Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə26/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   22   23   24   25   26   27   28   29   ...   74

Ə d ə b i y y a t

Fətulla, F. Alın 

yazısı:bədii-sənədli-

publisistik roman 

/F.Fətulla.- Bakı: 

Mütərcim, 2006.- 180 s.

Baba Qurbanqulu oğlu 

Babazadə //Azərbaycan 

Sovet Ensiklopediyası: 10 

cilddə.-  Bakı, 1976.- C.1.- 

S.518.

Baba Qurbanqulu 

oğlu Babazadə //Fəxri 

Xiyaban: [soraq kitabı]             

/Heydər Əliyev Fondu.-

Bakı, 2007.- S.24.

Sadıqlı, F. Şimşəkdən 

qopan işıq /F.Sadıqlı             

//Azərbaycan.- 2013.- 27 

iyul.- S.7.

Классификация 

залежей и 

месторождений нефти 

и газа Азербайджана 

и рациональная 

методика их разведки 

/Б.Бабазаде.- М.: Недра, 

1964.-  304 с.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

www.adam.az

25

Alim

145

Coğrafiya.Geologiya

105 

illiyi

Ədhəm Şıxəlibəyli  

1911-1996

APREL

Ədhəm  Şahlarbəy  oğlu  Şıxəlibəyli 

1911-ci  il  aprel  ayının  30-da Ağsu  ra-

yonunun Bico kəndində anadan olmuş-

dur.  1937-ci  ildə  M.Əzizbəyov  adına 

Azərbaycan  Sənaye  İnstitutunu  (indiki 

Azərbaycan Dövlət Neft və Sənaye Uni-

versiteti) bitirmişdir.

1947  ildə  “Böyük  Qafqazın  cənub 

yamacının  Azərbaycan  hissəsinin  geo-

loji  quruluşu”  mövzusunda  namizədlik 

dissertasiyası müdafiə etmişdir.

1954  ildən  Azərbaycan  EA  Geolo-

giya  İnstitutunda  işləmişdir.  1965  ildə 

“Kiçik  Qafqazın  şərq  hissəsinin  geo-

loji  quruluşu  və  tektonik  inkişaf  tarixi 

(Azərbaycan)”  mövzusunda  doktorluq 

dissertasiyası müdafıə etmişdir. 

Azərbaycan  EA  Yer  haqqında  Elm 

Bölməsinin  akademik-katibinin  mü-

avini  olmuşdur.  Uzun  illər  Geologiya 

İnstitutunun  geotektonika,  stratiqrafiya 

və  litologiya  şöbəsinə  başçılıq  etmiş-

dir.  Şərqi  Qafqazın  qırışıqlıq  sistemi-

nin  əmələ  gəlməsinin  mərhələlərini 

müəyyən etmiş, onları struktur zonalara 

bölmüş  və  yaranmasında  şimali-qərbi 

kembridənqabaq  və  şimal-şərqi  rifey 

yarıqlarının rolunun elmi əsaslarını ver-

mişdir. O. şimal-şərq istiqamətdə uzanan 

Qərbi Xəzər gömülmüş qalxımını aşkar 

etmiş və bu qalxımın Qafqaz qırışıqlıq 

sisteminin müsbət strukturlarının Xəzər 

dənizinə  yaxınlaşdıqca  birləşmələrinə 

səbəb  olmasını  əsaslandırmışdır.  İlk 

dəfə olaraq Balakən-Zaqatala regionun-

da  polimetallik  filiz  yataqlarının  aşkar 

edilməsi  perspektivliyini  sübut  etmiş-

dir. 

1954-cü ildən ömrünün sonuna qədər 



Azərbaycan Respublikası EA-nın Geo-

logiya  İnstitutunda  işləmişdir.  Regio-

nal  geologiya  və  tektonika  sahəsində 

tədqiqatlar  aparmışdır.  Şimali  Qafqaz 

və ona qonşu regionların geoloji inkişaf 

tarixini,  tektonikasını,  seysmikliyini, 

neotektonikasını və geomorfologiyasını 

öyrənmişdir. 20 min kv. kilometrdən ar-

tıq sahənin dəqiq geoloji xəritəsini tərtib 

etmişdir. 

“Azərbaycanın geologiyası” adlı çox-

cildli monoqrafiyanın və Azərbaycanın 

tektonik 

xəritəsinin 

(1:500000) 

müəlliflərindəndir.  Elmi  kadrlar  hazır-

lanmasında xidmətləri olmuşdur. 

1969-1971-ci illərdə Əlcəzairdə geo-

loji kəşfiyyat işləri aparmışdır. 

ASE elmi redaksiya şurasının (1983), 

SSRİ EA Tektonika Komitəsinin və onun 

Qafqaz bölməsinin üzvü olmuşdur.

 Alim 350-dən artıq elmi məqalənin, 

o  cümlədən  15  monoqrafiyanın 

müəllifidir. 

1983-cü  ildən  isə  Azərbaycan  EA-

nın akademiki, Azərbaycanın Əməkdar 

elm xadimi olmuşdur.

Ədhəm Şıxəlibəyli 1996-cı ildə vəfat 

etmişdir.



Ə d ə b i y y a t

Геологическое 

строение и история 

тектонического 

развитие восточной 

части Малого 

Кавказа: [в 3-х т.] 

/Э.Ш.Шихалибейли.- 

Баку: Элм, 1964-1967. 

Геологическое 

строение и развитие 

южного склона 

Большого Кавказа 

/Э.Ш.Шихалибейли.- 

Баку: Элм, 1956.- 223 

с.

Некоторые 

проблемные вопросы 

геологическое 

строение и 

тектоники  

Азербайджана  

/Э.Ш.Шихалибейли.- 

Баку: Элм, 1996.- 216 

с.

   Şıxəlibəyli Ədhəm 

Şahlarbəy oğlu //

Azərbaycan Sovet 

Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1987.- 

C.10.- S.550.

Şıxəlibəyli Ədhəm 

Şahlarbəy oğlu 

“Azərbaycanın geoloq 

və geofizik alimləri”, 

Bakı, “Nafta-Press”, 

2004, s. 333-334

30

Akademik

146

Riyaziyyat.Fizika.Astronomiya

110 

illiyi

Abasqulu Abaszadə 

1906-1969      

APREL

Abasqulu  Ağabala  oğlu  Abaszadə 

1906-cı  il  aprel  ayının  10-da  Cənubi 

Azərbaycanın  Təbriz  şəhərində,  bənna 

ailəsində anadan olmuşdur. 1916-cı ildə 

ailəsi  ilə  birlikdə  Bakıya  köçmüşlər. 

Əvvəlcə  birinci  dərəcəli  məktəbi  (rus-

tatar  məktəbi),  sonra  isə  N.Nərimanov 

adına  Sənaye Texnikumunu  bitirmişdir. 

A.Abaszadə  1926-cı  ildə  Ali  Pedaqoji 

İnstitutu (indiki ADPU), 1930-cu ildə isə 

Azərbaycan  Dövlət  Universitetinin  (in-

diki  BDU)  fizika-riyaziyyat  fakültəsini 

bitirmişdir.

Əmək  fəaliyyətinə  1923-cü  ildən, 

hələ  tələbə  ikən  başlamış,  1923-1924-

cü illərdə Bakının axşam məktəblərində, 

1924-1928-ci illərdə Bakı və Bakıətrafı 

kəndlərdə  (Qala-Maştağa),  1928-1931-

ci  illərdə  Bakı  Pedaqoji Texnikumunda 

müəllim  kimi  fəaliyyət  göstərmişdir. 

S.M.Kirov adına ADU-nu (indiki BDU) 

bitirdikdən  sonra  1931-1933-cü  illərdə 

Azərbaycan Dövlət Tibb İnstitutunun fi-

zika kafedrasında assistent, 1934-cü ilin 

sentyabrından ömrünün sonunadək APİ-

də  işləmiş,  1938-1969-cu  illərdə  Eks-

perimental  və  nəzəri  fizika  kafedrasına 

rəhbərlik etmişdir. 1939-cu ildən 1957-

ci ilə kimi fizika-riyaziyyat fakültəsinin 

dekanı,  1957-1962-ci  illərdə  institutun 

elmi  işlər  üzrə  prorektoru  vəzifəsində 

çalışmışdır.  1932-1949-cu  illərdə  pa-

ralel  olaraq,  SSRİ  EA-nın  Azərbaycan 

filialında  və  Azərbaycan  EA-nın  Fizi-

ka  və  Riyaziyyat  İnstitutunda  fəaliyyət 

göstərmiş  (fizika  şöbəsinin  elmi  katibi, 

istilik  və  molekulyar  fizika  laboratori-

yasının  müdiri,  elmi  işlər  üzrə  direktor 

müavini),  tədqiqat  işləri  aparmışdır. 

A.Abaszadə 1936-1941-ci illərdə Xəzər 

dənizi  suyunun  bir  çox  molekulyar-

istilik xassələrini təyin etmiş, bir sıra qa-

nunauyğunluqlar  müəyyənləşdirmişdir. 

1941-ci  ildə  Tbilisidə  namizədlik, 

1953-cü ildə isə M.V.Lomonosov adına 

MDU-da  “Mayelərin  və  onların  buxar-

larının istilikkeçirməsinin temperatur və 

təzyiqdən  asılılığının  tədqiqi”  mövzu-

sunda dissertasiya müdafiə etmiş, fizika-

riyaziyyat elmləri doktoru elmi dərəcəsi 

ilə bərabər professor elmi rütbəsi almış-

dır. 1968-ci ildə SSRİ Pedaqoji EA-nın 

müxbir üzvü seçilmiş və ilk azərbaycanlı 

müxbir üzv olmuşdur. 200-dən çox elmi, 

metodiki, fəlsəfi və publisistik məqalənin, 

18  monoqrafiyanın  müəllifidir.  “Fizika 

və riyaziyyat tədrisi”, “Politexnik təlim” 

jurnallarının hazırlanmasına böyük əmək 

sərf etmiş, 14 il bu jurnalların redaktoru 

olmuşdur. A.Abaszadənin bilavasitə işti-

rakı və rəhbərliyi ilə 100-ə yaxın elmlər 

namizədi və elmlər doktoru hazırlanmış, 

geniş elmi-pedaqoji təşkilatçılıq işi apar-

mışdır.

Elmin, təhsilin inkişafındakı xidmət-



ləri  yüksək  qiymətləndirilmiş  “Qırmızı 

əmək Bayrağı“, “Şərəf nişanı“ ordenləri, 

medalları ilə təltif edilmişdir. 

Görkəmli  alim  Abasqulu  Abaszadə 

1969-cu  il  fevral  ayının  2-də  Bakıda 

vəfat etmişdir.



Ə d ə b i y y a t

Fizika: ali məktəbə da-

xil olanlar üçün vəsait 

/A.Abaszadə.- Bakı: 

Maarif, 1970.- 206 s.

Molekulyar fizika və 

istilik: dərs vəsaiti 

/A.Abaszadə.- Bakı: 

Maarif, 1967.- 346 s.

Termodinamika: dərs 

vəsaiti /A.Abaszadə.- 

Bakı: APİ, 1959.-352 s.

Qaralov, Z. Abasqulu 

Abaszadə: bioqrafi-

yası, elmi pedaqoji 

irsi /Z.Qaralov, 

A.Abaszadə, 

C.Qəhrəmanov.- Bakı: 

Pedaqogika, 2005.- 

127 s.

Abasqulu Ağabala oğlu 

Abaszadə //Azərbaycan 

Sovet Ensiklopediyası: 

10 cilddə.- Bakı, 1976.-  

C.1.- S.10.

 

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

10

Alim

147

Riyaziyyat.Fizika.Astronomiya

125 

illiyi

Bəhram Mirzəyev 

1891-1974      

APREL

Bəhram  bəy  Rüstəm  bəy  оğlu 

Mirzəyev  1891-ci  il  aprel  ayının  16-da 

Şuşa  şəhərində  anadan  olmuşdur.  оrta 

təhsilini Şuşada dövrün ən nüfuzlu təhsil 

müəssisələrindən sayılan rеal məktəbdə 

almışdır. 

1905-1906-cı  illərdə  Şuşada  baş 

vеrən еrməni-müsəlman davası Bəhram 

bəyə  də  rеalnı  məktəbdə  охuyan  bü-

tün  azərbaycanlı  uşaqlar  kimi  оranı 

bitirməyə imkan vеrmədi. Təhsilini da-

vam еtdirmək üçün bir çох həmyеrliləri 

kimi Bakı Rеal Məktəbinə dəyişildi.

1909-cu  ildə  Bakı  Rеal  Məktəbini 

başa  vurmuş,  1911-ci  ildə  Pеtеrburq 

univеrsitеtinin fizika-riyaziyyat fakültə-

sinə  daхil  оlmuşdur.  1916-cı  ildə  ali 

təhsilini  başa  vuran  Bəhram  bəy  gim-

naziyada  pеdaqоji  fəaliyyətlə  məşğul 

оlmağa başlamışdır. 

1917-ci  ilin  оktyabr  ayında  Dоnеtsk 

şəhərinə  gəlmiş,  Dоnеtsk  vilayətinin 

Drujоvski 

şəhərindəki 

zavоdların 

nəzarətində 

məktəb 


kоmbinatının 

təşkilatçı-müdir  vəzifəsinə  düzəlmişdi. 

1918-ci  ilin  yanvarında  о,  artıq  üç 

məktəb açmağa nail оlmuşdu.

Rusiyada  Vətəndaş  müharibəsi  baş-

layanda,  1919-cu  ildə  Bəhram  bəy 

də  оrduya  çağırılmış,  ХII  Qızıl  Оrdu 

hissələri tərkibində хidmətə başlamışdır. 

Müharibə  başa  çatandan  sоnra  özünün 

əvvəlki  iş  yеrinə  qayıtmışdır.  1921-ci 

ildə Bakıya qayıtmışdır.

1922-ci  ilin  yazında  Bakı  Хalq  Ma-

arif  Şöbəsinin  2  nömrəli  məktəbinə 

göndərilmiş,  bir  il  burda  fizika  və  ri-

yaziyyat  müəllimi  işləməklə  yanaşı 

fəhlə  fakültələrində  və  tехnikumlarda 

da 

dərs 


dеmişdir. 

Azərbaycan 

Dövlət  Univеrsitеtinə  (indiki  BDU) 

göndərilərək  fizika  kafеdrasında  tələbə 

laboratоriyaları  təşkil  еtmiş,  fakültədə 

оptikaya dair ilk dəfə оlaraq Azərbaycan 

dilində  mühazirələr  охumağa  başlamış-

dır.


1930-cu  ildə  ana  dilində  təcrübi 

məşğələlər  üzrə  azərbaycanca  tədris 

vəsaiti  hazırlayaraq  nəşr  еtdirmiş,  оna 

dоsеnt vəzifəsi vеrilmişdir. Elə həmin il 

N.Nərimanоv adına Azərbaycan Dövlət 

Tibb İnstutuna (indiki ATU) göndərilmiş, 

burada çохlabоratоriyalı fizika kafеdrası 

təşkil  etmişdir.  Azərbaycan  Pоlitехnik 

İnstitutu üçün mоlеkulyar fizikaya, ADU 

üçün dalğalara və rəqslərə aid dərsliklər 

yazmış  və  bu  dərsliklərdən  digər  ali 

məktəblərdə  də  istifadə  оlunmağa  baş-

lanmışdır.

1935-ci  ildə  yеnidən ADU-ya  qayıt-

mış,  1936-1938-ci  illər  ərzində  burda 

yеni  labarоtriyaların  təşkili  işinə  baş-

lamış,  хüsusi  labarоtоriyalar,  nüma-

yiş  muzеyi,  fizika  kabinеti  yaratmışdır. 

1938-ci ildə оna fizika еlmləri namizədi 

alimlik  dərəcəsi  vеrilmiş,  1941-ci  ildə 

isə  təcrübi  fizika  kafеdrasına  müdir 

vəzifəsinə irəli çəkilmişdir.

  1960-cı  ildə  Yarımkеçiricilər  fizika 

kafеdrası  təşkil  оlunmuş  və  о,  həmin 

kafеdranın müdiri vəzifəsinə sеçilmişdir. 

1969-cu  ildə  prоfеssоr  elmi  rütbəsini 

almışdır.  Əllidən  çох  еlmi  əsərin,  iki 

iхtiranın,  Böyük  Vətən  müharibəsi 

illərində  iki  hərbi  təklifin  müəllifi  оlan 

Bəhram bəy Mirzəyеv Azərbaycan еlmi 

qarşısında хüsusi хidmətlərinə görə 1954-

cü ildə “Lеnin оrdеni”nə layiq görülmüş, 

1969-cu ildə оna “Əməkdar еlm хadimi” 

fəxri  adı  vеrilmiş,  bir  nеçə  mеdalla  və 

Azərbaycan  SSRI  Ali  Sоvеtinin  Fəхri 

fərmanı ilə təltif еdilmişdir.

Bəhram  bəy  Mirzəyеv  1974-cü  ildə 

Bakıda vəfat etmişdir.



Ə d ə b i y y a t

Loqarifm xətkeşi /B. 

R. Mirzəyev ; [red. 

F. Köçərli] ; S. M. 

Kirov ad. Azərb. Döv. 

Universiteti.-Bakı: 

ADU, 1959.-41 s.

Çingizoğlu, Ə. 

Mirzəyevlər //Ə.Çingi-

zoğlu //“Soy” dərgisi: 

8 (16).- Bakı, 2008.-

S.17-27.

 

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.adam.az

16

Alim

148

Texnika.Mühəndis işi

75 

illiyi

Vaqif  Nağıyev   

1941-1992 

APREL

Vaqif  Mirəsgər oğlu Nağıyev  1941-

ci il aprel ayının 20-də Lənkəranda ana-

dan olmuşdur.  Ailəsi ilə Bakıya köç-

müş,  burada  134  saylı  orta  məktəbdə 

oxumuşdur. 16 yaşında Neft və Kimya 

İnstitutuna qəbul olunmuşdur. 

1963-cü ildə Neft-Kimya İnstitutu-

nu  elektromexanik-mühəndis  ixtisa-

sı üzrə bitirdikdən sonra bir ilə yaxın 

Azərbaycan EA-da işləmişdir.

Sonra  Moskvaya  getmiş,  1965-ci 

ildən  elektron  sənayesi  üçün  mühüm 

əhəmiyyət kəsb edən yarımkeçiricilərin 

tədqiqi ilə məşğul olmuşdur. 27 yaşın-

da Moskva Polad və Ərintilər İnstitu-

tunun  elmi  şurasında  namizədlik  dis-

sertasiyasını uğurla müdafiə etmişdir. 

1970-ci ildə Siolkovski adına Mosk-

va Aviasiya  Texnologiya  İnstitutunun 

Radio  elektron  aparatlarının  istehsa-

lı  texnologiyası  kafedrasında  dosent 

kimi  işləməyə  başlamışdır.  1971-ci 

ildə EHM-lərin blok və qurğuları üçün 

termoelektrik sərinləşdirici qurğuların 

layihələşdirilməsinin  maşın  metodla-

rının hazırlanması və tətbiqi sahəsində 

kompleks  işinə  görə  A.S.Popov  adı-

na  Fəxri  fərmana  layiq  görülmüşdür. 

1986-cı  il  dekabrın  5-də  ona  texnika 

elmləri  doktoru  alimlik  dərəcəsi  ve-

rilmişdir.  Bir  il  sonra  SSRİ  elektron 

sənayesinin fəxri işçisi olmuşdur. Elmi 

fəaliyyətində  ultrasəs-diaqnostik  tibbi 

texnikanın  hazırlanması,  klinikalarda 

tətbiqi əsas yer tuturdu. O, SSRİ-də bu 

sahənin yaradıcılarından biri idi.  

5 monoqrafiyanın, 23 ixtiranın, 200-

dən  artıq  elmi  məqalənin  müəllifidir. 

23  ixtirası  müəlliflik  şəhadətnaməsi 

almışdır. 

  1988-ci  ilin  yanvarında  SSRİ 

Səhiyyə Nazirliyinin tibbi texnika üzrə 

Umumittifaq Elmi Tədqiqat Sınaq İns-

titutunda ultrasəs diaqnostik tibbi apa-

ratların hazırlanması və koordinasiya-

sı  şöbəsinin  müdiri,  həm  də  Səhiyyə 

Nazirliyində bu  sahənin rəhbəri təyin 

olunmuşdur.  SSRİ  dağılandan  sonra 

hər iki vəzifə RF Səhiyyə Nazirliyinə 

keçmişdir.  

V.Nağıyev  həm  də  SSRİ  Müdafiə 

Nazirliyində  kosmosda  diaqnostik 

tədqiqatlarla  bağlı  mühüm  vəzifə 

daşımışdır.  Ultrasəs  vazolokator, 

elektron  qurğularının  termoelektrik 

sərinləşdirilməsi,  inteqral  sxemlərin 

tədqiqi  və  sınağı  üçün  termoelekt-

rik  cihazlar,  allergiyalı  dermotozların 

müalicə üsulları və ultrasəs texnologi-

yalarının  perspektiv  inkişafı  ilə  bağlı 

tədqiqatlar aparmışdır. Tədqiqatlarının 

əsas  yönümü  kosmosla  bağlı  olmuş-

dur. 


1991-ci  il  yanvar  ayının  25-də 

SSRİ EA-nın həqiqi üzvü seçilmişdir. 

Elmi  fəaliyyətlə  yanaşı  keçmiş  SSRİ 

hərb  sənayesinə  öz  töhfəsini  vermiş, 

general-mayor  hərbi  rütbəsi  ilə  təltif 

edilmişdir.

Vaqif  Nağıyev  1992-ci  il  dekabr 

ayının  3-də,    51  yaşında  vəfat  etmiş-

dir.  Moskvada, Fəxri Xiyabanda dəfn 

edilməli  olan  akademik  qohumları 

tərəfindən  Bakıya  gətirilmiş, Yasamal 

qəbiristanlığında dəfn edilmişdir.

Texnika  elmləri  doktoru,  profes-

sor,  SSRİ  EA-nın  və  SSRİ  Tibbi-

Texniki  Elmlər  Akademiyasının  aka-

demiki,  tibb  xidməti  general  mayoru 

V.Nağıyevi Azərbaycanda çox az adam 

tanıyır.


İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.masallilar.az/article/a-69.html

files.preslib.az/projects/azerbaijan/

gl6.pdf

20

Akademik

149

Texnika.Mühəndis işi

225 

illiyi

Samuel Morze

1791-1872

APREL

Samuel  Finli  Briz  Morze  1791-ci  il 

aprel ayının 27-də ABŞ-ın Massaçusets 

ştatında  anadan  olmuşdur.  On  doqquz 

yaşında  Yel  kollecini  bitirmiş,  elektrik 

sahəsinə  maraq  göstərmişdir.  Eyni  za-

manda  tanışların  miniatür  portretlərini 

çəkməyi  xoşlayırdı.  Valideynləri  onun 

bu həvəsini bəyənməsələr də, rəssamlığa 

meylinin  güclü  olduğunu  görüb  1811-

ci  ildə  İngiltərəyə  göndərmişlər.  1813-

cü  ildə  o,  London  Kral  Akademiyası-

na  “Ölən  Herkules”  bədii  rəsm  əsərini 

təqdim etmiş və qızıl medala layiq gö-

rülmüşdür. Londondan qayıtdıqdan son-

ra  portret janrı gündəmdə olduğu  üçün 

diqqətini portret çəkməyə yönəltmişdir. 

1826-cı ildə Milli İncəsənət Akademiya-

sının qurulmasında yaxından iştirak et-

miş və akademiyanın ilk rəhbəri olmuş-

dur.  1829-cu  ildə  rəssamlıq  məktəbini 

yaratmaq  və  məşhur  rəsm  əsərlərini 

öyrənmək  üçün  2-ci  dəfə  Avropaya 

səyahət etmişdir. 

1832-ci  ildə  Nyu  York  Universiteti 

Şəkil və heykəl şöbəsində professor kimi 

fəaliyyət göstərmişdir. Morzenin mexa-

niki  araşdırmalara  marağı  gənc  yaşla-

rında başlamış, alim L.Daqerlə tanış ol-

muş, elektrik sahəsində olan yeniliklərlə 

maraqlanmışdır.  1832-ci  ildə  okean 

səyahətinə  çıxmış,  Çarles  Tomas  Cek-

sonun  elektriklə  bağlı  son  məqalələri 

və  Nyu  York  Universitetində  elektro-

maqnetik  mövzusunda  öyrəndikləri  ilə 

əlaqədar  onda  elektrikli  teleqraf  hazır-

lamaq  fikri  yaranmışdır.  İlk  elektrikli 

teleqraf sınağını 1844-cü ildə Vaşinqton 

ilə Baltimor arasında 65 kilometrlik bir 

xətt çəkilişiylə etmişdir.

Morze bir daşı, ya da mərməri 3 fərqli 

ölçüdə  yona  bilən  mərmərkəsmə  ma-

şınını  da  icad  etmiş,  1820-ci  ildə  buna 

bənzər  ixtira olduğu  üçün  patentini ala 

bilməmişdir.

1858-ci  ildə  Morze  10  Avropa 

dövlətindən  teleqrafın  istifadəsinə 

görə  400  000  frank  almışdır.  Osman-

lı  dövləti  ilk  dəfə  1855-ci  ildə  Krım 

döyüşü  əsnasında  Morzenin  teleqraf 

sistemindən istifadə etmişdir. Ahıl yaş-

larında  Morze  xeyriyyəçiliklə  məşğul 

olmuş,  məktəblərə,  universitetlərə,  dini 

icmalara,  kilsələrə  və  kasıb  rəssamlara 

himayədarlıq etmişdir.

Samuel Morze 1872-ci ildə, 80 yaşın-

da Nyu Yorkda vəfat etmiş və Qrin-Vud 

qəbiristanlığında dəfn edilmişdir.



Ə d ə b i y y a t

Morze Samuel Finli Briz //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1983.- C.7.- S.61-62.

Уилсон, М. Морзе Сэмюэл /M.Уилсон //Американские ученые и изобретатели.- Москва, 1975.- С.27-34.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.orq

27

İxtiraçı

150

Tarixdə bu gün 

Kəlbəcər rayonunun 

işğalı günü

Kəlbəcər  rayonu  1993-cü  il  aprel  ayının  2-də 

Ermənistan  təcavüzkar  qüvvələri  tərəfindən  işğal 

olunmuşdur.  Kəlbəcər  rayonunun  ərazisi  3054 

km²,  əhalisinin  sayı  isə  85228  nəfərdir.  Rayon 

sakinləri  hazırda  Azərbaycanın  59  bölgəsində 

məskunlaşmışlar.

Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak ol-

muş, 321 nəfər itkin düşmüş və girov götürülmüş-

dür,  rayona  761  milyon ABŞ  dolları  məbləğində 

ziyan dəymişdir. Ermənistan hərbi birləşmələrinin 

martın  27-də  başlanan  genişmiqyaslı  hücumu 

Kəlbəcər  rayonunun  işğalı  ilə  başa  çatmışdır. 

Kəlbəcər  Azərbaycanın  işğal  olunmuş  rayonları 

arasında  ərazicə  ən  böyüyüdür.  İşğal  nəticəsində 

rayon  mərkəzi,  150-ə  yaxın  kənd,  həmçinin  on-

larla  tarixi-mədəniyyət  abidəsi,  bir  muzey,  “İsti-

su” sanatoriyası və s. Ermənistan silahlı qüvvələri 

tərəfindən  məhv  edilmişdir.  Kəlbəcər  rayonunun 

işğalı  Qarabağ  müharibəsində  Azərbaycanın  ən 

böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcərin 

süqutu ermənilərin sonrakı işğalçılıq  planlarının 

həyata keçməsinə - Azərbaycanın ayrılmaz, əzəli 

torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 

digər rayonların - Ağdam, Cəbrayıl, Füzuli, Qubad-

lı və Zəngilanın, ümumən 17 min kvadratkilometr 

ərazidə ən məhsuldar torpaqlarımızın Ermənistan 

silahlı  qüvvələri  tərəfindən  zəbt  olunmasına 

şərait yaratmışdır. Dağlıq Qarabağın Ermənistana 

birləşdirilməsi faktiki olaraq başa çatmışdır.

Kəlbəcərin  işğalından  sonra  3205  saylı  iclas-

da BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə 

qəbul  etmiş,  qətnamədə  bütün  işğalçı  qüvvələrin 

Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ra-

yonlarından dərhal çıxarılması tələb olunmuşdur. 

Lakin  indiyədək  həmin  qətnamədən  irəli  gələn 

heş  bir  öhdəlik  yerinə  yetirilməmişdir.  Sonradan 

BMT Təhlükəsizlik  Şurasının Ağdam  rayonunun 

azad  edilməsi  ilə  bağlı  854-cü,  Füzuli  rayonu-

nun azad edilməsi ilə bağlı 874-cü və digər işğal 

edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü 

qətnamələri qəbul edilmiş, lakin həmin qətnamələr 

kağız üzərində qalmaqdadır. BMT-nin və ATƏT-in 

prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər ra-

yonu ərazisində ermənilərin məskunlaşdırılmasına 

başlanılmışdır. Ermənistan beynəlxalq sənədlərdə 

təsbit  olunmuş  müddəaları  kobudcasına  pozaraq, 

bütün  dünyanın  gözü  qarşısında  Azərbaycanın 

bənzərsiz  mədəni  sərvətlərini  talamaqda,  kütləvi 

şəkildə məhv etməkdə davam edir. 

İki  Cənubi  Qafqaz  ölkəsi  arasında  münaqişə 

1988-ci  ildə  Ermənistanın  Azərbaycana  qarşı 

ərazi iddiası irəli sürməsi zəminində yaranmışdır. 

Azərbaycan  torpaqlarının  iyirmi  faizi,  yəni  Dağ-

lıq Qarabağ ərazisi və bu əraziyə daxil olan yeddi 

rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altın-

dadır.  1994-cü  ildə  tərəflər  atəşkəs  rejiminə  dair 

razılaşma  əldə  etmiş  və  o  vaxtdan  bəri ATƏT-in 

Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa 

və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh 

danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ 

və ətraf rayonların azad edilməsinə dair qəbul et-

diyi  dörd  qətnaməni  Ermənistan  bu  günə  qədər 

yerinə yetirməmişdir.

Ermənistanın  yürütdüyü  bu  işğalçılıq  və 

terrorçuluq  siyasəti  uzun  illərdən  bəri  dünya 

ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, 

beynəlxalq hüququn normalarına və prinsiplərinə 

əsasən dövlətlərin sərhədlərinin toxunulmazlığına 

hörmət edilməli, ərazi bütövlüyünün, suverenliyin 

pozulmasına yol verilməməlidir. 



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin