İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
1
Akademik
NOY
ABR
15
339
NOY
ABR
15
Kimya.Biologiya.Tibb
75
illiyi
Əflatun Kərimov
1941
NOY
ABR
Əflatun Xudkar oğlu Kərimov
1941-ci il noyabr ayının 23-də Bakı
şəhərində anadan olmuşdur. 1960-
1966-cı illərdə N.Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutunda
(indiki Azərbaycan Tibb Universite-
ti) Müalicə-profilaktika fakültəsində
təhsil almışdır. 1968-1971-ci illərdə
Azərbaycan
Dövlət
Həkimləri
Təkmilləşdirmə İnstitutunun Döş
qəfəsi cərrahiyyəsi kafedrasının aspi-
rantı olmuş, 1971-ci ildə respublikada
ilk dəfə olaraq bronxoqrafiya və bron-
xoskopiya - ağ ciyərlərdə müxtəlif
xəstəliklərin bronxoloji müayinəsinə
aid “Müxtəlif ağciyər xəstəlikləri za-
manı bronxoloji tədqiqat metodları”
mövzusu üzrə dissertasiyasını müdafiə
etmiş, tibb elmləri namizədi alimlik
dərəcəsi almışdır.
1972-1974-cü illərdə Ə.Əliyev
adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun klinikası
Uşaq döş qəfəsi xəstəlikləri şöbəsinin
müdiri, 1976-1978-ci illərdə Efiopi-
yada Hərbi Hospitalda Cərrahiyyə
şöbəsinin müdiri vəzifəsində çalışmış
və orada 1000-ə yaxın müxtəlif (trav-
matologiya, qarın boşluğu, döş qəfəsi,
urologiya, ginekoloji xəstəliklər)
cərrahiyyə əməliyyatları aparmışdır.
Səmərəli fəaliyyətinə görə SSRİ-
nin müvafiq səfirliyi tərəfindən Fəxri
Fərmanla təltif edilmişdir.
1983-1987-ci illərdə isə Sankt-
Peterburqda Həkimləri Təkmilləşdirmə
İnstitutunda doktorantura pilləsində
təhsili almışdır. 1988-ci ildən
Azərbaycan Dövlət Tibb İnstitutunda
(indiki Azərbaycan Tibb Universiteti)
Onkologiya kafedrasında çalışır. 1989-
cu ildə isə SSRİ Mərkəzi Pulmonoloji
İnstitutunda «Аспергиллез легких»
mövzusunda doktorluq dissertasiyası-
nı müdafiə etmiş, tibb elmləri doktoru
elmi dərəcəsi almışdır. 2003-cü ildən
Milli Onkoloji Mərkəzinin abdomi-
nal şöbəsinin professorudur. Dəfələrlə
mühüm cərrahiyyə əməliyyatları apar-
mış, kütləvi informasiya vasitələrində
bu fəaliyyəti geniş əks etdirilmişdir.
Görkəmli cərrah əsasən süd
vəzisinin
və
mədə-bağırsaq
xərçənginin-klinikası, diaqnostika-
sı, cərrahi müalicəsi ilə məşğul olur.
Cərrahiyyənin müxtəlif sahələrinə
aid 263-dən çox elmi əsərlərin, 22
metodik tövsiyyənin, 6 səmərəşdirici
təklifin, o cümlədən 1989-cü ildə «Süd
vəzisində I-II dərəcəli xərçəng zamanı
yeni cərrahiyyə orqansaxlayıcı üsu-
lun» müəllifidir.
Onun rəhbərliyi altında 6 nəfər tibb
üzrə fəlsəfə elmləri doktoru müdafiə
etmişdir. Hazırda Onkologiya kafed-
rasının professoru, Respublika Ali
Attestasiya Komissiyasının üzvü,
Ə.Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutu-
nun cərrahiyyə fakültəsinin elmi şura-
Ə d ə b i y y a t
Xərçəng yönlü
xəstəliklər hələ xərçəng
deyil /Bakı şəhərinin baş
onkoloqu, tibb elmləri
doktoru, professor
Əflatun Kərimovun tibb
haqqında mülahizələri
// Xalq qəzeti.-1998.-4
oktyabr.-S. 5.
