Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə69/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   66   67   68   69   70   71   72   73   74

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 

[2 cilddə] /

Səhənd; [ön söz. 

Ş.Məmmədhüseyn].-

Bakı: Şərq-Qərb

2006.-280 s.

Heydərbabaya salam: 

[poema] /M.Şəhriyar; 

red. və ön söz müəl. 

M.Çəmənli.-Bakı: 

Təhsil, 2009.-39 s.

Ağayev, Ə. 

Məhəmmədhüseyn 

Şəhriyar: pedaqoji 

görüşləri /Ə.Ağayev, 

Q.Ədaləti; red. 

Ə.Yəqubi.-Bakı: 

Mütərcim, 2013.-161 s.

Dağkəsəmənli, 

R.Sönməz günəşdir 

Şəhriyar: [Şeirlər 

və poemalar] /Rafiq 

Dağkəsəmənli; red. 

Z.Qafarlı.-Bakı: 2008.-

163 s

Əhməd, V. 

Azərbaycanı candan 

artıq sevən Şəhriyar: 

“Heydərbabaya 

salam” poemasının 

Quzey Azərbaycana da 

böyük təsiri oldu /V. 

Əhməd //Xalq cəbhəsi.- 

2014.-4-8 oktyabr.- № 

181.- S.14. 

Şair

399

2016

Folklor

410

 illiyi

Qaracaoğlan 

1606-1674/1676

Tədqiqatçıların araşdırmalarına görə, 

Qaracaoğlan 1606-cı ildə Mut elinin Çu-

xur obasında, tanınmış Sayıoğlu nəslinə 

mənsub  ailədə  anadan  olmuşdur.  Kiçik 

yaşlarından  yayı  Anadolu  yaylalarında 

keçirən  Qaracaoğlan  ömrü  boyu  xalqa 

bağlı  olmuş,  gəzərgi  həyat  keçirmiş, 

Balkan  ölkələrini,  Şərq  vilayətlərini, 

Azərbaycanı,  İranı  gəzmiş,  şeirlərində 

də bu yerlərdən bəhs etmişdir.

Qaracaoğlanın həyatı və yaradıcılığı 

haqqında ilk məlumatı türk ədəbiyyatının 

qurucularından olan Fuad Köprülü 1915-

ci  ildə  “Türk  saz  şairləri”  adlı  kitabın-

da  vermişdir.  1927-ci  ildə  isə  Sadettin 

Hüzhüt  Güney  “Qaracaoğlanın  həyatı 

və şeirləri” kitabını nəşr etdirdi. Sonrakı 

illirdə Ahmet Kutsi Tecer, Mustafa Ne-

cati Karayer, Refik Ahmet Sevengil, Ja-

hit Özbelli, İlhan Başgöz, Ali Rza Yalçın, 

Ahmet Tevhid  kimi  görkəmli  alimlərin 

tədqiqatlarında  Qaracaoğlan,  onun  ya-

radıcılığı haqqında qiymətli fikirlər irəli 

sürülmüşdür.  Bu  da  bir  həqiqətdir  ki, 

Qaracaoğlan aşıq ənənələrə uyğun ola-

raq sazı və sözü ilə Osmanlı imperator-

luğunun  Konya,  İçel,  Kayseri,  Mardin, 

Karaman,  Adana,  Diyarbekir,  Hama, 

Hələb, Misir, Tokkat, Ankara, Bursa, Si-

mas kimi yerlərinin kənd və yaylalarına 

qədər  gəzib-dolaşmış,  hər  yerdə  də  şa-

irlik və aşıqlıq gücünü göstərmişdir. Öz 

adının gah Hasan, gah da Halil (Xəlil), 

“Qaracaoğlan”ın  isə  onun  təxəllüsü 

olduğunu  aşıq  şeirlərində  ifadə  edir. 

Qaracaoğlanın  tədqiqatçıları  onun  bir 

qürbətçi, qərib bir aşıq olduğunu yazır-

lar. Şeirlərində də bunu təsdiq edən tu-

tarlı  misralar  vardır.  Şerlərində  Dunay 

boylarından  Avstriya  müharibələrinə 

qədər  söz  etdiyinə  görə  onun  Osman-

lı  imperatorluğunun  Qərb  hüdudlarına, 

hətta  xarici  ölkələrə  də  getdiyi  ehtimal 

olunur. “Dilləri var dilimizə bənzər” şei-

ri bu ehtimalın doğruluğunu təsdiqləyir.

Qaracaoğlan xalq dilinin incəliklərini 

və gözəlliklərini bütün təravəti ilə şeirə 

gətirdiyi  kimi,  heca  vəzninin  də  ən 

yayqın  və  klassik  formalarında  şeirlər 

yazmışdır.  Ən  çox  qoşma,  səmai,  var-

sağı  şəkillərindən  istifadə  etmişdir. 

Qaracaoğlanın  istifadə  etdiyi  nəzm 

şəkillərindən  biri  də  qoşmadır.  Aşığın 

tədqiqatçılarının  yazdığına  görə  onun 

yazdığı 500-dən yuxarı şeirin 322-si qoş-

ma biçimində olmaqla bərabər, bu şeirlər 

klassik  qoşma  şəklinin  ən  mükəmməl 

nümunələrindəndir.

Azərbaycan  Qaracaoğlanın  ikinci 

vətənidir.  Qaracaoğlanın  Gədəbəydə 

olması,  Göyçədə  yaşaması  haqqında 

rəvayətlər də dolaşmaqdadır. XVI-XVII 

yüzillikdə yaşayıb yaratmış Qurbaninin, 

Sarı  Aşığın  təsiri  Qaracaoğlan  yaradı-

cılığında  hiss  olunduğu  kimi,  özündən 

sonrakı  aşıqların  –  Aşıq  Alının,  Aşıq 

Ələsgərin və başqa sənətkarların yaradı-

cılığında da Qaracaoğlanın təsiri aydın-

ca duyulmaqdadır.    

Mənbələrdə  onun  1674/76-cı  və  ya 

1689-cu  illərdə  vafat  etdiyi  söylənilir. 

Təxminən  80  ilə  yaxın  ömür  sürən 

sənətkar yenə də öz ana torpağına qismət 

olub, uca bir təpədə dəfn edilmişdir. İndi 

“Qaracaoğlan təpəsi” adlanan həmin yer 

sənətsevərlərin ziyarətgahına dönüb. 

Ə d ə b i y y a t

Aramızda qarlı dağlar 

dayanıb: şeirlər                                    

/Qaracaoğlan; ön söz. 

müəl.: İ.Öməroğlu, 

Q.Namazov; red. 

İ.Türkay.-Bakı: Yazıçı, 

1991.- 216 s.

Şeirlər /Qaracaoğlan; 

tərt. ed. və ön sözün 

müəl.: İ.Öməroğlu, 

Q.Namazov.-Bakı: 

Şərq-Qərb, 2006.256 s.

Quliyeva-Qafqazlı, 

X. Qaracaoğlan 

/X.Quliyeva-Qafqazlı; 

red. H.Araslı; AzSSR 

EA, Şərqşünaslıq İns-

tu.-Bakı: Elm, 1985.-

112 s.

Tatyüz, H.A. Qaraca-

oğlan yaradıcılığında 

aşıq havaları: sənətşün. 

üzrə fəls. d-ru e. dər. 

al. üçün təq. ol. dis-nın 

avtoreferatı: 17.00.02 

/H.A.Tatyüz; Azərb. 

Resp. Təhsil Nazirliyi, 

Ü.Hacıbəyli ad. BMA.-

Bakı, 2012.-34 s.

Uğur. XVI yüzil türk 

aşıq poeziyası: Pir 

Sultan Abdal və Qara-

caoğlan /Uğur //Xalq 

cəbhəsi.- 2012. - 27 

sentyabr. - S.14.

Türk aşığı


400

2016

Folklor

215

 illiyi

Aşıq Alı

1801-1911 

Alı  Mirzə  oğlu  Haqverdiyev  (Aşıq 

Alı)  1801-ci  ildə  Göyçə  mahalında, 

Qızılvəng kəndində anadan olmuşdur. 

16-17 yaşlarından aşıqlıq etməyə baş-

lamış, qısa zaman içində məşhurlaşmışdır. 

Çoxlu sayda şagirdi olmuş, onlardan ən 

tanınmışı XIX  əsr Azərbaycan  aşıq  şe-

rinin  tanınmış  nümayəndələrindən  biri 

Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim 

və tələbə günlərin bir günü bir məclisdə 

deyişmişlər və aşıq Alı Ələsgərə məğlub 

olub. 

Böyük  bir  ədəbi  irs  qoyub  gedən 



Aşıq Alı vaxtında axtarılıb tədqiq olun-

madığından  külliyyatı  itmiş,  şeirlərinin 

çoxu təhrif olunmuş, bəzən də başqala-

rının adına getmişdir. Təsadüfi deyil ki, 

Alı  irsinə  ilkin  üz  tutanlardan  Hümbət 

Əlizadə  30-cu  illərdə  çap  etdirdiyi 

“Aşıqlar” kitabında Göyçəli Aşıq Alının 

yaradıcılığından çox az nümunələr qal-

dığına təəssüflənirdi.

 Aşıq Alı irsinin öyrənilməsində Hü-

seyn Arifin ciddi səyləri olub. Xüsusilə, 

“Aşıq  Alını  axtarıram”  məqaləsindən 

sonra bu sahədə dönüş yaranıb. Hüseyn 

Arifin  axtarışları  nəticəsində  böyük 

sənətkarın  hafizələrdə  yaşayan  54  şei-

ri yazıya alınmış və 1975-ci ildə “Aşıq 

Alı” adlı kitabçada nəşr olunmuşdur. Bu 

nümunələr bir daha çeşidlənərək aşığın 

180  illik  yubileyi  ərəfəsində  çapa  ha-

zırlanmış  və  1982-ci  ildə  yenidən  nəşr 

olunmuşdur. Kitabın uğurlu cəhəti kimi 

təcnislərin nəşri xüsusi qeyd olunur.

Aşıq Alı gəraylı, qoşma, təcnis, diva-

ni, müxəmməs kimi şeir növlərində çox-

saylı şeirlər yazmışdır. 

Aşıq  Alı  eyni  zamanda  musiqi  ya-

radıcılığı  və  bəstəkar  fəaliyyəti  ilə  də 

geniş  şöhrət  qazanmışdır.  Onun  ya-

ratdığı  saz  havalarına  “Göyçə  şərili”, 

“Göyçəgülü”, “Ağır şərili”, “Göyçə qay-

tağı”, “Qəhrəmanı”, “El bayatısı” (“Köç 

bayatı”),  “Gilənar”  aid  edilir. Aşıq Alı 

“Koroğlu  aşığı”  kimi  məşhur  olmuş, 

“Koroğlu”nun klassik ifa tərzinin də on-

dan qalması ehtimal olunur. Aşıq Alının 

ədəbi irsinin sağ qalmış nümunələrinin 

nəşr olunduğu etibarlı mənbələrdən biri 

İ.Ələsgərin  tərtib  etdiyi  “Sazlı-sözlü 

Göyçə”  kitabıdır.  Kitabda  Aşıq  Alının 

“Ağrı  dağı”,  “Bənzərsən”,  “Bu  gün”, 

“Dedi”, “Dolandırır”, “Düşər”, “Düzələ 

bilməz”, “İstər könlüm”, “Keçdi”, “Qız-

ların”, “Qoca dünya çoxun yola salıbdı”, 

“Nə  qaldı”,  “Oldu  getdi”,  “Özgələrdən 

bizə  xata  yetişməz”  qoşmaları,  “Ay  ağ 

almasın”, “Dalı dayansın”, “Başa-baş”, 

“Dal dala” təcnisləri, “Gözlə, gözlə sən”, 

“Qırmızı”,  “Verir”  divaniləri  təqdim 

edilmişdir. 

Aşıq  Alının  təxminən  93-94  yaşla-

rında gözləri tutulmuş və 16-17 il dün-

ya işığına həsrət yaşamışdır. Aşıq uzun 

müddət  Kəlbəcərdə  yaşamış  və  ömrü-

nün  sonunda  doğma  kəndi  Qızılvəngə 

qayıtmışdır. 

1911-ci  ildə  vəfat  etmiş  və  kənd 

qəbiristanlığında  dəfn  olunmuşdur. 

Ermənilər  sənətkarın  qəbrini  və  qəbir 

üstü abidəsini vəhşiliklə dağıdıblar.

Ə d ə b i y y a t

Əsərləri /Aşıq Alı; 

tərt. ed. və red. 

Q.Zimistanoğlu.-Bakı: 

[OL MMC], 2013.-

336 s.

Əsərləri /Aşıq Alı; tərt.

ed. və ön sözün müəl. 

H.İsmayılov.-Bakı: 

Avrasiya press, 2006.-

192 s.

Şeirlər/Aşıq Alı; 

tərt. ed. Ə.Əmirov, 

Ş.Əsgərov, 

M.Həkimov.-Bakı: 

Yazıçı, 1981.-140 s.

Təcnislər /Aşıq 

Alı; tərt.ed. və ön 

sözün müəllifi. Ə. 

Əbülhəsənoğlu; red. 

İ.Sadıq.-Bakı: Azərnəşr, 

1995.-416 s.

Aşıq Alı //El çələngi: 

xalq şeirindən seçmələr 

/tərt. ed. Q.Namazov.-

Bakı: Şərq-Qərb, 

2004.-S.176-181.

Aşıq Alının irsi və 

şəxsiyyəti //Aşıq 

yaradıcılığı: mənşəyi 

və inkişaf mərhələləri 

/H.İsmayılov; 

AMEA Nizami adına 

Ədəbiyyat İnstitutu, 

Folklor Elmi-Mədəni 

Mərkəzi.-Bakı: Elm, 

2002.-S.253-276.

Aşıq-şair


401

2016

Folklor

205

 illiyi

Aşıq Pəri

1811-1847

Aşıq Pəri 1811-ci ildə Qarabağın Ara-

züstü guşəsində – Cəbrayıl elinin Dizaq 

mahalının  Maralyan  kəndində  anadan 

olmuşdur.  Hələ  uşaq  ikən  bədahətən 

şeirlər deyər, aşıq şeiri üslubunda  yazar, 

söz qoşarmış. Şeirlərinin ruhu sevgidən 

nəşət  etmişdi: Aşıq  Pərinin  şeirləri  tez 

əzbərlənir,  dillərə  düşür,  ağızlarda  do-

laşırdı.  Təxminən 1830-cu ildə Şuşaya 

köçüb və ömrünün sonuna qədər burada 

yaşayıb.


Onun 

yaradıcılığını 

araşdıran-

lar  –  həm  Azərbaycan,  həm  də  Avro-

pa  şərqşünasları  Aşıq  Pərini  işvəli  bir 

nazənin  kimi  təqdim  edərək  bədahətən 

şeirlər deyən, azad ruhlu, həyatsevər bir 

qadın olduğunu  yazıblar. Deyilənə görə, 

Aşıq Pəri nakam ömür sürmüş, çox bö-

yük  ustalıqla  dövrünün  kişi  şairləri  ilə 

deyişmişdir. O, dərin düşüncəsinə, rəvan 

təbli və hazırcavablığına görə müasirləri 

arasında  izzət  sahibi  idi.  Aşıq  Pərinin 

Mirzəcan  bəy  Mədətov,  Cəfərqulu  xan 

Nəva,  Mirzə  Həsən,  Məhəmməd  bəy 

Aşiq,  Abdulla  Canızadə  və  başqala-

rı  ilə  deyişmələri  ədəbiyyat  aləminə 

məlumdur.  Bu  deyişmələrin  hamısında 

da qalib özü olardı.

Firidun  bəy  Köçərlinin  tədqiqat-

larından  aydın  olur  ki,  Aşıq  Pəri  25 

yaşında  Məhəmməd  adlı  bir  molla-

ya  ərə  getmiş,  lakin  xoşbəxtlik  ona 

nəsib  olmamışdır.  Şeir  yazması,  po-

eziya  məclislərində  iştirakı  Molla 

Məhəmmədin  xoşuna  gəlmədiyindən 

danlağa məruz qalmışdır. 

Firidun bəy Köçərli onun bilikli, gözəl 

bir  xanım  olduğunu  yazır.  Hələ  XIX 

əsrdə Rusiyada və Avropada çap edilən 

məcmuələrdə  onun  haqqında  məlumat 

verilirdi.  Deyilənə  görə Aşıq  Pəri  eyni 

zamanda cəsarətli, yeri gəldikdə kəskin 

danışmağı bacaran, o cümlədən yumşaq 

yumora  malik,  çox  həssas  qadın  olub. 

Gözəl şeirləri və hazırcavablığı ilə az bir 

zamanda  Qarabağ  şairlərinin  diqqətini 

cəlb etmiş, tez-tez Şuşada keçirilən şeir 

məclislərinin iştirakçısı olmuşdur. 

Aşıq  Pərinin  yazdığı  əsərlərin  çox 

az  hissəsi  bizə  gəlib  çatmışdır.  Yalnız 

40-50  şeiri  məlumdur.  Şeirləri  ilk  dəfə 

Mirzə  Yusif  Qarabağinin  “Məcmueyi-

divani-Vaqif və müasirini-digər” (1856) 

məcmuəsində,  sonralar  isə  A.Berjenin 

tərtib  etdiyi  “Qafqaz  və  Azərbaycanda 

məşhur 

olan 


şüəranın 

əşarına 


məcmuədir”  (Leypsiq,  1867)  kitabında 

dərc olunmuşdur.

Əlimizdə  əsasən  qoşmaları  var.  Bu 

qoşmalar  sadə  və  anlaşıqlı  bir  dillə 

söylənilmişdir.  Əlimizdə  olanları  da 

diqqətlə nəzərdən keçirdikdə Azərbaycan 

poeziyasında öz  yeri  olan Aşıq  Pərinin 

bədii portreti aydın görünür.

Aşıq Pəri təxminən 1847-ci ildə Şuşa 

şəhərində vəfat etmişdir.

Azərbaycan 

aşıq 


qadınlarının 

təşəbbüsü ilə uzun illər respublikamızda                                                                                             

“Aşıq Pəri” məclisi fəaliyyət göstərirdi. 

Məclis  üzvləri  Aşıq  Pəri  ədəbi  irsini 

ləyaqətlə qoruyaraq bu unudulmaz xanı-

mın adını öz yaradıcılıqlarında yaşatma-

ğa və  tanıtmağa çalışırdılar. 

Ə d ə b i y y a t

Əroğul, Ə. Aşıq Pəri: 

həyatı, mühiti və 

sənəti /Ə.Əroğul; red. 

Ş.Əlifoğlu; Azərb.Resp.

Mədəniyyət və Turizm 

Nazirliyi.-Bakı: Şərq-

Qərb, 2014.- 199 s.

Aşıq Pəri //Aşıq qa-

dınların antologiyası          

/layih. rəhb. G.Azaflı; 

red.: Ə.Nəsirli, 

S.Məhəmmədqızı; top-

layıb tərt. ed. Y.Maral.-

Bakı, 2010.- S. 4-8.

Aşıq Pəri                      

//Azərbaycan aşıqları 

/tərtib ed.: İ.Abbaslı, 

B.Abdulla; Ön söz. 

müəl. İ.Abbaslı; red. 

Q.Namazov.- Bakı, 

2004.- S.159-162.

Xəlilzadə, F. Qa-

rabağın ilk qadın 

şairi /F.Xəlilzadə //

Mədəniyyət .-2012.- 29 

avqust.- S.13.

Vahid, T. Aşıq Pərinin 

azad ruhu /T.Vahid        

//Mədəniyyət.-2012.- 

20 yanvar.- S.14.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org 

www.azadqadin.az

Şairə


402

Folklor

Aşıq Ələsgər

1821-1926 

2016

Ələsgər  Alməmməd  oğlu  (Aşıq 

Ələsgər)  1821-ci  ildə  İrəvan  xanlığı-

nın Göyçə mahalının Ağkilsə kəndində 

anadan  olmuşdur.  Ailəsi  böyük  oldu-

ğundan Alməmməd kişi Ələsgəri 14 ya-

şında Kərbəlayi Qurban adlı bir varlıya 

nökər vermiş, Ələsgər onun həyətində 

4 il nökərçilik etmişdir. 

Aşıq 


Ələsgər 

xüsusi 


təhsil 

ala  bilməmiş,  sənətin  sirlərini  el 

sənətkarlarının 

və 


ağsaqqalla-

rın  yanında  öyrənmiş,  ilk  şeirini  də 

yeniyetməlik çağlarında aşıqların, xalq 

sənətkarlarının  təsiri  ilə  söyləmişdir. 

Aşıq  qoşmalar,  təcnislər,  gəraylılar, 

dodaqdəyməzlər  yazıb,  onları  şövqlə 

sazda  ifa  etmiş,  dastanlar  söyləmişdir. 

O, aşıq sənətini müəllimi - böyük ustad 

Aşıq  Alıdan  öyrənmişdir.  Aşıq  Alının 

yanında şəyirdlik edən Ələsgər aşıqlıq 

sənətinin sirləri ilə bərabər ondan ədəb 

və mərifət qaydalarını da öyrənmişdir.

Şəyirdlik  dövrünü  başa  vurduq-

dan  sonra  Ələsgər  Göyçə  ilə  yanaşı 

İrəvanda,  Naxçıvanda,  Qazaxda,  Qa-

rabağda,  Gəncədə  də  məşhurlaşmış, 

Göyçə aşıq məktəbinə rəhbərlik etmiş-

dir. Ömrünün çoxunu xalqın içərisində, 

toy,  şadlıq  məclislərində  keçirən Aşıq 

Ələsgər  təkcə  Azərbaycanda  yox, 

Türkiyədə, İranda və Dağıstanda da us-

tad sənətkar kimi tanınmışdır.

Aşıq  Ələsgərin  ilk  mətbu  əsərləri  - 

“Dağlar”, “Bizim dağlar” şeirləri 1927-

ci  ildə  “Yeni  kənd”  jurnalında  (№3) 

çap  olunmuşdur.  Hümmət  Əlizadənin 

onun  haqqında  ilk  dəfə  tərtib  etdiyi 

“Aşıq Ələsgər” adlı kitabı isə 1934-cü 

ildə  nəşr  olunmuşdur.  Aşıq  Ələsgərin 

sözlərinə yüzlərlə mahnı və romanslar 

bəstələnmişdir.  1918-1919-cu  illərdə 

daşnakların türklərə qarşı törətdiyi qır-

ğın nəticəsində Göyçə mahalı talanmış, 

əhali  öz  dədə-baba  yurdunu  tərk  edib 

başqa yerlərə köçməyə məcbur olmuş-

dur. İki ilə qədər Yanşaqda yaşayan Aşıq 

Ələsgər sonra Tərtərə köçmüş, bir neçə 

ay da orada qalmışdır. Bu yerlərin hər 

birində  aşığı  hörmətlə  qarşılasalar  da, 

onun ürəyi-gözü Göyçədə idi. O gözü-

nü açıb gördüyü doğma yerlər: Srınər, 

Murov, Muşoy dağları, Xaçbulaq yay-

laqları  üçün  çox  darıxırdı.  Nəhayət, 

1921-ci  ildə  o,  Ağkilsəyə  qayıtmış, 

ömrünün  son  illərini  doğma  kəndində 

yaşamışdır.

Aşıq Ələsgər 1926-cı il mart ayının 

7-də doğulduğu Ağkilsə kəndində vəfat 

etmiş  və  burada  da  dəfn  edilmişdir. 

Lakin  Dağlıq  Qarabağ  münaqişəsi  ilə 

əlaqədar  olaraq  XX  əsrin  90-cı  illərin 

əvvəllərində Azərbaycanın böyük aşıq-

şairinin  qəbri  ermənilər  tərəfindən 

vəhşicəsinə yerlə yeksan edilmişdir. 

Görkəmli  aşıq  xalq  tərəfindən  bu 

gün  də  sevə-sevə  dinlənilir.  1972-ci 

ildə Aşıq  Ələsgərin  anadan  olmasının 

150  illiyi,  1998-ci  ildə  isə  175  illiyi 

Azərbaycanın hər yerində böyük təntənə 

ilə  qeyd  olunmuş,  bu  münasibətlə 

Azərbaycan Milli Elmlər Akademiyası 

tərəfindən  onun  əsərlərinin  iki  cildlik 

elmi nəşri hazırlanmış və çap edilmiş-

dir. Aşıq Ələsgərin xatirəsi dövlətimiz 

tərəfindən əbədiləşdirilmiş, adına küçə, 

mədəniyyət sarayı, respublika Xalq Ya-

radıcılığı evi fəaliyyət göstərir, Bakıda 

isə Hüseyn Hacı Qulu oğlu tərəfindən 

“Aşıq Ələsgər muzeyi” yaradılmışdır.

Ə d ə b i y y a t

Əsərləri /Aşıq Ələsgər; 

tərt. ed., ön sözün və 

qeydlərin müəl. İ.Ələsgər.-

Bakı: Şərq- Qərb, 2004.-

400 s.

Bütün əsərləri/Aşıq 

Ələsgər; tərt. Q. 

Zimistanoğlu.-Bakı: [Qa-

nun], 2008.-486 s.

Şeirlər, dastan-rəvayətlər, 

xatirələr/Aşıq Ələsgər.-

Bаkı: Çinar-Çap, 2003.-

496 s.

Aşıq Ələsgər: O, eşq 

pərvanəsi deyil, eşqin 

əbədiyanar Şamıdır! /L. 

Babacanlı.-Bakı: [Vətən], 

2013.-620 s.

Aşıq Ələsgər/Azərbaycan 

Aşıqlar Birliyi; tərt.ed. və 

nəşrə haz. M.Nəbioğlu.-

Bakı: Elm və təhsil, 2012.-

279 s.

Dədə Ələsgər poeziyasının 

sufi mahiyyətinə dair//

Aşıq yaradıcılığı: mənşəyi 

və inkişaf mərhələləri /H. 

İsmayılov; AMEA Nizami 

adına Ədəbiyyat İnstitutu.-

Bakı: Elm, 2002.- S.277-

309.

Aşıq Ələsgər – 190: 

biblioqrafiya /ixt. red. və 

burax. məsul K.Tahirov; 

M.F.Axundov adına 

Azərbaycan Milli Kitabxa-

nası.- Bakı, 2011.- 149 s.

195  

illiyi

Aşıq şair


403

Musiqi.Opera.Balet

Səfiəddin Urməvi 

1216-1294

2016

Səfiəddin  Əbdülmömin  ibn  Yusif 

ibn Faxir Urməvi Azərbaycanın qədim 

mədəniyyət mərkəzi Urmiya şəhərində, 

1216-cı  ildə  anadan  olmuşdur.  Onun 

adı və soyadı qaynaqlarda Səfi-əd-Din 

Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi 

kimi  yazılır.  O,  Urmiya  şəhərində  do-

ğulduğunu və nəslinin bu şəhərdə yaşa-

dığını  bildirmək  üçün  “Urməvi”  soya-

dını götürmüşdür.

Orta əsr Şərq musiqi mədəniyyətini 

zinətləndirən  ən  qüdrətli  musiqişünas 

olmuşdur. İbtidai təhsilini öz vətənində 

almış,  musiqi  savadının  əlifbasını  və 

udda  çalmağı  da  burada  öyrənmişdir. 

Sonradan  Ərəb  Xilafətinin  paytaxtı-

na,  bütün  Yaxın  və  Orta  Şərqin  elm 

və  mədəniyyət  mərkəzi  olan  əfsanəvi 

Bağdad  şəhərinə  gələrək,  dövrünün 

ən  yaxşı  universitetlərindən  sayılan 

“Müstənsəriyyə”də təhsilini davam et-

dirmişdir. Burada fəlsəfənin, məntiqin, 

tibbin, riyaziyyatın, astronomiyanın və 

dillərin əsasları ilə tanış olmuşdur. Mu-

siqi  sənətini  öyrənməkdə  davam  edən 

Səfiəddin  xəttatlıqda  da  böyük  uğur 

qazanmışdır. Əvvəlcə musiqi sahəsində  

deyil,  xəttat  kimi  şöhrət  tapmış  və 

Abbasilər sülaləsinin son nümayəndəsi 

xəlifə  əl  Müstəsimin  sarayına  dəvət 

olunmuşdu.  Az  vaxtda  xəlifənin  ya-

xın  əhatəsinə  daxil  olan  sənətkar  bir 

müddətdən  sonra  saray  kitabxanasının 

rəhbəri və baş xəttatı təyin olunmuşdur. 

Bütün  Şərq  aləmində  ünlü  sənətçilər 

kimi ad çıxarmış bir çox musiqişünas-

lar  onun  şagirdləri  olmuşlar.  Bunların 

sırasında Şəms əd-Din Söhrəvərdi, Əli 

Sitan,  Həsən  Zəfər  və  Hüsam  əd-Din 

Qutluq  Buğa  kimi  tanınmış  musiqişü-

nasların adları çəkilir.

Səfiəddin  iki  yeni  musiqi  aləti  ya-

ratmışdı  -  “Nüzhə”  və  “Müğni”. 

Nüzhə  müasir  arfa  (çəng)  və  kanona 

bənzəyirdi. Bu alətin 81 simi vardı. Sö-

yüd, sərv və ya şümşaddan dördbucaq 

şəklində düzəldilirdi. Müğninin 33 simi 

vardı və xarici oxşarlıq baxımından rü-

baba bənzəyirdi. Sadəcə çanağı iri idi. 

Müğni ərik ağacından düzəldilirdi.

Bundan başqa Səfiəddin həm də iste-

dadlı bəstəkar idi. Təbrizdə qələmə aldı-

ğı beşhissəlik məşhur “Risaleyi-Şərəfi” 

adlı musiqi risaləsini Şərafəddinə ithaf 

etmişdir.  Hələ  Bağdadda  sarayda  ikən 

1252-ci  ildə  “Kitab-əl  Ədvar”  adı  ilə 

məşhur olan musiqi risaləsini tamamla-

mışdır. Ərəb dilində yazılmış və on beş 

fəsildən ibarət kitabda ümumiyyətlə, 12 

muğam dəstgahının adı çəkilir ki, bun-

ların da çoxusu bizə məlumdur. O, mu-

siqi  elminə  “Sistemçilik”  məktəbinin 

yaradıcısı  kimi,  tabulaturanın  banisi 

kimi daxil olmuşdur. Ondan sonra gələn 

alimlər  XVI  əsrə  qədər  bu  not  yazı 

sistemindən geniş istifadə etmişlər. 

Səfiəddin ömrünün son illərini yox-

sulluq içində keçirmiş və 1294-cü ildə 

Bağdaddakı  borclular  həbsxanasında 

vəfat etmişdir.


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin