Ə d ə b i y y a t
Əhmədov, S. Azərbaycan
Respublikasının Dövlət
Bayrağı /S.Əhmədov,
V.Məmmədov; elmi
red. və ön sözün müəl.
N.Vəlixanlı.- Bakı: Mega
basım, 2010.- 153 s.
Cəfərov,S.“Dövlət
bayrağımız-milli qüru-
rumuz” mövzusunda
elmi-praktik konfrans
/Ş. Cəfərov//Azərbaycan
müəllimi .-2014.- 7
noyabr.- S.3.
9 Noyabr Azərbaycan
Respublikasının Dövlət
Bayrağı Günüdür
: Üçrəngli bayra-
ğımız dövlətimizin
müstəqilliyinin,
xalqımızın milli
mənsubiyyətinin, tarixi-
nin və mənəvi dünya-
sının rəmzidir //Yeni
Azərbaycan .-2014.- 8
noyabr S. 2.
Quliyev, M.Üçrəngli
bayrağımız qürur
mənbəyimizdir/M.Qu-
liyev//Yeni Azərbaycan
.-2014.- 8 noyabr S. 10.
Turan, A. Azərbaycan
bayrağında Ay-ulduz
/A.Turan //Türküstan.-
2013.- 21-27 iyul.- S.9.
www.anl.az
9
345
Tarixdə bu gün
Kоnstitusiya Günü
1995
NOY
ABR
Azərbaycan Respublikasının 1995-
ci ildə qəbul olunmuş Konstitusiyası,
müstəqil Azərbaycanın ilk Konstitusi-
yası idi.
Məlum olduğu kimi, 1918-1920-
ci illərdə 23 ay mövcud olmuş
Azərbaycan Xalq Cümhuriyyəti,
dövlətin əsas Qanununu qəbul edə
bilməmişdi. Beləliklə, Azərbaycan
Respublikasının Konstitusiya qu-
ruluşunun tarixi əsasən SSRİ-nin
tərkibində olduğu dövrə düşmüşdür.
Azərbaycanın birinci Konstitu-
siyası 1921-ci il may ayının 19-da I
Ümumazərbaycan Sovetlər qurulta-
yında qəbul edilmişdir. Azərbaycan
SSR Konstitusiyasının 1921-ci il SSR
Konstitusiyasına uyğunlaşdırılmış yeni
redaksiyası 1925-ci il martın 14-də IV
Ümumazərbaycan Sovetlər qurulta-
yında qəbul olunmuşdur. Azərbaycan
SSR-in 1978-ci il aprelin 21-də qəbul
edilmiş son Konstitusiyası da əvvəlki
Konstitusiyalar kimi SSRİ Konstitusi-
yasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan
müstəqillik
əldə
etdikdən sonra yeni Konstitusiyanın
hazırlanması zərurəti yaranmış, ulu
öndər Heydər Əliyev başda olmaq-
la xüsusi komissiya təşkil edilmiş
və Konstitusiya layihəsi ümumxalq
müzakirəsinə verilmişdi. 1995-ci il
noyabr ayının 12-də ümumxalq refe-
rendumu ilə, müstəqil Azərbaycanın
ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın dövlət qu-
ruculuğunun əsaslarını qoymuş yeni
Konstitusiya 5 bölmədən, 12 fəsildən
və 158 maddədən ibarətdir.
2009-cu il martın 18-də keçirilən
referendumda isə Konstitusiyaya əlavə
və dəyişikliklər qəbul olunmuşdur.
Ölkəmizdə 12 noyabr Azərbaycan
Respublikasının Konstitusiyası Günü
kimi qeyd olunur.
Konstitusiya - dövlətin ali qanu-
nudur, ali hüquqi qüvvəyə malikdir,
dövlətin siyasi, hüquqi və iqtisadi
sistemlərinin əsaslarını təsbit edir.