Бронхологические
методы исследования
при различных
заболеваниях
легких. автореф.
дис….канд. мед.
наук:14777-Хирургия
/ А.Х.Керимов;
Азерб.гос.ин-т
усовершенствования
врачей им.
А.М.Алиева.-Б., 1971.-
22,(1) с.
Микотические
поражения легких:
(Клинико-эксперимент.
исслед) / Керимов.А.Х.
Автореф.дис. д-ра
мед.наук.14.00.43.-
Л.,1986.-34 c.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.science.gov.az
23
Alim
340
Texnika.Mühəndis işi
70
illiyi
Qüdrət Kəlbəliyev
1946
NOY
ABR
Qüdrət İsfəndiyar oğlu Kəlbəliyev
1946-cı il noyabr ayının 13-də Nax-
çıvan Muxtar Respublikasının Babək
rayonunda anadan olmuşdur. 1969-cu
ildə Azərbaycan Neft və Kimya İnsti-
tutunun (indiki Azərbaycan Neft Aka-
demiyası) Neft mexanikası fakültəsini
bitirdikdən sonra 1971-ci ilə kimi Sum-
qayıtda Dövlət Xlor Sənaye Layihə
İnstitutunda texnik və mühəndis, 1971-
1976-cı illərdə Neft-Kimya Avtomat-
laşdırma və Layihələşdirmə İnstitu-
tunda mühəndis, 1976-1988-ci illərdə
Azərbaycan Milli Elmlər Akademi-
yasında M.F.Nağıyev adına Kimya
Texnologiyasının Nəzəri Problemləri
İnstitutunda mühəndis, kiçik və bö-
yük elmi işçi vəzifələrində çalışmışdır.
1987-ci ildə “İstilik və kütlə mübadiləsi
səthlərində çoxfazalı axımlardan bərk
fazanın çökməyi ilə gedən qeyri-
stasionar proseslərin modelləşdirilməsi
və intensivləşdirilməsi” mövzusunda
dissertasiya işi müdafiə edərək kim-
ya elmləri doktoru alimlik dərəcəsi,
1993-cü ildə isə professor elmi adı al-
mışdır. 1988-ci ildən həmin institutda
İstilik və kütlə mübadiləsi proseslərinin
nəzəriyyəsi laboratoriyasının rəhbəridir.
Professor pedaqoji sahədə də fəaliyyət
göstərmiş, 1999-2006-cı illərdə Türkiyə
cümhuriyyətinin Malatya şəhərində İnö-
nü Universitetində Kimya mühəndisliyi
fakültəsində müəllimlik etmişdir.
Elmi tədqiqatları kimya texnologi-
yası proseslərinin optimallaşdırılması
metodlarına həsr olunmuşdur. Professor
Q.Kəlbəliyevin rəhbərliyi iə yaradılmış
bərk fazanın çöküntüsü ilə əlaqələnən
qeyri-stasionar çoxfazalı sistemlərdə
istilik, kütlə, mübadiləsi və hidrodi-
namikanın kimya texnologiyasında
müstəsna əhəmiyyəti vardır.
Dispers sistemlərdə hidrodinami-
ka, kütlə və istilik mübadiləsi, kim-
ya proseslərinin modelləşdirilməsi,
intensivləşdirilməsi və yeni texnolo-
giyaların, apparat tərtibatının işlənib
hazırlanması. Suspenziyalarda və
emulsiyalarda fiziki-kimya və kütlə
mübadiləsi proseslərinin (koaquliya-
siya, birləşmə, ayrılma və parçalan-
ma) modelləşdirilməsi və texnoloji
proseslərdə tədbiqi onun əsas elmi
nailiyyətləridir.
Onun elmi tədqiqat işlərinin
nəticələri 215 elmi əsərdə, bir neçə mo-
noqrafiyada, 7 patent, bir neçə müəlliflik
şəhadətnaməsində öz əksini tapmışdır.
Bir sıra beynəlxalq konfrans və simpo-
ziumlarda məruzələrlə çıxış etmişdir.
Alim Qüdrət Kəlbəliyev kadr hazır-
lığı ilə də məşğul olmuş, 4 fəlsəfə dok-
toru, 1 fəlsəfə elmləri doktorunu yetiş-
dirmişdir.
