Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə1/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
  1   2   3   4   5   6   7   8   9   ...   74

KBT  Я25

UOT (059)

Baş redaktor: 

K.M.Tahirov,

professor, 

Əməkdar mədəniyyət işçisi

Məsul katib:    

    N.Alışova 

 

Redaktor:    Gülbəniz Səfərəliyeva, 

 

      Əməkdar mədəniyyət işçisi       

      Əlamətdar  və  tarixi  günlər 

təqvimi  -  2016  /baş  red.  K.Tahirov; 

red.  G.Səfərəliyeva;  məsul    katib  

N.Alışova; 

M.F.Axundov 

ad. 

Azərbaycan Milli Kitabxanası.-Bakı, 

2015.-430 s.

© Azərbaycan Milli 

Kitabxanası, 2015

ISBN 978 9952 504 20 0

2016


ƏZİZ OXUCULAR!

Sizə  təqdim  etdiyimiz  “Əlamətdar  və  tarixi  günlər 

təqvimi” 1961-ci ildən  nəşr edilir. Əvvəllər 3 aydan bir - 

ildə  4  dəfə  nəşr  edilən  təqvim,  1970-ci  ilin  oktyabr  ayın-

dan etibarən “Kitabxana işçisinə kömək”, 2005-ci ildən isə 

yenidən  “Əlamətdar  və  tarixi  günlər  təqvimi”  adı  ilə  nəşr 

olunur.

Bu illər ərzində təqvim daha da təkmilləşdirilmiş, mövzu 



üzrə bölmələrin sayı artırılaraq həcmi genişləndirilmiş, ge-

niş məlumat mənbəyi kimi formalaşdırılmışdır. 

Təqvimi nəşr etməkdə əsas məqsəd geniş oxucu kütləsinə 

və  mütəxəssislərə  respublikanın  ictimai-siyasi,  iqtisa-

di,  mədəni,  elmi  həyatında  baş  verən  mühüm  əlamətdar 

hadisələri və başqa dəqiqləşdirilmiş məlumatları çatdırmaq-

dır.  Mədəniyyət  işçiləri,  müəllimlər,  kütləvi  informasiya 

vasitələri  və  əsasən  də  kitabxana  işçiləri  üçün  nəzərdə  tu-

tulan  bu  vəsaitin  hər  buraxılışının  müqəddiməsində  nəşrin 

məzmunu, forması geniş şəkildə açılır. 

Təqvimin bu sayı dahi Azərbaycan şairi və mütəfəkkiri 

Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuşdur. 

Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcı-

lığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ay-

rılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı 

və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın 

və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta 

Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə 

bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya 

poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş et-

mişdir.

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar 



poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü 

elmi-fəlsəfi  fikirlərlə  zənginləşdirmiş  və  şeiriyyəti 

görünməmiş  yüksəkliklərə  qaldırmışdır.  Mütəfəkkir  şairin 

məşhur  “Xəmsə”si  insanlığın  mənəvi  sərvətlər  axtarışının 

zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sıra-

sında layiqli yer tutur.

Nizami  irsi  uzun  zamandan  bəri  dünya  elmi-ədəbi  fik-

rinin  diqqət  mərkəzindədir.  Ölkəmizdə  dahi  şairin  əsərləri 

dəfələrlə  nəşr  olunmuş,  ədəbi  irsinin  öyrənilməsi  və  tanı-

dılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar 

meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk 

dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır.

Təqvimdə Nizami Gəncəvinin həyat və fəaliyyətinə dair 

zəngin məlumatlar öz əksini tapmışdır.



Təqvimdə  2016-ci  ildə  yubileyləri  qeyd  olunacaq  görkəmli  şəxsiyyətlər  haqqında  məlumatlar  və 

əlamətdar hadisələr aşağıdakı bölmələr üzrə verilmişdir: 



Milli ədəbiyyat; Folklor; Dünya ədəbiyyatı; Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq; Musiqi. Ope-

ra. Balet; Teatr. Kino; Milli Qəhrəmanlar; Siyasət. Hərbi iş; Tarix; Fəlsəfə. İqtisadiyyat. Hüquq; 

Mədəniyyət.Maarif.Təhsil; İdman; Coğrafiya. Geologiya; Riyaziyyat. Fizika. Astronomiya; Kimya.

Biologiya. Tibb; Texnika; Kitabxanaşünaslıq. Biblioqrafiya; Tarixdə bu gün.

Təqvimə milli və dünya ədəbiyyatının, incəsənətin, elmin, texnikanın və müxtəlif elm sahələrinin ən 

görkəmli nümayəndələri, eləcə də tarixi hadisələr haqqında məlumatlar daxil edilmişdir. 

Hər  bir  məlumatda  yubileyi  qeyd  olunacaq  şəxsin  doğulduğu  gün,  ay,  il,  əlamətdar  hadisənin                 

başvermə tarixi göstərilmişdir.

2016-cı ildə qeyd olunacaq, lakin tarixi dəqiq bilinməyən yubileylər haqqında “Əlavələr”  bölməsindən 

məlumat əldə etmək olar.

Oxucuların təqvimdən istifadəsini asanlaşdırmaq məqsədilə hər ayın ilk səhifəsində mündəricat ve-

rilmiş, təqvimin sonunda isə köməkçi əlifba göstəricisi tərtib edilmişdir. 

Təqvim materialları üçün ədəbiyyat seçilərkən yeni və məzmunca ən uyğun kitablara, jurnal və qəzet 

məqalələrinə, ən çox müraciət olunan internet resurslarına və Milli Kitabxananın nəşrlərinə üstünlük 

verilmişdir.

Nəşrlə bağlı rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı 

bildirir, fikir və iradlarını Azərbaycan Milli Kitabxanasına göndərmələrini xahiş edirik.



Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 57;

Е-mail: metodik@anl.az

  Təqvim - 2016

3

Yaponiyada və digər Şərq ölkələrində qəbul edil-

miş təqvimə əsasən 12 illik dövr daxilində hər bir il 

müəyyən  heyvan  işarəsi  altında  keçir.  Şərqdə  çox 

məşhur olan bu təqvimə əsasən 2016-cı il Meymun 

ilidir. İl 2016-cı ilin fevral ayının 8-də başlayacaq. 

Meymun ilində dünyaya gələnlərin xarakteri aşağı-

dakı kimidir: 

Meymunda yumor hissi güclü olsa da o, bic və 

hiyləgərdir. Ünsiyyətcildir, elə təəssürat yaradır ki, 

bütün heyvanlarla yola gedir. Meymun zahirən çox 

lütfkar və xidmətkar olsa da başqaları haqqında ne-

qativ düşünür və fikirlərini başqalarına qarşı mehri-

ban münasibəti ilə gizlədir. O, digər bütün heyvan-

lara nifrət edir və özünü hamıdan yüksək sayır. 

Meymun ilində anadan olanlar intellektualdırlar. 

Onlarda öyrənmək, bilik qazanmaq ehtirası güclü-

dür. Çox oxumuşdurlar, məlumatlıdırlar, gözəl yad-

daşları var.

Onlar  ən  etibarsız  və  ziddiyyətli  adamlardır. 

Ağıllı,  çevik,  zirək  və  orijinaldırlar,  ən  mürəkkəb 

problemləri  asanlıqla  həll  edirlər.  Meymunun  in-

sanları ələ salmaq, axmaq yerinə qoymaq sahəsində 

xüsusi məharəti vardır. Ən güclü, dözümlü və diri-

baş olan Əjdahanı belə ələ sala bilir. Demək olar elə 

fəaliyyət meydanı yoxdur ki, meymunlar orada ra-

hat olmasınlar. İstənilən işi təcili görmək istəyirlər. 

Lakin  onları  işlərindən  ayırmaq  və  fikirlərindən 

daşındırmaq  asandır.  Ən  yüngül  maneə  belə  qan-

larını qaraldıb planlarını poza bilər. Bir çoxları öz 

qətiyyətsizlikləri  ilə  fərqlənirlər.  Onlar  tempera-

mentli və öz bildiklərini edən, tez qızışan, lakin yola 



Meymun ili

Ə d ə b i y y a t 

Meymun ili //Ulduzlar və talelər.- Bakı, 2010.- S.141.

Meymun ili //Ulduz falları: Druidlərin falı. Qərb zodiak falı. Şərq Yapon falı. Şərq Çin falı /tərc. ed. İ.İsgəndərov, 

M.İsgəndərova; red. T.Məmmədov.- Bakı, 2006.-S.75-76. 

Meymun ili //Bürclər taleyimizdən xəbər verir /tərc. və tərt. ed. R.Nəbioğlu.- Bakı, 2010.- S.145-146.

gələn olurlar. Qərar qəbul etməyi bacarır, sağlam 

düşüncəyə  malik  olurlar.  Maneçilik  olmadıqda 

bir çoxları şöhrət qazana bilərlər.

Çox hiyləgər və diplomatik olan meymun ən 

çətin  vəziyyətlərdən  çıxa  bilir.  O,  müstəqildir, 

fərdiyyətçidir. Ona heç bir təsir göstərmək olmur, 

özü  müəyyən  bir  variantı  seçir.  Bir  sıra  mənfi 

xüsusiyyətlərinə  baxmayaraq  (şöhrətpərəstlik, 

yalançılıq, məsxərəçilik) xoşa gəlməyi bacarır.

Meymun  istənilən  sahədə  (siyasət,  diploma-

tiya, kommersiya, sənaye, maliyyə) uğur qazana 

bilər. 


YANV

AR

®

Yеni il (01.01)



• 

Ümumxalq Hüzn Günü (20.01.1990)

• 

Azərbaycan Respublikasının Avropa 

• 

Şurasına tam hüquqlu üzvlüyə qəbul 

olunmasının (25.01.2001) 15 ili

Gömrük İşçiləri Günü (30.01.1992)

• 

1 yanvar


Gün çıxır 08:04

Gün batır 17:43

31 yanvar 

Gün çıxır

07:52

Gün batır



18:15

22 dekabr-  

20 yanvar

Oğlaq bürcünün 

ünsürü torpaq, 

planeti Saturn, 

düşərli günü 

çərşənbə axşamı, 

şənbə, düşərsiz 

günü bazar ertəsi, 

cümə axşamıdır. 

Metalı dəmir, 

uğurlu rəngi tünd-

yaşıl, qara, göy, 

uğursuz rəngi ağdır. 

Uğurlu daşı rubin, 

oniks, enerji verən 

çiçəyi ağ qərənfil, 

qara lalə, uğurlu 

rəqəmi isə 3 və 

5-dir. 

 

 



 

C. 


Ş. 

B.

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B.







10 



11 

12 


13 

14 


15 

16 


17 

18 


19 

20 

21 


22 

23 


24 

25 


26 

27 


28 

29 


30

31

875 il



1141-1209

Nizami Gəncəvi

“Nizami  fəlsəfəsinin  mərkəzində  varlığın  ən  böyük  sərvəti,  mənəvi 

zənginlik  və  müdrikliyin  tükənməz  mənbəyi  olan  insan  dayanır.  Ni-

zami  insanın  cəmiyyətdəki  rolunu  özünün  dünyagörüşü  süzgəcindən 

keçirərək, yaradıcılığında antik yunan və Roma irsini, Şərq fəlsəfəsini 

və Şərq poeziyasının çoxəsrlik ənənələrini əks etdirə bilmişdir. Nizami-

nin ürəkləri vəcdə gətirən təkrarolunmaz lirikası və qəhrəmanlıq epo-

sunda onun həqiqi humanizm ideyalarını ehtiva edən fəlsəfı konsepsiya-

sı öz əksini tapmışdır. Məhəbbətin yenilməz qüdrəti, həyatın və ölümün 

mənası, ideal cəmiyyət, dünyanın və kainatın möhtəşəm sirləri haqqında 

yaratdığı poemalar əsrlər boyu Şərqdə əsl sənət nümunəsi olaraq qal-

mışdır. Onun poemalarının xüsusiyyətləri və yaratdığı poetik obrazların 

dərinliyi  Qərbin  dahi  Höte  kimi  mütəfəkkirlərini  heyran  qoymuşdur...

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri

5

Milli ədəbiyyat

Əməkdar jurnalist, Naxçıvan MR Əməkdar incəsənət xadimi, nasir, ssenarist, 

publisist  İbrahimov  Sadıq  Qurban  oğlunun  (Sadıq  Elcanlı)  (12.01.1956) 

anadan olmasının 60 illiyi

Şairə, Əməkdar incəsənət xadimi Ələkbərzadə Mədinə Nurulla qızının 

(Mədinə Gülgün) (17.01.1926-17.02.1992) anadan olmasının 90 illiyi

Yazıçı Qutqaşınlı İsmayıl bəy Sultan Nəsrulla oğlunun (27.01.1806/1809-

14.08.1861/69) anadan olmasının 210 illiyi



Dünya ədəbiyyatı

Amerika  yazıçısı  Cek  Londonun  (Con  Qriffit  Çeyni)  (12.01.1876-

22.11.1916) anadan olmasının 140 illiyi

Rus yazıçısı Saltıkov-Şedrin Mixail Yevqrafoviçin (26.01.1826-10.05.1889) 

anadan olmasının 190 illiyi

Musiqi.Opera.Balet

Əməkdar artist, müğənni Əzimi Səfurə Əli qızının (06.01.1946-27.11.2001) 

anadan olmasının 70 illiyi

Sənətşünaslıq  üzrə  fəlsəfə  doktoru  İsmayılzadə  Rauf  Yusif  oğlunun 

(07.1936-07.2015) anadan olmasının 80 illiyi

Xalq  artisti,  müğənni  Ağayev  Ağadadaş  Həmid  oğlunun  (10.01.1956) 

anadan olmasının 60 illiyi

Əməkdar incəsənət xadimi, bəstəkar Əkbərov Tahir İsmayıl oğlunun (Tahir 

Əkbər) (20.01.1946) anadan olmasının 70 illiyi

Əməkdar  incəsənət  xadimi,  bəstəkar  Adıgözəlzadə  Həsənağa  Əfrasiyab 

oğlunun (23.01.1946) anadan olmasının 70 illiyi  

Xalq artisti, qarmon ifaçısı İsrafilov Aftandil Eynulla oğlunun (24.01.1941) 

anadan olmasının 75 illiyi

Avstriya  bəstəkarı  Motsart  Volfqanq Amadeyin  (27.01.1756-05.12.1791) 

anadan olmasının 260 illiyi

Teatr. Kino

Xalq artisti Dadaşov Rafael Məlik oğlunun (04.01.1946) anadan olmasının 

70 illiyi

Xalq artisti, kinorejissor Quliyev Eldar Tofiq oğlunun (18.01.1941) anadan 

olmasının 75 illiyi

2016


YANVAR

8

9



13

10

11



12

14

15



6

Xalq  artisti,  jonqlyor Abdullayev  Xosrov Abdulla  oğlunun  (29.01.1926-

31.03.1980) anadan olmasının 90 illiyi

Milli Qəhrəmanlar

Azərbaycanın Milli Qəhrəmanı Kərimov Elgiz Kərim oğlunun (05.01.1971-

12.03.1992) anadan olmasının 45 illiyi

Azərbaycanın  Milli  Qəhrəmanı  Ramazanov  Şamil  Ağasəf  oğlunun 

(19.01.1976-17.03.1995) anadan olmasının 40 illiyi

Azərbaycanın  Milli  Qəhrəmanı  Nəsirov  Yalçın  Canhəsən  oğlunun 

(23.01.1976-24.03.1995) anadan olmasının 40 illiyi

Siyasət.Hüquq.Hərbi iş

Hüquq elmləri doktoru, professor Rəhimov İlham Məmmədhəsən oğlunun 

(14.01.1951) anadan olmasının 65 illiyi

Amerika maarifçisi, dövlət xadimi, alim Franklin Bencaminin (17.01.1706-

17.04.1790) anadan olmasının 310 illiyi

Tarix

Tarix  elmləri  doktoru,  professor  Abbasov  Məmməd  Əsgər  oğlunun 

(05.01.1931) anadan olmasının 85 illiyi

Tarix elmləri doktoru, professor İsgəndərli  Anar Camal oğlunun (10.01.1956)

anadan olmasının  60 illiyi

Akademik  Əlizadə  Əbdülkərim  Əli  oğlunun  (11.01.1906-03.12.1979) 

anadan olmasının 110 illiyi

Akademik Hacıyev İsmayıl Muxtar oğlunun (21.01.1951) anadan olmasının 

65 illiyi 

Əməkdar elm xadimi, tarix elmləri doktoru Aşurbəyli Sara Balabəy qızının 

(27.01.1906-17.07.2001) anadan olmasının 110 illiyi

Mədəniyyət.Maarif.Təhsil

Filologiya elmləri doktoru, Əməkdar elm xadimi  Dadaşzadə Araz Məmməd 

oğlunun (30.01.1936-04.11.1990) anadan olmasının 80 illiyi

Fəlsəfə.İqtisadiyyat

Əməkdar elm xadimi, iqtisad elmləri doktoru Vəliyev Teymur Süleyman 

oğlunun (15.01.1926-03.04.2002) anadan olmasının 90 illiyi

İqtisad  elmləri  doktoru,  professor  Mehdiyev  İmran  Əzim  oğlunun 

(21.01.1936) anadan olmasının 80 illiyi

Riyaziyyat.Fizika.Astronomiya

Akademik


 

Xəlilov Zahid İsmayıl oğlunun (14.01.1911-04.02.1974) anadan 

olmasının 105 illiyi

19

18



17

16

20



21

22

23



24

25


7

Kimya.Biologiya.Tibb

Əməkdar  həkim,  tibb  elmləri  doktoru,  mikrobioloq-immunoloq 

Mahmudbəyova  Məryəm  Fərəməz  qızının  (02.01.1921-1992)  anadan 

olmasının 95 illiyi

Tibb  elmləri  doktoru Ağayev  Faiq  Firidun  oğlunun  (12.01.1951)  anadan 

olmasının 65 illiyi

Əməkdar  həkim,  professor  Hüseynova  Nəsibə  Ağa  İsmayıl  qızının 

(25.01.1926) anadan olmasının 90 illiyi



Kitabxanaşünaslıq.Biblioqrafiya

Respublika  Elmi  Kənd  Təsərrüfatı  Kitabxanasının  yaradılmasının 

(21.01.1921) 95 illiyi

Tarixdə bu gün

Yeni il bayramı (01.01.)

İstiqlal Muzeyinin yaradılmasının (09.01.1991) 25 illiyi

Bakı İslam İnstitutunun yaradılmasının (14.01.1991) 25 illiyi 

Ümumxalq Hüzn Günü (20.01.1990)

Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzvlüyə qəbul 

olunmasının (25.01.2001) 15 ili

Gömrük İşçiləri Günü (29.01.1992)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 

(30.01.2006) 10 illiyi 

26

28

27



26

30

29



31

32-33


8

Milli ədəbiyyat

60  

illiyi

Sadıq Elcanlı 

1956 

YANV

AR

Sadıq  Qurbanqulu  oğlu    İbrahimov 

(Sadıq  Elcanlı)  1956-cı  il  yanvar  ayı-

nın  12-də  Dəvəçi  rayonunun  (indiki 

Şabran)  Surra  kəndində  anadan  ol-

muşdur.  Siyəzən  şəhər  1  saylı  internat 

məktəbində  8-ci  sinfə  qədər  təhsil  al-

mış,  Bakıda  5  saylı  kimya-biologiya 

təmayüllü  internat  məktəbində  onuncu 

sinfi bitirmişdir.

1974-1979-cu illərdə S.M.Kirov adı-

na  Azərbaycan  Dövlət  Universitetinin 

(indi  Bakı  Dövlət  Universiteti)  filolo-

giya fakültəsində təhsil almışdır. 1981-

1984-cü illərdə C.Məmmədquluzadənin 

ev-muzeyində  elmi  işçi,  baş  müha-

fiz,  1984-1986-cı  illərdə  Azərbaycan 

Dövlət  Televiziya  və  Radio  Verilişləri 

şirkətində  ştatdankənar  müxbir,  1986-

1992-ci  illərdə  ədəbiyyat  və  incəsənət 

redaksiyasında  böyük  redaktor,  1992-

1997-ci  illərdə  “Azərbaycantelefilm” 

Yaradıcılıq  Birliyinin  baş  redaktoru, 

Ədəbiyyat  və  publisistika  baş  redaksi-

yasının  baş  redaktoru  olmuş,  1996-cı 

ildən  Azərbaycan  Dövlət  Televiziya 

və  Radio  Verilişləri  Qapalı  Səhmdar 

Cəmiyyətində “Ədəbi-dram verilişləri” 

redaksiyasının baş redaktorudur. 

Bədii  yaradıcılığa  XX  əsrin  70-ci 

illərində  başlamışdır.  Dövri  mətbuatda 

vaxtaşırı  çıxış  edir.  “Qudyalçay 

nəğmələri”,  “Yaşıl  budaqlar”,  “Səhər” 

və s. almanaxlarda hekayələri çap olun-

muşdur. İlk povest və hekayələr toplu-

su olan “Sirli səsin sorağı” 1985-ci ildə 

nəşr edilmişdir. Əllidən artıq bədii tele-

viziya filminin, eyni zamanda televizi-

ya  verilişlərinin  (“Vətən”,  “Qurtuluş”, 

“Vətəndaş”, “Araz”, “Yurd yeri” və s.) 

yaradıcısı və ssenari müəllifidir.

Nasirin  “mifoloji-fantastik  roman” 

kimi  təqdim  etdiyi  “Əbədi  sevginin 

xatirələri”, “Yaddaş yarası”, “Qanlı quz-

ğun  meydanı”,    “Mənim  mövqeyim”, 

“Sükutun sonu” (bu  kitabda üç romanı, 

üç  povesti,  dörd  kinopovesti,  iyirmiyə 

yaxın  hekayəsi  əhatə  olunmuşdur)  ki-

tabları çap edilmişdir.

Sadıq 


Elcanlı 

1992-ci 


ildə 

“Azərbaycan Respublikasının Əməkdar 

jurnalisti”  fəxri  adına  layiq  görülmüş-

dür. Ona Naxçıvan Muxtar Respublika-

sının “Əməkdar incəsənət xadimi” fəxri 

adı verilmişdir.



Ə d ə b i y y a t 

Qanlı quzğun meydanı: (mifoloji-fantastik roman) /S.Elcanlı; red. G.Kərəm qızı.- Bаkı: Gənclik, 1994.- 280 s.

Elcanlı, S.Mənim mövqeyim: publisistika, ədəbi tənqid, esselər, müsahibələr, resenziyalar, sənət haqqında hekayələr, kinopovestlər 

/S.Elcanlı; Z.Şahsevənli.- Bаkı: Gənclik, 1999.- 556 s.

Sükutun sonu: [romanlar, povestlər və hekayələr] /S.Elcanlı.- Bаkı: Şirvannəşr, 2003.-  928 s.

Yaddaş yarası: [roman] /Sadıq Elcanlı; red. S.Məsiyev.- Bakı: Yazıçı, 1991.- 192 s.

“Poeziya”: Aşkarlığın gizlinləri /S.Elcanlı //Ədəbiyyat qəzeti.- 2015.- 9 yanvar.- S.10.

Ədəbi həyat reallıqdan fantastikaya, fantastikadan reallığa (Sadıq Elcanlının romanları haqqında) //Ədalət.- 2014.- 11 oktyabr.- S.20.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

Nasir

12

9

Milli ədəbiyyat

90 

illiyi

Mədinə Gülgün

1926-1991 

YANV

AR

Mədinə  Nurulla  qızı  Ələkbərzadə 

(Mədinə  Gülgün)  1926-cı  il  yanvar 

ayının  17-də  Bakıda  anadan  olmuş-

dur.  Burada  ibtidai  təhsilini  tamam-

layaraq  1938-ci  ildə  ailəliklə  Cənubi 

Azərbaycana  –  Ərdəbil  şəhərinə 

köçmüşlər.  Sonra Təbriz  şəhərində  ya-

şamış,  əmək  fəaliyyətinə  burada  toxu-

culuq karxanasında başlamışdır. Cənubi 

Azərbaycanda  milli  hökumət  yarandı-

ğı  dövrdə  Təbriz  dram  teatrında  çalış-

mış, gənc yaşlarından milli demokratik 

hərəkata  qoşulmuşdur.  “Azərbaycan” 

qəzeti  redaksiyasında  xüsusi  müxbir 

işləmişdir. 1946-cı ildə Təbriz qadınlar 

klubunun büro üzvü seçilmişdir. 1948-

ci  ildə  Azərbaycan  Pedaqoji  İnstitu-

tunun  (indiki ADPU)  dil  və  ədəbiyyat 

fakültəsinə  daxil  olmuş,  1952-ci  ildə 

həmin fakültəni bitirmişdir.

Bədii  yaradıcılığa  1940-cı  illərdən 

başlasa  da,  ilk  şeirlərini  1945-

ci  ildə  Təbrizdə  “Vətən  yolunda”, 

“Azərbaycan” qəzetlərində və almanax-

larda çap etdirmişdir. “Vətən yolunda” 

qəzeti  redaksiyasının nəzdindəki “Şairlər 

məclisi”nin  (1945)  və  milli  hökumət 

dövründə Təbrizdə yaranmış “Yazıçılar 

və  şairlər  cəmiyyəti”nin  (1946)  üzvü 

kimi fəaliyyət göstərmişdir.

“Təbrizin baharı” adlı ilk şeir kitabı 

1950-ci ildə işıq üzü görmüşdür. Kitab-

da  1945-1949-cu  illər  ərzində  yazdığı 

şeirlər toplanmışdır. Həyatının ilk illəri 

Azərbaycan  xalqının  azadlıq  və  milli 

istiqlaliyyət uğrunda apardığı mübarizə 

illərinə təsadüf etmiş və bu şeirlərində 

də öz əksini tapmışdır.

Şairənin Bakıda, Təbriz və Moskva-

da otuzdan artıq kitabı nəşr edilmişdir. 

Onlardan  “Təbrizin  baharı”,  “Savalan 

ətəklərində”,  “Çinar  olaydı”,  “Omrün 

payız  dayanacağı”,  “Firidun”,  “Seçil-

miş  əsərləri”  və  başqaları  daha  çox 

diqqəti  cəlb  edir.  Təbrizdə  ərəb  qrafi-

kası  ilə  “Yora  bilməz  yollar  məni”  və 

“Mən bu ömrü yaşadım”, Kanadada isə 

“Təbrizim  mənim”  adlı  kitabları  işıq 

üzü  görmüşdür.  Bu  kitabların  başlıca 

mövzusu insan, azadlıq, Təbriz həsrəti, 

insanlara  canı  yanan  bir  ana  qəlbinin 

arzu və istəkləridir. Müəllifin şeirlərində 

ayrılıq, vüsal həsrəti, vətən nisgili dərin, 

inandırıcı  boyalarla  ifadə  olunmuşdur. 

Onun  bir  sıra  lirik  şeirlərinə  mahnılar 

bəstələnmişdir.

Milli  hökumət  irtica  qüvvələri 

tərəfindən  dağıldıqdan  sonra  Mədinə 

Gülgün  mühacirətdə  yaşamalı  olmuş, 

bədii  yaradıcılıqla  yanaşı,  ictimai-

siyasi fəaliyyətini də davam etdirmişdir. 

Azərbaycan Demokrat Firqəsi Mərkəzi 

Komitəsinin üzvlüyünə namizəd, SSRİ-

də  yaşayan  iranlı  siyasi  mühacirlər 

cəmiyyəti Azərbaycan şöbəsinin plenum 

üzvü, eləcə də Asiya və Afrika ölkələri 

həmrəyliyi  Azərbaycan  Respublika 

Komitəsinin üzvü seçilmişdir.

Əsərləri bir sıra xarici dillərə tərcümə 

olunmuşdur. Azərbaycan SSR Ali Sove-

ti  Rəyasət  Heyətinin  Fəxri  Fərmanları 

(1960, 1974, 1986), “Şərəf Nişanı” orde-

ni (1980), “21 Azər” (1946), “Əmək ve-

teranı” (1948) və digər medallarla təltif 

olunmuşdur.  1987-ci  ildə  “Azərbaycan 

SSR  Əməkdar  incəsənət  xadimi”  fəxri 

adına layiq görülmüşdür.

Mədinə Gülgün 1991-ci il fevral ayı-

nın  17-də  Bakı  şəhərində  vəfat  etmiş, 

Fəxri Xiyabanda dəfn edilmişdir.          


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin