APREL
2
Ərazisi: 3054 km²
Əhalisi: 85 228
İşğal tarixi: 02.04.1993
www. kelbecer-ih.gov.az
151
Tarixdə bu gün
“Molla Nəsrəddin” jurnalı
1906
APREL
7
110
illiyi
Azərbaycan mətbuatı tarixində ilk
satirik jurnal olan “Molla Nəsrəddin”
1906-cı il aprel ayının 7-də Tiflisdə
“Qeyrət” mətbəəsində nəşrə başlamış-
dır. XX əsrin əvvəllərində Rusiya və
Azərbaycanda mövcud olan mürəkkəb
ictimai-siyasi şəraitdə meydana gəlmiş
jurnal müəyyən fasilələrlə iyirmi beş
il çap olunmuşdur. Əvvəlcə Tiflisdə
(370 nömrəsi), az bir müddət Təbrizdə
(8 nömrəsi), sonra isə Bakıda (390
nömrəsi) fəaliyyət göstərmişdir. Jurna-
lın redaktoru böyük ədib, görkəmli sa-
tirik publisist Cəlil Məmmədquluzadə
olmuşdur.
Həftədə bir dəfə hər sayı 8 səhifə
həcmində nəşr olunan rəngli və şəkilli
satira jurnalında ictimai bəlaların tənqid
və ifşası əsas yer tuturdu. Dövrün zi-
yalıları jurnal vasitəsilə cəmiyyətdəki
kəsirləri açıb göstərməklə doğma xalqın
ictimai-siyasi şüurunu inkişaf etdirmək,
onu dünyanın ən qabaqcıl, mədəni xalq-
ları sırasına çıxarmaq istəyirdilər.
Jurnalın “Molla Nəsrəddin” adlandı-
rılması həmişə zülmə, nadanlığa, haq-
sızlığa gülmüş, güldürmüş, düşündür-
müş şifahi xalq ədəbiyyatı qəhrəmanı
Molla Nəsrəddinin adı ilə bağlıdır.
Mirzə Cəlil də Molla Nəsrəddinin dili
ilə xalqın dediyini bəyan edir, onu gül-
dürür, düşündürür, həm də yol göstərir.
Jurnal ilk nömrəsindən Azərbaycan
dilinin varlığı və təmizliyi uğrun-
da mübarizə meydanına atılmış, bü-
tün fəaliyyəti dövründə dil haqqında
müxtəlif janrlarda saysız-hesabsız
əsərlər çap olunmuşdur. “Molla
Nəsrəddin”də atalar sözləri, lətifələr,
poçt qutusu, satirik elanlar, tərcümeyi-
hallar, lüğətlər, bir para hikmətli sözlər,
tapmacalar, sual-cavab, etiraf və onlar-
la janrlardan istifadə edilmişdir.
Bir neçə qələm sahibi- poeziyamız-
da inqilabi satiranın banisi M.Ə.Sabir,
ictimai tərəqqi yolunu maarif və
mətbuatın inkişafında görən ziya-
lı Ö. F.Nemanzadə, Ə.Haqverdiyev,
Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi
və s. kimi ziyalılar “Molla Nəsrəddin”
səhifələrində öz satirik əsərləri ilə fəal
iştirak edirdilər.
“Molla
Nəsrəddin”in
yaradı-
cı heyətində realist rəssamların da
çox böyük rolu olmuş, jurnalın dərin
məzmunlu karikaturalarını Rötter,
Şmerlinq, Ə.Əzimzadə çəkmiş, Təbriz
nömrələrinin rəssamı isə Əli Behzad
olmuşdur.
Molla Nəsrəddin jurnalı təkcə
Azərbaycanda, Qafqazda və Rusi-
yada deyil, Asiya və Afrikanın, Şərqi
Avropanın bir çox mərkəzlərində,
Daşkənddə, Aşqabadda, Həştərxanda,
Ufada, Səmərqənddə, Tehranda, İs-
tanbul, Qahirə və s. yerlərdə yayılmış,
onun müxtəlif millətlərdən milyonlarla
oxucuları olmuşdur. Jurnalın tarixi döv-
rü, üslub və sənətkarlıq xüsusiyyətləri,
fikirlərə, ağıllara təsiri ilə bir çox
şərqşünas alimlər maraqlanmış, jurnal
haqqında məqalələr, tədqiqat əsərləri
yazmışlar.
“Molla Nəsrəddin” jurnalının yeni
nəşrinin meydana çıxması Azərbaycan
Republikası Prezidenti cənab İlham
Əliyevin imzaladığı “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında”
12 yanvar 2004-cü il tarixli Sərəncamı
ilə bağlıdır.
Ə d ə b i y y a t
“Molla Nəsrəddin” jurna-
lı və Gəncə ədəbi mühiti:
filol. üzrə fəls. d-ru e. dər.
al. üçün təq. ed. dis-nın
avtoreferatı : 5716.01 /S.
A. Namazova; AMEA,
Nizami ad. Ədəbiyyat İn-
tu.-Bakı: 2014.-22 s.
“Molla Nəsrəddin”
dərgisinin yaranma tarixi
//Ədəbiyyat qəzeti .-2014.-
11 aprel.- S.2.
“Molla Nəsrəddin” İslam
dünyasında böyük bir
yenilik idi//Mədəniyyət
.-2015.- 23 yanvar.- S. 10.
www.anl.az/down/
meqale/.../74185.htm
https://az.wikipedia.
org/.../Molla_Nəsrəddin_
(ju..
https://www.face-
book.com/.../Molla-
Nəsrəddin-...
152
Tarixdə bu gün
Tarixi Abidələrin Mühafizəsi Günü
1983
APREL
Aprelin 18-i dünyada Beynəlxalq
Abidələr və Tarixi Yerlər Günü kimi
qeyd olunur.
Bu əlamətdar gün Tarixi Yerlər və
Abidələrin Mühafizəsi Şurasının (İCO-
MOS) təklifi üzrə UNESCO tərəfindən
1983-cü ildə təsis olunmuşdur. Məqsəd
insanların diqqətini abidələrin və tarixi
yerlərin qorunmasına yönəltməkdir.
Abidələr və tarixi yerlər öz
görkəmləri ilə xalqlara hər an kimli-
yini, nəyə qadir olduğunu xatırladır,
vətən sevgisi və ona sadiqlik hisslərini
aşılayır. Xalqın mənəvi xəzinəsinin,
“mən”inin cəmləşdiyi bu maddiyyat
insanlara ulu əcdadlarından danışır,
milli özünüdərkin formalaşmasında
mühüm rol oynayır. Abidələrin və tari-
xi yerlərin dağıdılması xalqın, millətin
varlığının məhvi deməkdir.
Hazırda dünyada minlərlə abidə
məhv olmaq təhlükəsindədir. Bu ba-
xımdan Beynəlxalq Abidələr və Tarixi
Yerlər Gününün təsis olunması böyük
əhəmiyyətə malikdir.
Ölkəmizin hər yerində yaşı əsrləri və
minillikləri əhatə edən tarixi abidələr
mövcuddur. Bütün bunlar xalqımızı
torpağa, əcdadlarına bağlayan qırılmaz
bağlardır. Azıx mağarasından tapılmış
və azıxantrop adlandırılan qədim insa-
nın çənə sümüyü Azərbaycanın dün-
yada ən qədim ibtidai məskənlərindən
biri olmasını sübut edir. Qobustanda
aşkar edilmiş yaşayış məskənləri bu
ərazidə ən qədim dövrlərdən insanların
məskunlaşdığını təsdiqləyir.
Ölkəmizin ərazisində Manna,
daha sonralar cənubda Atropate-
na dövlətlərinin yaranması ilə bağ-
lı şəhərlər salınıb, müdafiə tikililəri,
əzəmətli qala divarları inşa edilmiş-
dir. Qafqaz Albaniyası dövründə
şəhərsalma sahəsində mühüm addımlar
atılmışdır. Qəbələ şəhərinin möhkəm
qala divarları, saxsı borularla çəkilmiş
su kəməri, Dəmirqapı keçidində daş-
dan tikilmiş müdafiə sistemi, Çıraq-
qala, Ləkit kəndindəki dairəvi xristi-
an məbədi və digər yerlər şəhərsalma
mədəniyyətinin yüksək səviyyəsini
göstərir. Ümumiyyətlə, islamdan əvvəl
və sonra ölkəmizin ərazisində qiymətli
abidələr inşa olunmuşdur. Orta əsrlərə
aid abidələr (Möminə Xatun, Qara-
bağlar, Gülüstan, Bərdə türbələri, Şir-
vanşahlar sarayı, Şəki xan sarayı, Şuşa
şəhərinin abidələri və s.) nəinki Şərq,
hətta dünya memarlığının ən gözəl
incilərindəndir. Bu məqamda ulu öndər
Heydər Əliyevin müdrik kəlamlarını
qeyd etmək yerinə düşər: “Biz tarixi
keçmişimizə nəzər salarkən, ulu baba-
larımızın yaratdığı və indiyə qədər ya-
şayan abidələrlə, qalalarla, şəhərlərlə,
heykəllərlə, yollarla-yaradılan hər
bir şeylə fəxr edir və bunları yara-
danları daim xatırlayır, onlara öz
minnətdarlığımızı bildiririk”.
Abidələr və tarixi yerlərimizin
məhv olmaq təhlükəsi ölkəmizin bəzi
bölgələrindən də yan keçməyib. Tor-
22
18
153
Ə d ə b i y y a t
Kazımzadə, E. Azərbaycanın qoruq-muzeyləri və onların milli mənəvi dəyərlər sistemində yeri: kulturol. üzrə fəls.
d-ru e. dər. a. üçün təq. ed. dis-nın avtoreferatı: 24.00.03. /E.Kazımzadə; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Döv.
Mədəniyyət və İncəsənət Un-ti.- Bakı, 2011.- 19 s.
Tаrixin dаş yаddаşı: metоdik vəsаit /tərtibçi G.Səfərəliyeva; red.: K.Tahirov; M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası.- Bakı, 2009.- 67 s.
İlyasov, Z. Tarixi abidələrin ensiklopediyası hazırlanır /Z.İlyasov //İqtisadiyyat.-2012.- 27 aprel-3 may.- S.8.
Nərimanoğlu, M. Minilliklərin yadigarları, yaxud da daşlaşmış mədəniyyət nümunələri: 18 aprel Abidələrin Beynəlxalq
Mühafizə Günüdür /M.Nərimanoğlu //Azərbaycan.- 2012.- 18 aprel.- S.7.
“Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri”: Qoruq və tarixi abidələrin mühafizləri üçün seminar-treninq
//Mədəniyyət.-2014.- 8 avqust.- S.4.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
paqlarımızın 20 faizini işğal etmiş Ermənistanın
hərbi birləşmələri milli mədəniyyət abidələrimizi
qəddarcasına dağıtmışlar. Erməni terrorçuları
tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaq-
ları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda
13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji,
292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxe-
oloji, bağ, park, monumental və xatirə abidələri,
15 dekorativ sənət nümunəsi qalmışdır. Həmçinin
bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı
22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də
düşmən tapdağı altındadır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edil-
miş dövlət tərəfindən mühafizə olunan daşınmaz
tarix və mədəniyyət abidələrinin siyahısında Qo-
bustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli,
“İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya,
93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” Tarix-
Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, “Nar-
daran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5
ölkə, 7 yerli, “Atəşgah” Tarix-Memarlıq Qoruğun-
da 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmış-
dır. Son illər ərazidə 1700-dək yeni abidə aşkar
olunub. Tariximizin təcəssümü olan bu abidələr
turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Tarixi abidələrimizin qorunması və gələcək
nəsillərə çatdırılması sahəsində dövlətimizin baş-
çısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın ölkə daxilində və xaricində
həyata keçirdikləri böyük işlər hər kəs üçün ən
gözəl örnəkdir.
İçərişəhər memarlıq kompleksi, Qobustan
Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dün-
ya İrsi Siyahısına daxil edilmişdir. Qobustandakı
muzey 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri
sırasında olmuşdur. Hazırda digər tarixi yerlər
və abidələrimizin də bu siyahıya daxil edilməsi
istiqamətində böyük işlər aparılır.
Milli mədəni irsin qorunmasını təmin etmək,
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasını həyata keçirmək məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 2013-
cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olun-
muş “Daşınmaz tarix və mədəniyyət abidələrinin
bərpası, qorunması, tarix və mədəniyyət qoruqla-
rının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına
dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə
bundan sonra görüləcək işlərin istiqamətini dəqiq
müəyyən edən qiymətli bir sənəddir. Bu sənədə
daşınmaz tarix-mədəniyyət abidələrinin yeni si-
yahısının tərtibi, bərpa-konservasiya işlərinə dair
normativ sənədlərin beynəlxalq standartlara uy-
ğunlaşdırılması, qoruqların maddi-texniki bazası-
nın gücləndirilməsi, yüksəkixtisaslı kadrların ha-
zırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın
inkişafı kimi vacib məsələlər daxil edilmişdir.
154
Tarixdə bu gün
Beynəlxalq Kitab və Müəllif
Hüquqları Günü
1996
APREL
Kitab və müəlliflik yaranma anın-
dan bir-biri ilə ayrılmaz əlaqədə,
daimi təmasda olan və bir-birini ta-
mamlayan anlayışlar, məfhumlardır.
Əslində isə müəlliflik hüququ
əsər anlayışı ilə bağlı olduğun-
dan onun tarixi daha qədimdir, in-
san mədəniyyətinin və biliklərin
uzaq
keçmişindən
bəhrələnən
məhsuldur. Antik zamanlarda ya-
zının kəşfi, ieroqlifik yazının əlifba
yazısına çevrilməsi şəxsi müəlliflik
dərketməsini təsdiqləmişdi. Elə
bu səbəbdən də tam haqlı olaraq,
müəlliflik hüququnun başlanğıc-
ları antik zamanlardan hesablanır.
Müasir müəlliflik hüququnun for-
malaşması isə məhz XV əsrdə ki-
tab nəşri və tipoqrafiya işinin ixti-
rası ilə bağlıdır. Qutenberqin kəşfi
müəllifliyi çap formasında kütləyə
çatdırma imkanını yaratd və kitab
nəşrinə olan marağı əqli ehtiyacları
təmin edən XV əsrdə yaranan və ki-
tabı əmtəə vasitəsinə çevirən bazar
münasibətləri tərəfindən stimullaşdı-
rıldı. UNESCO-nun 1996-cı il tarix-
li qərarı ilə hər il bütün dünyada 23
aprel Beynəlxalq Kitab və Müəllif
Hüquqları Günü kimi qeyd edilir.
YUNESKO-nun məlumatına əsasən
23 aprel tarixi İspaniya əyaləti Kata-
loniya ilə bağlıdır və Müqəddəs Ge-
orgi günü kimi səciyyələnir. Həmin
gün hər hansı satılan kitaba ənənəvi
olaraq bir qızılgül qoşulurmuş.
Digər əsaslı səbəb bir sıra məşhur
yazıçı və şairlərin anadan olma və
ya vəfat etmə (Migel de la Servante-
sin, Vilyam Şekspirin, Moris Dryü-
onun, İnka Qarsilaso de la Veqa,
Vladimir Nabokovun, Azərbaycanın
məşhür sərkərdəsi, artilleriya üzrə
dərsliklərin müəllifi general Şıxlins-
kinin) tarixi ilə bağlıdır.
Son illər Azərbaycan rəhbərliyinin
uzaqgörən daxili və xarici siyasəti
nəticəsində
müəllif
hüquqları
sahəsində ölkəmizin beynəlxalq
əlaqələri genişlənmişdir. Azərbaycan
1996-cı ildən Ümumdünya Əqli
Mülkiyyət Təşkilatının üzvü, Ədəbi-
bədii əsərlərin qorunması haqqında
Bern Konvensiyasına və Müəlliflik
hüququ haqqında Ümumdünya Kon-
vensiyasına daxil olmuşdur. Eləcədə
bir sıra digər ikitərəfli və çoxtərəfli
müqavilələrin iştirakçısıdır.
“Müəlliflik hüququ və əlaqəli
hüquqlar haqqında” (1996), “Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə haqqın-
da” (2012) Azərbaycan Respubli-
kasının Qanunları bu sahədə dövlət
siyasətinin əsas göstəricisidir.Qeyd
edək ki, dünyada “Ümumdünya
kitab və müəllif hüquqları günü”
mövzusunda tədbirlər 1996-cı ildən,
Azərbaycanda isə 2001-ci ilin 23 ap-
rel tarixindən keçirilir.
23
Ə d ə b i y y a t
Əliyeva, M. Kitaba
hörmət müqəddəs
borcdur: 23 aprel Dünya
Kitab və Müəllif Hüquq-
ları Günüdür /M.Əliyeva
//Mədəniyyət.- 2014.- 23
aprel.- S.15.
“Mədəni irsin qorunma-
sı və erməni saxtakar-
lıqları”: Bakıda Dünya
Kitab və Müəlliflik Hü-
ququ Günü münasibətilə
konfrans keçirilib //
Mədəniyyət .-2014.- 25
aprel.- S. 4.
Mehparə. 23 aprel
“Dünya kitab və müəllif
hüquqları günü”dür
/Mehparə //Mədəniyyət.-
2012.- 20 aprel.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
155
MA
Y
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
®
Şuşanın işğalı günü (08.05.1992)
•
Faşizm üzərində Qələbə Günü (09.05.1945)
•
Bеynəlxalq Ailə Günü (15.05.1994)
•
Laçın rayonunun işğalı günü (17-18.05.1992)
•
Bеynəlxalq Muzеylər Günü (18.05.1977)
•
Rеspublika Günü (28.05.1990)
•
XX əsrin 70-ci illərində respublikamızda klassik ədəbi irsimizin öyrənilməsi
baxımından tamamilə yeni mərhələ başlamışdır. Həmin mərhələ bilavasitə
xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu
Öndərin təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri
Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yax-
şılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu
istiqamətdə qarşıya kompleks vəzifələr qoyaraq dahi şairin irsinin və ümumən
orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş
perspektivlər açmışdır. 1981-ci ilin avqustunda şairin anadan olmasının 840
illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. 2012-ci
ildə isə demək olar ki, bütün dünyada Nizami sözünün təntənəsi yaşanırdı.
YUNESKO-nun baş direktoru İrina Bokovanın Nizami Gəncəvinin 870 illik
yubileyi münasibətilə bəyanatı, həm də onu sübut etdi ki, Azərbaycan şairi
bütün dünyaya məxsusdur. Baş direktor Nizaminin yubileyinin keçirilməsini
mədəniyyətlərarası dialoqa çağırış kimi səciyyələndirmişdi...
68 illik ömründə oxumaqdan yorulmayan, hər gizli xəzinədən bir dürr çı-
xarıb onu ustalıqla sahmana salan, “Oxuyan bəyənib afərin desin” söyləyən
Nizami indiyədək öz ünvanına ancaq “Əhsən!” dedirdir. Zaman və nəsillər
dəyişir, onun yaradıcılığının dəyəri, kəlamlarının hikməti zərrə qədər də
azalmır, şair dünya ədəbiyyatına bəxş etdiyi 5 poemadan ibarət “Xəmsə”si,
“beşliyi” ilə dünyanın beş qitəsini 21-ci əsrdə də heyrətləndirməkdə davam
edir...
1 may
Gün çıxır 06:41
Gün batır 20:53
31 may
Gün çıxır 06:13
Gün batır 21:23
21 aprel-
21 may
Buğa bürcünün
Nişanı Yerdir.
Veneranın
himayəsindədir.
Günəşin Buğa
bürcündən
keçdiyi dövrdə
doğulanlar
təbiətcə emosional
olurlar.
875 il
1141-1209
Nizami Gəncəvi
156
Milli ədəbiyyat
Yazıçı, publisist Sultanov Eynəli bəy Çölbəyi bəy oğlunun (05.05.1866-
05.06.1935) anadan olmasının 150 illiyi
Əməkdar mədəniyyət işçisi, nasir Qurbanov Əhmədağa Əkbər oğlunun
(Əhmədağa Muğanlı) (10.05.1926-04.08.2001) anadan olmasının 90 illiyi
Xalq şairi Rüstəmxanlı Sabir Xudu oğlunun (20.05.1946) anadan olmasının
70 illiyi
Folklor
Aşıq-şair Qarayev Bəhmən İbrahim oğlunun (Aşıq Bəhmən Göyçəli)
(01.05.1901-13.11.1976) anadan olmasının 115 illiyi
Dünya ədəbiyyatı
Tacikistanın Xalq şairi Tursunzadə Mirzonun (02.05.1911-24.09.1977) anadan
olmasının 105 illiyi
Hind yazıçısı, ictimai xadim Taqor Rabindranatın (07.05.1861-07.08.1941)
anadan olmasının 155 illiyi
Rus yazıçısı Bulqakov Mixail Afanasyeviçin (15.05.1891-10.03.1940) anadan
olmasının 125 illiyi
Qazaxıstanın Xalq
yazıçısı, şair, ədəbiyyatşünas, ictimai-siyasi xadim
Süleymenov Oljas Öməroviçin (18.05.1936) anadan olmasının 80 illiyi
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
Xalq rəssamı Ağabəyov Mayis Əlişir oğlunun (01.05.1941) anadan olmasının
75 illiyi
Əməkdar rəssam Əzimov Cəbrayıl Əlimuxtar oğlunun (07.05.1926-
10.07.1969) anadan olmasının 90 illiyi
Musiqi.Opera.Balet
Əməkdar incəsənət xadimi, professor Əzimov Aydın Kərim oğlunun (Aydın
Əzim Kərimoğlu) (01.05.1946) anadan olmasının 70 illiyi
Teatr.Kino
Xalq artisti, rejissor Dadaşov Soltan Baba oğlunun (27.05.1906-07.09.1969)
anadan olmasının 110 illiyi
2016
MAY
159
160
161
163
169
170
167
168
166
164
162
165
|