Görkəmli kimyaçı alim 2001-ci ildən
Azərbaycan Milli Elmlər Akademiyası-
nın Kimya texnologiyasının proses və
aparatları ixtisası üzrə müxbir üzvüdür.
Ə d ə b i y y a t
Гидродинамика
и массоперенос в
дисперсных средах /Г.И.
Келбалиев, С.Р. Расулов.-
Санкт-Петербург:
ХимИздат, 2014.- 567 c.
Массообмен между
каплем или газовым
пузырем и изотропным
турбулентным потоком
//Теор. осн. хим. техн.-
2012.- т.46.- №5.- С.
554-562.
The deformation and bre-
ak up of drops and bubb-
les in the isotropic turbu-
lent flows /G.Kelbaliyev,
S.R.Rasulov, G.Z.
Suleymanov //Science
and Applied Engineering
Quarterly.- 2014.-№ 3.-P.
44-50.
Kəlbəliyev Qüdrət
İsfəndiyar oğlu //Nax-
çıvan ensiklopediyası/
Azərbaycan Milli Elmlər
Akademiyası.- Bakı,
2002.- S.224.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.science.gov.az
13
Alim
342
Tarixdə bu gün
“Füyuzat” jurnalının nəşri
1906
NOY
ABR
“Füyuzat” jurnalının ilk sayı 1906-
cı il noyabr ayının 1-də dərc olunmuş-
dur. Jurnal ictimai xarakter daşımış və il
ərzində 32 sayı işıq üzü görmüşdür. “Fü-
yuzat” kəlməsi mənşəcə ərəb sözu olub,
mənası həyat gerçəklərini duymaq, dərk
etmək, onlardan zövq almaq deməkdir.
Maarifpərvər, milyonçu-mesenat Hacı
Zeynalabdin Tağıyevin maddi dəstəyi
ilə çap olunan jurnalın baş redaktoru
Əli bəy Hüseynzadə idi. Burada dövrü-
nün görkəmli ziyalılarından M.Hadinin,
M.Ə.Sabirin, H.Cavidin, S.Səlmasinin,
A.Şaiqin, Ə.Kamalın, Ə.Raiqin və baş-
qa müəlliflərin müxtəlif mövzulu yazı-
ları dərc edilirdi. Jurnal Azərbaycanda
neoromantizmi yaradan mətbuat orqanı
kimi xarakterizə olunur.
Azərbaycan Xalq Cümhuriyyəti
dövründə dövlət bayrağında üç rənglə
(mavi, qırmızı, yaşıl) simvollaşan
Azərbaycan vətəndaşının ideya-mənəvi
dəyərləri jurnalın redaktoru Əli bəy
Hüseynzadənin müvafiq tezisi və füyu-
zatçıların tarixi xidmətləri ilə bağlı ol-
muşdur.
“Füyuzat” jurnalı füyuzatçılıq jurna-
listika məktəbindən əlavə, Azərbaycanda
müstəqil dövlətçilik ideyasını, konstitu-
siyalı azad vətəndaş cəmiyyətini yarat-
maqda mühüm rol oynamışdır. Çar Rusi-
yasının monarxizmi və müstəmləkəçilik
əleyhinə mübarizə aparan füyuzat-
çılar başqalarının yeni cəmiyyət qu-
ruculuğu təcrübəsindən istifadə et-
miş, Azərbaycanda demokratizmin
qələbəsinə çalışmış, ictimai həyatda,
milli ədəbiyyat və mədəniyyətdə
islahatların-reformaların aparılmasını
qarşılarına məqsəd qoymuşdular.
“Füyuzat” və füyuzatçıların məşğul
olduğu əsas problemləri qısa şəkildə belə
təsnif etmək olar: türkləşmək, islam-
laşmaq, avropalaşmaq (müasirləşmək),
azərbaycançılıq, demokratik axtarışlar,
neoromantik ədəbiyyatın yaradılması,
füyuzatçı jurnalistika məktəbinin təsisi,
dildə, fikirdə, işdə birlik konsepsiyasına
əsaslanan ortaq türk dili, ədəbiyyatı və
mədəniyyətinin yaradılması, “İttihad və
tərəqqi” ideyasını yürütmək və turançı-
lığı təbliğ etmək, ictimai-siyasi şüurda
reformaların aparılması, parlament və
konstitusiya əsasında özünüidarə forma-
sının yaradılması, yenilikçilik hərəkatını
gücləndirmək, söz və mətbuat azadlığını
müstəqil dövlət, sivil cəmiyyət və bütöv
vətən ideyasına paralel şəkildə inkişaf
etdirmək və s.
