Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə14/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

Ə d ə b i y y a t

Çobanov, M. I Türkoloji qurultay və türk dillərinin müasir problemləri : Ədəbi dilimiz xalqımızın milli sərvətidir /M. N. Çobanov; red. 

N. Cəfərov; Azərbaycan Atatürk Mərkəzi.-Bakı: AzAtaM, 2006.-C.I.-152 s. 

Latın əsaslı yeni türk əlifbası və I Bakı türkoloji qurultayı: Biblioqrafiya /Tərtibçilər: K. V. Nərimanoğlu; Ə. Ağakişiyev; S. Abdullaye-

va; Red.: M. Vəliyeva.-Bakı: Çinar-Çap, 2006.-40 s.

Sarıyeva, İ. Azərbaycan tarixində böyük hadisə - türk dünyasını birləşdirən I Türkoloji Qurultay...  /İ.Sarıyeva //Bakı xəbər.-2015.- 2 

iyun.- S. 15.

Первый Всесоюзный Тюркологический съезд: 26 февраля-5 марта 1926 г. : стенографический отчет /М-во Культуры и 

Туризма Азерб. Респ., Нац. Библиотека Азерб. им. М. Ф. Ахундова; отв. за вып. В. Бахманлы ; ред. А. Асадзаде.-Баку: Нагыл 

Еви, 2011.-550 с.

75

MART

 

Ç.A. 



Ç. 

C.A. 


C. 

Ş. 


B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş.

B.

B.E.


Ç.A. 

Ç. 


C.A.

 











10 

11 


12 

13 


14 

15 


16 

17 

18 


19 

20 


21 

22 


23 

24 

25 


26 

27 


28

29

30 



31

®

Bеynəlxalq Qadınlar Günü (08.03.1910)



• 

Qızıl Aypara Günü (10.03.2008)

• 

Milli Tеatr Günü (10.03.1873) 

• 

Beynəlxalq Novruz Günü (21.03.2010)

• 

Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə 

• 

Bayramı Günü (28.03.1997)

Azərbaycanlıların Sоyqırımı günü (31.03.1918)

• 

Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri dahi sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci 

ildə keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna imkan vermədi. 

Bütün  bunları  nəzərə  alan  Prezident  İlham  Əliyev  2011-ci  ildə  dünya  ədəbiyyatının  görkəmli 

nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin geniş 

şəkildə qeyd olunması üçün Sərəncam imzaladı.

Dövlətimizin başçısının tapşırıqlarına əsasən Gəncədə Heydər Əliyev Fondunun dəstəyi ilə 

dahi şairin muzeyi inşa  olundu. Azərbaycan Respublikasının Prezidenti    İlham  Əliyev     inşa 

olunmuş muzeyin açılışında iştirak edib. Muzey Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikil-

miş, qarşısında N.Gəncəvinin büstü qoyulmuşdur. Muzeydə ulu öndər Heydər Əliyev və Nizami 

Gəncəvi guşələri yaradılmış, şairin həyat  və yaradıcılığını əks  etdirən  monitor  quraşdırılmış-

dır. Muzeydə dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elekt-

ron məlumat köşkü quraşdırılmışdır. Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların 

yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin 

yubileylərinin  keçirilməsi,  məqbərəsinin  bərpa  edilməsi,  əsərlərinin  tərcümə  və  tədqiq  olun-

ması  ilə  bağlı  sərəncam  və  qərarları  sərgilənir.  Burada  dahi  şairin  800,  840  illik  yubileyləri 

münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir. 

Şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Xəmsə” 

və monoqrafiyalardan, o cümlədən Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxa-

nalarında, Misirin İsgəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-ın Met-

ropol  Muzeyində  qorunan  nadir  “Xəmsə”  əlyazmalarının  və  miniatürlərinin  orijinalları  və 

nüsxələrindən ibarət guşə yaradılmışdır. 

1 mart 


Gün çıxır 07:15 

Gün batır 18:48

31 mart 

Gün çıxır 07:27 

Gün batır 20:20

19 fevral- 

20 mart

Balıq bürcünün 



Nişanı sudur. 

Yupiter və 

Neptunun 

himayəsindədir. 

Günəşin Balıqlar 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

incə intuisiyalı 

olmaqla yanaşı, 

daim bir narahatlıq 

hissi də keçirirlər.