Konstitusiyanın yaranma tarixinə
nəzər salsaq görərik ki, dünyada
Konstitusiya ilk dəfə 1215-ci ildə
İngiltərədə təsbit olunmuş, ölkədə
qəbul olunan Azadlıqların Böyük Top-
lusu ilk konstitusiya aktı sayılmışdır.
İlk yazılı ali qanun isə ABŞ Konstitu-
siyasıdır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının
Konstitusiyası /burax. məsul.
E.Əfəndiyev.- Bakı: Hüquq
ədəbiyyatı, 2011.- 365 s.
Abdullayev, F.Azərbaycan
Respublikasının Konstitu-
siyası mütərəqqi dəyərləri
əks etdirən ali hüquqi
sənəddir/F.Abdullayev //
Azərbaycan .-2014.- 12
noyabr.- S.4.
Azərbaycan Respublika-
sının Konstitusiyası Günü
[Mətn]: Bu ali hüquqi
sənədin memarı ulu öndər
Heydər Əliyevdir//Ekran-efir
.-2014.- 14 noyabr.- S.3.
Abbasov, İ.Müstəqil
dövlətimizin konstitusiyası
xalqımızı sivil həyata qo-
vuşdurur /İ. Abbasov //Xalq
qəzeti .-2014.- 14 noyabr.-
S.5.
Əliyeva, Y.Ali qanunu-
muz ölkədə sabitliyin,
vətəndaşların yüksək
səviyyədə yaşamasının
təminatçısıdır: 12 noyabr
Konstitusiya günüdür /Y.
Əliyeva//İki sahil .-2014.- 12
noyabr.- S.6.
www.anl.az
www.dia.edu.az
12
“Azərbaycanın hər bir vətəndaşı, onun ərazisində
fəaliyyət göstərən hər bir ictimai-siyasi qurum özünün
dövlət və xalq qarşısındakı Konstitusiya ilə müəyyən
edilmiş vəzifə və borcunu vicdan və ləyaqətlə yerinə
yetirməli, vətənini, dövlətini sevməli, onu qorumalı və
tərəqqisinə çalışmalıdır”.
Heydər Əliyev, ümummilli lider
346
Tarixdə bu gün
Milli Dirçəliş Günü
1992
NOY
ABR
1988-ci ilin ilk günlərində Ermənis-
tanın Azərbaycana qarşı açıq təcavüzü
başlanmışdı. Moskvanın, xüsusən
də SSRİ-nin rəhbəri M.Qorbaçovun
buna biganə münasibətini görən
ermənilər planlı şəkildə, Ermənistan
hökumətinin tapşırığı və göstərişilə
Ermənistanda yaşayan 200 mindən
çox azərbaycanlını öz ata-baba yurd-
larından kütləvi surətdə qovmuşdu-
lar. Ermənilər azərbaycanlıları təkcə
öz ev-eşiklərindən qovmayırdılar,
həm də onları cismən öldürmüş,
diri-diri yandırmışdılar. Ermənilərin
tarixdə görünməmiş bu vandalizminə
M.Qorbaçov və onun ətrafı heç bir reak-
siya verməmişdilər. Ermənilər bunun-
la da kifayətlənməmiş, 1988-ci il fev-
ral ayının əvvəllərində Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində ixtişaşlar
törətmişdilər. Onlar Azərbaycanın ta-
rixi torpağı olan Dağlıq Qarabağın
Azərbaycandan qoparılıb Ermənistana
birləşdirməsi haqqında məsələ qaldır-
mışdılar.
Belə bir vaxtda Azərbaycan xal-
qı ayağa qalxmış, xalq öz etirazını
şəkildə rəhbərliyə bildirmiş, respubli-
kanın hər yerindən insanlar axın-axın
Bakıya gəlir, Azadlıq meydanına (o
vaxt V.İ.Lenin adını daşıyırdı) topla-
şır, ermənilərin və Sovet hökumətinin
belə münasibətinə qarşı mitinqlər ke-
çirir, öz etirazlarını bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının
əsas meydanı sayılan Azadlıq meyda-
nında Sovet dövlətinin xalqımıza qar-
şı apardığı antiazərbaycan siyasətinə
etiraz əlaməti olaraq Azərbaycan
ictimaiyyətinin sonu bilinməyən mi-
tinqi başlanmışdı. O, vaxt bütün xalq
bir yumruq kimi düyünlənmişdi. Bu,
əsl xalq hərəkatı, milli azadlıq hərəkatı
idi. Dekabrın əvvəllərində sovet qo-
şunları tərəfindən ümumxalq mitinqi
dağıdılmışdı. 1992-ci ildən 17 noyabr
Milli Dirçəliş Günü kimi qeyd olunur.
Ə d ə b i y y a t
Cəfərli,R.Müstəqilliyimizin
banisi 17 noyabr Milli
Dirçəliş Günüdür /R.Cəfərli
//Azərbaycan .-2014.- 16
noyabr.- S.5.
Əhmədov, A.17 noyabr milli
birliyimizin əsasını qoydu
[Mətn] /A.Əhmədov//Olim-
piya dünyası .-2014.- 18-20
noyabr.- S.5.
Rəhimzadə, A.15 İyun-Milli
Qurtuluş Günü ölkəmizə və
xalqımıza dirçəliş, intibah
gətirdi: /A.Rəhimzadə //
Yeni Azərbaycan .-2014.- 14
iyun.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.azadliq.org
17
“XX əsri sona vuraraq, 2000-ci ilə gedərək qü-
rur hissi ilə deyə bilərəm ki, həyatımızın nə qədər
çətin, faciəli bir dövrünü yaşadıqsa, eyni zaman-
da ölkəmizin dirçəlişini, inkişafını, daha da gözəl
gələcəyini təmin edə bildik”.
Heydər Əliyev, ümummilli lider
347
Tarixdə bu gün
Qarakənd faciəsi
1991
NOY
ABR
Qarakənd faciəsi və ya 20 noyabr faciəsi - 1991-
ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd
kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili
kəndi ərazisində hərbi vertolyotun erməni quldur-
ları tərəfindən vurulduğu gündür. Faciə haqqında
ilkin məlumat Prezident Aparatına saat 19:55-də
çatmış, lakin nə qədər maraqlı olsa da bu faciə
haqqında xəbər Xankəndindən erməni dilində ya-
yımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər
bölümündə, saat 15:30-də yayımlanmışdır. Həmin
gün bu məlumatı saat 16:15-də Tehran radiosu,
17:00-da Moskva radiosu açıqlamışdır.
1991-ci il noyabr ayının 20-də Xocavənd ra-
yonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72
hərbi helikopterinin erməni silahlıları tərəfindən
atəşə tutulması nəticəsində heyət və sərnişinlər
– Azərbaycanın görkəmli dövlət və hökumət
nümayəndələri, Rusiya və Qazaxıstandan olan
müşahidəçilər – dövlət katibi Tofiq Kazım oğlu
İsmayılov, Baş prokuror İsmət İsmayıl oğlu Qa-
yıbov, dövlət müşaviri Məhəmməd Nəbi oğlu
Əsədov, Baş nazirin müavini Zülfi Saleh oğlu Ha-
cıyev, deputatlar Vaqif Cəfər oğlu Cəfərov və Vəli
Hüseyn oğlu Məmmədov, Prezidentin İcra Apara-
tının şöbə müdiri Osman Hüseyn oğlu Mirzəyev,
nazir müavini Qurban Hüseyn oğlu Namazəliyev,
DQMV prokuroru İqor Aleksandroviç Plavski,
DQMB Daxili İşlər İdarəsinin rəisi Vladimir Vla-
dimiroviç Kovalyov, Dağlıq Qarabağ üzrə milli
təhlükəsizlik şöbəsinin rəisi Sergey Semyonoviç
İvanov, fövqəladə vəziyyət rayonunun komendan-
tı Nikolay Vladimiroviç Jinkin, Qazaxıstan daxili
işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov,
milis general-mayoru Mixail Dmitriyeviç Luka-
şov, polkovnik-leytenant Oleq Nikoloyeviç Ko-
çerev, dövlət katibinin köməkçisi Rafiq Məmməd
oğlu Məmmədov, telejurnalist Alı Mustafa oğlu
Mustafayev, AzTV-nin işıqçısı Arif İsmayıl oğlu
Hüseynzadə, videooperator Fəxrəddin İbrahim
oğlu Şahbazov, vertolyot heyətinin komandiri Vya-
çeslav Vladimiroviç Kotov, heyət üzvləri Gennadi
Vladimiroviç Domov, Dmitri Borisoviç Yaroven-
ko həlak olmuşlar.
Əvvəlcə rəsmi olaraq helikopterin dumana
düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə
də, bir neçə gündən sonra onun vurulması faktı
təsdiqlənmişdir.
Üstündən iyirmi dörd il keçməsinə baxmaya-
raq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara
bu günə qədər aydınlıq gətirilməmişdir. Məsələn,
nə üçün bu qədər dövlət rəsmisi eyni zamanda
bir helikopterdə toplanmışdır? Nə üçün döyüş
zonasında mühafizə üçün onu hərbi helikopter
müşayiət etməmişdir? Uçuşun dəqiq marşrutu-
nu ermənilər haradan bilmişdir? Yeri gəlmişkən,
həmin məlumata yalnız Qarabağda sovet silahlı
qüvvələrinin komandanlığı malik olmuşdur. He-
likopterin vurulduğu raketin mənbəyi də məlum
deyil. Qarabağda o zaman ən çox istifadə edilən
silah təyyarəvuran zenit raketləri və eyninövlü
“Alazan” raketləri idi. İstilik raketlərindən istifadə
edilmirdi. Aviaqəzalarda bütövlüyünü saxlayan və
zədəsiz qalan qara qutudakı lentin “yanması” da
qaranlıq məsələ olaraq qalmışdır.
Bu terror aktı ilə erməni separatçıları özlərinin
terrorçu mahiyyətini bir daha sübut etmişdilər.
Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qar-
nizon Prokurorluğu tərəfindən cinayət işi açılmış,
istintaqın aparılması Respublika Prokurorluğuna
verilmişdir. Hazırda isə cinayət işi üzrə istintaq
dayandırılmış və buna səbəb terror aktının baş ver-
diyi ərazinin Ermənistan silahlı qüvvələrinin işğalı
altında olmasıdır.
Ə d ə b i y y a t
Alıoğlu, S.20 noyabr faciəsindən 23 il ötür Jurnalist Salman Alıoğlu:”Vertolyot Qarakənd üzərində olarkən ruslarla bizimkilər arasında
atışma baş verib” /S.Alıoğlu; Müsahibəni apardı Ceyhun Abbasov //525-ci qəzet .-2014.- 20 noyabr- S. 4.
Verdizadə, S.Qarakənd səmasında donan kadr:Azərbaycanın milli qəhrəmanı, şəhid operator Fəxrəddin Şahbazovun xatirəsinə
/S.Verdizadə//Zaman .-2015.- 25 iyul.- S.6.
20
348
7
Tarixdə bu gün
Beynəlxalq İnformasiya Təhlükəsizliyi
Günü
1988
NOY
ABR
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü
1988-ci ilin 30 noyabrından qeyd olunur. Məhz
həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat
institutları və hərbi idarələr də daxil olmaqla
ARPANET-in minlərlə qovşağını sıradan çıxaran
ilk kompyuter virusu meydana gəldi və nəhəng
itkilərə səbəb oldu. Yaradıcısının adı ilə “Mor-
ris soxulcanı” adlandırılan bu virusun vurdu-
ğu ziyan təxminən 100 milyon dollar həcmində
qiymətləndirilmişdir.
“Morris soxulcanı” göstərdi ki, informasiya
təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir
və insanlar tərəfindən böyük səylər və müva-
fiq tədbirlərin həyata keçirilməsini tələb edir.
Buna görə də dünya ictimaiyyəti informasiya
təhlükəsizliyinin təmin edilməsinə kompleks ya-
naşmanın zəruriliyi haqqında ciddi düşünməyə
başladı. Həmin vaxtdan bəri informasiya texnolo-
giyaları, təbii olaraq informasiya cəmiyyəti inki-
şaf etdikcə bu problem daha da aktuallaşır. Bunları
əsas tutaraq 1988-ci ildə Kompyuter avadanlığı
üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq
İnformasiya Təhlükəsizliyi Günü elan etmişdi.
Ona görə ki, informasiya təhlükəsizliyi bir ölkəni
yox, bütün bəşəriyyəti təhdid edən problemdir.
İnformasiya Təhlükəsizliyi Günü çoxdan
istifadə olunan parolların yeniləşdirilməsi, sis-
temdə virusların mövcudluğunun yoxlanması,
verilənlərin arxivləşdirilməsi, lazımsız informasi-
yanın silinməsi, vacib informasiyaların mühafizə
səviyyəsinin auditi, kompleks təhlükəsizliyin
və digər bu kimi tədbirlərin həyata keçirilməsi,
ictimaiyyətin diqqətinin artırılması, müvafiq qu-
rumların və mütəxəssislərin məsuliyyətinin xatır-
lanması və ümumiyyətlə, bir monitorinq günüdür.
Həmin vaxtdan etibarən informasiya təhlükəsizliyi
problemlərinin müxtəlif aspektlərinə həsr olunmuş
beynəlxalq tədbirlər keçirilir.
Keçən müddət ərzində bu günün əhəmiyyəti
daha da artmışdır. Cəmiyyətin bütün sahələrinin və
insanların informasiya-kommunikasiya texnologi-
yalarından (İKT) asılılığı gücləndikcə informasi-
ya təhlükəsizliyinin əhəmiyyəti özünü daha çox
büruzə verir. İnformasiya təhlükəsizliyi dövlətin,
cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təmin
edilməsinin əsas istiqamətlərindən birinə çevrilir.
İnternetin sürətli inkişafı və kütləvi halda
istifadəçilərin meydana çıxması ilə kompyuter və
kommunikasiya sistemlərinə olan təhdidlər daha
ehtimallı olur və onların realizəsinin nəticələri
daha da geniş miqyas alır.
İnformasiya təhlükəsizliyinin təmin edil-
məsinin ən vacib vəzifələrindən biri də yüksək
ixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Bu
istiqamətdə ölkədə müəyyən işlər görülür. Bir sıra
ali məktəblərdə müvafiq ixtisaslar üzrə kadr hazır-
lanmasına başlanmışdır.
Vətəndaşlarda informasiya mədəniyyətinin
vacib hissəsi olan informasiya təhlükəsizliyi
mədəniyyətinin formalaşdırılması istiqamətində
davamlı və məqsədyönlü tədbirlərin görülməsi
zəruriyyəti də dövrümüzün reallıqlarıdır. Belə
ki, istifadəçilərdə informasiya-kommunikasiya
sistemlərində iş zamanı təhdidlərin vura biləcəyi
ziyan, həmin təhdidlərdən mühafizə mexanizmləri
haqqında zəruri bilikləri və onlarla işləmək ba-
carıqları olmalıdır. İnternet şəbəkəsindən istifadə
mədəniyyətini formalaşdırmaq, neqativ təsirlərə
qarşı “immunitet”in möhkəmləndirilməsi üçün bu
mədəniyyət normalarını təbliğ etmək lazımdır.
30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsiz-
liyi Gününün əsas məqsədlərindən biri də elə bu-
dur.
Ə d ə b i y y a t
Əliquluyev, R.İnformasiya təhlükəsizliyi insidentləri /R. M. Əliquliyev, Y. N. İmamverdiyev ; elmi red. R. Ələkbərov ; AMEA İnformasiya
Texnologiyaları İn-tu.-Bakı: [İnformasiya Texnologiyaları], 2012.-218 s.
30
349
DEKABR
®
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1988)
•
Bеynəlxalq Əlillər Günü (03.12.1992)
•
Xankəndinin işğalı günü (28.12.1991)
•
Azərbaycan Respublikasının dövlət müstəqilliyi
•
haqqında ümumxalq referendumu keçirilmişdir
(29.12.1991)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
•
(31.12.1991)
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun
ən dəyərli sənət incilərindən biri də 12-ci əsr Azərbaycan şairi Ni-
zami Gəncəvi tərəfindən yazılmış “Xəmsə”nin tam əlyazmasıdır.
Əlyazmanın üzü 1636-cı ildə Dust Məhəmməd ibn Dərviş
Məhəmməd Dərəxtiçi tərəfindən köçürülmüşdür.
Mətn 15-ci əsrdə yayılmış yazı üslubu olan nəstəliq xətti ilə ya-
zılıb.Əlyazmada hər bir şeirin başlığı parlaq rənglərlə və nəfis
qızılı naxışlarla bəzədilib. Burada İsfahan miniatür məktəbinə
aid miniatürlər var. Nizaminin “Xəmsə”sinə çəkilmiş ən ilkin
miniatürlər 15-ci əsrə təsadüf edir. Nizaminin hekayələri Şiraz və
Heratdan olan rəssamlar tərəfindən bəzədilmişdi.
1 dekabr
Gün çıxır 07:44
Gün batır 17:34
31 dekabr
Gün çıxır 08:03
Gün batır 17:42
23 noyabr-
21 dekabr
Oxatan bürcünün
Nişanı oddur.
Yupiterin
himayəsindədir.
Günəşin Oxatan
bürcündən keçdiyi
dövrdə doğulanlar
təmkinli, fəal
olurlar.
875 il
1141-1209
Nizami Gəncəvi
350
Milli ədəbiyyat
Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Qurbanov (Qurbani)
Abdulla Novruz oğlunun (13.12.1956) anadan olmasının 60 illiyi
Şair, kinodramaturq Əliyev Rövşən Məmmədəli oğlunun (Ramiz Rövşən)
(15.12.1946) anadan olmasının 70 illiyi
Əməkdar incəsənət xadimi, yazıçı Vəliyev Süleyman Vəli oğlunun (21.12.1916-
07.03.1996) anadan olmasının 100 illiyi
Şair, jurnalist Əkbərzadə Şahmar Əkbər oğlunun (28.12.1941-30.08.2000)
anadan olmasının 75 illiyi
Şair, publisist Kəsəmənli Nüsrət Yusif oğlunun (29.12.1946-16.10.2003) anadan
olmasının 70 illiyi
Folklor
Əməkdar mədəniyyət işçisi Pənahov Əlipənah Ələsgər oğlunun (Aşıq Pənah)
(12.12.1926-26.08.1978) anadan olmasının 90 illiyi
Dünya ədəbiyyatı
Rus yazıçısı, ictimai xadim Tixonov Nikolay Semyonoviçin (04.12.1896-
08.02.1979) anadan olmasının 120 illiyi
İran şairi, filoloq və ictimai xadim Bahar Məhəmmədtağı Məlik Üş-şüəranın
(10.12.1886-21.04.1951) anadan olmasının 130 illiyi
Rus şairi Nekrasov Nikolay Alekseyeviçin (10.12.1821-08.01.1878) anadan
olmasının 195 illiyi
Rus yazıçısı, publisist, tarixçi Karamzin Nikolay Mixayloviçin (12.12.1766-
03.06.1826) anadan olmasının 250 illiyi
Rus yazıçısı, ictimai xadim Fadeyev Aleksandr Aleksandroviçin (24.12.1901-
13.05.1956) anadan olmasının 115 illiyi
Dostları ilə paylaş: |