İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.istoriya.az
11
110
illiyi
Akademik
21
Tarix
65
illiyi
İsmayıl Hacıyev
1951
YANV
AR
İsmayıl Muxtar oğlu Hacıyev 1951-
ci il yanvar ayının 21-də Naxçıvan MR
Culfa rayonunun Xanəgah kəndində
anadan olmuşdur.
1968-ci ildə Göydərə kənd orta
məktəbini bitirmişdir. 1970-1974-cü
illərdə APİ-nin (indiki ADPU) tələbəsi
olmuşdur.
1974-1977-ci illərdə Culfa rayonu-
nun Xoşkeşin kənd məktəbində müəllim
kimi fəaliyyət göstərmişdir. 1978-2003-
cü illərdə Naxçıvan Dövlət Pedaqo-
ji İnstitutunda (indiki NDU) müəllim
işləmişdir. 1992-ci ildə namizədlik
1999-cu ildə isə doktorluq dissertasiyası
müdafiə etmişdir. 1983-1984-cü illərdə
NDU-da ictimai-peşələr fakültəsinin
dekanı, 1984-1985-ci illərdə tarix-
filologiya fakültəsinin dekan müavini,
1994-1996-cı illərdə Naxçıvan Özəl
Universitetində, 1996-1997-ci illərdə
NDU-da elmi işlər üzrə prorektor, 1997-
2003-cü illərdə tədris işləri üzrə prorek-
tor vəzifələrində çalışmışdır. 2000-ci
ildən NDU-nun professorudur. 2003-
cü ilin yanvarında AMEA Naxçıvan
bölməsinin sədri, 2007-ci ilin aprelində
isə AMEA Rəyasət Heyətinin üzvü se-
çilmişdir. 2003-cü ildən AMEA-nın
akademiki, 2002-ci ildən Nyu-York EA-
nın həqiqi üzvüdür.
30-a yaxın monoqrafiya, kitab, kitab-
ça, dərs və tədris vəsaitlərinin, 200-dən
artıq elmi məqalənin müəllifidir. Elmi
əsərlərindən 34-ü xaricdə çap olunmuş-
dur. “Heydər Əliyev və milli-tarixi yad-
daşın bərpası”, “Mustafa Kamal Atatürk
və Naxçıvan”, “Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsi”,
“İntibahın 15 ili”, “Azərbaycan Xalq
Cümhuriyyəti və Naxçıvan” və s.
əsərləri elmi sahədə ciddi qəbul edilir.
Onun rəhbərliyi ilə ikicildlik “Naxçı-
van ensiklopediyası” (2005), “Naxçıvan
abidələri” ensiklopediyası (2008), Nax-
çıvan tarixi atlası (2010) nəşr edilmiş-
dir.
Beynəlxalq səviyyəli sammit, sim-
pozium və elmi konfranslarda iştirak və
məruzələrlə çıxış etmişdir.
Akademik AMEA Naxçıvan Bölmə-
sinin “Xəbərlər” jurnalının baş redakto-
ru, İxtisaslaşdırılmış Dissertasiya Şura-
sının sədri, Respublika ET-nin Təşkili
və Əlaqələndirmə Şurasının, AMEA-nın
“Məruzələr”i, “Xəbərlər”i (Tarix, fəlsəfə
və hüquq seriyası), “Dialoq Avrasiya”
(Türkiyə), “Tarix və onun problemləri”
və başqa jurnalların redaksiya heyətinin,
Azərbaycan Milli Ensiklopediyasının
Redaksiya Heyətinin üzvüdür.
2000-ci ildə II çağırış Naxçıvan
MR Ali Məclisinin, 2005-ci ildə III ça-
ğırış Azərbaycan Respublikası Milli
Məclisinin deputatı seçilmişdir.
Onun rəhbərliyi ilə 2 doktorluq, 11
namizədlik dissertasiyası müdafiə edil-
mişdir. 35-dən artıq monoqrafiya və ki-
tabın elmi redaktorudur.
İ.Hacıyev 2001-ci ildə ABŞ-ın
Bioqrafiya İnstitutunun “İlin ada-
mı” tituluna, 2010-cu ildə isə “Qızıl
medal”ına layiq görülmüşdür. 2008-ci
ildə Y.Məmmədəliyev mükafatı, 2009-
cu ildə Türkiyə Cümhuriyyəti Avrasiya
Kültür və Sənət Qurumunun, Hüseyn
Qazi Kültür və Sənət Vəqfinin mükafat-
ları ilə təltif edilmişdir.
2009-cu ildə “Əməkdar elm xadimi”
fəxri adına layiq görülmüşdür.
21
Akademik
Ə d ə b i y y a t
Ermənilərin Azərbaycana
qarşı ərazi iddiaları və
qanlı cinayətləri: [mo-
noqrafiya] /İ.Hacıyev;
red. H.Səfərli.- Naxçıvan:
[Əcəmi], 2012.- 191 s.
Heydər Əliyev
siyasəti: tarixdə və
günümüzdə: [monoq-
rafiya] /İ.Hacıyev; red.
Ə.Qasımov.-Naxçıvan:
[Əcəmi NP Birliyi],
2013.- 293 s.
Naxçıvan qədim Şərq si-
vilizasiyaları ilə sıx bağlı
olan diyar: [3 cilddə]
/İ.Hacıyev.- Naxçıvan:
[Əcəmi], 2014.- 119 s.
Naxçıvan Muxtar Respub-
likasının ictimai-siyasi
həyatı, sosial-iqtisadi və
mədəni inkişafı: 1991-
2011-ci illər /İ.Hacıyev;
elmi red. E.Cəfərli.- Bakı:
[Əcəmi], 2011.- 271 s.
Rüstəmov, F. Azərbaycan
elminin layiqli
nümayəndəsi: Akade-
mik İsmayıl Hacıyev-60
/F.Rüstəmov //Azərbaycan
müəllimi.- 2011.- 4 fev-
ral.- S.11.
www.science.gov.az
www.meclis.gov.az
www.az.wikipedia.org
22
Tarix
110
illiyi
Sara Aşurbəyli
1906-2001
YANV
AR
Sara Balabəy qızı Aşurbəyli 1906-cı
(digər sənədlərə görə 1905-ci) il yanvar
ayının 27-də Bakıda, neft sənayeçisi
Bala bəy Aşurbəyovun
ailəsində dünya-
ya gəlmişdir. 1913-cü ildə “Müqəddəs
Nina” Bakı qız tədris müəssisəsinin
aşağı hazırlıq sinfinə qəbul olunmuş,
1917-1920-ci il inqilabi hadisələri
təhsilini bitirməyə mane olmuşdur.
1925-ci ildə İstanbulda Müqəddəs
Janna d-Ark adına kolleci bitirmiş-
dir. 1925-30-cu illərdə ADU-nun
şərqşünaslıq fakültəsinin tarix şöbəsində
təhsil almışdır. Təhsil illərində BXMŞ
məktəblərində müəllimlik etmiş, 1928-
ci ildən 1931-ci ilədək Azərbaycan
Dövlət
Muzeyində,
Azərbaycanı
Öyrənən Cəmiyyətin tarix-etnoqrafiya
şöbəsində elmi işlə məşğul olmuş, daha
sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutunda elmi katib işləmişdir. 1933-
1937-ci illərdə - əvvəlcə SSRİ EA Za-
qafqaziya Filialı Azərbaycan Şöbəsinin
tarix bölməsində, daha sonra SSRİ EA
Azərbaycan Filialının Tarix İnstitutunda
kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1937-ci ilin əvvəlində qısa müddət
Leningrad Şərqşünaslıq İnstitunda
işləmişdir. 1941-ci ildə APİ-nin xari-
ci dillər fakültəsini bitirmişdir. Həmin
il Ə.Əzimzadə adına Azərbaycan
Rəssam-lıq Məktəbini də bitirmiş,
Azərbaycan Dram Teatrında rəssam-
dekorator işləmişdir. Ali təhsilini
başa vurduqdan sonra Azərbaycan
Dövlət Universitetində baş müəllim,
Azərbaycan Pedaqoji İnstitutunda de-
kan vəzifəsində çalışmışdır.