875 il

1141-1209

Nizami Gəncəvi


76

Milli ədəbiyyat

Əməkdar incəsənət xadimi, şairə Billuri Hökumə İbrahim qızının (03.03.1926-

22.11.2000) anadan olmasının 90 illiyi

Xalq  şairi  Rüstəmzadə  Süleyman  Əliabbas  oğlunun  (Süleyman  Rüstəm) 

(12.03.1906-10.06.1989) anadan olmasının 110 illiyi

Nasir  Mustafayev  Əmir  Gülbala  oğlunun  (12.03.1936-27.07.2007)  anadan 

olmasının 80 illiyi

Şair,  tərcüməçi,  publisist  İsmayılzadə  İsa  Mustafa  oğlunun  (15.03.1941-

14.07.1997) anadan olmasının 75 illiyi

Əməkdar  incəsənət  xadimi,  şair,  tərcüməçi  Məmmədsalahlı  Ələkbər  Baba 

oğlunun (Ələkbər Salahzadə) (15.03.1941-01.09.2013)  anadan olmasının 75 

illiyi 


Şair  Qasımov  (Qasımzadə)Böyükağa  Məmməd  oğlunun  (18.03.1916-

29.08.1957) anadan olmasının 100 illiyi

Xalq  şairi  Vəkilov  Səməd  Yusif  oğlunun  (Səməd  Vurğun)  (21.03.1906-

27.05.1956) anadan olmasının 110 illiyi

Yazıçı Veysəlli Nemət Bayramalı oğlunun (21.03.1941) anadan olmasının 75 

illiyi 


Şair Kərimov Əli Paşa oğlunun (Əli Kərim) (22.03.1931-30.06.1969) anadan 

olmasının 85 illiyi 

Yazıçı,  jurnalist  Babayev  Nurəddin  Həsən  oğlu  (23.03.1921-25.09.1991) 

anadan olmasının 95 illiyi

Şair, nasir Xanlarov Seyran Əsgər oğlunun (Seyran Səxavət) (23.03.1946) 

anadan olmasının 70 illiyi



Musiqi.Opera.Balet

Əməkdar  incəsənət  xadimi,  bəstəkar  Bağırov  Zakir  Cavad  oğlunun 

(16.03.1916-08.01.1996) anadan olmasının 100 illiyi

Əməkdar incəsənət xadimi, professor Əliyev Azad Sabir oğlunun (29.03.1951-

30.03.2014) anadan olmasının 65 illiyi

Xalq  artisti,  xanəndə  Cabbar  Məşədi  İsmayıl  oğlunun  (Cabbar  Qaryağdı 

oğlu) (31.03.1861-20.04.1944) anadan olmasının 155 illiyi

Xalq artisti, pianoçu Babayev Rafiq Fərzi oğlunun (31.03.1936-19.03.1994) 

anadan olmasının 80 illiyi

2016


MART

81

82



83

84

87



85

80

86



88

91

89



90

77

Teatr. Kino

Xalq  artisti  Qurbanov  Ağadadaş  Gülməmməd  oğlunun  (08.03.1911-

25.06.1965) anadan olmasının 105 illiyi

Xalq  artisti  Haqverdiyev  Əyyub  Məmmədəli  oğlunun  (15.03.1911-

12.06.1996) anadan olmasının 105 illiyi

Xalq  artisti  Kazımzadə  Kazım  Cəfər  oğlunun  (Kazım  Ziya)  (21.03.1896-

20.11.1956) anadan olmasının 120 illiyi

Azərbaycanın  və  SSRİ-nin  Xalq  artisti  və  teatr  rejiroru Axundov  Ruhulla 

Fətulla oğlunun (Sidqi Ruhulla) (28.03.1886-05.05.1959) anadan olmasının 

130 illiyi



Milli Qəhrəmanlar

Azərbaycanın Milli Qəhrəmanı Nəzərli Hikmət Baba oğlunun (07.03.1966-

26.02.1992) anadan olmasının 50 illiyi

Azərbaycanın  Milli  Qəhrəmanı  İbrahimov  Nurəddin  İslam  oğlunun 

(16.03.1951-10.02.1995) anadan olmasının 65 illiyi

Azərbaycanın  Milli  Qəhrəmanı  Nəsrəddinov  Rafiq  Hüseyn  oğlunun 

(18.03.1961-06.09.1992) anadan olmasının 55 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Əsədov Əsəd Soltan oğlunun (22.03.1956-

29.10.1991) anadan olmasının 60 illiyi

Siyasət.Hüquq.Hərbi iş

General-mayor  Haşımbəyov  Əliyar  bəy  Mehdi  oğlunun  (08.03.1856-

29.05.1920) anadan olmasının 160 illiyi

Əməkdar hüquqşünas, 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri Rəfiyev Akif 

Bəşir oğlunun (23.03.1936) anadan olmasının 80 illiyi

Türkçülüyün  əsas  ideoloqlarından  biri,  sosioloq,  şair  və  publisist  Mehmet 

Ziya (Ziya Göyalp) (23.03.1876-25.10.1924) anadan olmasının 140 illiyi 

Tarix

Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əfəndiyev Oqtay 

Əbdülkərim oğlunun (26.03.1926-26.02.2013) anadan olmasının 90 illiyi

Fəlsəfə.İqtisadiyyat

Beynəlxalq  Ekologiya  və  Təbiətdən  İstifadə Akademiyasının  həqiqi  üzvü, 

fəlsəfə  elmləri  doktoru,  professor  Şükürov  Ağayar  Məhəmməd  oğlunun 

(25.03.1946-2008) anadan olmasının 70 illiyi

Neftçi,  buruq  ustası  Məmmədov  Abbas  Zaman  oğlunun  (24.03.1916-

01.01.1976) anadan olmasının 100 illiyi

95

98

99



97

96

92



93

94

100



101

102


103

104


78

Mədəniyyət.Maarif.Təhsil

AMEA-nın  müxbir  üzvü,  Əməkdar  elm  xadimi,  tənqidçi,  ədəbiyyatşünas 

Qarayev Yaşar Vahid oğlunun (05.03.1936-25.08.2002) anadan olmasının 80 

illiyi


AMEA-nın  müxbir  üzvü,  filologiya  elmləri  doktoru,  professor  Hüseynov 

Böyükağa Murtuza oğlunun (07.03.1926-31.05.1983) anadan olmasının 90 

illiyi

Yazıçı-publisist, filologiya elmləri doktoru, professor Vəliyev İsmayıl Ömər 



oğlunun (18.03.1951) anadan olmasının 65 illiyi

Krım-tatar publisisti, pedaqoq, ictimai xadim Qaspralı (Qasprinski) İsmayıl 

bəy  Mustafa  ağa  oğlunun  (21.03.1851-11.09.1914)  anadan  olmasının  165 

illiyi


Ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Bəktaşi İnayət 

Heydər oğlunun (25.03.1931-09.09.1989) anadan olmasının 85 illiyi



Coğrafiya.Geologiya

Akademik Bağırzadə Faiq Məmməd oğlunun (20.03.1926-24.03.1988) ana-

dan olmasının 90 illiyi

Coğrafiya  elmləri  doktoru,  professor  Kərəmov  Nurəddin  Kərəm  oğlunun 

(20.03.1911 -13.08.1981) anadan olmasının 105 illiyi

Türk səyyahı, coğrafiyaşünası, tarixçisi, etnoqrafı, şair Çələbi Evliyanın (Tam 

adı Çələbi ibn Dərviş Muhəmməd Zillindir) (25.03.1611-1679/82) anadan ol-

masının  405 illiyi



Kimya.Biologiya.Tibb

AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Məmmədov Yaqub 

Cavad oğlunun (03.03.1941) anadan olmasının 75 illiyi 

Akademik,  kimya  elmləri  doktoru  Nağıyev  Tofiq  Murtuza  oğlunun 

(04.03.1941) anadan olmasının 75 illiyi

Texnika  elmləri  doktoru,  kimyaçı  alim  Qəmbərov  Yunis  Heydər  oğlunun 

(05.03.1926-07.09.1991) anadan olmasının 90 illiyi

Akademik, Əməkdar elm xadimi Əliyev Cəmil Əziz oğlunun (30.03.1946) 

anadan olmasının 70 illiyi

Texnika.Mühəndis işi

Dövlət xadimi, energetik, texnika elmləri namizədi, professor Bayramzadə 

Əlirza Baxşəli oğlunun (18.03.1911-01.08.1963) anadan olmasının 105 illiyi

İsveçli ixtiraçı və sənaye sahibkarı Nobel Emmanuelin (böyük) (24.03.1801-

03.09.1872) anadan olmasının 215 illiyi

Tarixdə bu gün

Ümumdünya Mülki Müdafiə Günü (01.03.1972)

Azərbaycanın BMT-yə qəbul olunması günü (02.03.1992)

105


106

107


108

109


110

111


112

113


114

115


116

79

Ümumdünya Yazıçılar günü  (03.03.1986)

Bədən Tərbiyəsi və İdman Günü (05.03.2005)

Qızıl Aypara Günü (07.03.2008)

Bеynəlxalq Qadınlar Günü (08.03.1910)

Milli Tеatr Günü (10.03.1873) 

Daxili Qoşunlar Günü (12.03.1995)

Ümumdünya İstehlakçılar Günü (15.03.1961)

Novruz bayramı (20-22.03)

Beynəlxalq Novruz Günü (21.03.2010)

Beynəlxalq Poeziya Günü (21.03)

İrqi  ayrı-seçkiliyin  (diskriminasiyanın)  ləğv  edilməsi  uğrunda  Beynəlxalq 

Mübarizə Günü (21.03.1966) 

Beynəlxalq Teatr Günü (27.03.1948)

Olimpiya muzeyinin yaradılmasının (27.03.2001) 15 illiyi

Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə Bayramı Günü (28.03.1997)



Azərbaycanlıların Sоyqırımı Günü (31.03.1918)

117


118

119-120


80

Milli ədəbiyyat 

90 

illiyi

Hökumə Billuri

1926-2000     

MART

Hökumə İbrahim qızı Billuri 1926-cı 

il mart ayının 3-də Cənubi Azərbaycanın 

Zəncan  şəhərində  anadan  olmuş-

dur.  1933-1943-cü  illərdə  “Azəri”  qız 

məktəbində təhsil almış və sonra həmin 

məktəbdə müəllim kimi çalışmağa baş-

lamışdır.  Sovet  ordusu  İranda  olduğu 

dövrdə  ictimai-siyasi  fəaliyyətə  başla-

mış,  vilayət  partiya  komitəsinin  üzvü 

olmuşdur.  İlk  şeirlərini  orta  məktəbdə 

ikən  fars,  sonra  Azərbaycan  dilində 

yazmışdır.  Azərbaycan  dilində  yazdığı 

“Fəhlə”,  “Gözlərim”,  “Sübh  açıldı”  və 

s.  şeirləri    və    məqalələri  1945-ci  ildə 

“Azər”  ,“Vətən  yolunda”  qəzetlərində, 

“Azərbaycan”  jurnalında  dərc  edilmiş-

dir.  1945-1946-cı  illərdə  Azərbaycan 

Demokrat  Partiyası  Zəncan  Vilayət 

Komitəsi  təbliğat  şöbəsinin  sədr  mü-

avini,  SSRİ  ilə  İran  arasında  mədəni 

rabitə cəmiyyəti Zəncan şöbəsinin sədr 

müavini, mədəniyyət evi kitabxanasının 

müdiri vəzifələrində çalışmışdır. Cənubi 

Azərbaycanda  inqilabi  hadisələrin  fəal 

iştirakçısı  olduğuna  görə  “21  Azər” 

medalı  ilə  təltif  edilmişdir.  1946-cı 

ilin  dekabr  ayından  etibarən  Şimali 

Azərbaycanda  mühacirətdə  yaşamağa 

məcbur  olmuşdur.  Həmin  vaxtdan  fəal 

elmi  və  bədii  yaradıcılıqla  məşğul  ol-

muş,  dövri  mətbuatda  müntəzəm  çıxış 

etmişdir.  1955-ci  ildə  “Şeirlər”,  1963-

cü  ildə  “Azadlıq  baharı”,  1970-ci  ildə 

“İthaf”, 1980-ci ildə “Könül baharı” və 

s. kitabları Bakıda və rus dilində Mosk-

vada nəşr olunmuşdur.

1952-ci ildə ADU-nun (indiki BDU) 

filologiya  fakültəsini  bitirmiş,  1952-

1954-cü illərdə Azərnəşrdə ədəbi-bədii 

şöbədə  redaktor  işləmiş,  1954-1956-cı 

illərdə  Azərbaycan  KP  MK  nəzdində 

partiya  məktəbini  fərqlənmə  diplomu 

ilə  bitirmişdir.  Bu  dövrdə  o,  iki  dəfə 

Azərbaycan Demokrat Partiyası MK-nın 

üzvü  seçilmişdir.  1956-1960-cı  illərdə 

Azərbaycan Demokrat Partiyası MK-nın 

siyasi orqanı - “Azərbaycan” qəzetinin 

baş  redaktoru  vəzifəsində  çalışmışdır. 

1960-1963-cü  illərdə  Moskvada  Sov.

İKP MK nəzdində olan İctimai Elmlər 

Akademiyasında  təhsil  almış,  orada 

“İran Azərbaycanının realist-demokratik 

ədəbiyyatı”  mövzusunda  dissertasi-

ya  müdafiə  edərək  filologiya  elmləri 

namizədi elmi dərəcəsini almışdır. 1964-

cü  ildən Azərbaycan  Elmlər Akademi-

yasının  (indiki AMEA)  Yaxın  və  Orta 

Şərq Xalqları İnstitutunda baş elmi işçi 

vəzifəsində çalışmışdır. Azərbaycan Ali 

Soveti Rəyasət Heyətinin Fəxri fərmanı 

və  SSRİ  medalları  ilə  təltif  edilmişdir. 

1958-ci ildən Azərbaycan Yazıçılar Bir-

liyinin üzvü olan Hökumə Billuri 1984-

cü  ildə  “Əməkdar  incəsənət  xadimi” 

fəxri adına layiq görülmüş, 1985-ci ildə 

Əmək veteranı olmuşdur.

Sairə, ədəbiyyatşünas Hökumə Billu-

ri 2000-ci il noyabr ayının 22-də Bakıda 

vəfat etmişdir.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/H.Billuri.- Bakı: Şərq-

Qərb, 2005.- 224 s.

Dünya belə dünyadır: 

şeirlər /H.Billuri.- Bakı: 

Yazıçı, 1989.- 133,[1] s.: 

portr., 17 sm.

Məhəmmədhüseyn 

Şəhriyar /H.Billuri.- 

Bakı: Elm, 1984.- 156 s.

Nə qəribə dünya 

imiş... /H.Billuri; red. 

A.Bağırov.- Bakı: 

Azərbaycan, 1997.-224 s.

Fərəcov, S. Ayrılıq 

həsrətli, vətən soraqlı...: 

[H.Billuri haqqında] 

/S.Fərəcov //Mədəniyyət.- 

2011.- 2 mart.- S.14.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.adam.az

www.anl.az

3

Şairə

81

Milli ədəbiyyat 

110 

illiyi

Süleyman Rüstəm 

1906-1989                   

MART

Süleyman Əliabbas oğlu Rüstəmzadə 

(Süleyman Rüstəm) 1906-cı il mart ayı-

nın 12-də Bakıda anadan olmuşdur. Rus-

tatar  məktəbini  bitirmiş,  N.Nərimanov 

adına Bakı Sənaye Texnikumunun elekt-

rik mexanikası şöbəsində təhsil almışdır. 

Texnikumun ictimai həyatında fəal çalış-

mış, divar qəzetində felyeton və şeirlərlə, 

“Molla  Nəsrəddin”  məcmuəsində  kiçik 

xəbərlərlə  çıxış  etmişdir.  “Unudulmuş 

gənc”  adlı  ilk  mətbu  şeiri  “Maarif  və 

mədəniyyət”  jurnalında  dərc  edilmiş-

dir.  Həmin  vaxtdan  dövri  mətbuatda 

müntəzəm  çıxış  etməyə  başlamışdır. 

1924-cü  ildə  texnikumda  təhsilini  ya-

rımçıq  qoyaraq  pedaqoji  təmayüllü  18 

saylı  ikinci  dərəcəli  birləşmiş  zəhmət 

məktəbinin  son  kursuna  dəyişilmişdir. 

1925-ci ildə həmin məktəbi bitirib “Gənc 

işçi”  qəzeti  redaksiyasında  ədəbiyyat 

şöbəsinin müdiri kimi əmək fəaliyyətinə 

başlamış, eyni zamanda ADU-nun Şərq 

fakültəsinə  (indiki  BDU)  daxil  olmuş-

dur.  Tələbəlik  illərində  ədəbiyyat  və 

dram  dərnəklərində  fəal  iştirak  etmiş, 

dövri  mətbuatda  şeir,  hekayə  və  felye-

tonlarını “S.R.”, “Dəmirçi”, “D.oğlu” və 

başqa  imzalarla  çap  etdirmişdir.  1926-

1934-cü illərdə “Maarif və mədəniyyət” 

jurnalında  məsul  katib  vəzifəsində  ça-

lışmışdır.  1929-cu  ildə  Moskva  Dövlət 

Universitetinin  Ədəbiyyat  və  incəsənət 

fakültəsinə  köçürülmüşdür.  1934-cü 

ildən  Azərbaycan  Yazıçılar  Birliyinin 

üzvü  olmuşdur.  1935-ci  ildə  Zaqafqa-

ziya  Mərkəzi  İcraiyyə  Komitəsinə  üzv, 

1938-ci ildə Birinci çağırış Azərbaycan 

Ali  Sovetinə  deputat  seçilmişdir.  Bun-

dan sonra bütün çağırışlarda xalq elçisi 

olmuşdur. “Qaçaq Nəbi” pyesi üzərində 

işləmiş  və  1940-cı  ildə  əsər  tamaşaya 

qoyulmuşdur.  1941-ci  ildə  Sovet  Or-

dusu  tərkibində  Cənubi  Azərbaycanda 

olmuş,  Təbrizdə  çıxan  “Vətən  yolun-

da”  qəzetində  öz  şeirlərini  “Süleyman 

Hikmət” imzası ilə çap etdirmişdir. Şima-

li Qafqazda, Mozdok və Kerç ətrafında 

döyüşlərdə batalyon komissarı, eləcə də 

siyasi  işçi  kimi  fəaliyyət  göstərmişdir. 

1945-ci ilin sentyabrında Səməd Vurğun-

la birgə Azərbaycan SSR Dövlət himni-

nin  sözlərini  yazmışdır.  Azərbaycan 

SSR Xarici ölkələrlə Dostluq və Mədəni 

Əlaqə  Cəmiyyəti  Sovet-Bolqar  dost-

luğu  şöbəsinin  idarə  heyətinin  sədri, 

SSRİ  Yazıçılar  İttifaqı  idarə  heyətinin 

üzvü,  Azərbaycan  KP  MK  üzvü  kimi 

fəal  ictimai  fəaliyyətlə  məşğul  olmuş-

dur. “Ədəbiyyat qəzeti”nin baş redakto-

ru olmuşdur. Xidmətlərinə görə 1943-cü 

ildə  “Azərbaycanın  Əməkdar  incəsənət 

xadimi”, 1960-cı ildə “Xalq şairi” fəxri 

adlarına  layiq  görülmüş,  1950-ci  ildə 

SSRİ  Dövlət  Mükafatı  laureatı,  1970-

ci ildə Azərbaycan Dövlət Mükafatı la-

ureatı,  1976-cı  ildə  “Sosialist  Əməyi 

Qəhrəmanı”, üç Lenin ordeni, iki “Qır-

mızı  Əmək  Bayrağı”  ordeni  və  bir  sıra 

medallarla təltif olunmuşdur. Bolqarıstan 

Xalq Məclisinin rəyasət heyəti tərəfindən 

“Xalq hakimiyyətinin 25 illiyi”, “Georgi 

Dmitrovun  anadan  olmasının  90  illiyi” 

medallarına  layiq  görülmüşdür.  Ömrü-

nün sonunadək Azərbaycan SSR Ali So-

vetinin sədri vəzifəsində çalışmışdır.

Süleyman  Rüstəm  1989-cu  il  iyun 

ayının  10-da  Bakıda  vəfat  etmiş,  Fəxri 

Xiyabanda dəfn edilmişdir. Bakıda adını 

daşıyan küçə var.



12

Şair

Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 3 

cilddə /S.Rüstəm.- Bakı: 

Şərq-Qərb, 2005.

Şeirlər /S.Rüstəm            

//Ədalət.- 2014.- 25 

yanvar.- S.20.

Əsgərzadə, Q. 

Süleyman Rüstəm. 

Nəğmələrdə döyünən 

ürək: mahnılar, 

qəzəllər... /müəllif və ki-

tabın tərt. Q.Əsgərzadə 

(ön söz. müəl.).- [Bakı]: 

Çaşıoğlu, 2015.- 268 s.

Ədilli, Ş. Güney 

dərdimizdən ən çox 

yazmış şair  /Ş.Ədilli              

//Təzadlar.- 2015.- 6 

yanvar.- S.10.

Şəymən. Azərbaycanı 

tərənnüm edən şair...: 

Süleyman Rüstəmin 

əsərlərində milli ide-

yanın təlqin və təbliği 

mühüm əhəmiyyət kəsb 

edir  /Şəymən //Şərq.- 

2014.- 12 noyabr.- S.11. 

Избранное: 

стихотво-рения и 

поэмы /С.Рустам.- 

М.: Худож. лит., 

1986.- 350 с.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.adam.az

www.anl.az

82

Milli ədəbiyyat 

80 

illiyi

Əmir Mustafayev

1936-2007

Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin