Ə d ə b i y y a t
Neytrino /İ. H. Cəfərov ;
N. A. Quliyev; elmi red. Ş.
M. Nağıyev; rəyçilər S. A.
Hacıyev; R. E. Hüseynov.-
Bakı: Elm, 2005.-116 s.
Nəriman Ağaqulu oğlu
Quliyev //Azərbaycan.-
2014.- 21 may.- S.3.
Görkəmli alim Nəriman
Quliyev son mənzilə yola
salınmışdır //Azərbaycan.-
2014.- 21 may.- S.3.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
28
379
Kimya.Biologiya.Tibb
95
illiyi
Musa Musayev
1921-2010
DEKABR
Musa Əbdürrəhman oğlu Musayev
1921-ci il dekabr ayının 27-də Gəncə
şəhərində anadan olmuşdur. Orta
məktəbi bitirdikdən sonra, 1940-1945-
ci illərdə Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun baytarlıq fakültəsində
ali təhsil almış, 1946-1948-ci illərdə
Moskva Baytarlıq Akademiyasının as-
piranturasında oxumuşdur.
Əmək fəaliyyətinə 1949-cu ildə
Moskvada Baytarlıq Akademiyasının
assistenti kimi başlayan Musa Musayev
elə həmin il Bakıya dəvət olunmuş və
Azərbaycan Respublikası Elmlər Aka-
demiyasının Zoologiya İnstitutunda baş
elmi işçi vəzifəsinə təyin edilmişdir.
1957-ci ildən burada fasiləsiz çalışaraq
ayrı-ayrı illərdə laboratoriya müdiri,
sonra şöbə müdiri işləmiş, 1960-cı ildən
etibarən isə Zoologiya İnstitutunun di-
rektoru olmuşdur. 1997-2007-ci illərdə
Azərbaycan Milli Elmlər Akademi-
yasında Biologiya elmləri bölməsinin
akademik-katibi vəzifəsini icra etmiş-
dir.
Musa Musayev 1948-ci ildə
namizədlik, 1957-ci ildə doktorluq dis-
sertasiyalarını müdafiə etmiş, 1960-cı
ildə professor elmi rütbəsini almışdır.
1959-cu ildə Azərbaycan Respublikası
Elmlər Akademiyasının müxbir üzvü,
1967-ci ildə isə həqiqi üzvü seçilmiş-
dir. Azərbaycanda protozoologiyanın
elmi məktəb olaraq formalaşmasına
böyük əmək sərf etmiş, öz araşdırma-
ları ilə sitologiya, biokimya və mole-
kulyar biologiyanın müasir metodları-
nın tətbiqi sayəsində elmin inkişafına
təkan vermişdir. Akademik 350-dən
artıq elmi əsərin, o cümlədən 14 mo-
noqrafiya, dərslik və metodik vəsaitin,
10 müəlliflik şəhadətnaməsi və patentin
müəllifidir.
Musa Musayev səmərəli elmi yara-
dıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə
də məşğul olmuş və yüksəkixtisaslı
kadrların hazırlanması işində bilik
və bacarığını əsirgəməmişdir. Alimin
rəhbərliyi altında 50-yə yaxın elmlər
namizədi və elmlər doktoru yetişdiril-
mişdir. Beynəlxalq və xarici ölkələrin
elmi qurumlarında üzv olmuş, 1976-
1991-ci illərdə SSRİ Elmlər Akademi-
yası nəzdində Ümumittifaq Protozoo-
loqlar Cəmiyyətinin vitse-prezidenti,
1967-1988 “Parazitologiya” jurnalının
redaksiya heyətinin üzvü, Ukrayna Pa-
razitoloqlar Cəmiyyətinin fəxri üzvü
seçilmişdir.
Azərbaycanda biologiya elminin
inkişafındakı xidmətlərinə görə bir
çox orden və medallarla - 1991-ci ildə
Azərbaycan SSR Dövlət mükafatı la-
ureatı, 1996-cı ildə H.Əliyev adına
“Ekologiya sahəsindəki nailiyyətlərə
görə” medal və mükafat, 2001-ci ildə
AMEA-nın Fəxri Fərmanı, eləcə də
müstəqil Azərbaycan Respublikasının
ali mükafatı olan “Şöhrət” ordeni ilə
təltif edilmişdir.
Tanınmış bioloq alim, bacarıq-
lı elm təşkilatçısı, akademik Musa
Əbdürrəhman oğlu Musayev 2010-cu il
dekabr ayının 4-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycanda quş-
ların qan parazitləri
/M.Ə.Musayev,
N.R.Zeyniyev; red.Y.Y.
Yolçiyev; AzEA Zoologi-
ya İnstitutu.-Bakı: Elm,
1994.- 64 s.
Zoologiya: Ümumtəhsil
məktəblərinin 8-ci sinfi
üçün dərslik /Musa-
yev M.Ə., Mustafayev
Q.T., Mikayılov T.K.,
Əliyev T.R.; ümumi
redaktə. M.Ə. Musayev;
rəyçilər. Z.A. Aslanova,
M.Ə. Əliyeva, D.Ə.
Məmmədova.-Bakı: Çaşı-
oğlu, 2007.- 128 s.
Зоология: учебник
для 8-го класса
общеобразовательных
школ /М. А. Мусаев,
(под. ред.), Г. Т.
Мустафаев, Т. К.
Микаилов; пер. Т.
А. Керимли.-Баку:
Чашыоглу, 2010.- 119 с.
Musa Əbdürəhman oğlu
Musayev: Biblioqrafiya /
tərtib edənlər: Y. Y. Yolçi-
yev, H. D. Qaibova; red.:
Ş. Alışanlı; AMEA Zoo-
logiya İnstitutu; Mərkəzi
Elmi Kitabxana.-Bakı:
Elm, 2002.-215 s.
27
Akademik
380
Texnika.Mühəndis işi
Bəhmən Hacıyev
1926-1998
DEKABR
Bəhmən Əbiş oğlu Hacıyev 1926-
cı il dekabr ayının 2-də Sisyan rayo-
nunun Qızıl Şəfəq kəndində anadan
olmuşdur. 1939-cu ildə natamam orta
məktəbin 7-ci sinfini bitirdikdən sonra
Bakıya gəlmiş, Sabunçu rayonunun 148
nömrəli orta məktəbində təhsilini davam
etdirmişdir. Əmək fəaliyyətinə 1943-cü
ildə keçmiş “Əzizbəyovneft” trestinin
(indi H.Z.Tağıyev adına NQÇİ) ikin-
ci mədənində operator köməkçisi kimi
başlamış, 1945-ci ildə istehsalatdan ay-
rılmadan Azərbaycan Sənaye İnstitutu-
na (indiki Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti) daxil olmuş, bura-
da 1950-ci ildə neft və qaz yataqlarının
işlənməsi üzrə dağ mühəndisi ixtisasına
yiyələnmişdir.
1950-ci ildə “Bibiheybətneft” tresti-
nin 6-cı mədənində neft və qaz hasilatı
üzrə usta, 1953-cü ildən 1960-cı ilədək
“Gürganneft” trestinin baş mühəndisi
vəzifəsində çalışmışdır. Sonralar həmin
trest Sov.İKP-nin XXII qurultayı adına
Neft və Qazçıxarma İdarəsinə çevrilmiş
və Bəhmən Hacıyev 1962-ci ilədək bu
NQÇİ-nin baş mühəndisi, 1977-ci ilə
kimi rəisi olmuşdur.
Neft Daşlarında XX əsrin 50-ci illərin
sonu - 60-cı illərin əvvəllərində qapalı
istismar sisteminin yaradılması Bəhmən
Hacıyevin xidmətlərindən biridir.
1961-ci ildə “Dənizdə neft yataqları-
nın işlənilməsi və istismarı məsələləri”
(“Neft Daşları” timsalında) mövzu-
sunda dissertasiya işini müdafiə edən
B.Hacıyevə texnika elmləri namizədi
alimlik dərəcəsi verilmişdi. Tanınmış
neftçi-alimin elmi tədqiqatları onun
“Dənizdə neft yataqlarının işlənilməsi
və istismarı məsələləri” monoqrafiya-
sında öz əksini tapmışdı.
İstehsalatda istedadlı təşkilatçı və
püxtələşmiş rəhbər kimi tanınmış, 1977-
ci ilin mart ayında “Azneft” İB-nin baş
direktoru vəzifəsinə təyin edilmişdir.
1984-cü ildə Zaqafqaziya Ümumittifaq
Təhlükəsizlik Texnikası İnstitutunun
direktoru təyin olunmuşdur. 1990-cı
ildə doktorluq dissertasiyasını müdafiə
etmiş, texnika elmləri doktoru alimlik
dərəcəsini almışdır. 105 elmi əsərin, 50-
dən çox ixtiranın müəllifidir.
1991-ci ildə ona professor elmi
rütbəsi verilmişdir.
Azərbaycan neft sənayesinin inki-
şafındakı xidmətlərinə görə 1959-cu
ildə Qırmızı Əmək Bayrağı ordeni ilə,
1960-cı ildə “Azərbaycan SSR-in neft
ustası” fəxri adı, 1961-ci ildə Lenin
mükafatı, 1965-ci ildə Almaniya De-
mokratik Respublikasının fəxri Qızıl
diplomu, Lenin ordeni, 1966-cı ildə
SSRİ Neft Nazirliyi tərəfindən “SSRİ
neft sənayesinin əlaçısı”, 1970-ci ildə
isə “Fəxri Neftçi” adı, 1971-ci ildə 2-ci
dəfə Qırmızı Əmək Bayrağı, Oktyabr
inqilabı ordenləri ilə təltif olunmuş,
1972-ci ildə Azərbaycan SSR Dövlət
mükafatına, 1975-ci ildə “Azərbaycan
SSR Əməkdar Mühəndisi” fəxri adına,
1996-cı ildə Yusif Məmmədəliyev adına
mükafata layiq görülmüşdür.
Bəhmən Hacıyev 1998-ci ildə vəfat
etmişdir. Xatirəsini əbədiləşdirmək
məqsədilə yaşadığı binaya xatirə lövhəsi
vurulmuşdur.
Ə d ə b i y y a t
Mirzəyev, M. Məşhur
neftçi Bəhmən Ha-
cıyev /M.Mirzəyev,
C.Mirzəliyev; elmi red.
B.Yusifzadə.- Bakı:
Azərbaycan nəşriyyatı,
2002.- 200 s.
Yusifzadə, X. Peşəkar
neftçi, yaradıcı
mühəndis, istedadlı
alim //Azərbaycan.-
2011.- 2 dekabr.- S. 6.
İ n t e r n e t d ə
www.anl.az
www.muallim.edu.az
www.edu.gov.az
2
90
illiyi
Neftçi alim
381
381
Kitabxanaşünaslıq.Biblioqrafiya
Abuzər Xələfov
1931
DEKABR
Abuzər Alı oğlu Xələfov 1931-ci il
dekabr ayının 25-də Qərbi Azərbaycanın
Göyçə mahalının Cil kəndində anadan
olmuşdur. 1938-1945-ci illərdə Cil kənd
yeddiillik məktəbində təhsil almış, 1945-
1946-cı illərdə Krasnoselo rayonunun
Cil kəndindəki Əli Bayramov adına kol-
xozda çalışmışdır. 1950-1955-ci illərdə
Azərbaycan
Dövlət
Univеrsitеtinin
filоlоgiyа fаkültəsinin kitаbхаnаçılıq
şöbəsində təhsil аlmışdır. Müxtəlif illərdə
kitаbхаnаçılıq fаkültəsində müəllim, bаş
müəllim, dоsеnt olmuş, 1978-ci ildən
prоfеssоrdur.
1962-ci ildə А.А.Хələfоvun fəаl iştirаkı
və təşəbbüsü ilə BDU-nun Kitаbхаnаçılıq
şöbəsi müstəqil Kitаbхаnаçılıq fаkültəsinə
çеvrilmiş və о, bu fаkültənin ilk dеkаnı
оlmuş, 25 il bu vəzifədə səmərəli fəаliyyət
göstərmişdir. 1962-ci ildən bu günə kimi
BDU-nun Böyük Еlmi Şurаsının üzvü,
1963-cü ildən isə Kitаbхаnаşünаslıq
kаfеdrаsının müdiridir.
Аbuzər Хələfоv SSRİ məkаnındа
kitаbхаnа işinin tаriхi sаhəsində ilk
еlmlər dоktоru kimi şöhrət qаzаnmış
və
Аzərbаycаn
kitаbхаnаşünаslıq
еlmi məktəbinin əsаsını qоymuşdur.