Sonralar Azərbaycan Tarixi Muze-
yində Orta əsrlər tarixi şöbəsinin mü-
diri, Azərbaycan Elmlər Akademiyası-
nın Şərqşünaslıq İnstitutunda baş elmi
işçi, Tarix İnstitutunda elmi katib, baş
elmi işçi və aparıcı elmi işçi vəzifəsində
işləmiş, 1993-cü ildən ömrünün sonuna
qədər Azərbaycan Milli Elmlər Aka-
demiyasının Arxeologiya və Etnoq-
rafiya İnstitutunun aparıcı elmi işçisi
vəzifəsində çalışmışdır.
1949-cu ildə Leninqrad Şərqşünaslıq
İnstitutunda dissertasiya müdafiə edərək
tarix elmləri namizədi, 1965-ci ildə
Tbilisidə monografiya üzrə dissertasi-
ya müdafiə etdikdən sonra tarix elmləri
doktoru elmi dərəcəsinə yiyələnmişdir.
S.Aşurbəyli Azərbaycan Rəssamlar
İttifaqının üzvü idi. Dəfələrlə müxtəlif
sərgilərdə iştirak etmişdir. Rus, ingi-
lis, fransız, alman, ərəb, fars və türk
dillərini bilirdi.
Bu böyük alimin fəaliyyəti icti-
mai xarakter daşımışdır. Təsadüfi de-
yil ki, ulu öndər Heydər Əliyev 90
illiyi münasibətilə alimə göndərdiyi
məktubda onun elmi və ictimai
fəaliyyətini belə səciyyələndirmişdir:
“...Sizin tarixi həqiqətlərə istinad
edən fundamental elmi tədqiqatlarınız
Azərbaycan elminə sədaqətlə xidmətin
parlaq nümunəsidir”.
Azərbaycan tarixşünaslığındakı fun-
damental və akademik fəaliyyətinə görə
alim müxtəlif fəxri adlar, orden və me-
dallarla təltif edilmişdir: 1982-ci ildə
Azərbaycanın “Əməkdar elm xadimi”
fəxri adına layiq görülmüş, 1986-cı
ildə Azərbaycan SSR Dövlət Mükafatı
laureatı olmuşdur. 1986-cı ildə “Xalq-
lar dostluğu” ordeni ilə, 1996-cı ildə
isə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Xəzər Universitetinin Fəxri doktoru
adını almışdır.
Sara xanım Aşurbəyli 2001-ci il iyul
ayının 17-də vəfat etmişdir. Görkəmli
alimin xatirəsi əbədiləşdirilmiş, Bakı
küçələrindən birinə onun adı verilmiş-
dir.
Ə d ə b i y y a t
Bakı şəhərinin tarixi:
Orta əsrlər dövrü /Sara
Aşurbəyli.- Bakı: [Əbilov,
Zeynalov və oğulları],
2005.- 696 s.
Şirvanşahlar dövləti
/S.Aşurbəyli; ön söz.
E.Günaydın; tərc.ed.
İ.Umudlu (azərb.), Ə.N.
Əfəndiyev (ing.); rəssam.
İ.Məmmədov.- Bakı:
Apostrof, Parni iz Baku,
2009.- 564 s.
Şirvanşahlar dövləti /Sara
Aşurbəyli.- Bakı: [Əbilov,
Zeynalov oğulları], 2006.-
189 s.
Şirvanşahlar dövləti:
VI-XVI əsrlər
/S.Aşurbəyli; ruscadan
tərc. ed. A.Bağırov; red.
E.Məmmədyarova.- Bakı:
Avrasiya press, 2006.-
416 s.
Vəzir, M. Sara Aşurbəyli
/Mehriban Vəzir //Vəzir
M. Dəyişikliklərə cəsarəti
çatan örnək xanımlar
/Rasional İnkişaf uğrunda
Qadınlar Cəmiyyəti
(RİQC); layihənin müəl.
və rəhb. Ş.İsmayılova.-
Bakı, 2008.- S.35-36.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.ebooks.az
27
Tarixçi alim
23
Mədəniyyət.Maarif.Təhsil
YANV
AR
Araz Dadaşzadə
1936-1990
80
illiyi
Ə d ə b i y y a t
Molla Pənah Vaqif:
həyat və yaradıcılığı
/A.Dadaşzadə; red.
H.Araslı; AzSSR EA
Nizami adına Ədəbiyyat
və Dil İnstitutu.- Bakı:
AzSSR EA, 1966.- 188 s.
XVIII əsr Azərbaycan
lirikası /A.Dadaşzadə;
red. H.Araslı; AzSSR EA
Nizami ad. Ədəbiyyat
İn-tu.-Bakı: Elm, 1980.-
228 s.
Əhmədov, T. Araz
Dadaşzadə //Əhmədov
T. Azərbaycan yazıçıları
XX-XXI yüzillikdə: ensik-
lopedik məlumat kitabı.-
Bakı, 2011.- S.67.
Yusifli, C. Araz
Dadaşzadə elm yolların-
da /C.Yusifli //Ədəbiyyat
məcmuəsi: Nizami
adına Ədəbiyyat İn-tunun
Əsərləri.- 2013.- C.XXIV.-
S.242-245.
Yusifli, C. Ədəbiyyat-
şünaslığımızda zəngin bir
portret – Araz Dadaşzadə
/C.Yusifli //525-ci qəzet.-
2011.- 25 fevral.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.azlib.net
Araz Məmməd oğlu Dadaşzadə 1936-
cı il yanvar ayının 30-da Bakı şəhərində,
akademik Məmməd Arif və görkəmli
pedaqoq Zümrüd Axundovanın ailəsində
anadan olmuşdur.
1952-1957-ci illərdə S.M.Kirov adı-
na ADU-da (indiki BDU) təhsil almışdır.
1957-1960-cı illərdə Azərbaycan SSR
EA-nın Azərbaycan Tarixi Muzeyində
işləmişdir.
1960-1963-cü illərdə Azərbaycan
SSR EA-nın Nizami adına Dil və
Ədəbiyyat İnstitutunun aspiranturasın-
da oxumuş, 1963-1966-cı illərdə Niza-
mi adına Dil və Ədəbiyyat İnstitutunda
kiçik elmi işçi, 1968-1976-cı illərdə isə
institutun Orta əsrlər şöbəsinin baş elmi
işçisi olmuşdur.
Ömrünün böyük bir hissəsi Azərbay-
can Sovet Ensiklopediyasının nəşrə ha-
zırlanması və nəşri ilə bağlıdır. 1966-
1968-ci illərdə ensiklopediyanın Baş
redaksiyasında Ədəbiyyat və İncəsənət
redaksiyasının müdiri, 1976-1988-ci
illərdə isə baş redaktorun birinci mü-
avini işləmişdir. 1988-ci ildən ömrü-
nün sonunadək ASE-nin Baş redaktoru
vəzifəsində çalışmışdır. ASE Baş redak-
siya heyətinin və elmi redaksiya şurası-
nın, Azərbaycan Yazıçılar İttifaqı təftiş
komissiyasının (1976), “Ədəbiyyat və
incəsənət” qəzeti redaksiya heyətinin
üzvü (1977-1982; 1988), 1988-ci ildən
Azərbaycan Yazıçılar İttifaqı “Xatirə”
irs komissiyasının sədr müavini, Azər-
baycan EA-nın Terminologiya Komitəsi
Rəyasət Heyətinin üzvü olmuşdur.
Ədəbi fəaliyyətə 1956-cı ildə “Azər-
baycan gəncləri” qəzetində çıxan “Tərli
kürəklər” kinofilminə yazdığı eyniadlı
resenziya ilə başlamışdır. Ədəbiyyat və
incəsənət sahəsində çoxsaylı məqalə
və rəylərin müəllifidir. Hekayələri
“Azərbaycan”, “Kirpi” və bir sıra digər
nəşrlərdə çap edilmişdir.
Onun elmi fəaliyyəti XVIII əsr
Azərbaycan poeziyası və xüsusilə
M.P.Vaqifin həyat və yaradıcılığı ilə
bağlıdır.
1964-cü ildə namizədlik, 1977-ci ildə
isə doktorluq dissertasiyası müdafiə et-
mişdir.
Alim “Molla Pənah Vaqif (həyat və
yaradıcılığı)” (1966), “Певец жизни
(Vaqif haqqında düşüncələr)” (1968),
“XVIII əsr Azərbaycan lirikası” (1980),
“Поэзия добра и красоты” (1986) ki-
tablarının müəllifidir. Onun 1968-ci ildə
M.P.Vaqifin anadan olmasının 250 illiyi
ilə əlaqədar yazdığı “Molla Pənah Vaqif
(həyat və yaradıcılığı haqqında oçerk)”
kitabçası Azərbaycan, ingilis, fransız,
türk, ərəb, fars, rus dillərində çap edil-
mişdir.
“Odlar yurdu” bədii filminin, diafilm
və sənədli filmlərin ssenari müəllifidir.
Ssenari müəllifi olduğu “Tülküyə uy-
duqda” kukla multfilmi (1972, rejissor:
M.Rəfiyev) ilk və yeganə genişekranlı
Azərbaycan cizgi filmidir.
Tərcüməçiliklə də məşğul olmuş,
R.Taqorun “Bağban” əsərini (1961,
Anarla birlikdə) və S.A.Tolstayanın
“Mənim həyatım” kitabını (1981)
Azərbaycan dilinə tərcümə etmişdir.
1989-cu ildə “Əməkdar elm xadimi”
fəxri adına layiq görülmüşdür.
Araz Dadaşzadə 1990-cı il noyabr
ayının 2-də vəfat etmiş və Bakıda, II
Fəxri Xiyabanda dəfn edilmişdir.
30
Ədəbiyyatşünas
24
Fəlsəfə.İqtisadiyyat
YANV
AR
Teymur Vəliyev
1926-2002
90
illiyi
Ə d ə b i y y a t
İqtisadiyyatın əsasları:
IX-XI siniflər üçün
dərslik /T.Vəliyev,
N.Məmmədov.- Bаkı:
Maarif, 2003.- 336 s.
İqtisadi nəzəriyyə:
dərslik /elmi red.
T.Vəliyev, Ş.Qafarov;
BDU.- Bakı: Bakı
Universiteti nəşriyyatı,
2002.- 516 s.
İqtisadi nəzəriyyə:
dərslik /müəll. kol.
və red. T.Vəliyev,
Ş.Qafarov; rəyçilər:
M.Meybullayev,
Ə.Babayev; BDU.- Bakı:
Azpoliqraf LTD, 2004.-
514 s.
XIX əsrin ikinci yarısın-
da Azərbaycan iqtisadi
fikir tarixindən /elmi red.
T.Vəliyev, A.Həsənov,
C.Hüseynov və b.;
Azərbaycan Dövlət
İqtisad İnstitutu.-Bakı,
1994.- 62 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.amea-iqtisadiyyat.
org
www.science.gov.az
Teymur Süleyman oğlu Vəliyev
1926-cı il yanvar ayının 15-də Ağdamda
anadan olmuşdur.
Orta təhsilini Ağdamda almış, 1951-ci
ildə K.Marks adına Azərbaycan Dövlət
Xalq Təsərrüfatı İnstitutunu (indiki
ADİU) bitirdikdən sonra aspiranturada
təhsilini davam etdirmiş və namizədlik
dissertasiyası müdafiə etmişdir.
1966-cı ildə respublikada iqtisadiy-
yat elmi üzrə ilk doktorluq dissertasi-
yası müdafiə edənlərdən biri olmuş və
Azərbaycan Dövlət Xalq Təsərrüfatı
İnstitutu yenidən təşkil olunarkən tədris
işləri üzrə prorektor kimi fəaliyyət
göstərmişdir. 1971-ci ildən Azərbaycan
Dövlət Universitetində 20 ildən çox ka-
fedra müdiri və 12 il tədris işləri üzrə
prorektor, Azərbaycan Dövlət İqtisad
İnstitutunda 8 il elm və texnika üzrə pro-
rektor vəzifələrində çalışmışdır.
T.Vəliyev 1953-cü ildən pedaqoji
fəaliyyətlə məşğul olmuş, respublikanın
ali məktəblərində iqtisadi nəzəriyyədən
(siyasi iqtisad) dərs demişdir. Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda işlədiyi za-
man İctimai elmlər kafedrasında siyasi
iqtisad bölməsinin rəhbəri, Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda dekan
vəzifəsində çalışmışdır.
T.Vəliyevin elmi tədqiqatlarının əsas
istiqamətlərindən biri respublikanın
sosial-iqtisadi həyatı, ümumi mənafeyi
baxımından faydalı və mühüm əhəmiyyət
kəsb edən iqisadi inkişafın tarazlaşması
problemi olmuşdur. 1972-1987-ci illərdə
“Ekonomiçeskiye nauki” jurnalının re-
daksiya heyətinin üzvü olmuşdur. SSRİ
Ali və Orta ixtisas Təhsili Nazirliyinin
Ali Attestasiya Komissiyasının siyasi iq-
tisad üzrə ekspert komissiyasının üzvü,
Respublika Ali və Orta İxtisas Təhsili
Nazirliyinin elmi-metodiki şurasının si-
yasi iqtisad bölməsinin büro sədri, bir
neçə namizədlik və doktorluq disser-
tasiyalarının ixtisaslaşdırılmış müdafiə
şurasının sədri, iqtisadiyyat üzrə jurnal-
ların redaksiya heyətinin üzvü, AMEA-
nın İqtisadiyyat İnstitutunda doktorluq
dissertasiyası üzrə ixtisaslaşdırılmış
müdafiə şurasının həmsədri olmuşdur.
AzDİU-da nəşr olunan “İqtisad elmləri:
nəzəriyyə və praktika” jurnalının baş re-
daktoru, iqtisadi nəzəriyyə, kommersiya
üzrə ixtisaslaşdırılmış müdafiə şurasının
sədri olmuşdur.
Alim respublika, habelə xarici ölkə
nəşriyyatlarında çap olunmuş 150-dən
çox elmi əsərin müəllifidir. 1999-cu ildə
“İqtisad elminin nəzəri əsaslarının tarixi
təkamülü” monoqrafiyası, 2000-ci ildə
N.Məmmədovla birgə hazırladığı “İzah-
lı iqtisadi terminlər” adlı lüğət kitabçası
nəşr edilmişdir.
Elm, təhsil-təlim sahəsindəki xid-
mətləri dövlət tərəfindən qiymətləndiril-
miş, 1981-ci ildə “Əməkdar elm xa-
dimi” fəxri adına layiq görülmüşdür.
1983-cü ildə Azərbaycan SSR EA-nın
müxbir üzvü seçilmişdir. 1986-cı ildə
Azərbaycan SSR Ali Soveti Rəyasət
heyətinin Fəxri fərmanı ilə təltif olunmuş-
dur. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin gümüş medalına, SSRİ-nin və
Azərbaycan Respublikasının Ali və Orta
İxtisas Təhsil Nazirliyinin, EA-nın fəxri
fərmanlarına layiq görülmüşdür.
Teymur Vəliyev 2002-ci il aprel ayı-
nın 3-də Bakıda vəfat etmişdir.
15
Alim
25
25
Riyaziyyat.Fizika.Astronomiya
YANV
AR
Zahid Xəlilov
1911-1974
105
illiyi
Ə d ə b i y y a t
İstinad nöqtəsi: [Zahid
Xəlilov-100] /[ön söz.
Z.Məmmədəli].- Bakı:
Qismət, 2011.- 246 s.
Hacıyeva, Z. Xəlilov
Zahid İsmayıl oğlu
//Hacıyeva Z. AMEA
prezidentləri. Şanlı
yolun mərhələləri.- Bakı,
2014.- S.56-61.
Специальные вопросы
функционального
анализа и их
применении к теории
дифференциальных
уравнений и теории
функции /Халилов З.-
Баку, 1968.- 132 с.
Функциональный
анализ: Некоторые
вопросы теории
дифференц. уравнений
и теории функции:
Сборник статей /Ред.
акад. З.И.Халилов.-
Баку: Изд.АН,Аз.ССР,
1967.- 214с.
Асланов, Р. Захид
Исмаил оглы Халилов,
(1911-1974) //Асланов
Р. Знаменитые
математики:
историко-
математические
Zahid İsmayıl oğlu Xəlilov 1911-ci il
yanvar ayının 14-də Tiflis quberniyasının
Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi
rayonu) Saraçlı kəndində anadan olmuş-
dur. Tiflisdə orta məktəbi və Türk Pedaqoji
Texnikumunu bitirdikdən sonra 1929-cu
ildə Bakıda Azərbaycan Dövlət Universite-
tinin (indiki BDU) riyaziyyat şöbəsinə da-
xil olmuş, 1930-1934-cü illərdə universitet
bağlandığına görə ali təhsilini Azərbaycan
Pedaqoji İnstitutunda başa vuraraq yenidən
Tiflisə qayıtmış və Dəmir yolu Nəqliyyatı
Mühəndisləri İnstitutunda işləmişdir.
1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitu-
tunun aspiranturasına daxil olmuş, 1940-cı
ildə dissertasiya müdafiə edərək Qafqaz
türkləri arasında ikinci (İbrahim İbrahi-
movdan sonra) fizika-riyaziyyat elmləri
namizədi alimlik dərəcəsi alan şəxsdir.
Elə həmin il ADU-ya dəvət edilmiş, öm-
rünü həmişəlik Azərbaycan və onun elmi
ilə bağlamışdır. 1946-cı ildə isə doktorluq
dissertasiyası müdafiə etmiş, 35 yaşında
Azərbaycanın ilk fizika-riyaziyyat elmləri
doktoru olmuşdur. 1955-ci ildə Azərbaycan
EA-nın həqiqi üzvü seçilmişdir.
1944-1960-cı illərdə BDU-da nəzəri
mexanika kafedrasının müdiri, 1950-1956
və 1967-1974-cü illərdə Riyaziyyat və
Mexanika İnstitutunun direktoru, 1957-
1959-cu illərdə Azərbaycan EA Fizika-
riyaziyyat və Texnika elmləri bölməsinin
akademik-katibi, akademiyanın vitse-
prezidenti seçilmiş, 1962-1967-ci illərdə
Azərbaycan SSR EA-nın prezidenti olmuş-
dur. 1967-ci ildən ömrünün sonuna qədər
isə özünün yaratdığı Riyaziyyat və Mexa-
nika İnstitutuna rəhbərlik etmişdir. Əsas
tədqiqatları funksional analiz, onun inteq-
ral və diferensial tənliklərə tətbiqi, bütöv
mühit mexanikası, avtomatik idarəetmə
sisteminin riyazi nəzəriyyəsi, tətbiqi ri-
yaziyyat və riyaziyyatın başqa sahələrinə
aiddir. Alim funksional analiz məktəbinin
əsasını qoyaraq poliharmonik tənliklər sis-
temi üçün ümumi sərhəd məsələsini həll
etmiş, dəyişənlərinə ayrılmayan qarışıq
məsələlərin həlli üçün Furye üsulunun ana-
loqunu, qarışıq tipli model tənlikləri üçün
şəbəkə üsulunu vermişdir. O, mücərrəd
sinqulyar operatorlar nəzəriyyəsini yarat-
mış, yeraltı hidromexanikanın neft və qaz
yataqlarının işlənməsində tətbiq olunan
bir çox məsələnin həllini vermiş, Banax
fəzasında öz-özünə qoşma olmayan opera-
torun spektrini tədqiq etmişdir. Z.İ.Xəlilov
əski sovetlər birliyində funksional ana-
liz üzrə ilk monoqrafiyalardan biri olan
“Funksional analizin əsasları”nın (1949,
rus dilində) müəllifi olmuşdur. Onun
tərəfindən qazın və qazlaşdırılmış neftin
süzülmə nəzəriyyəsinin ümumi məsələsi
həll edilmişdir. “Funksional analiz və
onun tətbiqləri” ümumittifaq jurnalının
redaksiya heyətinin üzvü olmuşdur. Onun
rəhbərliyi ilə 30-dan çox elmlər namizədi
və elmlər doktoru yetişmişdir.
Akademik Z.İ.Xəlilov “Əməkdar elm
və texnika xadimi” fəxri adına layiq görül-
müş, SSRİ Ali Sovetinə deputat seçilmiş,
iki dəfə Qırmızı Əmək Bayrağı ordeni,
“Şərəf nişanı” ordeni və keçmiş SSRİ-
nin bir neçə medalı ilə təltif olunmuşdur.
Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin
prezidenti seçilmişdir.
Xəlilov Zahid İsmayıl oğlu 4 fevral
1974-cü ildə Bakı şəhərində vəfat etmiş,
Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakı
şəhərində adına küçə və məktəb var.
Dostları ilə paylaş: |