Azərbaycan oxucuları ilk dəfə Tols-
toy, Höte, Russo, Monteskye kimi
görkəmli simalar haqqında nisbətən
ətraflı və dəqiq məlumatı bu jurnalda
çap olunan məqalə və tərcümələrdən
almışdılar.
Ə.Hüseynzadənin
hələ
“Füyuzat”ın nəşrindən əvvəl təbliğ və
şərh etdiyi “türklük, müsəlmanlıq və av-
ropaçılıq” şüarı, mahiyyət etibarı ilə bu
gün ictimai həyatımızda özünə yer tapan
“azərbaycançılıq, müsəlmançılıq və mü-
asirlik” doktrinasının yaranmasında mü-
hüm rol oynamışdı. Ə.Hüseynzadənin
başçılıq etdiyi “Füyuzat” jurnalı və
eyni adlı ədəbi cərəyan əsrimizin
əvvəllərində Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin inkişafında ciddi
xidmətlər göstərmişdir.
Ə d ə b i y y a t
“Füyuzat” jurnalı
[Mətn]: Biblioqrafiya /
tərt. ed.: A. Xəlilov;
elmi red.: N. Q.
Cəfərov, M. M. Adilov;
Azərbaycanda Ata-
türk Mərkəzi; AMEA
Füzuli adına Əlyazmalar
İnstitutu.-Bakı, 2002.-
34 s.
İsrafil H. “Füyuzat”
və milli dramaturgiya
problemləri: [Monoq-
rafiya] /Hüseyn İsrafil;
elmi red. Y.Qarayev.-
Bakı: Elm, 2007.-156 s.
Veliyev Ş. Füyuzat edebi
mektebi /Şamil Veliyev
(Körpülü); elmi red.: Ə.
Saraçlı.- Ankara: Ejdat
yayınları, 2000.-388 s.
Əhməd D. “Füyuzat”
dərgisinin manşet
fotoları /D.Əhməd //
Türküstan.-2012.-20-26
may.- S. 13.
Vəliyev Ş. Əli bəy
Hüseynzadə və füyuzat-
çılıq /Ş.Vəliyev //525-ci
qəzet.-2014.- 17 aprel.-
S.4.
İ n t e r n e t d ə
www.anl.az
www.azerbaycanli.org
www.gov.az
www.mct.gov.az
1
110
illiyi
343
Tarixdə bu gün
Azərbaycan radiosu
1926
NOY
ABR
Azərbaycan Dövlət Radiosu 1926-
cı il noyabr ayının 6-da yaradılmışdır.
Həmin gün ölkə paytaxtının küçələri və
meydanlarında qurulmuş reproduktor-
lardan ilk dəfə “Danışır Bakı!” ifadəsi
ətrafa yayılmışdır. Bu, Azərbaycan xal-
qının siyasi və mədəni həyatında böyük
bir yenilik, əlamətdar hadisə idi. Əvvəllər
Bakı studiyası Azərbaycan Milli Elmlər
Akademiyasının əsas binasının (keçmiş
İsmailliyyə) üçüncü mərtəbəsində (indi-
ki İstiqlaliyyət küçəsi 10) cəmi 3 otaqda
fəaliyyət göstərirdi.
Proqramlar və konsertlər Azərbaycan,
rus və erməni dillərində hazırlanırdı.
Studiyadan əsasən partiya qəzetlərinin
baş məqalələri oxunur, partiya konf-
ransları, qurultaylar, konsert proqram-
ları, xanəndələrin çıxışları, elanlar,
ədəbiyyatımızda, incəsənətimizdə baş
verən mühüm hadisələr səslənirdi.
İlk verilişlərin hazırlanmasında
Azərbaycan ədəbiyyatı və incəsənətinin
görkəmli xadimləri fəal iştirak etmiş,
bədii və musiqili verilişlərin müəllifləri
Üzeyir Hacıbəyli, Müslüm Maqomayev,
Məmməd Səid Ordubadi, Cəfər Cabbar-
lı, Səməd Vurğun, Hüseynqulu Sarabski,
Bülbül, Mustafa Mərdanov və başqaları
olmuşdur.
Radionun publisistik və ədəbi dram
verilişlərinin Azərbaycan dilinin saflaş-
masında, qorunub inkişaf etdirilməsində
böyük rolu olmuşdur. “Satira atəşilə”,
“Ədəbiyyatın vəzifələri”, “Yeni həyat
uğrunda”, “Radio saatı” kimi verilişləri
misal göstərmək olar.
Radionun ilk azərbaycanlı kişi dik-
toru İsmayıl Əlibəyov, ilk qadın diktoru
isə Raya İmanzadə olmuşdur.
1928-ci il may ayının 13-də
Azərbaycan Xalq Komissarları Soveti
radionun Əsasnaməsini təsdiq etmişdir.
1932-ci ilin aprelində Radio yayımı or-
qanı Mərkəzi İcraiyyə Komitəsindən
alınaraq Xalq Komissarları Sovetinin
tabeliyinə verilmiş və 1933-cü il ma-
yın 5-də Azərbaycan Xalq Komissarları
Soveti yanında Radiolaşdırma və Ra-
dio Verilişləri Komitəsi yaradılmışdır.
1939-cu ilin avqustunda Radiolaşdırma
və Radio Verilişləri Komitəsi Radioin-
formasiya Komitəsinə çevrilmiş, 1953-
cü ildə Radioinformasiya Komitəsi
Mədəniyyət Nazirliyinin tabeliyinə ve-
rilmiş və Mədəniyyət Nazirliyinin Ra-
dioinformasiya İdarəsi adlandırılmışdır.
1957-ci ildə Radioinformasiya İdarəsi və
Bakı Televiziya Studiyası birləşdirilərək
Azərbaycan SSR Nazirlər Soveti yanında
Radio və Televiziya Verilişləri Komitəsi,
1970-ci ildə Dövlət Radio və Televi-
ziya Verilişləri Komitəsi təsis edilmiş,
1991-ci ildə Dövlət Televiziya və Radio
Verilişləri Komitəsi şirkətə çevrilmişdi.
2005-ci ildə Azərbaycan Respublika-
sının Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə Dövlət Televiziya və
Radio Verilişləri Şirkətinin bazasın-
da “Azərbaycan Televiziya və Radio
Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
yaradılmışdı. Hal-hazırda Azərbaycan
Dövlət Radiosunun 3 proqramı və 1
səsyazma evi mövcuddur. Azərbaycan
Dövlət Radiosu (indiki adıyla Radio
Respublika) 105 FM dalğasında yayım-
lanır.
Ə d ə b i y y a t
50 il efirdə /Azərbaycan
SSR Nazirlər Sovetinin
Dövlət Televiziya və Ra-
dio Verilişləri Komitəsi;
AzSSR Nazirlər Sove-
tinin Dövlət Televiziya
və Radio Verilişləri
Komitəsi.-Bakı, 1976.-
14, [2] s.: 20 sm.
Əlizadə Y. Azərbaycan
efiri: tarix və müasirlik
/Y. M. Əlizadə, Q. M.
Məhərrəmli; red. Ə.
Həsənov.- Bakı: Nurlan,
2006.- 184 s.
Xudiyev N. Azərbaycan
radio və televiziyası bu
gün /Nizami Xudiyev;
elmi red.: K. Abdulla-
yev.- Bakı: Elm, 2000.-
210 s.
Xudiyev N. Radio, tele-
viziya və ədəbi dil /N.
M. Xudiyev; elmi red.:
M. Məmmədov.- Bакı:
Azərbaycan, 2002.- 656
s.
Məhərrəmov, Q. Radio
dalğalarında /Qulu
Məhərrəmov; elmi red.:
C.Həsənli, N.Əhmədli;
red.: Z.Məhərrəmli.-
Bakı: Azərnəşr, 1999.-
304 s.
6
90
illiyi
344
Tarixdə bu gün
Azərbaycan Bayrağı Günü
2009
NOY
ABR
Azərbaycan Respublikasının Dövlət
Bayrağı haqqında ilk hökumət qərarı
1918-ci il iyunun 24-də verilmişdir.
Həmin qərara görə Azərbaycan bayrağı-
nı qırmızı materialdan, üstündə ağ aypara
və qırmızı fonda ağ səkkizguşəli ulduzun
təsviri verilmiş bayraq kimi qəbul etmək
nəzərdə tutulmuşdu. Bu qərar qəbul
edilərkən Azərbaycan hökuməti hələ
Gəncə şəhərində yerləşirdi. Hökumət
Bakıda yalnız 15 sentyabr - şəhər
türk qoşunlarının köməyi ilə düşmən
qüvvələrdən təmizləndikdən sonra
fəaliyyət göstərə bilmişdi. Azərbaycan
Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə
başlamasından az sonra, bayraq haqqın-
da ikinci qərar qəbul edilmişdi.
1918-ci il noyabr ayının 9-da
Azərbaycan
Xalq
Cümhuriyyəti
Nazirlər Şurası milli bayraq haqqında
qərar vermişdir. Nazirlər Şurasının sədri
Fətəli Xan Xoyskinin imzaladığı həmin
qərarda deyilir: “Milli bayraq kimi yaşıl,
qırmızı, mavi rənglərdən, ağ aypara və
səkkizguşəli ulduzdan ibarət olan bayraq
qəbul edilsin”.
1920-ci il aprelin 28-də Xalq
Cümhuriyyəti süqut etdikdən və So-
vet hakimiyyəti qurulduqdan sonra
Azərbaycanda bu bayraqdan imtina edil-
mişdir.
İkinci dəfə 1990-cı il noyabrın 17-
də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin qərarı ilə bu bayraq bərpa
edilmiş və Muxtar Respublikanın dövlət
bayrağı kimi qəbul edilmişdir. Naxçı-
van Muxtar Respublikası Ali Məclisi
Azərbaycan SSR Ali Soveti qarşısında
üçrəngli bayrağın Azərbaycanın rəsmi
dövlət rəmzi kimi tanınması haqqında
vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azər-
baycan Respublikası Ali Soveti Naxçı-
van Muxtar Respublikası Ali Məclisinin
vəsatətinə baxmış və üçrəngli bayrağın
Azərbaycanın dövlət bayrağı kimi qəbul
edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət
bayrağı bərabər enli üç üfüqi zolaqdan
ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq
qırmızı, aşağı zolaq yaşıl rəngdədir.Mavi
rəng - Azərbaycan xalqının türk mənşəli
olmasını, qırmızı rəng - müasir cəmiyyət
qurmaq, demokratiyanı inkişaf etdirmək
istəyini, yaşıl rəng - islam sivilizasiyası-
na mənsubluğunu ifadə edir. Qırmızı zo-
lağın ortasında bayrağın hər iki üzündə
ağ rəngli aypara ilə səkkizguşəli ulduz
təsvir edilmişdir. Bayrağın eninin uzun-
luğuna nisbəti 1:2-dir.
Azərbaycan bayrağının dalğalandığı
dirək dünyada ən hündür bayraq dirəyi
hesab olunur. “Ginnes”in dünya rekord-
ları təşkilatı Azərbaycan dövlət bayra-
ğı dirəyinin dünyada ən hündür bayraq
dirəyi olduğunu təsdiq edib.
Qeyd edək ki, bayrağın çəkisi 350
kiloqramdır. İnşa olunmuş dayağın hün-
dürlüyü isə 162, bünövrəsinin diametri
3,2, bünövrənin üst hissəsinin diametri
isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi
220 tondur.
Prezident İlham Əliyev 2009-cu il 17
noyabr tarixli Sərəncamla noyabr ayı-
nın 9-nu Azərbaycanda Dövlət Bayrağı
Günü elan etmiş və bu bayram ölkədə
qeyri-iş günü olan bayramların siyahısı-
na daxil edilmişdir.
Dostları ilə paylaş: |