Ə d ə b i y y a t
Səfərova, Z. Səfiəddin
Urməvi /Z.Səfərova;
Azərbaycan EA,
Memarlıq və İncəsənət
İnstitutu.-Bakı: Ergün,
1995.-160 s.
Azərbaycan di-
asporunun tarixi
şəxsiyyətlərindən
Səfiəddin Urməvi
//Olaylar.-2013.- 5
sentyabr.- S.15.
“Musiqi səmasında par-
laq bir ulduz...”: Şərqin
məşhur musiqi bilicisi
Urməvi //Azadlıq.-
2012.- 3 noyabr.- S.14.
Sultanova, M. Səfiəddin
Urməvi fenomeni
/M.Sultanova
//Mədəniyyət.- 2012.- 18
yanvar.- S.13.
İ n t e r n e t d ə
www.anl.az
www. adam.az
800
illiyi
Musiqişünas
404
Musiqi.Opera.Balet
170
illiyi
Sadıqcan
1846-1902
2016
Mirzə Sadıq Əsəd oğlu Sadıqcan
1846-cı ildə Şuşa şəhərində, kasıb bir
ailədə anadan olmuşdur. Bütün şuşalı-
lar kimi Sadıq da kiçik yaşlarından öz
gücünü xalq mahnılarının və muğam-
larımızın ifası sahəsində sınamışdır.
Mirzə Sadığı o vaxt Şuşada seçilib-
sayılan müəllimlərdən biri Xarrat Qulu
Məhəmməd oğluna şagird vermişlər.
On səkkiz yaşında səsini itirsə də,
ustasının yanında qazandığı biliklər
Mirzə Sadıqın gələcək fəaliyyətində
müstəsna rol oynamışdır. Bundan son-
ra o, tütək, ney, kamança və tar çalma-
ğı öyrənmişdir. Bunların hamısında öz
gücünü sınayandan sonra tarın üzərində
dayanmışdır.
Mirzə Sadıq Mirzə Əli Əskərin an-
samblında ikinci rolda olan kaman-
ça çalırmış. Lakin bir dəfə müəllimi
xəstələnir və Sadıq tarda çalıb öz fe-
nomenal bacarıqını nümayiş etdirmək
imkanı tapır. Mirzə Sadıq Şuşadakı
məşhur ədəbi və musiqili məclislərin
işində fəal iştirak etmişdir.
Onu xalq arasında Sadıqcan çağı-
rırdılar. Mirzə Sadıq əvvəlcə kamança
ifaçısı Ata Bağdagül oğlu ilə birlikdə
Şərqin böyük müğənnisi Hacı Hüsü-
nü müşaiyət etmişdir, sonra isə Şu-
şalı xanəndə Məşədi İsinin üçlüyünə
keçmişdir. 1880-ci ildə onu üçlüyün
tərkibində İrana - Təbrizə, Nəsrəddin
şahın oğlu Müzəffərəddin Qacar
Mirzənin toy məclisinə dəvət etmişlər.
Toyda çox sənətkarlar çalıb-oxuyur, la-
kin Hacı Hüsü ən yaxşı xanəndə, Sa-
dıqcan isə ən gözəl tarzən sayılaraq,
fəxri “Şiri-Xurşid” ordeni ilə təltif olu-
nurlar.
Sadıqcan qısa bir müddətdə bütün
Qafqazın birinci tarzəni olmuşdur. Sa-
dıqcana qədər tarı diz üstündə çalırdılar.
O, özünün virtuoz bacarığından istifadə
edərək, ilk dəfə tarı sinəsinə qaldırdı.
Mirzə Sadıq həmçinin tarın simlərini
çoxaldaraq
onların
yerləşməsini
dəyişdi. Bundan başqa o, həm də ta-
rın çanaq quruluşunu dəyişərək, onun
möhkəmliyini artırmaqla alətin ümu-
mi çəkisini azaltmış oldu. Sadıqcanın
rekonstruksiyasına qədər tarın 5 simi
vardı. Simlərin sayını on birə çatdırdı,
artıq tonları götürüb, tarda cəmisi 17
ton saxladı. Musiqiçilər bundan sonra
yeniləşmiş tarı “möcüzə”, Sadıqcanı isə
“tarın atası” adlandırmağa başladılar.
Tarzən 1901-ci ildə Şuşada təşkil
olunmuş Birinci Şərq konsertində işti-
rak etmişdir. Orada ilk dəfə tarda “Ma-
hur” muğamını tək, solo ifa etmişdir.
Mirzə Sadıq Əsəd oğlu Sadıqcan
1902-ci ildə doğma şəhəri Şuşada vəfat
etmişdir.
Ə d ə b i y y a t
Şuşinski, F. Sadıq-
can /F.Şuşinski; tərt.
ed., nəşrə haz. və ön
sözün müəl. A.Kənan;
elmi məsl. A.Paşayev;
red. M.Teymur.- Bakı:
Azərnəşr, 2007.- 124 s.
Xəlilzadə, F. Naleyi-ney,
nəğmeyi-tar /F.Xəlilzadə
//Mədəniyyət.-2012.- 6
iyul.- S. 13.
Quliyev, R. Azərbaycan
milli musiqi aləti -
tarın formalaşması və
təkmilləşməsində Mirzə
Sadıq Əsədoğlunun rolu
/R.Quliyev //Musiqi dün-
yası .-2012.- №3/52.-
S.137-139.
Paşazadə, S. Sadıqcan
və Azərbaycan musiqi
sənəti /S.Paşazadə
//Mədəni həyat.-2012.-
№12.- S.61-63.
Sarıyeva, İ. Tarı diz
üstdən sinəyə qaldı-
ran virtuoz musiqiçi
- Sadıqcan... /İ.Sarıyeva
//Bakı xəbər.-2014.- 26
noyabr.- S.15.
www.anl.az
www.az.wikipedia.org
Tarzən
405
Aktyor
Teatr.Kino
135
illiyi
Hüseyn Ərəblinski
1881-1919
2016
Hüseyn Məmməd oğlu Xələfov
(Hüseyn Ərəblinski) 1881-ci ildə
Bakı şəhərində anadan olmuş-
dur. Tam adı Hüseynbala, soyadı
Xələfovdur. Təxəllüsünü general Ba-
lakişi Ərəblinskidən götürmüşdür. İlk
təhsilini mollaxanada alan gələcəyin
görkəmli aktyoru maddi çətinliklə
əlaqədar məktəbi buraxmağa məcbur
olmuşdur. Yoxsul uşaqlarının məktəbə
götürülməsinə şərait yaradan Həbib
bəy Mahmudbəyov gənc Hüseynin də
özünün müəllim işlədiyi “Üçüncü rus-
tatar” məktəbinə qəbul edilməsinə yar-
dım etmişdir.
Hüseyn Ərəblinskinin teatr sənətinə
gəlişinin səbəbkarı da məhz Həbib bəy
olmuşdur. O, Cahangir Zeynalovla birgə
Mirzə Fətəli Axundovun əsərlərindən
birini tamaşaya qoymaq istərkən epi-
zodik rollar üçün aktyor tapmamış
və bu işə Hüseyn də daxil olmaqla öz
şagirdlərini cəlb etmişdir. Səhnəyə ilk
dəfə 16 yaşında çıxmış, “Lənkəran xa-
nının vəziri”ndə mehtəri oynamışdır.
Ona bu rolu tapşıran Cahangir Zeynalov
aktyorun istedadına heyran qalmışdır.
1897-ci ildən 1900-cü ilədək yalnız
kiçik rollarda çıxış edən aktyor teatr-
dakı uğurları 1903-1904-cü illərdə ya-
radılan Müsəlman Artistləri Cəmiyyəti
ilə sıx bağlıdır. Belə ki, 1905-ci ildə
Lənkərana qastrol zamanı “Müsibəti-
Fəxrəddin” tamaşasında əsas rolu oy-
nayacaq aktyor qəflətən xəstələnir.
Məcburiyyət qarşısında qalan truppa
rəhbərliyi bu rolu Hüseynə tapşırır. Bu
rolu böyük məharətlə oynayan Hüseyn
Ərəblinski çox keçmədən istedadlı akt-
yor kimi tanınmağa başlayır. Şöhrətin
zirvəsinə Otello roluyla yüksəlmiş
Ərəblinskini “ürək və zəka sənətkarı”
adlandırıblar. Gur səsi, boy-buxunu,
yaraşığı və əlbəttə, fitri istedadı onun
səhnə uğurunda az rol oynamayıb.
Aktyor “Nicat” Teatr Cəmiyyətində
baş rejissor kimi fəaliyyət göstərmiş
və teatr mühitində bir sıra yeniliklərə
imza atmışdır. O, əldə bilet satmağı,
qapı-qapı gəzib tamaşaçı toplama-
ğı qadağan etmiş, aktyorlara məvacib
müəyyənləşdirmiş, mövhumatı təbliğ
edən əsərləri repertuardan çıxarmışdır.
Bir çox dünya klassiklərinin, eləcə də,
rus dramaturqlarının əsərlərini ilk dəfə
Azərbaycan səhnəsinə gətirən, 1908-
ci ildə “Leyli və Məcnun” operası-
nın ilk quruluşçu rejissoru da Hüseyn
Ərəblinski olmuşdur.
“Neft və Milyonlar Səltənətində”
filmi Ərəblinskinin çəkildiyi ilk və son
filmdir.
Hüseyn Ərəblinski 1919-cu il mart
ayının 17-də dayısı oğlu Əbdülxalıq
tərəfindən qətlə yetirilmişdir. Məzarı
Bakıdakı Fəxri Xiyabandadır.
Ə d ə b i y y a t
Hacıbabayev, A. Səhnə
andı: Hüseyn Ərəblinski
haqqında xatirələr
/A.Hacıbabayev; red.
Q.Məmmədli.-Bakı: Yazı-
çı, 1982.-126 s.
Məmmədov, M. Hüseyn
Ərəblinski: həyatı və ya-
radıcılığı /M.Məmmədov;
red. S.Hüseynova.-Bakı:
Azərnəşr, 1973.-59 s.
Cəbrayıloğlu, E.
Sənətkarların faciəli
taleyi //Ədalət.- 2013.-13
aprel.-S.9.
Elçin. Sənətkarın taleyi
(Ərəblinski) /Elçin
//Azərbaycan.- 2012.-
№11.- S.11-48.
Zümrüd. Bu gün Hüseyn
Ərəblinskinin xatirə
günüdür /Zümrüd //Səs.-
2011.- 17 mart.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.adam.az
406
Siyasət.Hüquq.Hərbi iş
1400
illiyi
2016
Cavanşir 616-cı ildə Mehranilər
nəslindən olan Varaz Qriqorun (638-642)
ailəsində anadan olmuşdur. Atası Meh-
rani Qriqor Varaz Girdman dövlətinin
ilk hakimi və bütün Albaniyanın knya-
zı olub. 638-ci ildə ərəb ordusu Sasani
dövlətinin paytaxtı Ktesifonu mühasirəyə
aldığı zaman Cavanşir 6 ay sasanilərin
tərəfində şəhərin müdafiəsində dayanıb.
Lakin Sasanilərin sonunun yaxınlaşdı-
ğını, Ərəb Xilafətinin isə gücləndiyini
görərək müqavimət göstərməyin fay-
dasız olduğunu dərk edərək Girdimana
qayıdıb.
Atası Qriqor Varazın vəfatından
sonra hakimiyyətə keçən Cavanşir
hökmdarlığın paytaxtını Partav (Bərdə)
şəhərinə köçürüb. Albaniya taxt-tacına
sahib duranda Cavanşirin cəmi 21 yaşı
var idi. Gənc olmasına baxmayaraq, o,
artıq tanınmış sərkərdə kimi Albaniya-
da və ondan çox-çox uzaqlarda kifayət
qədər məşhur idi. 637-ci ildən 681-ci
ilədək Alban dövlətini idarə etmiş, öz
ölkəsinin qüdrət və nüfuzunu qaldırma-
ğa müvəffəq olmuşdur.
667-ci ildə Dəməşqdə aparılan da-
nışıqlarda xəlifə Albaniyanın daxi-
li müstəqilliyini tanıyır. Bu o demək
idi ki, ərəb qoşunları Albaniyaya
yeridilməyəcək, Albaniyanın daxilində
heç bir işə qarışmayacaqlar. Əvəzində
Cavanşir hər il müəyyən məbləğdə ver-
gi ödəyəcək. Vətəninə qayıdan Cavan-
şir qısa zaman ərzində ölkənin həyatını
normallaşdırmağa nail olur. Albaniya iq-
tisadi baxımdan çox inkişaf edir. İri fe-
odalların hakimiyyətini məhdudlaşdıran
Cavanşir ölkəsində sabitlik yaratmağa
müvəffəq olur. Ölkədə yeni-yeni qa-
lalar tikilir (onlardan Cavanşir qalası
öz möhtəşəmliyi ilə seçilir), şəhərlərdə
yeni binalar inşa edilir.
Cavanşirin müsəlman xilafəti ilə
yaxınlaşması Azərbaycan tarixində,
ölkənin islamlaşması baxımından mü-
hüm rol oynayır. Bəlkə də xristian meyl-
li feodalların ona qarşı sui-qəsd hazırla-
maları da elə bununla şərtlənirdi.
Cavanşir həmin qəsd iştirakçıların-
dan birinin ona vurduğu ağır yaralardan
681-ci ildə vəfat etmişdir.
Cavanşir Azərbaycan tarixinə olduq-
ca çətin şəraitdə ölkənin müstəqilliyini
qoruyub saxlamış və möhkəmləndirmiş
sərkərdə və dövlət xadimi, özünün
ərəblər, xəzərlər, bizanslılarla qarşı-
lıqlı münasibətlərində ortaya çıxan
problemləri sülh və danışıqlar yolu ilə
yoluna qoymuş diplomat kimi daxil olub.
Cavanşir xüsusən özünün Xilafət və Bi-
zansla münasibətləri sayəsində Albani-
yanın maddi və mənəvi mədəniyyətinin
inkişafı üçün çox iş görmüşdür.
On üç əsrdən çox bir müddətdir ki,
Cavanşirin hünəri və xidmətləri xalqın
yaddaşında yaşamaqdadır. İsmayıllı ra-
yonu ərazisində VII əsrin yadigarı olan
Cavanşir qalası, alban hökmdarlarının
yay iqamətgahı kimi tanınan Girdiman
qalası, Cavanşirin təşəbbüsü ilə ora-
da tikilmiş müqəddəs Allah evi, onun
şəxsi feodal mülklərindən hesab edilən
Ağsu rayonu ərazisindəki Cavanşir
kəndi (ötən əsrin 50-ci illərində həmin
kənd köçürülərək yerində su anbarı ti-
kilib), Ağsu, İsmayıllı, Qəbələ və Oğuz
rayonları ərazisindəki bir sıra qədim
toponimlər də qüdrətli alban hökmda-
rının adının və xidmətlərinin bu günə
qədər yaşadığından və xalq tərəfindən
unudulmadığından xəbər verir.
Ə d ə b i y y a t
Səmədov, A. 100
böyük azərbaycanlı
/A.Səmədov; red.
Ə.Qurbanov.-Bakı:
Mütərcim, 2010.- S.13-
15.
Həbiboğlu, V. Türk
dünyasının qüdrətli
hökmdarları, xaqan-
ları, sərkərdələri /
Vəli Həbiboğlu; red.
S.Hüseynqızı; elmi red.
E.Əlibəyzadə.-Bakı,
1995.-K.I.- S.113-118.
Cəbiyev, Q. Cavanşir –
görkəmli dövlət xadimi,
cəsur sərkərdə, mahir
diplomat /Q.Cəbiyev
//Xalq qəzeti.-2014.- 13
aprel.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.adam.az
Sərkərdə
Cavanşir
616-680/81
407
Siyasət.Hüquq.Hərbi iş
280
illiyi
2016
Fətəli xan Hüseynəli xan oğlu 1736-
ci ildə Quba şəhərində anadan olmuşdu.
Fətəli xan öz dövrünün görkəmli dövlət
xadimi olmuşdur.
1758-ci ildə atası öldükdən sonra
iyirmi üç yaşında hakimiyyətə gələn
gənc Fətəli xan Quba, Dərbənd və Sal-
yan xanlıqlarını birləşdirməklə Şərqi
Qafqazın qüvvətli hökmdarı kimi tanın-
mışdır. Vahid Azərbaycan naminə 40 min
qoşun yaradan Fətəli xan Şamaxı,Şəki,
Bakı xanlıqlarını, Car-Balakən azad
cəmiyyətini və Ərəş sultanlığını it-
tifaqa çağırmışdır. Nadir şah Avşarın
öldürülməsindən sonra xırda xanlıqlara
bölünən Azərbaycaın müstəqil və abad
bir ölkə kimi görmək istəyən Fətəli
xan Qubalı ittifaqa gəlməyən xanlıqla-
rı birləşdirınək üçün silaha əl atmağa
məcbur olmuşdur.
Fətəli xan mərkəzi hakimiyyəti
möhkəmləndirmək məqsədilə ma-
hal
naiblərinin
hakimiyyətini
məhdudlaşdırdı, vergi toplanmasını ni-
zama saldı, xəzinənin gəlirini artırdı.
Fətəli xan hərbi işə ciddi yanaşırdı,onun
xeyli qoşunu var idi. O, qonşu xanlıq-
ların torpaqlarını ilhaq etmək yolu ilə
öz ərazilərini genişləndirmək istəyirdi.
Fətəli xanın bu siyasəti geniş miqyas
aldı və şimali-şərqi Azərbaycan torpaq-
larının birləşdirilməsi ilə nəticələndi.
1757-ci ildə Salyan xanlığı qubalıla-
rın hücumuna məruz qaldı və tutularaq
Quba xanlığına birləşdirildi.1759-cu
ildə Fətəli xan bir sıra şimali Qafqaz
hakimləri ilə birləşərək Dərbənd xanlı-
ğına yürüş etmişdi və noyabr ayında isə
şəhəri ələ keçirmişdi.
Dərbənddən sonra Fətəli xan
Baki xanlığını birləşdirmək siyasəti
yürütməyə başladı. 1766-cı ildə Bakı
xanlığı Qubadan asılı vəziyyətə düşdü.
1768-ci ildə Fətəli xanın qoşunu
Şamaxıya hücuma keçdi. Eyni vaxtda
Fətəli xanın müttəfiqi Şəki xanı da Şa-
maxıya hücum etdi.Şamaxılılar məğlub
oldu və birləşmiş qoşun Şamaxıya daxil
oldular.
1768-ci ildə Cavad xanlığı da Quba
xanlığından asılı vəziyyətə salınır.1780-
ci illərdə Fətəli xan dəfələrlə Qara-
bağ xanlığı üzərinə yürüş etsə də bu
yürüşlər uğursuz olmuşdu. O,1784-
cü ildə Azərbaycanın cənub xanlıq-
larına hücum etmişdir. O, Ərdəbil və
Meşini tutsada burada möhkəmlənə
bilməmişdi.1785-ci ildə Fətəli xan Şəki
xanlığını özünə tabe etmişdi. Talış və
Dağıstanın bir sıra torpaqları da ondan
asılı vəziyyətə düşdülər. 1788-ci ildə
Fətəli xan Gəncəyə daxil olur.
Lakin 1789-cu ilin martında Fətəli xan
qəflətən vəfat edir və onun Azərbaycan
torpaqlarını birləşdirmək siyasəti yarım-
çıq qalır.
Müasirləri Fətəli xanı mahir və is-
tedadlı dövlət xadimi kimi xarakterizə
edirlər. Görkəmli tarixçi Abbasqulu
ağa Bakıxanov yazırdı ki, Fətəli xan öz
ağlı, səxavəti və bacarığı nəticəsində
yüksəlmişdi. O, hakimiyyət başı-
na keçəndən sonra ağıllı və çalışqan
hakim olduğunu göstərmişdi; bütün
ətrafindakı adamları özünə cəlb etmişdi,
düşmənlərinin fəaliyyətini zəiflətmişdi
və ən çətin vəziyyətdən çıxa bilmişdi.
Ə d ə b i y y a t
Fətəli xanın Azərbaycanı
birləşdirmə siyasətinə
başlaması //Quba xan-
lığı /Tofiq Mustafazadə;
elmi red. V.Z. Piriyev;
Azərbaycan Milli
Elmlər Akademiyası,
A.A.Bakıxanov adına Ta-
rix İnstitutu.-Bakı: Elm,
2005.-S.101-164.
Quba xanlığl //
Azərbaycan xanlıqlarının
qısa tarixi: [ali məktəb
tələbələri üçün dərs
vəsaiti] /T. Mustafazadə
; elmi red. C. M. Musta-
fayev, İ. M. Məmmədova
; rəyçilər F. R. Ağamalı,
F. N. Məmmədov, R.
H. İbadov.-Bakı: [s. n.,
2011.- S.10-71.
Fətəli xan və Tuti Bikə /
Oktay //Xalq cəbhəsi.-
2012.- 6 iyun.- S. 13.
Фатали-хан Кубинский
/Н. Валиев; отв. за
вып. В. Бахманлы;
ред. А. Асадзаде;
дизайн Н. Махмудов;
М-во Культуры и
Туризма Азерб. Респ.,
Нац. Библиотека
Азербайджана им. М.
Ф. Ахундова. -Баку:
Нагыл Еви, 2011.-26 с.
Sərkərdə
Fətəli xan
1736-1789
408
110
illiyi
Həsən Seyidov
1906-1999
2016
Həsən Əli oğlu Seyidov 1906-cı ildə
İrəvan şəhərində, fəhlə ailəsində anadan
olmuşdur.
İlk əmək fəaliyyətinə 1925-ci ildə (19
yaşında) Bakı şəhərində, H.Z.Tağıyevin
toxuculuq fabrikində başlamışdır.
1928-ci ildə Gəncə (Kirovabad)
şəhərində Azərbaycan Kənd Təsərrüfatı
İnstitutuna daxil olmuş, 1931-ci ildə
oranı bitirərək aqronom ixtisasına
yiyələnmişdir.
1931-ci ildə Vartaşen (Oğuz) rayon
torpaq şöbəsində aqronom, 1931-34-
cü illərdə Moskva Ümumittifaq Elmi-
Tədqiqat Gübrə və Aqrotorpaqşünaslıq
İnstitutunun aspirantı olmuşdur.
1934-1937-ci illərdə Azərbaycan
Kimyalaşma stansiyasının aqronomiya
şöbəsinin müdiri, 1937-1941-ci illərdə
Gəncə şəhərində yerləşən Azərbaycan
Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda
direktor vəzifəsində çalışaraq bacarıq-
lı kənd təsərrüfatı alimi kimi yetişmiş,
idarəçilik səriştəsi zənginləşmişdir.
1928-ci ildən Kommunist partiya-
sının üzvü olan Həsən Seyidov 1942-
1943-cü illərdə Gəncə Şəhər Xalq
Zəhmətkeş
Deputatları
Sovetinin
İcraiyyə Komitəsinin sədri, 1943-1944-
cü illərdə Azərbaycan KP MK-nın kənd
təsərrüfatı şöbəsinin müdiri vəzifəsində
çalışmışdır.
Həsən Seyidov 1944-1946-cı illərdə
Azərbaycan KP MK-nın üçüncü katibi,
1944-1950-ci illərdə ikinci katibi, 1950-
1952-ci illərdə Azərbaycan SSR Ali
Soveti sədrinin birinci müavini, 1952-
1953-cü illərdə Bakı Şəhər Xalq Depu-
tatları Sovetinin İcraiyyə Komitəsinin
sədri, 1953-1954-cü illərdə Dövlət Plan
Komitəsinin sədri, 1954-1959-cu illərdə
Kənd Təsərrüfatı naziri, 1959-1970-ci
illərdə Moskvada, SSRİ hökuməti ya-
nında Azərbaycan Respublikası Nazirlər
Sovetinin daimi nümayəndəliyinin sədri
vəzifələrində çalışmışdır.
1970-ci ildən fərdi təqaüdə çıxmış-
dır.
Zəngin təcrübəsi, işgüzarlığı ilə daim
Azərbaycan iqtisadiyyatının yüksəlişinə
xidmət edən Həsən Seyidov gərgin və
fədakar əməyinə görə Lenin, iki dəfə
Qırmızı Əmək Bayrağı və Şərəf Nişanı
ordenləri ilə mükafatlandırılmışdır.
Əməkdar elm və dövlət xadimi,
D.İ.Mendeleyev adına Kimyaçılar
Cəmiyyətinin bölmə sədri olmuşdur.
Məsul dövlət vəzifələrində çalış-
maqla yanaşı, ictimai xadim kimi də
fəaliyyət göstərmişdir. 1944-45-ci
illərdə Azərbaycan KP MK-nın Büro
üzvü seçilən Həsən Seyidov Azərbaycan
Kommunist partiyası qurultayına 6 dəfə
nümayəndə seçilmiş, II, III, VII çağırış
Azərbaycan Ali Sovetinin, II, III, IV, V
çağırış SSRİ Ali Sovetinin deputatı se-
çilmişdir.
1970-ci ildən İttifaq əhəmiyyətli fərdi
təqaüdçü olmasına baxmayaraq, 1972-
ci ildən həyatının son anlarına qədər
Azərbaycan Dövlət Torpaq Komitəsinin
Yerquruluşu Layihə İnstitutunda baş
məsləhətçi vəzifəsində işləmişdir.
H.Ə.Seyidov 1999-cu il iyun ayının
8-də vəfat etmişdir.
Dostları ilə paylaş: |