Ə d ə b i y y a t
“Dədə Qorqud diyarı”
-Azərbaycan [Notlar]:
bariton, soprano, xor və
simfonik orkestr üçün
bir hissəli oratoriya
/M.Quliyev.-Bakı, 2002.-
32 s.
Simfoniya-rekviyem
(Xocalı şəhidlərinə)
[Notlar] /M.Quliyev.-
Bakı, 1994.-22 s.
“Şəbi-hicran” [Not-
lar]: xor və simfonik
orkestr üçün romantik
poema /M.Quliyev; söz.
Füzuli.-Bakı, 2002.-19 s.
Yaxan düymələ: Xalq
mahnısı [Notlar] /M.
Quliyev .-Bakı, 1995.-
18 s.
İsmayılova, G. Milli
musiqi mədəniyyətimizin
görkəmli nümayəndəsini
xatırlarkən... Məmməd
Quliyev - 75// 525-ci
qəzet.- 2011.- 12 may.-
S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.heydar-aliyev-
foundation.org
www.musigi-dunya.az
9
Bəstəkar
48
105
illiyi
Bəhram Mansurov
1911-1985
FEVRAL
Bəhram Məşədi Süleyman bəy oğlu
Mansurov 1911-ci il fevral ayının 12-
də Bakıda anadan olmuşdur. Bəhram
Mansurov uşaqlıqdan evlərində təşkil
olunan musiqi məclislərinin şahidi
olub. Babası Məşədi Məlik bəy dövrü-
nün açıq fikirli şəxslərindən biri, həm
də istedadlı musiqişünas, mahir çalğıçı
idi. Onun tara, musiqiyə olan həvəsini
görən atası Məşədi Süleyman Bəhrama
həmişə deyərmiş: “Mən hiss edirəm ki,
sən tarı birdən-birə çalacaqsan. Sənə
öyrətmək lazım deyil”. Doğrudan da
Bəhram 8 yaşından tarı sinəsinə ba-
saraq uşaq arzularını tarın kövrək
tellərinə kökləyir.
Bəhram Mansurovun 19 yaşı olan-
da Müslüm Maqomayev onu ilk notlu
xalq çalğı alətləri orkestrinə, daha son-
ra isə Opera və Balet Teatrına solist-
tarzən kimi dəvət etmişdir.
1929-cu ildən Azərbaycan Dövlət
Şərq Orkestrində, sonralar 1931-ci
ildə Azərbaycan Radiosu Xalq Çalğı
Alətləri Orkestrində fəaliyyət göstər-
miş, Azərbaycan Dövlət Filarmoni-
yasının solisti olmuş, 1932-ci ildə isə
Opera və Balet Teatrında Hüseynqulu
Sarabski, Yavər Kələntərli, Hüseyna-
ğa Hacıbababəyov, Əlövsət Sadıqov,
Həqiqət Rzayeva kimi korifeylərlə
işləmişdir. Rübabə Muradova, Sara
Qədimova, Əbülfət Əliyev, Gülxar
Həsənova, Zeynəb Xanlarova, Mais
Salmanov, Bakir Haşımov, Qulu
Əsgərov, Arif Babayev, Baba Mirzəyev
və başqa sənətkarları müşayiət etmiş-
dir.
Bəhram Mansurovun ifasında “Ça-
hargah” (1970) və “Rast” (1978) mu-
ğamları nota köçürülmüş, 1971-ci və
1975-ci illərdə “Bayatı-Şiraz”, “Hu-
mayun”, “Şur”, “Bayatı-kürd”, “Çahar-
gah” muğamları ilk dəfə YUNESKO
xətti ilə vallara və CD-lərə yazılmış,
bütün dünyaya yayılmışdır.
Sadıqcandan sonra klassik Azərbay-
can muğamlarını qoruyub saxlayan və
təbliğ edən yeganə tarzən idi. Dəfələrlə
beynəlxalq simpozium və konsertlərdə
Azərbaycan musiqisini təmsil et-
mişdir. 1978-ci və 1983-cü illərdə
Səmərqənddə keçirilən Beynəlxalq
Muğam Simpoziumunda Azərbaycan
muğamlarını məharətlə dinləyicilərə
çatdırmışdır.
Onun ifasında bütün muğamlar,
dəraməd, diringə, təsnif və rənglər
bəstəkar Eldar Mansurov tərəfindən
nota salınmışdır.
Bəhram Mansurovun yaradıcılı-
ğı dövlət tərəfindən yüksək qiymət-
ləndirilmiş, 1956-cı ildə “Azərbaycanın
Əməkdar artisti”, 1978-ci ildə “Xalq
artisti” fəxri adlarına layiq görülmüş-
dür. 1959 və 1967-ci illərdə iki dəfə
“Şərəf Nişanı” ordeni, 1976-cı ildə
“Əmək veteranı” medalı və digər mü-
kafatlarla təltif edilmişdir.
Görkəmli tarzən Bəhram Mansurov
1985-ci il may ayının 14-də vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Bəhram Mansurov [Elektron
resurs]: Bəhram Mansuro-
vun 100 illik yubileyinə həsr
olunmuşdur /Heydər Əliyev
Fondu.- Bakı: Çaşıoğlu,
2011.-5 CD; 2 DVD. + Qoş-
ma kitab (23 s.)
Ömür qıysa..: xatirələr
/B.Mansurov; tərt.
M.Mansurova, E.Mansurov.-
Bаkı: Səda, 2003.- 161 s.
Xatirələr /tərt. ed.
E.Mansurov; red. İ.Dadaşov.-
Bakı: EQ, 2005.- 139 s.
Mansurov, E. Mansurovlar:
Azərbaycan Respublikasının
Xalq artisti, görkəmli tarzən
Bəhram Mansurovun anadan
olmasının 100 illiyinə ithaf
edilir /E.Mansurov; elmi red.
İ.Rəhimli.-Bakı: Çaşıoğlu,
2011.- 285 s.
Xəlilzadə, F. Havanı da mu-
ğamlardan alırdı /F.Xəlizadə
//Azərbaycan.- 2011.- 13
fevral.- S.6.
Sarıyeva, İ. Azərbaycan
musiqi mədəniyyətinin beşiyi
başında duran soyad - Man-
surovlar... /İ.Sarıyeva //Bakı
xəbər.- 2014.- 27 noyabr.-
S.12.
www.anl.az
www.heydar-aliyev-
foundation.org
www.musigi-dunya.az
12
Tarzən
Musiqi.Opera.Balet
49
60
illiyi
Gülbacı İmanova
1956
FEVRAL
Gülbacı Əliəkbər qızı İmanova 1956-
cı il fevral ayının 13-də Bakı şəhərində
anadan olmuşdur. Azərbaycan Dövlət
Konservatoriyasının məzunudur.
1980-cı ildən Bakı Musiqi Akademi-
yasında (BMA) xor dirijorluğu ixtisa-
sından və xor fənnlərinin metodikasın-
dan fənlərini
tədris etmişdir. 1989-cu
ildən Ş.Məmmədova adına Opera stu-
diyasında baş xormeyster kimi fəaliyyət
göstərmişdir.
1993-cü ildən etibarən Bakı Musiqi
Akademiyasının Dirijorluq kafedrasında
çalışır. 1996-cı ildə Azərbaycan Dövlət
Xor Kapellasına bədii rəhbər və baş di-
rijor vəzifəsinə təyin edilmişdir. Onun
repertuarına Azərbaycan və dünya xalq-
larının xor musiqisi, o cümlədən Ameri-
ka spiriçuelsi, klassik və müasir musiqi
əsərləri, xüsusilə F.Əlizadənin “Journey
İmmortalitu” oratoriyası daxil edilmiş-
dir.
G.İmanovanın rəhbərliyi altında
S.Qunonun “Santa Sesiliya” messa-
sı və milli kapellanın ilk dəfə ifa etdiyi
V.Adıgözəlovun “Təntənəli kontata”sı
kimi əsərlər Azərbaycan səhnəsində ilk
dəfə ifa olunmuşdur.
Gülbacı xanım müxtəlif operalara
xor partiyaları hazırlamış, “Traviata”,
“Aida”, “Trubadur”, “Təlxəklər”, “Kənd
namusu”, “Çar gəlini”, “Aleko” və s. ta-
maşaların xormeysteri olmuşdur.
1999-cu ildən BMA-nın Dirijorluq
kafedrasında dosent, sonra professor
kimi fəaliyyət göstərmişdir. Müəllimlik
etdiyi vaxtdan bir sıra dirijor-xormeyster
yetişdirmişdir. Onlar arasında beş ma-
gistr, on bakalavr və bir neçə assistent-
aspirant var.
1996-cı ildə Gürcüstan respubli-
kasının,
1999-2000-ci illərdə Türkiyə
Cümhuriyyətinin fəxri fərmanlarına və
mükafatlarına layıq görülmüşdür.
2000-ci ilin oktyabr ayında “Azərbay-
canın Əməkdar incəsənət xadimi”, 2007-
ci ildə “Xalq artisti” fəxri adlarına layiq
görülmüşdür.
2011, 2014-cü illərdə Azərbaycan
Respublikası Prezidentinin mükafatı ilə
təltif edilmişdir.
Ə d ə b i y y a t
Adilə Yusifovanın “Uşaqlara məhəbbətlə” uşaq xoru üçün əsərləri [Notlar]: Xor dirijorluğu ixtisası üzrə təhsil alan tələbələr üçün dərs
vəsaiti /A.Yusifova, G.İmanova; red. G.Abdullazadə; rəyçi. S.İbrahimova, Y.Kuzmaxova; Azərb. Resp. Təhsil Nazirliyi, Ü.Hacıbəyov ad.
Bakı Musiqi Akad.- Bakı: Adiloğlu, 2009.- 100 s.
Xəyyam Mirzəzadənin xor əsərləri: metodik tövsiyələr /G.İmanova; [elmi red.: G.İmanova; C.Həsənova; rəy.: C.Mahmudova,
L.Məmmədova]; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Resp. Təhsil Prob. İn-tu; Ü.Haqcıbəyli ad. Bakı Musiqi Akad.- Bakı, 2008.- 16 s.
Xor musiqimizin bu günü Gülbacı İmanova: “Əvvəlki illərlə müqayisədə xora maraq daha yüksəkdir” /G.İmanova; müsah. apardı
H.Nizamiqızı //Mədəniyyət.- 2012.- 10 oktyabr.- S.7.
Qadın iradəsi və dirijor idarəsi /G.İmanova; müsah. apardı Ü.Həsənli //Baku Post.- 2013.- 18 sentyabr.- S.10.
Gülbacı İmanova //Qadınlar Azərbaycanın musiqi həyatında /layih. müəl., tərt. və red. A.Bayramova.- Bakı, 2004.- S.102.
İ n t e r n e t d ə
www.anl.az; www.csl-az.com; www.musigi-dunya.az
13
Xor dirijoru
Musiqi.Opera.Balet
50
60
illiyi
Səkinə İsmayılova
1956
FEVRAL
Səkinə Qulu qızı İsmayılova 1956-
cı il fevral ayının 24-də Bakı şəhərində
anadan olmuşdur.
1972-ci ildə ümumrespublika “Oxu
tar” müsabiqəsində “Yurdumuz geyib
əlvan” mahnısını ifa etmiş, müsabiqənin
I dərəcəli diplomuna layiq görülmüş,
1973-cü ildə “İstedadlar axtarırıq”
müsabiqəsində “Gəl bizə yar” xalq
mahnısının ifasına görə müsabiqənin I
dərəcəli diplomu və Mədəniyyət Nazir-
liyinin (indiki Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi) fəxri
fərmanı ilə təltif olunmuşdur.
1974-cü ildə Asəf Zeynallı adına Mu-
siqi Məktəbinin muğam sinfində ustad
xanəndə, pedaqoq Nəriman Əliyevdən
dərs almışdır. Burada təhsilini başa vura-
raq Opera və Balet teatrının səhnəsində
çıxış etməyə başlamışdır. 1990-cı ildə
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetini bitirmişdir.
Xalq mahnıları və muğamların
əvəzedilməz ifaçısı olan Səkinə İsmayı-
lova Azərbaycan muğam sənətini İran,
Türkiyə, İraq, Səudiyyə Ərəbistanı,
Vyetnam, Yaponiya, Hindistan, Avstri-
ya, Almaniya, Hollandiya, İsveç, Fransa,
Norveç, Danimarka, Macarıstan, Lük-
semburq, ABŞ kimi ölkələrdə dəfələrlə
yüksək səviyyədə təmsil etmişdir.
Opera və Balet Teatrının səhnəsində
əksər muğam operalarında aparıcı par-
tiyaları “Leyli və Məcnun”-da Ley-
li, “Əsli və Kərəm” də Əsli, “Gəlin
qayası”nda Gülbahar, “Aşıq Qərib” də
Şahsənəm, “Vaqif”də xanəndə qız və bir
çox digər rollarda uğurla çıxış etmiş və
etməkdədir.
Səkinə İsmayılova Milli Konserva-
toriyanın dosenti, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
baş müəllimidir.
Heydər Əliyev Fondunun dəstəyi
ilə Azərbaycan Mədəniyyəti Fondu-
nun layihəsi əsasında Mədəniyyət və
Turizm Nazirliyinin yaxından işti-
rakı və Azərbaycan Televiziyasının
təşkilatçılığı ilə keçirilən muğam televi-
ziya müsabiqələrində münsif kimi iştirak
etmişdir.
Səkinə İsmayılova müasir Azərbaycan
muğam ifaçılığında ilk dəfə olaraq qadın
ifaçılardan ibarət olan muğam üçlüyü ya-
ratmışdır. Bir çox xarici ölkələrdə qastrol
səfərlərində olan xanəndə Azərbaycan
muğamını beynəlxalq səviyyədə təbliğ
etmişdir.
2009-cu ilin martında ölkəmizdə ilk
dəfə olaraq keçirilən I Beynəlxalq Mu-
ğam Festivalında respublikamızı təmsil
etmişdir.
1991-ci ildə rejissor və ssenari müəllifi
Ş.Ələkbərovun “Qəzəlxan” filmində
mahnı ifaçısı kimi, 1995-ci ildə “Hacı
Arif” filmində arxiv kadrlarında, 2005-ci
ildə rejissor M. Əjdəroğlunun “Nəriman
Əliyev”adlı filmində, rejissor A.Qazıyev
və ssenari müəllifi R. Zöhrabovun “Xalq
Təranələri” filmində iştirak etmişdir.
1988-ci ildə Əməkdar artist, 1992-ci
ildə Xalq artisti adına layiq görülmüşdür.
Müğənni Prezident mükafatçısı olmuş-
dur.
Ə d ə b i y y a t
Birliyimizin nümayişi:
Ziyalı sözü - vətəndaş
mövqeyi /S.İsmayılova.
Xalq artisti//Azərbaycan
.- 2015.- 14 may.- S.4.
Əsl tələbə odur ki,
müəllimindən irəli getsin
/S. İsmayılova. //Üç nöqtə
.- 2012.- 14 iyul.- S.13.
Xatun sənətkar... “Muğa-
mı təkcə kişi xanəndələr
inkişaf etdirməyib”
/S.İsmayılova //Şərq.-
2013.- 25 dekabr.- S.14.
Muğam dünyanı
heyrətləndirməkdədir
/S.İsmayılova; müsah.
apardı G.Allahverdiyeva
//Ekran-efir.- 2014.- 28
noyabr. - S. 10.
Muğamı qavalla ifa
edən ilk qadın xanəndə
/S.İsmayılova; mü-
sah. apardı T.Vahid
//Mədəniyyət.- 2011.- 18
fevral.- S.5.
Səkinə İsmayılova
//Qadınlar Azərbaycanın
musiqi həyatında
/layih. müəl., tərt. və red.
A.Bayramova.- Bakı,
2004.- S.103.
24
Xanəndə
Musiqi.Opera.Balet
51
70
illiyi
Əlabbas Qədirov
1946-2006
FEVRAL
Əlabbas Gülabbas oğlu Qədirov
1946-cı il fevral ayının 13-də Bakıda
anadan olmuşdur. Dəmiryolçular klu-
bunda Xalq artisti Ağadadaş Qurbano-
vun rəhbərlik etdiyi dram kollektivinin
üzvü olmuş, aktyorluq vərdişlərinin ib-
tidai əsaslarını öyrənmişdir.
1965-ci ildə M.Əliyev adına Azər-
baycan Dövlət Teatr İnstitutunun (in-
diki ADMİU) dram və kino aktyorluğu
fakültəsinə daxil olmuşdur. Tələbəlik
illərində institutun Tədris teatrının
ştatlı aktyoru kimi C.Cabbarlının “Ay-
dın” (Surxay), H.Cavidin “Azər”,
A.Salinskinin “Təbilçi qız” (Fyodr)
əsərlərində maraqlı rollar oynamışdır.
Elə buna görə də, Ə.Qədirov son kursda
oxuyanda Mehdi Məmmədov onu Aka-
demik teatrda quruluş verdiyi H.Cavidin
“Xəyyam” faciəsində Yusif roluna dəvət
etmişdir. O gündən etibarən o, Milli
Dram Teatrının aktyoru olmuş, 26 de-
kabr 2001-ci ildə teatrın bədii rəhbəri və
direktoru təyin edilmişdir.
Aktyor çox sayda teletamaşalarda oy-
namış, bu tamaşaların bir qismi televizi-
yanın “Oızıl fond”una daxil edilmişdir.
Onlardan S.S.Axundovun, “Laçın yu-
vası” (Cahangir), M.Muradan “Təkan”
(Dilqəm), İ.Əfəndiyevin “Atayevlər
ailəsində” (Cahangir), M.F.Axundza-
dənin “Hacı Qara” (Heydər bəy), Ə.Haq-
verdiyevin “Bəxtsiz cavan” (Fərhad),
M.Bayciyevin “Duel” (İsgəndər), Da-
zortsevin “Qəbula gələn sonuncu adam”
(Kişi) əsərlərini göstərmək olar.
Uzun illər gənclər üçün “Məşəl”,
sonralar əyləncə xarakterli “Komediya-
lar aləminə səyahət” verilişlərinin aparı-
cısı olmuşdur. On yeddi (bədii-sənədli)
filmdə çəkilən aktyorun kinoda debütü
“Xatirələr sahili” filmindəki İmran rolu-
dur. Kinoda ilk böyük rolu isə rejissor
G.Əzimzadənin 1974-cü ildə diplom işi
kimi çəkdiyi “Nəğmə dərsi” novellasın-
dakı (“Ömrün səhifələri” kinoalmanaxı)
ata obrazı, sonuncu rolu isə “Küçələrə
su səpmişəm” (2004) filmində oynadığı
Çərkəz dayı obrazıdır.
Milli kinoda yaratdığı Mənsur (“Evin
kişisi”, 1978), Cəlil (“Qızıl uçurum”,
1980), Fəzl (“Babək”, 1979), Fərid
(“Qocalar, qocalar...”, 1982), Sultanov
(“İşarəni dənizdən gözləyin”, 1986) və
digər obrazları yaddaqalandırlar. İste-
dadlı aktyor “Sevinc buxtası” filmində
yaratdığı (1977) Nazim roluna görə
1978-ci ildə Respublika Dövlət mükafa-
tına layiq görülmüşdür.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində pedaqo-
ji fəaliyyət göstərmişdir, 2000-ci ildən
universitetinin professoru idi.
Sənətdə qazandığı nailiyyətlərə görə
1982-ci ildə “Əməkdar artist”, 1989-cu
ildə isə “Xalq artisti” fəxri adlarına layiq
görülmüş, 2006-cı ildə “Şöhrət” ordeni
ilə təltif olunmuşdur.
Sevilən sənətçi, Xalq artisti Əlabbas
Qədirov 2006-cı il mart ayının 8-də, 60
yaşında vəfat etmiş, II Fəxri Xiyabanda
dəfn edilmişdir.
Ə d ə b i y y a t
Kazımzadə, A. İstəklə
məqsəd üst-üstə
düşəndə... /A.Kazımzadə
//Mədəniyyət.- 2011.- 11
fevral.- S.10.
Oktay.“Biz gedərik bu
dünyadan...” /Oktay
//Xalq cəbhəsi.- 2012.-
29 mart.- S.13.
Təranə. Qeyri-adi adam
/Təranə //Kaspi.-2011.-
15 fevral.- S.15.
Bürcəliyeva, Ş.
Sənət onun həyatı
idi /Ş.Bürcəliyeva
//Mədəniyyət.- 2013.- 22
fevral.- S. 12.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.teatrplyus.az
13
Aktyor
Teatr.Kino
52
90
illiyi
Sofiya Hüseynova
1926-2015
FEVRAL
Sofiya Həsən qızı Hüseynova 1926-
cı il fevral ayının 17-də Bakıda anadan
olmuşdur. Orta məktəbi Naxçıvanda bi-
tirmişdir. Şagird vaxtlarında anası, Nax-
çıvanın ilk aktrisası Xədicə Qazıyeva ilə
uşaq rollarında səhnəyə çıxmışdır. Ana-
sının tövsiyəsi ilə 1944-cü ildən teatrın
truppasına daxil olmuş, 1945-ci ildə qısa
müddət Zaqatala DDT-də işlədikdən
sonra yenə Naxçıvana qayıtmışdır.
1942-ci ildən C.Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram
Teatrının aktrisası olmuşdur. Sofiya xa-
nımın səhnədə ilk rolu Səməd Vurğunun
“Vaqif” dramındakı gürcü qızı Tamara
olmuşdur.
1950-ci ilin ortalarından başlaya-
raq S.Hüseynova bir müddət Naxçıva-
nın “Araz” Dövlət Mahnı və Rəqs An-
samblında rəqs qrupunun solisti kimi də
fəaliyyət göstərmişdir.
1954-cü ildə o, yenidən Naxçıvan
Teatrının truppasına qayıtmış, 1955-
ci ildə İslam Səfərlinin “Göz həkimi”
pyesindəki Nərminə və Nəcəf bəy
Vəzirovun “Yağışdan çıxdıq, yağmura
düşdük” (“Hacı Qənbər”) komediyasın-
dakı Cəvahir obrazları ilə tamaşıçıların
dərin rəğbətini qazanmışdır. 1962-ci ildə
Naxçıvan Dövlət Dram Teatrında yenicə
fəaliyyətə başlayan rejissor və aktyor İl-
dırım Cabbarov quruluş verdiyi İskəndər
Coşqunun “Komsomol poeması” tama-
şasında Humay rolunu ona həvalə etmiş,
aktyorluq fəaliyyəti ərzində ilk böyük
rolu olan Humayı aktrisa məharətlə ifa
etmişdir.
Sofiya xanım müxtəlif səpkili
zəngin səhnə obrazları yaratmışdır.
Ən yaxşı rolları Gülçöhrə (“Arşın mal
alan”, Ü.Hacıbəyov), Zalxa (“Toy”,
S.Rəhman), Ana (“Ana”, H.Cavid), Xu-
raman (“Vaqif”, S.Vurğun), Sara (“Sol-
ğun çiçəklər”, C.Cabbarlı), Kruçinina,
Larisa (“Günahsız müqəssirlər”, “Cehiz-
siz qız”, A.N.Ostrovski), Xanuma (“Xa-
numa”, A.Saqareli), Tərgül (“Məhsəti”,
Kəmalə) və s. olmuşdur.
Naxçıvan Teatrında 1966-1986-cı
illərdə tamaşaya qoyulmuş rus və Av-
ropa dramaturgiyasının ən gözəl nümu-
nələrində Melita (G.Fiqeryedo “Ezop”,
1966), Tatyana (B.Lavrenyov “Hücum”,
1967), Nadya (A.Makayonok “Tribunal”,
1972), Diana (Lope de Veqa “Nə yardan
doyur, nə əldən qoyur”, 1974), Kruçini-
na (A.Ostrovski “Günahsız müqəssirlər”,
1984), Klitemnestra (Sofokl “Elektra”,
1986) kimi maraqlı və yaddaqalan ob-
razlar silsiləsi yaratmışdır.
Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin müvafiq fərmanları ilə 1974-
cü il iyun ayının 1-də “Azərbaycan Res-
publikasının Əməkdar artisti”, 1982-ci il
dekabr ayının 1-də isə “Xalq artisti” fəxri
adlarına layiq görülmüşdür. Müstəqillik
dövründə də daim dövlət qayğısı ilə əhatə
olunmuş, 1996-cı ildə “Şöhrət” ordenilə
təltif edilmişdir. Prezident təqaüdçüsü
olmuşdur.
Sofiya Hüseynova 30 iyul 2015-ci
ildə (89 yaşında) vəfat etmişdir.
Ə d ə b i y y a t
Hüseynova Sofiya
Həsən qızı //Naxçıvan
ensiklopediyası.- Bakı,
2002.- S.193.
Oktay. Səhnəmizin Sof-
yası. Sofya Hüseynova
maraqlı və yaddaqalan
obrazlar silsiləsi ya-
ratmışdır /Oktay //Xalq
Cəbhəsi.- 2013.- 18
yanvar.- S.15.
Qasımov, Ə. Səhnəmizin
Sofyası /Ə.Qasımov
//Qobustan: sənət
toplusu.- 2012.- №4.-
S.60-63.
Rəhimli, İ. Sofya
Hüseynova //Rəhimli İ.
Azərbaycan teatr tari-
xi.- Bakı, 2005.- S.233.
Dostları ilə paylaş: |