri doktoru, professor Abdullayev Aydın Həsən oğlunun 

(25.04.1951) anadan olmasının 65 illiyi



Kimya.Biologiya.Tibb

Seleksiyaçı alim, Dövlət mükafatı laureatı Vəlizadə İsgəndər Mahmud oğlunun 

(15.04.1896-11.05.1974) anadan olmasının 120 illiyi

İdman

Əməkdar  idman  ustası  Dadaşov  İbrahimpaşa  Hüseyn  oğlunun  (10.04.1926- 

16.07.1990) anadan olmasının 90 illiyi

Texnika. Mühəndis işi

Akademik Nağıyev Vaqif Mirəsgər oğlunun (20.04.1941-03.12.1992) anadan 

olmasının 75 illiyi

Amerika rəssamı və teleqrafiya sahəsində ixtiraçı Morze Samuel Finli Brizin 

(27.04.1791-02.04.1872) anadan olmasının 225 illiyi

Tarixdə bu gün 

Ümumdünya Gülüş Günü (01.04.1564)



Kəlbəcər rayonunun işğalı günü (02.04.1993)

Beynəlxalq Uşaq Kitabı günü (02.04.1953)

ABŞ Dövlət Departamenti Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini 

rəsmən bəyan edib (03.04.2001)

Afinada müasir dövrün ilk Olimpiya oyunlarının başlaması (06.04.1896)

“Molla Nəsrəddin” jurnalının nəşr olunmasının (07.04.1906) 110 illiyi

Ümumdünya Sağlamlıq Günü (07.04.1950)

İlk dəfə Yuri Qaqarin kosmosa uçmuşdur (12.04.1961)

Ümumdünya Aviasiya və Kosmonavtika Günü (12.04.1962)

Beynəlxalq Mədəniyyət Günü (15.04.1935)

Beynəlxalq Ailə Günü (15.05.1994)

“Dəbistan” həftəlik uşaq jurnalının (16.04.1906-03.1908) nəşrə başlamasının 

110 illiyi

Ümumdünya Hemofiliya Günü (17.04.1964)

Tarixi Abidələrin Mühafizəsi Günü (18.04.1983)

Ümumdünya Yer Günü (22.04.1970)

Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü (23.04.1996)

Beynəlxalq Əqli Mülkiyyət Günü (26.04.2000)

Ukraynanın Çernobl şəhərində AES-də baş vermiş qəzanın (26.04.1986) 30-cu 

il dönümü

Ümumdünya Əməyin Mühafizəsi Günü (28.04.1996)

Beynəlxalq Rəqs Günü (29.04.1982)

149

146


147

148


150

151


152-153

154


125

Milli ədəbiyyat

Ənvər Əlibəyli

1916-1968  

APREL

Ənvər  Əliverdi  oğlu  Əlibəyov 

(Ənvər Əlibəyli) 1916-cı il aprel ayının 

1-də  Bakıda  anadan  olmuşdur.  Əvvəl 

Tibb Texnikumunda (indiki Tibb Kolle-

ci), sonra Azərbaycan Dillər Universite-

tinin fəhlə fakültəsində, APİ-nin (indiki 

ADPU)  filologiya  fakültəsində  təhsil 

almışdır. 1936-cı ildə kiçikyaşlı uşaqlar 

üçün  şeirlər  yazmış,  dövri  mətbuatda 

çap  etdirmişdir.  1938-ci  ildən  İkin-

ci  Dünya  müharibəsi  başlayana  qədər 

Azərbaycan  radiosunda  çalışmışdır. 

Tiflisdə  Topçular  Hərbi  məktəbini  bi-

tirmiş,  zabit  rütbəsi  ilə  könüllü  olaraq 

ön  cəbhəyə  getmişdir.  İkinci  Dünya 

müharibəsinin  ilk  günlərindən  ordu 

sıralarında  olan  Ə.Əlibəyli  artilleriya 

komandiri  olmuş,  məşhur  416-cı  Ta-

qanroq  atıcı  diviziyasında  ağır  döyüş 

yolu  keçmiş,  Qafqaz  və  Ukraynanın 

azad olunmasında fəal iştirak etmişdir. 

1944-cü  ildə  ağır  yaralandıqdan  sonra 

yazıçı-jurnalist kimi cəbhəyə qayıtmış-

dır. XX əsrin 40-cı illərinin sonlarında 

“İnqilab  və  mədəniyyət”,  “Təbliğatçı” 

jurnallarının məsul katibi olmuş, 1948-

1952-ci illərdə Azərbaycan Yazıçılar İt-

tifaqının orqanı “Ədəbiyyat qəzeti”nin 

redaktoru,  1952-ci  ildən  ömrünün 

sonunadək  Respublika  Radio  və  Te-

leviziya  Verilişləri  Komitəsinin  sədri 

vəzifələrində çalışmışdır. 1939-cu ildən 

Sovet  Yazıçılar  İttifaqının  üzvü  olan 

Ənvər Əlibəylinin şeir və poemaları rus 

və  keçmiş  SSRİ  xalqlarının  dillərinə 

tərcümə  edilmişdir.  Onun  “Qaran-

quş” adlı ilk şeirlər kitabı 1947-ci ildə 

işıq  üzü  görmüşdür.  Sonrakı  illərdə 

“Sənin adınla”, “İlk məhəbbət”, “Dost-

luq  körpüsü”,  “Mingəçevir  şeirləri”, 

“Dalğalar  arasında”,  “Elə  xoşbəxtəm 

ki!”,  “Ədəbiyyat”,  “Nəğmələr”,  “Bir 

kitab  şeir”,  “Ürəyimdəsən”,  “Seçilmiş 

əsərləri”  və  s.  kitabları  nəşr  olunmuş-

dur.


Ənvər Əlibəyli həm də bir neçə poe-

manın müəllifidir. Samur çayının suyu-

nu quraq torpaqlara çatdıran inşaatçıla-

rın bəhrəli əməyindən bəhs edən“Samur 

dastanı” poeması, 1941-1945-ci illərin 

hadisələrindən  bəhs  edən  “Bacı”, 

“Gözlər,  ürəklər,  əməllər”  poemaları, 

dəniz  neftçilərinin  şücaətini  tərənnüm 

edən  “Dalğalar  arasında”,  “Polad”, 

“Dostluq  körpüsü”  və  başqa  poemalar 

buna nümunə ola bilər.

S.Rüstəmov, 

C.Cahangirov, 

R.Hacıyev,  T.Quliyev,  A.Rzayeva, 

Q.Hüseynli,  Z.Bağırov,  R.Mustafayev, 

İ.Topçubaşov,  V.Adıgözəlov  kimi 

dəyərli  bəstəkarlar  şairin  şeirlərinə 

“Azərbaycan”, 

“Gəlmədin”, 

“İlk 


məhəbbət”,  “Lirik  mahnı”,  “Gəl-gəl”, 

“Xəzərim”, “Qəşəng  qızlar”, “Narınc” 

və başqa mahnılar yazmışlar.

“Vətən  müharibəsi”  (II  dərəcəli), 

“Qırmızı  ulduz”  ordenləri,  “Qafqazın 

müdafiəsinə görə”, “Almaniya üzərində 

qələbəyə görə” medalları ilə təltif olun-

muşdur. Əməkdar incəsənət xadimidir.

Ənvər Əlibəyli 1968-ci il may ayı-

nın 7-də Bakıda vəfat etmiş, Fəxri Xi-

yabanda dəfn edilmişdir.

20

20

1

Ə d ə b i y y a t 

Seçilmiş əsərləri 

/Ə.Əlibəyli.- Bakı: Şərq-

Qərb, 2005.- 224 s.

Əhmədov, T. Ənvər 

Əlibəyli /T.Əhmədov                

//Azərbaycan yazıçıları 

(XX-XXI yüzillikdə): ensik-

lopedik məlumat kitabı.- 

Bakı, 2011.- S.303.

Fərəcov, S. “Səni 

tərənnüm edirəm, doğma 

Azərbaycanım” /S.Fərəcov 

//Mədəniyyət.- 2011.- 1 

aprel.- S.11.

Əhmədalılar, T. Qəlbdən 

qələmə... /T.Əhmədalılar 

//Mədəniyyət.- 2014.- 2 

aprel.- S.11.

Mirəhmədov, Ə. Ənvər 

Əlibəyli /Ə.Mirəhmədov 

//Azərbaycan jurnalist və 

naşirləri.- Bakı, 2013.- 

S.66.

Oktay. Mahnılarda ya-

şayan şair /Oktay //Xalq 

cəbhəsi.- 2012.- 28 mart.- 

S.13.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.elibrary.azlib.net

100 

illiyi

Şair


126

Milli ədəbiyyat

Sultanməcid Qənizadə

1866-1937  

APREL

Sultanməcid  (bəzi  mənbələrdə  Sultan 

Məcid)  Hacı  Murtuzəli  oğlu  Qənizadə 

1866-cı  il  aprel  ayının  24-də  Şamaxıda 

anadan  olmuşdur.  1872-1879-cu  illərdə 

S.Ə.Şirvaninin “Məclis” məktəbində oxu-

muş, 1982-ci ildə Şamaxıda yeni açılmış 

üçüncü dərəcəli şəhər məktəbini və 1883-

cü ildə birillik pedaqoji kursu bitirmişdir. 

Rus dilini mükəmməl bildiyindən 1883-cü 

ildə Tiflisdəki Aleksandrovski Müəllimlər 

İnstitutuna daxil olmuş, 1987-ci ildə ora-

nı  müvəffəqiyyətlə  bitirmişdir.  Həmin  il 

Bakıda Həbib bəy Mahmudbəyovla “rus-

müsəlman  məktəbi”  ibtidai  təhsil  ocağı-

nın yaradılmasına nail olmuş, 1887-1891-

ci  illərdə  orada  müəllim,  1891-1898-ci 

illərdə  2-ci  rus-müsəlman  məktəbində, 

1898-1905-ci  illərdə  2-ci  dərəcəli  ali 

ibtidai  məktəbdə  müdir,  1905-1908-ci 

illərdə  Qori  müəllimlər  seminariyasının 

Azərbaycan  şöbəsində  müfəttiş,  1908-

1917-ci  illərdə  Bakı  quberniyası  və  Da-

ğıstan vilayəti xalq məktəbləri idarəsinin 

2-ci  rayonu  üzrə  müfəttiş,  1917-1918-ci 

illərdə vilayət xalq məktəblərinin direkto-

ru vəzifələrində çalışmışdır.

1905-1907-ci  illər  rus  inqilabından 

sonra  onun  dünyagörüşündə  islamçı-

lıq  və  islam  birliyi  meylləri  güclənmiş, 

1917-ci  ildə  bütün  müsəlmanların  bir-

liyini  təbliğ  edən  “İttihad”  partiyasının 

təşkilatçılarından olmuşdur.  1918-ci  ildə 

Qənizadə  ilk  milli  dövlətin  quruculuq 

işlərində  və  Parlament  iclaslarında  fəal 

iştirak  etmiş,  1919-cu  il  avqust  ayında 

ADR-də  Parlamentin  sədr  müavini  se-

çilmişdir.  Sovet  hakimiyyəti  dövründə, 

1920-1925-ci  illərdə  respublikanın  Xalq 

Maarif  Komissarlığında  şöbə  müdiri, 

1925-1929-cu  illərdə  Bakı  şəhər  Xalq 

maarifi  idarəsində  inspektor  vəzifəsində 

çalışmış,

 

hərbi məktəbdə və Sənaye İns-



titutunda dərs demişdir.

1902-ci  ildə  nəşr  edilən  “Lüğəti-rusi 

və türki”, “Samouçitel tatarskoqo yazıka” 

və  başqa  kitabların    müəllifidir.  Yaradı-

cılığında  1906-cı  ildə  “Dəbistan”  jurna-

lında çap edilmiş “Allah xofu” hekayəsi 

xüsusi  yer  tutur.  İlk  qələmə  aldığı  pyes 

“Qönçə xanım” olmuş, 1894-cü ildə Lev 

Tolstoyun  “Əvvəlinci  şərabçı”  pyesini 

tərcümə  etmiş,  həmin  ilin  may  ayında 

Bakıda tamaşaya qoymuşdur. Bu tamaşa 

Azərbaycan  səhnəsi  tarixinə  rus  drama-

turgiyasının  ilk  tamaşası  kimi  daxil  ol-

muşdur.


Yazarın  Əli  İskəndər  Cabbarov-

la  birlikdə  yazdığı  “Kəlili  ədəbiyyat” 

(müntəxabat),  “İstilahi  Azərbaycan”  və 

s. əsərləri məktəblərdəki boşluğu qismən 

doldurmağa xidmət etmişdir.  Ən orjinal 

əsəri “Məktubati Şeyda bəy Şirvani” ümu-

mi başlığı altında yazdığı “Müəllimlər if-

tixarı”  hekayəsi  və  “Gəlinlər  həmayili” 

romanıdır.  İlk  dəfə  məhz  Sultanməcid 

Qənizadənin  rejissorluğu  ilə  1898-ci 

ildə  hazırlanmış  “Vəziri  xani-Lənkəran” 

komediyasının  tamaşasında  Hüseyn 

Ərəblinski  Mehtər  Kərim  rolunu  oyna-

mışdır. 


1937-ci  il  repressiyaları  Sultanməcid 

Qənizadədən  də  yan  keçməmiş, 

xalq  düşməni  kimi  həbs  edilərək 

güllələnmişdir.



24

Ə d ə b i y y a t 

Seçilmiş əsərləri 

/S.Qənizadə.- Bakı: 

Avrasiya press, 2006.- 

200 s.

Məmmədov, X. Sultan 

Məcid Qənizadə 

/X.Məmmədov.- Bakı: 

Yazıçı, 1983.- 211 s.

Əhmədov, T. 

Sultanməcid 

Qənizadə /T.Əhmədov                  

//Azərbaycan yazıçıları 

XX-XX1 yüzillikdə: 

ensiklopedik məlumat 

kitabı.- Bakı, 2004.- 

S.867-868.

Görkəmli maarifçi 

elm fədaisi- Sul-

tan Məcid Qənizadə            

//Azadlıq.- 2011.- 6 

iyul.- S. 14.

Qənizadə Sultanməcid 

//Azərbaycan Xalq 

Cümhuriyyəti Ensik-

lopediyası: 2 cilddə.- 

Bakı, 2005.- C.2.- 

S.149-150.

Ганиев, С. Русско-

тюркский словарь 

/С.Ганиев.- Баку, 

1922.- 500 с.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.elibrary.azlib.net

150 

illiyi

Yazıçı

127

130 

illiyi

Abdulla Tukay

1886-1913 

Abdullah (Qabdulla) Məhəmmədarif oğ-

luTukay 1886-cı il aprel ayının 26-da Kazan 

şəhəri  yaxınlığındakı  Kuşlaviç  kəndində 

anadan  olmuşdur.  Kiçik  yaşlarından 

valideynlərini itirmiş, 1895-ci ildən Uralsk 

şəhərində bibisinin yanında yaşamağa başla-

mışdır. Mədrəsədə oxuyarkən Abdulvəli adlı 

bir  nəfərlə  tanış  olmuş,  bu  gənc  vasitəsilə 

Türkiyədəki  ədəbi  cərəyanlar  və  fransız 

ədəbiyyatı  ilə  yaxından  maraqlanmış,  bir 

müddət  sonra  təhsilini  rus  məktəbində  da-

vam  etdirmişdir.  İstanbuldan  gələn  qəzet, 

jurnal  və  kitabları  əldə  etmiş,  yenilikçi 

hərəkatın  üzvləri  ilə  əlaqələr  qurmuşdur. 

Hələ  mədrəsədə  oxuyarkən  mətbəədə  işə 

düzəlmiş,  az  sonra  rus  dilində  nəşr  olunan 

“Uralets”  qəzetində  korrektor  işləməyə 

başlamışdır.  Eyni  zamanda  yaradıcılıq-

la  da  məşğul  olmuş,  cəhaləti  tənqid  edən 

şeirlərini “Fikir” qəzetində, “Yeni əsr” jur-

nalında dərc etdirmişdir. Şeirlərində tatar və 

başqırd əfsanələrindən, nağıllarından poetik 

şəkildə yararlanmışdır.  O,  hələ uşaq  yaşla-

rından  öz  yaddaşı,  məntiqi,  ağlı,  fərasəti, 

dərin müşahidə qabiliyyəti ilə seçilmiş, na-

ğılları,  atalar  sözlərini,  xalq  nəğmələrini, 

bir  sözlə,  zəngin  tatar  folklorunu  diqqətlə 

öyrənmişdir.

1907-ci  ildə  çar  hökumətinin  sərt 

tədbirləri  nəticəsində  bir  çox  qəzet  və  jur-

nallar  bağlanmış,  işsiz  qalan A.Tukay  Ka-

zana köçmüş və ömrünün sonunadək orada 

yaşamışdır.

