14
Akademik
26
Kimya.Biologiya.Tibb
YANV
AR
Məryəm Mahmudbəyova
1921-1992
Nəsibə Hüseynova
1926
95
illiyi
90
illiyi
Ə d ə b i y y a t
Mahmudbəyova Məryəm
//Azərbaycan Sovet En-
siklopediyası: 10 cilddə.-
Bakı, 1982.-C.6.- S.396.
Mahmudbəyova Məryəm
Fərəməz qızı //Naxçıvan
ensiklopediyası.- Bakı,
2002.- S.291.
Məryəm Fərəməz qızı Mahmud-
bəyova 1921-ci il yanvar ayının 2-də
Naxçıvan şəhərində anadan olmuşdur.
1953-cü ildə Q.M.Musabəyov adına
Azərbaycan Elmi-Tədqiqat Virusolo-
giya və Gigiyena İnstitutunda işləmiş,
1966-cı ildə tibb elmləri doktoru alim-
lik dərəcəsi almışdır. 1976-1979-cu
illərdə Azərbaycan Elmi-Tədqiqat
Qanköçürmə və Hemotologiya İnstitu-
tunda İmmun-hemotologiya şöbəsinin
müdiri vəzifəsində çalışmışdır. Tədqiqatı
müasir təbabətin aktual məsələlərinin
(bioloji aktivliyi yüksək olan mikro-
molekulların, zülalların, nuklein turşu-
sunun həll olunan antigen fraksiyaları-
nın) öyrənilməsinə həsr olunmuşdur.
Musabəyovanın antigen quruluşa aid
tədqiqatlarından immun preparatların
istehsal texnologiyası sahəsində, habelə
xəstəliklərin profilaktika və diaqnosti-
kasında geniş istifadə edilir.
Azərbaycan səhiyyəsi sahəsindəki
xidmətlərinə görə 1973-cü ildə
“Azərbaycanın Əməkdar həkimi” fəxri
adına layiq görülmüşdür.
Məryəm Mahmudbəyova 1992-ci
ildə Bakıda vəfat etmişdir.
Nəsibə Ağa İsmayıl qızı Hüseynova 1926-cı il
yanvar ayının 25-də Bakıda anadan olmuşdur.
1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna
(indiki ATU) daxil olmuş, 1948-ci ildə Moskvada-
kı N.İ.Piroqov adına II Tibb İnstitutunu bitirmişdir.
Həmin ildən Azərbaycan Dövlət Tibb İnstitutunun
uşaq xəstəliklərinin propedevtikası kafedrasının
kliniki ordinatoru vəzifəsində çalışmışdır. 1950-
1951-ci illərdə Laçın şəhərindəki qadın və uşaq
məsləhətxanasının müdiri, 1955-1959-cu illərdə
Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İns-
titutunda baş elmi işçi, şöbə müdiri vəzifəsində
çalışmışdır.1959-cu ildən Azərbaycan Dövlət Tibb
İnstitutunun Hospital pediatriya kafedrasının do-
senti olmuş, 1969-cu ildə tibb elmləri doktoru
alimlik dərəcəsi almış, 1970-ci ildən isə həmin ka-
fedranın professorudur.
1959-1961-ci illərdə İraqda həkim işləmiş, 1971-
1976-cı illərdə Bakı şəhərində baş pediatr, 1976-cı
ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-
nin baş uşaq qastroenteroloqu olmuşdur.
Əsasən uşaqların qidalanması məsələlərinə
dair tədqiqatlar aparmışdır. 200-dən artıq elmi
məqalənin və metodiki tövsiyələrin müəllifidir.
1970-1992-ci illərdə ATİ-nin müalicə-profilak-
tika fakültəsinin Uşaq xəstəlikləri kafedrasının
müdiri, 1992-ci ildən həmin kafedranın professoru
vəzifəsində çalışmışdır.
1986-cı ildə “Əmək Veteranı” medalı, 1990-
cı ildə “Azərbaycanın Əməkdar həkimi” fəxri
adını almış, 2010-cu il 20 sentyabr tarixində
Azərbaycanda tibb təhsilinin və elminin inkişafın-
dakı xidmətlərinə görə Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə
təltif edilmişdir.
Ə d ə b i y y a t
Hüseynova Nəsibə Ağa İsmayıl qızı //Azərbaycan qadını ensiklo-
pediyası /red. hey. R.Mehdiyev [və b.]; baş red. İ.Vəliyev; [müəl.
X.Abbasov [və b.]].-Bakı, 2002.- S.182.
2
Mikrobioloq-immunoloq
Həkim
25
27
27
Kitabxanaşünaslıq.Biblioqrafiya
Respublika Elmi Kənd Təsərrüfatı
Kitabxanası
1921
YANV
AR
Müstəqil Azərbaycan Respubli-
kasında qədim və zəngin tarixə ma-
lik olan sahəvi kitabxanalardan biri
də Respublika Elmi Kənd Təsərrüfatı
Kitabxanasıdır (REKTK). Kitabxana
cəmiyyətimizin intellektual-mənəvi po-
tensialının artmasında, aqrar siyasətin
və kənd təsərrüfatı elminin təbliğində,
elm və texnikanın inkişafında əvəzsiz
rol oynayır. Respublika Elmi Kənd
Təsərrüfatı Kitabxanası 1921-ci ildə
Xalq Torpaq Komissarlığı (XTK)
tərəfindən yaradılmış və l923-cü il ap-
rel ayının 12-də XTK-nın 47/213 saylı
əmri ilə Mərkəzi Kənd Təsərrüfatı Ki-
tabxanası kimi fəaliyyətə başlamışdır.
1967-ci ildən Azərbaycan SSR Nazirlər
Sovetinin Respublika Kənd Təsərrüfatı
Nazirliyi nəzdində Respublika Elmi
Kənd Təsərrüfatı Kitabxanası kimi öz
fəaliyyətini davam etdirir.
REKTK Respublika Prezidentinin
fərman və sərəncamlarını təbliğ edən,
respublikanın nazirlik, şirkət, idarə və
müəssisələrinə, elmi-tədqiqat və layihə
institutlarına, elm və texnika, kənd
təsərrüfatı sahəsində tədqiqat aparan
ayrı-ayrı mütəxəssislərə, tələbələrə,
aspirantlara və magistratura pilləsində
təhsil alanlara məlumat-biblioqrafiya
va kitabxana xidməti göstərən respub-
lika mərkəzi hesab olunur.
1982-ci ildən Respublika Elmi Kənd
Təsərrüfatı Kitabxanası respublikada
kənd təsərrüfatı ədəbiyyatı üzrə depo-
zitar mühafizə mərkəzidir.
Kitabxana - M.F.Axundov adı-
na Azərbaycan Milli Kitabxanası,
Azərbaycan Tibb Universitetinin Ki-
tabxanası, Bakı Dövlət Universitetinin
Elmi Kitabxanası, Respublika Elmi
Pedaqoji Kitabxanası və s. ilə sıx əlaqə
qurmuşdur. REKTK-sı Azərbaycan
Respublikasında kənd təsərrüfatı ki-
tabxanaları üzrə elmi metodiki mərkəz
hesab olunur.
REKTK ənənəvi kitab təbliği və
kitabxana-biblioqrafiya xidmətlərindən
əlavə xarici ölkələrin jurnallarını, dövri
və ardı davam edən nəşrlərini, avtore-
feratları, plakatları və digər sənədləri
özündə əks etdirən, metodiki fəaliyyətlə
məşğul olan böyük müəssisədir.
Kitabxananın fondunda 1 005 655
nüsxə milli və xarici dillərdə olan ki-
tab, jurnal, ensiklopediya, lüğətlər
və digər nəşrlər toplanmışdır. Sahəvi
aspektlər üzrə fondun tərkibi ictimai-
siyasi, kənd təsərrüfatı və elmlər üzrə
qarışıq ədəbiyyatlardan ibarətdir. Nadir
nüsxələr fondunda 3000 nüsxəyə yaxın
ədəbiyyat mühafizə olunur. Kitabxana
Azərbaycan Respublikası ərazisində
yerləşən 51 şəbəkə və 39 filial kitabxa-
naya mərkəzləşdirilmiş formada meto-
diki köməklik göstərir.
Respublika Elmi Kənd Təsərrüfatı
Kitabxanası kitabxanalararası mübadilə
yolu ilə MDB-nin 47 kənd təsərrüfatı
kitabxanaları ilə kitab mübadiləsi apa-
rır, eləcə də Polşa, Koreya, Fransa,
Almaniya, Türkiyə və başqa ölkələrin
kitabxanaları ilə sıx əlaqə yaradır. Ha-
zırda Respublika Elmi Kənd Təsərrüfatı
Kitabxanasında 5 şöbə (Elmi-metodik,
Xidmət, Komplektləşdirmə, kitabişləmə
və
kataloqlaşdırma,
Məlumat-
biblioqrafiya,
Depozitar
fondun
mühafizəsi), 3 bölmə fəaliyyət göstərir.
21
Ə d ə b i y y a t
Cəfərov, A. Respublika
Elmi Kənd Təsərrüfatı
Kitabxanasında oxucula-
ra kitabxana xidmətinin
müasir vəziyyəti və inkişaf
istiqamətləri /A.Cəfərov
//Kitabxanaşünaslıq və
informasiya.- 2010.- №3.-
S.67-75.
Qardaşov, R. Respublika
Elmi Kənd Təsərrüfatı
Kitabxanasının biblioq-
rafik fəaliyyətinin əsas
istiqamətləri /R.Qardaşov
//Kitabxanaşünaslıq və
Biblioqrafiya.- 2008.-
№1(22).- S.184-188.
Quliyeva, V. Respublika
Elmi Kənd Təsərrüfatı
Kitabxanası müstəqillik
illərində /V.Quliyeva
//Kitabxanaşünaslıq və
İnformasiya.- 2014.- №3.-
S.125-130.
İ n t e r n e t d ə
www.anl.az
www.static.bsu.az
www.files.preslib.az
95
illiyi
28
1
Tarixdə bu gün
Yeni il
YANV
AR
Dünya xalqlarının böyük əksəriyyəti
yeni ilin başlanğıcını dekabrın 31-dən
yanvarın 1-nə keçən gecə qeyd edirlər.
Yeni il Yer kürəsinin bütün guşələrində
dini etiqadlarından asılı olmayaraq
müxtəlif xalqlar tərəfindən geniş qeyd
olunan ən məşhur bayramlardandır.
Yeni ili bayram etməklə insanlar belə
hesab edirlər ki, bütün uğursuzluq və
kədərli anlar köhnə ildə qalır, yeni il
yeni arzular və ümidlər gətirir.
Yeni il bayramı Azərbaycanda da ge-
niş qeyd edilir. Bu bayramın öz tarixçəsi
var. Bəzi fərziyyələrə görə Yeni ili ilk
dəfə qədim çinlilər qeyd ediblər. Digər
mənbələrdə bu, qədim germanlar və
romalıların adı ilə bağlanır. Başqa bir
mənbə isə ənənənin Mesopotamiyada
yarandığını sübut etməyə cəhd etmiş,
bayramın yaranmasının azı 25 əsrlik ta-
rixi olduğunu iddia etmişdir.
Yeni ilin yanvarın 1-dən hesab olun-
ması xristianlığın tarixi ilə bağlıdır.
Rəvayətə görə, İsa peyğəmbər dekabrın
24-də anadan olduğu üçün xristianlar
bu günü İsa Məsihin doğulması şərəfinə
Milad bayramı kimi qeyd edirlər. Mi-
lad bayramının ilkin mənbəyi hər il qış
günəş duruşu zamanı (21-25 dekabr)
“xilaskar allahın doğulması” ilə əlaqədar
keçirilən qədim bütpərəst mərasimi ol-
muşdur. Milad bayramını ilk dəfə Roma
xristian icmaları keçirmişdir. Bu bayram
431-ci ildə qanuniləşdirilmişdir. Bizim
istifadə etdiyimiz təqvim də məhz mi-
ladi təqvim adlanır. Bu təqvimə əsasən
yeni il yanvarın 1-dən başlanır.
Yeni ilin rəmzlərindən biri Şaxta ba-
badır. Şaxta babanı müxtəlif ölkələrdə
müxtəlif cür adlandırırlar. Bütün hal-
larda Şaxta baba uşaqların sevimli-
sidir. Yeni il gecəsində onlar evlərə
heç vaxt əliboş gəlmir, torbalarındakı
hədiyyələrlə uşaqları sevindirirlər.
Dekabrın 31-i gecəsi insanlar bayram
süfrəsi ətrafında toplaşırlar. İlin başa çat-
dığını göstərən saat zənginin təntənəli
sədaları altında sağlıqlar söyləyir, sonra
isə şampan şərabı ilə dolu qədəhləri toq-
quşdurur, yeni ildə bir-birinə xoş günlər
və sağlamlıq arzulayırlar.
Yeni il bayramını al-əlvan, bərli-
bəzəkli yolkasız təsəvvür etmək qeyri-
mümkündür. Əlbəttə, bu yolka təbii
küknar ağacından olsa və yarpaqları
ətir saçsa daha gözəl olardı. Amma
təbiəti qorumaq naminə süni yolka-
larla da keçinmək olar. Çoxları yolka
bəzəmək ənənəsini də xristian diniylə
əlaqələndirir. Əslində isə, həyat rəmzi
olan yolkanın bəzənməsi tarixi xristian-
lıqdan əvvəl başlamış və hansısa bir dinlə
bağlı deyil. Yeni il yolkası haqqında ilk
yazılı məlumat XVI əsrə təsadüf edir.
Həmin mənbələrə görə, o vaxt alman
şəhəri olan Strasburqda Yeni il gecəsi
həm kasıb, həm də adlı-sanlı zadəgan
ailələrində şam ağacları rəngli kağızlar,
meyvələr və şirniyyatla bəzədilirmiş.
Vaxt keçdikcə bu adət bütün Avropaya
yayılır. Amerikaya isə yolkanı bura-
da məskunlaşan almanlar gətirmişlər.
1851-ci ildə burada ilk dəfə təntənəli
şəkildə yolka fənərlərinin yandırılması
mərasimi keçirilmişdir. O vaxtdan hər il
Yeni il bayramında Ağ evin qarşısında
bu mərasim keçirilmiş, beləcə yolka bü-
tün dünyada məşhurlaşmışdır.
Ə d ə b i y y a t
Əlibalaqızı, S. Dünyada
Yeni il: Fərqli ənənə və
mərasimlər /S.Əlibalaqızı
//Mədəniyyət.- 2014.- 30
dekabr.- S.15.
İkramqızı, F. Yeni il gəzə-
gəzə... /F.İkramqızı //İki
sahil.- 2012.- 26 dekabr.-
S.22.
İkramqızı, F. Yeni ili necə
qarşılamalı? /F.İkramqızı
//İki sahil.- 2013.- 29
dekabr.- S.13.
Mustafayev, O. Dün-
ya xalqlarının yeni il
ənənələri /O.Mustafayev
//Azərbaycan müəllimi.-
2012.- 28 dekabr.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.sun.az
www.teqvim.az
1
29
Tarixdə bu gün
25
illiyi
İstiqlal Muzeyi
1991
YANV
AR
Azərbaycan İstiqlal Muzeyi 1991-ci il
yanvar ayının 9-da yaradılmışdır. Muzeyin
yaradılmasında məqsəd ən qədim zaman-
lardan müasir dövrə qədər Azərbaycan
xalqının mədəni-tarixi həyatındakı mü-
hüm hadisələri və xalqımızın azadlığı uğ-
runda çarpışan fədailərin mübarizə yolunu
əks etdirməkdir. Muzeydə 20 000-dən ar-
tıq eksponat mövcuddur. Burada rəsm və
heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər,
kitablar, pul əskinazları və başqa ekspo-
natlar nümayiş etdirilir. Azərbaycanın ilk
dövlət muzeyi olan İstiqlal Muzeyinin
əsası 1919-cu ilə qoyulmuşdur.
Muzey 6 zaldan ibarətdir. 1-ci zalda
Azərbaycanın dövlət rəmzləri - nümayiş
olunur. Burada XVIII əsrin II yarısın-
da Azərbaycanın xanlıqlara bölünməsi,
Azərbaycan uğrunda Rusiya ilə İran ara-
sında gedən müharibələrə (1804-1828),
Gülüstan (1813) və Türkmənçay (1828)
müqavilələrinin bağlanmasına dair mate-
riallar da yer almışdır. Həmçinin, işğal al-
tında olan Cəbrayıl və Füzuli rayonlarının
tarix-diyarşünaslıq muzeylərinin ekspo-
natları da nümayiş olunur.
2-ci ekspozisiya zalı XIX əsrin II yarı-
sından XX əsrin əvvəllərinədək olan dövrü
əhatə edir. Burada mədəniyyət və elm, neft
sənayesinin inkişafı ilə bağlı xeyli sayda
materiallar yer almışdır. 1918-ci il 31 mart
soyqırımına həsr olunmuş fotofaktlar, ar-
xiv materialları, sənədlər, Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyətini əks
etdirən materiallar bu ekspozisiya zalında
nümayiş etdirilir.
İstiqlal Muzeyinin 3-cü zalı Cənubi
Azərbaycanın Məşrutə hərəkatını əks
etdirən materiallarla zəngindir. Burada
1905-1911-ci illər azadlıq hərəkatının
rəhbəri Səttarxan və onun silahdaşlarının,
fədai dəstələrinin fəaliyyəti, həmçinin o
dövrdə Azərbaycanın iqtisadiyyatının,
mədəniyyətinin inkişafını əks etdirən ma-
teriallar yer almışdır.
Repressiya illərini və Böyük Vətən
müharibəsində ön və arxa cəbhədə
qəhrəmanlıq göstərən azərbaycanlıların
qəhrəmanlığını əks etdirən materiallar
muzeyin 4-cü ekspozisiya zalında nüma-
yiş olunur.
Qarabağ hadisələri muzeyin 5-ci zalın-
da əks olunmuşdur. Burada 1988-ci ildən
başlayaraq Ermənistanın Azərbaycana
qarşı işğalçılıq müharibəsi nəticəsində
zəbt olunmuş rayonları, 1990-cı ilin qan-
lı yanvar hadisələrini, Xocalı faciəsinin
dəhşətlərini əks etdirən fotolar, müxtəlif
sənədlər, nümayiş olunur.
Müasir Azərbaycan tarixi muzeyin
6-cı ekspozisiya zalında nümayiş etdiri-
lir. 1993-cü il iyun ayının 15-də Heydər
Əliyev Bakıya gəlişi - Milli Qurtuluş
Günü tarixindən başlayaraq ölkəmizin
keçdiyi inkişaf yolu haqqında muzeyin
ziyarətçilərinə geniş məlumat verilir. Bu-
rada müstəqil Azərbaycanın dövlət və
ordu quruculuğunu, xarici siyasətini, iqti-
sadiyyatını, Azərbaycanın tarixi üçün çox
əhəmiyyətli olan “Əsrin müqaviləsi”nin
(1994) bağlanması, ölkəmizin mədəniy-
yətini, beynəlxalq təşkilatlarda iştirakını
əks etdirən fotoxronika nümayiş olun-
maqla yanaşı, Ulu öndər Heydər Əliyevin
siyasi kursunun layiqli davamçısı olan
Prezident İlham Əliyevin fəaliyyətini əks
etdirən materiallar diqqəti cəlb edir.
İstiqlal Muzeyi Muzey Mərkəzində
yerləşir. Muzey üçün Bakıda yeni bina
inşa edilir.
Ə d ə b i y y a t
Fariz. “Ümid yeri”:
İstiqlal Muzeyi hərbi
hissədə Milli Qur-
tuluş Günü ilə bağlı
tədbir keçirib /Fariz
//Mədəniyyət.- 2014.-
13 iyun.- S.14.
İstiqlalımızın muzeyi
- Azərbaycan İstiqlal
Muzeyi: İlk rəsmi dövlət
muzeyi... //Azadlıq.-
2012.- 9 may.- S.14.
Şəmsi, F. İstiqlal Mu-
zeyi: müstəqilliyimizin
yaşıdı /F.Şəmsi
//Respublika.-2014.- 6
dekabr.- S.6.
Şəmsi, F. “İstiqlal
Muzeyinin fəaliyyətində
Azərbaycan dövlətçili-
yinin təbliğatı böyük
yer tutur” /F.Şəmsi
//Palitra.- 2012.- 14
sentyabr.- S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.azadliq.info
www.citylife.az
9
30
Tarixdə bu gün
Ümumxalq Hüzn Günü
1990
YANV
AR
20 Yanvar faciəsi Azərbaycan xal-
qının hüzn və şərəf günüdür. Xalqımız
bu faciədə həyatdan getmiş övladlarına
matəm saxlamaqla bərabər, eyni za-
manda onların şəhidlik zirvəsinə baxa-
raq başını dik tutmalıdır. Çünki Vətən
və torpaq şəhidləri ilə ucalır. 26 il öncə
Azərbaycan xalqının taleyində də nəhs
və qorxunc günlər yaşanırdı. Xalqımız
qırmızı imperiyanın “Qızıl ordusu”nun,
sovet hərb maşınının hücumuna məruz
qalmış, təcavüzə uğramış, günah-
sız insanlar gülləbaran edilmiş, milli
heysiyyətimız tankların tırtılları altına
atılmışdı.
20 Yanvar faciəsi Azərbaycan xalqı-
nı qorxutmaq, onun milli oyanışını, tor-
paq (Qarabağ) uğrunda mübarizliyini
məhv edib sındırmaq məqsədi daşıyan
mənfur planın tərkib hissəsi idi. Unut-
mamalıyıq ki, 20 Yanvar Azərbaycan
xalqının tarixində, sadəcə, ağı və acı ilə
xatırlanacaq gün deyil, həm də xalqı-
mızın şan və şərəf günüdür. 1990-cı ilin
20 yanvarı Azərbaycanın istiqlaliyyət
yolunun ilk şəhidlik zirvəsi idi. Ötən
illər ərzində “Qanlı Yanvar”ın tarixi,
mənəvi, siyasi və s. aspektləri təhlil
edilmiş, hadisəyə Azərbaycan dövləti
tərəfindən hüquqi qiymət verilmişdir.
...Həmin gün Azərbaycanın o
vaxtkı rəhbərliyinin istəyi və SSRİ
rəhbərliyinin əmri ilə Azərbaycanda
kommunist rejimini saxlamaq və milli
azadlıq hərəkatını boğmaq məqsədilə
Bakıya böyük bir ordu (rəsmi rəqəm
35 mini göstərir) yeridilmişdir. SSRİ
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirli-
yi və Dövlət Təhlükəsizlik Komitəsinin
hazırlayıb həyata keçirdiyi “Udar” adlı
əməliyyatda əsas rolu xüsusi təyinatlı
“ALFA” və SSRİ DTK-nın “A” təxribat
qrupları oynayırdı. Sovet qoşunlarının
təcavüzü nəticəsində Bakıda faciə za-
manı 137 insan öldürülmüş, 744 nəfər
ağır xəsarət almış, 841 nəfər isə qa-
nunsuz olaraq həbs edilmişdir. Sovet
ordusunun əməliyyatları nəticəsində
200 mənzil, ev, şəxsi və dövlət əmlakı
dağıdılmışdır. Öldürülənlər arasında
beş millətin nümayəndələri, qadın-
lar və uşaqlar var idi. Qara Yanvarın
indiyədək özündə saxladığı sirlər çox-
dur. 100 cildlik istintaq materialının 69
cildi Bakıdan Moskvaya, keçmiş SSRİ
Prokurorluğuna aparılmış və bir daha
geri qaytarılmamışdır.
XX əsrdə totalitarizmin törətdiyi ən
qanlı terror aktları sırasında 20 Yanvar
cinayəti də var. Bu, bəşəriyyət və insan-
lıq əleyhinə törədilmiş dəhşətli əməl idi.
Dinc əhaliyə qarşı həyata keçirilən cəza
tədbirləri zamanı 1949-cu ilin Cenevrə
Konvensiyasının, Beynəlxalq Hərbi
Tribunalın Əsasnaməsinin, Beynəlxalq
İnsan haqları Bəyannaməsinin, insan
haqlarına dair digər beynəlxalq aktla-
rın çoxsaylı müddəaları pozulmuşdu.
Bu məqamlar 20 Yanvar hadisələri ilə
bağlı aparılmış ən səthi tədqiqatlarda
da təsdiqlənir.
O gün Moskvada matəm saxlayan
Heydər Əliyevin etiraz səsi bütün dün-
yaya yayılmışdı. O gün heç kəs ba-
şını aşağı əymədi, “Azadlıq!” sədası
göylərə qalxdı. Biz o azadlığı qanımız
bahasına əldə etdik... İndi nəyin baha-
sına olursa-olsun biz hamımız azadlığı-
mızı qorumalıyıq. Budur bizim şəhidlər
qarşısında müqəddəs borcumuz!
Ə d ə b i y y a t
Ağla, qərənfil, ağla...:
Bakı. Fəlakətin gerçək
məqamları /M. A. Qasımo-
va, O. B. Qasımov ; red. Ə.
Ə. Qasımov.-Bakı: [s. n.],
2014.-244 s.
Məhərrəmov, V.M.
Qanlı gecə, qanlı tarix
/V.M.Məhərrəmov.- Bakı:
Hərbi Nəşriyyat, 2011.- 95
s.
20 yanvar. Tariximizin qan-
lı və şanlı səhifəsi /layih.
rəh. Ə.Həsənov, A.Aslanov;
tərt., red. Ə.Mehdiyev,
V.Əliyev, D.İsmayılov,
E.Qədirli; tərc.:
N.İsmayılov, N.Xıdırov,
Ş.Əliyev [və b.].- Bakı:
AzərTAc, 2014.- 353 s.
Tariximizin qanlı yad-
daşları Xalqımızın
hüquq və azadlıqlarının
tapdandığı 20 Yanvar,
Xocalı faciələri və 31 Mart
azərbaycanlıların soyqırı-
mı günü hər il ümumxalq
hüzn günü kimi geniş qeyd
edilir /Məmmədhəsən
//Azad Azərbaycan .-2015.-
18 yanvar.- S. 5.
Sarıyeva, İ. Gənc nəslin
vətənpərvərlik tərbiyəsində
20 Yanvar ibrətləri...
/İ.Sarıyeva //Bakı xəbər.-
2014.- 17-19 yanvar.- S.15.
www.20 january.az
Dostları ilə paylaş: |