Rеspublikаmızdа ХХ əsrin 60-cı
illərindən bаşlаyаrаq kitаbхаnаşünаslıq və
bibliоqrаfiyаşünаslıq sаhəsində dоktоrluq
və nаmizədlik müdаfiə еtmiş аlimlərin
dеmək оlаr ki, hаmısı А.Хələfоv еlmi
məktəbinin yеtirmələridir. Аzərbаycаndа
kitаbхаnа işinin tаriхinin ilk tədqiqаtçısı,
rеspublikаmızdа аli təhsilli kitаbхаnаşünаs
bibliоqrаf
və
kitаbşünаs
kаdrlаr
hаzırlаyаn fаkültənin yаrаdıcısı kimi
prоfessor А.Хələfоvun аdı vətənimizin
sərhədlərindən çох-çох uzаqlаrdа dа
məşhurdur.
Azərbaycanda kitabxanaşünaslıq el-
minin banisi, ali kitabxanaçılıq təhsilinin
təşkilalçılarından biri, respublikanın
görkəmli elm və mədəniyyət xadimi
Abuzər Xələfovun fəаliyyəti 2001-ci ildə
Аmеrikа Biоqrаfiyа İnstitutunun nəşr
еtdirdiyi “Görkəmli lidеrlərin bеynəlхаlq
sоrаq kitаbı”nın ХI nəşrinin nоminаntı
sеçilmiş, fəхri fərmаn və qızıl mеdаllа
təltif еdilmişdir. 1995-ci ildən bu günə
kimi BDU-nun Vеtеrаnlаr şurаsının
sədr müаvini, 1998-ci ildən BDU-nun
Nəşriyyаt Şurаsının sədri, “Kitаbхаnа
işi hаqqındа” Аzərbаycаn Rеspublikаsı
Qаnununun
lаyihəsini
hаzırlаyаn
işçi qrupunun sədridir. 1999-cu ildə
ölkəmizdə ilk dəfə оlаrаq Аzərbаycаn
Kitаbхаnаçılаr Cəmiyyəti yаrаtmış və
оnun ilk prеzidеnti olmuş və “Kitаbхаnа
prоsеslərinin kоmpütеrləşdirilməsi” elmi-
tədqiqat laboratoriyasının (ЕTL) müdiri;
2000-ci ildə BMT yаnındа Bеynəlхаlq
İnfоrmаsiyаlаşdırmа
Аkаdеmiyаsının
müхbir üzvü; 2001-ci ildə BMT yаnındа
Bеynəlхаlq
İnfоrmаsiyаlаşdırmа
Аkаdеmiyаsının həqiqi üzvü (аkаdеmiki);
2008-ci ildə Təhsil hаqqındа Аzərbаycаn
Rеspublikаsı Qаnununun lаyihəsini
hаzırlаyаn işçi qrupunun üzvü olmuşdur.
Mədəniyyət və kitabxana işi quru-
culuğunun tarixi problemləri, kitabxa-
naşünaslığın nəzəriyyəsi və metodolo-
giyası, ali kitabaxanaçılıq-biblioqrafiya
təhsili məsələləri, habelə kitabxana işi
nəzəriyyəsi, informasiya cəmiyyətində
kitabxanaların fəaliyyəti, elektron ki-
tabxanaşünaslıq və bir sıra digər aktu-
al elmi problemlərin tədqiqi alimin elmi
fəaliyyətinin əsasını təşkil edir. Görkəmli
25
85
illiyi
Alim
382
alim 300-ə yaxın еlmi əsərin, 10 mоnоqrаfiyа, 30-
dаn аrtıq kitаbın - dərslik və dərs vəsаitlərinin
müəllifidir. 20-dən çox еlmlər nаmizədi və dоktоr
yеtişdirmişdir.
Onun xalqımızın mədəniyyət tarixinə ver-
diyi qiymətli töhfələrindən “Heydər Əliyev və
Azərbaycanda kitabxana işi”, “XXI əsrin əvvəllərində
Azərbaycanda kitabxana işinin inkişaf istiqamətləri
(mülahizələr, təkliflər və proqnozlar)” (2006), Kitab-
xanaların kompüterləşdirilməsinin əsasları (2007),
“Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev
doktrinası uğurla davam edir” (2009), 2004-2010-cu
illərdə çap etdirdiyi 3 cildlik “Azərbaycanda kitab-
xana işinin tarixi”, “Kitabxana və cəmiyyət” (2011),
“Kitabxanaşünaslığın tarixi və metodologiyası”
(2014) və başqa kitabları nümunə göstərmək olar.
2010-cu ildən nəşr olunan və kitabxanaşünas-
lığa, kitabxana işinin tarixi, nəzəriyyəsi və təcrübi
problemlərinə dair elmi məqalələr dərc edən, nü-
fuzlu elmi jurnallardan hesab edilən “Kitabxanaşü-
naslıq və informasiya” adlı elmi-nəzəri və praktiki
jurnalın təsisçisi və baş redaktoru da məhz Abuzər
Xələfovdur.
Azərbaycan elminin, mədəniyyətinin inkişafın-
dakı yüksək xidmətlərinə görə 2000-ci ildə “Şöhrət”
оrdеni, “1941-1945-ci illər mühаribəsi vеtеrаnı”
nişаnı, “Хеyriyyəçilik və mааrifçilik” mеdаlı, 2002-
ci ildə “Təhsil sаhələri üzrə nаiliyyətlərə görə”
mükаfаtı almış, 2004-cü ildə Аmеrikаdа “İlin аdаmı-
2004” sеçilmiş, 2006- cı ildə “Əlаçı təhsil işçisi” döş
nişаnı ilə təltif edilmişdir.
2001-ci ildə “Əməkdаr еlm хаdimi”, 2005-ci
ildə “İlin müəllimi” fəхri аdlarını almışdır. 2007-ci
ildən Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Fəхri
təqаüdçüsüdür.
Ə d ə b i y y a t
Аzərbаycаndа kitаbхаnа işinin tаriхi: Dərslik (üç hissədə) /A.Xələfov.-Bakı: Bаkı Univеrsitеti Nəşriyyаtı, 2004-2010. H.1. Ən qədim
dövrdən XX əsrə qədər.- Bakı, 2004- 328 s.; H. 2. ХХ əsrin birinci yаrısındа Аzərbаycаndа kitаbхаnа işininin tаriхi.- Bakı, 2007.- 552
s.; H. 3. XX əsrin ikinci yarısında və XXI əsrin əvvələrində Azərbaycanda kitabxana işinin tarixi.- Bakı, 2010.- 431 s.
Heydər Əliyev: Biblioqrafik məlumat kitabı /A.Xələfov, S.A. Sadıqova; red. və ön söz. müəl. A.Məhərrəmov.- Bakı: Bakı Universiteti
Nəşriyyatı, 2003.- 434 s.
Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla davam edir /A.Xələfov; lay. rəhb. Ə.Qarayev; elmi məsləhətçi. S.
Məmmədəliyeva; elmi red. L.Məmmədova; red. K.Tahirov.- Bakı, 2009. -185, [1] s.
Kitabxana və cəmiyyət: Monoqrafiya /A.Xələfov.- Bakı: Azərnəşr, 2011.- 348 s.
Kitabxanaşünaslığın tarixi və metodologiyası /A.Xələfov.- Bakı, 2014.- 408 s.
Söz, kitab, mütaliə, kitabxana və kitabxanaçı haqqında müdrik fikirlər /tərt. ed. və ön söz müəl. A. Xələfov ; red. K. Aslan.-
Bakı: Mütərcim, 2014.- 187, [1] s.: 20 sm.
Kitabxanaşünaslığın müasir problemləri /A.Xələfov //Kitabxanaşünaslıq və İnformasiya: Elmi-nəzəri və praktiki jurnal .-2013.- № 1
(10).- S. 7-27.
Müasir kitabxanaların konseptual modeli (ideya və anlayışlar) /A.Xələfov //Kitabxanaşünaslıq və İnformasiya: Elmi-nəzəri praktiki
jurnal.-2014.- № 1.(13)- S. 3-19.
Aslan, K. Elm və təhsil fədaisi: Abuzər Alı oğlu Xələfov /K.Aslan; elmi red. R.Kazımov; rəy.: X.İsmayılov və b.; Bakı Dövlət
Universiteti.-Bakı: [Bakı Universiteti], 2006.- 240 s.
Mənalı ömür yolu: Abuzər Alı oğlu Xələfov /Bakı Dövlət Universiteti; tərt. ed. K.Aslan (red.), M.Bağırov.- Bakı: Bakı Universiteti,
2001.- 229 s.
Sadıqova, S. Abuzər Xələfov: Biblioqrafik məlumat kitabı /S.Sadıqova.- Bakı: Nagıl Evi nəsriyyatı, 2011.- 342 s.
80 yaşın ucalığı: Azərbaycan Respublikasının görkəmli elm və mədəniyyət xadimləri prof. A.A.Xələfov haqqında.- Bakı: “Bakı Universi-
teti” nəşriyyatı, 2011.- 228 s.
İ n t e r n e t d ə
www.anl.az
www.bsu.edu.az
383
Tarixdə bu gün
Xankəndinin işğalı
1991
DEKABR
Ərazisi: 1048 km²
Əhalisi: 57 000 nəfər
Yuxarı Qarabağın mərkəzi olan Xankəndi şəhəri
28 dekabr 1991-ci il tarixində Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olunmuş, separatçı rejim
yaradılmışdır.
1991-ci il dekabr ayının 28-da Xankəndinin
itirilməsi, qarşıda Xocalı soyqırımı, Şuşa, La-
çın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı,
Zəngilanın işğalına yol açdı.
Yuxarı Qarabağın mərkəzi, Qarqar çayının
sahilində, Qarabağ silsiləsinin Şərq ətəyində,
Bakıdan 329 km aralıda yerləşən Xankəndi,
Azərbaycanın inkişaf etmiş sənaye mərkəzi idi.
Şəhərdə yüngül və yeyinti sənayesi müəssisələri
var idi. Elektrotexnika, avtomobil təmiri və asfalt-
beton zavodları, mebel fabriki, tikinti materialları,
sənaye, istehsalat və tədris istehsalat kombinatları
belə müəssisələrdən idi.
Tarixi sənədlərə görə Xankəndi şəhəri XVIII
əsrin axırlarında, o dövrdə müstəqil Azərbaycan
dövlətlərindən biri olan Qarabağ xanlığının xan-
larının istirahəti üçün yaşayış məskəni kimi sa-
lınmışdı. Elə şəhərin adı da buradan yaranmışdır.
1813-cü ilədək bircə nəfər erməninin də yaşama-
dığı Xankəndində sonralar çar Rusiyası tərəfindən
etnik təmizləmə siyasəti aparılmış və bura İrandan
köçürülən ermənilər yerləşdirilmişdir.
SSRİ dövründə Xankəndində azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti daha da güclənmiş,
şəhərdə erməni ailələrinin sayı süni surətdə ar-
tırılmışdır. 1923-cü ildə Rusiya İmperiyası-
nın siyasətilə Azərbaycanın tərkibində mərkəzi
şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar
Vilayəti yaradılmışdı. Bundan sonra vilayətin
erməniləşdirilməsi siyasəti aktivləşmiş, 6 oktyabr
1923-cü ildə ermənilərin müraciəti nəzərə alına-
raq Xankəndinin adı dəyişdirilərək Azərbaycan
xalqına qarşı genosid törətmiş cinayətkar Stepan
Şaumyanın şərəfinə Stepanakert adlandırılmışdır.
Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli
çəkilmiş, beləliklə də, Xankəndi erməni işğalı al-
tına düşmüş, keçmiş SSRİ dövründə Xankəndində
yaşayan azərbaycanlılar tədricən buradan didərgin
salınmışlar.
1988-ci il hadisələri başlayanda Xankəndində
erməni əhalisi azərbaycanlılara nisbətdə xeyli
çoxluq təşkil edirdi. Həmin vaxt azərbaycanlıların
sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min
nəfərədək artmışdılar.
1988-1989-cu ildə Xankəndi artıq erməni se-
paratizminin mərkəzinə çevrilmişdi. Moskva-
nın himayəsilə güclənən erməni separatizmi so-
nuncu azərbaycanlıları 28 dekabr 1991-ci ildə
Xankəndindən qovmağa nail olmuş, şəhərin işğalı
və etnik təmizləmə tam başa çatdırılmışdı.
Ə d ə b i y y a t
Qaraca ,B.Xankəndinin işğalı Kərkicahandan başladı /B.Qaraca
//Azərbaycan .-2014.- 28 dekabr.- S.7.
Qaraca, B.Xankəndi - işğaldan əvvəl və sonra /B.Qaraca
//Azərbaycan .-2013.- 26 dekabr.- S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.xankendi.az
28
384
DEKABR
21
Tarixdə bu gün
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
1991
DEKABR
31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik günü - Azərbaycan millətinin bir-
lik şüarının simvolik günüdür. Bu bayram ayrı-
ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr
qurmaq, onlar arasında birlik və həmrəylik
yaratmaq işində mühüm rol oynayır. Dünya
Azərbaycanlılarının Həmrəylik gününün qeyd
edilməsi bütün dünya azərbaycanlıları tərəfindən
artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Azərbaycanlıların
yaşadıqları,
fəaliyyət
göstərdikləri və çoxluq təşkil etdikləri Avropa
ölkələrində bu tendensiya özünü yüksək səviyyədə
göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı
Azərbaycan diaspor təşkilatları öz qüvvələrini
səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı
cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət
və qurumlar halında birləşmək baxımından dünya-
nın sivil nöqtələrindən biri olan Avropada mühüm
əhəmiyyət kəsb edir.
31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü bayramı dünyanın 70-dən çox
ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.
Həmrəylik günü Azərbaycan diasporu üçün ən
mühüm bayrama çevrilmiş, Yeni il isə ikinci pla-
na keçmişdir. Həmrəylik gününü hətta milliyyətcə
azərbaycanlı olmayıb, lakin Azərbaycanda do-
ğulub böyümüş, Azərbaycan əsilli diaspor
nümayəndələri də qeyd edirlər.
Azərbaycanlılar minilliklər boyu özlərinin
doğma torpağı olan tarixi Azərbaycan ərazisində
yaşayaraq
dünya
sivilizasiyasına
böyük
töhfələr vermişlər. Müharibələr, inqilablar,
hərbi münaqişələr, dünyada gedən müxtəlif ic-
timai-siyasi proseslər nəticəsində Azərbaycan
parçalanmış, azərbaycanlıların bir qismi öz
yurd-yuvalarından didərgin salınmış, deportasi-
yalara məruz qalmış, bir-birindən ayrı düşmüş-
dür. İş tapmaq, təhsil almaq məqsədilə doğma
yurdu tərk edərək başqa ölkələrdə qərar tutub
yaşayan azərbaycanlılar da vardır. Beləliklə də,
azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından
bütün dünyaya yayılmışlar. Hazırda onlar dün-
yanın bir çox ölkələrində yaşayırlar. Rusiyada,
Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər
ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Ame-
rikada, Şərq ölkələrində iri Azərbaycan icmaları
yaranmışdır.
SSRİ-nin son günləri, Azərbaycan millətinin,
Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir
tikanlı məftilləri qırması, özünü suya vurub öz
doğma qardaş bacısına qovuşmaları iki totalitar
dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-
bu taylı millətin həftələrlə Araz qırağında gecə-
gündüz birləşmək şüarı, azərbaycanlıların bir
millət olduğunu dünya çapında bir daha canlandır-
dı. Həmrəylik günü, bu birləşmək istəyinin simvo-
lik nişanıdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü-
nün əsası 1989-cu il dekabrın axırlarında Naxçı-
vanda, sərhədlərin (SSRİ-İran sərhədləri) dağılma-
sı zamanı qoyulmuş, Şimali və Cənubi Azərbaycan
arasındakı sərhəd dirəkləri dağıdılmışdı. Bu vaxt
İstanbulda türkdilli xalqların Konfransı keçi-
rilirdi. Konfransda dünya azərbaycanlılarının
həmrəyliyinin qeyd olunmasına qərar verilmişdi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Heydər Əliyev
dünya azərbaycanlılarının birliyini yaratmağın
əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya
Azərbaycanlılarının Həmrəylik Günü elan etmiş,
beləliklə, bütün azərbaycanlılar üçün əziz olan bu
gün bütün dünyada bayram edilir.
Dostları ilə paylaş: |