Maddi  və  mənəvi  sıxıntılara  baxmaya-

raq şair “Əl-islah” və daha sonra da “Yeşin” 

(Q.Kamal ilə birlikdə) adlı satirik jurnal dərc 

etdirmiş,  lakin  bir  il  sonra  dərgi  hökumət 

tərəfindən  bağlanmışdır.  1910-cu  ilin  mar-

tında  “Yalt-Yult”  (“Şəfəq”)  adlı  jurnalın 

nəşrinə  icazə  almış,  burada  dərc  etdirdiyi 

məqalələrində  satirik  şeir  və  həcvlərində 

din  xadimlərini,  xurafatı  kəskin  tənqid  et-

miş,  xalqı  qəflət  yuxusundan  oyanmağa 

səsləmişdir. Onun ədəbi maraq dairəsi geniş 

olmuş, klassik Şərq poeziyasını, eləcə də in-

gilis, alman və fransız ədiblərinin əsərlərini 

mütaliə etmişdir. 

O  dövrdə  bütün  Şərqdə  məşhur  olan 

“Molla Nəsrəddin” jurnalının və M.Ə.Sabir 

satirasının ədibin yaradıcılığına güclü təsiri 

olmuş,  1911-ci  ildə  Həştərxanda  Nəriman 

Nərimanovla tanış olmuşdur.

Uşaqlar üçün “Ata ilə bala”, “Su anası” 

kimi bir sıra şeirlər yazmış, tərcümə ilə də 

məşğul  olmuş,  rus  klassiklərinin  əsərlərini 

tərcümə  etmişdir.  Əsərləri  keçmiş  SSRİ 

xalqlarının dillərinə, o cümlədən Azərbaycan 

dilinə tərcümə edilmişdir. 

Tatar  ədəbiyyatında  tənqidi  realizmin 

banisi, tatar Xalq şairi Abdulla Tukay gənc 

yaşlarından  vərəm  xəstəliyinə  tutulmuş, 

1913-cü il aprel ayının 15-də vəfat etmişdir.

2011-ci ildə şairin 125 illik yubileyi geniş 

şəkildə  qeyd  edilmiş,  yubiley  münasibətilə 

Beynəlxalq  Türk  Mədəniyyəti  Təşkilatı-

TÜRKSOY 2011-ci ili “Abdulla Tukay ili” 

elan  etmişdir.  2011-ci  il  aprelin  25-də  Ka-

zanda  şairin  anadan  olmasının  125  illiyinə 

həsr  olunmuş  “Abdulla  Tukay  irsi  milli 

mədəniyyətlər kontekstində” adlı beynəlxalq 

elmi-praktik konfrans keçirilmişdir.

Kazanda, Kırlay və Kışlavıç kəndlərində, 

Moskvada, Sankt-Peterburqda abidəsi ucal-

dılmışdır. Kazanda Ədəbiyyat muzeyi, Tatar 

Dövlət Filarmoniyası onun adını daşıyır. An-

karada Tukay küçəsində monumenti qoyul-

muşdur. 1966-cı ildə Tatarıstan MSSR-

da Tukay adına mükafat təsis edilmişdir. 

Bakıda adına küçə var. 



Ə d ə b i y y a t

Seçilmiş əsərləri /Ab-

dulla Tukay; tatarcadan 

tərc ed.Ramiz Əsgər.- 

Bakı: Nağıl evi, 2011.- 

267 s.

Millətim /Abdulla Tu-

kay.- Bakı, 2011.- 267 s. 

Saman bazarı, yaxud 

Yeni Kəsikbaş: poema 

/Q.Tukay.- Bakı: Elm və 

təhsil, 2011.- 150 s.

Qabdulla Tu-

kay Azərbaycan 

ədəbiyyatşünaslığında: 

məqalələr toplusu /topl. 

M.Həsənova.- Bakı: Elm 

və təhsil, 2012.- 286 s.

Fərəcov, S. Tatar 

poeziyasının görkəmli 

nümayəndəsi /S.Fərəcov 

//Mədəniyyət.- 2014.- 12 

dekabr.- S. 12.

Избранное: стихи и 

поэмы: [пер. с тат.] 

/Г.Тукай; составители. 

Г.Хасанова, 

С.Малышев.- Казань: 

Татарское Книжное 

Изд-во, 2006.-191 с.

Избранные 

произведения /Г.Тукай.- 

Казань, 2009.- 703 с.

İ n t e r n e t d ə

www.anl.az

26

Tatar şairi

APREL

Dünya ədəbiyyatı

128

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

85

illiyi

Altay Hacıyev  

1931

APREL

Altay  Əmir  oğlu  Hacıyev  1931-ci 

il  aprel  ayının  2-də  anadan  olmuşdur. 

1951-ci  ildə  Əzim  Əzimzadə  adına 

rəssamlıq  məktəbini,  1959-cu  ildə  isə 

Kiyev Dövlət Rəssamlıq İnstitutunu bi-

tirmişdir. 

1959-cu ildən beynəlxalq və respub-

lika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 

1960-cı ildə SSRİ Rəssamlar İttifaqının 

üzvlüyünə qəbul edilmiş, 1962-1967-ci 

illərdə Azərbaycan SSR Nazirlər Sove-

ti yanında Dövlət Mətbuat Komitəsinin 

baş rəssamı vəzifəsində çalışmışdır.

 Əsərləri Azərbaycan Milli İncəsənət 

Muzeyində, Azərbaycan  Dövlət  Rəsm 

Qalereyasında, xarici ölkə muzeylərində 

və nüfuzlu şəxsi kolleksiyalarda saxla-

nılır.

Altay Hacıyevin yaradıcılığı bir sıra 



özünəməxsus cəhətləri ilə diqqət çəkir. 

Ukraynada  ali  təhsil  alan  sənətkar 

klassik  Avropa  rəssamlıq  ənənələrini 

dərindən öyrənmiş, eyni zamanda yara-

dıcılığında Azərbaycan təsviri sənətinin 

zəngin  ənənələrindən  faydalanmışdır. 

Belə  ki,  əsərlərinin  mövzusu,  ideya 

bədii  məzmunu,  orijinal  üslubu,  kom-

pozisiya tərtibatı, kolorit həlli ilə yara-

dıcılığında iki istiqaməti paralel apardı-

ğı, bədii sintez etdiyi müşahidə edilir.

Altay Hacıyev yaradıcılığının böyük 

bir dövrünü kitab qrafikasının inkişafı-

na sərf etmişdir. Neçə-neçə kitaba bədii 

tərtibat vermiş, bir çox əsərlərə illüstra-

siyalar çəkmişdir. 

XX  əsrin  60-cı  illərində  Bakıda 

gedən  tikinti-quruculuq,  əsaslı  təmir-

bərpa  işləri,  Bakının  inkişaf  etmiş 

sənaye şəhərləri səviyyəsinə yüksəlməsi 

“Yeni Bakı” adlı ilk silsiləsini çəkməyə 

səbəb olmuşdur. “Xəzər”, “Dənizin ifti-

xarı” və “Xəzərin sahibi” adlı silsilələr 

rəssamın yaradıcılığının ilkin dövrünün 

məhsuludur.  “Xalqımızın  ulduzları” 

silsiləsindən  olan  “Tomris”,  “Məhsəti 

Gəncəvi”,  “Sara  Xatun”,  “Xurşud-

banu  Natəvan”,  “Tuti  Bikə”,  “Aşıq 

Pəri”, “Ağa Bəyim Ağa” və b. əsərləri 

diqqətəlayiq əsərlərdir.

Rəssamın  1987-ci  ildə  qrafika 

əsərlərinin,  1991-ci  ildə  “Natəvan-

Şuşa”, 2001-ci ildə “Xalqımızın ulduz-

ları” adlı tematik, 2006-cı ildə 75 illik 

yubiley sərgiləri, 2008-ci ildə “Şərqdən 

Şərqə“ bədii sərgisi təşkil olunmuşdur.

Altay  Hacıyev  1968-ci  ildə AzSSR 

Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri 

Fərmanı  ilə  mükafatlandırılmış,  1982-

ci ildə “Əməkdar rəssam”, 2002-ci ildə 

isə “Xalq rəssamı” fəxri adlarına layiq 

görülmüş, 1995-ci ildə “Humay” müka-

fatı ilə təltif olunmuşdur. 2003-cü ildən 

Prezident  təqaüdçüsüdür.  2013-cü  ildə 

haqqında film çəkilmişdir.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin