Ə d ə b i y y a t
Azərbaycanca yazmış olduğu divan /N. Gəncəvi; red. S.Eloğlu; çapa haz., qeydlər və ön sözün müəl. S. İbrahimov, H.Səbuhi; naşir
R.İmanlı; üz qapağını haz. V. Topkaya; mətni tərt. ed. E. Əbilov.-Bakı: İqra Nəşriyyat Evi, 2013.-191 s.
Leyli və Məcnun: [poema] /Nizami Gəncəvi; red. Ə. Səfərli; farscadan tərc., ön söz və izahların müəl. X. Yusifli; AMEA Nizami Gəncəvi
Mərkəzi.-Bakı: Elm və təhsil, 2012.-355 s.
Sirlər xəzinəsi /Gəncəvi Nizami.-Bakı: Qanun, 2014.-327 [] s.
Yeddi gözəl /N. Gəncəvi; tərc. ed. M. Rahim; izahların müəl. R. Əliyev; ön sözün müəl. və elmi red. X. Yusifli.-Bakı: Adiloğlu, 2011.-327
s.
İlyas Yusif oğlu Nizami Gəncəvi /Ə. N.Gəncəvi.-Gəncə: [s. n.], 2013.-239 s.
Nizami Gəncəvi: biblioqrafiya /tərt. ed.: M.İbrahimova, G.Misirova; ixt. red. və burax. məsul K.Tahirov; red. M.Vəliyeva; M.F.Axundov
ad. Azərbaycan Milli Kitabxanası. - Bakı,-2012.- 632 s.
Nizami Gəncəvi və folklor /red. M. Kazımoğlu; tərt. edən S. Rzasoy; AMEA, Folklor İn-tu.-Bakı: [Nurlan], 2013.-212 s.
www..anl.az
394
Milli ədəbiyyat
660
illiyi
Şah Qasim Ənvar
1356-1433
2016
Şah Qasim Ənvar (tam adı Seyyid
Əli bin Harun bin Əbülqasim Hüsey-
ni Təbrizi “Qasim“, “Qasimi“, “Qa-
simi Ənvar“ təxəllüslü şair) 1356-
cı ildə Cənubi Azərbaycanın Sərab
məhəlləsində anadan olmuşdur.
Şah Qasim Ənvar orta əsrlər
ədəbiyyatımızın görkəmli şəxsiyyət-
lərindəndir. Lakin onu yalnız bir şair,
bədii təfəkkür sahibi kimi təqdim etmək
yanlışlıq olardı. İstedadlı şair olmaqla
yanaşı, həm də görkəmli təriqət şeyxi,
böyük iman adamı, təsəvvüf ideoloqu
kimi tanınmışdır. Ürfani-fəlsəfi poezi-
yamızın, dini-təsəvvüfi fikir tariximi-
zin zənginləşməsində onun danılmaz
xidmətləri vardır.
İlk gəncliyində şeyxlər şeyxi
Sədrəddin Ərdəbilinin müridi olmuş-
dur. Sonralar Şeyxin tapşırığı və ra-
zılığı ilə Gilana getmiş, bir müddət o
ölkədə yaşamışdır. O, söz sənətinin
şöhrəti və kamalının tərifi aləmə ya-
yılana qədər burada qalmış, sonra isə
Xorasana getmişdir.
Bədii söz, fikir münəvvəri Şah Qa-
simin həyat və fəaliyyətinin 1426-cı
ilə qədərki sürəkli bir dövrü Heratla
bağlı olmuşdur. Həmin ildə baş verən
mühüm bir hadisə onu teymurilər pay-
taxtını tərk etmək məcburiyyəti ilə
üzləşdirmişdir. Həmin ildə Heratda
cümə məscidində hökmdar Şahruxa
qarşı hürufi müridlərinin sui-qəsdi baş
vermişdir. Hakimiyyət dairələri sui-
qəsddə Qasim Ənvarın da əlaqəsi ol-
masından şübhələnmiş və o, Heratdan
çıxarılmışdır.
Şah Qasim Heratı tərk edib
Səmərqəndə gəlmişdir. Təqribən iki
il Səmərqənddə yaşayan sənətkar
yenidən Herata qayıdıb az bir vaxtdan
sonra oranı birdəfəlik tərk etmişdir. Xo-
rasanda Xərcüd kəndində məskən sal-
mış, ömrünün sonuna qədər bu kənddə
yaşayıb öz sufi təriqətinin təbliği ilə
məşğul olmuşdur.
