31
385
Bu bölmədə 2016-ci ildə qeyd olunacaq, lakin tarixi
•
dəqiq bilinməyən yubileylər haqqında məlumat əldə
edəcəksiniz.
ƏLA
VƏLƏR
Nizami yaradıcılığa lirika ilə başlamış, öz lirik əsərləri ilə qüdrətli bir sənətkar kimi
tanındıqdan sonra yaradıcılıq meydanını genişləndirmiş, lirik və epik ünsürlərin sıx
vəhdətindən yaranmış olan, həmçinin daha böyük lövhələr, zəngin fikirlər ifadə etməyə
imkan verən poemalarını yazmışdır. Böyük şair poemaları ilə yanaşı bütün yaradıcılığı
dövründə lirik şeirlər yazmaqda davam etmiş, hətta öz yaradıcılığına Azərbaycan lirik
poeziyasının ən gözəl nümunələrindən olan məşhur “Qocalıq” şeiri ilə yekun vurmuş-
dur.
Məşhur “Qocalıq” qəsidəsində onun yazılma tarixinə aid konkret bir işarə olmasa
da, oradakı bir çox işarələr göstərir ki, bu şeir şairin axırıncı əsərlərindən biridir.
Bəşər tarixində unudulmaz adlar, dünyaya son dərəcə böyük mənəvi sərvətlər vermiş
dahilər vardır: Dante, Şekspir, Şiller, Puşkin, Balzak, Tolstoy, Qorki… Onlar yaradı-
cılıqlarında öz dövrlərini bütünlüklə əks etdirərək cəmiyyət üzvlərini mənəvi tələbləri
olan humanizmə, yüksək mənəviyyata və yaxşı əməllərə səsləmişlər. Əsərləri ilə Şərq
bədii fikri tarixində yeni səhifə açmış, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin də adı bu ədəbiyyat ustadları ilə yanaşı zirvədə durur.
875 il
1141-1209
Nizami Gəncəvi
386
Milli ədəbiyyat
Şair, mütəfəkkir Əfzələddin İbrahim ibn Əli Nəccar Şirvaninin (Xaqani
Şirvani) (1126-1199) anadan olmasının 890 illiyi
Dünya şöhrətli şair və mütəfəkkir Gəncəvi İlyas Yusif oğlunun (tam adı
Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) (Nizami Gəncəvi) (1141-1209)
anadan olmasının 875 illiyi
Şair, görkəmli mütəfəkkir Şah Qasim Ənvarın (tam adı Seyyid Əli bin Harun
bin Əbülqasim Hüseyni Təbrizi) (1356-1433) anadan olmasının 660 illiyi
Şair Mirzə Məhəmmədəli Mirzə Əbdürrəhim oğlunun (Saib Təbrizi) (1601-
1676) anadan olmasının 415 illiyi
Şair Şıxızadə Kazım ağa Şıxı ağa oğlunun (1781-1842) anadan olmasının 235
illiyi
Şair Mirzəyev Rəhim bəy Mirzə Məmmədbağır oğlunun (Mirzə Rəhim Fəna)
(1841/44-1929) anadan olmasının 175 illiyi
Şair Sədrəddinbəyov İsmayıl bəy Hacı Məhəmməd oğlunun (Nakam) (1841-
1906) anadan olmasının 175 illiyi
Şairə Fatma xanım Kəminə Mirzə Bəybaba Fəna qızının (1841-1898) anadan
olmasının 175 illiyi
Yazıçı, jurnalist, teatr tənqidçisi Qasımov Hacı İbrahim oğlunun (1886-1936)
anadan olmasının 130 illiyi
Şair, publisist, dramaturq Şamçızadə Əli Yəhya oğlunun (Əli Razi) (1886-
1938) anadan olmasının 130 illiyi
Ədəbiyyatşünas alim, folklorşünas, tənqidçi Zeynallı Məmmədhənəfi (Hənəfi)
Baba oğlunun (1896-13.10.1937) anadan olmasının 120 illiyi
Şair Yusifzadə Əbdülbaqi Yusif oğlunun (Fövzi) (1901-10.01.1956) anadan
olmasının 115 illiyi
Şair Seyid Məhəmmədhüseyn Behcət Təbrizinin (Seyid Məmmədhüseyn
Şəhriyar) (1906/07-18.09.1988) аnаdаn оlmаsının 110 illiyi
İranlı şairə Pərvin xanım Ehtisaminin (1906-1941) anadan olmasının 110
illiyi
Şair, dramaturq, tərcüməçi Əyyubov Tələt Ömər oğlunun (1916-21.02.1977)
anadan olmasının 100 illiyi
Folklor
Anadolu Türk aşığı Qaracaoğlanın (1606-1674) anadan olmasının 410 illiyi
Aşıq Haqverdiyev Alı Mirzə oğlunun (Aşıq Alı) (1801-1911) anadan olmasının
215 illiyi
Aşıq Pərinin (1811-1847) anadan olmasının 205 illiyi
2016
Əlavələr
395
394
392-393
399
396
397
398
400
401
387
403
Aşıq Ələsgər Alməmməd oğlunun (Aşıq Ələsgər) (1821-07.03.1926) anadan
olmasının 195 illiyi
Şair-aşıq Əliyev Hüseyn Mikayıl oğlunun (Aşıq Hüseyn Cavan) (1916-
14.11.1985) anadan olmasının 100 illiyi
Dünya ədəbiyyatı
Türk yazıçısı, publisist Şinasi İbrahimin (1826-13.09.1871) anadan olmasının
190 illiyi
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
Qədim Şərq rəssamı Nəqqaş Maninin (216-274 (276)) anadan olmasının 1800
illiyi
Əməkdar incəsənət xadimi, rəssam Məmmədov Hafiz Məmməd oğlunun
(1921-1995) anadan olmasının 95 illiyi
Musiqi.Opera.Balet
Şərqin böyük musiqiçisi və musiqişünası Səfiəddin Əbdül Mömin ibn Yusif
ibn Faxir əl-Urməvinin (1216-1294) anadan olmasının 800 illiyi
Xanəndə, teatr xadimi Məmmədov Mirzə Muxtar Mirzə Əli Əsgər oğlunun
(1841-16.01.1929) anadan olmasının 175 illiyi
Xanəndə Zülalov Əbdülbağı Kərbəlayı Əli oğlunun (Bülbülcan) (1841-
08.1927) anadan olmasının 175 illiyi
Tarzən, müasir Azərbaycan tarının yaradıcısı Sadıq Əsəd oğlunun (Sadıqcan)
(1846-1902) anadan olmasının 170 illiyi
Tarzən Haqverdiyev Məşədi Zeynalın (1861-1918) anadan olmasının 155
illiyi
Xanəndə Abdullayev Ələsgər Baba oğlunun (Şəkili Ələsgər) (1866-01.04.1929)
anadan olmasının 150 illiyi
Qarmon ifaçısı Kərbəlayı Lətif Hüseyn oğlunun (1876-06.12.1944) anadan
olmasının 140 illiyi
Balaban ifaçısı Mövsümov Məhərrəm Ağabala oğlunun (1916-04.10.1957)
anadan olmasının 100 illiyi
Xanəndə Haşımov Bakir Musa oğlunun (1926-1989) anadan olmasının 90
illiyi
Teatr.Kino
Görkəmli aktyor və rejissor Xələfov Hüseynbala Məmməd oğlunun (Hüseyn
Ərəblinski) (1881-17.03.1919) anadan olmasının 135 illiyi
Siyasət.Hərbi iş
Dövlət xadimi, böyük sərkərdə Cavanşir Varaz Qriqor oğlunun (Cavanşir)
(616-680/81) anadan olmasının 1400 illiyi
Dövlət xadimi, diplomat, sərkərdə və Quba xanı Fətəli xan Hüseyn Əli xan
oğlunun (1736-1789) anadan olmasının 280 illiyi
404
405
402
406
407
388
Təbriz üsyanının rəhbərlərindən biri Bağır xanın (1861/62-1916) anadan
olmasının 155 illiyi
İctimai-siyasi və dövlət xadimi Yusifbəyli Nəsib bəy Yusif oğlunun (1881-
31.05.1920) anadan olmasının 135 illiyi
Diplomat Şahtaxtinski Behbud ağanın (1881-30.05.1924) anadan olmasının
135 illiyi
Dövlət xadimi Heydərov Nəzər Heydər oğlunun (1891-30.12.1968) anadan
olmasının 125 illiyi
Görkəmli elm və dövlət xadimi, professor Seyidov Həsən Əli oğlunun (1906-
08.06.1999) anadan olmasının 110 illiyi
Tarix
Tarixçi Mir Yəhya əl Hüseyni Qəzvininin (1481-1555) anadan olmasının 535
illiyi
Görkəmli tarixçi Bəhmən Mirzə Qacarın (1811-1884) anadan olmasının 205
illiyi
Fəlsəfə.Din
Qədim yunan filosofu və alimi Aristotelin (Ərəstun) (e.ə. 384-322) anadan
olmasının 2400 illiyi
Fəlsəfə.İqtisadiyyat
Neft maqnatı, milyonçu Əsədullayev Şəmsi Əsədulla oğlunun (1840/41-
21.04.1913) anadan olmasının 175 illiyi
Neftçi, qazma sahəsində mütəxəssis, Əməkdar mühəndis Rüstəmov Nəbi
Rüstəm oğlunun (1911-1964) anadan olmasının 105 illiyi
Mədəniyyət.Maarif.Təhsil
Alim və mütəfəkkir Naxçıvani Həsən İbn Ömərin (Şeyx Həsən Naxçıvani
Bulquri və ya Təbrizi kimidə tanınmışdır) (1206-1298) anadan olmasının 810
illiyi
Publisist, şərqşünas, pedaqoq, ictimai xadim Şahtaxtlı (Şahtaxtinski)
Məhəmməd ağa Məhəmmədtağı Sultan oğlunun (Məhəmməd ağa Şahtaxtinski)
(1846-12.12.1931) anadan olmasının 170 illiyi
Maarifpərvər ziyalı, kitabşünas alim və ictimai xadim Naxçıvani Hacı
Məhəmməd Hacı Abbas oğlunun (1881-1963) anadan olmasının 135 illiyi
İlk azərbaycanlı ziyalı qadınlardan biri Şahtaxtinskaya Leyla İsa Sultan qızının
(1886-1907) anadan olmasının 130 illiyi
Dilçi, filologiya elmləri doktoru, professor Bayramov Hüseyn Abbas oğlunun
(1916-04.11.1982) anadan olmasının 100 illiyi
409
410
408
389
411
Coğrafiya.Geologiya
Geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar mühəndis
Əliyev Ağa Qurban oğlunun (1911-1997) anadan olmasının 105 illiyi
Riyaziyyat.Fizika.Astronomiya
Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Şirinov
Xanlar Cəbrayıl oğlunun (1906-) anadan olmasının 110 illiyi
Kimya.Biologiya.Tibb
Təbiətşünas alim, təbib, filosof, musiqiçi Şirazi Qütbəddin Mahmud ibn
Məsudun (1236-1321) anadan olmasının 780 illiyi
Azərbaycanda ilk nəbatat alimi Ağamirov Mirmusa Haşim oğlunun (1886-
1947) anadan olmasının 130 illiyi
Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Əməkdar həkim
Axundova-Bağırbəyova Sona Əbdül qızının (1896-1982) anadan olmasının
120 illiyi
Baytarlıq və biologiya elmləri doktoru, professor Əhmədov Əmir Məmmədbağır
oğlunun (1926-1990) anadan olmasının 90 illiyi
Kitabxanaşünaslıq.Biblioqrafiya
Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanasının (1921)
yaradılmasının 95 illiyi
Polis Akademiyasının Ümumi kitabxanasının (1921) yaradılmasının 95 illiyi
Bakı Musiqi Akademiyasının kitabxanasının (1921) yaradılmasının 95 illiyi
M.Əzizbəyov adına kütləvi kitabxananın (Nəsimi rayon MKS) (1921)
yaradılmasının 95 illiyi
Buzovna qəsəbə kütləvi kitabxanasının (Xəzər rayon MKS-nin 3 saylı filialı)
(1926) yaradılmasının 90 illiyi
A.A.Bakıxanov adına Əmircan (Suraxanı rayon MKS-nin 1saylı filialı) qəsəbə
kütləvi kitabxanasının (1926) yaradılmasının 90 illiyi
M.Ə.Sabir adına Balaxanı qəsəbə kütləvi kitabxanasının (Sabunçu rayon
MKS-nin 11 saylı filialı) (1936) yaradılmasının 80 illiyi
Nizami adına Ədəbiyyat İnstitutunun kitabxanasının (1936) yaradılmasının 80
illiyi
Nəsimi adına Dilçilik İnstitutunun kitabxanasının (1936) yaradılmasının 80
illiyi
Binəqədi qəsəbə uşaq kitabxanasının (Binəqədi rayon MKS-nin 7 saylı filialı)
(1951) yaradılmasının 65 illiyi
Şahbuz rayon Mərkəzi kitabxanasının (1951) yaradılmasının 65 illiyi
Zirə qəsəbə kütləvi kitabxanasının (Xəzər rayon MKS-nin 4 saylı filalı) (1956)
yaradılmasının 60 illiyi
390
A.P.Çexov adına kütləvi kitabxananın (Nərimanov rayon MKS-nin 1saylı
filialı) (1956) yaradılmasının 60 illiyi
A.Şaiq adına Maştağa qəsəbə uşaq kitabxanasının (Sabunçu rayon MKS-nin
13 saylı filialı) (1956) yaradılmasının 60 illiyi
T.Şahbazi adına kütləvi kitabxananın (Nərimanov rayon MKS-nin 3 saylı
filialı) (1961) yaradılmasının 55 illiyi
Sumqayıt Dövlət Universitetinin kitabxanasının (1961) yaradılmasının 55
illiyi
Azərbaycan Dövlət İqtisad Universitetinin kitabxanasının (1966)
yaradılmasının 50 illiyi
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976) yaradılmasının
40 illiyi
Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976) yaradılmasının
40 illiyi
Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976) yaradılmasının
40 illiyi
Mingəçevir Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1956-cı ildə
yaranan M.P.Vaqif adına şəhər mərkəzi kitabxanası əsasında) (1976)
yaradılmasının 40 illiyi
Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976) yaradılmasının
40 illiyi
Babək rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976) yaradılmasının
40 illiyi
N.Gəncəvi adına Naftalan şəhər kitabxanasının (1981) yaradılmasının 35
illiyi
Naxçıvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1981) yaradılmasının
35 illiyi
Bakı şəhəri H.Cavid adına kütləvi kitabxananın (Binəqədi rayon MKS 4 saylı
filial) (1981) yaradılmasının 35 illiyi
Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (1991) yaradılmasının
25 illiyi
Bakı şəhəri Nizami rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1991)
yaradılmasının 25 illiyi
Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1991) yaradılmasının
25 illiyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tədris Mərkəzinin
kitabxanasının (2001) yaradılmasının 15 illiyi
Tarixdə bu gün
Mömünə Xatun türbəsinin inşasının (Naxçıvan, 1186) 830 illiyi
Gəncə sənətkarlarının və şəhər yoxsullarının üsyanı (1231) baş vermişdir.
Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsinin (1501-1524)
412
391
515 illiyi
Şah Abbas məscidinin (Cümə Məscidi) inşa edilməsinin (1606) 410 illiyi
Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin
təməli qoyulmasının (1501) 515 illiyi
İlk telefon aparatının ixtirasının (1876, A.Q.Bell) 140 illiyi
Zaqafqaziyada Qori Müəllimlər Seminariyasının (1876) yaradılmasının 140
illiyi
“Kaspi” qəzetinin (1881) nəşr edilməsinin 135 illiyi
Bakı Vaqon Təmiri zavodunun (1891) yaradılmasının 125 illiyi
İlk Beynəlxalq Nobel mükafatının verilməsinin (1901) 115 illiyi
Bakı kommersiya məktəbinin yaradılmasının (1901) 115 illiyi
“Orucov Qardaşları” mətbəə-nəşriyyatının (1906-1917) yaradılmasının 110
illiyi
“Bakinskiy raboçiy” qəzetinin (05.1906) nəşr olunmasının 110 illiyi
“Nicat” maarif cəmiyyətinin yaradılmasının (1906) 110 illiyi
“Məktəb” ədəbi, elmi jurnalın nəşr olunmasının (1911) 105 illiyi
“Ölülər” əsərinin Bakıda ilk dəfə səhnəyə qoyulmasının (1916) 100 illiyi
Bakı Azad Tənqid-Təbliğ Teatrının (1921) yaradılmasının 95 illiyi
Beynəlxalq Yazıçılar Birliyi - “PEN-KLUB”un yaradılmasının (1921) 95
illiyi
Bakı Rabitə Elektrotexnikumunun (2002-ci ildən Bakı Dövlət Rabitə və
Nəqliyyat Kolleci) (1931) təsis edilməsinın 85 illiyi
Şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik
orkestri (1931) yaradılmasının 85 illiyi
Azərbaycan Kukla Teatrının (1931) təşkil edilməsinin 85 illiyi
Azərbaycan Milli İncəsənət Muzeyinin (1936) yaradılmasının 80 illiyi
Bakı Zərgərlik zavodunun (1936) yaradılmasının 80 illiyi
Bakı Biskvit Fabrikinin (1941) istifadəyə verilməsinin 75 illiyi
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin
(1946) yaradılmasının 70 illiyi
Bülbülün ev-muzeyinin yaradılmasının (1976) 40 illiyi
Hüseyn Cavidin ev-muzeyinin yaradılmasının (1981) 35 illiyi
“Azərbaycan-İrs” mədəni-maarifçilik yönümlü jurnalın (1996) çap olunmasının
20 illiyi
Teleqramların poçt şöbələrində kompüter şəbəkəsi vasitəsilə ötürülməsinə
başlanmasının (05.2001) 15 illiyi
YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın paytaxtı Bakıda yerləşən
qeyri-kommersiya təşkilatı təsis edilmişdir (2011)
413
414-415
416
416
417
392
Milli ədəbiyyat
Nizami Gəncəvi
1141-1209
875
illiyi
2016
İlyas Yusif oğlu Nizami Gəncəvi (tam adı
Cəmaləddin İlyas ibn Yusif) 1141-ci ildə Gəncə
şəhərində anadan olmuşdur.
Təhsilini Gəncə mədrəsəsində almış, daha
sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini
mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq
xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından
bələd olmuşdur. Ana dili ilə yanaşı o dövrün elm
dili olan ərəb dilini və şeir dili olan fars (dəri) dilini
mükəmməl öyrənmiş, dövrünün kamil bir aliminə
çevrilmişdir. Buna görə də müasirləri onu “hər
şeyi kamil bilən alim” anlamına gələn “Həkim”
adlandırırdılar.
Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə
məsnəvi formasında fars dilində yazdığı 5 poema-
dan ibarət “Xəmsə” (“Beşlik”) (“Sirlər xəzinəsi”,
“Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi
gözəl”, “İsgəndərnamə”) müəllifi kimi daxil ol-
muşdur.
“Məxzənül-əsrar” (“Sirlər xəzinəsi” 1176-
1178) adlı ilk poeması şairə böyük şöhrət qazan-
dırmışdır. Yaxın və Orta Şərq ədəbiyyatında di-
daktik poema janrının ən qiymətli nümunəsi olan
bu əsər şairin yaradıcılığında epik şeir sahəsində
ilk qələm təcrübəsi idi. Şairin ədalətli insan
cəmiyyəti, əməksevərlik, verilən sözün üstündə
durmaq, rəhmli olmaq, qızıla nifrət, həqiqi dost-
luq haqqında ictimai-əxlaqi fikir və düşüncələri bu
əsərdə öz əksini tapmışdır.
Xəmsənin ikinci poeması olan “Xosrov və Şi-
rin” poemasını 1180-ci ildə bitirmişdir. Nizami
bu əsəri Atabəy Şəmsəddin Məhəmməd Cahan
Pəhləvan Eldəgizə (1173-1186) ithaf etmişdir. Ca-
han Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl
Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə
görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə
Həmdünyan adlı bir kənd bağışlamışdır.
Nizami Şirvan hökmdarı I Axistanın sifarişi ilə
1188-ci ildə “Leyli və Məcnun” poemasını yaz-
mış, Yaxın və Orta Şərq xalqları arasında geniş
yayılmış məhəbbət əfsanəsini ilk dəfə ədəbiyyata
gətirmiş, vicdan və sevgi azadlığı haqqında ölməz
bir dastan yaratmışdır. Şair bu poemada ülvi sevgi-
ni təsvir etməklə yanaşı qadın hüquqsuzluğundan,
qadının əşya kimi satılıb-alınmasından, feodal
adət-ənənələrindən söhbət açmış, insan adını uca
tutmağa, ali məqsədlərə qulluq etməyə, mərd və
mübariz olmağa çağırmışdır.
Nizami Ağsunqurlar sülaləsindən olan Marağa
hakimi Əlaəddin Körpə Arslana həsr etdiyi “Yeddi
gözəl” poemasını 1197-ci ildə yazmışdır. Nəhayət,
ömrünün sonlarına yaxın bütün ədəbi-estetik,
ictimai-fəlsəfi görüşlərini, mütərəqqi ideyalarını
yekunlaşdırdığı “İsgəndərnamə” (təqr. 1203) po-
emasını qələmə almışdır.
Əsərlərindən məlum olur ki, şair böyük divan
yaratmış, qəzəl və qəsidələr müəllifi kimi tanın-
mışdır. Lakin Şərq təzkirəçilərinin 20 min beyt
həcmində olduğunu qeyd etdikləri bu divandakı
şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çat-
mışdır. Bütün yaradıcılığı boyu lirik şeirlər yaz-
mış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi
ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şeirlərində
ifadə etmişdir.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək
meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi
qətiyyətlə rədd edən bu şairin qəhrəmanları
içərisində türk, fars, ərəb, çinli, hindli, zənci,
yunan, gürcü və s. xalqların nümayəndələrinə
rast gəlmək olar. Hümanist şair müxtəlif dinlərə
mənsub bu qəhrəmanların heç birinin milliyətinə,
dini görüşlərinə qarşı çıxmamış, onun qəhrəmanları
ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrun-
da mübarizə aparmışdır. İnsan şəxsiyyətinə, in-
Şair
393
san əməyinə ehtiram şairin yaradıcılığının aparıcı
mövzularındandır.
Nizami əsərlərini fars dilində yazmış, bu əsərlər
dünyanın bir çox xalqlarının dilinə tərcümə olun-
muşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir
çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı,
Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli,
London, Paris və s.) məhşur kitabxana, muzey və
əlyazmaları fondlarında qiymətli incilər kimi qo-
runub saxlanılır.
Şair 1209-cu il mart ayının 12-də vəfat etmiş-
dir. Bu tarix qəbir daşı üzərində qeyd edilmişdir.
Əsrlər uzunu xalq kütlələri tərəfindən əziz və
müqəddəs sayılaraq mühafizə edilən Nizami qəbri
üzərində möhtəşəm məqbərə tikilmişdir.
XX əsrin 70-ci illərində respublikamızda
klassik ədəbi irsimizin öyrənilməsi baxımından
tamamilə yeni mərhələ başlamış, həmin mərhələ
bilavasitə xalqımızın ümummilli lideri Heydər
Əliyevin adı ilə bağlı olmuşdur. Məhz Ulu
Öndərin təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın
böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin
öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşı-
laşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yan-
var tarixli qərar bu istiqamətdə qarşıya kompleks
vəzifələr qoyaraq dahi şairin irsinin və ümumən
orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli
araşdırılması üçün geniş perspektivlər açmışdır.
1981-ci ildə şairin 840 illik yubileyi Azərbaycan
Respublikasının rəhbəri Heydər Əliyevin diqqəti
və cəsarətli mövqeyi sayəsində sovetlər birli-
yi məkanında böyük təntənə ilə qeyd olunmuş,
həmin ərəfədə Məqbərənin milli üslubda yenidən
qurulması və onun ətrafındakı ərazini abadlaş-
dırmaq haqqında qərar verilmişdir. 1991-ci ildə
YUNESKO-nun təşəbbüsü ilə Nizami Gəncəvinin
anadan olmasının 850 illik yubileyi dünya miqya-
sında qeyd olunmuşdur. Mədəniyyət və incəsənətə
daim qayğı və diqqət göstərən ümummilli lideri-
miz Heydər Əliyev 2000-ci ildə Avstriyaya rəsmi
səfər edən zaman Xəmsənin bərpası barədə tapşı-
rıq vermiş, 2002-ci ildən bərpa olunan “Xəmsə”nin
əlyazması əsasında 2008-ci ildə multimedia dis-
kinin təqdimatı keçirilmişdir. Əlyazmanın üzü
XVII əsrdə Dust Məhəmməd ibn Dərviş Dərəxtiçi
tərəfindən köçürülmüş, mətn XV əsrdə geniş ya-
yılan nəstəliq xətti ilə yazılmışdır. “Xəmsə”yə
çəkilən ilkin miniatürlər də bu əsrə təsadüf edir.
Dahi şairin irsinin öyrənilməsinə diqqət və qayğı
bu gün də Prezident İlham Əliyev tərəfindən uğur-
la davam etdirilir. 2011-ci ildə dahi şairin anadan
olmasının 870 illik yubileyini dövlət səviyyəsində
qeyd etmək üçün Azərbaycan Respublikasının pre-
zidenti İlham Əliyev 30 dekabr 2011-ci il tarixində
xüsusi Sərəncam vermişdir. Həmin sərəncamda
N.Gəncəvinin yaradıcılığı “bəşər bədii fikrinin
nadir hadisəsi” kimi qiymətləndirilmiş, onun 870
illik yubileyini ölkə miqyasında geniş qeyd etmək
üçün əlaqədar nazirlik və təşkilatlara, Gəncə şəhər
icra hakimiyyətinə tapşırıq verilmişdir. Təbii ola-
raq, şairin yubileyi ilə əlaqədar ən genişmiqyaslı
tədbirlər onun vətəni Gəncə şəhərində həyata ke-
çirilmişdir. İlk növbədə dahi Nizaminin Məqbərə
kompleksi yenidən təmir edilmiş, ətrafında ge-
niş park salınmış, burada “Nizami Gəncəvi
Mərkəzi”nin bünövrəsi qoyulmuş, açıq havada
muzey yaradılmış, Azərbaycan Milli Elmlər Aka-
demiyasının Gəncə Regional Mərkəzində “Nizami
İnstitutu” təsis olunmuş, “Nizami Gəncəvi” adlı
jurnal nəşrə başlamış, silsilə elmi-praktik konf-
ranslar keçirilmiş, təhsildə fərqlənən tələbələrə
“Nizami adına təqaüd” təsis edilmiş, “Xəmsə” ba-
ğında yenidənqurma işləri aparıldıqdan sonra bu-
rada şairin şəhərdə ikinci heykəli ucaldılmışdır.
20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma
şəhərində Heydər Əliyev Fondunun dəstəyi və
Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə
Roma şəhərindəki məşhur “Villa Borghese” par-
kında Nizami Gəncəvinin abidəsinin açılışı olmuş-
dur. 2014-cü il yanvarın 21-də Gəncədə Heydər
Əliyev Fondunun dəstəyi ilə Nizami Gəncəvi Mu-
zeyi inşa olunmuş,. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev muzeyin açılışında iştirak
etmişdir.
Dostları ilə paylaş: |