Ə d ə b i y y a t
“Tam məxfi” (araş-
dırma) //”İrəvan”
qəzeti.- 2-8 oktyabr.-
2011.-S.12.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
iravangazeti@box.az
Elm xadimi
Siyasət.Hüquq.Hərbi iş
409
Mədəniyyət.Maarif.Təhsil
175
illiyi
Şəmsi Əsədullayev
1840/41-1913
2016
Şəmsi Əsədulla oğlu Əsədullayev
1841-cı ildə Bakının Əmircan
kəndində, yoxsul bir ailədə anadan ol-
muşdur. Hələ yeniyetmə ikən, böyük
neft sənayeçisi V.Kokorevin Suraxa-
nıdakı mədənlərində arabaçı işlədiyi
vaxtlarda işgüzarlığı və qənaətcilliyi
ilə fərqlənirdi. Bir neçə il işlədikdən
sonra müəyyən məbləğ pul toplayıb
özünə araba almış və 1960-cı ildə
V.Kokorevin müəssisəsində işlər mü-
diri vəzifəsinə yüksəlmişdir. Duz pod-
ratında ilkin kapital yığan Əsədullayev
1892-ci ildə neft veriminə görə pers-
pektivli sayılan bir torpaq sahəsi al-
mışdır.
1892-ci ildə ilkin kapitalı 500 rubl
olan şirkətini tezliklə inkişaf etdirir.
Onun şirkəti 1909-cu ildə 10 milyon
rubl məbləğində dəyərləndirilirdi.
1893-cü ildə öz şirkətini açanda onun
50 yaşı vardı. Artıq böyük təcrübə qa-
zanmışdı.
1895-ci ildə təzə aldığı torpaq
sahələrindən birində neft quyusu fon-
tan vurmuş, 56 gün davam edən fon-
tan hər gün bir milyon altı yüz min
pud məhsul vermişdi. Bu Bakı neft
sənayesi tarixində ən məşhur fontan-
lardan biri idi.
Neft hasilatı artdıqça onun Volqa
boyu şəhərlərində, Moskvada, Polşa-
da, habelə Orta Asiyada, İranda neft
anbarlarının sayı artırdı. O, neftin
ecazkar qüdrətindən milyonçu olmuş,
həm neft mədəni, həm də neft daşıyan
dəniz və çay donanması yaratmışdı.
Şəhərin mərkəzində əsas fasadı Qoqol
küçəsinə, digər iki yan fasadların biri
Gimnaziya (Tolstoy) küçəsinə, digəri
Karantin (Həzi Aslanov) küçəsinə ba-
xan əzəmətli bina tikdirmişdir.
Ş.Əsədullayevin
ictimai
və
xeyriyyəçilik fəaliyyəti milli ziyalı
təbəqəsinin formalaşmasında böyük
rol oynamışdır. Bakı realni məktəbi
(indiki Dövlət İqtisad Universiteti) bi-
nasının tikintisinə sərf olunan vəsaitin
əsas hissəsi Ş.Əsədullayev tərəfindən
ayrılmışdı. Zaqafqaziyada ən böyük
təhsil ocağı olan Tiflis Aleksandr
Müəllim İnstitutunu himayəyə götür-
müş, burada təhsil alan azərbaycanlı
tələbələr üçün öz adına təqaüd təsis
etmişdi. Müsəlman tələbələr üçün
kvotanın artırılmasına nail olmuşdu.
Məşhur memar Z.Əhmədbəyov onun
təqaüdü hesabına 1901-ci ildə Sankt-
Peterburq Mülki Mühəndislər İnstitu-
tunu bitirmişdi.
Əsədullayevin vəsaiti hesabı-
na Moskvada, Sankt-Peterburqda,
Bakıda, Kaluqada, Yaltada, Baxça-
sarayda, Volqaboyu şəhərlərində,
praktiki olaraq onun neft imperiya-
sının filiallarının yerləşdiyi bütün
şəhərlərdə bir sıra möhtəşəm binalar
tikilmişdir. Əsədullayevin sahibkar-
lıq fəaliyyətinin coğrafiyası İrandan
Lodza (Polşa) qədər uzanırdı. O,
Moskvanın Vozdvijenka küçəsindəki
malikanələrindən
birini
şəhərin
müsəlman icmasına bağışlamışdı.
Azərbaycanın
neft
maqnatı,
xeyriyyəçi Şəmsi Əsədullayev 1913-
cü il aprel ayının 21-də Yaltada vəfat
etmiş, Bakıda dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Mahmudov, C. Şəmsi
Əsədullayev //Mahmudov
C. Bakı nefti, neft milyon-
çuları və Nobel qardaş-
ları: elmi-publisistik
monoqrafiya /elmi red.
Z.Abdullayev.- Bakı,
2006.- S.128-140.
Mirbabayev, M. Şəmsi
Əsədullayev //Mirbabayev
M. Azərbaycan neftinin
qısa tarixi.-Bakı, 2008.-
S.77-79.
Şəmsi Əsədullayev
//Azərbaycanın ilk qeyri-
hökümət təşkilatları
/layih. həyata keçirən
təşkilat “Milli Jurnalistika
Konqresi” İctimai Birliyi;
materialları hazırl. və
elmi red. N.Yaqublu.-Bakı,
2013.- S.59-60.
Xəlilov, Q. Şəmsi
Əsədullayev /Q.Xəlilov
//Zaman.- 2012.- 21-22
fevral.- S.6.
Səymən. Azərbaycan
maarifçiliyinə pul
xərcləyən sahibkar...:
Şəmsi Əsədullayev
tariximizdə silinməz izlər
buraxıb /Şəymən //Şərq.-
2014.- 23 oktyabr.- S.11.
Mesenat-xeyriyyəçi
410
Mədəniyyət.Maarif.Təhsil
170
illiyi
Məhəmməd ağa Şahtaxtinski
1846-1931
2016
Məhəmməd ağa Məhəmmədtağı Sultan
oğlu Şahtaxtinski (Şahtaxtlı)1846-cı ildə
indiki Şərur rayonunun Şahtaxtı kəndində
anadan olmuşdur. 1863-cü ildə Naxçıvan
şəhər məktəbini və Tiflis klassik kişi gim-
naziyasını bitirdikdən sonra, Peterburqda
müstəqil yolla alman dilini öyrənmişdir.
1869-cu ildə Leypsiq Universitetitinin
fəlsəfə, tarix və hüquq fakültəsini bitirmiş-
dir.
1873-1875 illərdə Parisdə Şərq dilləri
məktəbində mühazirələr dinləmiş, fran-
sız dilini öyrənmişdir. Azərbaycan, rus,
alman, fransız, ingilis, ərəb, türk, fars
dillərində ədəbi və elmi əsərlər yazmışdır.
Elmi fəaliyyətə Almaniyada Şərq tarixinə
dair tədqiqatlarla başlamışdır. Əlifba is-
lahatı sahəsində M.F.Axundovun ardıcıl-
larındandır. 1879-cu ildə Şərqdə əlifba is-
lahatı tarixində ilk kitab - “Təkmilləşmiş
müsəlman əlifbeyi”ni Tiflisdə nəşr etdir-
mişdir. Bir müddət “Moskovskiye vedo-
mosti” qəzetinin əməkdaşı və İstanbulda
xüsusi müxbiri işləmişdir.
1891-1893-cü illərdə “Kaspi” qəzetinin
müvəqqəti redaktoru təyin edilmişdir.
1898-cu ildə Azərbaycan dilində “Tiflis”
adlı qəzet çıxarmağa çalışmış, lakin çar sen-
zurası buna icazə vermədiyi üçün yenidən
Avropaya getmiş, 1902-ci ilədək Parisdə
yaşamış, Fransa kollecində və Ali Təcrübi
Təhsil Məktəbində Şərq dillərindən dərs
demişdir. Bu dövrdə fransız dilində nəşr
etdirdiyi əsərlər Qərbi Avropa və Ameri-
ka mətbuatında müzakirə və mübahisələrə
səbəb olmuşdu. Sorbonna Universitetində
professor P.Passinin rəhbərliyi ilə fonetika
sahəsində tədqiqat aparmış, 1901-ci ildə
Fransa Maarif Nazirliyinin fəxri diplomu-
nu almışdır.
Beynəlxalq Fonetika Cəmiyyəti (1899),
Beynəlxalq “Asiya cəmiyyəti” (1900) və
Rusiya İmperator Coğrafiya Cəmiyyəti
Qafqaz şöbəsinin (1903) həqiqi üzvü ol-
muşdur.
1902-ci ildə Tiflisdə xüsusi mətbəə aç-
mış (sonralar “Qeyrət” adlanmışdır), 1903-
cü ilin martında ictimai-siyasi, iqtisadi,
elmi, ədəbi “Şərqi-rus” qəzetinin nəşrinə
başlamışdır. Qəzetin Azərbaycanda ictimai
fikir tarixinin inkişafında xüsusi xidməti
olmuşdur. Onun səhifələrində dünyəvi
elmlər, ana dili, qadın azadlığı ilə bağlı
mütərəqqi fikirlər öz əksini tapırdı.
1907-ci ildə İrəvan quberniyasından II
Dövlət Dumasına deputat seçilmiş, Duma
bağlandıqdan sonra “Rossiya” (Peterburq)
qəzeti redaksiyasında işləmiş, 1908-1918-
ci illərdə, xaricdə (əsasən,Türkiyə, İran və
İraqda) yaşamışdır.
1919-cu ildə vətənə qayıtmış, Bakı Uni-
versitetinin yaradılmasında fəal iştirak et-
miş, burada Şərq dilləri və ədəbiyyatından
mühazirələr oxumuşdur. 1920-ci ildə uni-
versitetin professor elmi rütbəsini almışdır.
O, BDU-nun ilk azərbaycanlı professoru
idi.
1920-ci illərdə “Kommunist”, “Bakinski
raboçi”, “Qızıl Şərq” (Moskva) qəzetlərində
məqalələr dərc etdirmiş, Ümumittifaq Yeni
Türk Əlifbası Komitəsinin işində yaxından
iştirak etmişdir. 1922-ci ildə ona fərdi pen-
siya təyin olunmuşdu.
Elmi, tənqidi və publisist əsərlərində
müstəmləkəçilik, irqçilik, qadın əsarəti,
dövlət quruluşu, din və s. haqqında
mütərəqqi fikirlər irəli sürmüşdür.
M.Şahtaxtlı 12 dekabr 1931-ci ildə Bakı
şəhərində vəfat etmişdir.
İctimai xadim
Ə d ə b i y y a t
Türkiyəni necə xilas
etməli? /M.Şaxtaxtlı;
fransız dil. tərc. və ön sö-
zün müəll. Ə.Əliyev; red.
C.Yusifli.- Bakı: Ağrıdağ,
1999.- 52 s.
Əliyev, Ə. XIX əsrin sonu
XX əsrin əvvəllərində
Azərbaycan-Fransa ədəbi
əlaqələri (Məhəmməd
ağa Şahtaxtinski yara-
dıcılığında): filol. e. n.
a. dər. al. üçün təq. ed.
dis.: 10.01.03.; 10.01.05.
/Ə.Əliyev.- Bakı, 1998.-
187 s.
Həsənova, S. Məhəmməd
Ağa Şahtaxtlının dilçilik
görüşləri: filol. üzrə fəls.
d-ru e. dər. al. üçün təq.
ed. dis-nın avtoreferatı:
10.02.01 /S.Həsənova;
Azərb. Resp. Təhsil Nazir-
liyi, Naxçıvan Dövlət Un-
ti.- Naxçıvan: 2012.- 23 s.
Quliyev, Ə. Məhəmməd
ağa Şahtaxtlı-
nın tərcüməçilik
fəaliyyəti /Ə.Quliyev
//AMEA-nın Naxçıvan
bölməsinin xəbərləri: İc-
timai və humanitar elmlər
seriyası.-2014.- C.10.-
№1.- S.170-177.
411
Geologiya.Coğrafiya
105
illiyi
Ağa Əliyev
1911-1997
2016
Ağa Qurban oğlu Əliyev 1911-ci ildə
Göyçay şəhərində anadan olmuşdur.
O, 1936-cı ildə Azərbaycan Sənaye
İnstitutunu bitirmiş, neft və qaz yataqları
geologiyası və kəşfiyyatı üzrə mühəndis-
geoloq ixtisasına yiyələnmişdir.
Gənc geoloqun təyinatı Suraxanı rayo-
nundakı Kaqanoviç NMİ-yə verilmiş və
tezliklə baş geoloq vəzifəsinə təyin olun-
muşdur. Geologiya-mineralogiya elmləri
doktoru və Azərbaycan Respublikasının
əməkdar mühəndisi olan A.Q.Əliyev apar-
dığı geoloji tədqiqatlar nəticəsində Abşe-
ron və Bakı arxipelaqları sahəsində neft
və qaz yataqlarının proqnozunu vermiş və
geoloji axtarış və kəşfiyyat işlərinin hara-
da aparılmasını əsaslandırmışdır.
1945-ci ildə dəniz kəşfiyyatının xü-
susi tresti yaradılarkən dənizdə geoloji
kəşfiyat işlərinə rəhbərlik Ağa Əliyevə
tapşırılmışdır.
Əfsanəvi Neft Daşlarının kəşfçisi
Ağa Qurban oğlu Əliyevin rəhbərliyi və
bilavasitə iştirakı ilə Xəzər dənizində bir
sıra neft və qaz yataqları aşkar edilib ki,
bunlardan ‘’Neft Daşları’’, ‘’Gürgən-
dəniz’’, ‘’Qum adası’’, ‘’Bahar’’ və baş-
qalarını göstərmək olar, Küryanı vilayətdə
isə ‘’Kürovdağ’’, ‘’Mişovdağ’’ və s.,
Abşeron yarımadasında ‘’Şabandaq’’,
‘’Qaradaq’’, ‘’Qaraçuxur’’ neft və qaz
yataqları kimi 20-yə yaxın-zəngin neft və
qaz yataqları açılıb. ‘’Neft Daşları’’nın
kəşfindən sonra bu böyük antiklinal
xəttin üstündəki Neft Daşlarının ardınca
‘’Günəşli’’, ‘’Çıraq’’, ‘’Azəri’’, ‘’Kəpəz’’
kimi böyük ehtiyata malik neft yataqları
aşkar olunub.
Ağa
Əliyev
neft
geologiyası
sahəsində təkcə tədqiqatlar aparmaqla
kifayətlənmişdir. O, istehsalatda rəhbər
vəzifədə çalışmaqla bərabər, həm də neft-
çi mütəxəssislərin hazırlanmasına qayğı
göstərmişdir. İndiki Neft Akademiyasında
20 il pedaqoji fəaliyyətlə məşğul olmuş-
dur. 1966-cı ildə professor Azərbaycan
Dövlət Neft Sənaye Elmi Tədqiqat
Layihə İnstitutuna baş geoloq-direktorun
elmi işlər üzrə müavini vəzifəsinə təyin
edilmişdir. Onun neft və qaz yataqların-
da flüidlərin yerləşmə qanunauyğunluq-
larına həsr etdiyi tədqiqatlar həm nəzəri,
həm də təcrübə baxımdan görkəmli neft
alimlərinin böyük marağına səbəb olmuş-
dur.
Ağa Əliyevin 150-dən çox elmi əsəri
və 3 monoqrafiyası çap olunmuşdur. Onun
rəhbərliyi altında 15 nəfər geologiya-
mineralogiya elmləri üzrə namizədlik dis-
sertasiyası müdafiə etmişdir. O, iki Qırmı-
zı Əmək Bayrağı, Şərəf Nişanı ordenləri
ilə, SSRİ Dövlət Mükafatı laureatı və
dörd Azərbaycan SSR Ali Sovetinin fəxri
fərmanları ilə qiymətləndirilmişdir. İki
çağrış Azərbaycan SSR Ali Sovetinin həm
də Rəyasət heyəyinin üzvü olmuşdur.
S. Orucov, Y.Səfərov və başqaları ilə
birgə Neft Daşlarına gələn desantlardan
olan Ağa Qurban oğlu Əliyev ömrünün
60 ildən çoxunu neft və qaz yataqlarının
kəşfinə və səmərəli işlənməsinə sərf et-
mişdir ki, bu da közəl insanın, peşəkar bir
neftçinin, öz sənətini sevməsinin və ondan
zövq almasının parlaq bir nümenəsidir.
Xalq arasında Neftçi Qurban adı ilə
məşhur olan görkəmli neftçi-geoloq, baca-
rıqlı istehsalat təşkilatçısı, Azərbaycanın
əməkdar mühəndisi, SSRİ-nin fəxri
neftçisi, SSRİ dövlət mükafatı laureatı,
geologiya-mineralogiya elmləri doktoru,
professor olmuşdur.
Görkəmli neftçi 1997-ci ildə Bakıda
vəfat etmişdir.
Mühəndis geoloq
Ə d ə b i y y a t
Заканомерности
размешения и условия
формирования
залежей нефти и
газа Предкавказья
и Азербайджана
/A.Алиев.- М., 1976.-
Т.5.
Hacıyev, V. Geo-
logiya elmimizin
iftixarı /V.Hacıyev
//Respublika.-2011.-21
may.- S.7.
Əliyev Ağa Qurban
oğlu //Azərbaycan so-
vet ensiklopediyası:10
cilddə.-Bakı, 1980.-
C.4.-S.171.
Yusifzadə, X.Böyük
alim və neftçi ge-
oloq /X.Yusifzadə
//Azərbaycan.-2001.-25
may.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.adam.az
412
Tarixdə bu gün
830
illiyi
Mömünə Xatun türbəsi
1186
2016
Əcəmi Əbubəkr oğlunun dövrümüzə
çatmış ən gözəl əsəri olan Mömünə xa-
tun türbəsi bu gün də orta əsrlər Naxçıvan
şəhərinin əzəmətini əks etdirir.
Abidənin üzərindəki kitabədən türbənin
1186-cı ildə Atabəy Şəmsəddin Eldənizin
oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı
Mömünə xatunun şərəfinə tikildiyi məlum
olur. Monumental, əzəmətli bir tikinti olan
türbə Naxçıvana gələn səyyah və tacirlərin
diqqətini çoxdan bəri özünə cəlb etmiş və
abidə bir çox əsərlərdə öz əksini tapmışdır.
Hələ XIX əsrin əvvəllərində Naxçıvana
gələn Dübua de Monper abidəyə diqqət ye-
tirmiş və onun kitabələrinin üzünü çıxararaq
Peterburqa, akademik Frenə göndərmişdir.
Türbə bürcvari Azərbaycan türbələrinin
ən görkəmli nümunəsidir. Zəmanəmizə
qədər qalmış hissəsinin hündürlüyü 26
metr olan türbənin xarici örtüyü dağılmış-
dır. Onun da 8 metr olduğunu nəzərə alsaq
türbə keçmişdə 34 metr hündürlüyü olan
dairəvi bir tikinti olmuşdur.
Abidə yeraltı hissədən və yerüstü qurğu-
dan ibarətdir. Yeraltı sərdabə hissəsi planda
onbucaqlıdır. Mərkəzdə yerləşmiş sütundan
onbucaqlının hər küncünə bir tağ atılmış-
dır. Türbənin nəfis divar naxışları türbənin
əsas hissəsini təşkil edən yerüstü abidə
xaricdən ongüşəli, daxildən isə dairəvidir.
Kərpicdən tikilmiş türbənin quruluşu Yusif
Küseyir oğlu türbəsinə oxşardır. Burada da
türbənin bucaqları çıxıntı şəklində həll edil-
miş, səthlər isə batıq vəziyyət almışdır. La-
kin burada memarlıq sxemi olduqca zəngin
surətdə işlənmiş, bütün səthlər memarlıqla
rəssamlığın sintezi şəklində təzahür etmiş-
dir. Türbənin bucaqlarındakı çıxıntılar əsas
etibarı ilə kufi xətlə işlənmiş kitabə ilə ör-
tülmüşdür. Kitabələrin ümumi uzunluğu
500 metrə çatır.
Türbənin üzərindəki ornament bəzəkləri
sənətkarın tükənməz fantaziyaya malik
olduğunu göstərir. Səthlərin ornamentləri
müxtəlifdir. Lakin memarın məharəti ora-
sındadır ki, müxtəlifliklə bərabər bütün
ornamentləri eyni səciyyədə yaratmış və
beləliklə, abidənin ümumi vəhdətini saxla-
ya bilmişdir. Səthlərin həndəsi ornamenti-
nin əsasını çoxuclu ulduz və ondan gedən
süvari xəttlər təşkil edir. Burada 5, 6, 8
uclu ulduzlara və 6, 8 bucaqlı quruluşlara
təsadüf edilir.
Türbənin ancaq Qərb səthi başqa şəkildə
həll edilmişdir. Burada səth iki yerə bölün-
müş, aşağı hissəsində giriş qapısı baştağ
şəklində həll edilmiş, yuxarı hissəsində,
başqa səthlərdə olduğu kimi ornamental
bəzəklər verilmişdir. Memarın adını və
abidənin inşaat tarixini göstərən kitabələr
türbənin Qərb səthində, portaldan yuxarıda
göstərilmişdir. Türbənin yuxarı hissəsindəki
qurşaq bütün səthləri əlaqələndirir və orada
yerləşdirilmiş kufi xəttin firuzəyi kaşı yerli
üzərində olması bu kitabə qurşağını binanın
əhəmiyyətli bir kompozisiya elementinə
çevirir.
Mömünə xatun türbəsinin daxilindəki
yeganə bəzək ünsürü türbənin günbəzinin
iç tərəfində yerləşdirilmiş dörd böyük
qönçədir. Dairəvi şəkildə olan bu qönçələrin
içərisində nəbati naxışlı rəsmlər və son za-
man aydınlaşdırılmış yazılar ornament
şəklində yerləşdirilmişdir. Burada Allah
(c.c.), Ömər, Osman, Əli sözləri yazılmış-
dır. Görünür memar öz adını da bu adlarla
birləşdirmişdir. Onu da qeyd etmək lazımdır
ki, I xəlifə Əbubəkrin adının memarın ata-
sının adı ilə eyni olması onu belə mürəkkəb
kompozisiya yaratmağa sövq etmişdir.
Ə d ə b i y y a t
Salamzadə, A. Əcəmi
Əbubəkr oğlu və Naxçı-
van memarlıq abidələri
/A.Salamzadə.-Bakı: İşıq,
1976.- 82 s.
Əzimova, S. Naxçıvanın
baş tacı: Möminə Xatın
türbəsi /S.Əzimova //İki
sahil.- 2011.- 6 avqust.-
S.13.
Məhərrəmova, T. Memar
Əcəminin şah əsəri
/T.Məhərrəmova //Kaspi.-
2011.-9 fevral.-S. 12.
Rəhimoğlu, M. Möminə
xatın məqbərəsi və onunla
bağlı aparılan araşdırma-
lar /M.Rəhimoğlu //525-ci
qəzet.-2014.- 15 may.- S.8.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.azadqadin.az
www.nrb.nakhchivan.az
413
Tarixdə bu gün
115
illiyi
İlk Beynəlxalq Nobel mükafatı
1901
2016
Alfred Nobel (1833-1896) isveç ixti-
raçı, sənayeçi, linqvist, filosof və huma-
nist idi. Əldə etdiyi gəlirin böyük hissə
onun 355 ixtirasının (o cümlədən dina-
mitin kəşfinin) payına düşür. 1895-ci
ilin noyabr ayının 27-də Parisdə Nobel
vəsiyyətnamə yazır, onun vəsiyyətnaməsi
əsasında əsasında bu mükafat təsis edil-
mişdir.
Alfred Bernard Nobelin ölümündən
sonra qalan kapital Nobel fondunu təşkil
etmişdir. Həmin kapital və fondun ya-
ranmasında Nobel qardaşları şirkətinin
səhmindən əldə edilən gəlir Nobel fon-
dunun çox hissəsini təşkil etmişdir.
Fond 1900-cü ildə özəl, müstəqil qeyri-
hökumət təşkilatı olaraq yaradıldı.
Bu
mükafat
namizədlərin
milliyətindən asılı olmayaraq Alfred No-
belin vəsiyyətinə əsasən aşağıdakı alti
sahə üzrə verilməlidir: Kimya üzrə, Fizika
üzrə,Fiziologiya və tibb üzrə,Ədəbiyyat
üzrə, Nobel Sülh mükafatı, İqtisadiy-
yat üzrə. Nobel mükafatı 1901-ci ildən
verilməyə başlayıb. Xüsusi yaardılmış
Nobel komitəsi tərəfindən bütün il boyu
namizəd siyahısı üzərində iş aparılır.
Müxtəlif ölkələrin professorlarına, aka-
demik təşkilatlara, keçmiş Nobel müka-
fatı sahiblərinə məktublar göndərilərək
namizədlərin seçilməsi üçün dəvət olu-
nurlar.Laureatlara verilən mükafata me-
dal, şəxsi diplom və böyük həcmdə (10
milyon İsveç kronu- təxminən 1,5 mln.
ABŞ dolları) pul mükafatı daxildir. Kim-
ya, fizika, ədəbiyyat, tibb və fiziologi-
ya üzrə Nobel mükafatlarının medalları
Erik Lindberq, Nobel sülh mükafatının
medalı Qustav Vigeland və Alfred Nobe-
lin şərəfinə verilən İqtisadiyyat üzrə Svo-
riges Riksbank mükafatının medalı isə
Qunver Svensson Lundqvist tərəfindən
dizayn edilib. Dekabrın 10-da mükafa-
tın yaradıcısının ölüm günündə mükafa-
tın təqdimat mərasimi keçirilir. İsveçdə
təşkil olunan mərasimdə laureatlara mü-
kafatı İsveç kralı özü şəxsən təqdim edir,
eyni gündə Norveçdə keçirilən tədbirdə
isə Norveç kralının iştirakı ilə Nobel sülh
mükafatını Norveç Nobel Komitəsinin
direktoru təqdim edir. Diplomlar hər lau-
reat üçün fərdi olaraq tərtib edilir, diplo-
mun bir hissəsi hər hansı bir təsvir, digər
hissəsi isə yazı ilə tamamlanır. Fizika və
kimya üzrə Nobel mükafatlarını, iqtisa-
diyyat üzrə Riksbank Nobel mükafatını
laureatlara İsveç Kral Elmlər Akademi-
yası təqdim edir.
Nobel sülh mükafatı Norveç Nobel
Komitəsi tərəfindən verilir. Nobel sülh
mükafatı “xalqlar arasında qardaşlığın
təbliği, daimi qoşunların azaldılması, ya-
xud tamamilə aradan qaldırılması və ya
sülh konqreslərinin keçirilməsinin irəli
sürülməsi və həvəsləndirilməsi sahəsində
görülmüş ən yaxşı işlərə görə” verilir.
Ümumilikdə 95 fərd və 23 təşkilat Nobel
sülh mükafatına layiq görülüb.
İsveçin
Karolinski
İnstitutunun
Nobel Assambleyası fiziologiya və
tibb sahəsində Nobel laureatlarının
seçilməsinə görə cavabdehdir. Stokholm-
da yerləşən Nobel Assambleyasının tibb
sahəsində mütəxəssis və səsvermə hüqu-
qu olan 5 professoru var. Bu təşkilatın
əsas işçi orqanı Nobel Komitəsidir, onun
üzvləri hər üç ildən bir seçilir.
Bundan başqa vəsiyyətdən kənar
1969-cu ildən başlayaraq İsveç Bankı-
nın təşəbbüsü ilə İqtisadiyyat üzrə Nobel
mükafatı da verilir. Onun təltif qaydası
digər sahələrdə olduğu kimidir.
Laureat “Nobel xatirə mühazirəsi”
söyləməlidir. O sonradan Nobel Fondu
tərəfindən xüsusi cilddə nəşr edilir.
Dostları ilə paylaş: |