Şah Qasim Ənvar 1433-cü ildə
Xərcürddə vəfat etmiş və burada da
dəfn olunmuşdur.
Bir sıra qəzəllərini həm Azərbaycan,
həm də fars dillərindən istifadə etməklə
yazmışdır. Onun şeirlər divanından
başqa “Ənisül-aşiqin“, “Ənisül-arifin“,
“Təvəccahnamə“, “Risaleyi-vücud“,
“Sual-cavab“, “Risalətül-Əmanə“ adlı
əsərləri də məlumdur.
Sənətkarın istər həyatının, istərsə
də əsərlərinin öyrənilməsi və nəşri
tanınmış İran filoloqu Səid Nəfisiyə
məxsusdur. S.Nəfisi 1958-ci ildə Teh-
randa Qasim Ənvarın “Külliyat”ını
tərtib və nəşr etdirmişdir. “Külliyat”a
İran alimi tərəfindən Şah Qasimin
həyat və fəaliyyətini əhatə edən geniş
ön söz də əlavə olunmuşdur.
Ə d ə b i y y a t
Divani-Ənvar [əlyazma] /
Şah Qasım Ənvar; xəttat
Mahmud ibn Hacı -[Avs-
triya]: [s.n], 2002.-224 v.
; (4 qutuda).
Qasim Ənvar //
Azərbaycan klassik
ədəbiyyatından seçmələr:
üç cilddə. C.2 : XIII-XVI
əsrlər Azərbaycan şeri /
tərt. ed. C. Qəhrəmanov;
red. A.Dadaşzadə.-Bakı:
Şərq-Qərb, 2005.-S.184-
190.
Babayev, Y. Şah Qa-
sım Ənvar: tənqid
və ədəbiyyatşünaslıq
/Y.Babayev //Azərbaycan.
- 2012. - №4.- S.194-201.
Şah Qasım Ənvar
//Babayev Y. Azərbaycan
ədəbiyyatı tarixi (XIII
- XVIII əsrlər): Ali
məktəblər üçün dərslik.-
Bakı, 2014.- S.312-326.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.azyb.net
Şair
395
Milli ədəbiyyat
Saib Təbrizi
1601-1676
2016
Mirzə Məhəmməd Əli Mirzə
Əbdürrəhim oğlu (Saib Təbrizi) 1601-ci
ildə Təbriz şəhərində doğulmuş, ibtidai
təhsilini də burada almışdır. Onun ata-
sı Mirzə Əbdürrəhim tacir idi. Məşhur
təzkirəçi Nəsrabadin onun dərin nü-
fuz qazanmış bir şəxs olduğunu ya-
zırdı. Onun ata babası Şəms əd-Din
Məhəmməd Təbrizi isə bütün Şərq dün-
yasında “Qələmi şirin” adı ilə tanınmış
çox mahir xəttat idi.
Klassik Azərbaycan ədəbiyyatının
ən görkəmli nümayəndələrindən biri
olan Saib Təbrizi XVII əsrdə yaşayıb-
yaratmışdır. O, mənşəcə Azərbaycan
türkü idi. Təbrizi həm Azərbaycan
türkcəsində, həm fars dilində gözəl
əsrlər yaratmışdır.
Saib öz təhsilini və poetik fəaliyyətini
İsfahanda davam etdirmişdir. Dövrün
görkəmli alimlərindən Kaşi və Şəfaidən
dərs almışdır. Təhsilini bitirəndə ar-
tıq İsfahanda savadlı ziyalı və istedad-
lı şair kimi tanınmışdı. Saib dövrünün
ənənələrinə uyğun olaraq, təhsilini
səyahətlərdə davam etdirmiş, Məkkə və
Mədinə ziyarətində olmuş, oradan da
Osmanlıya getmişdir, ölkənin tanınmış
şair və alimləri ilə ta
nış olur, yaradıcılıq söhbətləri aparır.
Saib ömrünün son on ilini öz
əsərlərinin sistemləşdirilməsinə və qay-
daya salınmasına həsr edib. Şeirlərini
mövzular üzrə ayıraraq, “Miratül-
camal”, “Arayişe-nigar” və “Vacibül-
hifz” adlı toplular təşkil etmişdir.
Təbrizi özündən sonra böyük
bir poetik irs qoyub getmişdir. Bəzi
tədqiqatçılar belə hesab edirlər ki, onun
irsi təqribən 300 min beyt təşkil edib.
Görkəmli Azərbaycan alimi Məhəmməd
Əli Tərbiyət özünün “Azərbaycanın
görkəmli adamları” kitabında yazır ki, o
özü Saibin 120 minbeytlik “Divan”ını
(poemaları daxil olmadan) gözü ilə gö-
rüb. O nəhəng irsin cüzi bir hissəsi xal-
qımıza çatıb. Farsca bilənlər, əlbəttə,
Saib «Külliyyat»ının İran nəşrlərini daha
geniş biçimdə mütaliə etmək imkanına
malikdirlər. Lakin Saibin farsca irsinin
kiçik bir hissəsi dilimizə çevrilib. Saibin
türkcə 17 şeiri əlimizə çatıb.
Saib Təbrizi öz şeirləri ilə yanaşı istər
sələflərindən, istərsə də müasirlərindən
bəyənib seçdiyi 800 şairin şeirindən
25 min beytlik bir gülçin hazırlamış-
dır ki, bu kitab “Səfineyi-Saib” adı ilə
məşhurdur.
Saib Təbrizinin yaradıcılığı ilə
müxtəlif dövrlərdə Seyid Əzim Şirva-
ni, Hüseyn Əfəndi Qayıbov, Firidun
bəy Köçərli, akademik Həmid Araslı,
şair-ədəbiyyatşünas Balaş Azəroğlu,
tədqiqatçılar Həsən Bicari və Məsiağa
Məhəmmədi maraqlanmış və onun irsini
tədqiq etmişlər.
XVII yüzillikdə Füzuli ədəbi
məktəbinin
davam
və
inkişaf
etdirilməsində Saib Təbrizinin böyük
xidmətləri olub. Əsərlərini Azərbaycan
və fars dillərində qələmə alan şair ədəbi
mühitdə “Əsrinin Füzulisi” adlandırılıb,
eyni zamanda təzkirəçi kimi də tanınıb.
Saib Təbrizi 1676-cı ildə İsfahanda
vəfat etmişdir, məşhur “Saib təkyəsi”ndə
dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri
/Saib Təbrizi; tərt. və
tərc. B.Azəroğlu; red.
M.Adilov.-Bakı: Öndər,
2004.-256 s.
Hüseyni, M. Saib Təbrizi:
türkcə şeirlərinin elmi-
tənqidi mətni /M.Hüseyni;
elmi red. P.Kərimov;
AMEA, Məhəmməd Füzuli
adına Əlyazmalar İn-tu
.-Bakı: Elm və təhsil,
2013.-26 s.
Əlioğlu, P. Saib
Təbrizinin ana dilindəki
şeirlərinin elmi-tənqidi
mətni /P.Əlioğlu
//Ədəbiyyat qəzeti.-
2013.- 6 sentyabr.- S.7.
Fərəcov, S. “Özünlə şeir
apar, Saib...” /S.Fərəcov
//Mədəniyyət.- 2013.- 29
noyabr.- S.15.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kitablar.org
www.haqqinda.az
415
illiyi
Şair
396
2016
Milli ədəbiyyat
175
illiyi
Fatma xanım Kəminə
1841-1898
Fatma xanım Mirzə Bəybaba Fəna
qızı Kəminə 1841-ci ildə Şuşa şəhərində
“Qafqaz qitəsinin Şirazı mənziləsində”
(F.Köçərli) Mirzə Bəybaba Tahirzadənin
ailəsində anadan olmuşdur. Onun ilk
sənət müəllimi də atası olmuşdur.
Fatma xanım kiçik yaşlarından molla-
xana təhsili almış, fars dilini mükəmməl
öyrənmiş, sonralar təhsilini artırmaq
üçün Türkiyəyə getmiş, bir neçə il İstan-
bulda oxumuşdur. Dövrünün ziyalıları
Fatma xanıma ağlına, dərrakəsinə görə
dərin ehtiram bəsləyər, “şairə Mirzə
Fatma” - deyə ona müraciət edərdilər.
Fatma xanım kiçik yaşlarından etibarən
şeirə maraq göstərmişdir. Şairənin atası
Mirzə Bəybaba Fəna da şair olmuş və
“Fəna” təxəllüsü ilə şeir yazmışdır.
Kəminə xanımın həyat və yaradıcılı-
ğı haqqında XIX əsr təzkirələrində az da
olsa məlumat var. Mir Möhsün Nəvvab
“Təzkireyi-Nəvvab” əsərində Kəminə
xanım haqqında məlumat verərək bildi-
rir ki, o, dörd yüzə yaxın şeir yazmış,
zəngin yaradıcılığı ilə dövrünün işıqlı
insanlarından biri olmuşdur.
XIX əsr təzkirələri arasında da
şairənin şeirlərinə rast gəlinir. Şairənin
əsərlərinin böyük bir qismi fars dilində
yazılmışdır. O dövrdə Fatma xanım
Azərbaycanın ən məşhur 3-5 şairəsindən
biri olmuşdur.
Şairə onunla bir dövrdə yaşayan
bir çox aşığın şeirlərinə nəzirələr yaz-
mışdır. Amma dövrümüzə onun əsasən
klassik şəkildə yazılmış şeirləri gəlib
çatmışdır.
Firudin bəy Köçərli “Azərbaycan
ədəbiyyatı” kitabında Fatma xanımın
şəxsiyyətini və yaradıcılığını yüksək
qiymətləndirərək onu “Qarabağın üçün-
cü şaireyi-möhtərəməsi” adlandırmışdı:
“...Həqiqətdə çox gözəl, zərif bir can
idi və zahiri gözəlliyinə müvafiq batini
və mənəvi tərəfdən dəxi-əxlaqi-həsənə
sahibəsi olub, ziyadə xoşxülq, mülayim
və xoşrəftar bir nadireyi-zəmanə idi”.
Fatma xanım ömrü boyu Xurşidba-
nu Natəvanın sənət və qəlb dostu, yaxın
rəfiqəsi, həmdərdi olmuş, düz otuz il on-
lar xeyirdə-şərdə, müxtəlif tədbirlərdə,
şeir və musiqi məclislərində birgə işti-
rak etmişlər.
Fatma xanım Kəminə Şuşada Mir
Möhsün Nəvvabın başçılıq etdiyi
“Məclisi-fəramuşan” və şairə Natəvanın
başçılıq etdiyi “Məclisi-üns” ədəbi
məclisinin ən fəal üzvlərindən biri ol-
muş, onun bir şairə kimi yetişməsində
bu ədəbi məclislərin böyük rolu olmuş-
dur, burada sənətkarlıq dərsləri alaraq
püxtələşmişdir.
Şairə yüksək poetik istedada ma-
lik olmaqla yanaşı Şərq poeziyasına
dərindən bələd olmuş, Füzuli lirikası-
nı, demək olar ki, əzbərdən bilmiş, bö-
yük ustadının təsiri ilə klassik üslubda
yazıb-yaratmışdı.
Fatma xanım Kəminə 1898-ci ildə
vəfat etmişdir.
Ə d ə b i y y a t
Kəminə xanım Fatma
/[ön söz. Ə.Cəfərzadə;
red. M.Sultanov].-Bakı:
Gənclik, 1971.- 96 s.
Fatma xanım Kəminə
//Azərbaycan qa-
dın şairləri anto-
logiyası /tərtib ed.
Ə.Cəfərzadə; ön sözün
müəl. N.Rəfibəyli;
red.: T.Qaraqaya,
L.Əliyeva.-Bakı, 2005.-
S.96-100.
Kəminə xanım Fatma
//Azərbaycanın aşıq
və şair qadınla-
rı /[toplayıb tərt.ed.
Ə.Cəfərzadə; rəssam
M. Rəhmanzadə].-Bakı,
1974.- S.77.-94.
Xəlilzadə, F. Klassik
irsimizin Şuşa qanadı:
Yarı Haqq olan şair
/F.Xəlilzadə //Kaspi.-
2012.- 29 sentyabr -1
oktyabr.- S.19.
Xəlilzadə, F. Yarı Haqq
olan şair /F.Xəlilzadə
//Azərbaycan.-2012.-
25 avqust.- S. 7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.azadqadin.az
Şairə
397
2016
Milli ədəbiyyat
120
illiyi
Hənəfi Zeynallı
1896-1937
Məmmədhənəfi (Hənəfi) Baba
oğlu Zeynallı 1896-cı ildə Bakının
Mərdəkan qəsəbəsində anadan olmuş-
dur. Mədrəsədə oxumuş, rus-müsəlman
orta məktəbini bitirmişdir.
1916-cı ildə Bakıdakı Orta Politex-
nik məktəbini bitirmiş və elə həmin il
müsabiqə imtahanını uğurla verərək
İmperator Texniki Peşə məktəbinə daxil
olmuş, 1917-ci ildə fevral inqilabından
sonra təhsilini dayandırmışdır.
H.Zeynallı 1922-ci ildə Azərbaycan
Dövlət Universitetinə (indiki BDU) da-
xil olmuş, oranı 1927-ci ildə bitirmiş və
təyinatını Şərq fakültəsinin Azərbaycan
türk ədəbiyyatı tarixi kafedrasına, sonra
isə Azərbaycan Pedoqoji İnstitutuna al-
mışdır. 1930-cu ildə dosent olmuşdur.
1923-cü ildən Azərbaycan Dövlət
Nəşriyyatının əsas yaradıcılarından biri
kimi fəaliyyət göstərmişdir. 1930-cu
ildən Azərbaycan DETİ-nin ədəbiyyat
bölməsində işləmiş, folklor qrupuna,
1934-cü ildən Azərbaycan SSR Elmlər
Akademiyasında folklor bölməsinə
rəhbərlik etmiş və həm də Azərnəşrdə
redaktor kimi çalışmışdır.
1923-1931-ci illərdə Azərnəşrdə
işləyərkən “Kommunist”, “Maarif və
Mədəniyyət”, “İnqilab və Mədəniyyət”,
“Maarif işçisi” jurnalları ilə əməkdaşlıq
etmiş, orada geniş ədəbi publisistik ya-
zılarla çıxış etmişdir.
Hənəfi Zeynallı ədəbiyyat tarixinə
müstəqil əsər həsr etməmiş, lakin
klassik irsə dair bütün məqalələrini
ədəbiyyatımızın tarixi vəziyyətini nəzərə
alaraq yazmışdır. O, ədəbiyyat tariximiz
haqqında keçən əsrin 20-ci illərində
meydana çıxmaqda olan nəzəriyyələrə,
dövrünün mövcud ədəbiyyat tarixlərinə
laqeyd deyildi.
Hənəfi Zeynallının əsərləri içərisində
1926-cı ildə yazdığı “Azərbaycanın ata-
lar sözləri və məsəllər” kitabının xüsusi
dəyəri var. Burada dörd minədək atalar
sözü və məsəl toplanıb. O, hələ nə qədər
xalq incisi - folklor nümunəsi topla-
yacaq, neçə tədqiqat əsərinin altında
“Hənəfi Zeynallı” imzası qoyulacaqdı.
Ancaq Stalin rejimi heç bir əsası ol-
madan onu “xalq düşməni” elan etdi.
Hənəfi Zeynallının məhkəməsi cəmi
15 dəqiqə çəkmişdir. Bütün repressiya
qurbanlarının məhkəməsi kimi... Bura-
da Hənəfi Zeynallı özünü tam günah-
kar hesab etdiyini, təslim olduğunu və
mərhəmət dilədiyini söyləyir.
Hərbi kollegiya Hənəfi Baba
oğlu Zeynallını ən yüksək cəzaya -
güllələnməyə məhkum etmişdir.
Lakin 1957-ci il martın 30-da SSRİ
Ali Məhkəməsinin Hərbi Kollegiyası-
nın qərarına görə 1937-ci il sentyabrın
12-də SSRİ Ali Hərbi Kollegiyasının
Hənəfi Baba oğlu Zeynallının istintaq
işi üzrə çıxartdığı hökm dəyişdirildi və
cinayət tərkibi olmadığı üçün iş xətm
edildi...
Ə d ə b i y y a t
Azərbaycan nağılları: 5
cilddə /toplayıb tərt.ed.
H. Zeynallı; nəşrə ha-
zırlayanlar. İ.Abbaslı,
R.Xəlilov, M.Teymurov;
red. İ.Abbaslı.-Bakı:
Şərq-Qərb, 2005.-C.I.-
360 s.
Hənəfi Zeynallı//Fikrin
karvanı: Görkəmli
Azərbaycan tənqidçi
və ədəbiyyatşünasları
/tərt. ed., red. və ön
sözün müəl. Elçin.-
Bakı: Yazıçı, 1984.-S.
160-174.
Qurbanova, N. Hənəfi
Zeynallı: Ədəbi-
tənqidi görüşləri
/N.Qurbanova; rəyçi.
Y. Qarayev; red.
M.Axundov.-Bakı:
Yazıçı, 1989.-144 s.
Oktay.”Azərbaycanın
atalar sözləri və
məsəlləri”:Hənəfi
Zeynallının Azərbaycan
folklorunun toplanma-
sı, tərtibi və nəşrində
müstəsna xidmətləri
olub /Oktay //Xalq
cəbhəsi.-2013.- 27
aprel.- S. 13.
Ədəbiyyatşünas
398
2016
Milli ədəbiyyat
110
illiyi
Məmmədhüseyn Şəhriyar
1906/07-1988
Seyid Məhəmmədhüseyn Behcət
Təbrizi (Məmmədhüseyn Şəhriyar)
1906/7-ci ildə Təbriz şəhərinin Bağmeşə
bölgəsində, Xoşginab kəndində anadan
olmuşdur. O, Behcət təxəllüsü ilə də
şeirlər yazmışdır.
İlk təhsilini Xoşginabda axund Molla
İbrahimdən almış, sonralar 1912-ci ildə
Təbrizə köçmüş və burada “Talibiyyə”
mədrəsəsində oxumuşdur. Ərəb, fars,
evdə isə fransız dillərini öyrənmiş, şair
Həbib Sahirlə tanış olmuş, M.Ə.Sabirin
şeirlərini oxumaq imkanı əldə etmiş-
dir. Ana dilində ilk şeirini 1913-cü ildə
mədrəsədə oxuduğu müddətdə yazmış-
dır.
Şəhriyar Təbrizdə orta təhsil almış,
Tehran Universitetinin tibb fakültəsini
bitirsə də 1920-ci illərin ortalarından
etibarən artıq istedadlı bir şair kimi tanın-
mağa başlamışdı. İlk şeirini Təbrizdəki
“Məhəmmədiyyə” orta məktəbinin
buraxdığı “Ədəb” adlı jurnalda dərc et-
dirmişdir. Sədinin “Gülüstan”ı, Hafizin
qəzəlləri, Qurani-Kərim, bəzi ərəb-fars
lüğətləri Şəhriyarın hələ uşaq yaşlarında
öyrəndiyi əsərlərdən olmuşdur. XX əsrin
20-ci illərin ortalarından etibarən artıq is-
tedadlı bir şair kimi tanınmağa başlayan
Şəhriyar bəzi səbəblərdən ali təhsilini
yarımçıq qoymağa məcbur olmuş, bir
müddət İranın müxtəlif şəhərlərində,
o cümlədən Məşhəddə yerli idarələrdə
məmurluq etmişdir. XX əsrin 30-cu
illərin ortalarında Tehrana qayıdıb bank-
lardan birinə işə düzəlmişdir.
İlk şeir kitabı 1931-ci ildə Tehranda -
üç böyük şair və alimin - Məliküşşüəra
Baharın, Səid Nəfisinin və Pəjman
Bəxtiyarinin müqəddimələri ilə nəşr
olunmuşdur.
M.Şəhriyarı XX əsr Azərbaycan po-
eziyasının nəhəngləri sırasına ucaldan
ilk növbədə onun ölməz “Heydərbabaya
salam” poeması olmuşdur.
Milli ədəbiyyatın və mədəniyyətin qo-
runması və inkişafı uğrunda fədakarlıqla
çalışan vətənpərvərlərin səyi ilə 2003-
cü ilin mart ayında “Heydərbabaya sa-
lam” əsəri çap olunmuşdur. Həmin nəşrə
müqəddimə yazmış alimlər - Mehdi
Rövşənzəmir və Əbdüləli Karəng onu
yüksək qiymətləndirmiş, haqlı olaraq bu
poemanın dünya ədəbiyyatının bir sıra
nadir əsərləri ilə eyni səviyyədə dayan-
dığını göstərmişlər.
Məhəmmədhüseyn Şəhriyar 1988-
ci il sentyabr ayının 18-də Tehranın
“Mehr” xəstəxanasında vəfat etmişdir.
Vəsiyyətinə əsasən cənazəsi Təbrizə
gətirilmiş və Surxabdakı məşhur
“Şairlər qəbiristanı”nda dəfn edilmişdir.
Burada İran xalqının mədəniyyət tarixi-
ni nümayiş etdirən gözəl bir muzey də
yaradılmışdır. Məqbərənin önündə qo-
naqlar Şəhriyarın öz abidəsi ilə yanaşı
Azərbaycan Respublikası hökumətinin
Bakıdan hədiyyə göndərdiyi Nizami
Gəncəvinin heykəlini də ehtiramla seyr
edirlər.
Məhəmmədhüseyn Şəhriyarın vəfat
etdiyi gün, yəni 18 sentyabr hər il İranda
“Milli şeir günü” kimi qeyd edilir.
Dostları ilə paylaş: |