Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
Xalq rəssamı Abdullayev Mikayıl Hüseyn oğlunun (19.12.1921-21.08.2002)
anadan olmasının 95 illiyi
Musiqi.Opera.Balet
Əməkdar incəsənət xadimi, professor Dadaşov Azər İsmayıl oğlunun (01.12.1946)
anadan olmasının 70 illiyi
Xalq artisti, balerina Şirəliyeva Tamilla Xudadat qızının (08.12.1946) anadan
2016
DEKABR
359
354
355
356
357
358
351
olmasının 70 illiyi
Xalq artisti, müğənni Sadıqov Əliövsət Şirəli oğlunun (22.12.1906-17.10.1971)
anadan olmasının 110 illiyi
Xalq artisti, balerina Babayeva Çimnaz Məmməd qızının (23.12.1946) anadan
olmasının 70 illiyi
Əməkdar artist, balaban və klarnet ifaçısı Zeynalov Bəhruz Mahmud oğlunun
(24.12.1926-25.05.1998) anadan olmasının 90 illiyi
Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Xanlarova Zeynəb Yəhya qızının
(28.12.1936) anadan olmasının 80 illiyi
Xalq artisti, müğənni Əliyev Əbülfət Əsəd oğlunun (30.12.1926-1990) anadan
olmasının 90 illiyi
Teatr.Kino
Xalq artisti, aktyor Yusifzadə Əşrəf Əmrah oğlunun (05.12.1906-07.03.1963)
anadan olmasının 110 illiyi
Amerika kino rejissoru, prodüser Disney Uoltun (05.12.1901-15.12.1966)
anadan olmasının 115 illiyi
Xalq artisti, aktyor Salayev Həsənağa Dərya oğlunun (05.12.1921-02.10.1981)
anadan olmasının 95 illiyi
Əməkdar incəsənət xadimi, kino operatoru, rejissor və rəssam Atakişiyev
Əlisəttar Ələsgər oğlunun (25.12.1906-07.11.1990) anadan olmasının 110 illiyi
Xalq artisti Əliyeva Zemfira Məmmədəli qızının (25.12.1941-26.11.1995)
anadan olmasının 75 illiyi
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Əsgərova Salatın Əziz qızının (16.12.1961-
09.01.1991) anadan olmasının 55 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Riad Fikrət oğlunun (20.12.1956-
22.01.1992) anadan olmasının 60 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Orucov Vəzir Surxay oğlunun (26.12.1956-
22.03.1993) anadan olmasının 60 illiyi
Siyasət.Hərbi iş
Dövlət xadimi, general-mayor Əsədov Məhəmməd Nəbi oğlunun (05.12.1941-
20.11.1991) anadan olmasının 75 illiyi
Azərbaycan Respublikasının Prezidenti, görkəmli siyasi və dövlət xadimi Əliyev
İlham Heydər oğlunun (24.12.1961) anadan olmasının 55 illiyi
Tarix
Tarix elmləri doktoru, professor Abbasbəyli Ağalar Nəriman oğlunun
(31.12.1941) anadan olmasının 75 illiyi
Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Musayeva Tamilla Həşim
qızının (31.12.1931) anadan olmasının 85 illiyi
360
361
362
363
365
366
364
368
369
367
371-372
373
370
374
352
378
377
Fəlsəfə.İqtisadiyyat.Hüquq
Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əliyev Aqil Əlirza
oğlunun (10.12.1926-07.03.2006) anadan olmasının 90 illiyi
İqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Qasımov Əbülfəz
Cəbrayıl oğlunun (20.12.1931) anadan olmasının 85 illiyi
Mədəniyyət.Maarif.Təhsil
Görkəmli jurnalist, elm xadimi və ictimai xadim, pedaqoq İmanquliyev Nəsir
Əsəd oğlunun (22.12.1911-07.03.1998) anadan olmasının 105 illiyi
Şair və mütərcim, Əməkdar elm xadimi, professor Əlizadə Məmməd Mübariz
Əli oğlunun (23.12.1911-08.04.1994) anadan olmasının 105 illiyi
Filologiya elmləri doktoru, professor Sultanlı Əli Abdulla oğlunun (25.12.1906-
18.07.1960) anadan olmasının 110 illiyi
Filologiya elmləri doktoru, professor Cəfərzadə Əzizə Məmməd qızının
(29.12.1921-04.09.2003) anadan olmasının 95 illiyi
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Babayev Həbib
Bayram oğlunun (30.12.1926-02.07.1994) anadan olmasının 90 illiyi
Coğrafiya.Geologiya
Akademik Əhmədov Həsən Əbdüləli oğlunun (15.12.1906-1981) anadan
olmasının 110 illiyi
Geologiya-mineralogiya elmləri doktoru, professor Ağalarova Dünya Ələkbər
qızının (15.12.1906-1981) anadan olmasının 110 illiyi
Riyaziyyat.Fizika.Astronomiya
Akademik Quliyev Nəriman Ağaqulu oğlunun (28.12.1926-20.05.2014) anadan
olmasının 90 illiyi
Kimya.Biologiya.Tibb
Əməkdar həkim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
Əlikişibəyov Mustafa Məmməd oğlunun (07.12.1901-?) anadan olmasının 115
illiyi
Azərbaycanda patoloji anatomiyanın banilərindən biri, professor Hüseynov
Cəlil Yusif oğlunun (20.12.1896-21.03.1979) anadan olmasının 120 illiyi
İlk qadın travmatoloq, tibb elmləri doktoru Seyidova Həqiqət Əli qızının
(26.12.1916-?) anadan olmasının 100 illiyi
Tibb elmləri doktoru, professor Novruzov Manaf Əbdülrəhim oğlunun
(26.12.1926) anadan olmasının 90 illiyi
Akademik Musayev Musa Əbdürrəhman oğlunun (27.12.1921-04.12.2010)
anadan olmasının 95 illiyi
AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Səmədov Niyazi
Həmid oğlunun (31.12.1916) anadan olmasının 100 illiyi
376
379
375
353
384
383
381-382
Texnika.Mühəndis işi
Texnika elmləri doktoru, professor, Əməkdar mühəndis Hacıyev Bəhmən Əbiş
oğlunun (02.12.1926-1998) anadan olmasının 90 illiyi
Texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi Abdullayev Kamal
Mehman oğlunun (19.12. 1936) anadan olmasının 80 illiyi
Texnika elmləri doktoru, professor Abdullayev Faiq Məmmədəli oğlunun
(26.12.1936) anadan olmasının 80 illiyi
Texnika elmləri doktoru, Əməkdar mühəndis Süleymanov Ələkbər Bağır
oğlunun (31.12.1916-2000) anadan olmasının 100 illiyi
Kitabxanaşünaslıq.Biblioqrafiya
Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının akademiki Xələfov Abuzər Alı oğlunun
(25.12.1931) anadan olmasının 85 illiyi
Tarixdə bu gün
QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1988)
Bеynəlxalq Əlillər Günü (03.12.1992)
ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində nizamlanması barədə bəyanat qəbul olunub
(03.12.1996)
Beynəlxalq Könüllülər Günü ((05.12.1985)
Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib (06.12.1881)
Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı Günü
(06.12.2006)
Keçmiş SSRİ-i süqut etmişdir (08.12.1991)
“Müstəqil Dövlətlər Birliyi”nin (MDB) yaradılması haqqında müqavilə
bağlanmışdır (08.12.1991)
Azərbaycan İslam Konfransı Təşkilatına üzv qəbul olunmuşdur (09.12.1991)
İnsan hüquqları günü (10.12.1950)
Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо Vеrilişləri Günü (12.12)
Azərbaycan Respublikası Pensiya Fondu (16.12.1991) yaradılmışdır
Naxçıvan MR Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31
dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması
barədə qərar qəbul edilib (16.12.1991)
Azərbaycanla Ermənistan arasında dəmir yolu nəqliyyatı tamamilə
dayandırılıb (19.12.1991)
Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul
edilib (25.12.1991)
Xankəndinin işğalı günü (28.12.1991)
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında ümumxalq
referendumu keçirilib (29.12.1991)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991)
380
354
Milli ədəbiyyat
70
illiyi
Ramiz Rövşən
1946
DEKABR
Ramiz Məmmədəli oğlu Əliyev
(Ramiz Rövşən) 1946-cı il dekabr ayı-
nın 15-də Bakının Əmircan kəndində
anadan olmuşdur. Orta təhsilini Sura-
xanı rayonundakı 208 saylı şəhər orta
məktəbində almışdır. 1964-1969-cu
illərdə Azərbaycan Dövlət Universiteti-
nin (indiki BDU) filologiya fakültəsində
təhsil almış, 1976-1978-ci illərdə Mosk-
vada Ali Ssenari kurslarını bitirmişdir.
Şairin “Bir yağışlı nəğmə” adlı şeirlər
kitabı 1970-ci ildə işıq üzü görmüş-
dür. 1971-ci ildə Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında,
“Mozalan” satirik kinojurnal studiya-
sında redaktor, 1974-1975-ci illərdə ki-
nostudiyanın ssenari emalatxanasında
ssenarist, 1979-1987-ci illərdə ssenari
redaksiya heyətinin üzvü, 1987-1992-
ci illərdə kinostudiyanın baş redakto-
ru işləmişdir. “Göy üzü daş saxlamaz”
(1987), “Kəpənək qanadları” (1999),
“Gedək biz olmayan yerə” (2006) adlı
kitabların müəllifidir.
Ramiz Rövşən şeirinin qüdrəti
onun sadəliyində, lokanikliyində,
fəlsəfiliyindədir. Onun hər bir şei-
ri sənətkarlıq, fikir dərinliyi, rəvanlıq
cəhətdən ana dilimizin zənginliyini,
gözəlliyini, incəliyini bir daha sübut
edən parlaq bir nümunədir. Şeirlərində
vətənpərvərlik, bəşəri məhəbbət, məslək
eşqi, dərin etiqad, vüqar və sadəlik,
xalq ruhuna yaxınlıq, dərin sənətkarlıq,
müdriklik, həyata və insana məhəbbətin
tərənnümü poetik şəkildə təcəssüm et-
mişdir. Özünəməxsusluq, bənzərsizlik
onun şeirlərinin qayəsindədir. O poezi-
yamızda yeni irs, yeni cığır açmış və bu
irsə öz möhürünü vurmuş, əvəzedilməz
təkrarolunmaz bir şairdir.
1992-ci ildən Azərbaycan Tərcümə
Mərkəzində çalışmış, S.Yeseninin
“Qara adam” poemasını və şeirlərini,
A.Blokun şeirlərini, V.Mayakovskinin
“Şalvarlı bulud” poemasından parça və
başqa əsərləri tərcümə etmişdir. 1985-ci
ildə R.Rövşən haqqında “Üç çinar yar-
pağı”, 1987-ci ildə “Burax gedim, ay
işığı”, 1993-cü ildə “Ağrı” adlı televizi-
ya verilişləri lentə alınmışdır. “Bağışla”,
“Bu qatarın dalınca baxma”, “Unuda-
caq” (F.Kərimova), “Novruz gəlir, yaz
gəlir” (A.Kazımova), “Ayrılıq” (Azərin),
“Yalquzaq” (Ş.Əlizamanlı) adlı mahnı-
ların mətnlərinin müəllifidir. “Divlərin
mahnısı” (Əzablı yollar), “Yaraşmıram
mən sənə” (İşarəni dənizdən gözləyin),
“Şimşimə” (Girişmə, öldürər), “Yağış
yuyur, gün qurudur” (Əlvida, cənub
şəhəri. Mehriban Zəki), “Dilin yansın,
dil yiyəsi” (Qala) adlı şeirləri filmlərdə
səsləndirilmişdir. “Babamızın babası-
nın babası” (1981), “Şəhərli biçinçilər”
(1986), “Süd dişinin ağrısı” (1987),
“Özgə vaxt” (1996), “Məkanın melodi-
yası” (2004), “Qala” (2008) kimi tam-
metrajlı bədii filmlərin, “Şəhidlərdən
şəhidlərə” (1990) qısametrajlı sənədli
filmin ssenari müəllifi; “Bulud niyə ağ-
layır?” (1973), “Pıspısa xanım və siçan
bəy” (1974), “Lovğa fil balası” (1987)
cizgi filmlərinin, “Əzablı yollar” (1982)
“Evlənmək istəyirəm” (1983), “Xüsusi
vəziyyət” (1986), “Kişi sözü” (1987),
“Araqarışdıran” (1987), “Gecə qata-
rında qətl” (1990), “Kamança” (1993),
“Etimad telefonu” (2001), “Hacı Qara”
(2002), “Küçələrə su səpmişəm” (2004)
tammetrajlı bədii filmlərində mahnı
mətnlərinin müəllifidir.
Şeir və hekayələri keçmiş SSRİ-nin
bir çox dillərinə tərcümə edilmiş, ABŞ-
da, Almaniyada, Fransada, Polşada,
Bolqarıstanda, Türkiyədə, İranda çap
olunmuşdur. Ramiz Rövşən 1981-ci
ildən Azərbaycan Yazıçılar Birliyi idarə
heyətinin və Azərbaycan Mətbuat Şura-
sının üzvüdür.
Ə d ə b i y y a t
Sevgi məktubu kimi:
şeirlər /R.Rövşən.-Bakı:
Mütərcim, 2009.-52 s.
Yağışlı nəğmə: şeirlər
/R.Rövşən.- Tehran,
2009.- 312 s.
Nefes - kitablar
kitabı: şiir-nesr-esse
/R.Rövşən.-Ankara:
Bengü, 2008.- 226 s.
Şeir /R.Rövşən
//Ədəbiyyat qəzeti.-
2015.- 13 fevral.- S.1.
Şeirlər /R.Rövşən
//Ədalət.-2014.- 21
iyun.- S.13.
Aytel, İ. Ramiz Rövşən
nəsri /İ.Aytel //Ədalət.-
2014.- 22 yanvar.- S.5.
Əliağaqızı, G. Ra-
miz Rövşən poeziyası
/G.Əliağaqızı //Kredo.-
2014.- 1-8 fevral.- S.16.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.azerbaycanevi.com
www.bakunights.net
www.legend.az
15
Şair
DEKABR
16
355
DEKABR
16
Milli ədəbiyyat
100
illiyi
Süleyman Vəliyev
1916-1996
DEKABR
Süleyman Vəli oğlu Vəliyev
1916-cı il dekabr ayının 21-də Bakı
yaxınlığındakı Ramana qəsəbəsində
anadan
olmuşdur.
Ramana
məktəbində səkkizillik təhsil aldıq-
dan sonra, təhsilini məşhur “Qulam
şqolası”nda davam etdirmişdir.
“Əmanət kassası” adlı ilk
hekayəsi 1932-ci ildə “Hücum”
jurnalında çap olunmuşdur. Ədəbi
mühitə çox tez gələn Süleyman
Vəliyev 1937-ci ildə hərbi qulluğa
çağırılana qədər Lökbatanda çıxan
aztirajlı “Neft uğrunda” qəzetində
jurnalistlik fəaliyyətinə başlamış-
dır. Yazıçının 1937-ci ildə yazıb çap
etdirdiyi “Bığlı ağa” povesti həmin
ildə Azərnəşrdə ayrıca kitabça
şəklində çapdan çıxmışdır. Bu ki-
tab onu həmişəlik ədəbiyyata bağ-
lamış, ədəbi mühitdə tanıtmışdır.
Bir müddət “Azərbaycan gəncləri”,
“Kommunist” qəzetlərinin müxbiri
olmuş, “İnqilab və mədəniyyət” jur-
nalında ədəbi işçi kimi çalışmışdır.
1937-ci ilin payızında hərbi xidmətə
çağırılmış, 2 il Ukraynada hərbi
xidmətdə olmuşdur. 1940-cı ilin
oktyabrında Xalq şairi S.Vurğunun
köməyi ilə Azərbaycan Yazıçılar
İttifaqının Hərbi vətənpərvərlik
şöbəsinin müdiri vəzifəsində çalış-
mışdır.
İkinci Dünya müharibəsi illərində
Almaniya, Yuqoslaviya və İtali-
yada müqavimət hərəkatında işti-
rak etmişdir. 1946-1949-cu illərdə
M.F.Axundov adına Pedaqoji İnsti-
tutda (indiki Azərbaycan Dövlət Pe-
daqoji Universiteti) təhsil almışdır.
1958-1963-cü illərdə C.Cabbarlı
adına “Azərbaycanfilm” studiya-
sında redaktor vəzifəsində çalışmış,
1963-1987-ci illərdə Azərbaycan
Yazıçılar Birliyində məsləhətçi
işləmişdir.
Onun yaradıcılığında Stalin
repressiyaları, müharibə möv-
zusu, azərbaycanlı döyüşçülərin
Avropa müqavimət hərəkatında
iştirakı mövzuları əsas yer tutur.
“Mübahisəli şəhər”, “Şor cüllü-
tü”, “Əncir ağacı”, “Qanadı qırıq
quş da uçarmış”, “Bir səhəng su”,
“Düyünlər” əsərlərinin müəllifidir.
Müasir nəsrimizdə müharibə
mövzusunun görkəmli nümayəndəsi
olan yazıçının əsərləri keçmiş SSRİ
və xarici ölkə xalqlarının dillərinə də
tərcümə olunmuşdur. Bədii yaradı-
cılığında S.Marşak, A.Qaydar, M.Q.
Mixaylovski, V.Vasilyevskayadan
tərcümələr etmişdir.
1976-cı ildə əmək veteranı, 1981-
ci ildə müharibə veteranı olmuşdur.
1967 və 1986-cı illərdə Azərbaycan
SSR Elmlər Akademiyasının Fəxri
fərmanına, 1977-ci ildə “Azərbaycan
Əməkdar mədəniyyət işçisi”, 1987-
ci ildə “Əməkdar incəsənət xadi-
mi” fəxri adlarına layiq görülmüş,
1984-cü ildə “Xalqlar dostluğu”
ordeni və bir sıra medallarla təltif
olunmuşdur.
Süleyman Vəliyev 1996-cı il
mart ayının 7-də Bakı şəhərində, 80
yaşında vəfat etmişdir. Məzarı İkin-
ci Fəxri Xiyabandadır.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri:
iki cilddə: romanlar
/S.Vəliyev.- Bakı: Yazıçı,
1983.
Daşlı bulaq: [romanlar]
/S.Vəliyev; ön sözün
müəl. C.Əhmədov.-Bakı:
Yazıçı, 1987.- 686 s.
“Qanadı sınmış quş”
da uçarmış: Sənədli
nəsr, roman, povest və
hekayələr /S.Vəliyev;
red. Z.Əsgərov.- Bakı:
Gənclik, 1989.- 427 s.
Mənə “sən” de
/S.Vəliyev.- Bakı:
Gənclik, 1985.- 325 s.
Süleyman Vəliyev
//Əhmədov T. Azərbaycan
yazıçıları (XX-XXI
yüzillikdə):ensiklopedik
məlumat kitabı.- Bakı,
2011.-S.875.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.kataloq.net
21
Yazıçı
356
Şair, publisist
Milli ədəbiyyat
75
illiyi
Şahmar Əkbərzadə
1941-2000
DEKABR
Şahmar Əkbər oğlu Əkbərzadə
1941-ci il dekabr ayının 28-də Ağ-
dam rayonunun Çəmənli kəndində,
ziyalı ailəsində anadan olmuşdur.
1958-ci ildə Mahrızlı kənd orta
məktəbini bitirdikdən sonra Şuşa
Pedaqoji Texnikumuna daxil ol-
muş, 1960-cı ildə oranı bitirmişdir.
Elə həmin il M.F.Axundov adı-
na Dillər İnstitutunun rus dili və
ədəbiyyatı şöbəsinə daxil olmuş,
1965-ci ildə rus dili müəllimi ix-
tisası üzrə təhsilini başa vurmuş-
dur. Bir neçə il Çəmənli kənd orta
məktəbində müəllim işləmiş, 1968-
ci ildə Bakı şəhərinə köçmüşdür.
Burada Azərittifaqın əməyin elmi
təşkili mərkəzi laboratoriyasında
tərcüməçi, 1968-1973-cü illərdə
Azərbaycan Kənd Təsərrüfatı Na-
zirliyinin Nəşriyyat şöbəsində
redaktor, 1973-1978-ci illərdə
“Azərbaycan gəncləri” qəzeti re-
daksiyasında publisistika şöbəsinin
müdiri, 1978-1990-cı illərdə “Kom-
munist” qəzeti redaksiyasında
Mədəniyyət şöbəsinin böyük ədəbi
işçisi vəzifələrində çalışmışdır.
1990-cı ildə “Mədəniyyət”
qəzetini təsis etmiş və ömrünün
sonunadək qəzetin baş redaktoru
olmuşdur.
Bədii yaradıcılıqla
1985-ci ildən
məşğul olmuş, dövri mətbuatda
vaxtaşırı olaraq şeir, məqalə və
tərcümələrini çap etdirmişdir.
“Anama layla” (1978), “Sevgi borc
verilməz” (1982), “Ona yanıram ki”
(1988), “Haqqa pəncərə” (1998),
“Sev məni” (2000) kitabları işıq
üzü görmüşdür.
Əsərləri keçmiş SSRİ və xa-
rici ölkə xalqlarının dillərinə
tərcümə edilmişdir. 1978-ci ildə
Azərbaycanın yaradıcı gənclərinin
tərkibində Çexoslovakiyada, 1984-
cü ildə Azərbaycan Jurnalistlər İt-
tifaqının xüsusi qrupu tərkibində
Türkiyədə olmuşdur.
1983-cü
ildə
Azərbaycan
Jurnalistlər İttifaqının mükafatına,
1986-cı ildə “Qızıl qələm” müka-
fatına, 1996-cı ildə şeirlərinə görə
“Araz” ali ədəbi mükafatına layiq
görülmüşdür.
Görkəmli şair, publisist Şahmar
Əkbərzadə 2000-ci il avqust ayının
30-da, Bakı şəhərində vəfat etmiş-
dir.
Şairin adına beynəlxalq ədəbiyyat
mükafatı təsis edilmiş, “Şah-
mar Əkbərzadə adına Beynəlxalq
Ədəbiyyat Mükafatı laureatlarının
şeir antologiyası” kitabı çap olun-
muşdur.
2014-cü il fevral ayının 10-da
“Şahmar Ədəbi Məclisi” (ŞƏM)
təsis olunmuşdur.
Ə d ə b i y y a t
Haqqa pəncərə: [şeirlər]
/Ş.Əkbərzadə.- Bakı: Dünya,
1998.- 304 s.
Sev məni: [şeirlər]
/Ş.Əkbərzadə; red.
T.Zahidoğlu.-Bakı:
Azərbaycan, 2000.- 64 s.
Şeir /Ş.Əkbərzadə
//Azərbaycan.- 2012.- 26
fevral.- S.10.
Abbaslı, T. Şahmar:
“Səndən zülümlər görsəm -
Zülümdən gözəl nə var?..”
/T.Abbaslı //Mədəniyyət.-
2012.- 31 avqust.- S.7.
Gülayə. Ölüm ondan
ötrü ölümə getdi /Gülayə
//Kaspi.-2013.- 27-29 iyul.-
S.17.
Məmmədzadə, R. Şahmar
Əkbərzadə ilə bir gecəlik
görüş /R.Məmmədzadə
//Ədalət.- 2011.- 8 yanvar.-
S.16.
Yusifli, V. Şahmarı unutmaq
olar?! /V.Yusifli //525-ci
qəzet .-2011.- 3 sentyabr.-
S.20.
İ n t e r n e t d ə
www.anl.az
28
357
Şair
Milli ədəbiyyat
70
illiyi
Nüsrət Kəsəmənli
1946-2003
DEKABR
Nüsrət Yusif oğlu Kəsəmənli
1946-cı il dekabr ayının 29-da Qazax
rayonunda anadan olmuşdur. Orta
təhsilini burada aldıqdan sonra Bakı-
ya gəlmiş, 1966-cı ildə Azərbaycan
Dövlət Universitetinin (indiki
BDU) jurnalistika fakültəsinə daxil
olmuşdur. Universitetin II kursunda
ikən “Bakı” və “Baku” qəzetlərində
müxbir, ədəbi işçi vəzifəsinə işə
qəbul edildiyinə görə 1969-cu ildə
qiyabi şöbəyə keçmişdir. Universi-
teti bitirdikdən sonra 1978-1985-ci
illərdə Azərbaycan Yazıçılar İttifa-
qında referent və ədəbi məsləhətçi
olmuşdur.
Bədii yaradıcılığa XX əsrin 60-cı
illərinin əvvəllərindən başlamışdır.
Nüsrət Kəsəmənlinin poеziyası
obrazlı təfəkkürün ifadəsidir. Onun
şеirlərinin əsas mövzusu məhəbbət
olsa da, insanpərvərliyə, yеr üzərində
əmin-amanlığa, vətənə, torpağa aid
müxtəlif əsərlər yaratmışdır. “Sеvgi
hələ ölmüş dеyil”, “Dəli bir ağ-
lamaq kеçir könlümdən”, “Sənə
güvəndiyim dağlar”, “Sеvə-sеvə”,
“Bəlkə bu təsadüf” kimi məhəbbət
mövzusunda, “Torpaq haqqında
nəğmə”, “Vətən alov еtsin odunu
sənin”, “Cıdır düzü”, “İsa bulağı”,
“Ağlama Təbrizim,
ağlama”, “Bu
bizim vətənimizdir” kimi şeirləri
doğma torpağa, vətənə məhəbbəti
əks еtdirən çoх dəyərli poеziya
nümunələridir. Şair öz yaradıcı-
lığında ictimai-siyasi hadisələrlə
bağlı düşüncələrinə də yеr ayırmış,
onun “Хocalı”, “20 Yanvar”, “Yad-
dan çıхmaz Qarabağ” kimi əsərləri
məhz bu mövzuda yazılmışdır.
“Dünya köhnə dünyadır”, “Unut
kədərini”, “Allahım, ayırma bizi”,
“Unuda bilməyəcəksən”, “Özü-
mü aldadıram”, “Biri vardı, biri
yox...” kimi yüzlərlə şeirinə musi-
qi bəstələnmişdir. “Boş kəndlərin
harayı”, “Mövzu üzrə improvizasi-
ya”, “Ənbizlərin keşiyində”, “Sovet
Azərbaycanına səyahət” və s. sənədli
filmlərin, “Afroditanın qolları”,
“Qarabağ əhvalatı” bədii filmlərin
ssenari müəllifidir. Moskvada gənc
yazıçıların VI, VII Ümumittifaq
müşavirələrində iştirak etmişdir.
1977-ci ildən Azərbaycan Yazı-
çılar Birliyinin üzvü idi.
Fəal ictimaiyyətçi olmuş, 1981-
1984-cü illərdə Azərbaycan Ya-
zıçılar
İttifaqında
Həmkarlar
Komitəsinin sədri, Azərbaycan
Tarix və Mədəniyyət Abidələri
Mühafizə Cəmiyyətinin üzvü,
Azərbaycan Yazıçılar İttifaqının VI,
VII qurultayında idarə heyətinin
üzvü, Poeziya şurasının sədri se-
çilmişdir. 1985-ci ildən C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostu-
diyasında baş redaktor, “Dünyaya
pəncərə” sənədli televiziya verilişi-
nin ssenari müəllifi və aparıcısı kimi
çalışmışdır. 1982-ci ildə respublika
Lenin komsomolu mükafatı laureatı
olmuşdur.
Şair Nüsrət Kəsəmənli 2003-cü
il oktyabr ayının 17-də, Təbrizdə
vəfat etmişdir.
Dostları ilə paylaş: |