Ə d ə b i y y a t
Nobel mükafatı almış
iqtisadçılar və onların
nəzəriyyələri: elmi-
ensiklopedik nəşr /tərt.
müəl.: A.Şəkərəliyev,
Ş.Əliyev, M.Cavadov.-
Bakı: Elm, 2004.-240 s.
Quliyev, R. İqtisadi
araşdırmalara görə
Nobel mükafatı və daha
bir neçə xırdalıqlar
barəsində /R.Quliyev
//Respublika.-2014.- 21
dekabr.- S.3.
Mirseyid, A. Nobel
mükafatı və Nobel
tənhalığı /A.Mirseyid
//Ekspress.- 2012.- 28-
30 aprel.- S.14.
Нобелевская
премия. Лауреаты:
[иллюстрированная
энциклопедия] /ред.
О.Шевнина; пер. с
англ. Л.Гуськовой.-
Москва: Эксмо, 2009.-
293 с.
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org
414
Tarixdə bu gün
110
illiyi
“Orucov Qardaşları” mətbəə-nəşriyyatı
1906-1917
2016
XX əsrin əvvəllərində nəşriyyat işini xalqımızın
maarif və mədəniyyətinin yüksəldilməsində əsas
amillərdən biri hesab edən görkəmli ziyalılardan
Orucov qardaşları, H.B.Zərdabi, İ.B.Aşurbəyli,
Ə.Müznib, M.Mikayılov, M.Mirbağırov və başqa-
ları nəşriyyat işi sahəsində böyük fəallıq göstərir,
kitab çapı üçün mətbəələr təşkil edirdilər. Bu
mətbəələr içərisində öz nəşriyyatçılıq fəaliyyətinin
hərtərəfliliyi, maddi-texniki bazası, poliqrafiya ba-
xımından daha keyfiyyətli kitablar nəşr etməsi ilə
fərqlənən mətbəə Orucov qardaşlarının elektrik
mətbəəsi olmuşdur. 1906-cı ilin yazında mətbəə
açmaq üçün Varşavadan çap maşını gətirilmişdir.
1906-1917-ci illərdə “Günəş”, “Həqiqət”,
“Məlumat”, “Kəliniyyət” və s. kimi müxtəlif
ideyalı qəzet və jurnalları nəşr edən Orucov qar-
daşlarının elektrik mətbəəsi Azərbaycan kitab
mədəniyyəti və nəşriyyat işi tarixində olduqca
mühüm rol oynamış, milli Azərbaycan kitabının
formalaşmasında faydalı işlər görmüşdür. Orucov
qardaşları - Oruc, Qənbər və Abuzər öz dövrünün
təhsilli ziyalılarından olmuş, 1905-ci ildə Bərdə
şəhərindən Bakıya gəlmişlər. Kitab mədəniyyətinə,
cəmiyyətdə kitabın roluna yüksək qiymət verən bu
qardaşlar dünyagörüşü baxımından bir-birindən
fərqlənsələr də onları kitaba, kitab çapına yüksək
münasibət birləşdirirdi. Məhz buna görədir ki, on-
lar ata-babalarından qalma mülk və əmlakı satıb
əldə etdikləri vəsait hesabına Bakıda bina kirayə
götürmüş, mətbəə avadanlığı, çap maşınları alıb
nəşriyyatçılıq işinə başlamışlar. Mətbəə keçmiş
Nikolayevski küçəsində, milyonçu H.Z.Tağıyevin
binasında yerləşirdi. Orucov qardaşları mətbəəsi
öz dövrünün ən müasir çap maşınları, çap işinin
son nailiyyətləri olan mətbəə avadanlığı ilə təmin
edildiyindən poliqrafiya baxımından ən keyfiyyətli
kitablar nəşr etmək imkanına malik idi. Həmçinin
bu mətbəə o dövrün ən müasir mətbəələri kimi
elektriklə işlədiyindən “Orucov qardaşlarının
elektrik mətbəəsi” kimi tanınırdı. Mətbəənin bu
böyük üstünlükləri və imkanları onlara daha çox
sifarişlər qəbul etmək, kitab repertuarını tədricən
genişləndirmək imkanı vermişdi. Orucov qardaşla-
rı öz nəşriyyatçılıq fəaliyyətində kitab çap etməklə
yanaşı, onun təbliğinə, daha çox tələbat olan ki-
tabları çap etməyə üstünlük verirdilər. Bu mətbəə
ilk dəfə olaraq kitab biznesini təşkil etmək üçün
Bakıda və Azərbaycanın ayrı-ayrı regionlarında
kitab mağazaları və müvəkkillər şəbəkəsi yarat-
mışdı. Orucov qardaşları, həmçinin nəşr etdikləri
hər bir kitabı satmaq, onları oxucuların diqqətinə
çatdırmaq üçün nəşriyyat kataloqları nəşr edirdilər.
Mətbəənin 1912-ci ildə nəşr etdiyi “Bəradərani
Orucov kütübxanəsinin əsamulkütübü” adlı
ticarət kataloqu böyük maraq doğurur. Bu kataloq
mətbəənin kitab mağazalarında olan kitablarını
alıcılar arasında təbliğ etməklə yanaşı, biblioqrafik
mənbə kimi böyük mədəni əhəmiyyət kəsb edir.
Orucov qardaşlarının mətbəəsində Azərbaycan,
rus, gürcü və fransız dillərində şriftlərin olması
bir neçə dildə kitab çap etmək imkanı verirdi ki,
bu da nəşriyyatın başqa mətbəələrə nisbətən daha
məhsuldar işləməsi üçün şərait yaradırdı. Digər
tərəfdən, müasir çap texnikasının tətbiq edilməsi
mətbəənin məhsuldarlığını artırmış, yüksək
keyfiyyətli, böyük tirajlarla kitablar çap etməyə,
kitab çapı sahəsində inhisarçıya çevrilməsinə
səbəb olmuşdu. Mətbəənin maliyyə vəziyyətinin
yaxşılaşması kitab nəşrinin repertuarının
genişlənməsinə, ideya istiqamətinin müxtəlifliyinə
gətirib çıxarmışdı. Orucov qardaşlarının mətbəəsi
müxtəlif elm sahələrinə dair kitablar nəşr edirdi.
Nəşr edilən ədəbiyyatın mündəricatı çox geniş idi.
Burada bədii, elmi, kütləvi, siyasi, inqilabi, dini
ədəbiyyat geniş yer tuturdu. Orucov qardaşlarının
1913-1914-cü illərdə təkrar nəşr etdiyi “Bəradarani
Orucov kütübxanasının əsamülkütübü” adlı ticarət
kataloqları ilə tanışlıq bu nəşriyyatın Azərbaycan
kitab nəşri tarixində çox böyük xidmətlərindən
Ə d ə b i y y a t
Zeynalov, Ə. XX əsrin əvvəllərində Azərbaycanda kitab nəşri: Orucov qardaşları nəşriyyatının fəaliyyəti /Ə.Zeylanov; elmi red.
T.Əhmədov.- Bakı: Azərbaycan, 1997.-92 s.
Xələfov, A. XX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi, mətbuat və kitab nəşri //Xələfov A. Azərbaycanda kitabxana işinin tarixi:
dərslik. - Bakı, 2007.-H.2.-S.18-21.
Orucov qardaşları //Azərbaycanda nəşriyyat işi /tərt. R.İsmayılov; red. Ş. Sərkəroğlu; Naşir Assosiasiyası.- Bakı, 2000.- S.64-67.
Əhməd, D. Fədakar Orucov qardaşları /D.Əhməd //Naşir: Azərbaycan Naşirlər və Poliqrafçılar birliyinin jurnalı.- 2014.-
S.
24-27 .
İ n t e r n e t d ə
www.anl.az
www.elibrary.bsu.az
xəbər verir. Bu kataloqdan məlum olur ki, Oru-
cov qardaşları Azərbaycanın görkəmli şair və
yazıçılarının, elm, mədəniyyət və incəsənət
xadimlərinin, maarifçilərinin əsərlərini çap
etməklə öz doğma xalqı qarşısında böyük xidmətlər
göstərmişlər. Nəşriyyatın çap etdiyi kitablar
içərisində H.Zərdabinin, C.Məmmədquluzadənin,
N.Nərimanovun, M.Ə.Sabirin, S.Ə. Şirvaninin,
M.Hadinin, A.Ş.Talıbzadənin, Ə.B. Haqverdiye-
vin, Ü.Hacıbəylinin, A.Səhhətin, M.S.Ordubadinin,
Y.V.Çəmənzəminlinin və s. əsərləri mühüm yer
tuturdu. Mətbəədə, həmçinin rus və xarici ölkə
klassiklərindən tərcümələr, məlumat kitabları,
lüğətlər və s. nəşr edilmişdir. Orucov qardaşla-
rı nəşriyyatının fəaliyyətində milli dərsliklərin,
dərs vəsaitlərinin, müxtəlif qiraət kitablarının
nəşri Azərbaycan maarifi qarşısında böyük xidmət
kimi qiymətləndirilməlidir. Heç də təsadüfi de-
yil ki, 1905-ci il rus inqilabından sonra keçirilən
Azərbaycan müəllimlərinin birinci qurultayı
ana dilində təlimi həyata keçirmək üçün maarif
xadimləri qarşısında milli dildə dərsliklər və dərs
vəsaitləri yaratmaq vəzifəsini qoymuşdu. Bu sahədə
Azərbaycanın görkəmli maarif xadimlərindən
A.Şaiq, R.Əfəndiyev, S.M.Qənizadə, A.Səhhət,
M.Mahmudbəyov, S.S.Axundov, Ü.Hacıbəyov,
F.Ağazadə böyük xidmətlər göstərmişlər. XX 19
20əsrin əvvəllərində Orucov qardaşları nəşriyyatı
A.Şaiqin “Gülşəni ədəbiyyat”, “Uşaq gözlü-
yü”, “Gülzar”, R.Əfəndiyevin “Uşaq bağçası”,
M.Mahmudbəyov, S.S.Axundov, F.Ağazadə,
A.Talıbzadə, Ə.Əfəndizadənin tərtib etdikləri
“İkinci dil”, M.Mahmudbəyov və A.Səhhətin
“Yeni məktəb” və “Üçüncü el”, Q.R.Mirzəzadənin
“Qafqaz coğrafiyası” dərsliklərini çap milli
məktəblərimizin dərsliyə olan tələbatını ödəməkdə
onlara böyük fayda vermişdi. Orucov qardaşla-
rı nəşriyyatının xalqımızın böyük oğlu, bəstəkar,
yazıçı, publisist, Şərqdə ilk operanın banisi Üze-
yir Hacıbəylinin əsərlərini nəşr etmək sahəsində
xidmətləri təqdirəlayiqdir. Nəşriyyat 1907-ci
ildə Ü.Hacıbəylinin tərtib etdiyi “Türk-rus və
rus-türk” lüğətini və “Hesab məsələləri” kitabını
nəşr etmişdi. O dövrdə bu kitabların nəşri böyük
mədəni əhəmiyyətə malik idi. “Türk-rus və rus-
türk” izahlı lüğəti uzun müddət oxucuların stolüstü
kitabı olmuşdur. Nəşriyyat 1914-1915-ci illərdə
Ü.Hacıbəylinin “Arşın mal alan”, “Harun və Ley-
la” əsərlərini, həmçinin “Əsli və Kərəm”, “O olma-
sın, bu olsun” əsərlərini nəşr etməklə Azərbaycan
musiqisinə böyük xidmət göstərmiş oldu.
1917-ci ildən sonra Orucov qardaşlarının
nəşriyyatı daşnak-bolşevik hökuməti olan Bakı
Xalq Komissarları Soveti tərəfindən milliləşdirmə
adı ilə ləğv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan
sonra isə qardaşlar cümhuriyyətin tərəfdarlarından
olmuş, mətbəə bütün avadanlıqları ilə birlikdə
hökumətin sərəncamına verilmişdir. Belə ki,
1919-cu il sentyabr ayının 18-də hökumət respub-
likada fəaliyyət göstərən bütün dövlət və ictimai
mətbəələrin bütün avadanlıqları ilə birlikdə Xalq
Maarif Komissarlığının sərəncamına verilməsi
haqqında qərar qəbul etmişdir. AXC hökuməti
1919-cu il mart ayının 20-də Orucov qardaş-
larının müsadirə edilmiş, sonralar hökumətin
sərəncamına keçmiş mətbəəsinin pulunu ödəmək
üçün Xalq Maarif Komissarlığına 468380 manat
pul ayrılması haqqında qanun qəbul etmişdi. La-
kin cümhuriyyətin devrilməsindən sonra qardaşlara
qarşı təqiblər başlamış, onlar yenidən Bərdəyə qa-
yıtmışlar. Bütün bunlar O.Orucovu repressiyadan
xilas edə bilməmiş, Ruhulla Axundovla birlikdə
sürgünə göndərilmişdir. Lakin repressiya qurban-
larının əfvindən sonra vətənə qayıtmış, 1954-cü il
mart ayının 2-də isə vəfat etmişdir.
416
Tarixdə bu gün
110
illiyi
“Bakinskiy raboçiy” qəzeti
1906
2016
“Bakinski raboçi” (rusca «Бакинский
рабочий) - 1906-cı ilin may ayından bəri
çap olunan Azərbaycan ictimai-siyasi
qəzetidir. Qəzet rus dilində çap olunur.
Azərbaycan mətbuatı tarixində ən uzu-
nömürlü qəzet sayılır. Birinci rus inqila-
bından sonrakı dövrdə yaranmış bu qəzet
bolşeviklərin ideyalarını yayır, xalqı bur-
juaziyaya qarşı mübarizəyə səsləyirdi.
Qəzetin ilk nömrəsinin hazırlanmasın-
da M.İ.Batırev, V.P.Noqin, V.F.Yefimov,
B.A.Radus-Zenkoviç,
S.D.Vulfson,
A.A.Caparizde və başqa şəxslər iştirak
etmişlər. Müxtəlif vaxtlarda N.Nərimanov,
S.M.Kirov,
Q.K.Ordenikidze,
S.M.Yafyandiyev,
A.P.Serebrovski,
P.A.Axundov, Q.M.Musabəyov və başqa-
ları bu qəzetin səhifələrində çıxış etmişlər.
Qəzet dəfələrlə dövlət mükafatına layiq
görülmüşdür. “Bakinski raboçi” müasir
dövrümüzdə də fəaliyyətini davam etdirir.
Ə d ə b i y y a t
Şahverdiyev, A. Azərbaycan mətbuatı tarixi /A.Şahverdiyev.- Bakı: Təhsil, 2006.- 248 s.
www.br.az
Beynəlxalq Yazıçılar Birliyi - “PEN-KLUB”
1921
Beynəlxalq PEN-Klubun 48-ci
konqresinin qərarına əsasən, bu gün
1986-cı ildən etibarən keçirilir. 1921-
ci ildə təşkil edilən PEN-Klub isə
yazarların beynəlxalq birliyi olaraq
müəyyənləşdirilib. Maraqlı tarixi olan
bayram PEN-klub (bu ad ingiliscə üç
sözün-poets (şair), essayists (oçerkçi)
və nvelists (novella, roman müəllifi)
- ilk hərflərindən yaranan qısaltma-
dır) qeyd olunmağa başlayıb. 1923-
cü ildə isə Londonda PEN-klubun ilk
beynəlxalq konqresi keçirilib. 1986-cı
il yanvarın 12-dən 18-dək artıq PEN-
klubun sayca 48-ci beynəlxalq konq-
resi baş tutub. Məhz həmin konqresin
iştirakçıları mart ayının 3-nün “Yazı-
çının Ümumdünya Sülh Günü” elan
edilməsi barədə qərar qəbul ediblər.
Həmin vaxtadək artıq dünyanın
yüzdən çox ölkəsində PEN-mərkəzləri
fəaliyyət göstərirdi. Bizim günlərdə,
bir sıra ölkələrdə bu bayram sadəcə,
“Yazıçı günü” adlanır və bir növ daha
çox fərqlənmiş ədibləri təbrik etmək və
mükafatlandırmaq üçün münasib gün
kimi qeyd olunur.
Bayramı keçirməkdə məqsəd “Dör-
düncü hakimiyyət”in - demokratik
mətbuatın mənfi aspektlərinə qar-
şı çıxmağa, yalan yazılara, məqsədli
təhriflərə, faktların bilərəkdən saxtalaş-
dırılmasına, yaxud siyasi, qrup və şəxsi
maraqlar naminə gerçəyin vicdansızca-
sına yozulmasına yol verməməyə çağı-
ran peşə bayramıdır.
Ə d ə b i y y a t
Məhərrəmova, T. Hər
gün yazıçının günü-
dür //Kaspi.-2012.-2
mart.-S.9
İ n t e r n e t d ə
www.anl.az
1
95
illiyi
417
Tarixdə bu gün
80
illiyi
Azərbaycan Milli İncəsənət Muzeyi
1936
2016
Azərbaycan Milli İncəsənət Muzeyi mil-
li dəyərlərimizin və ümumbəşəri mədəni ir-
sin qorunub saxlandığı xəzinədir. 17.000 artıq
sənət abidəsinin mühafizə edildiyi bu xəzinənin
fəaliyyət tarixi zəngindir. 1936-cı ildə incəsənət
şöbəsi Azərbaycan Dövlət Muzeyinin tərkibindən
ayrılıb, Xalq Komissarları Sovetinin qərarı ilə
müstəqil muzey kimi təşkil edilib. Muzeyə ilk eks-
ponatlar ekspedisiyalar zamanı və əhalidən satın
alınma yolu ilə toplanıb. 1937-ci ildə muzeyin ilk
ekspozisiyasının açılışı olmuş, muzey 1951-ci ildə
isə XIX əsrin axırlarında barokko üslubunda inşa
edilmiş Deburun malikanəsinə köçürülüb. 2006-cı
ildə muzeyə ayrılmış yeni binada asaslı təmir işləri
başlanmış və 2009-cu ildə yeni ekspozisiyanın açı-
lışı olmuşdur. 2011-ci ildə muzeyə Milli, eləcə də
həmin ildə Brüsseldə yerləşən Avropa İqtisadiyyat,
Sənaye və Ticarət Palatasının (European Economic
Chamber of Trade, Commerce and Industry - EEIG)
Direktorlar Şurasının yekdil qərarı ilə beynəlxalq
standart və kriteriyalara cavab verən, muzey anla-
yışına uyğun, keyfiyyətli muzey xidməti göstərən
və peşəkar təcrübəyə malik Avropa Muzey Stan-
dartı (EUMS) statusları verilmişdir.
Muzeyə ötən illər ərzində Azərbaycanın ta-
nınmış Xalq rəssamı S.Salam-zadə (1936-1943),
sonra Xalq rəssamı K.Kazım-zadə (1943-1992)
başçılıq etmiş, hazırda isə Azərbaycanın Əməkdar
incəsənət xadimi, prof. Çingiz Fərzəliyev rəhbərlik
edir.
Muzeyin fəaliyyətindəki bütün işləri icra edən
elmi şöbələr bunlardır: Fond şöbəsi, Ekspozisiya
şöbəsi, Elmi-kütləvi işlər şöbəsi (məktəb bölməsi),
Elmi araşdırmalar şöbəsi, Muzey işində innovasi-
yaların tətbiqi şöbəsi, Sərgi və tərtibat şöbəsi, Elmi
bərpa şöbəsi. Muzey 9000-dək elmi kitab və mo-
noqrafiyaların, kataloq, albom və d. ixtisasyönlü
ədəbiyyatın toplandığı zəngin kitabxanaya malik-
dir. Burada qədim nəşrlərin toplandığı xüsusi “Na-
dir kitablar” fondu da mövcuddur.
Azərbaycan Milli İncəsənət Muzeyinin fondla-
rında qorunan eksponatlar isə öz qədimliyinə görə
e.ə. IV minilikdən başlayaraq günümüzədək da-
vam edən sənət əsərləridir. Naxçıvan, Mingəçevir,
Füzuli, Xanlardan (indiki Göy-Göl) tapılmış üzəri
ən arxaik bədii təsvirlərlə bəzədilmiş saxsı qablar,
səlcuqlu dövrünə məxsus dekorativ çıraqlar, kaşı-
lar, XIII əsrə aid Bayıl qəsrinin frizindən hissələr,
XIV-XVIII əsrlərə aid Abşeron və Şamaxıdan aş-
karlanmış sənduqələr, XVI əsrə aid nəfis Quran
və nücum elminə dair əlyazma kitabları, XVII-
XVIII əsrlərə aid tempera, qızıl suyu və sulu bo-
yayla çəkilmiş orijinal Təbriz miniatürləri, XIX
əsrin tanınmış rəssamları Mir Möhsün Nəvvabın,
Mirzə Qədim İrəvaninin, Usta Qəmbər Qaraba-
ğinin, Azərbaycanın ilk peşəkar rəssamları və
müasirlərimizin əsərləri, XVI-XVII əsrə aid bədii
metal əşyaları, XVIII-XX əsrlərə aid ipək və yun-
dan toxunmuş orijinal parça, tikmə, milli geyim
və xalça nümunələri, zərgərlik əşyaları mühafizə
edilir. Bu milli dəyərlərlə yanaşı topluda saxlanan
Qərbi Avropa (Fransa, Almaniya, Avstriya, İtali-
ya, Yunanıstan, Flandriya, Danimarka, İspaniya),
Şərq (İran, Türkiyə, Yaponiya, Çin, Hindistan,
Misir, Orta Asiya) və Rus incəsənətinə məxsus
heykəltaraşlıq, rəngkarlıq, qrafik əsərlər və başqa
dekorativ-tətbiqi sənət nümunələri müxtəlif xalq-
ların sənət tarixini əks etdirir.
Muzeyin zəngin elmi və maddi bazası əsasında
respublikamızda və MDB ölkələrində fəaliyyət
göstərən bir çox tanınmış muzeylərin fondları ya-
ranmış və zənginləşmişdir. 1967-ci ildə Nizami
adına Azərbaycan Ədəbiyyatı muzeyinə, 1968-ci
ildə Ə.Əzimzadənin ev-muzeyinə, 1985-ci ildə
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinə, 2001-2005-ci illər ərzində isə Naxçı-
van MR-da fəaliyyət göstərən Bəhruz Kəngərli
adına Rəsm Qalereyasına, eyni zamanda Sankt-
Peterburqda fəaliyyət göstərən Rusiya Etnoqrafiya
Muzeyinə sənət nümunələri daimi istifadəyə veril-
mişdir.
Muzeyin elmi potensialı əsasında zəngin fond-
lar daima araşdırılır, beynəlxalq və respublika miq-
yaslı sərgilər təşkil edilir.
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi: [bro-
şür] /Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.-
[Bakı]: Digital Age production, 2007.- [8] s.
418
Əlifba göstəricisi
A
A.A.Bakıxanov adına Əmircan
(Suraxanı rayon MKS-nin 1saylı filialı)
qəsəbə kütləvi kitabxanası -------------------- 389
A.P.Çexov adına kütləvi kitabxana (Nərimanov
rayon MKS-nin 1saylı filialı) ----------------- 390
A.Şaiq adına Maştağa qəsəbə uşaq kitabxanası
(Sabunçu rayon MKS-nin 13saylı filialı) --- 390
Abaszadə Abasqulu Ağabala oğlu ----------- 123
Abbasbəyli Ağalar Nəriman oğlu 351, ------ 373
Abbasov Akim Əli oğlu ----------------- 157, 175
Abbasov Əsgər Məmmədismayıl oğlu ------ 122
Abbasov Məmməd Əsgər oğlu ------------------ 6
Abbasov Midhət Teymur oğlu ---------- 219, 243
Abdinov Tofiq Məhərrəm oğlu
(Tofiq Abdin) ----------------------------- 275, 277
Abdul-Qədirov İsmayıl Qafar oğlu ------- 37, 67
Abdullayev Aydın Həsən oğlu ---------------- 124
Abdullayev Cahangir Məmməd oğlu -- 158, 185
Abdullayev Faiq Məmmədəli oğlu ---------- 353
Abdullayev Xosrov Abdulla oğlu --------------- 6
Abdullayev İslam Əbdül oğlu ---------------- 275
Abdullayev Mahmud Abdulla oğlu ---------- 192
Abdullayev Məzahir Ağaverdi oğlu --------- 192
Abdullayev Mikayıl Hüseyn oğlu ----- 350, 359
Abdullazadə Gülnaz Abutalıb qızı ----- 275, 281
Abizadə Balaş Allahbaxış
(Balaş Azəroğlu) oğlu ------------------- 323, 327
ABŞ Dövlət Departamenti -------------------- 124
Adıgözəlzadə Həsənağa Əfrasiyab oğlu ------- 5
Afinada müasir dövrün ilk Olimpiya oyunları 124
Ağabəyov Mayis Əlişir oğlu ----------- 156, 167
Ağalarov Abbas Fərhad oğlu ----------------- 219
Ağalarova Dünya Ələkbər qızı --------------- 352
Ağamirov Midhət Mirmusa oğlu ------ 157, 177
Ağamirov Mirmusa Haşim oğlu ------------- 389
Ağaoğlu Məhəmməd -------------------------- 249
Ağayev Ağadadaş Həmid oğlu ------------------ 5
Ağayev Faiq Firidun oğlu ------------------------ 7
Ağayev Nuhəli Hacıbala oğlu ---------------- 324
Ağayeva Xurşid Həsən bəy qızı -------------- 122
Ağdam rayonunun işğalı ---------------- 219, 246
Ağdamski Telman Əhməd oğlu -------------- 250
Ağdərə rayonunun işğalı günü --------------- 219
Azərbaycan Televiziyasının fəaliyyətə
başlamasının --------------------------------------38
Axundov Məhəmməd Bağır oğlu ------------ 156
Axundov Şəmsəddin Əhməd oğlu ----------- 249
Axundov Tofiq Hüseyn oğlu ------------------ 323
Axundov Vəli Yusif oğlu ---------------- 158, 186
Axundova Rəfiqə Hacı qızı ------------- 248, 258
Axundova-Bağırbəyova Sona Əbdül qızı --- 389
Axundzadə Yusif Yevgenyeviç -----------------35
Allahverdiyev Mahmud Qara oğlu ---- 157, 182
Allahverdiyev Surxay Rəhim oğlu ---------- 158
Almaniya SSRİ-yə hücum etmişdir --------- 219
Aristotel (Ərəstun) ----------------------------- 388
Aslanova Rəbiyyət Nurulla qızı -------------- 218
Aşıq Alı ------------------------------------ 386, 400
Aşıq Bəhmən Göyçəli ------------------- 156, 162
Aşıq Ələsgər ------------------------------ 387, 402
Aşıq Hüseyn Cavan ---------------------------- 387
Aşıq Pənah -------------------------------- 350, 358
Aşıq Pəri ----------------------------------- 386, 401
Aşurbəyli Sara Balabəy qızı -----------------6, 22
Atakişiyev Əlisəttar Ələsgər oğlu ----- 351, 368
Atatürk Qazi Mustafa Kamal ----------- 123, 141
Aydın Əzim Kərimoğlu ----------------- 156, 169
Azərbaycan Bayrağı Günü -------------- 325, 344
Azərbaycan Dövlət İqtisad Universitetinin
kitabxanası -------------------------------------- 390
Azərbaycan Dövlət Pedaqoji Universiteti -- 250
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
kitabxanası -------------------------------------- 389
Azərbaycan Əlifbası və
Azərbaycan Dili Günü ------------------------- 250
Azərbaycan Hərbi Hava Qüvvələri günü -----38
Azərbaycan Kinosu Günü --------------------- 250
Azərbaycan Kommunist Partiyasının ləğvi - 276
Azərbaycan Kukla Teatrının (1931) təşkil
edilməsi ------------------------------------------ 391
Azərbaycan qadınlarının birinci qurultayı ---38
Azərbaycan Milli İncəsənət Muzeyi --- 392, 417
Azərbaycan Pоlisi Günü ---------------------- 219
Azərbaycan radiosunun yaradılması --- 325, 343
|